Аль-Мухтасар · Тафсир · на азербайджанском
النمل
Ан-Намль
Муравьи · Мекканская · 93 аята
27:1Страница 377
طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٖ مُّبِينٍ ١
Та. Син. Это - аяты Корана и ясного Писания,
﴾Ta. Sin!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir. Ey Peyğəmbər! Sənə nazil edilən bu ayələr, Quran ayələridir. Bu, içərisində heç bir qarışığlıq olmayan açıq-aydın bir kitabdır. Kim onu tədəbbür edərək oxuyarsa, onun həqiqətən də Allah qatından nazil edildiyinə əmin olar.
Bu ayələr, Allaha və Onun elçilərinə iman edən möminlər üçün doğru yola yönəldən rəhbər və (Cənnətlə) müjdədir.
27:3Страница 377
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ٣
которые совершают намаз, выплачивают закят и убеждены в Последней жизни.
O kəslər ki, namazlarını ən gözəl bir şəkildə qılarlar, mallarının zəkatını, zəkata haqlı olan kimsələrə verərlər və axirətdə olan savaba və cəzaya yəqin olaraq iman edərlər.
27:4Страница 377
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ ٤
Воистину, тем, которые не веруют в Последнюю жизнь, Мы представили их деяния прекрасными, и они блуждают в растерянности.
Şübhəsiz ki Biz, axirətə və orada olan savaba və cəzaya iman gətirməyən kafir kimsələrin etdikləri günahlarda davamlı olmaları üçün pis əməllərini özlərinə yaxşı kimi göstərdik. Odur ki, onlar çaşqınlıq içindədirlər və elə bu üzdən də, haqq yola yönələ bilməzlər.
27:5Страница 377
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ ٥
Они - те, которым уготованы злые мучения, а в Последней жизни они понесут наибольший убыток.
Sadalanan bu kimsələr üçün dünya həyatında qətilə yetirilmək və əsir düşmək kimi pis bir əzab vardır. Axirətdə isə onlar, insanların ən çox ziyana uğrayanları olacaqlar. Belə ki, Qiyamət günü, özlərini və ailələrini Cəhənnəmdə əbədi buraxaraq ziyana uğratacaqlar.
27:6Страница 377
وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ ٦
Воистину, ты получаешь Коран от Мудрого, Знающего.
Ey Peyğəmbər! Şübhəsiz ki, Sənə nazil edilən bu Quran, yaratmasında, bütün işləri ən gözəl şəkildə idarə etməsində və şəri hökmlərində hikmət sahibi olan və qullarına xeyirli olan şeylərdən heç birinin Ona gizli qalmayan Uca Allah tərəfindən nazil edilmişdir.
27:7Страница 377
إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٖ قَبَسٖ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ ٧
Вот Муса (Моисей) сказал своей семье: «Воистину, я вижу огонь. Я принесу вам оттуда известие или горящую головню, чтобы вы могли согреться».
Ey Peyğəmbər! Musa (Mədyəndən Misirə gedərkən) öz ailəsinə: "Mən, bir od gördüm. (Siz burada gözləyin) mən gedim o odu yandıran kimsədən, bizə doğru yolu göstərən bir xəbər və ya soyuqdan isinməniz üçün sizə bir köz gətirim – dediyini yadına sal!
27:8Страница 377
فَلَمَّا جَآءَهَا نُودِيَ أَنۢ بُورِكَ مَن فِي ٱلنَّارِ وَمَنۡ حَوۡلَهَا وَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٨
Когда он подошел туда, раздался глас: «Благословен тот, кто в огне, и тот, кто вокруг него. Пречист Аллах, Господь миров!
Musa od gördüyü yerə yetişdikdə, uca Allah ona belə nida edərək səsləndi: "Aləmlərin Rəbbi olan Allahı təzim edib, Onu uca tutmaq və zəlalətdə olan kimsələrin Onu vəsf etdikləri bütün eyib sifətlərdən münəzzəh etmək üçün odun ətrafında olan Musa da və mələklər də mübarək edilmişdir!"
27:9Страница 377
يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٩
О Муса (Моисей)! Воистину, Я - Аллах, Могущественный, Мудрый.
Uca Allah ona belə buyurdu: "Ey Musa! Həqiqətən Mən, heç bir kimsənin məğlub edə bilməyəcəyi yenilməz qüdrət sahibi və həmçinin yaratmağımda, idarə etməyimdə və hökmlərimdə hikmər sahibi olan Allaham!
27:10Страница 377
وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ ١٠
Брось свой посох!». Когда он увидел, как тот извивается, словно змея, то бросился бежать назад и не вернулся (или не обернулся). Аллах сказал: «О Муса (Моисей)! Не бойся, ибо посланникам нечего бояться, когда они находятся предо Мною.
"Əsanı yerə at!" Musa əmrə tabe olub əlindəki əsanı yerə atdı. Musa əsanın ilan kimi qıvrılb hərəkət etdiyini görüncə arxaya baxmadan qaçdı və geriyə də dönmədi. Bu zaman Uca Allah ona belə buyurdu: "Ondan qorxma! Çünki Mənim yanımda elçilər nə bir ilandan, nə də ki, başqa bir şeydən qorxmazlar.
27:11Страница 377
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسۡنَۢا بَعۡدَ سُوٓءٖ فَإِنِّي غَفُورٞ رَّحِيمٞ ١١
А если кто совершил несправедливость, а затем заменил зло добром, то ведь Я - Прощающий, Милосердный.
Ancaq, kim günah etməklə öz nəfinə zülüm edər və bundan sonra da tövbə edərsə, bilsin ki, Mən onu bağışlayaram və ona mərhəmət edərəm!
27:12Страница 377
وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ١٢
Сунь свою руку за пазуху, и она выйдет белой (цвета молока, светящейся), без следов болезни. Вот некоторые из девяти знамений для Фараона и его народа. Воистину, они являются людьми нечестивыми».
Əlini, köynəyinin yaxasından boyun tərəfindən qoynuna sal ki, əlin oradan çıxartdıqda, qar kimi, ağappaq, ləkəsiz bir halda çıxsın. Bu, sənə verilən və Firon və onun qövmü yanında sənin doğrulurunu isbat edən doqquz möcüzədən biridir. Bu doqquz möcüzə bunlardır: Əlinin ağappaq çıxması, əsa, quraqlıqlar, məhsulların azalması, tufan, çəyirtkə, bit, qurbağa və qan. Həqiqətən, onlar Allaha küfr etməklə Allahın itaətindən çıxmış bir tayfadır!".
27:13Страница 377
فَلَمَّا جَآءَتۡهُمۡ ءَايَٰتُنَا مُبۡصِرَةٗ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ ١٣
Когда Наши знамения были наглядно показаны им, они сказали: «Это - очевидное колдовство».
Nəhayət, Müsanın, həqiqətən də, Allah tərəfindən olduğuna dəlalət edən möcüzələrimiz onlara açıq-aşkar bir şəkildə göstərildikdə: "Musanın gətirdiyi bu möcüzələr, açıq-aydın bir sehrdir!" – dedilər.
27:14Страница 378
وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ١٤
Они отвергли их несправедливо и надменно, хотя в душе они были убеждены в их правдивости. Посмотри же, каким был конец распространявших нечестие!
Onlar bütün bu möcüzələrin Allah tərəfindən yəqin olmalarına baxmayaraq, etdikləri zülm və haqsızlıqlarlı üzündən bu açıq-aydın ayələri inkar edib, qəbul etmədilər. Ey Peyğəmbər! Küfr və günahlarla yer üzündə fitnə-fəsad törədənlərin aqibətinin necə olduğunu bir düşün!
27:15Страница 378
وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمٗاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٖ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ ١٥
Мы даровали знание Давуду (Давиду) и Сулейману (Соломону), и они сказали: «Хвала Аллаху, который предпочел нас многим из Своих верующих рабов».
Biz Davuda və oğlu Süleymana elm verdik. Quşların dilini bilmək də bu elmə aid idi. Davud və Süleyman, İzzət və Cəlal sahibi olan Allaha şükür edərək belə dedilər: "Bizə elm və peyğəmbərlik bəxş edərək, bizi bir çox mömin qullarından üstün tutan Allaha həmd olsun!".
27:16Страница 378
وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ ١٦
Сулейман (Соломон) наследовал Давуду (Давиду) и сказал: «О люди! Мы обучены языку птиц, и нам даровано от всего сущего. Это и есть явное превосходство (или явная милость)».
Süleyman atası Davuda peyğəmbərlikdə, elmdə və mülkdə varis oldu. O, uca Allahın ona və atasına bəxş etdiyi nemətindən bəhs edərək belə dedi: "Ey insanlar! Allah bizə quşların dilini öyrətdi və O bizə peyğəmbərlərə padşahlara verdiyi hər şeydən verdi. Şübhəsiz ki, uca Allahın bizə bəxş etdiyi bu nemətlər, bizə göstərilən açıq-aşkar üstünlük və fəzilətdir!"
27:17Страница 378
وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ ١٧
И собраны были к Сулейману (Соломону) его воины из числа джиннов, людей и птиц. Они были разделены на боевые порядки.
Süleymanın insanlardan, cinlərdən və quşlardan olan qoşunu toplandı. və onlar hamısı müntəzəm bir şəkildə gedirdilər.
27:18Страница 378
حَتَّىٰٓ إِذَآ أَتَوۡاْ عَلَىٰ وَادِ ٱلنَّمۡلِ قَالَتۡ نَمۡلَةٞ يَٰٓأَيُّهَا ٱلنَّمۡلُ ٱدۡخُلُواْ مَسَٰكِنَكُمۡ لَا يَحۡطِمَنَّكُمۡ سُلَيۡمَٰنُ وَجُنُودُهُۥ وَهُمۡ لَا يَشۡعُرُونَ ١٨
Когда они прибыли в долину муравьев, муравьиха сказала: «О муравьи! Войдите в свои жилища, чтобы Сулейман (Соломон) и его воины не погубили вас, даже не почувствовав этого».
Nəhayət, onlar Şamdakı qarışqa vadisinə gəlib çatdıqda, qarışqalardan biri belə dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər. Əgər sizi hiss etsələr, sizi basıb tapdalamazlar!"
27:19Страница 378
فَتَبَسَّمَ ضَاحِكٗا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّٰلِحِينَ ١٩
Он улыбнулся, рассмеявшись от ее слов. Он сказал: «Господи! Внуши мне быть благодарным за Твою милость, которую Ты оказал мне и моим родителям, и совершать праведные деяния, которыми Ты будешь доволен. Введи меня по Своей милости в число Своих праведных рабов».
Süleyman qarışqanın sözünü eşitdiyi zaman onun bu sözünə təbəssüm edərək güldü və Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Mənə və valideyinlərimə əta etdiyin nemətinə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməli etməyə məni müvəffəq et və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!"
27:20Страница 378
وَتَفَقَّدَ ٱلطَّيۡرَ فَقَالَ مَالِيَ لَآ أَرَى ٱلۡهُدۡهُدَ أَمۡ كَانَ مِنَ ٱلۡغَآئِبِينَ ٢٠
Осматривая птиц, он сказал: «Что со мной? Почему я не вижу удода? Или же он оказался в числе отсутствующих?
Süleyman quşları bir-bir nəzərdən keçirib, hüdhüdü onların arasınada görməyincə belə dedi: "Hüdhüdü nə üçün görmürəm? Onu görməyimə mənə nəsə manemi oldu, yoxsa o burada yoxdur?
27:21Страница 378
لَأُعَذِّبَنَّهُۥ عَذَابٗا شَدِيدًا أَوۡ لَأَاْذۡبَحَنَّهُۥٓ أَوۡ لَيَأۡتِيَنِّي بِسُلۡطَٰنٖ مُّبِينٖ ٢١
Я подвергну его суровым мучениям или же зарежу его, если он не приведет ясного довода».
Süleyman hüdhüdün orada olmadığını bildikdən sonra belə dedi: "O, burada olmadığının üzürünü isbat edəcək mənə açıq-aşkar dəlil gətirməsə, mən ona şiddətli bir əzab verəcəm, ya da cəza olara onu tutub boğazını üzəcəm!"
27:22Страница 378
فَمَكَثَ غَيۡرَ بَعِيدٖ فَقَالَ أَحَطتُ بِمَا لَمۡ تُحِطۡ بِهِۦ وَجِئۡتُكَ مِن سَبَإِۭ بِنَبَإٖ يَقِينٍ ٢٢
Он оставался там недолго и сказал: «Я узнал о том, чего ты не знаешь. Я прибыл к тебе из Сабы (Савы) с достоверным известием.
Çox keçmədən hüdhüd gəldi və Süleymana - aleyhissəlam - belə dedi: "Mən, sənin bilmədiyin önəmli bir şeyi öyrəndim və sənə Səba əhlindən doğru və şübhə olmayan bir xəbər gətirdim!
27:23Страница 379
إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ ٢٣
Я обнаружил там женщину, которая царствует над ними. Ей даровано все, и у нее есть великий трон.
Mən Səba əhlinə hökmüranlıq edən bir qadın gördüm. O qadına hökmüranlıq etməsi üçün hər cür güc-qüvvət verilmişdir. Həmən qadını, üzərində oturub qövmünü idarə ediyi böyük bir taxtıda vardır.
27:24Страница 379
وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ ٢٤
Я увидел, что она вместе со своим народом поклоняется солнцу вместо Аллаха. Дьявол представил им их деяния прекрасными и сбил их с пути, и они не следуют прямым путем.
Mən bu qadının və qövmünün uca Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onlara, Allaha şərik qoşmalarını və günah əməllərini özlərinə gözəl göstərmiş, beləcə, onları haqq yoldan azdırmışdır və elə bu üzdən onlar haqq yolunu tapa bilmirlər.
27:25Страница 379
أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ ٢٥
Это было сделано для того, чтобы они не поклонялись Аллаху, Который выявляет все сокрытое на небесах и на земле и знает то, что вы скрываете, и то, что вы обнаруживаете.
Göylərdə saxlanılan yağışları, yerdə gizlədilən bitkiləri ortaya çıxaran, qəlbinizdə gizlətdiklərinizi və üzə çıxartdıqınız əməlləri bilən uca Allaha səcdə etməsinlər deyə Şeytan ona Allaha şərik qoşmalarını və günah əməllərini gözəl göstərtdi.
27:26Страница 379
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩ ٢٦
Нет иного божества, кроме Аллаха, Господа великого Трона».
Ondan başqa heç bir məbud yoxdur. O, əzəmətli ərşin Rəbbidir!"
27:27Страница 379
۞ قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ ٢٧
Он сказал: «Посмотрим, сказал ли ты правду или же являешься одним из лжецов.
Süleyman - aleyhissəlam - hüdhüdə dedi: "İddianda doğru yoxsa yalançılardan olduğuna hələ sonra baxacağıq.
27:28Страница 379
ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ ٢٨
Отправляйся с этим посланием от меня и брось его им. Затем встань поодаль и погляди, что они ответят».
Süleyman bir məktub yazıb onu hüdhüdə verdi və ona belə buyurdu: "Bu məktubumu Səba əhlinə apar və göydən onların üzərinə at. Sonra da onları dediklərini eşidəcək qədər uzaqda dur və bax gör bu məktuba nə cavab verəcəklər!"
27:29Страница 379
قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ ٢٩
Она сказала: «О знать! Мне было брошено благородное письмо.
(Səba hökmdarı Bəlqis) Süleymanın məktubunu alıb oxuduqdan sonra dedi: "Ey əyanlar! Mənə çox əhəmiyyətli və dəyərli bir məktub göndərildi.
27:30Страница 379
إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ٣٠
Оно - от Сулеймана (Соломона), и в нем сказано: «Во имя Аллаха, Милостивого, Милосердного!
Bu məktubu Süleyman göndərmişdir. Bu məktub: "Mərhəmətli və Rəhmli Allahın adı ilə" başlayır.
27:31Страница 379
أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ ٣١
Не превозноситесь предо мною и явитесь ко мне покорными»».
(Məzmunu belədir): "Əsla mənə qarşı təkəbbür göstərməyin. Tək Allaha ibadət etmək və Ona qoşduğunuz şərikləri tərk etmək adından sizlərə etdiyim bu dəvətimi qəbul edərək yanıma müsəlman olaraq gəlin! Çünki siz, uca Allahı buraxıb günəşə ibadət edirsiniz."
27:32Страница 379
قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ ٣٢
Она сказала: «О знать! Посоветуйте, как мне поступить. Я никогда не принимала решений самостоятельно, пока вы находились рядом со мной».
Hökmdar qadın dedi: "Ey əyanlar! Bu iş mənə doğru bir yol göstərin. Mən heç vaxt siz yanımda olmayınca və öz rəylərinizi mənə bildirməyincə qəti bir qərar verməmişəm!"
27:33Страница 379
قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ ٣٣
Они сказали: «Мы обладаем силой и великой мощью, но решение остается за тобой. Подумай, что ты прикажешь делать».
Qövmünün əyanları ona belə dedilər: "Biz böyük qüvvət və qüdrət sahibiyik. Özümüz döyüş təcrübəsinə sahib olan amansız döyüşçülərik. Bu işdə qərar, sənindir. Artıq nə etmək lazım olduğuna sən qərar ver, biz də onu yerinə yetirək!"
27:34Страница 379
قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ ٣٤
Она сказала: «Когда цари вторгаются в селение, они разрушают его и превращают его самых славных жителей в самых униженных. Вот так они поступают.
Hökmdar qadın dedi: "Şübhəsiz ki, hökmdarlar hər hansı bir məmləkətə daxil olduqları zaman: öldürərək, qarət edərək və soyub talayaraq oranı viran qoyar, xalqının izzətli və qüvvətli adamlarını da zəlil və həqir edərlər. Hökmdarlar üstün gəlib, məğlub etdikləri məmləkətin əhalisi arasında qorxu və heybət yaymaq üçün daiman belə edərlər.
27:35Страница 379
وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ ٣٥
Я пошлю им дары и посмотрю, с чем вернутся послы».
Mən bu məktubun sahibinə və onun qövmünə bir hədiyyə göndərəcəyəm və elçilərin bu hədiyyədən sonra nə xəbərlə geri döndüklərinə baxacağam!" (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər).
27:36Страница 380
فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ ٣٦
Когда они прибыли к Сулейману (Соломону), он сказал: «Неужели вы можете помочь мне богатством? То, что даровал мне Аллах, лучше того, что Он даровал вам. Нет, это вы радуетесь преподнесенным вам дарам.
Hökmdar qadının elçisi və onunla bərabər olan əyanları daşıdıqları hədiyyələrlə Süleymanın yanına gəldikləri zaman Süleyman onların hədiyyə gətirmələrini xoş qarşılamayaraq belə dedi: "Yaxanızı məndən qurtarmaq üçün siz mənə mal-dövlətləmi təklif edirsiniz?! Allahın mənə bəxş etdiyi: peyğəmbərlik, hökmranlıq və mal-dövlət sizə verdiklərindən daha xeyirlidir. Lakin siz, dünya malından sizə verilən hədiyələrinizlə fərəhlənib sevinirsiniz!"
27:37Страница 380
ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٖ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةٗ وَهُمۡ صَٰغِرُونَ ٣٧
Возвращайся к ним, а мы обязательно прибудем с войском, перед которым они не устоят, и изгоним их оттуда униженными и ничтожными».
Süleyman - aleyhissəlam - hökmdar qadının göndərdiyi elçiyə belə dedi: "Gətirdiyin hədiyyələrlə birlikdə onların yanına geri dön! Əgər onlar əmrimə tabe olub, boyun əyərək yanıma gəlməsələr, Biz o hökmdarın və onun qövmünün üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib, onları Səba məmləkətindən izzət və cah-cəlal içində yaşadıları bir halda zəlil və alçalmış vəziyyətdə çıxardacağıq!"
27:38Страница 380
قَالَ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَيُّكُمۡ يَأۡتِينِي بِعَرۡشِهَا قَبۡلَ أَن يَأۡتُونِي مُسۡلِمِينَ ٣٨
Он сказал: «О знать! Кто из вас принесет мне ее трон до того, как они предстанут предо мною покорными?».
Süleyman - aleyhissəlam - hökmranlığı altında olan əyanlarına üzünü tutub, xitab edərək dedi: "Ey əyanlar! Onlar əmrimə boyun əyib gəlmədən öncə hansınız o Hökmüdar qadının taxtını mənə gətirə bilər?"
27:39Страница 380
قَالَ عِفۡرِيتٞ مِّنَ ٱلۡجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن تَقُومَ مِن مَّقَامِكَۖ وَإِنِّي عَلَيۡهِ لَقَوِيٌّ أَمِينٞ ٣٩
Силач из числа джиннов сказал: «Я принесу его тебе прежде, чем ты встанешь со своего места (до окончания собрания). Я достаточно силен и заслуживаю доверия для этого».
Cinlərin azğın olanlarından biri belə deyərək cavab verdi: "Sən olduğun bu məclisdən qalxmadan öncə mən onun taxtını sənə gətirərəm. Həqiqətən mənim onu gətirməyə gücüm yetət, taxtın üzərində olanlara əlimi belə vurmaram və onlardan heç bir şey əksiltmərəm!"
27:40Страница 380
قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ ٤٠
А тот, который обладал знанием из Писания, сказал: «Я принесу его тебе в мгновение ока». Увидев установленный перед ним трон, он сказал: «Мой Господь оказал мне эту милость для того, чтобы испытать меня, буду ли я благодарен или же буду непризнателен. Кто благодарен, тот благодарен во благо себе. А если кто непризнателен, то ведь мой Господь - Богатый, Великодушный».
Süleymanın yanında, kitabdan elmi olan və həmçinin Allahın əzəmətli adı ilə dua etdikdə dua dərhal qəbul olan o əzəmətli adını bilən saleh və bilikli bir kişi isə belə dedi: "Mən onun taxtını gözünü açıb yumanadək, Allaha dua edərək sənə gətirərəm!". Bunun ardından o Allaha dua etdi, Allahda onun duasına dərhal icabət etdi. Süleyman o taxtı yanında hazır durmuş görən kimi belə dedi: "Bu, mənə bəxş edilən nemətlərə şükürmü yoxsa nankorluqmu edəcəyimi imtaha etmək üçün uca Rəbbimin mənə olan bir lütfündəndir! Kim Allaha şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar. Çünki Allah zəngindir, kiminsə Ona şükür etməsi Allaha heç bir fayda verməz. Kim də nankorluq edib, Allahın nemətlərinə şükür etməzsə, bilisin ki, Rəbbimin onun şükrünə ehtiyacı yoxdur və O kərəm sahibidir. Nankorluq edən kimsələrə nemətlər verməsi də, Onun kərəmindəndir!"
27:41Страница 380
قَالَ نَكِّرُواْ لَهَا عَرۡشَهَا نَنظُرۡ أَتَهۡتَدِيٓ أَمۡ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهۡتَدُونَ ٤١
Он сказал: «Переделайте ее трон так, чтобы она не узнала его, и мы посмотрим, следует она прямым путем или же является одной из тех, кто не следует прямым путем».
Süleyman - aleyhissəlam - dedi: "Onun taxtını əvvəlki halından başqa bir hala gətirin, baxaq görək onun öz taxtı olduğunu tanıyacaq, yoxsa tanımayanlardan olacaq?"
27:42Страница 380
فَلَمَّا جَآءَتۡ قِيلَ أَهَٰكَذَا عَرۡشُكِۖ قَالَتۡ كَأَنَّهُۥ هُوَۚ وَأُوتِينَا ٱلۡعِلۡمَ مِن قَبۡلِهَا وَكُنَّا مُسۡلِمِينَ ٤٢
Когда она прибыла, ей сказали: «Таков ли твой трон?». Она сказала: «Будто это он и есть». Сулейман (Соломон) сказал: «Знание было даровано нам раньше, чем ей, и мы являемся мусульманами».
Səba hökmdarı Süleymanın yanına gəldiyi zaman onu imtaham etmək üçün ona: "Sənin taxtın bu cürdürmü?" – deyildi. Qadında ondan soruşulan sualın eynisi ilə cavab verərək: "Deyəsən odur!" – dedi. Bunun ardından Süleyman ona belə dedi: "Uca Allah bundan əvvəl də bu kimi işlərə qadir olması barədə bizə elm verilmiş və biz də Allahın əmrinə boyun əyərək Ona tabe olmuşuq!"
27:43Страница 380
وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٖ كَٰفِرِينَ ٤٣
Ей мешало то, чему она поклонялась вместо Аллаха, ведь она принадлежала к неверующему народу.
Qövmünə tabe olub, onlara təqlid edərək Allahdan başqa tapındığı şeylər o qadını tək Allaha ibadət etməkdən yayındırmışdır. Şübhəsiz ki, o qadın, Allaha küfür edən bir qövmdən idi və özüdə elə onlar kimi kafir idi.
27:44Страница 380
قِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةٗ وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٞ مُّمَرَّدٞ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٤٤
Ей сказали: «Войди во дворец». Увидев его, она приняла его за водную пучину и обнажила свои голени. Он сказал: «Это - отшлифованный дворец из хрусталя». Она сказала: «Господи! Я была несправедлива к самой себе. Я покоряюсь вместе с Сулейманом (Соломоном) Аллаху, Господу миров».
Qadına: "Saraya daxil ol!" – deyildi. Sarayın içərisi düz bir şəkildə tikilmişdir. O, sarayı görüncə onu dərin bir gölməçə hesab etdi və suya girmək üçün paltarını qaldırıb baldırlarını açdı. Bu zaman Süleyman -aleyhissəəlam - ona: "Bu, büllurdan hamarlanıb düzəldilmiş dümdüz bir saraydır!" – dedi və onu İslama dəvət etdi. O da, Süleyman onu dəvət etdiyi dini qəbul edib, çağırışına icabət edərək belə dedi: "Ey Rəbbim! Mən Səninlə bərabər, Səndən başqasına ibadət edərək özümə zülm etdim. İndi isə mən Süleymanla birgə bütün məxluqatın Rəbbi olan Allaha boyn əyib, təslim oldum!"
27:45Страница 381
وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ ٤٥
Мы послали к самудянам их брата Салиха, чтобы они поклонялись Аллаху, но они стали двумя препирающимися группами.
Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi - aleyhissəlam - elçi göndərdik. Saleh onları Allaha dəvət etdikdən sonra onlar öz aralarında ixtilafa düşərək, onlardan hansının haqq üzərində olduğları barədə bir-biri ilə mübarizə aparan, bir hissəsi mömin, diğər bir hissəsi isə kafir olmaqla iki firqəyə bölündülər.
27:46Страница 381
قَالَ يَٰقَوۡمِ لِمَ تَسۡتَعۡجِلُونَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِۖ لَوۡلَا تَسۡتَغۡفِرُونَ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ٤٦
Он сказал: «О мой народ! Почему вы торопите зло прежде добра? Почему вы не просите у Аллаха прощения? Быть может, вы будете помилованы».
Saleh - aleyhissəlam- onlara dedi: "Nə üçün rəhmətdən öncə əzabın gəlməsini istəyirsiniz? Məğər siz, Allahın sizə mərhəmət etməsinə ümüd edərək günahlarınızın bağışlanmasını Ondan diləməyəksinizmi?
27:47Страница 381
قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ ٤٧
Они сказали: «Мы видим дурное предзнаменование в тебе и тех, кто с тобой». Он сказал: «Ваше дурное предзнаменование - у Аллаха, но вы являетесь народом, который подвергают искушению».
Salehin qövmü haqqa qarşı inadkarlıq edərək ona belə dedi: "Biz sənin və səninlə birlikdə olan möminlərin üzündən uğursuzluğa uğradıq". Saleh - aleyhissəlam - onlara dedi: "Başınıza gələn sıxıntılar ucbatından sizə fərəc gətirmək üçün uçurtduğunuz quşların elmi Allah yanındadır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Əksinə, siz, sizə verilən nemətlərlə və başınıza gələn müsibətlərlə sınağa çəkilən bir qövmsünüz".
27:48Страница 381
وَكَانَ فِي ٱلۡمَدِينَةِ تِسۡعَةُ رَهۡطٖ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ٤٨
В городе было девять человек, которые распространяли на земле нечестие и ничего не улучшали.
(Səmud tayfasının yaşadığı) Hicir adlı şəhərdə küfr və günahlarla fitnə-fəsad törədən doqquz kişi var idi ki, bunlar yer üzündə iman edib, yaxşı işlər görərək islah etməyən kimsələr idi.
27:49Страница 381
قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ ٤٩
Они сказали: «Поклянитесь друг другу Аллахом, что ночью мы обязательно нападем на Салиха и его семью, а потом скажем его близкому родственнику, что мы не присутствовали при убийстве его семьи и что мы говорим правду».
Onlar bir-birinə belə dedilər: "Sizdən hər biriniz gecə onun evinə gəlib, onu və ailəsini öldürəcəyinzə dair Allaha and içsin, sonra da onun qanını tələb edən yaxınlarına: "Biz Salehin və onun ailəsinin ölümündə iştirak etməmişik və biz, həqiqətən də, sizə, düzünü deyirik!"- desin.
27:50Страница 381
وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ ٥٠
Они замыслили хитрость, и Мы замыслили хитрость, но они не ощущали этого.
Onlar, Salehi və ona tabe olan möminləri öldürmək üçün gizli bir hiylə qurdular. Bizdə Salehə yardım etmək və onu kafirlərin hiyləsində qurtarmaq və qövmünün kafir olanlarını, heç özləridə bilmədən, həlak etmək üçün bir hiylə qurduq.
27:51Страница 381
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ ٥١
Посмотри же, каким был конец их хитрости! Мы уничтожили их вместе со всем их народом.
Ey Peyğəmbər! Bax gör onların hiylələrinin və həmçinin qabaqcadan qurduqları tədbirlərin sonu necə oldu? Biz onlara və onların tayfalarına Öz qatımızdan bir əzab göndərdik və beləliklə də onların hamısı yerli-dibli məhv olub getdi.
27:52Страница 381
فَتِلۡكَ بُيُوتُهُمۡ خَاوِيَةَۢ بِمَا ظَلَمُوٓاْۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡلَمُونَ ٥٢
Вот их дома, разрушенные за то, что они поступали несправедливо. Воистину, в этом - знамения для людей знающих.
Bu onların evləridir, divarları uçub dağılmış, zülümləri səbəbiylə əhalisinin içində yaşamayacağ bir hala düşmüşdür. Şübhəsiz ki, zülümləri səbəbindən onların başına gələn bu əzabda iman edən qövm üçün bir ibrət var. Çünki kafirlərin başlarına gələn müsibətlərdən ibrət alanlar elə məhz onlardır!
27:53Страница 381
وَأَنجَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ٥٣
А тех, которые уверовали и были богобоязненны, Мы спасли.
Biz, Salehin - aleyhissəlam - qövmündən iman gətirənləri o əzabdan xilas etdik. Onlar Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Allahdan qorxan kimsələr idi.
27:54Страница 381
وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ وَأَنتُمۡ تُبۡصِرُونَ ٥٤
Вот Лут (Лот) сказал своему народу: «Неужели вы будете совершать мерзость, видя это?
Ey Peyğəmbər! Biz zaman Lutun, öz qövmünün etdikləri çirkin əməllərə inkar edərək və onları danlayaraq: "Siz öz məclislərinizdə biri-birinizin gözü qarşısında bu çirkin işimi görürsünüz?! – dediyini yada sal.
27:55Страница 381
أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ تَجۡهَلُونَ ٥٥
Неужели вы будете приходить с вожделением к мужчинам вместо женщин? О нет! Вы - невежественный народ!».
Siz qadınları buraxıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Doğrusu siz bu əməlinizlə heç də, iffətli yaşamaq və övlad sahibi olmaq istəmirsiniz. Siz sadəcə heyvan kimi şəhvətinizi ödəmək istəyirsiniz. Siz həqiqətən də, iman edilməsi vacib olan şeyləri, pak olmağı və günahlardan uzaq durmağı bilməyən cahil bir tayfasınız!"
27:56Страница 382
۞ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوٓاْ ءَالَ لُوطٖ مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ ٥٦
В ответ его народ смог лишь сказать: «Прогоните семью Лута (Лота) из вашего селения. Воистину, эти люди хотят очиститься».
Lut qövmünün, Lutun və ona ailəsini onların etdikləri çirkin əməllərə ortaq olmadıqları, əksinə, onlara inkar etdikləri üçün Luta və ona ailəsinə istehza edərək: "Lutu və ona ailəsini məmləkətinizdən çıxarın, çünki onlar günahlardan və pisliklərdən uzaq duran kimsələrdir" – deməkdən başqa bir cavabı yox idi.
27:57Страница 382
فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَٰهَا مِنَ ٱلۡغَٰبِرِينَ ٥٧
Мы спасли его вместе с его семьей, кроме его жены. Мы предопределили ей оказаться в числе оставшихся позади.
Biz də onu və zövcəsi istisna olmaqla bütün ailə üzüvlərini o əzabdan qoruyub salamat etdik. Zövcəsinin həlak olanlardan biri olması üçün, əzaba uğrayanlar arasında qalmasına hökm verdik.
27:58Страница 382
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ٥٨
Мы пролили на них дождь. Как же пагубен дождь тех, кого предостерегали!
Nəhayət, Biz onların üstünə göydən daşlar yağdırdıq. Əzabla qorxudulduqdan sonra yenə də iman gətirməyən kimsələrin yağışı nəcə də pis yağışdır.
27:59Страница 382
قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ ٥٩
Скажи: «Хвала Аллаху, и мир Его избранным рабам! Аллах лучше или те, кого вы приобщаете в сотоварищи?».
Ey Peyğəmbər! De: "Bizə bəxş etdiyi nemətlərə görə Uca Allaha sonsuz həmd-sənalar olsun. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) və onun əshabını Lut və Saleh qövmünə göndərilən əzabdan salamat etsin! Ey müşriklər! Hər bir şeyin mülkü əlində olan, haqq məbud, Uca Allahmı yaxşıdır, yoxsa müşriklərin ibadət etdikləri, heç bir fayda və ya zərər verməyə qadir olmayan məbudları?!
27:60Страница 382
أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٖ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٞ يَعۡدِلُونَ ٦٠
Кто создал небеса и землю и ниспослал вам с неба воду? Посредством нее Мы взрастили прекрасные сады. Вы не смогли бы взрастить деревья в них. Так есть ли бог, кроме Аллаха? Нет, но они являются людьми, которые уклоняются от истины (или равняют с Аллахом вымышленных богов).
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa göyləri və yeri misilsiz olaraq yaradan, sizin üçün göydən yağmur endirən və o yağmurla sizin üçün neçə-neçə gözəl bağ-bağçalar bitirən Allahmı? Əgər Allah sizə izin verməsəydi, siz acizliyinizdən dolayı bu bağ-bağçalarda bir ağacda olsun belə bitirə bilməzdiniz. Onları bitirən uca Allahdır. Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyir. Əksinə onlar, nəfslərinə zülüm edərək Xaliq ilə məxluqu biri-birinə tən tutan, haqq yoldan azmış bir qövmdürlər!
27:61Страница 382
أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارٗا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرٗا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٦١
Кто сделал землю жилищем, проложил по ее расщелинам реки, воздвиг на ней незыблемые горы и установил преграду между морями? Есть ли бог, кроме Аллаха? Нет, но большинство их не знает этого.
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa yeri və üzərində olanları hərəkət edərək titrətməsin deyə sabit saxlayan, orada çaylar axıdan, yerin lərzəyə gəlməməsi üçün üzərində möhkəm duran dağlar yaradan, şirin və şor suların bir-birinə qarışıb suyu içilməyəcək bir hala gətirməməsin deyə iki dənizin arasında maneə qoyan Uca Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, onların əksəriyyəti bunu bilmirlər. Əgər bilsəydilər, o zaman heç bir məxluqu Uca Allaha şərik qoşmazdılar!
27:62Страница 382
أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ٦٢
Кто отвечает на мольбу нуждающегося, когда он взывает к Нему, устраняет зло и делает вас наследниками земли? Есть ли бог, кроме Аллаха? Мало же вы поминаете назидания!
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa dara və çətinliyə düşmüş kimsə yalvarıb yaxararaq Uca Allaha dua etdiyi zaman onun duasına cavab verən: xəstəlik, yoxsulluq və buna bənzər sıxıntıları sovuşduran və siziləri biri-birinizin ardından, nəsildən-nəsilə keçərək yer üzünün varisləri təyin edən Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, Siz necə də az öyüd-nəsihət alan bir qövmsünüz?
27:63Страница 382
أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ ٦٣
Кто ведет вас прямым путем во мраках суши и моря и посылает ветры с доброй вестью о Своей милости? Есть ли бог, кроме Аллаха? Аллах превыше тех, кого приобщают в сотоварищи!
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütləriniz yaxşıdır, yoxsa səhranın və dənizin qaranlıqlarında sizə əlamətlər və ülduzlarla yol göstərən, qullarına mərhəmət edərək yağışın yağmasından öncə müjdəçi küləkləri göndərən Allah?! Məgər Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Uca Allah, müşriklərin Ona qoşduqları şəriklərdən pak və ucadır!
27:64Страница 383
أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ٦٤
Кто создает творение изначально, а затем воссоздает его и обеспечивает вас пропитанием с неба и земли? Есть ли бог, кроме Аллаха? Скажи: «Приведите ваше доказательство, если вы говорите правду».
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa məxluqatın yaradılışını bətnlərdə mərhələ-mərhələ başladan, onu öldürdükdən sonra ona təkrarən həyat verən, sizə Öz mərhəməti ilə üzərinizə göydən yağmur yağdırıb və bu yağmurla yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirərək sizə ruzi verən Allahmi?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır? Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər həqiqətən də siz haqqlı olduğunuza əminsinizsə, elə isə haydı, Allaha şərik qoşduğunuzun doğruluğuna dair dəlillərinizi gətirin!"
27:65Страница 383
قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٦٥
Скажи: «Никто из тех, кто на небесах и на земле, не ведает сокровенное, кроме Аллаха, а они даже не подозревают, когда их воскресят.
Ey Peyğəmbər! De: "Göylərdə olan mələklərdən və yerdə olan insanlardan heç biri qeybi bilməz. Qeybi bilmək yalnız Uca Allaha aiddir. Həmçinin göylərdə və yerdə olanların hər hansı biri əməllərinin mükafatını almaq üçün uca Allahın hüzurunda nə zaman diriləcəklərini bilməzlər. Bunu bilmək yalnız Uca Allaha aiddir!
27:66Страница 383
بَلِ ٱدَّٰرَكَ عِلۡمُهُمۡ فِي ٱلۡأٓخِرَةِۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّنۡهَاۖ بَلۡ هُم مِّنۡهَا عَمُونَ ٦٦
Но они не постигли о Последней жизни (или но их знание станет совершенным в Последней жизни). Более того, они сомневаются в ней и даже слепы к ней».
Yoxsa onların axirət barədə olan elmləri artıb və beləcə də onun bir həqiqət olduğuna yəqinmi oldular? Xeyir, heç də belə deyildir. Onlar axirət barəsində şəkk-şübhə içindədirlər, üstəlik axirət barədə düşünüb dərk etməkdən bəsirət gözləri də kor olmuşdur!"
27:67Страница 383
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٰبٗا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخۡرَجُونَ ٦٧
Неверующие говорят: «Неужели после того, как мы и наши отцы превратимся в прах, мы будем выведены из могил?
Kafirlər öldükdən sonra yenidən dirilməyi inkar edərək belə dedilər: "Məgər bizim ölüb torpağa qarışdıqdan sonra canlı olaraq təkrarən dirilməyimiz mümkündürmü?
27:68Страница 383
لَقَدۡ وُعِدۡنَا هَٰذَا نَحۡنُ وَءَابَآؤُنَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٦٨
Это было обещано нам и еще раньше - нашим отцам. Но это - всего лишь легенды древних народов».
Həqiqətən, hamımızın öldükdən sonra yenidən diriləcəyi bizə də və bizdən öncəki ata-babalarımıza da vəd edilmişdir. Biz bu vədin gerçək olduğunu görmürük. Bizə edilən bu vəd, keçmiş ümmətlərin kitablarda yazdıqları yalan sözlərindən başqa bir şey deyildir!"
27:69Страница 383
قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ٦٩
Скажи: «Постранствуйте по земле и посмотрите, каким был конец грешников».
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edənlərə belə de: "Yer üzünü gəzib-dolaşın və öldükdən sonra yenidən dirilməyi yalan sayan günahkarların aqibətinin necə olduğunu düşünün. Biz onları, öldükdən sonra dirilməyi yalan saydıqlarına görə məhv etdik.
27:70Страница 383
وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُن فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ٧٠
Не печалься о них и пусть не стесняет тебя то, что они замышляют.
Müşriklərin sənin dəvətindən üz çevirdiklərinə görə üzülmə. Sənə qarşı qurduqları hiylələrdən ötrü də ürəyini sıxma. Uca Allah, onlara qarşı sənə yardım eəcəkdir!"
27:71Страница 383
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٧١
Они говорят: «Когда же сбудется это обещание, если вы говорите правду?».
Qövmündən, öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər səbirsizlik göstərərək: "Əgər öldükdən sonra yenidən dirilmə iddianızda doğru söyləyirsinizsə elə isə deyin görək, bizə vəd etdiyiniz bu əzab nə zaman gerçəkləşəcəkirdir?!" – deyə soruşarlar.
27:72Страница 383
قُلۡ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعۡضُ ٱلَّذِي تَسۡتَعۡجِلُونَ ٧٢
Скажи: «Возможно, некоторое из того, что вы торопите, уже находится позади вас».
Ey Peyğəmbər! Onlara belə de: "Ola bilsin ki, tələsik istədiyiniz əzabın bir qismi, artıq sizə yaxınlaşmışdır!"
27:73Страница 383
وَإِنَّ رَبَّكَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ ٧٣
Воистину, твой Господь оказывает милость людям, но большинство их неблагодарны.
Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, onlar, Allaha qarşı küfür və günahlar etməsinə baxmayaraq yenə də Allah onlara əzab verməyə tələsməz. Lakin insanların əksəriyyəti Allahın onlara verdiyi nemətlərə görə Allaha şükür etməzlər.
27:74Страница 383
وَإِنَّ رَبَّكَ لَيَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ٧٤
Воистину, твой Господь знает то, что таят их сердца, и то, что они обнаруживают.
Şübhəsiz ki, sənin Rəbbin, qullarının qəlblərində gizli saxladıqlarını da və aşkar etdiklərini də bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir!
27:75Страница 383
وَمَا مِنۡ غَآئِبَةٖ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ ٧٥
На небе и на земле нет такого сокровенного, которого бы не было в ясном Писании.
Göylərdə və yerdə insanlara gizli qalan hər bir şeyin elmi açıq-aydın kitabda yazılmışdır. Bu kitab, Lövhi-məhfuzdur.
27:76Страница 383
إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ ٧٦
Воистину, этот Коран рассказывает сынам Исраила (Израиля) большую часть того, о чем они расходятся во мнениях.
Həqiqətən, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, İsrail oğullarının ixtilafda olduqları şeylərin bir çoxunu anlatmaqda və onların haqq yoldan azdığlarını açıq-aşkar bəyan etməkdədir.
27:77Страница 384
وَإِنَّهُۥ لَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ ٧٧
Воистину, это - верное руководство и милость для верующих.
Həqiqətən, bu Quran, ona əməl edən möminlər üçün doğru yolu göstərən bir rəhbər və rəhmətdir.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии