Аль-МухтасарТа Ха · 20:1–90

Аль-Мухтасар · Тафсир · на азербайджанском

طه

Та Ха

Та Ха  · Мекканская · 135 аятов

20:1Страница 312

طه ١

Та. Ха.

﴾Ta. Hə﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar ayə barədə ətraflı danışılmışdır.

20:2Страница 312

مَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لِتَشۡقَىٰٓ ٢

Мы ниспослали тебе Коран не для того, чтобы ты стал несчастен,

Ey Peyğəmbər! Biz Quranı, qövmünün sənə iman etməkdən üz çevirməsinə görə üzülüb, sıxıntı çəkəsən deyə nazil et­mədik.

20:3Страница 312

إِلَّا تَذۡكِرَةٗ لِّمَن يَخۡشَىٰ ٣

а только в качестве назидания для тех, кто страшится.

Biz bu Quranı, Uca Allahın Özündən qorxmağa müvəffəq etdiyi kimsələrə nəsihət və xatırlama olsun deyə nazil etdik.

20:4Страница 312

تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى ٤

Это - Ниспослание от Того, Кто сотворил землю и высокие небеса.

Bu Kitabı, yeri və uca göyləri ya­ra­dan Allah nazil etmişdir. O, əzəmətli bir Qurandır. Çünki o, əzəmətli olan Allah tərəfindən endirilmişdir.

20:5Страница 312

ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ ٥

Милостивый вознесся на Трон (или утвердился на Троне).

Mərhəmətli olan Allah cəlalına layiq bir şəkildə Ərşin üzərinə ucaldı.

20:6Страница 312

لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَمَا تَحۡتَ ٱلثَّرَىٰ ٦

Ему принадлежит то, что на небесах, и то, что на земле, и то, что между ними, и то, что под грунтом.

Göylərdə, yerdə və torpağın altındakı bütün canlıların yaradılışı, mülkü və onları idarə etmək yalnız Tək olan Allaha məx­susdur.

20:7Страница 312

وَإِن تَجۡهَرۡ بِٱلۡقَوۡلِ فَإِنَّهُۥ يَعۡلَمُ ٱلسِّرَّ وَأَخۡفَى ٧

Если даже ты будешь говорить громко, Ему все равно известно тайное и сокрытое.

Ey Peyğəmbər! Sən sözünü ucadan söyləsən də və ya alçaqdan desən də, fərqi etməz, çün­ki Allah onların hamısını bilir. Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır və bundan heç bir şey Ona gizli qalmaz.

20:8Страница 312

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ ٨

Аллах - Тот, кроме Которого нет иного божества и у Которого самые прекрасные имена.

Allah! Ondan başqa iba­dətə layiq olan haqq məbud yoxdur. Gö­zəllikdə ən üstün məqama sahib olan adlar yalnız Ona aiddir!

20:9Страница 312

وَهَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ٩

Дошел ли до тебя рассказ о Мусе (Моисее)?

Ey Peyğəmbər! Artıq İmranın oğlu Musanın - aleyhissəlam - xəbəri sənə gəlib yetişdimi?

20:10Страница 312

إِذۡ رَءَا نَارٗا فَقَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِقَبَسٍ أَوۡ أَجِدُ عَلَى ٱلنَّارِ هُدٗى ١٠

Вот он увидел огонь и сказал своей семье: «Оставайтесь здесь! Я увидел огонь. Быть может, я принесу вам головню или же найду возле огня дорогу».

Musa ailəsi ilə birlikdə səfərdə olarkən o, bir od görüb ailəsinə: "Olduğunuz bu yerdə dayanın! Mən bir od gör­düm. Bəlkə, on­dan sizə bir şölə gətirdim, ya da odun ya­nın­da bizə bir yol göstərən tapdım!" –demişdi.

20:11Страница 312

فَلَمَّآ أَتَىٰهَا نُودِيَ يَٰمُوسَىٰٓ ١١

Когда он подошел к нему, раздался глас: «О Муса (Моисей)!

Musa oda yaxınlaşdıqda Uca Allah ona: "Ey Musa!" deyə səsləndi.

20:12Страница 312

إِنِّيٓ أَنَا۠ رَبُّكَ فَٱخۡلَعۡ نَعۡلَيۡكَ إِنَّكَ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوٗى ١٢

Воистину, Я - твой Господь. Сними же свою обувь. Ты находишься в священной долине Тува (Това).

Şübhəsiz ki, Mən sənin Rəb­binəm. Mənimlə danışmağa hazırlaşmaq üçün başmaqlarını çı­xart. Çün­ki sən müqəd­dəs və pak Tuva va­disindəsən!

20:13Страница 313

وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ ١٣

Я избрал тебя, и посему прислушайся к тому, что внушается тебе в откровении.

Ey Musa! Risaləmi təbliğ etmək üçün səni seçmişəm. Elə isə sə­nə vəhy olunanı dinlə!

20:14Страница 313

إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ ١٤

Воистину, Я - Аллах! Нет божества, кроме Меня. Поклоняйся же Мне и совершай намаз, чтобы помнить обо Мне.

Həqiqətən, Mən Alla­ham! Məndən başqa ibadətə layiq olan heç bir məbud yox­­dur. Elə isə yalnız Mənə iba­dət et və Mə­ni xatır­lamaq üçün namazı kamil şəkildə yerinə yetir!

20:15Страница 313

إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ ١٥

Я едва ли не скрываю Час от Самого Себя, но он непременно настанет, чтобы каждому человеку воздали тем, к чему он стремился.

Şübhəsiz ki, Qiyamət saatı vaqe olacaqdır. Buna əsla şəkk-şübhə ola bilməz. Heç bir məxluqun onun vaxtını bilməsin deyə az qala onun vaqe olacağı vaxtı gizlə­di­m. Lakin insanlar peyğəmbərin onlara Qiyamət saatının vaqe olacağı barədə xəbər verməsindən dolayı onun əlamətlərini bilirlər. Qiyamət saatı qopduqda isə hər kəs dünyada etdiyi xeyir və şər əməllərinin əvəzini (mükafatını və ya cəzasını) alacaqdır.

20:16Страница 313

فَلَا يَصُدَّنَّكَ عَنۡهَا مَن لَّا يُؤۡمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرۡدَىٰ ١٦

Пусть не отворачивает тебя от него тот, кто не верует в него и потакает своим желаниям, а не то ты погибнешь.

Qoy kafirlərdən Qiyamətin vaqe olacağına inanmayan və günahlar etməkdə nəf­sinin istəklərinə uyan kəslər, sə­ni, onu təsdiq edib və saleh əməllər etməklə ona hazırlaşmaqdan əsla ya­yındırmasın, yox­sa bu səbəbdən həlak olarsan!

20:17Страница 313

وَمَا تِلۡكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ ١٧

Что это у тебя в правой руке, о Муса (Моисей)?».

Sağ əlində olan şey nədir, ey Musa?"

20:18Страница 313

قَالَ هِيَ عَصَايَ أَتَوَكَّؤُاْ عَلَيۡهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَـَٔارِبُ أُخۡرَىٰ ١٨

Муса (Моисей) сказал: «Это - мой посох. Я опираюсь на него и сбиваю им листья для моих овец (или отгоняю им моих овец). Я нахожу ему и другое применение».

Musa - aleyhissəlam - dedi: "Bu mənim əsamdır. Yeriyərkən ona söykənir və onun­la qo­yunları üçün ağacdan yarpaq silkələ­yirəm. Ayrıca olaraq, mənim üçün onda söylədiklərimdən başqa faydalar da vardır".

20:19Страница 313

قَالَ أَلۡقِهَا يَٰمُوسَىٰ ١٩

Аллах сказал: «О Муса (Моисей)! Брось его».

Uca Allah Musaya belə buyurdu: "Onu (əsanı yerə) yerə at, ey Musa!"

20:20Страница 313

فَأَلۡقَىٰهَا فَإِذَا هِيَ حَيَّةٞ تَسۡعَىٰ ٢٠

Он бросил посох, и тот превратился в змею, которая быстро двигалась.

Musa əlində olan əsanı yerə atdı və o, bir anda sürətlə yeriyən ilana döndü.

20:21Страница 313

قَالَ خُذۡهَا وَلَا تَخَفۡۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلۡأُولَىٰ ٢١

Аллах сказал: «Возьми ее и не бойся. Мы вернем ее в прежнее состояние.

Uca Allah Musaya - aleyhissəlam - buyurdu: "Əsanı götür, onun ilana dönməsindən qorx­ma! Sən onu əlinə alan kimi, Biz onu əvvəlki halına qay­ta­raca­ğıq.

20:22Страница 313

وَٱضۡمُمۡ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ ءَايَةً أُخۡرَىٰ ٢٢

Прижми свою руку к боку, и она выйдет белой (цвета молока, светящейся), без следов болезни. Вот тебе еще одно знамение!

Əlini qoltuğunun altına sal, əlin oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən ikinci bir əlamət olaraq ağap­paq, heç bir lə­kə­siz çıxsın.

20:23Страница 313

لِنُرِيَكَ مِنۡ ءَايَٰتِنَا ٱلۡكُبۡرَى ٢٣

Мы покажем тебе некоторые из Наших величайших знамений.

Ey Musa! Sənə göstərdiyimiz bu iki əlaməti, qüdrətimizə və sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən əzəmətli mö­cüzələrimizdən.

20:24Страница 313

ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ٢٤

Ступай к Фараону, ибо он преступил границы дозволенного».

Ey Musa! Fironun yanına get! Çünki o, küfür etməkdə həddini aşmış və Allaha qarşı üsyan etmişdir.

20:25Страница 313

قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي ٢٥

Муса (Моисей) сказал: «Господи! Раскрой для меня мою грудь!

Musa - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bu yolda bütün məşəqqətlərə və əziyyətlərə tab gətirə bilmək üçün qəlbimi açıb genişlət!

20:26Страница 313

وَيَسِّرۡ لِيٓ أَمۡرِي ٢٦

Облегчи мою миссию!

Mənə işimi asanlaşdır!

20:27Страница 313

وَٱحۡلُلۡ عُقۡدَةٗ مِّن لِّسَانِي ٢٧

Развяжи узел на моем языке,

Mənə açıq-aydın, fəsahətli bir şəkildə danışmağı bəxş et ki,

20:28Страница 313

يَفۡقَهُواْ قَوۡلِي ٢٨

чтобы они могли понять мою речь.

Sənin risalətini onlara təbliğ etdiyim zaman sözümü düzgün anlayıb, başa düşsünlər!

20:29Страница 313

وَٱجۡعَل لِّي وَزِيرٗا مِّنۡ أَهۡلِي ٢٩

Назначь мне помощника из моей семьи -

Ailəmdən mənə bir yardımçı ver, işlərimdə mənə kömək olsun –

20:30Страница 313

هَٰرُونَ أَخِي ٣٠

брата моего Харуна (Аарона).

Qardaşım İmran oğlu Harunu mənə yardımçı et!

20:31Страница 313

ٱشۡدُدۡ بِهِۦٓ أَزۡرِي ٣١

Умножь благодаря ему силу мою

Onunla gü­cümü artır!

20:32Страница 313

وَأَشۡرِكۡهُ فِيٓ أَمۡرِي ٣٢

и позволь ему разделить со мной мою миссию,

Bu risalətini insanlara təbliğ etməkdə onu mənə şərik et ki,

20:33Страница 313

كَيۡ نُسَبِّحَكَ كَثِيرٗا ٣٣

чтобы мы славили Тебя многократно

Sənə çoxlu təriflər və həmd-sənalar deyək.

20:34Страница 313

وَنَذۡكُرَكَ كَثِيرًا ٣٤

и поминали Тебя многократно.

Səni çox zikr edib, yada salaq.

20:35Страница 313

إِنَّكَ كُنتَ بِنَا بَصِيرٗا ٣٥

Воистину, Ты видишь нас».

Şübhəsiz ki, Sən bizi gö­rürsən. Bizim heç bir işimiz sənə gizli qalmaz!"

20:36Страница 313

قَالَ قَدۡ أُوتِيتَ سُؤۡلَكَ يَٰمُوسَىٰ ٣٦

Аллах сказал: «О Муса (Моисей)! Ты уже получил то, что попросил.

Uca Allah: "Ey Musa! Artıq istədiyini sənə verdik!" – deyə buyurdu.

20:37Страница 313

وَلَقَدۡ مَنَنَّا عَلَيۡكَ مَرَّةً أُخۡرَىٰٓ ٣٧

Мы и прежде оказывали тебе милость,

Sənə bundan əvvəl də nemət bəxş etmişdik.

20:38Страница 314

إِذۡ أَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ ٣٨

когда внушили твоей матери откровение:

O vaxt Firon tərəfindən qurulan hiylədən Uca Allah səni necə qoruyacağına dair anana vəhy olu­nacaq şeyi belə vəhy etdik:

20:39Страница 314

أَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ ٣٩

«Положи его в сундук и пусти его по реке, и река выбросит его на берег. Его подберет Мой враг и его враг». Я одарил тебя Своей любовью, и тебя взрастили у Меня на Глазах.

Anasına ilham yolu ilə belə buyurduq: "Onu dünyaya gətirdikdən sonra bir sandığa qoyub Nil çayına bu­rax ki, Nil çayı onu Bizim əmrimizlə sahilə çıxartsın, beləliklə də, həm Mə­nim düşmə­nim, həm də onun düşməni olan bi­risi onu gö­türsün. Bu kimsə, Firondur". Göz­üm önündə və Mənim mühafizəm altında böyüyüb, boya-başa çatıb, tərbiyə alman üçün, Öz tərə­fim­dən sənə qar­şı qullarım ara­sında bir məhəbbət oyatdım və beləliklə də, insanlar səni sevdilər.

20:40Страница 314

إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ ٤٠

Твоя сестра пришла к семье Фараона и сказала: «Не указать ли вам на ту, которая будет заботиться о нем?». Мы вернули тебя к твоей матери, чтобы порадовался ее взор и чтобы она не горевала. Ты убил человека, и Мы спасли тебя от скорби и подвергли тебя тяжелому испытанию. О Муса (Моисей)! Ты пробыл многие годы среди жителей Мадьяна, а теперь вернулся в срок.

O zaman bacın sandığın arxasınca düşüb onun hara getdiyini təqib edirdi. Həhayət sandığ sahilə yetişib, Firon cammatı onu çaydan götürdükdə, bacın onlara belə dedi: "Sizə onun qay­ğı­sına qa­lacaq, onu lazımınca qoruyacaq və əmizdirəcək bi­risini göstə­rim­mi?" Beləliklə, sənin anana qayıtmağından dolayı onun sevinməsi və sənə görə qəm-qüssə çəkməsin deyə, sə­nin yenidən anana qayıtmağı bəxş etdik. Həmçinin, sən boya-başa çatdıqda bir qibtini yumruqla öldürdüyündən sonra sənə bunun cəzasından qurtarmağı bəxş etdik. Biz səni, başına gələn bütün çətinliklərdən, sınaqlardan qurtardıq. Misiri tərk edib il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da ey Musa! Sənin üçün müəy­yən olun­muş vaxt gəlib çatdıqda, Rəbbinin səninlə danışması üçün vadiyə gəldin.

20:41Страница 314

وَٱصۡطَنَعۡتُكَ لِنَفۡسِي ٤١

Я избрал тебя для Себя.

Sənə vəhy etdiklərimi insanlara təbliğ etmək üçün elçi olaraq səni seç­dim!

20:42Страница 314

ٱذۡهَبۡ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِي وَلَا تَنِيَا فِي ذِكۡرِي ٤٢

Ступайте же вместе с твоим братом с Моими знамениями и не уставайте поминать Меня.

Ey Musa! Sən və qardaşın Harun, Allahın vəhdaniyyətinə dəlalət edən ayələrimizlə gedin. Mənə dəvət etməkdə və Məni zikr etməkdə zə­iflik gös­tərməyin.

20:43Страница 314

ٱذۡهَبَآ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ٤٣

Ступайте к Фараону вдвоем, ибо он преступил границы дозволенного.

Hər ikinizdə Fironun yanına gedin! O, həqiqətən, küfür əməllər islətməkdə və Allaha qarşı üsyan etməkdə həddini aşmışdır.

20:44Страница 314

فَقُولَا لَهُۥ قَوۡلٗا لَّيِّنٗا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوۡ يَخۡشَىٰ ٤٤

Говорите с ним мягко, быть может, он прислушается к назиданию или устрашится».

Onunla sərt olmayan, mülayim tərzdə danı­şın ki, öyüd-nəsihət qəbul et­sin, ya­xud Allahdan qorx­ub, Ona tövbə etsin!"

20:45Страница 314

قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ ٤٥

Они сказали: «Господь наш! Мы боимся, что он поспешит наказать нас или преступит границы дозволенного».

Musa və Harun - aleyhiməssələm - belə dedilər: "Dəvətimizi Firona tamamlamazdan öncə onun tələsib bizə cəza ver­mə­sin­dən, ölüm və ya başqa bir şeylər ilə bizə zülm etməkdə həd­dini aşma­sından qorxuruq!"

20:46Страница 314

قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ ٤٦

Аллах сказал: «Не бойтесь, ибо Я - с вами. Я слышу и вижу.

Uca Allah onlara belə buyurdu: "Qorx­ma­yın, şübhəsiz ki, Mən Öz yardımım və dəstəyim ilə sizinlə birgəyəm, sizin ilə onun arasında nə baş verdiyini eşi­di­b, gö­rü­rəm!"

20:47Страница 314

فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ ٤٧

Ступайте к нему вдвоем и скажите: «Мы - посланники твоего Господа. Отпусти с нами сынов Исраила (Израиля) и не причиняй им мучения. Мы явились к тебе со знамением от нашего Господа. Мир тому, кто последовал верному руководству!

Hər ikiniz də Fironun yanına gedib ona belə de­yin: "Ey Firon! Biz sənin Rəbbinin elçi­lə­riyik. İs­rail oğul­la­rını bizim­lə göndər. Onların oğlan uşaqlarını öldürüb və qadınlarını sağ buraxmaqla, onlara əzab-əziyyət ver­mə. Biz sənə Rəb­bin­dən bizim doğruluğumuza də­lalət edən açıq-aydın dəlil dətirmişik. Allahın əzabından ancaq iman edənlər və Onun doğru yol­lunu tutub gedənlər əmin-aman ola bilərlər!

20:48Страница 314

إِنَّا قَدۡ أُوحِيَ إِلَيۡنَآ أَنَّ ٱلۡعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ ٤٨

Мы получили откровение о том, что мучениям подвергнется всякий, кто счел истину ложью и отвернулся».

Şübhəsiz ki, Uca Allah, bizə dünyada və axirətdə əzabın, Allahın ayələrini yalan sayanlara və rəsulların gətirdiklərindən üz dön­də­rən­lərə ve­rilə­cəyinə dair vəhy etdi!"

20:49Страница 314

قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ ٤٩

Фараон сказал: «Кто же ваш Господь, о Муса (Моисей)?».

Firon, Musa və Harundan eşitdiyi sözləri inkar edərək belə dedi: "Ey Musa! Sizi mənim göndərdiyini iddia etdiyiniz Rəbbiniz kim­dir?"

20:50Страница 314

قَالَ رَبُّنَا ٱلَّذِيٓ أَعۡطَىٰ كُلَّ شَيۡءٍ خَلۡقَهُۥ ثُمَّ هَدَىٰ ٥٠

Муса (Моисей) ответил: «Господь наш - Тот, Кто придал облик всякой вещи, а затем указал всему путь».

Musa dedi: "Rəbbimiz hər şeyə uyğun olan zahiri görünüşü və sürəti verən, sonra da yaratmış olduğu məqsəd üçün onlara doğru yolu gös­tə­rən­dir!"

20:51Страница 314

قَالَ فَمَا بَالُ ٱلۡقُرُونِ ٱلۡأُولَىٰ ٥١

Фараон сказал: «А что будет с первыми поколениями?».

Firon Musadan soruşdu: "Elə isə de görüm, küfr üzərində olan keçmiş ümmətlərin halı necə olacaqdır?"

20:52Страница 315

قَالَ عِلۡمُهَا عِندَ رَبِّي فِي كِتَٰبٖۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى ٥٢

Муса (Моисей) ответил: «Знание об этом - у моего Господа в Писании. Мой Господь не ошибается и не забывает».

Musa - aleyhissəlam - Firona belə dedi: "Keçmiş ümmətlərin halı barəsində bil­gi Rəbbimin yanın­da­dır. Olub keçənlərin hamısı bütünlüklə lövhi-məhfuzda yazılmışdır. Rəb­bim Öz elmində əsla xəta etməz və bildiyini də əsla unu­tmaz".

20:53Страница 315

ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَسَلَكَ لَكُمۡ فِيهَا سُبُلٗا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّن نَّبَاتٖ شَتَّىٰ ٥٣

Он сделал землю для вас колыбелью, проложил для вас на ней дороги и низвел с неба воду. Благодаря ей Мы взрастили различные растения.

Yer üzündə yaşamanız üçün oranı əlverişli edən, gəzib-dolaşmanız üçün orada yol­lar sal­an, göydən su en­dir­ən və bu su vasitəsi ilə yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirən Rəbbimdir.

20:54Страница 315

كُلُواْ وَٱرۡعَوۡاْ أَنۡعَٰمَكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ ٥٤

Вкушайте сами и пасите свой скот. Воистину, в этом - знамения для обладающих разумом.

Ey İnsanlar! Sizin üçün yetişdirdiyimiz pak şeylərdən həm özünüz yeyin, həm də heyvanlarınızı yem­lə­yin. Həqiqətən, bu zikir edilən nemətlərdə ağıl sahibləri üçün Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən dəlil­lər var­dır.

20:55Страница 315

۞ مِنۡهَا خَلَقۡنَٰكُمۡ وَفِيهَا نُعِيدُكُمۡ وَمِنۡهَا نُخۡرِجُكُمۡ تَارَةً أُخۡرَىٰ ٥٥

Мы сотворили вас из нее (земли), в нее Мы вас вернем и из нее выведем еще раз.

Biz atanız Adəmi - aleyhissəlam - yer üzündəki torpaqdan yarat­dıq. Əcəliniz çatıb öldükdə isə Biz sizi ora qaytaracaq və qiyamət günü yenidən dirilmək üçün sizi bir daha ora­dan dirildib çı­xardacağıq.

20:56Страница 315

وَلَقَدۡ أَرَيۡنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ ٥٦

Мы явили ему (Фараону) всевозможные Наши знамения, но он счел их ложью и отказался.

Biz Firona doqquz ayətimizin hamı­sını göstərdik. Lakin o, bunlara şahid olmasına rəğmən onların hamısını ya­lan sayıb, Allaha iman gətirməkdən imtina et­di.

20:57Страница 315

قَالَ أَجِئۡتَنَا لِتُخۡرِجَنَا مِنۡ أَرۡضِنَا بِسِحۡرِكَ يَٰمُوسَىٰ ٥٧

Он сказал: «О Муса (Моисей)! Неужели ты явился к нам, чтобы изгнать нас из нашей земли своим колдовством?

Firon dedi: "Gətirdiyin seh­rlə bizi Misirdən çı­xarıb, Misirin mülkünə özün sahib olasan deyə gəlmisənmi, ey Musa?!

20:58Страница 315

فَلَنَأۡتِيَنَّكَ بِسِحۡرٖ مِّثۡلِهِۦ فَٱجۡعَلۡ بَيۡنَنَا وَبَيۡنَكَ مَوۡعِدٗا لَّا نُخۡلِفُهُۥ نَحۡنُ وَلَآ أَنتَ مَكَانٗا سُوٗى ٥٨

Мы непременно покажем тебе такое же колдовство. Назначь же срок для нашей встречи на открытом месте, где мы будем иметь равные шансы, и никто из нас не должен нарушить его».

Ey Musa! Sənin sehrin kimi biz də bir sehr göstərəcəyik. Elə isə bizim­lə öz aran­da müəyyən bir yer və müəyyən bir gö­rüş vaxtı təyin et. Nə biz, nə də sən vəerdiyimiz sözə xilaf çıxyaq. Elə et ki, bu yer, hər iki dəstə arasında ortada olan bir məkanda olsun!"

20:59Страница 315

قَالَ مَوۡعِدُكُمۡ يَوۡمُ ٱلزِّينَةِ وَأَن يُحۡشَرَ ٱلنَّاسُ ضُحٗى ٥٩

Муса сказал: «Сроком для вас будет день украшения, и пусть люди соберутся утром».

Musa - aleyhissəlam - Firona belə dedi: "Bizimlə sizin aranızdakı vəd olunan vaxt bay­ram günü, camaatın bayram münasibəti ilə bir-birini təbrik etmək üçün bir yerə top­laşacağı səhər vax­tıdır!"

20:60Страница 315

فَتَوَلَّىٰ فِرۡعَوۡنُ فَجَمَعَ كَيۡدَهُۥ ثُمَّ أَتَىٰ ٦٠

Фараон отвернулся и собрал свои козни (собрал своих колдунов), а затем пришел в назначенный срок.

Firon, Musanın bu sözündən sonra arxasını çevirib oradan ayrıldı, sonra da bütün sehr­bazlarının hamısını toplayıb Musaya qalib gəlmək üçün əvvəlcədən təyin edilmiş vaxta, müəyyən edilən yərə gəldi.

20:61Страница 315

قَالَ لَهُم مُّوسَىٰ وَيۡلَكُمۡ لَا تَفۡتَرُواْ عَلَى ٱللَّهِ كَذِبٗا فَيُسۡحِتَكُم بِعَذَابٖۖ وَقَدۡ خَابَ مَنِ ٱفۡتَرَىٰ ٦١

Муса (Моисей) сказал им: «Горе вам! Не возводите навет на Аллаха, а не то Он уничтожит вас, подвергнув мучениям. Неудача постигнет того, кто измышляет ложь».

Musa Fironun sehrbazlarına öyüd-nəsihət verərək belə dedi: "Bunu etməkdən çəkinin! Sehr edib insanları aldadaraq Allah adına yalan uy­dur­ma­yın, yoxsa O, Öz tərəfindən əzab göndərib sizi məhv edər. Allah adına yalan uyduranlar şübhəsiz ki, ziyana uğra­yanlardır!"

20:62Страница 315

فَتَنَٰزَعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ وَأَسَرُّواْ ٱلنَّجۡوَىٰ ٦٢

Они стали спорить между собой о своих действиях и сохранили свой разговор в тайне.

Sehrbazlar Musanın - aleyhissəlam - sözünü eşitdikdən sonra öz ara­la­rında mü­ba­hisə edib gizlincə danışdılar.

20:63Страница 315

قَالُوٓاْ إِنۡ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخۡرِجَاكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِمَا وَيَذۡهَبَا بِطَرِيقَتِكُمُ ٱلۡمُثۡلَىٰ ٦٣

Они сказали: «Эти двое мужчин - колдуны. Они хотят колдовством изгнать вас из вашей страны и вдвоем следовать вашим превосходным путем.

Sehrbazlardan bəziləri bir-birlərinə gizlincə belə dedilər: "Musa və Harunun hər ikisi sehrbazdır. On­lar özləri ilə gətirdikləri bu sehr­ vasitəslə sizi Misirdən qo­vub çıxartmaq, gözəl həyat tərzinizi və dininizi aradan gö­tür­mək istə­yirlər.

20:64Страница 315

فَأَجۡمِعُواْ كَيۡدَكُمۡ ثُمَّ ٱئۡتُواْ صَفّٗاۚ وَقَدۡ أَفۡلَحَ ٱلۡيَوۡمَ مَنِ ٱسۡتَعۡلَىٰ ٦٤

Объедините ваши козни и выстройтесь в ряд. Сегодня преуспеет тот, кто одержит верх».

İşinizi ustalıqla edin və aranızda ixtilaf etməyin. Sonra meydana dəs­tə-dəs­tə gəlin və əllərinizdə olanları hamınız bir yerdə atın. Bu gün rəqibinə qə­ləbə çalan zəfərə nail olacaqdır!"

20:65Страница 316

قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ ٦٥

Они сказали: «О Муса (Моисей)! Ты бросишь первым, или же нам бросать первыми?».

Sehrbazlar Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! İki şeydən birini seç. Sahib olduğun sehri ya sən birinci et, ya da ki, onu birinci biz edək!"

20:66Страница 316

قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ ٦٦

Он сказал: «Нет, бросайте вы!». И тут ему представилось, что их веревки и посохи от их колдовства пришли в движение.

Musa - aleyhissəlam - dedi: "Əksinə, əlinizdəkiləri öncə siz atın!" Beləliklə də, sehr­bazlar əllərindəki­ləri yerə atdılar. Bu zaman onların etdikləri sehrirdən­ dolayı əsaları və ipləri Musaya yerdə sürətlə hərəkət edən ilanlar kimi görsəndi.

20:67Страница 316

فَأَوۡجَسَ فِي نَفۡسِهِۦ خِيفَةٗ مُّوسَىٰ ٦٧

Тогда он почувствовал в душе страх.

Sehr­bazların etdiklərindən dolayı Musa qəlbində bir qorxu hissi keçirdi.

20:68Страница 316

قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ ٦٨

Мы сказали: «Не бойся! Ты одержишь верх.

Uca Allah Musanı - aleyhissəlam - sakitləşdirib ona təskinlik vermək üçün ona belə vəhy etdi: "Ey Musa! Gördyün şeylərdən dolayı əsla qorxma. Sonda qa­lib gəlib, üstünb olan mütləq sən ola­caq­san!

20:69Страница 316

وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ ٦٩

Брось то, что держишь в своей деснице, и оно проглотит содеянное ими. Воистину, содеянное ими - это козни колдуна, а колдун не преуспеет, куда бы он ни пришел».

Sağ əlindəki əsanı yerə at ki, ilana dönərək on­ların sehr etdikləri bütün iplərini və dəyənəklərini bir anda udsun. On­ların qur­duqları sadəcə sehr­baz hiylə­sidir. Sehrbaz isə, harada olursa olsun, əsla öz muradına çata bilməz!"

20:70Страница 316

فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سُجَّدٗا قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ ٧٠

Колдуны пали ниц и сказали: «Мы уверовали в Господа Харуна (Аарона) и Мусы (Моисея)!».

Musa əsasını yerə atan kimi o bir ilan dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini uddu. Buna şahid olan sehrbazlar Musanın etdiyinin heç də sehr olmadığını, əksinə, bunun, Allah tərəfindən olduğunu anlayıb Uca Allaha səcdə edərək: "Biz Musanın, Harunun və bütün məxluqatın Rəbbinə iman gə­tir­dik!" – de­di­lər.

20:71Страница 316

قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَۖ فَلَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ فِي جُذُوعِ ٱلنَّخۡلِ وَلَتَعۡلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابٗا وَأَبۡقَىٰ ٧١

Фараон сказал: «Неужели вы поверили ему без моего соизволения? Воистину, он - старший из вас, который научил вас колдовству. Я отрублю вам руки и ноги накрест и распну вас на пальмовых стволах. Вот тогда вы узнаете, чье наказание суровее и долговечнее».

Firon, sehr­bazların Musa və Harunun Rəbbinə iman gətirmələrini qınayaraq və onları təhdid edərək onlara belə dedi: "Mən sizə izin ver­məzdən öncə Musaya imanmı gə­tirdiniz? Ey Sehr­bazlar! Şübhəsiz ki, Musa sizə sehr öyrədən başçınızdır. Mən si­zin hər birinizin əllərinizi və ayaq­larınızı çar­paz kəsdi­rə­cək və bədənlərinizi ta ölənə kimi xur­ma ağac­la­rının gövdələ­rin­də çar­mıxa çə­kəcə­yəm ki, qoy bu, başqalarına da ibrət olsun. Bundan sonra han­sı­mı­zın, mənim, yoxsa Musanın Rəbbinin əza­bı­nın daha şid­dət­li və daha sürəkli ol­duğunu anlayacaqsınız!"

20:72Страница 316

قَالُواْ لَن نُّؤۡثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلَّذِي فَطَرَنَاۖ فَٱقۡضِ مَآ أَنتَ قَاضٍۖ إِنَّمَا تَقۡضِي هَٰذِهِ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَآ ٧٢

Они сказали: «Мы не отдадим тебе предпочтения перед ясными знамениями, которые явились нам, и перед нашим Творцом. Выноси же свой приговор! Воистину, ты выносишь приговор только в мирской жизни.

Sehrbazlar Firona dedilər: "Ey Firon! Sənə tabe olmağı biz göstərilən açıq-aydın ayələrinə tabe olmaqdan əsla üstün edə bilmərik. Biz heç vaxt səni, bizi yaradan uca Allahdan üstün tutmayacağıq. İndi bizə nə etmək istəyirsənsə et. Sən bizə istədiyini ancaq bu fani dün­yada edə bilərsən, onsuz da sənin hökmüranlığın bir gün yox olacaqdır!

20:73Страница 316

إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغۡفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكۡرَهۡتَنَا عَلَيۡهِ مِنَ ٱلسِّحۡرِۗ وَٱللَّهُ خَيۡرٞ وَأَبۡقَىٰٓ ٧٣

Воистину, мы уверовали в нашего Господа для того, чтобы Он простил нам наши грехи и колдовство, к которому ты нас принудил. Аллах лучше и долговечнее».

Həqiqətən, biz keçmişdə etdiyimiz küfr və digər günahlarımızın, bizi sehr öyrənməyə, onunla məşğul olmağa və bu sehrlə Musaya qələbə çalmağa məcbur etdiyinə görə bizi bağışlaması üçün Rəbbi­mi­zə iman gətirdik. Alla­hın mükafatı sənin bizə vəd etdiyin mükafatdan daha xeyir­li və Onun cəzası sən bizi hədələdiyin cəzadan daha şiddətlidir!"

20:74Страница 316

إِنَّهُۥ مَن يَأۡتِ رَبَّهُۥ مُجۡرِمٗا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ٧٤

Тому, кто явится к своему Господу, будучи грешником, уготована Геенна, в которой он не умрет и не будет жить.

Kim qiyamət günü Rəbbinin hüzuruna kafir olaraq gələrsə, o kimsə üçün Cəhən­nəm­ atəşi vardır. O, orada əbədi olaraq qalacaqdır. O, Cəhənnəmdə nə ölüb canını əzabdan qurtara biləcək, nə də gözəl həyat sürüb, yaşaya biləcək.

20:75Страница 316

وَمَن يَأۡتِهِۦ مُؤۡمِنٗا قَدۡ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُوْلَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلۡعُلَىٰ ٧٥

А тем, кто явится к Нему, будучи верующим, совершив праведные деяния, уготованы высшие ступени -

Kim Qiyamət günü Rəbbinin hüzuruna Allaha iman gətirmiş və yax­şı əməl­lər etmiş bir halda gə­lər­sə, məhz belə kimsələr ən yüksək məqama və ən yüksək də­rə­cələr nəsib olan kimsələrdir.

20:76Страница 316

جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ ٧٦

сады Эдема, в которых текут реки. Они пребудут там вечно. Таково воздаяние тем, кто очистился.

Bu ən yüksək məqamlar və ən yüksək də­rə­cələr, qəsirləri altından çaylar axan, içərisində əbədi qalacaqları cən­nətlərdir. Deyilən bu mükafat, özünü küfr və günahlar­dan təmizləyən hər bir kimsə üçündür.

20:77Страница 317

وَلَقَدۡ أَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِي فَٱضۡرِبۡ لَهُمۡ طَرِيقٗا فِي ٱلۡبَحۡرِ يَبَسٗا لَّا تَخَٰفُ دَرَكٗا وَلَا تَخۡشَىٰ ٧٧

Мы внушили Мусе (Моисею) откровение: «Ночью отправляйся в путь с Моими рабами и проложи для них по морю сухую дорогу. Не бойся, что тебя настигнут, и не опасайся!».

Biz Musaya: "Misirdən qullarım­la birlikdə gecə vaxtı heç kimsə sizi hiss etmədən yola çıx, əsanı suya vur­maqla onlar üçün də­niz­də quru bir yol aç. Fironun və onun adamlarının si­zə çat­ma­sın­dan və həmçinin dənizdə batıb qərq olmanızdan da qorxma!" – de­yə vəhy etdik.

20:78Страница 317

فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلۡيَمِّ مَا غَشِيَهُمۡ ٧٨

Фараон со своим войском бросился преследовать их, но море накрыло их полностью.

Firon öz ordusu ilə birğə on­ların arxasınca düşdü və nəhayət, həqiqətini Allahdan başqa kiminsə bilmədiyi bir şəkildə dəniz Fironu və onun ordusunu bir anda qap­la­yıb batırdı. Beləliklə də, onların hamısı suyun altında qalaraq məhv oldular. Musa və onunla bərabər olanlar isə suda qərq olmaqdan qurtuldular.

20:79Страница 317

وَأَضَلَّ فِرۡعَوۡنُ قَوۡمَهُۥ وَمَا هَدَىٰ ٧٩

Фараон ввел в заблуждение свой народ и не повел его прямым путем.

Firon öz xalqına küfürü gözəl göstərməklə onları azğın­lığa sürük­lədi, onları batil ilə aldatdı və doğru, haqq yolu onlara gös­tər­mədi.

20:80Страница 317

يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ قَدۡ أَنجَيۡنَٰكُم مِّنۡ عَدُوِّكُمۡ وَوَٰعَدۡنَٰكُمۡ جَانِبَ ٱلطُّورِ ٱلۡأَيۡمَنَ وَنَزَّلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰ ٨٠

О сыны Исраила (Израиля)! Мы спасли вас от вашего врага и дали вам обещание на правом склоне горы. Мы также ниспослали вам манну и перепелов.

Biz, İsrail oğullarını Firon və onun ordusunun əlindən qurtardıqdan sonra onlara belə dedik: "Ey israil oğulları! Biz si­zi düşmə­ninizdən xilas etdik. Sizə Tur dağının sağ tə­rəfiniz­dəki vadi də Musa ilə danışmağı vəd etdik. Siz səhrada olduqda nemət olaraq sizə bal kimi sirin su endirdik və həmçinin sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etdik!

20:81Страница 317

كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَلَا تَطۡغَوۡاْ فِيهِ فَيَحِلَّ عَلَيۡكُمۡ غَضَبِيۖ وَمَن يَحۡلِلۡ عَلَيۡهِ غَضَبِي فَقَدۡ هَوَىٰ ٨١

Вкушайте блага, которыми Мы наделили вас, но не преступайте посредством их границы дозволенного, а не то на вас падет Мой гнев. А всякий, на кого падет Мой гнев, погибнет.

Sizi ruzi olaraq verdiyimiz ləzzətli olan halal təamlardan yeyin. Sizə halal etdiyimiz şeylərdə həddinizi aşaraq harama girməyin. Yoxsa sizə qə­zəbim tu­tar. Kim Mənim qəzəbimə düçar olarsa, o, dünya və axirətdə bəd­bəxt olar!"

20:82Страница 317

وَإِنِّي لَغَفَّارٞ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا ثُمَّ ٱهۡتَدَىٰ ٨٢

Воистину, Я прощаю тех, кто раскаялся, уверовал, стал поступать праведно, а потом последовал прямым путем.

Həqiqətən, Mən, Mənə töv­bə edib, iman gətirən və saleh əməllər edib, sonra da haqq yolda sabitqədəm olan kimsələri bağışlayıb, əfv edirəm!

20:83Страница 317

۞ وَمَآ أَعۡجَلَكَ عَن قَوۡمِكَ يَٰمُوسَىٰ ٨٣

Аллах сказал: «О Муса (Моисей)! Зачем ты поспешил оставить свой народ?».

Uca Allah belə buyurdu: "Ey Musa! Qövmünü geridə buraxıb, onlardan öncə tələm-tələsik bura gəlməyinin səbəbi nədir?

20:84Страница 317

قَالَ هُمۡ أُوْلَآءِ عَلَىٰٓ أَثَرِي وَعَجِلۡتُ إِلَيۡكَ رَبِّ لِتَرۡضَىٰ ٨٤

Муса (Моисей) сказал: «Они находятся неподалеку и следуют по моим стопам, я же поторопился к Тебе, Господи, чтобы Ты остался доволен».

Musa - aleyhissəlam - belə cavab verdi: "Onlar da ar­xamca gə­lib mənə çatacaqlar. Sənin hüzuruna tələm-tələsik gəldiyimdən dolayı məndən razı qa­la­san deyə, qövmümü arxada qoyub Sə­nin yanına tə­ləsərək gəldim!"

20:85Страница 317

قَالَ فَإِنَّا قَدۡ فَتَنَّا قَوۡمَكَ مِنۢ بَعۡدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِيُّ ٨٥

Аллах сказал: «Мы подвергли твой народ искушению после того, как ты оставил их, и самаритянин ввел их в заблуждение».

Uca Allah belə buyurdu: "Biz, özündən arxada buraxdığın qövmünü buzova ibadət etməklə sınağa çəkdik. Sa­mi­ri onları buzova ibadət etməyə çağırdı və beləcə onları haqq yoldan azdırdı!"

20:86Страница 317

فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗاۚ قَالَ يَٰقَوۡمِ أَلَمۡ يَعِدۡكُمۡ رَبُّكُمۡ وَعۡدًا حَسَنًاۚ أَفَطَالَ عَلَيۡكُمُ ٱلۡعَهۡدُ أَمۡ أَرَدتُّمۡ أَن يَحِلَّ عَلَيۡكُمۡ غَضَبٞ مِّن رَّبِّكُمۡ فَأَخۡلَفۡتُم مَّوۡعِدِي ٨٦

Муса (Моисей) вернулся к своему народу разгневанный, опечаленный и сказал: «О мой народ! Разве ваш Господь не дал вам прекрасного обещания? Неужели этот срок оказался долгим для вас? Или же вам захотелось, чтобы на вас пал гнев вашего Господа, и потому вы нарушили данное мне обещание?».

Musa - aleyhissəlam - qövmünün buzova ibadət etməsindən dolayı qəzəbli və hüzünlü halda onların yanına qayı­dıb de­di: "Ey qöv­müm! Mə­gər Allah sizə Tövratı göndərəcəyi və sizi cənnətə daxil edəcə barədə sizə gözəl bir vəd vermə­miş­di­mi?! Aradan çox uzun zamanmı keçdi ki, siz bunu unutdunuz? Yoxsa bu əməlinizlə Rəbbi­niz­dən sizə bir qəzəb gəl­məsini və əzabın üzərinizdə vaqe olmasını istəyib sizin yanınıza qayıdana kimi Allaha ibadət etməkdə sabitqədən olacağınıza dair mənə verdi­yiniz vədə xilafmı çıxdınız?"

20:87Страница 317

قَالُواْ مَآ أَخۡلَفۡنَا مَوۡعِدَكَ بِمَلۡكِنَا وَلَٰكِنَّا حُمِّلۡنَآ أَوۡزَارٗا مِّن زِينَةِ ٱلۡقَوۡمِ فَقَذَفۡنَٰهَا فَكَذَٰلِكَ أَلۡقَى ٱلسَّامِرِيُّ ٨٧

Они сказали: «Мы не нарушали данного тебе обещания по своей воле. Мы были нагружены тяжелыми украшениями того народа и бросили их в огонь, и самаритянин тоже бросил».

Musanın qövmü ona belə dedilər: "Ey Musa! Biz sənə verdi­yi­miz sözdən öz istəyimizlə dönmədik. Biz bunu məcburiyyət qarşısında qalara belə etdik. Biz Firon qövmünün bərbəzək və zinət əşyasından olan ağır yük­lər­lə yüklənmiş­dik. Bizdə onlardan canımızı qurtarmaq üçün onları quyuya atdıq. Biz bərbəzək və zinət əşyalarını quyuya atdığımız kimi, Sa­miri də özü ilə götürdüyü Cəbrailin -Əleyhis-salam- atının ayağının basdığı torpağıda quyuya atdı".

20:88Страница 318

فَأَخۡرَجَ لَهُمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٞ فَقَالُواْ هَٰذَآ إِلَٰهُكُمۡ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ ٨٨

Он изготовил для них изваяние тельца, который мычал, и сказал: «Вот ваш бог и бог Мусы (Моисея), но он забыл его».

Samiri, o bərbəzək və zinət əşyalarından İsrail oğulları üçün inək bö­yü­rtüsü kimi böyürüb səs çıxaran, ruhsuz bir buzov heykəli dü­zəlt­di. Samirinin etdiyi əmələ məftun olanlar: "Bu si­zin və Musanın ilahıdır. Lakin Musa onu unudub, bura da qoyub getmişdir" – dedilər.

20:89Страница 318

أَفَلَا يَرَوۡنَ أَلَّا يَرۡجِعُ إِلَيۡهِمۡ قَوۡلٗا وَلَا يَمۡلِكُ لَهُمۡ ضَرّٗا وَلَا نَفۡعٗا ٨٩

Неужели они не видели, что он не говорил им в ответ ни слова и не был способен навредить им или принести им пользу?

Məgər bu buzova məftun olub, ona ibadət edən kimsələr, buzovun on­ları danışdırmadığını, onlara heç bir cavab vermədiyini, buzovun nə özlərindən, nə də başqalarından bir zərəri dəf etməyə yaxud nə özlərinə, nə də başqalarına bir fay­da ver­məyə qadir olma­dı­ğını gör­mür­dü­lər­mi?!

20:90Страница 318

وَلَقَدۡ قَالَ لَهُمۡ هَٰرُونُ مِن قَبۡلُ يَٰقَوۡمِ إِنَّمَا فُتِنتُم بِهِۦۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحۡمَٰنُ فَٱتَّبِعُونِي وَأَطِيعُوٓاْ أَمۡرِي ٩٠

Харун (Аарон) сказал им до этого: «О мой народ! Вас искушают этим. Ваш Господь - Милостивый. Следуйте за мной и повинуйтесь моим велениям».

Musa qövmünün yanına qayıtmazdan əvvəl Harun on­lara belə de­mişdi: "Buzovun qızıldan düzəldilməsi və onun inək bö­yü­rtüsü kimi böyürüb səs çıxartması, bütün bunların hamısı aranızdakı mömini kafirdən ayırd etmək üçün bir sınaqdır. Ey qövmüm! Həqiqətən, sizin Rəb­biniz qullarına qarşı mər­hə­mət­li olan Allahdır. Rəbbiniz olan Allah, sizə fayda və zərər verə bilməyən və sizə mərhəmət göstərməyə qadir olmayan ilahlarınız kimi deyildir. Elə isə, tək Allaha ibadət etməkdə mənə ta­be olun və Allahdan başqasına ibadət etməyi tərk edərək əmrimə itaət edin!"

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English