Аль-МухтасарАш‑Шура · 42:1–53

Аль-Мухтасар · Тафсир · на азербайджанском

الشورى

Аш-Шура

Совет · Мекканская · 53 аята

42:1–2Страница 483

حمٓ ١

Ха. Мим.

عٓسٓقٓ ٢

Айн. Син. Каф.

﴾Hə. Mim. Ayn. Sin. Qaf﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

42:3Страница 483

كَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٣

Так внушает откровение тебе и твоим предшественникам Аллах Могущественный, Мудрый.

Ey Muhəmməd! Sə­nə və səndən əvvəl­ gəlib-getmiş Allahın peyğəmbərlərinə bu vəhyə bənzər vəhy nazil edən Uca Allah, düşmənlərindən intiqam almağa qadir olan, həmçinin, idarə etmək və yartamaq xüsusunda Hikmət sahibidir.

42:4Страница 483

لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ٤

Ему принадлежит то, что на небесах, и то, что на земле. Он - Возвышенный, Великий.

Göylərdə və yerdə nə varsa - yaratmaq, mülk və idarə etmək təkcə Alla­ha məxsusdur. O, həm zatı, həm qüdrəti, həm də hökmranlığı ilə Ucadır, üstəlik də, Öz zatında Əzəmətlidir.

42:5Страница 483

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥

Небеса готовы разверзнуться сверху (от величия Аллаха; или от многочисленных ангелов; или от слов многобожников). Ангелы прославляют хвалой своего Господа и просят прощения для тех, кто на земле. Воистину, Аллах - Прощающий, Милосердный.

Göylərin əzəmətli və uca olmasına rəğmən, pak və müqəddəs Allahın əzəmətinə dözməyib, az qala yerlərin üzərində çatlayıb yarılsın. Mə­ləklər də Rəbbini bütün nöqsanlardan uzaq tutur və müti olaraq ehtiram göstərərək Ona həmd edir, Onu uca tutur, üstəlik, Allahdan yer­dəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.

42:6Страница 483

وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ ٦

Аллах является Хранителем для тех, которые взяли себе иных покровителей и помощников помимо Него (сохраняет их злодеяния для того, чтобы они получили воздаяние), и ты не являешься их попечителем и хранителем.

Allahdan başqa bütləri özlərinə dost tutan və onlara ibadət edən kimsələrə Allah özü nəzarət edir və onların əməllərini qeydə alır, sonra da, bu əməllərin əvəzini verəcəkdir. Ey Peyğəmbər! Sən onların əməllərini gözətləməyə təyin edilməmisən və onların əməllərinə görə soru-suala çəkilən deyilsən, sən sadəcə təbliğ edənsən.

42:7Страница 483

وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ قُرۡءَانًا عَرَبِيّٗا لِّتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَا وَتُنذِرَ يَوۡمَ ٱلۡجَمۡعِ لَا رَيۡبَ فِيهِۚ فَرِيقٞ فِي ٱلۡجَنَّةِ وَفَرِيقٞ فِي ٱلسَّعِيرِ ٧

Так Мы внушили тебе в откровении Коран на арабском языке, чтобы ты предостерегал Мать селений (жителей Мекки) и тех, кто вокруг нее, и предостерегал от Дня собрания, в котором нет сомнения. Одна часть людей окажется в Раю, а другая часть окажется в Пламени.

Ey Peyğəmbər, səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də, ərəbcə Quran vəhy etdik ki, Məkkə əhli­ni və onun ətrafındakı ərəb kəndlərini, sonra da, bütün insanları xəbərdar edə­sən, habelə, insanları qiyamət günü ilə - Allahın əvvəlki və sonrakı insanların hamısını bir yerə toplayıb haqq-hesaba çəkəcəyi və əməllərinin əvəzini verəcəyi ilə qorxudasan. O günün vaqe olacağına dair heç bir şəkk-şübhə yoxdur. O gün insanlar iki dəstəyə ayrılacaq: bir dəstə - yəni, möminlər Cənnətdə, bir dəstə də - yəni, kafirlər Cəhənnəmdə olacaq.

42:8Страница 483

وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمُونَ مَا لَهُم مِّن وَلِيّٖ وَلَا نَصِيرٍ ٨

Если бы Аллах пожелал, то сделал бы их одной общиной верующих. Однако Он вводит в Свою милость того, кого пожелает. А у беззаконников не будет ни покровителя, ни помощника.

Əgər Allah istəsəydi, on­ları İslam dini üzərində olan tək bir ümmət edər və hamısını Cənnətə daxil edərdi. Lakin O, Öz hikməti ilə istədiyini İslam dininə yönəldir və onu Cənnətə daxil edir. Küfr və asiliklər etməklə öz nəfslərinə zülm etmiş kimsələrin isə nə bir qoruyan himayəçisi olar, nə də Allahın əzabından xilas edən bir köməkçisi.

42:9Страница 483

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٩

Неужели они взяли себе покровителей и помощников вместо Него? Аллах является Покровителем. Он оживляет мертвых, и Он способен на всякую вещь.

Müşriklər özlərini himayə etmək üçün özlərinə Allahdan başqa hamilər götürdülər. Hal­bu­ki, haqq hi­mayədar yalnız Allahdır. Ondan başqası nə xeyir verə bilər, nə də zərər. O, qiyamət günü haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün onları dirildəcəkdir. O, Pak və müqəddəsdir və heç bir şey Onu aciz qoya bilməz.

42:10Страница 483

وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّي عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ١٠

Решение всего, в чем вы расходитесь во мнениях, остается за Аллахом. Скажи: «Таков Аллах, мой Господь! Я уповаю только на Него и к Нему обращаюсь».

Ey insanlar, dininizin əsas yaxud ikinci dərəcəli məsələlərdə ixtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Allaha aid­dir. Belə məsələlərdə Onun kitabına və Rəsulunun (səllallahu aleyhi və səlləm) sünnəsinə qayıtmaq gərəkdir. Bu xislətləri özündə cəm edən varlıq, mənim Rəbbim olan Allahdır. Mən bütün işlərimdə yal­nız Ona etimad edir və tövbə edərək yal­nız Ona tərəf yönəlirəm.

42:11Страница 484

فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ١١

Творец небес и земли! Он создал для вас супруг из вас самих, а также скот парами. Так Он размножает вас. Нет никого подобного Ему, и Он - Слышащий, Видящий.

Allah göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq etmişdir. O sizin üçün özü­nüz­dən zövcələr, dəvədən, inəkdən və qoyundan da cütlər yaratmışdır ki, sizin üçün artıb çoxalsınlar. Zövcələrinizlə ailə həyatı qurmağınızla sizin sayınızı artırır və sizi mal-qaranızın əti və südü ilə dolandırır. Məxluqat arasında Allahın heç bir bənzəri yoxdur. O, Öz qullarının nə dediklərini eşidir, nə etdiklərini də görür. Heç bir şey Onun nəzarətindən yayına bilməz. Allah onlara etdikləri əməllərin əvəzini verəcək, xeyirin əvəzinə xeyir, şərin əvəzinə də şər.

42:12Страница 484

لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١٢

Ему принадлежат ключи небес и земли. Он увеличивает или ограничивает удел, кому пожелает. Он знает о всякой вещи.

Göylərin və yerin xəzinələrinin açar­ları təkcə Ona məxsusdur. O, Öz qullarından istədi­yinin ruzisini bol etməklə onu imtahana çəkər, görsün, o, şükür eədəcək, yoxsa nankor olacaq? İstədi­yininkini də azaltmaqla onu müsibətə düçar edər, görsün, o, səbir edəcək, yoxsa Allahın qədərinə qəzəblənəcək? Allah hər şeyi bilir. Qullarına məsləhət olan şeylərdən heç biri Ondan gizli qalmaz.

42:13Страница 484

۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ ١٣

Он узаконил для вас в религии то, что заповедал Нуху (Ною), и то, что Мы внушили тебе в откровении, и то, что Мы заповедали Ибрахиму (Аврааму), Мусе (Моисею) и Исе (Иисусу): «Исповедуйте религию и не расходитесь во мнениях относительно нее». Тяжко для многобожников то, к чему ты их призываешь. Аллах избирает для Себя того, кого пожелает, и направляет к Себе того, кто обращается к Нему.

Ey Peyğəmbər! Biz Nuha nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr et­diksə, sə­nə, vəhy etdiyimizi, habelə, İb­ra­hi­mə, Musa­ya və İsaya nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr et­diksə, sizin üçün də onun bənzərini dində qanun etdik. Bunun xülasəsi belədir: “Dinə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin müşrikləri Allahın tək ilah olduğunu qəbul etməyə və Ondan baqasına edilən ibadəti tərk etməyə çağırmağın onlara ağır gəldi. Allah Öz qullarından istə­di­yini seçib onu Allaha ibadət və itaət etməyə müvəffəq edər, həmçinin, günahlarına görə tövbə edib Allaha üz tutan kimsəni də Özünə tərəf yönəldər.

42:14Страница 484

وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ١٤

Они распались только после того, как к ним явилось знание, по причине зависти и несправедливого отношения друг к другу. И если бы не было прежде Слова от твоего Господа об отсрочке до назначенного срока, то их спор был бы решен. Воистину, те, которые унаследовали Писание после них, испытывают к нему смутные сомнения.

Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilib kafirlərin və müşriklərin əleyhinə dəlil-sübut göstərdik­dən sonra, onlar firqələrə ayrıldılar. Onların firqələrə bölünmələrin səbəbi isə haqsızlıq və zülm etmək oldu. Əgər Allahın əzəli elmində, onlara verəcək əzabın müəyyən edilmiş vaxtadək - qiyamət gününədək təxirə salacağına dair söz verilmiş ol­ma­saydı, Allah onların arasında hökm verər və Allah küfr etdiklərinə, həmçinin, Onun peyğəmbərlərini yalançı saydıqlarına görə onları dərhal əzaba düçar edərdi. Müşriklərdən və öz sələflərindən sonra Tövrata varis olan yəhudilər və İncilə varis olan nəsranilər Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Qurana şəkk edir və yalan sayırlar.

42:15Страница 484

فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ١٥

Посему проповедуй и следуй прямым путем, как тебе было велено. Не потакай их желаниям и говори: «Я уверовал в то, что Аллах ниспослал из Писания, и мне велено относиться к вам справедливо. Аллах - наш Господь и ваш Господь. Нам достанутся наши деяния, а вам - ваши деяния. Нет места доводам (дальнейшим спорам) между нами и вами. Аллах соберет всех нас, и к Нему предстоит прибытие».

Buna görə də sən bu doöru-düzgün dinə dəvət et və Allahın sənə əmr etdiyi ki­mi bu yolda sabitqədəm ol. Onların nəf­s­lərinin batil istəyinə uyma və onlarla mübahisə etdikdə, belə de: “Mən Allaha və Alla­hın öz elçilərinə nazil etdiyi ki­ta­blara iman gətirdim. Allah mənə sizin aranızda əda­lətlə hökm verməyi əmr etmişdir. Mənim ibadət etdiyim Allah hamımızın - həm bizim, həm də sizin Rəbbinizdir. Bi­zim əməllərimiz - istər xeyir, istərsə şər olsun -bizə, sizin əməlləriniz də - istər xeyir, istərsə şər olsun - sizə aid­dir. Dəlil-sübut bəlli olduqdan və doğru yol aydın seçildikdən sonra, bizim­lə sizin aranızda müba­hisə edi­ləcək bir şey yoxdur. Allah ha­mımızı bir yerə top­layacaq. Qiyamət günü dönüş də yalnız Onadır. O, bizlərdən hər kəsə əməllərinin əvəzini layiq olduğu şəkildə verəcəyi zaman, kimin doğruçu, kimin də yalançı olduğu, habelə, kimin haqq, kimin də batil olduğu bəlli olacaqdır”.

42:16Страница 485

وَٱلَّذِينَ يُحَآجُّونَ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ٱسۡتُجِيبَ لَهُۥ حُجَّتُهُمۡ دَاحِضَةٌ عِندَ رَبِّهِمۡ وَعَلَيۡهِمۡ غَضَبٞ وَلَهُمۡ عَذَابٞ شَدِيدٌ ١٦

Доводы тех, которые препираются относительно Аллаха после того, как Ему ответили верующие, бесполезны перед их Господом. На них падет гнев, и им уготованы тяжкие мучения.

İnsanlar Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş İslam dinini qəbul etdikdən sonra, bu din barəsində batil dəlillərlə mübahisəyə gi­rişənlərin gətirdiyi dəlillər Rəbbinin və möminlərin yanında, heç bir istinadı olmayan boş və dəyərsiz bir şeydir. Onlar küfr etdiklərinə və haqqı inkar etdiklərinə görə Allahın qəzəbinə gəlmişlər. Qiyamət günü isə onları şiddətli bir əzab göz­ləyir.

42:17Страница 485

ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ ١٧

Аллах - Тот, Кто ниспослал Писание с истиной и Весы. Откуда тебе знать, возможно, Час близок!

Quranı haqq olaraq, içində heç bir şübhə olmadığı halda nazil edən, habelə, insanlar arasında insafla hökm vermək üçün ədalət (tərəzisini) nazil edən Allah­dır. Ola bilsin ki, onların yalan saydığı qiyamət saatı yaxındır. Məlumdur ki, gələn hər bir şey yaxın olur.

42:18Страница 485

يَسۡتَعۡجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِهَاۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشۡفِقُونَ مِنۡهَا وَيَعۡلَمُونَ أَنَّهَا ٱلۡحَقُّۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِي ٱلسَّاعَةِ لَفِي ضَلَٰلِۭ بَعِيدٍ ١٨

Торопят с ним те, которые не веруют в него. А верующие трепещут перед ним и знают, что он является истиной. Воистину, те, которые препираются по поводу Часа, находятся в далеком заблуждении.

Qiyamətə inanmayanlar onun tez gəlməsini itələb edirlər. Çünki onlar nə haqq-hesaba çəkilməyə, nə mükafat, nə də cəza veriləcəyinə inanırlar. Möminlər isə qiyamət günü insanları nələr gözlədiyini bildiklərinə görə Allahdan qor­xur və o günün gələcəyinə heç bir şübhə olmayan bir həqiqət olduğunu yəqin bilirlər. Şübhəsiz ki, qiyamət saatı barəsin­də mübahisə edib höcətləşənlər və onun gələcəyinə şübhə ilə yanaşanlar haqdan uzaq bir azğınlıq içində­dirlər.

42:19Страница 485

ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرۡزُقُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ ١٩

Аллах добр к Своим рабам и наделяет уделом, кого пожелает. Он - Всесильный, Могущественный.

Allah Öz qullarına qarşı lütf­kar­dır. O, istədiyinə ruzi verir və onun üçün o ruzini atırır, istədiyinin də ruzisini Öz hikməti və lütfü ilə azaldır. O, Qüvvət­lidir - O Allah ki, heç kəs Ona üstün gələ bilməz, həmçinin, Qüdrət­lidir - düşmənlərindən intiqam alar.

42:20Страница 485

مَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلۡأٓخِرَةِ نَزِدۡ لَهُۥ فِي حَرۡثِهِۦۖ وَمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِن نَّصِيبٍ ٢٠

Тому, кто пожелал нивы Последней жизни, Мы увеличим его ниву. Тому же, кто пожелал нивы мирской жизни, Мы дадим из нее, но ему не будет доли в жизни Последней.

Hər kim axirətə hazırlıq olaraq əməl edib savabını istə­yərsə, Biz onun savabını qat-qat artırar - bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər, hətta bundan da çox artırarırq. Kim də təkcə dünyanı istəyərsə, ona əzəldən onun üçün müəyyən edilmiş nəsibini verərik. Beləcə, o, dünyanı axirətdən üstün tutduğuna görə, axirətdə onun heç bir payı ol­maz.

42:21Страница 485

أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٢١

Или же у них есть сотоварищи, которые узаконили для них в религии то, чего не дозволил Аллах? Если бы не решающее Слово, то их спор был бы уже решен. Воистину, беззаконникам уготованы мучительные страдания.

Yoxsa o müşriklərin Allahın dində izin vermədiyi şeyləri - Allaha şərik qoşmağı, halalı haram etməyi və ya haramı halal etməyi, onlar üçün şə­riət qa­nunu edən, Allahdan başqa tanrıları var?! Əgər Allahın ixtilafa düşənlər arasında hökm vermək üçün müəyyən etdiyi vaxt, barələrindəki hökmü o vaxta qədər təxirə salmış olmasaydı, ara­la­rındakı iş bitmiş olardı. Həqi­qətən, Allaha şərik qoşma və asiliklərə yol verməklə özlərinə zülm edən kimsələri qiyamət günü ağ­rı­lı-acılı bir əzab gözləyir.

42:22Страница 485

تَرَى ٱلظَّٰلِمِينَ مُشۡفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمۡۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي رَوۡضَاتِ ٱلۡجَنَّاتِۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ٢٢

Ты увидишь, как беззаконники будут трепетать от того, что они приобрели, когда это падет на них. А те, которые уверовали и совершали праведные деяния, пребудут в Райских садах. Им уготовано у их Господа все, что они пожелают. Это и есть великая милость.

Ey Peyğəmbər! Alaha şərik qoşmaqla və asiliklər etməklə özlərinə zülm edən kimsələrin qazandıqları günahlara görə cəzalandırılacaqlarından qorxub titrədiyini görəcəksən. Onlar, şübhəsiz ki, cəzalandırılacaqlar. Tövbə etmədən, bu cür qorxmağın heç bir faydası yoxdur. Bunlardan fərqli olaraq, Allaha və Onun elçilərinə iman gətirib yaxşı iş­lər görənlər isə Cənnət bağlarında naz-nemətlər içində olacaqlar. Rəbbinin yanında on­lar üçün istədikləri hər növ tükənməz nemətlər ha­zırlanmışdır. Bənzəri olmayan böyük lütf də, elə budur.

42:23Страница 486

ذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ ٢٣

Это - то, чем Аллах радует Своих рабов, которые уверовали и совершали праведные деяния. Скажи: «Я не прошу у вас за это никакой награды, кроме любви ради близости (ради моей близости к вам, или ради вашей близости к Аллаху, или любви к моим близким родственникам)». Тому, кто приобретет добро, Мы увеличим его. Воистину, Аллах - Прощающий, Благодарный.

Allahın Öz rəsulu vasitəsilə, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görən kimsələrə verdiyi böyük müjdə bu­dur. Ey Peyğəmbər, de: “Mən haqqı təbliğ etdiyimə görə sizdən mükafat istəmirəm. Yalnız sizin özünüzə fayda verəcək bir mükafatdan başqa. Bu da, mənim sizinlə olan qohumluğuma görə sevməyinizdir". Kim bir yaxşılıq edərsə, Biz onun sa­vabını on mislində artırarıq. Hə­qiqətən, Allah Öz qullarından Ona tövbə edən kimsənin günahlarını ba­ğışlayar, üstəlik, onların Onun üzü xatirinə etdikləri yaxşı əməllərin əvəzini ve­rər.

42:24Страница 486

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٢٤

Или же они говорят, что он возвел навет на Аллаха? Если бы Аллах пожелал, то наложил бы печать на твое сердце. Своими Словами Аллах стирает ложь и утверждает истину. Воистину, Он знает о том, что в груди.

Müşriklərin batil iddialarından biri də budur ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub Allah nisbət etmişdir. Allah onların bu iddiasını rədd edib buyurur: "Əgər sənin nəfsin yalan uydurmaq istəsəydi, Mən ona möhür vu­rardım. Beləliklə də, uydurma batili silib yox edər, haqqı saxlayardım. Bu işin onların iddia etdiyi kimi olmaması dəlildir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) Quranın ona öz Rəbbi tərəfindən vəhy edildiyini doğru söyləyir. Şübhəsiz ki, Allah, Öz qullarının qəlblərində olanları bilir, bunlardan heç bir şey Ondan gizli qalmır.

42:25Страница 486

وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ ٢٥

Он - Тот, Кто принимает покаяния Своих рабов, прощает злодеяния и знает то, что вы совершаете.

Pak və müqəddəs Allah Öz qulları arasında küfrdən və asilikdən tövbə edən kimsələrin tövbəsini qə­bul edir, onların etdikləri günahları bağışlayır və si­zin nə etdi­yi­nizi bilir, sizin əməllərinizdən heç bir şey Ondan gizli qalmır və bu əməlləri əvəzini sizə verəcəkdir.

42:26Страница 486

وَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ ٢٦

Он отвечает тем, которые уверовали и совершают праведные деяния, и приумножает им из Своей милости. А неверующим уготованы тяжкие мучения.

O, Allaha və Onun elçilərinə iman gətirib saleh əməllər edənlərin duasını qə­bul edər və diləmədikləri nemətləri də onlara verməklə Öz lüt­fünü onlara artı­rar. Allaha və Onun elçilərinə küfr edən kəsləri isə qiyamət günün şid­dət­li əzab gözləyir.

42:27Страница 486

۞ وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ ٢٧

Если бы Аллах увеличил удел Своим рабам, они стали бы бесчинствовать на земле. Однако Он ниспосылает его в меру, как пожелает. Воистину, Он ведает о Своих рабах и видит их.

Əgər Allah bütün qullarına bol-bol ruzi versəydi, onlar yer üzün­də zülm etməklə həddi aşardılar. Lakin pak və müqəddəs Allah ruzini istədiyi qə­də­r - bəzən çox, bəzən də az nazil edir. Həqiqətən, O, Öz qulla­rının işlərindən xəbərdardır və onların etdiklərini görür. Elə buna görə də, O Öz hikməti ilə istədiyinə ruzi verir və Öz hikməti ilə istədiyinin ruzisini kəsir.

42:28Страница 486

وَهُوَ ٱلَّذِي يُنَزِّلُ ٱلۡغَيۡثَ مِنۢ بَعۡدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحۡمَتَهُۥۚ وَهُوَ ٱلۡوَلِيُّ ٱلۡحَمِيدُ ٢٨

Он - Тот, Кто ниспосылает дождь после того, как они отчаиваются, и распространяет Свою милость. Он - Достохвальный Покровитель.

Bəndələri yağışın yağmasından ümidlərini kəs­dikdən sonra onlara yağış endirən və bu yağışı hər tərəfə ya­yıb yeri canlandıran Allahdır. O, Öz qullarının işlərini yoluna qoyan Hamidir və hər bir halda Tərifə­layiqdir.

42:29Страница 486

وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ ٢٩

Среди Его знамений - создание небес и земли, а также тех живых существ (или те живые существа), которых Он расселил на них. Он способен собрать их, когда пожелает.

Allahın göyləri və yeri xəlq etməsi, habelə, onların içində qəribə məxluqlar yayması, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərindən­dir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə topla­ma­ğa və haqq-hesab çəkməyə qadirdir. Onların ilk yaradılışında Ona heç nə mane olmadığı kimi, onları bir yerə topladıqda da, Ona heç nə mane ola bilməz.

42:30Страница 486

وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٖ فَبِمَا كَسَبَتۡ أَيۡدِيكُمۡ وَيَعۡفُواْ عَن كَثِيرٖ ٣٠

Любое бедствие постигает вас лишь за то, что приобрели ваши руки, и Он прощает вам многое.

Ey insanlar, başınıza gələn, yaxud malınıza toxunan hər bir müsibət öz əllərinizlə etdiyiniz asiliklər üzün­dəndir. Allah o günahların çoxunu sizə bağış­layır və buna görə sizi sorğu-sual etməyəcəkdir.

42:31Страница 486

وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ٣١

Вы не спасетесь бегством на земле, и нет у вас, помимо Аллаха, ни покровителя, ни помощника.

Rəbbiniz sizi cəzalandırmaq istəsə, siz qaçıb Ondan canınızı qurtara bilməzsiniz. On­dan baş­qa sizin nə işlərinizi yoluna qoyan bir haminiz olar, nə də Onun əzabını sizdən uzaqlaşdıracaq bir kömək­çi­niz.

42:32Страница 487

وَمِنۡ ءَايَٰتِهِ ٱلۡجَوَارِ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ٣٢

Среди Его знамений - плывущие по морю корабли, подобные горам.

Dənizdə üzən dağlar kimi hündür və uca gə­mi­lər də Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərin­dən­dir.

42:33Страница 487

إِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ ٣٣

Если Он пожелает, то успокоит ветер, и тогда они останутся неподвижными на его (моря) поверхности. Воистину, в этом - знамения для каждого терпеливого, благодарного.

Əgər Allah gəmiləri aparan küləyi sakit­ləş­dirmək istəsə, onu sakitləşdirər, onlar da, dənizdə hərə­kət­siz qalarlar. Həqiqətən, gəmilərin qayırılmasında və küləklərin ram edilməsində, bəlalara və sınaqlara səbir edən və Allahın nemətlərinə şükür edən hər kəs üçün Allahın qüdrətini sübut edən aydın dəlillər vardır.

42:34Страница 487

أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ ٣٤

Он может погубить их (корабли) за то, что они (люди) приобрели, но Он прощает многих.

Yaxud, əgər pak və müqəddəs Allah, o gəmidəki insanların qazandıqları günahlardan dolayı qasırğa göndərib onları məhv etmək istəsə, on­la­rı məhv edər. Lakin O, Öz qullarının günahlarından çoxunu bağış­layır, o günahlara görə onları cəzalandırmır.

42:35Страница 487

وَيَعۡلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٖ ٣٥

Те, которые препираются относительно Наших знамений, знают, что они не смогут сбежать.

Allahın ayələrinin batil olduğunu sübut etmək üçün mübahisə edənlər (göndərdiyimiz) o qasırğanın gəmiləri batırdığını görəndə, özlə­ri üçün bu bəladan qurtuluş yeri ol­madığını biləcəklər. Onda onlar Allahdan başqasına dua etməyəcək, Allahdan savayı bütün tanrılarını tərk edəcəklər.

42:36Страница 487

فَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٣٦

Все, что даровано вам, является преходящим благом мирской жизни. А то, что есть у Аллаха, будет лучше и долговечнее для тех, которые уверовали и уповают на своего Господа,

Ey insanlar, sizə verilən mal-dövlət, yaxud şan-şöhrət, yaxud övlad dünya hə­yatının keçici zövqü­dür. Tükənməz nemətlər isə Allahın, Ona və Onun elçilərinə iman gətirən və bütün işlərində təkcə Rəbbinə etimad edən kimsələr üçün hazırladığı Cənnət nemətləridir.

42:37Страница 487

وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ ٣٧

которые избегают великих грехов и мерзостей и прощают, когда гневаются,

O kəslər ki, böyük günah­lardan və murdar əməl­lərdən uzaq durur, birisinin onlara dediyi pis sözdən və ya etdiyi pis hərəkətdən qəzəbləndikləri zaman onun xətasını bağışla­yır və buna görə onu cəzalandırmır­lar. Əgər bu bağışlamada xeyir və məsləhət varsa, o halda bu mərhəmət onlar tərəfindən bir lütfdür.

42:38Страница 487

وَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٣٨

которые отвечают своему Господу, совершают намаз, совещаются между собой о делах и расходуют из того, чем Мы их наделили,

O kəslər ki, Rəb­bi­nin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Onun çağırışını qəbul edir, namazları kamil şəkildə yerinə yetirir, özlərinə aid olan işlər barə­də öz arala­rın­da məşvərət edir və onlara verdi­yi­miz ruzi­dən Allahın üzü xatirinə xərcləyirlər.

42:39Страница 487

وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلۡبَغۡيُ هُمۡ يَنتَصِرُونَ ٣٩

которые мстят, когда против них поступают несправедливо.

O kəslər ki, zülmə mə­ruz qaldıqda, öz mənliklərini və şərəflərini qorumaq üçün zalımdan - əgər onlara zülm etmiş adam bağışlanmağa layiq deyilsə - intiqam alırlar. Bu intiqam,əlbəttə ki, haqdır, xüsusilə də, əgər zalımı bağışlamaq məsləhət deyilsə.

42:40Страница 487

وَجَزَٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ٤٠

Воздаянием за зло является равноценное зло. Но если кто простит и установит мир, то его награда будет за Аллахом. Воистину, Он не любит беззаконников.

Hər kim özünə edilmiş pisliyin əvəzini çıxmaq istəsə, onun əvəzini çıxa bilər. Lakin (bir şərtlə ki,) o bunu heç bir şey artırmadan və ya həddi aşmadan yerinə yetirsin. Kim də özünə pislik edən kimsəni bağışlasa, onu cəzalandırmasa və qardaşı ilə öz arasında olan münasibəti düzəltsə, onun mükafatı Alla­h yanında olar. Həqiqətən, O, insanların özlərinə, yaxud mallarına, yaxud da namusuna təcavüz edən zalımları sevməz, əksinə, onlara qəzəblənər.

42:41Страница 487

وَلَمَنِ ٱنتَصَرَ بَعۡدَ ظُلۡمِهِۦ فَأُوْلَٰٓئِكَ مَا عَلَيۡهِم مِّن سَبِيلٍ ٤١

Нет укора тем, которые мстят после того, как с ними поступили несправедливо.

Haqsızlığa məruz qaldıqdan sonra qi­sas alanlar, öz haqlarını aldıqlarına görə qınan­mazlar.

42:42Страница 487

إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظۡلِمُونَ ٱلنَّاسَ وَيَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٤٢

Укора заслуживают только те, которые поступают несправедливо с людьми и бесчинствуют на земле без всякого права. Им уготованы мучительные страдания.

Qınanılmağa və cəzalanldırılmağa yalnız o kəslər layiqdirlər ki, onlar in­san­lara zülm edir və yer üzün­də asilik edirlər. Onlar üçün axirətdə ağ­rılı-acılı əzab var­dır.

42:43Страница 487

وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنۡ عَزۡمِ ٱلۡأُمُورِ ٤٣

А если кто проявит терпение и простит, то ведь в этих делах надлежит проявлять решимость.

Hər kim başqasının əziyyətinə səbir edib onu əfv edərsə, şüb­həsiz ki, bu səbir, ona və cəmiyyətə xeyir gətirər. Bu, elə bir təqdirəlayiq əməldir ki, buna yalnız böyük qismət sahibləri müvəffəq olar.

42:44Страница 487

وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِيّٖ مِّنۢ بَعۡدِهِۦۗ وَتَرَى ٱلظَّٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَ يَقُولُونَ هَلۡ إِلَىٰ مَرَدّٖ مِّن سَبِيلٖ ٤٤

У того, кого Аллах ввел в заблуждение, после этого не будет покровителя. Ты увидишь, как беззаконники, увидев мучения, скажут: «Нет ли пути для возвращения?».

Allah kimi hidayətdən məhrum edib haqdan azdırarsa, bun­dan sonra ona yardım edəcək bir hamisi ol­maz. Qiyamət günü sən, küfr və asilik etməklə özlərinə zülm edən kimsələrin əzabı gördükləri za­man təmənna edib: “Dünyaya qayıtmağa bir yol varmı, (qayıdıb) Allaha tövbə edək?” – dediklərini görəcəksən.

42:45Страница 488

وَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ ٤٥

Ты увидишь, как их представят ему (Аду) смиренными от унижения и поглядывающими на него искоса. Те же, которые уверовали, скажут: «Воистину, потерпевшими убыток являются те, которые потеряли самих себя и свои семьи в День воскресения». Воистину, беззаконники пребудут в вечных мучениях.

Ey Peyğəmbər, o zalımlar zəlil və rəzil olduqları halda Cəhənnəmin qarşısına gətirildikləri zaman sən onların Cəhənnəmin qorxusundan başlarını aşağı salıb gözucu insanlara gizlin-gizlin bax­dıq­la­rını görəcəksən. Allaha və Onun elçilərinə iman gətirənlər de­yəcək­lər: “Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü Allahın əzabına düçar olmaqla öz­lə­rini və ailələrini ziyana salanlardır”. Heç şübhəsiz ki, küfr və asilik etməklə özlərinə zülm edən kimsələr əbədi olaraq daimi əzab içində qalacaqlar.

42:46Страница 488

وَمَا كَانَ لَهُم مِّنۡ أَوۡلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ ٤٦

У них не будет покровителей и помощников, которые бы помогли им вместо Аллаха. Нет пути тому, кого Аллах ввел в заблуждение.

Qiyamət günü onları Allahın əzabından qurtarmaqla onlara kömək edəcək dostlar olmaya­caq­. Allah ki­mi haqdan azdırarsa, onun üçün heç vaxt haqqa yönəldən yol tapılmaya­caq.

42:47Страница 488

ٱسۡتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۚ مَا لَكُم مِّن مَّلۡجَإٖ يَوۡمَئِذٖ وَمَا لَكُم مِّن نَّكِيرٖ ٤٧

Ответьте вашему Господу прежде, чем наступит день от Аллаха, который невозможно отвратить (или день, который Аллах не отвратит). В тот день не будет для вас убежища, и вы не сможете отрицать свои грехи.

Ey insanlar, qiyamət günü gəlməmişdən əvvəl Rəb­bini­zin əmrlərini yerinə yetirib qadağan etdiyi əmllərdən çəkinməklə, yaxşı işlər görməyi sonraya saxlamamaqla, Onun çağırışına ca­vab verin! O gün ki, heç kəs onun gəlməsinin qarşısını ala bilməz. O gün sizin üçün heç bir sı­ğı­na­caq yeri olmayacaq və siz dünyada ikən qazandığınız gü­nahlarınızı da inkar edə bilmə­yə­cəksiniz.

42:48Страница 488

فَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ ٤٨

Если же они отвернутся, то ведь Мы не посылали тебя их хранителем. На тебя возложена только передача откровения. Когда Мы даем человеку вкусить Нашу милость, он радуется ей. Когда же его поражает зло за то, что приготовили его руки, то человек становится неблагодарен.

Ey Peyğəmbər, əgər onlar sənin onlara əmr etdiyindən üz döndərsələr, bil ki, Biz səni onların əməllərinə nə­zarətçi tə­yin etmə­mi­şik. Sənin vəzifən ancaq sənə əmr olunanı təbliğ et­məkdir. Onların haqq-hesabı isə Allaha aiddir. Biz insana Öz mərhəmətimiz­dən - var-dövlət, sağlamlıq və başqa bu kimi nemətlərdən daddırdıqda ona sevinər. İnsanlara öz günahları üzündən xoşlamadıqları bir müsibət üz verdikdə isə, insanın xislətcə Allaha qarşı nankor olduğunu, Ona şükr etmədiyini və Allahın Öz hikməti ilə yazdığı qədərə qəzəbləndiyi görərsən.

42:49–50Страница 488

لِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ ٤٩

Аллаху принадлежит власть над небесами и землей. Он творит, что пожелает. Он одаряет, кого пожелает, потомством женского пола, а кого пожелает - мужского.

أَوۡ يُزَوِّجُهُمۡ ذُكۡرَانٗا وَإِنَٰثٗاۖ وَيَجۡعَلُ مَن يَشَآءُ عَقِيمًاۚ إِنَّهُۥ عَلِيمٞ قَدِيرٞ ٥٠

Или же Он сочетает потомство мужского и женского полов, а того, кого пожелает, Он делает бесплодным. Воистину, Он - Знающий, Всемогущий.

Göylərin və yerin mülkü Alla­ha məxsusdur. O, kişi, qadın və s. istədiyini yara­dır; kimisinə qız uşaqları verib və onu oğlan uşağından məhrum edir. Kimisinə oğlan uşaqları verib və onu qız uşağından məhrum edir. Kimisinə həm oğlan, həm də qız uşaqları bəxş edir. Kimisinə də sonsuzluq nəsib edir və onun heç bir uşağı olmaz. Həqiqətən də, Allah keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilir. Bu da, Allahın elminin əhatəli və hikmətinin kamil olduğundan irəli gəlir. Heç bir şey Ondan gizli qalmaz və heç bir şey Onun istədiyinin qarşısını ala bilməz.

42:51Страница 488

۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحۡيًا أَوۡ مِن وَرَآيِٕ حِجَابٍ أَوۡ يُرۡسِلَ رَسُولٗا فَيُوحِيَ بِإِذۡنِهِۦ مَا يَشَآءُۚ إِنَّهُۥ عَلِيٌّ حَكِيمٞ ٥١

Человек не достоин того, чтобы Аллах разговаривал с ним иначе, как посредством откровения или через завесу. Или же Он отправляет посланца, который с Его позволения внушает посредством откровения то, что Он желает. Воистину, Он - Возвышенный, Мудрый.

İnsana layiq olan budur ki, Allah onunla yalnız vəhy - ilham və s. vasitə i­lə danışır, yaxud onunla danışdığı zaman insan Onu eşdiri, lakin Onu görmür, ya­­xud bir Cəbrail kimi bir el­çi mələk göndərir və o da Allahın izni ilə Onun istədiyini bəşərdən olan elçiyə vəhy edir. Həqiqə­tən, pak və müqəddəs Allahın zatı və sifətləri ucadır, üstəlik, yaratmaq, qədəri yazmaq və şəri hökmləri təqdir etmə xüsusunda hikmət sahibidir.

42:52Страница 489

وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٥٢

Таким же образом Мы внушили тебе в откровении дух (Коран) из Нашего повеления. Ты не знал, что такое Писание и что такое вера. Но Мы сделали его светом, посредством которого Мы ведем прямым путем того из Наших рабов, кого пожелаем. Воистину, ты указываешь на прямой путь -

Ey Peyğəmbər! Biz səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də Özümüzdən olan Quranı vəhy et­dik. Bundan öncə sən elçilərə nazil edilmiş səmavi kitabların nə olduğunu, habelə, imanın nə olduğunu bilmirdin. Lakin Biz Quranı, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün bir nur olaraq nazil etdik. Hə­qi­qə­­tən, sən insanları doğru yola - İslamı dininə yönəldirsən.

42:53Страница 489

صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ ٥٣

путь Аллаха, Которому принадлежит то, что на небесах, и то, что на земле. Воистину, к Аллаху возвращаются дела.

Allahın yoluna (yönəldirsən). O Allah ki, göylərdə və yerdə nə varsa - məxluqat, mülk və idarə etmək yalnız Ona məxsusdur. Heç şübhə­siz ki, bütün işlərin əzəli qədəri və onların yoluna qoyulması təkcə Allahın ixtiyarına qa­yıdır.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English