Аль-Мухтасар · Тафсир · на азербайджанском
هود
Худ
Худ · Мекканская · 123 аята
11:1Страница 221
الٓرۚ كِتَٰبٌ أُحۡكِمَتۡ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتۡ مِن لَّدُنۡ حَكِيمٍ خَبِيرٍ ١
Алиф. Лам. Ра. Это - Писание, аяты которого ясно изложены, а затем разъяснены Мудрым, Ведающим.
﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Quran, ayələri tərtib və məna baxımından mükəmməlləşdirilmiş bir kitabdır. Orada heç bir xələl və ya naqislik görə bilməzsən. Sonra bu kitabda, idarə etməsində və şəri hökmlərində hikmət sahibi və qulllarının hər bir halından xəbərdar olan, qullarının nə ilə islah olacağını bilən Uca Allah tərəfindən halal, haram, əmrlər, qadağalar, müjdə, əzab və olub keçmiş ümmətlərin və s. başqa xəbərlər bəyan edilmişdir.
11:2Страница 221
أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۚ إِنَّنِي لَكُم مِّنۡهُ نَذِيرٞ وَبَشِيرٞ ٢
Не поклоняйтесь никому, кроме Аллаха. Воистину, я для вас - предостерегающий увещеватель и добрый вестник от Него.
Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu ayələrin məzmunu, insanları Allahla yanaşı başqasına ibadət etməkdən çəkindirməkdir. Ey İnsanlar! Əgər siz Allaha küfr edib, Ona üsyan etsəniz, mən sizi Allahın əzabından qorxudan, əgər Allaha iman edib, Onun şəriətinə əməl edəsənizsə, sizi bunun savabı ilə müjdələyənəm.
11:3Страница 221
وَأَنِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُمَتِّعۡكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَيُؤۡتِ كُلَّ ذِي فَضۡلٖ فَضۡلَهُۥۖ وَإِن تَوَلَّوۡاْ فَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ كَبِيرٍ ٣
Просите прощения у вашего Господа и раскаивайтесь перед Ним, чтобы Он наделил вас прекрасными благами до определенного срока и одарил Своей милостью каждого милостивого. Если же вы отвернетесь, то я боюсь, что вас постигнут мучения в Великий день.
Ey insanlar! Rəbbinizdən günahlarınızın bağışlanmasını diləyin. Allaha qarşı etdiyiniz etinasızlıqlara görə peşmançılıq hissi keçirərək, Ona tərəf dönün. Əgər belə etsəniz, O, əcəliniz gələnə qədər dünya həyatınızda sizə gözəl gün-güzəran nəsib edər və Öz lütfündən hər fəzilət sahibinə etdiyi itaətin mükafatını kamil şəkildə və heç bir naqislik edilmədən verər. Əgər siz Rəbbimdən gətirdiyim Qurana iman etməkdən üz çevirsəniz, bilin ki, mən sizə şiddətli bir günün – qiyamət gününün – sizə üz verəcək əzabından qorxuram.
11:4Страница 221
إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٤
Вы вернетесь к Аллаху, а ведь Он способен на всякую вещь.
Ey İnsanlar! Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. Uca Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Sizi öldürüb, qəbirlərinizdən dirildib çıxardıqdan sonra sizi hesaba çəkmək Ona çətin olmaz.
11:5Страница 221
أَلَآ إِنَّهُمۡ يَثۡنُونَ صُدُورَهُمۡ لِيَسۡتَخۡفُواْ مِنۡهُۚ أَلَا حِينَ يَسۡتَغۡشُونَ ثِيَابَهُمۡ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٥
Воистину, они сворачивают свои сердца (отворачиваются от Аллаха или скрывают в своих сердцах неверие), чтобы спрятаться от Него. Воистину, даже когда они закутываются в одежду, Он знает то, что они утаивают и обнародуют. Он ведает о том, что в груди.
Agah olun ki, müşriklər, cahillikləri üzündən qəlblərindəki, Allah barədə olan şəkk-şübhəni gizlətməyə çalışırlar. Bilin ki, Allah onların palratlarını başlarına bürüdüklərini də, qəlblərindəkini, gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, qəlblərin gizli saxladıqlarını daha yaxşı biləndir.
11:6Страница 222
۞ وَمَا مِن دَآبَّةٖ فِي ٱلۡأَرۡضِ إِلَّا عَلَى ٱللَّهِ رِزۡقُهَا وَيَعۡلَمُ مُسۡتَقَرَّهَا وَمُسۡتَوۡدَعَهَاۚ كُلّٞ فِي كِتَٰبٖ مُّبِينٖ ٦
Нет на земле ни единого живого существа, которого Аллах не обеспечивал бы пропитанием. Аллах знает их место пребывания и место хранения (утробы матерей или могилы). Все это записано в ясном Писании.
Yer üzündə dolaşan hansı canlı olursa olsun, uca Allah Öz lütfü ilə onun ruzisini Öz öhdəsinə götürmüşdür. Allah onların yer üzərində qərar tutacaqları yeri də, öləcəkləri yeri də bilir. Hər bir canlı, onun ruzisi, yer üzərində qərar tutacağı yer və harada öləcəyi - bunların hamısı açıq-aydın kitabda –Lövhi-məhfuzda– qeyd edilmişdir.
11:7Страница 222
وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ وَكَانَ عَرۡشُهُۥ عَلَى ٱلۡمَآءِ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۗ وَلَئِن قُلۡتَ إِنَّكُم مَّبۡعُوثُونَ مِنۢ بَعۡدِ ٱلۡمَوۡتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ٧
Он - Тот, Кто создал небеса и землю за шесть дней, когда Его Трон находился на воде, дабы испытать, чьи деяния будут лучше. Если ты скажешь: «Вы будете воскрешены после смерти», - то неверующие скажут: «Это - не что иное, как очевидное колдовство!».
Ey İnsanlar! Hansınızın Allahı razı salan daha yaxşı əməl sahibi, hansınızın da Onu qəzəbləndirən daha pis əməl sahibi olduğunu sınayıb, üstəlik də, hər kəsə layiq olduğunu vermək üçün, əzəmətli göyləri, yeri və onların arasında olanları altı gündə yaradan Odur. Allahın ərşi isə göyləri və yeri yaratmazdan əvvəl su üzərində idi. Ey Peyğəmbər! Əgər sən onlara: "Ey İnsanlar! Siz öldükdən sonra haqq-hesab olunmaq üçün diriləcəksiniz!" – desən, Allaha küfr edib, öldükdən sonra dirilməyi inkar edən kimsələr: "Oxuduğunuz bu Quran açıq-aydın sehirdən başqa bir şey deyildir. Həqiqətən də bu, boş bir şeydir!" – deyərlər.
11:8Страница 222
وَلَئِنۡ أَخَّرۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِلَىٰٓ أُمَّةٖ مَّعۡدُودَةٖ لَّيَقُولُنَّ مَا يَحۡبِسُهُۥٓۗ أَلَا يَوۡمَ يَأۡتِيهِمۡ لَيۡسَ مَصۡرُوفًا عَنۡهُمۡ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٨
Если Мы отложим наказание их до определенного срока, то они скажут: «Что же удерживает его?». Воистину, в тот день, когда оно постигнет их, ничто не отвратит его, и окружит (или поразит) их то, над чем они насмехались.
Əgər müşriklərə dünya həyatında layiq olduqları əzabı bir neçə gün gecikdirsək, bu zaman onlar istehza edərək və bu əzaba tələsərək: "Bu əzabın bizə gəlməsinə mane olan nədir?" – deyəcəklər. Xəbəriniz olsun ki, layiq olduğunuz əzabın Allah yanında müəyyən bir vaxtı vardır. Əzab onlara gəldiyi gün, onu heç nə onlardan dəf edə bilməyəcək, əksinə əzab onlar üzərində vaqe olacaq və bu zaman istehza və məsxərə edərək tələsdikləri o əzab onları hər bir hərəfdən bürüyüb, əhatə edəcəkdir.
11:9Страница 222
وَلَئِنۡ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ ثُمَّ نَزَعۡنَٰهَا مِنۡهُ إِنَّهُۥ لَيَـُٔوسٞ كَفُورٞ ٩
Если Мы дадим человеку вкусить милость, а потом отберем это, то он отчаивается и становится неблагодарным.
Əgər Biz insana Öz tərəfimizdən sağlamlıq və zənginlik kimi bir nemət daddırsaq, sonra da həmin neməti ondan geri alsaq, o, Allahın rəhmətindən həddən artıq ümidini kəsər və Onun nemətlərinə qarşı çox böyük nankorluq edər. Allah bu nemətləri ondan geri aldıqda isə o, ona verilmiş bütün bu nemətlərin hamısın unudar.
11:10Страница 222
وَلَئِنۡ أَذَقۡنَٰهُ نَعۡمَآءَ بَعۡدَ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّيٓۚ إِنَّهُۥ لَفَرِحٞ فَخُورٌ ١٠
Если же Мы дадим ему вкусить милость после постигшей его беды, то он говорит: «Напасти оставили меня в покое». Он начинает ликовать и бахвалиться.
Əgər insana yoxsulluqdan sonra bol-bol ruzi, xəstəlikdən sonra da sağlamlıq daddırsaq, o, mütləq: "Bəla məndən sovuşdu, xətər məndən yan keçdi!" – deyər və buna görə heç Allaha şükür etməz, əksinə, sevinib lovğalıq edər və Allahın ona verdiyi nemətlərlə insanlara qarşı təkəbbürlük edib, öyünər.
11:11Страница 222
إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أُوْلَٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ ١١
И только тем, которые терпели и совершали праведные деяния, уготованы прощение и великая награда.
Çətinliklərə, ibadətlərə və günahlara qarşı səbir edib yaxşı işlər görən kimsələr istisnadır. Onların halı isə tam başqadır. Çünki onlar heç vaxt Allahın rəhmətindən ümidini üzməz, Allahın onlara bəxş etdiyi nemətlərə nankorluq etməz və insanlara xor baxmazlar. Məhz bu xislətlərə sahib olan kimsələr üçün Rəbdi yanında günahlarının bağışlanması və axirətdə isə böyük bir mükafat vardır.
11:12Страница 222
فَلَعَلَّكَ تَارِكُۢ بَعۡضَ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَضَآئِقُۢ بِهِۦ صَدۡرُكَ أَن يَقُولُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ كَنزٌ أَوۡ جَآءَ مَعَهُۥ مَلَكٌۚ إِنَّمَآ أَنتَ نَذِيرٞۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٌ ١٢
Быть может, ты отбросишь часть ниспосланного тебе в откровении, и твое сердце сожмется от этого, потому что они говорят: «Почему ему не ниспосланы сокровища или ангел не явился вместе с ним?». Но ведь ты - всего лишь предостерегающий увещеватель, а Аллах - Попечитель и Хранитель всякой вещи.
Ey Peyğəmbər! Bəlkə də sən, müşriklərin Allahın ayələrinə qarşı küfr və inadkarlıq etmələri və bu ayələr haqqında yalnış düşüncələri səbəbi ilə: "Kaş ki, ona göydən bir xəzinə nazil edilib, onu zəngin edərdi, yaxud onu təsdiq edən özü ilə bir mələk gələrdi" – deməkləri üzündən bu ayələrə əməl etməyin müşriklərə çətin olduğuna görə Allahın sənə təbliğ etməyi əmr etdiyi ayələrdən bəzisini tərk edəcəksən və ya qəlbin bu ayələri təbliğ etməkdən daralacaq! Sən buna görə Allahın sənə nazil etdiyi ayələrin bəzisini təbliğ etməyi tərk etmə. Çünki sən ancaq Allahın əzabı ilə qorxudan və Allahın sənə vəhy etdiyini insanlara təbliğ edənsən. Onların ayələr barədə düşündüklərini həyata keçirmək sənin vəzifən deyil. Allah isə hər şeyi qoruyandır.
11:13Страница 223
أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِعَشۡرِ سُوَرٖ مِّثۡلِهِۦ مُفۡتَرَيَٰتٖ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٣
Или же они говорят: «Он измыслил Коран». Скажи: «Принесите десять вымышленных сур, подобных этим, и призовите, кого сумеете, помимо Аллаха, если вы говорите правду».
Yoxsa müşriklər: "Muhəmməd Quranı özündən ixtira etdi. O, Allah tərəfindən nazil edilən vəhy deyildir!"– deyirlər. Ey Peyğəmbər onları təhdid edərək de: "Əgər Quran ixtira edilmiş bir kitab olduğu iddianızda doğrusunuzsa, elə isə ixtira edilmiş olduğunu iddia etdiyiniz Qurana bənzər, ixtira edilmiş on surə də siz gətirin və bu işdə sizə kömək etmək üçün, kimi bacarırsınızsa, onu da köməyə çağırın!"
11:14Страница 223
فَإِلَّمۡ يَسۡتَجِيبُواْ لَكُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّمَآ أُنزِلَ بِعِلۡمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ ١٤
Если они не ответят вам, то знайте, что он ниспослан с ведома Аллаха и что нет божества, кроме Него. Неужели вы не станете мусульманами?
Ey möminlər! Əgər sizin onlardan tələb etdiyinizi bacarmadıqları üzündən gətirə bilməsələr, yəqinliklə bilin ki, Quran, Allahın Öz elmi ilə Muhəmmədə nazil etdiyi bir kitabdır. O, heç də müşriklərin iddia etdikləri kimi ixtira edilmiş bir kitab deyildir. Bilin ki, Allah başqa ibadətə layiq haqq məbud yoxdur. Siz bu açıq-aydın dəlillərdən sonra Allaha təslim olub, Ona boyun əyəcəksinizmi?
11:15Страница 223
مَن كَانَ يُرِيدُ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيۡهِمۡ أَعۡمَٰلَهُمۡ فِيهَا وَهُمۡ فِيهَا لَا يُبۡخَسُونَ ١٥
Тем, кто желает жизни в этом мире и ее украшений, Мы сполна воздадим за их поступки в этом мире, и они не будут обделены.
Kim yaxşı əməllər etməklə axirətdən vaz keçərək sadəcə dünya həyatını və onun fani ləzzətini istəyirsə, Biz onlara əməllərinin əvəzini: sağlamlıq, əmin-amanlıq və bol-bol ruzi verməklə elə dünyada ikən tam şəkildə verərik və əməllərinin savabından heç bir şey əksiltmərik.
11:16Страница 223
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَيۡسَ لَهُمۡ فِي ٱلۡأٓخِرَةِ إِلَّا ٱلنَّارُۖ وَحَبِطَ مَا صَنَعُواْ فِيهَا وَبَٰطِلٞ مَّا كَانُواْ يَعۡمَلُونَ ١٦
Они - те, которые в Последней жизни не получат ничего, кроме Огня. Тщетны их усилия в этом мире, и бесполезны их деяния.
Bu çirkin xislətlərə sahib olan kimsələr üçün Qiyamət günü daxil olacaqları oddan başqa heç bir pay yoxdur. Onların dünyada etdikləri əməllərinin savabı elə dünyada ikən boşa çıxmış və puç olmuşdur. Çünki onlar, bu əməlləri etdikdə Allaha iman gətirməmişdilər və bu əməllər səbəbi ilə Allahın razılığını qazanmaq və Cənnəti arzulayaraq doğru bir niyyət ilə etməmişdilər.
11:17Страница 223
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ وَيَتۡلُوهُ شَاهِدٞ مِّنۡهُ وَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامٗا وَرَحۡمَةًۚ أُوْلَٰٓئِكَ يُؤۡمِنُونَ بِهِۦۚ وَمَن يَكۡفُرۡ بِهِۦ مِنَ ٱلۡأَحۡزَابِ فَٱلنَّارُ مَوۡعِدُهُۥۚ فَلَا تَكُ فِي مِرۡيَةٖ مِّنۡهُۚ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ ١٧
Разве тот, кто опирается на ясное доказательство от своего Господа, за которым следует свидетель от Него (Джибрил) и до которого руководством и милостью было Писание Мусы (Моисея), подобен неверующему? Они уверовали в него (Коран). А сектам, которые не уверовали в него, обещан Огонь. Не сомневайся в этом, ибо это - истина от твоего Господа, хотя большая часть людей не верует.
İçində uca Rəbbindən açıq-aydın bir dəlil, ardınca Rəbbi tərəfindən onu təqib edən bir şahid - Cəbrail - gələn və ondan əvvəl insanllara bir örnək və rəhmət olaraq Musaya nazil edilən Tövratda onun peyğəmbərliyi qeyd edilən Muhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onunla birlikdə olanlar, zəlalət işərisində çaşıb qalan kafirlərlə tay ola bilməz. Möminlər, Qurana və özünə Quran nazil edilən Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gətirirlər. Başqa dinlərdən olan hər kim Quranı inkar etsə, Qiyamət günü onun vəd olunduğu yer oddur. Ey Peyğəmbər! Sənin, Qurana və kafirlərə vəd edilmiş əzab barədə heç bir şübhən olmasın. Çünki Quran, işərisində heç bir şəkk-şübhəyə yer olmayan haqdır. Lakin insanların çoxu kifayət qədər açıq-aydın dəlillərin olmasına rəğmən yenə də buna inanmazlar.
11:18Страница 223
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًاۚ أُوْلَٰٓئِكَ يُعۡرَضُونَ عَلَىٰ رَبِّهِمۡ وَيَقُولُ ٱلۡأَشۡهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُواْ عَلَىٰ رَبِّهِمۡۚ أَلَا لَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ ١٨
Кто может быть несправедливее того, кто возвел навет на Аллаха? Когда они предстанут перед Господом, свидетели скажут: «Это они оболгали своего Господа». Да будет проклятие Аллаха над беззаконниками,
Allaha şərik və ya övlad nisbət edərək Ona qarşı yalan uydurub, iftira yaxan kəsdən daha zalım kimsə yoxdur. Allaha qarşı yalan uydurub, Ona iftira yaxan kimsələr dünyada ikən etdikləri əməllər barədə, haqq-hesaba çəkilmək üçün Qiyamət günü Rəbbinin hüzuruna gətiriləcək və mələklərdən və peyğəmbərlərdən olan şahidlər: "Bunlar Allaha şərik qoşan və övlad nisbət edərək Allaha qarşı yalan uydurub, Ona iftira yaxan kimsələrdir" – deyəcəklər. Bilin ki, Allah, Ona qarşı yalan danışıb, iftira yaxaraq özlərinə zülüm edən kimsələri Öz rəhmətindən uzaqlaşdırmışdır!
11:19Страница 223
ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجٗا وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ١٩
которые сбивают других с пути Аллаха, стремясь исказить его, и не веруют в Последнюю жизнь.
O kəslər ki, insanları Allahın doğru yolundan sapdırır və Allahın yoluna heç bir kimsənin tabe olmaması üçün insanlara bu yolu əyri göstərməyə çalışırlar. Bunlar, öldükdən sonra yenidən dirilməyi inkar edən və bunu qəbul etməyən kimsələrdir.
11:20Страница 224
أُوْلَٰٓئِكَ لَمۡ يَكُونُواْ مُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنۡ أَوۡلِيَآءَۘ يُضَٰعَفُ لَهُمُ ٱلۡعَذَابُۚ مَا كَانُواْ يَسۡتَطِيعُونَ ٱلسَّمۡعَ وَمَا كَانُواْ يُبۡصِرُونَ ٢٠
Они не смогут спастись на земле, и не будет у них покровителей и помощников вместо Аллаха. Их мучения будут приумножены, ведь они не могли слышать и не видели.
Allahın əzabı bu xislətlərə sahib olan kimsələrə gəldiyi zaman, onlar yer üzündə qaçıb bu əzabdan yaxa qurtara bilməyəcəklər. Onların, Allahın əzabını özlərindən qoruyan Allahdan başqa himayədarları və yardımçılarıda da yoxdur. Həm özlərini, həm də, başqalarını Allahın yolundan azdırdıqları üçün Qiyamət günü onların əzabı qat-qat artırılar. Çünki onlar dünyada ikən haqqı qəbul edəcəkləri bir eşitmə ilə haqqı və doğru yolu eşidib qəbul edə bilmədilər. Həmçinin də, haqdan şiddətlə üz çevirdikləri üçün Allahın bu kainatda olan ayələrinə baxıb ibrət almadılar.
11:21Страница 224
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٢١
Они потеряют самих себя, и покинет их (или исчезнет) то, что они измышляли.
Bu xislətlərə sahib olan kimsələr, ibadətdə Allahla yanaşı Allaha şəriklər qoşub, öz əlləri ilə özlərini həlaka sürükləyərək özlərini ziyana uğradanlardır. Qiyamət günü isə, uydurduqları bütlər və şəfaətçilər onlardan qeybə çəkilib gedərlər.
11:22Страница 224
لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ ٢٢
Нет сомнения в том, что в Последней жизни они понесут самый большой урон.
Şübhə yoxdur ki, Qiyamət günü əldə edəcəkləri qazanc baxımından əsil zərər çəkən də onlardır. Çünki onlar küfrü imanla, axirəti dünya ilə, rəhməti də əzabla dəyişməyə razı oldular.
11:23Страница 224
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَأَخۡبَتُوٓاْ إِلَىٰ رَبِّهِمۡ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٢٣
Воистину, те, которые уверовали, совершали праведные деяния и были смиренны пред своим Господом, будут обитателями Рая и пребудут там вечно.
Sözsüz ki, Allaha və Onun rəsuluna iman gətirib, saleh əməllər edənlər və Allahdan qorxaraq Ona boyun əyən kimsələr Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!
11:24Страница 224
۞ مَثَلُ ٱلۡفَرِيقَيۡنِ كَٱلۡأَعۡمَىٰ وَٱلۡأَصَمِّ وَٱلۡبَصِيرِ وَٱلسَّمِيعِۚ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ أَفَلَا تَذَكَّرُونَ ٢٤
Эти две группы подобны слепому и глухому и зрячему и слышащему. Разве можно их сравнить друг с другом? Неужели вы не помяните назидание?
Kafir və mömin firqəsinin misalı, görməyən korun və eşidməyən karın misalına bənzəyir. Kafirlərin misalı belədir. Onlar, eşidən və görən insan kimi, haqqı qəbul etmək üçün dinləməz, özlərinə fayda verəcək şəkildə baxıb görməzlər. Belə olduğu bir halda, onların halı ilə haqqı eşidib, onu görən möminlərin halı eyni səviyyədə ola bilərmi?! Xeyir, əsla eyni ola bilməz. Məgər siz bunun bir-biriləri ilə eyni səviyyədə olmadığından düşünüb ibrət almırsınızmı?!
11:25Страница 224
وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ ٢٥
Мы отправили Нуха (Ноя) к его народу: «Воистину, я для вас - разъясняющий и предостерегающий увещеватель.
Biz Nuhu - aleyhissəlam - öz qövmünə elçi göndərdik. Nuh onlara belə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi Allahın əzabından xəbərdar edən və mənim ilə göndərilmiş şeyi sizə açıq-aydın bəyan edən bir elçiyəm!
11:26Страница 224
أَن لَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ أَلِيمٖ ٢٦
Не поклоняйтесь никому, кроме Аллаха, ибо я боюсь, что вас подвергнут страданиям в Мучительный день».
Mən sizi tək Allaha ibadət etməyə çağırıram. Əsla Ondan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq ağrılı-acılı günün sizə üz verəcək əzabından qorxuram".
11:27Страница 224
فَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرٗا مِّثۡلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمۡ أَرَاذِلُنَا بَادِيَ ٱلرَّأۡيِ وَمَا نَرَىٰ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلِۭ بَلۡ نَظُنُّكُمۡ كَٰذِبِينَ ٢٧
Знатные люди его народа, которые не уверовали, сказали: «Мы видим, что ты - такой же человек, как и мы. Мы также видим, что за тобой пошли только самые ничтожные из нас, но даже они последовали за тобой, не поразмыслив. Мы не видим, чтобы вы чем-либо превосходили нас. Напротив, мы считаем вас лжецами».
Onun qövmünün kafir zadəganları belə dedilər: "Biz sənin dəvətinə əsla cavab verməyəcəyik, çünki sənin bizdən heç bir üstünlüyün yoxdur. Sən də bizim kimi sadəcə bir insansan. Biz sənə tabe olanların bizim aşağı təbəqəmizdən olan kimsələrin olduğunu görürük. Həmçinin bizim sizə tabe olmağımız üçün siz bizdən şərəf, mal-dövlət və şan-şöhrət baxımından da üstün deyisiniz. Əksinə, biz sizi bu iddianızda yalançı olduğunuzu zənn edirik".
11:28Страница 224
قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَءَاتَىٰنِي رَحۡمَةٗ مِّنۡ عِندِهِۦ فَعُمِّيَتۡ عَلَيۡكُمۡ أَنُلۡزِمُكُمُوهَا وَأَنتُمۡ لَهَا كَٰرِهُونَ ٢٨
Он сказал: «О мой народ! А что, если я опираюсь на доказательство от моего Господа, и Он даровал мне милость от Себя (пророчество и послание), которая недоступна вашим взорам? Неужели вы полагаете, что тогда мы стали бы принуждать вас к ней (к этой милости), несмотря на то, что вам она ненавистна?
Nuh onlara dedi: "Ey qövmüm! Bir mənə deyin görüm, əgər Rəbbimdən mənim doğru olduğuma şahidlik edən, sizin də məni təsdiqləmənizi vacib edən açıq-aydın bir dəlilə istinad edirəmsə və Allah da mənə peyğəmbərlik və risalət olan rəhmət bəxş edibsə və bu, sizin cahilliyinizə görə sizə gizli qalıbsa, bu zaman biz sizi iman etməyə məcbur edib, qəlbinizə zorla imanmı salacağıq?! Bizim buna gücümüz yetməz. İmana müvəffəq edən yalnız Allahdır".
11:29Страница 225
وَيَٰقَوۡمِ لَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مَالًاۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓاْۚ إِنَّهُم مُّلَٰقُواْ رَبِّهِمۡ وَلَٰكِنِّيٓ أَرَىٰكُمۡ قَوۡمٗا تَجۡهَلُونَ ٢٩
О мой народ! Я не прошу у вас за это богатства, ибо вознаградит меня один лишь Аллах. Я не стану прогонять тех, которые уверовали, ибо они собираются встретиться со своим Господом. А вас я считаю людьми невежественными.
Ey qövmüm! Mən bu risaləti sizə təbliğ etdiyimə görə sizdən var-dövlət tələb etmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Sizin qovmağımı tələb etdiyiniz möminlərdən fəqir olanları məclisindən qovan deyiləm. Çünki onlar Qiyamət günü Rəbbi ilə qarşılaşacaqlar. O, onlara, iman etdiklərinə görə mükafat verəcək. Lakin mən sizin məndən zəif möminləri öz məclisimdən qovmağımı tələb etdiyiniz üçün, sizi bu dəvətin həqiqətini anlamayan bir qövüm olaraq görürəm.
11:30Страница 225
وَيَٰقَوۡمِ مَن يَنصُرُنِي مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمۡۚ أَفَلَا تَذَكَّرُونَ ٣٠
О мой народ! Кто защитит меня от Аллаха, если я прогоню их? Неужели вы не помяните назидание?
Ey qövmüm! Əgər mən bu möminləri günahsız yerə, onlara zülüm edərək öz məclisimdən qovsam, bu zaman məni Allahın əzabından kim qoruya bilər?! Məgər sizə daha faydalı olan şeyi düşünüb, onun üçün səy etməyəcəksiniz?!
11:31Страница 225
وَلَآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ إِنِّي مَلَكٞ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزۡدَرِيٓ أَعۡيُنُكُمۡ لَن يُؤۡتِيَهُمُ ٱللَّهُ خَيۡرًاۖ ٱللَّهُ أَعۡلَمُ بِمَا فِيٓ أَنفُسِهِمۡ إِنِّيٓ إِذٗا لَّمِنَ ٱلظَّٰلِمِينَ ٣١
Я не говорю вам, что владею сокровищницами Аллаха. Я не ведаю сокровенное. Я не говорю, что являюсь ангелом. Я также не говорю тем, которые презренны в ваших глазах, что Аллах не дарует им никакого добра. Аллаху лучше знать о том, что в их душах. В противном случае я был бы одним из беззаконников».
Ey qövmüm! Mən sizə demirəm: "İçərisində Allahın bol-bol ruzisi olan xəzinələri mənim yanımdadır, əgər iman gətirsəniz sizə bu ruzilərdən verərəm". Mən sizə: "Mən qeybi bilirəm və mən mələklərdənəm də" –demirəm. Əksinə, mən sadəcə sizin kimi bir bəşərəm. Mən sizin həqarətlə baxdığınız fəqirlər barədə: "Allah onlara əsla xeyir verməz və onları doğru yola yönətməz də" –demirəm. Çünki onların qəlblərində olanı və əməllərini Allah daha yaxşı bilir. Əgər mən bunu iddia etsəm, onda sözsüz ki, mən, Allahın əzabına layiq görülən zalımlardan olaram".
11:32Страница 225
قَالُواْ يَٰنُوحُ قَدۡ جَٰدَلۡتَنَا فَأَكۡثَرۡتَ جِدَٰلَنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٣٢
Они сказали: «О Нух (Ной)! Ты пререкался с нами и пререкался долго. Так яви же нам то, чем ты угрожаешь нам, если ты - один из тех, кто говорит правду».
Onlar inadkarlıq və təkəbbürlük edərək belə dedilər: "Ey Nuh! Sən artıq bizimlə mübahisə və mücadilə etdin və bu mübahisəmizi və mücadiləmizi də çox uzatdın. Əgər iddianda doğrusansa, elə isə bizə vəd etdiyin əzabı gətir".
11:33Страница 225
قَالَ إِنَّمَا يَأۡتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ ٣٣
Он сказал: «Воистину, это явит вам сам Аллах, если пожелает, и не в ваших силах предотвратить это.
Nuh onlara dedi: "Mən sizə əzab gətirə bilmərəm. Əzabı sizə istəsə yalnız Allah gətirəcəkdir. Əgər Allah sizə əzab vermək istəsə siz Onun əzabından yaxa qurtara bilməyəcəksiniz.
11:34Страница 225
وَلَا يَنفَعُكُمۡ نُصۡحِيٓ إِنۡ أَرَدتُّ أَنۡ أَنصَحَ لَكُمۡ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغۡوِيَكُمۡۚ هُوَ رَبُّكُمۡ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٣٤
Мои наставления не принесут вам пользы, даже если я хочу дать вам добрый совет, если Аллах пожелал ввести вас в заблуждение. Он - ваш Господь, и к Нему вы будете возвращены».
Əgər Allah sizi inadkarlığınıza görə doğru yoldan azdırmaq istəyirsə, mən sizə öyüd-nəsihət vermək istəsəm belə, öyüd-nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və sizə sahib olan da, istədiyi zaman sizi sapdıran da Odur. Siz Qiyamət günü Onun hüzuruna qaytarılacaqsınız. O sizin etdiyiniz əməllərin əvəzini verəcəkdir".
11:35Страница 225
أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَعَلَيَّ إِجۡرَامِي وَأَنَا۠ بَرِيٓءٞ مِّمَّا تُجۡرِمُونَ ٣٥
Или же они говорят: «Он сочинил его». Скажи: «Если я сочинил его, то на мне лежит мой грех, но к вашим преступлениям я непричастен».
Nuh qövmünün küfr etməsinin səbəbi, onların, Nuhun gətirdiyi bu dini Allahın adında özündən uydurduğunu iddia etmələri olmuşdur. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər mən bu dini özümdən uydurmuşamsa, bunun günahı və cəzası sizə deyil, yalnız özümə aiddir. Mən də sizin yalan saydığınıza görə heç bir məsuliyyət daşımıram. Mən sizin etdiyiniz əməllərdən tamamilə uzağam".
11:36Страница 225
وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤۡمِنَ مِن قَوۡمِكَ إِلَّا مَن قَدۡ ءَامَنَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَفۡعَلُونَ ٣٦
Нуху (Ною) было внушено в откровении: «Верующими из твоего народа будут только те, которые уже уверовали. Посему не печалься от того, что они совершают.
Uca Allah Nuha belə vəhy etdi: "Ey Nuh! Bundan sonra qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq onlardan heç kəs sənə iman gətirməyəcək. Ey Nuh! Elə isə bu uzun bir müddət ərzində qövmünün səni yalan sayıb və sənə qarşı istehza etdiklərinə görə heç kədərlənmə.
11:37Страница 225
وَٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ ٣٧
Воздвигни ковчег у Нас на Глазах и по откровению Нашему, и не проси Меня за тех, которые были несправедливы. Воистину, они будут потоплены».
Sən gəmini Bizim nəzarətimiz və mühafizəmiz altında, vəhy ilə sənə öyrədəcəyimiz kimi inşa et. Küfr edib özlərinə zülüm edənlərin əzabını təxirə salmaqdan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar küfr əməllərdə israr etdikləri üçün tufanla boğulacaqlar.
11:38Страница 226
وَيَصۡنَعُ ٱلۡفُلۡكَ وَكُلَّمَا مَرَّ عَلَيۡهِ مَلَأٞ مِّن قَوۡمِهِۦ سَخِرُواْ مِنۡهُۚ قَالَ إِن تَسۡخَرُواْ مِنَّا فَإِنَّا نَسۡخَرُ مِنكُمۡ كَمَا تَسۡخَرُونَ ٣٨
Он сооружал ковчег, и каждый раз, когда мимо него проходили знатные люди из его народа, они глумились над ним, а он говорил: «Если вы глумитесь над нами, то и мы будем глумиться над вами, подобно тому, как глумитесь вы.
Beləliklə, Nuh Rəbbinin əmrinə tabe olaraq gəmini inşa etməyə başladı. Qövmünün zadəgan və kübar təbəqəsindən olanları isə hər dəfə Nuhun yanından keçdikdə, onun su və çaylar olmayan, səhra bir yerdə gəmi inşa etdiyinə görə onu ələ salırdılar. Nuh onların bu işə görə onu təkrar-təkrar ələ saldıqlarını gördükdə isə onlara belə dedi: "Ey insanlar! Əgər bu gün siz bizi gəmi inşa etdiyimizə görə ələ salırsınızsa, biz də sizi, bu işdən cahil olduğunuza görə suda batdığınız zaman bizi ələ saldığınız kimi ələ salacağıq.
11:39Страница 226
فَسَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ ٣٩
Вы непременно узнаете, кого поразит унизительная кара, кого постигнут вечные мучения».
Siz tezliklə dünyada rüsvayedici və alçaldıcı əzab kimə gələcəyini və Qiyamət günü də əbədi olan əzabın kimə nazil olacağını biləcəksiniz!"
11:40Страница 226
حَتَّىٰٓ إِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلۡنَا ٱحۡمِلۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ وَمَنۡ ءَامَنَۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٞ ٤٠
А когда явилось Наше веление и разразилась потоком печь, Мы сказали: «Погрузи на него от каждого вида по паре и свою семью, за исключением тех, о которых уже было сказано Слово, а также тех, кто уверовал». Но уверовали вместе с ним лишь немногие.
Nuh Uca Allahın ona əmr etdiyi gəmini inşa edib sona çatdıqda, nəhayət, onların məhv olma əmrimiz gəldiyi an, tufanın başladığını xəbər vermək üçün su onların çörək bişirdikləri təndirdən qaynayıb daşdığı zaman Biz Nuha - aleyhissəlam - belə dedik: "Yer üzündə olan heyvanların hər növündən biri erkək və biri dişi olmaqla bir cüt, iman gətirmədikləri səbəbindən barələrində suda qərq olacaqları hökmü verilən kəslər istisna olmaqla da, öz ailəni və bir də qövmündən səninlə birğə iman gətirənləri gəmiyə mindir". Nuh qövmünün Allaha iman gətirməsi üçün onların aralarında uzun müddət qalıb Allaha dəvət etməsinə baxmayaraq, onunla birlikdə qövmündən çox az adam iman gətirmişdi.
11:41Страница 226
۞ وَقَالَ ٱرۡكَبُواْ فِيهَا بِسۡمِ ٱللَّهِ مَجۡر۪ىٰهَا وَمُرۡسَىٰهَآۚ إِنَّ رَبِّي لَغَفُورٞ رَّحِيمٞ ٤١
Он сказал: «Садитесь на него! С именем Аллаха он будет плыть и останавливаться. Воистину, Господь мой - Прощающий, Милосердный».
Nuh öz ailəsindən və qövmündən iman gətirənlərə dedi: "Gəmiyə minin! Gəminin süda üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Ona tövbə edən qullarının günahlarını bağışlayandır və onlara qarşı Rəhmlidir. Möminləri suda həlak olmaqdan xias etməsi də Onun rəhməti sayəsindədir".
11:42Страница 226
وَهِيَ تَجۡرِي بِهِمۡ فِي مَوۡجٖ كَٱلۡجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبۡنَهُۥ وَكَانَ فِي مَعۡزِلٖ يَٰبُنَيَّ ٱرۡكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلۡكَٰفِرِينَ ٤٢
Ковчег поплыл с ними по волнам, подобным горам, и Нух (Ной) воззвал к своему сыну, который одиноко стоял в стороне: «Сын мой! Садись с нами и не оставайся с неверующими».
Gəmi içərisində olan insan və başqa canlılarla birgə dağlar kimi əzəmətli dalğalar arasında üzüb getdiyi zaman Nuh - aleyhissəlam -atalıq şəfqəti ilə, atasından və qövmündən ayrıca olaraq tək başına bir yerdə qalıb, kənarda duran oğlunu (Kənanı) səsləyib dedi: "Ey Oğlum! suda boğulmaqdan xilas olmaq üçün haydı bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma. Yoxsa onların suda boğulub həlak olduqları kimi səndə suda boğulub həlak olarsan".
11:43Страница 226
قَالَ سَـَٔاوِيٓ إِلَىٰ جَبَلٖ يَعۡصِمُنِي مِنَ ٱلۡمَآءِۚ قَالَ لَا عَاصِمَ ٱلۡيَوۡمَ مِنۡ أَمۡرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَۚ وَحَالَ بَيۡنَهُمَا ٱلۡمَوۡجُ فَكَانَ مِنَ ٱلۡمُغۡرَقِينَ ٤٣
Он сказал: «Я укроюсь на горе, которая спасет меня от воды». Он сказал: «Сегодня никто не спасет от воли Аллаха, если только Он не смилостивится». Тут волна разлучила их, и он оказался в числе потопленных.
Nuhun oğlu atasına belə dedi: "Mən, suyun mənə çatmaması üçün hündür bir dağa çıxacam". Nuh oğluna dedi: "Bu gün, Allahın rəhm etdikləri kimsələrdən başqa, Onun tufan və suda boğulma əzabından heç kəs canını qurtara bilməz. Bu gün yalnız Allahın mərhəmət etdiyi qulları suda boğulmaqdan xilas ola bilərlər". Sonda dalğa Nuh və onun kafir olan oğlunu bir-birindən ayırdı və Nuhun oğlu kafir olduğu üçün tufanla suda boğulanlardan oldu.
11:44Страница 226
وَقِيلَ يَٰٓأَرۡضُ ٱبۡلَعِي مَآءَكِ وَيَٰسَمَآءُ أَقۡلِعِي وَغِيضَ ٱلۡمَآءُ وَقُضِيَ ٱلۡأَمۡرُ وَٱسۡتَوَتۡ عَلَى ٱلۡجُودِيِّۖ وَقِيلَ بُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٤٤
И было сказано: «О земля, поглоти свою воду! О небо, перестань!». Вода спала, и свершилось веление. Ковчег пристал к аль-Джуди, и было сказано: «Да сгинут люди несправедливые!».
Tufan bitdikdən sonra Allah yerə belə buyurdu: "Ey yer, üzərində qalan tufanın suyunu ud!" Sonra göyə belə dedi: "Ey göy, yağışını saxla, daha yağış endirmə!" Beləliklə də, yer üzü quruyana qədər su çəkildi və Allah yer üzündəki kafirləri məhv etdi. Nəhayət, gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: "Küfr əməllər etməklə Allahın hüdudlarını aşanlar Allahın rəhmətindən uzaq olsunlar, məhv olsunlar!"
11:45Страница 226
وَنَادَىٰ نُوحٞ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبۡنِي مِنۡ أَهۡلِي وَإِنَّ وَعۡدَكَ ٱلۡحَقُّ وَأَنتَ أَحۡكَمُ ٱلۡحَٰكِمِينَ ٤٥
Нух (Ной) воззвал к своему Господу: «Господи! Ведь сын мой - частица моей семьи. Твое обещание правдиво, и Ты - Наимудрейший из судей».
Nuh Rəbbinə yalvarıb dedi: "Ey Rəbbim! Axı oğlum, mənə ailəmi xilas edəcəyini vəd etdiyin kimsələrdəndir. Şübhəsiz ki, sənin vədin, haqdır. Sən əsla vədinə xilaf çıxmazsan. Sən hakimlərin ən ədalətlisi və hər şeyi daha yaxşı bilənsən!"
11:46Страница 227
قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيۡسَ مِنۡ أَهۡلِكَۖ إِنَّهُۥ عَمَلٌ غَيۡرُ صَٰلِحٖۖ فَلَا تَسۡـَٔلۡنِ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۖ إِنِّيٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ ٤٦
Он сказал: «О Нух (Ной)! Он - не частица твоей семьи, и такой поступок не является праведным. Не проси Меня о том, чего не ведаешь. Воистину, Я призываю тебя не быть одним из невежд».
Allah Nuha belə dedi: "Ey Nuh! Sənin xilas olmasını istədiyin oğlun, Mənim səniə xilas edəcəyimi vəd etdiyim ailəndən deyildir. Çünki o, kafirdir. Ey Nuh! Sənin Məndən istədiyin şey, sənə və sənin məqamında olan kimsəyə yaraşan bir əməl deyildir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən səni cahil olmaqdan, üstəlik, Mənim elmimə və hikmətimə müxalif olan bir şeyi məndən istəməkdən çəkindirirəm".
11:47Страница 227
قَالَ رَبِّ إِنِّيٓ أَعُوذُ بِكَ أَنۡ أَسۡـَٔلَكَ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞۖ وَإِلَّا تَغۡفِرۡ لِي وَتَرۡحَمۡنِيٓ أَكُن مِّنَ ٱلۡخَٰسِرِينَ ٤٧
Он сказал: «Господи! Я прибегаю к Тебе, дабы не просить о том, чего не ведаю. И если Ты не простишь меня и не помилуешь, то я окажусь среди потерпевших убыток».
Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bundan sonra bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər sən mənim günahlarımı bağışlamasan və Öz rəhmətinlə mənə mərhəmət göstərməsən, axirət payını əldən verib ziyana uğrayan kimsələrdən olaram".
11:48Страница 227
قِيلَ يَٰنُوحُ ٱهۡبِطۡ بِسَلَٰمٖ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيۡكَ وَعَلَىٰٓ أُمَمٖ مِّمَّن مَّعَكَۚ وَأُمَمٞ سَنُمَتِّعُهُمۡ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٞ ٤٨
И было сказано: «О Нух (Ной)! Сходи на землю с миром от Нас, и да пребудет благословение над тобой и теми народами, которые с тобой! Но будут народы, которых Мы облагодетельствуем, после чего их постигнут мучительные страдания от Нас».
Uca Allah Nuha - aleyhissəlam - dedi: "Ey Nuh! Sənə və gəmidə səninlə birgə olan möminlərdən, səndən sonra dünyaya gələn zürriyyətlərə bəxş etdiyimiz əmin-amanlıq və bol-bol nemətlə gəmidən yerə en! Bu zürriyyətlər içərisində Allaha küfr edən başqa bir ümmətdə olacaqdır ki, Biz onlara bu dünya həyatında bir müddət xoş güzəran və yaxşı dolanışıq verəcək, axirətdə isə onları Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyik!"
11:49Страница 227
تِلۡكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهَآ إِلَيۡكَۖ مَا كُنتَ تَعۡلَمُهَآ أَنتَ وَلَا قَوۡمُكَ مِن قَبۡلِ هَٰذَاۖ فَٱصۡبِرۡۖ إِنَّ ٱلۡعَٰقِبَةَ لِلۡمُتَّقِينَ ٤٩
Все это - повествования о сокровенном, которые Мы ниспосылаем тебе в откровении. Ни ты, ни твой народ не ведали о них прежде. Будь же терпелив, ибо добрый исход уготован богобоязненным.
Nuhun bu əhvalatı qeyb xəbərlərindəndir. Ey Peyğəmbər! Sənə vəhy etdiyimiz bu vəhydən əvvəl, bunları nə sən, nə də sənin qövmün bilirdi. Nuh - aleyhissəlam - öz qüvmünün onu yalan saydığına səbir etdityi kimi, səndə qövmünün sənə əziyyət verib, səni yalan saymalarına səbir et! Şübhəsiz ki, qələbə və yardım Allahın əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkilən kimsələr üçündür.
11:50Страница 227
وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۖ إِنۡ أَنتُمۡ إِلَّا مُفۡتَرُونَ ٥٠
Мы отправили к адитам их брата Худа. Он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас иного божества, кроме Него. Вы же измышляете ложь.
Biz Ad qövmünə də qardaşları Hudu - aleyhissəlam - peyğəmbər göndərdik. Hud onlara dedi: "Ey qövmüm! Yalnız Allaha ibadət edin. Ona heç bir şeyi şərik qoşmayın. Sizin uca Allahdan başqa haqq məbudunuz yoxdur. Siz Onun şəriki olduğu iddianızda da yalan danışırsız.
11:51Страница 227
يَٰقَوۡمِ لَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱلَّذِي فَطَرَنِيٓۚ أَفَلَا تَعۡقِلُونَ ٥١
О мой народ! Я не прошу у вас за это награды, ибо вознаградит меня Тот, Кто создал меня. Неужели вы не разумеете?
Ey qövmüm! Mən, Rəbbimin dinini sizə təbliğ etdiyimə və sizi Rəbbimin yoluna çağırdığıma görə sizdən heç bir qarşılıq istəmirəm. Mənim mükafatım ancaq məni yaradan Allaha aiddir. Məgər siz bunu anlayıb, mənim sizi dəvət etdiyimə cavab verməyəcəksiniz?!
11:52Страница 227
وَيَٰقَوۡمِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا وَيَزِدۡكُمۡ قُوَّةً إِلَىٰ قُوَّتِكُمۡ وَلَا تَتَوَلَّوۡاْ مُجۡرِمِينَ ٥٢
О мой народ! Просите прощения у вашего Господа, а затем покайтесь перед Ним. Он ниспошлет вам с неба обильный дождь и приумножит вашу силу. Посему не отворачивайтесь, будучи грешниками».
Ey qövmüm! Allahdan bağışlanma diləyin, sonra da günahlarınızdan -bunların ən böyüyü Allaha şərik qoşmaqdır- Ona tövbə edin ki, sizə bolluca yağış yağdıraraq sizə bunun əvəzini versin, zürriyyətinizi və mal-dövlərinizi çoxaldaraq gücünüzü bir az da artırsın. Elə isə, sizi dəvət etdiyim şeydən üz çevirməyin, yoxsa dəvətimdən üz çevirdiyinizə və Allaha küfr edib, sizə gətirdiyimi yalan saydığınıza görə, günahkarlardan olarsınız!"
11:53Страница 227
قَالُواْ يَٰهُودُ مَا جِئۡتَنَا بِبَيِّنَةٖ وَمَا نَحۡنُ بِتَارِكِيٓ ءَالِهَتِنَا عَن قَوۡلِكَ وَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ ٥٣
Они сказали: «О Худ! Ты не показал нам ясного знамения, и мы не станем отрекаться от наших богов ради твоих слов. Мы не уверуем в тебя.
Hudun qövmü ona belə dedi: "Ey Hud! Bizim sənə iman gətirməyimiz üçün sən bizə açıq-aydın bir dəlil gətirmədin. Elə buna görə də biz, sənin dəlilsiz sözünə inanıb öz ilahlarımıza ibadət etməyi tərk edən deyilik. Biz sənin Allahın elçisi olduğun iddiana da inanmırıq.
11:54–55Страница 228
إِن نَّقُولُ إِلَّا ٱعۡتَرَىٰكَ بَعۡضُ ءَالِهَتِنَا بِسُوٓءٖۗ قَالَ إِنِّيٓ أُشۡهِدُ ٱللَّهَ وَٱشۡهَدُوٓاْ أَنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ ٥٤
Мы лишь можем сказать, что один из наших богов причинил тебе зло». Он сказал: «Воистину, я призываю Аллаха в свидетели и прошу вас засвидетельствовать, что я непричастен к тем, кому вы поклоняетесь
مِن دُونِهِۦۖ فَكِيدُونِي جَمِيعٗا ثُمَّ لَا تُنظِرُونِ ٥٥
вместо Него. Стройте свои козни против меня все вместе и не предоставляйте мне отсрочки.
Biz yalnız deyə biilərik ki: "Bəzi məbudlarımız bizi onlara tapınmağımızı qadağan etdiyinə görə səni dəlilik xəstəliyinə düçar ediblər". Hud onlara belə cavab verdi: "Həqiqətən, mən Allahı şahid gətirirəm, siz də şahid olun ki, mən sizin Allahdan başqa ibadət etdiyiniz ilahlara ibadət etməkdən uzağam. Siz və sizin məni dəlilik xəstəliyinə düçar etdiyini iddia etdiyiniz ilahlarınızla birgə mənə qarşı hiylə qurun və sonra da mən heç möhlət də verməyin.
11:56Страница 228
إِنِّي تَوَكَّلۡتُ عَلَى ٱللَّهِ رَبِّي وَرَبِّكُمۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذُۢ بِنَاصِيَتِهَآۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٥٦
Воистину, я уповаю на Аллаха, моего Господа и вашего Господа. Нет ни одного живого существа, которого бы Он не держал за хохол. Воистину, мой Господь - на прямом пути.
Mən yalnız tək olan Allaha təvəkkül etdib, işimi ona həvalə etdim. O, məmim də, sizin də Rəbbinizdir. Yer üzündə elə bir məxluq yoxdur ki, Allaha boyun əyməsin və Onun hökmüranlığı və sultanlığı altında olmasın. Allah bütün məxluqatı istədiyi kimi idarə edər. Həqiqətən, mənim Rəbbim haqq və ədalət üzərindədir. O sizin mənim üzərimdə güc sahibi olmağınıza əsla izin verməz. Çünki mən haqq üzərindəyəm, siz isə batil üzərində.
11:57Страница 228
فَإِن تَوَلَّوۡاْ فَقَدۡ أَبۡلَغۡتُكُم مَّآ أُرۡسِلۡتُ بِهِۦٓ إِلَيۡكُمۡۚ وَيَسۡتَخۡلِفُ رَبِّي قَوۡمًا غَيۡرَكُمۡ وَلَا تَضُرُّونَهُۥ شَيۡـًٔاۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ ٥٧
Если же вы отвернетесь, то ведь я довел до вашего сведения то, с чем я к вам отправлен. Мой Господь заменит вас другим народом, и вы ничем не навредите Ему. Воистину, Господь мой - Хранитель всякой вещи».
Əgər siz, mənim gətirdiyim dindən üz çevirib getsəniz, bilin ki, mənim borcum bu dini sizə çatdırmaqdır. Mən, Allahın mənə göndərdiyi bu dini və sizə təbliğ etməyi mənə əmr etdiyi hər bir şeyi və sizə çatdırdım. Artıq sizə haqq çatmışdır. Sizə gətirdiyim dindən üz çevirdiyinizə görə Rəbbim sizi məhv edəcək, yerinizə başqa bir qövm gətirəcəkdir. Sizin yalan sayıb, üz çevirməniz istər böyük, istərsədə ki, kişik olmasından aslı olmayaraq Allaha heç bir zərər yetirməz. Çünki Allah qullarına möhtac deyildir. Şübhəsiz ki, Rəbbim hər şeyi müşahidə edən və sizin mənə qarşı ediyiniz pisliklərdən məni qoruyanda Odur!"
11:58Страница 228
وَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا هُودٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَنَجَّيۡنَٰهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ ٥٨
Когда же явилось Наше веление, Мы по Своей милости спасли Худа и тех, кто уверовал вместе с ним. Мы избавили их от лютой кары.
Huhun qövmünü həlak edəcəyimizə dair əmrimiz gəldikdə, Biz Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları qövmündən olan kafirlərə verdiyimiz ağrılı-acılı əzabdan qurtardıq.
11:59Страница 228
وَتِلۡكَ عَادٞۖ جَحَدُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ وَعَصَوۡاْ رُسُلَهُۥ وَٱتَّبَعُوٓاْ أَمۡرَ كُلِّ جَبَّارٍ عَنِيدٖ ٥٩
Такими были адиты! Они отвергли знамения своего Господа, ослушались Его посланников и последовали за всяким горделивым упрямцем.
Bu, Ad qövmüdür! Onlar Rəbbi olan Allahın ayələrinə küfr etdərək, peyğəmbərləri Huda qarşı üsyan etdilər və üstəlik haqqa qarşı təkəbbürlük edən, azğınlıq edib haqqı qəbul etməyən və haqqa boyun əyməyən hər bir kəsə tabe oldular.
11:60Страница 228
وَأُتۡبِعُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةٗ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ عَادٗا كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدٗا لِّعَادٖ قَوۡمِ هُودٖ ٦٠
Проклятие будет преследовать их как в этом мире, так и в День воскресения. Воистину, адиты не уверовали в своего Господа. Да сгинут адиты, народ Худа!
Onlar Uca Allaha küfr etdikləri səbəbindən həm bu dünya həyatında, həm də Qiyamət günündə onlar üçün rəzalət və Allahın rəhmətindən qovulmaq vardır. Beləliklə də, Allah onları hər cür xeyirdən uzaq edib və hər cür şərə yaxınlaşdırdı.
11:61Страница 228
۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَٱسۡتَعۡمَرَكُمۡ فِيهَا فَٱسۡتَغۡفِرُوهُ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِۚ إِنَّ رَبِّي قَرِيبٞ مُّجِيبٞ ٦١
Мы отправили к самудянам их брата Салиха. Он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас иного божества, кроме Него. Он сотворил вас из земли и поселил вас на ней. Просите прощения у Него, а затем покайтесь перед Ним. Воистину, мой Господь - Близкий, Отзывчивый».
Biz Səmud qövmünə qardaşları Salehi göndərdik. Saleh onlara dedi: "Ey qövmüm! Tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Atanız Adəmi torpaqdan yaradaraq sizi də o torpaqdan yaradan və sizi yer üzündə sakin edən Odur. Elə isə Ondan bağışlanma diləyin, sonra da yaxşı əməllər edib, pis əməlləri tərk etməklə Ona tərəf dönün. Şübhəsiz ki, Rəbbim, Ona ixlasla ibadət edənlərə yaxındır, Ona dua edənlərin çağırışa cavab verəndir!"
11:62Страница 228
قَالُواْ يَٰصَٰلِحُ قَدۡ كُنتَ فِينَا مَرۡجُوّٗا قَبۡلَ هَٰذَآۖ أَتَنۡهَىٰنَآ أَن نَّعۡبُدَ مَا يَعۡبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ مُرِيبٖ ٦٢
Они сказали: «О Салих! Прежде ты был нашей надеждой. Неужели ты запрещаешь нам поклоняться тому, кому поклонялись наши отцы? Воистину, нас терзают смутные сомнения относительно того, к чему ты нас призываешь».
Qövmü ona dedi: "Ey Saleh! Bu dəvətindən öncə sən, bizim aramızda yüksək məqama sahib olan bir kimsə idin. Biz sənin ağıllı və öyüd-nəsihət verən bir kimsə olmacağını gözləyirdik. Ey Saleh! Doğrudanmı sən atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin, bizləri tək Allaha ibadət etməyə dəvət etdiyin din barəsində şübhə içərisindəyik və elə buna görə də biz səni, Allah adından yalan danışmaqda ittiham edirik".
11:63Страница 229
قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَءَاتَىٰنِي مِنۡهُ رَحۡمَةٗ فَمَن يَنصُرُنِي مِنَ ٱللَّهِ إِنۡ عَصَيۡتُهُۥۖ فَمَا تَزِيدُونَنِي غَيۡرَ تَخۡسِيرٖ ٦٣
Он сказал: «О мой народ! А что, если я опираюсь на доказательство от моего Господа, и Он даровал мне милость от Себя? Кто тогда защитит меня от Аллаха, если я ослушаюсь Его? Вы же не можете приумножить для меня ничего, кроме убытка.
Saleh öz qövmünə cavab olaraq belə dedi: "Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət, peyğəmbərlik bəxş edibsə və bundan sonra Rəbbimin sizə təbliğ etməyi mənə əmr etdiyi dini sizə təbliğ etməkdən boyun qaçıraraq Allaha asi olsam, Allahın əzabından məni kim qoruya bilər? Bu zaman siz, mənə Rəbbimin razılığından uzaqlaşmaqdan və azğınlıqdan başqa bir şey artırmayacaqsınız.
11:64Страница 229
وَيَٰقَوۡمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٞ قَرِيبٞ ٦٤
О мой народ! Вот эта верблюдица Аллаха - знамение для вас. Пусть она пасется на земле Аллаха, и вы не причиняйте ей зла, а не то вас постигнут близкие мучения».
Ey qövmüm! Allahın bu dişi dəvəsi sizin üçün mənim həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuma dəlalət edəb bir əlamətdir. Buraxın onu Allahın torpağında otlasın. Ona heç bir pislik etməyin, əks halda onu kəsdiyiniz vaxt yaxın bir zamanda sizi şiddətli əzab yaxalayar!"
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии