Al-MukhtasarAn‑Naml · 27:1–77

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

النمل

An-Naml

The Ant · Meccan · 93 ayahs

27:1Page 377

طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٖ مُّبِينٍ ١

Ṭā, Seen.1 These are the verses of the Qur’ān [i.e., recitation] and a clear Book

﴾Ta. Sin!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir. Ey Peyğəmbər! Sənə nazil edilən bu ayələr, Quran ayələridir. Bu, içərisində heç bir qarışığlıq olmayan açıq-ay­dın bir kitabdır. Kim onu tədəbbür edərək oxuyarsa, onun həqiqətən də Allah qatından nazil edildiyinə əmin olar.

27:2Page 377

هُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ٢

As guidance and good tidings for the believers

Bu ayələr, Allaha və Onun elçilərinə iman edən möminlər üçün doğru yola yönəldən rəhbər və (Cənnətlə) müjdədir.

27:3Page 377

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ٣

Who establish prayer and give zakāh, and of the Hereafter they are certain [in faith].

O kəslər ki, namazlarını ən gözəl bir şəkildə qılarlar, mallarının zəkatını, zəkata haqlı olan kimsələrə ver­ərlər və axi­rətdə olan savaba və cəzaya yəqin olaraq iman edərlər.

27:4Page 377

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ ٤

Indeed, for those who do not believe in the Hereafter, We have made pleasing to them their deeds, so they wander blindly.

Şübhəsiz ki Biz, axirətə və orada olan savaba və cəzaya iman gətirmə­yən kafir kimsələrin etdikləri günahlarda davamlı olmaları üçün pis əməllərini özlərinə yaxşı ki­mi gös­tərdik. Odur ki, onlar çaşqınlıq içindədirlər və elə bu üzdən də, haqq yola yönələ bilməzlər.

27:5Page 377

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ ٥

Those are the ones for whom there will be the worst of punishment, and in the Hereafter they are the greatest losers.

Sadalanan bu kimsələr üçün dünya həyatında qətilə yetirilmək və əsir düşmək kimi pis bir əzab vardır. Axirətdə isə onlar, insanların ən çox ziyana uğ­rayanları olacaqlar. Belə ki, Qiyamət günü, özlərini və ailələrini Cəhənnəmdə əbədi buraxaraq ziyana uğratacaqlar.

27:6Page 377

وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ ٦

And indeed, [O Muḥammad], you receive the Qur’ān from one Wise and Knowing.

Ey Peyğəmbər! Şübhəsiz ki, Sənə nazil edilən bu Quran, yaratmasında, bütün işləri ən gözəl şəkildə idarə etməsində və şəri hökmlərində hikmət sahibi olan və qullarına xeyirli olan şeylərdən heç birinin Ona gizli qalmayan Uca Allah tərəfindən nazil edilmişdir.

27:7Page 377

إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٖ قَبَسٖ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ ٧

[Mention] when Moses said to his family, "Indeed, I have perceived a fire. I will bring you from there information or will bring you a burning torch that you may warm yourselves."

Ey Peyğəmbər! Musa (Mədyəndən Misirə gedərkən) öz ailə­si­nə: "Mən, bir od gör­düm. (Siz burada gözləyin) mən gedim o odu yandıran kimsədən, bizə doğru yolu göstərən bir xəbər və ya soyuqdan isinməniz üçün sizə bir köz gə­ti­rim – de­diyini yadına sal!

27:8Page 377

فَلَمَّا جَآءَهَا نُودِيَ أَنۢ بُورِكَ مَن فِي ٱلنَّارِ وَمَنۡ حَوۡلَهَا وَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٨

But when he came to it, he was called, "Blessed is whoever is at the fire and whoever is around it. And exalted is Allāh, Lord of the worlds.

Musa od gördüyü yerə yetişdikdə, uca Allah ona belə nida edərək səsləndi: "Aləmlərin Rəbbi olan Allahı təzim edib, Onu uca tutmaq və zəlalətdə olan kimsələrin Onu vəsf etdikləri bütün eyib sifətlərdən münəzzəh etmək üçün odun ət­rafın­da­ olan Musa da və mələklər də mübarək edilmişdir!"

27:9Page 377

يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٩

O Moses, indeed it is I - Allāh, the Exalted in Might, the Wise."

Uca Allah ona belə buyurdu: "Ey Musa! Həqiqətən Mən, heç bir kimsənin məğlub edə bilməyəcəyi yenilməz qüdrət sahibi və həmçinin yaratmağımda, idarə etməyimdə və hökmlərimdə hikmər sahibi olan Allaham!

27:10Page 377

وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ ١٠

And [he was told], "Throw down your staff." But when he saw it writhing as if it were a snake, he turned in flight and did not return.1 [Allāh said], "O Moses, fear not. Indeed, in My presence the messengers do not fear.

"Əsanı yerə at!" Musa əmrə tabe olub əlindəki əsanı yerə atdı. Musa əsanın ilan ki­mi qıvrılb hərəkət etdiyini gör­üncə arxaya baxmadan qaç­dı və geriyə də dön­mədi. Bu zaman Uca Allah ona belə buyurdu: "Ondan qorxma! Çünki Mənim yanımda elçilər nə bir ilandan, nə də ki, başqa bir şeydən qorxmazlar.

27:11Page 377

إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسۡنَۢا بَعۡدَ سُوٓءٖ فَإِنِّي غَفُورٞ رَّحِيمٞ ١١

Otherwise, he who wrongs, then substitutes good after evil - indeed, I am Forgiving and Merciful.

Ancaq, kim günah etməklə öz nəfinə zülüm edər və bundan sonra da tövbə edərsə, bil­sin ki, Mən onu ba­ğışlayaram və ona mərhəmət edərəm!

27:12Page 377

وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ١٢

And put your hand into the opening of your garment [at the breast]; it will come out white without disease. [These are] among the nine signs [you will take] to Pharaoh and his people. Indeed, they have been a people defiantly disobedient."

Əlini, köynəyinin yaxasından boyun tərəfindən qoynuna sal ki, əlin oradan çıxartdıqda, qar kimi, ağappaq, ləkəsiz bir halda çıx­sın. Bu, sənə verilən və Firon və onun qövmü yanında sənin doğrulurunu isbat edən doqquz möcü­zə­dən biridir. Bu doqquz möcüzə bunlardır: Əlinin ağappaq çıxması, əsa, quraqlıqlar, məhsulların azalması, tufan, çəyirtkə, bit, qurbağa və qan. Hə­qi­qətən, onlar Allaha küfr etməklə Allahın itaətindən çıxmış bir tayfadır!".

27:13Page 377

فَلَمَّا جَآءَتۡهُمۡ ءَايَٰتُنَا مُبۡصِرَةٗ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ ١٣

But when there came to them Our visible signs, they said, "This is obvious magic."

Nəhayət, Müsanın, həqiqətən də, Allah tərəfindən olduğuna dəlalət edən möcüzələrimiz onlara açıq-aş­kar bir şə­kildə göstərildikdə: "Musanın gətirdiyi bu möcüzələr, açıq-aydın bir sehrdir!" – dedi­lər.

27:14Page 378

وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ١٤

And they rejected them, while their [inner] selves were convinced thereof, out of injustice and haughtiness. So see how was the end of the corrupters.

Onlar bütün bu möcüzələrin Allah tərəfindən yəqin olmalarına baxmayaraq, etdikləri zülm və haqsızlıqlarlı üzündən bu açıq-aydın ayələri inkar edib, qəbul etmədilər. Ey Peyğəmbər! Küfr və günahlarla yer üzündə fitnə-fəsad törədənlərin aqibətinin ne­cə olduğunu bir düşün!

27:15Page 378

وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمٗاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٖ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ ١٥

And We had certainly given to David and Solomon knowledge, and they said, "Praise [is due] to Allāh, who has favored us over many of His believing servants."

Biz Davuda və oğlu Süleyma­na elm verdik. Quşların dilini bilmək də bu elmə aid idi. Davud və Süleyman, İzzət və Cəlal sahibi olan Allaha şükür edərək belə dedi­lər: "Bizə elm və peyğəmbərlik bəxş edərək, bizi bir çox mömin qullarından üstün tutan Alla­ha həmd olsun!".

27:16Page 378

وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ ١٦

And Solomon inherited David. He said, "O people, we have been taught the language of birds, and we have been given from all things. Indeed, this is evident bounty."

Süleyman atası Davuda peyğəmbərlikdə, elmdə və mülkdə varis oldu. O, uca Allahın ona və atasına bəxş etdiyi nemətindən bəhs edərək belə dedi: "Ey in­san­lar! Allah bizə quşların dilini öy­rətdi və O bizə peyğəmbərlərə padşahlara verdiyi hər şeydən ve­­rdi. Şübhəsiz ki, uca Allahın bizə bəxş etdiyi bu nemətlər, bizə gös­tə­rilən açıq-aşkar üstünlük və fəzilətdir!"

27:17Page 378

وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ ١٧

And gathered for Solomon were his soldiers of the jinn and men and birds, and they were [marching] in rows

Süleymanın in­sanlar­dan, cinlərdən və quşlardan olan qo­şu­nu top­la­ndı. və onlar hamısı mün­tə­zəm bir şəkildə gedirdilər.

27:18Page 378

حَتَّىٰٓ إِذَآ أَتَوۡاْ عَلَىٰ وَادِ ٱلنَّمۡلِ قَالَتۡ نَمۡلَةٞ يَٰٓأَيُّهَا ٱلنَّمۡلُ ٱدۡخُلُواْ مَسَٰكِنَكُمۡ لَا يَحۡطِمَنَّكُمۡ سُلَيۡمَٰنُ وَجُنُودُهُۥ وَهُمۡ لَا يَشۡعُرُونَ ١٨

Until, when they came upon the valley of the ants, an ant said, "O ants, enter your dwellings that you not be crushed by Solomon and his soldiers while they perceive not."

Nəhayət, onlar Şamdakı qarışqa vadisinə gəlib çatdıqda, qarışqalardan biri belə de­­di: "Ey qa­rışqalar! Yu­valarınıza girin ki, Süley­man və onun qo­şu­nu özləri də hiss et­mə­dən si­zi tapdayıb məhv etmə­sinlər. Əgər sizi hiss etsələr, sizi basıb tapdalamazlar!"

27:19Page 378

فَتَبَسَّمَ ضَاحِكٗا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّٰلِحِينَ ١٩

So [Solomon] smiled, amused at her speech, and said, "My Lord, enable me1 to be grateful for Your favor which You have bestowed upon me and upon my parents and to do righteousness of which You approve. And admit me by Your mercy into [the ranks of] Your righteous servants."2

Süleyman qarışqanın sözünü eşitdiyi zaman onun bu sözünə təbəssüm edərək güldü və Rəbbinə dua edərək belə dedi: "Ey Rəb­bim! Mə­nə və valideyinlərimə əta et­di­yin nemətinə şükür et­mək üçün, Sənin razı qala­ca­ğın yax­şı əməli et­məyə məni müvəffəq et və məni Öz mərhə­mə­tinlə əməli­saleh qul­la­rı­na qo­vuş­dur!"

27:20Page 378

وَتَفَقَّدَ ٱلطَّيۡرَ فَقَالَ مَالِيَ لَآ أَرَى ٱلۡهُدۡهُدَ أَمۡ كَانَ مِنَ ٱلۡغَآئِبِينَ ٢٠

And he took attendance of the birds and said, "Why do I not see the hoopoe - or is he among the absent?

Süleyman quşları bir-bir nəzər­dən keçi­rib, hüdhüdü onların arasınada görməyincə belə dedi: "Hüdhüdü nə üçün gör­mü­rəm? Onu görməyimə mənə nəsə manemi oldu, yoxsa o bu­rada yoxdur?

27:21Page 378

لَأُعَذِّبَنَّهُۥ عَذَابٗا شَدِيدًا أَوۡ لَأَاْذۡبَحَنَّهُۥٓ أَوۡ لَيَأۡتِيَنِّي بِسُلۡطَٰنٖ مُّبِينٖ ٢١

I will surely punish him with a severe punishment or slaughter him unless he brings me clear authorization."1

Süleyman hüdhüdün orada olmadığını bildikdən sonra belə dedi: "O, burada olmadığının üzürünü isbat edəcək mənə açıq-aşkar də­lil gə­tir­məsə, mən ona şid­dət­li bir əzab verəcəm, ya da cəza olara onu tutub bo­ğa­zını üz­əcəm!"

27:22Page 378

فَمَكَثَ غَيۡرَ بَعِيدٖ فَقَالَ أَحَطتُ بِمَا لَمۡ تُحِطۡ بِهِۦ وَجِئۡتُكَ مِن سَبَإِۭ بِنَبَإٖ يَقِينٍ ٢٢

But he [i.e., the hoopoe] stayed not long and said, "I have encompassed [in knowledge] that which you have not encompassed, and I have come to you from Sheba with certain news.

Çox keçmədən hüdhüd gəldi və Süleymana - aleyhissəlam - belə dedi: "Mən, sənin bilmədiyin önəmli bir şeyi öyrəndim və sənə Səba əhlindən doğru və şübhə olmayan bir xəbər gətirdim!

27:23Page 379

إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ ٢٣

Indeed, I found [there] a woman ruling them, and she has been given of all things, and she has a great throne.

Mən Səba əhlinə hökmüranlıq edən bir qa­dın gördüm. O qa­dına hökmüranlıq etməsi üçün hər cür güc-qüvvət verilmişdir. Həmən qadını, üzərində oturub qövmünü idarə ediyi bö­­yük bir taxtıda vardır.

27:24Page 379

وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ ٢٤

I found her and her people prostrating to the sun instead of Allāh, and Satan has made their deeds pleasing to them and averted them from [His] way, so they are not guided,

Mən bu qadının və qövmünün uca Allahı qoyub günəşə səcdə etdikləri­nin şahidi oldum. Şey­tan onlara, Allaha şərik qoşmalarını və günah əməllərini öz­lə­rinə gözəl gös­tər­miş, beləcə, onları haqq yol­dan azdırmışdır və elə bu üzdən onlar haq­q yolunu tapa bil­mirlər.

27:25Page 379

أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ ٢٥

[And] so they do not prostrate to Allāh, who brings forth what is hidden within the heavens and the earth and knows what you conceal and what you declare -

Göylərdə saxlanılan yağışları, yerdə gizlədilən bitkiləri ortaya çıxaran, qəlbinizdə giz­lətdiklərinizi və üzə çı­xartdıqınız əməlləri bilən uca Allaha səcdə etməsinlər deyə Şeytan ona Allaha şərik qoşmalarını və günah əməllərini gözəl göstərtdi.

27:26Page 379

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩ ٢٦

Allāh - there is no deity except Him, Lord of the Great Throne."

Ondan başqa heç bir məbud yoxdur. O, əzəmətli ərşin Rəbbidir!"

27:27Page 379

۞ قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ ٢٧

[Solomon] said, "We will see whether you were truthful or were of the liars.

Süleyman - aleyhissəlam - hüdhüdə dedi: "İddianda doğru yoxsa yalançılardan olduğuna hələ sonra baxacağıq.

27:28Page 379

ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ ٢٨

Take this letter of mine and deliver it to them. Then leave them and see what [answer] they will return."

Süleyman bir məktub yazıb onu hüdhüdə verdi və ona belə buyurdu: "Bu məktubumu Səba əhlinə apar və göydən on­ların üzərinə at. Sonra da onları dediklərini eşidəcək qə­dər uzaqda dur və bax gör bu məktuba nə cavab verəcəklər!"

27:29Page 379

قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ ٢٩

She said, "O eminent ones, indeed, to me has been delivered a noble letter.

(Səba hökmdarı Bəlqis) Süleymanın məktubunu alıb oxuduqdan sonra dedi: "Ey əyan­lar! Mənə çox əhəmiyyətli və dəyərli bir mək­tub göndərildi.

27:30Page 379

إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ٣٠

Indeed, it is from Solomon, and indeed, it is [i.e., reads]: 'In the name of Allāh, the Entirely Merciful, the Especially Merciful,

Bu məktubu Süleyman göndərmişdir. Bu məktub: "Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə" başlayır.

27:31Page 379

أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ ٣١

Be not haughty with me but come to me in submission [as Muslims].'"

(Məzmunu belədir): "Əsla mənə qarşı təkəbbür gös­tərməyin. Tək Allaha ibadət etmək və Ona qoşduğunuz şərikləri tərk etmək adından sizlərə etdiyim bu dəvətimi qəbul edərək yanıma müsəl­man ola­raq gəlin! Çünki siz, uca Allahı buraxıb günəşə ibadət edirsiniz."

27:32Page 379

قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ ٣٢

She said, "O eminent ones, advise me in my affair. I would not decide a matter until you witness [for] me."1

Hökmdar qadın dedi: "Ey əyanlar! Bu iş mənə doğru bir yol göstərin. Mən heç vaxt siz ya­nım­da olmayınca və öz rəylərinizi mənə bildirməyincə qəti bir qərar ver­­mə­mi­şəm!"

27:33Page 379

قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ ٣٣

They said, "We are men of strength and of great military might, but the command is yours, so see what you will command."

Qövmünün əyanları ona belə dedilər: "Biz bö­yük qüv­vət və qüdrət sahi­biyik. Özümüz döyüş təcrübəsinə sahib olan amansız döyüşçülərik. Bu­ işdə qərar, sənindir. Artıq nə etmək lazım olduğuna sən qərar ver, biz də onu yerinə yetirək!"

27:34Page 379

قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ ٣٤

She said, "Indeed kings - when they enter a city, they ruin it and render the honored of its people humbled. And thus do they do.

Hökmdar qadın dedi: "Şübhəsiz ki, hökmdarlar hər han­sı bir məmləkətə daxil olduqları zaman: öldürərək, qarət edərək və soyub talayaraq oranı viran qo­yar, xalqının izzətli və qüvvətli adam­larını da zəlil və həqir edər­lər. Hökmdarlar üstün gəlib, məğlub etdikləri məmləkətin əhalisi arasında qorxu və heybət yaymaq üçün daiman belə edərlər.

27:35Page 379

وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ ٣٥

But indeed, I will send to them a gift and see with what [reply] the messengers will return."

Mən bu məktubun sahibinə və onun qövmünə bir hədiyyə göndə­rə­cəyəm və elçilərin bu hədiyyədən sonra nə xəbərlə geri döndüklərinə baxacağam!" (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər).

27:36Page 380

فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ ٣٦

So when they came to Solomon, he said, "Do you provide me with wealth? But what Allāh has given me is better than what He has given you. Rather, it is you who rejoice in your gift.

Hökmdar qadının elçisi və onunla bərabər olan əyanları daşıdıqları hədiyyələrlə Süleymanın ya­nı­na gəldik­ləri zaman Süleyman onların hədiyyə gətirmələrini xoş qarşılamayaraq belə dedi: "Yaxanızı məndən qurtarmaq üçün siz mənə mal-döv­lətləmi təklif edirsiniz?! Allahın mənə bəxş etdiyi: peyğəmbərlik, hökmranlıq və mal-dövlət sizə verdiklərindən daha xeyirlidir. Lakin siz, dünya malından sizə verilən hədiyələrinizlə fə­rəh­lə­nib sevinirsiniz!"

27:37Page 380

ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٖ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةٗ وَهُمۡ صَٰغِرُونَ ٣٧

Return to them, for we will surely come to them with soldiers that they will be powerless to encounter, and we will surely expel them therefrom in humiliation, and they will be debased."

Süleyman - aleyhissəlam - hökmdar qadının göndərdiyi elçiyə belə dedi: "Gətirdiyin hədiyyələrlə birlikdə onların yanına geri dön! Əgər onlar əmrimə tabe olub, boyun əyərək yanıma gəlməsələr, Biz o hökmdarın və onun qövmünün üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib, onları Səba məmləkətindən izzət və cah-cəlal içində yaşadıları bir halda zəlil və al­çalmış və­ziy­yətdə çıxardacağıq!"

27:38Page 380

قَالَ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَيُّكُمۡ يَأۡتِينِي بِعَرۡشِهَا قَبۡلَ أَن يَأۡتُونِي مُسۡلِمِينَ ٣٨

[Solomon] said, "O assembly [of jinn], which of you will bring me her throne before they come to me in submission?"

Süleyman - aleyhissəlam - hökmranlığı altında olan əyanlarına üzünü tutub, xitab edərək dedi: "Ey əyan­lar! Onlar əmrimə boyun əyib gəlmədən öncə hansınız o Hökmüdar qadının tax­tı­nı mənə gətirə bilər?"

27:39Page 380

قَالَ عِفۡرِيتٞ مِّنَ ٱلۡجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن تَقُومَ مِن مَّقَامِكَۖ وَإِنِّي عَلَيۡهِ لَقَوِيٌّ أَمِينٞ ٣٩

A powerful one from among the jinn said, "I will bring it to you before you rise from your place, and indeed, I am for this [task] strong and trustworthy."

Cinlərin azğın olanlarından biri belə deyərək cavab verdi: "Sən olduğun bu məclisdən qalxmadan öncə mən onun taxtını sənə gə­ti­rə­rəm. Həqiqətən mənim onu gətirməyə gücüm yetət, taxtın üzərində olanlara əlimi belə vurmaram və onlardan heç bir şey əksiltmərəm!"

27:40Page 380

قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ ٤٠

Said one who had knowledge from the Scripture, "I will bring it to you before your glance returns to you." And when [Solomon] saw it placed before him, he said, "This is from the favor of my Lord to test me whether I will be grateful or ungrateful. And whoever is grateful - his gratitude is only for [the benefit of] himself. And whoever is ungrateful - then indeed, my Lord is Free of need and Generous."

Süleymanın yanında, kitabdan elmi olan və həmçinin Allahın əzəmətli adı ilə dua etdikdə dua dərhal qəbul olan o əzəmətli adını bilən saleh və bilikli bir kişi isə belə dedi: "Mən onun taxtını gözünü açıb yumanadək, Allaha dua edərək sənə gətirərəm!". Bunun ardından o Allaha dua etdi, Allahda onun duasına dərhal icabət etdi. Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi belə dedi: "Bu, mənə bəxş edilən nemətlərə şükürmü yoxsa nankorluqmu edəcəyimi imtaha etmək üçün uca Rəbbimin mənə olan bir lütfün­dəndir! Kim Allaha şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar. Çünki Allah zəngindir, kiminsə Ona şükür etməsi Allaha heç bir fayda verməz. Kim də nankorluq edib, Allahın nemətlərinə şükür etməzsə, bilisin ki, Rəbbimin onun şükrünə ehtiyacı yoxdur və O kərəm sahibidir. Nankorluq edən kimsələrə nemətlər verməsi də, Onun kərəmindəndir!"

27:41Page 380

قَالَ نَكِّرُواْ لَهَا عَرۡشَهَا نَنظُرۡ أَتَهۡتَدِيٓ أَمۡ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهۡتَدُونَ ٤١

He said, "Disguise for her her throne; we will see whether she will be guided [to truth] or will be of those who is not guided."

Süleyman - aleyhissəlam - dedi: "Onun taxtını əvvəlki halından başqa bir hala gətirin, baxaq gö­rək onun öz taxtı olduğunu tanıyacaq, yoxsa tanı­ma­yanlardan olacaq?"

27:42Page 380

فَلَمَّا جَآءَتۡ قِيلَ أَهَٰكَذَا عَرۡشُكِۖ قَالَتۡ كَأَنَّهُۥ هُوَۚ وَأُوتِينَا ٱلۡعِلۡمَ مِن قَبۡلِهَا وَكُنَّا مُسۡلِمِينَ ٤٢

So when she arrived, it was said [to her], "Is your throne like this?" She said, "[It is] as though it was it." [Solomon said], "And we were given knowledge before her, and we have been Muslims [in submission to Allāh].

Səba hökmdarı Süleymanın yanına gəldiyi zaman onu imtaham etmək üçün ona: "Sənin tax­tın bu cür­dürmü?" – deyildi. Qadında ondan soruşulan sualın eynisi ilə cavab verərək: "De­yəsən odur!" – dedi. Bunun ardından Süley­man ona belə dedi: "Uca Allah bundan əv­vəl də bu kimi işlərə qadir olması barədə bizə elm ve­ril­miş və biz də Allahın əmrinə boyun əyərək Ona tabe olmuşuq!"

27:43Page 380

وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٖ كَٰفِرِينَ ٤٣

And that which she was worshipping other than Allāh had averted her [from submission to Him]. Indeed, she was from a disbelieving people."

Qövmünə tabe olub, onlara təqlid edərək Allahdan başqa tapındı­ğı şeylər o qadını tək Allaha ibadət etməkdən ya­yın­dır­mışdır. Şübhəsiz ki, o qadın, Allaha küfür edən bir qövmdən idi və özüdə elə onlar kimi kafir idi.

27:44Page 380

قِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةٗ وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٞ مُّمَرَّدٞ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٤٤

She was told, "Enter the palace." But when she saw it, she thought it was a body of water1 and uncovered her shins [to wade through]. He said, "Indeed, it is a palace [whose floor is] made smooth with glass." She said, "My Lord, indeed I have wronged myself, and I submit with Solomon to Allāh, Lord of the worlds."

Qadına: "Saraya daxil ol!" – de­yildi. Sarayın içərisi düz bir şəkildə tikilmişdir. O, sarayı gör­üncə onu də­rin bir gölməçə he­sab etdi və suya girmək üçün paltarını qaldırıb baldırlarını açdı. Bu zaman Sü­ley­man -aleyhissəəlam - ona: "Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş dümdüz bir sa­ray­dır!" – dedi və onu İslama dəvət etdi. O da, Süleyman onu dəvət etdiyi dini qəbul edib, çağırışına icabət edərək belə dedi: "Ey Rəb­bim! Mən Səninlə bərabər, Səndən başqasına ibadət edərək özümə zülm etdim. İn­di isə mən Süleymanla birgə bütün məxluqatın Rəbbi olan Allaha boyn əyib, təslim ol­dum!"

27:45Page 381

وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ ٤٥

And We had certainly sent to Thamūd their brother Ṣāliḥ, [saying], "Worship Allāh," and at once they were two parties conflicting.

Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qar­daşları Sa­­lehi - aleyhissəlam - elçi göndərdik. Saleh onları Allaha dəvət etdikdən sonra onlar öz aralarında ixtilafa düşərək, onlardan hansının haqq üzərində olduğları barədə bir-biri ilə müba­rizə aparan, bir hissəsi mömin, diğər bir hissəsi isə kafir olmaqla iki fir­qə­yə bölündülər.

27:46Page 381

قَالَ يَٰقَوۡمِ لِمَ تَسۡتَعۡجِلُونَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِۖ لَوۡلَا تَسۡتَغۡفِرُونَ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ٤٦

He said, "O my people, why are you impatient for evil before [i.e., instead of] good?1 Why do you not seek forgiveness of Allāh that you may receive mercy?"

Sa­­leh - aleyhissəlam- onlara dedi: "Nə üçün rəhmətdən öncə əzabın gəlməsini istəyirsiniz? Məğər siz, Allahın sizə mərhəmət etməsinə ümüd edərək günahlarınızın bağışlanmasını On­dan di­lə­məyəksinizmi?

27:47Page 381

قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ ٤٧

They said, "We consider you a bad omen, you and those with you." He said, "Your omen [i.e., fate] is with Allāh. Rather, you are a people being tested."1

Salehin qövmü haqqa qarşı inadkarlıq edərək ona belə dedi: "Biz sə­nin və sə­nin­lə birlikdə olan möminlərin üzündən uğur­suz­luğa uğra­dıq". Saleh - aleyhissəlam - onlara dedi: "Başınıza gələn sıxıntılar ucbatından sizə fərəc gətirmək üçün uçurtduğunuz quşların elmi Allah yanında­dır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Əksinə, siz, sizə verilən nemətlərlə və başınıza gələn müsibətlərlə sı­na­ğa çəkilən bir qövmsü­nüz".

27:48Page 381

وَكَانَ فِي ٱلۡمَدِينَةِ تِسۡعَةُ رَهۡطٖ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ٤٨

And there were in the city nine family heads causing corruption in the land and not amending [its affairs].

(Səmud tayfasının yaşadığı) Hicir adlı şəhərdə küfr və günahlarla fitnə-fəsad törədən doqquz kişi var idi ki, bunlar yer üzündə iman edib, yaxşı işlər görərək islah etməyən kimsələr idi.

27:49Page 381

قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ ٤٩

They said, "Take a mutual oath by Allāh that we will kill him by night, he and his family. Then we will say to his executor,1 'We did not witness the destruction of his family, and indeed, we are truthful.'"

Onlar bir-biri­nə belə dedilər: "Sizdən hər biriniz gecə onun evinə gəlib, onu və ailəsini öldürəcəyinzə dair Allaha and içsin, sonra da onun qanını tələb edən yaxınlarına: "Biz Salehin və onun ailəsinin ölümündə iştirak etməmişik və biz, həqi­qətən də, sizə, düzünü de­yi­rik!"- desin.

27:50Page 381

وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ ٥٠

And they planned a plan, and We planned a plan, while they perceived not.

Onlar, Salehi və ona tabe olan möminləri öldürmək üçün gizli bir hiylə qurdular. Bizdə Salehə yardım etmək və onu kafirlərin hiyləsində qurtarmaq və qövmünün kafir olanlarını, heç özləridə bilmədən, həlak etmək üçün bir hiylə qurduq.

27:51Page 381

فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ ٥١

Then look how was the outcome of their plan - that We destroyed them and their people, all.

Ey Peyğəmbər! Bax gör onların hiylələ­rinin və həmçinin qabaqcadan qurduqları tədbirlərin sonu necə oldu? Biz on­lara və onların tay­fa­la­rına Öz qatımızdan bir əzab göndərdik və beləliklə də onların hamısı yerli-dibli məhv olub getdi.

27:52Page 381

فَتِلۡكَ بُيُوتُهُمۡ خَاوِيَةَۢ بِمَا ظَلَمُوٓاْۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡلَمُونَ ٥٢

So those are their houses, desolate because of the wrong they had done. Indeed in that is a sign for people who know.

Bu onların evləridir, divarları uçub dağılmış, zülümləri səbəbiylə əhalisinin içində yaşamayacağ bir hala düşmüşdür. Şübhəsiz ki, zülümləri səbəbindən onların başına gələn bu əzabda iman edən qövm üçün bir ibrət var. Çünki kafirlərin başlarına gələn müsibətlərdən ibrət alanlar elə məhz onlardır!

27:53Page 381

وَأَنجَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ٥٣

And We saved those who believed and used to fear Allāh.

Biz, Salehin - aleyhissəlam - qövmündən iman gətirənləri o əzabdan xilas etdik. Onlar Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Allahdan qor­xan kimsələr idi.

27:54Page 381

وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ وَأَنتُمۡ تُبۡصِرُونَ ٥٤

And [mention] Lot, when he said to his people, "Do you commit immorality1 while you are seeing?2

Ey Peyğəmbər! Biz zaman Lutun, öz qövmünün etdikləri çirkin əməllərə inkar edərək və onları danlayaraq: "Siz öz məclislərinizdə biri-birinizin gö­zü­ qarşısında bu çirkin işimi görürsünüz?! – dediyini yada sal.

27:55Page 381

أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ تَجۡهَلُونَ ٥٥

Do you indeed approach men with desire instead of women? Rather, you are a people behaving ignorantly."

Siz qadınları buraxıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Doğrusu siz bu əməlinizlə heç də, iffətli yaşamaq və övlad sahibi olmaq istəmirsiniz. Siz sadəcə heyvan kimi şəhvətinizi ödəmək istəyirsiniz. Siz həqiqətən də, iman edilməsi vacib olan şeyləri, pak olmağı və günahlardan uzaq durmağı bilməyən cahil bir tayfasınız!"

27:56Page 382

۞ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوٓاْ ءَالَ لُوطٖ مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ ٥٦

But the answer of his people was not except that they said, "Expel the family of Lot from your city. Indeed, they are people who keep themselves pure."

Lut qövmünün, Lutun və ona ailəsini onların etdikləri çirkin əməllərə ortaq olmadıqları, əksinə, onlara inkar etdikləri üçün Luta və ona ailəsinə istehza edərək: "Lutu və ona ailəsini məmləkətinizdən çıxarın, çünki onlar günahlardan və pisliklərdən uzaq duran kimsələrdir" – deməkdən başqa bir cavabı yox idi.

27:57Page 382

فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَٰهَا مِنَ ٱلۡغَٰبِرِينَ ٥٧

So We saved him and his family, except for his wife; We destined her to be of those who remained behind.

Biz də onu və zövcəsi istisna olmaqla bütün ailə üzüvlərini o əzabdan qoruyub salamat etdik. Zövcəsinin həlak olanlardan biri olması üçün, əzaba uğrayanlar arasında qalmasına hökm verdik.

27:58Page 382

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ٥٨

And We rained upon them a rain [of stones], and evil was the rain of those who were warned.

Nəhayət, Biz onların üstünə göydən daşlar yağdırdıq. Əzabla qorxudulduqdan sonra yenə də iman gətirməyən kimsələrin yağışı nəcə də pis yağışdır.

27:59Page 382

قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ ٥٩

Say, [O Muḥammad], "Praise be to Allāh, and peace upon His servants whom He has chosen. Is Allāh better or what they associate with Him?"

Ey Peyğəmbər! De: "Bizə bəxş etdiyi nemətlərə görə Uca Allaha sonsuz həmd-sənalar olsun. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) və onun əshabını Lut və Saleh qövmünə göndərilən əzabdan salamat etsin! Ey müşriklər! Hər bir şeyin mülkü əlində olan, haqq məbud, Uca Allahmı yaxşıdır, yoxsa müşriklərin ibadət etdikləri, heç bir fayda və ya zərər verməyə qadir olmayan məbudları?!

27:60Page 382

أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٖ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٞ يَعۡدِلُونَ ٦٠

[More precisely], is He [not best] who created the heavens and the earth and sent down for you rain from the sky, causing to grow thereby gardens of joyful beauty which you could not [otherwise] have grown the trees thereof? Is there a deity with Allāh?1 [No], but they are a people who ascribe equals [to Him].

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa göyləri və yeri misilsiz olaraq yaradan, sizin üçün göydən yağmur en­dirən və o yağmurla sizin üçün neçə-neçə gözəl bağ-bağçalar bitirən Allahmı? Əgər Allah sizə izin verməsəydi, siz acizliyinizdən dolayı bu bağ-bağçalarda bir ağacda olsun belə bitirə bilməzdiniz. Onları bitirən uca Allahdır. Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyir. Əksinə onlar, nəfslərinə zülüm edərək Xaliq ilə məxluqu biri-birinə tən tutan, haqq yoldan azmış bir qövmdürlər!

27:61Page 382

أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارٗا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرٗا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٦١

Is He [not best] who made the earth a stable ground and placed within it rivers and made for it firmly set mountains and placed between the two seas a barrier? Is there a deity with Allāh? [No], but most of them do not know.

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa yeri və üzərində olanları hərəkət edərək titrətməsin deyə sabit saxlayan, orada çay­lar axıdan, yerin lərzəyə gəlməməsi üçün üzərində möh­kəm duran dağ­lar yara­dan, şirin və şor suların bir-birinə qarışıb suyu içilməyəcək bir hala gətirməməsin deyə iki dənizin arasında maneə qoyan Uca Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər. Əgər bilsəydilər, o zaman heç bir məxluqu Uca Allaha şərik qoşmazdılar!

27:62Page 382

أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ٦٢

Is He [not best] who responds to the desperate one when he calls upon Him and removes evil and makes you inheritors of the earth?1 Is there a deity with Allāh? Little do you remember.

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa dara və çətinliyə düşmüş kimsə yal­varıb yaxararaq Uca Allaha dua etdiyi za­man onun duasına cavab ve­rən: xəstəlik, yoxsulluq və buna bənzər sıxıntıları so­vuşduran və siziləri biri-birinizin ardından, nəsildən-nəsilə keçərək yer üzü­nün varisləri təyin edən Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, Siz necə də az öyüd-nəsihət alan bir qövmsünüz?

27:63Page 382

أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ ٦٣

Is He [not best] who guides you through the darknesses of the land and sea and who sends the winds as good tidings before His mercy? Is there a deity with Allāh? High is Allāh above whatever they associate with Him.

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütləriniz yaxşıdır, yoxsa səhranın və dənizin qa­ranlıq­la­rında sizə əlamətlər və ülduzlarla yol gös­tə­rən, qullarına mərhəmət edərək yağışın yağmasından öncə müj­dəçi küləkləri gön­dərən Allah?! Məgər Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Uca Allah, müşriklərin Ona qoş­duqları şəriklər­dən pak və ucadır!

27:64Page 383

أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ٦٤

Is He [not best] who begins creation and then repeats it and who provides for you from the heaven and earth? Is there a deity with Allāh? Say, "Produce your proof, if you should be truthful."

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa məxluqatın ya­radılışını bətnlərdə mərhələ-mərhələ başladan, onu öldürdükdən son­­ra ona təkrarən həyat verən, si­zə Öz mərhəməti ilə üzərinizə göydən yağmur yağdırıb və bu yağmurla yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirərək sizə ru­zi verən Allahmi?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır? Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər həqiqətən də siz haqqlı olduğunuza əminsinizsə, elə isə haydı, Allaha şərik qoşduğunuzun doğruluğuna dair dəlillərinizi gə­ti­rin!"

27:65Page 383

قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٦٥

Say, "None in the heavens and earth knows the unseen except Allāh, and they do not perceive when they will be resurrected."

Ey Peyğəmbər! De: "Göylərdə olan mələklərdən və yerdə olan insanlardan heç biri qey­bi bilməz. Qeybi bilmək yalnız Uca Allaha aiddir. Həmçinin göylərdə və yerdə olanların hər hansı biri əməllərinin mükafatını almaq üçün uca Allahın hüzurunda nə za­man diriləcəklərini bil­məzlər. Bunu bilmək yalnız Uca Allaha aiddir!

27:66Page 383

بَلِ ٱدَّٰرَكَ عِلۡمُهُمۡ فِي ٱلۡأٓخِرَةِۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّنۡهَاۖ بَلۡ هُم مِّنۡهَا عَمُونَ ٦٦

Rather, their knowledge is arrested concerning the Hereafter. Rather, they are in doubt about it. Rather, they are, concerning it, blind.

Yoxsa onların axirət barədə olan elmləri artıb və beləcə də onun bir həqiqət olduğuna yəqinmi oldular? Xeyir, heç də belə deyildir. Onlar axirət barəsində şəkk-şübhə içindədirlər, üstəlik axirət barədə düşünüb dərk etməkdən bəsirət gözləri də kor olmuşdur!"

27:67Page 383

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٰبٗا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخۡرَجُونَ ٦٧

And those who disbelieve say, "When we have become dust as well as our forefathers, will we indeed be brought out [of the graves]?

Kafirlər öldükdən sonra yenidən dirilməyi inkar edərək belə dedilər: "Məgər bizim ölüb torpağa qa­rış­dıq­dan sonra canlı olaraq təkrarən dirilməyimiz mümkündürmü?

27:68Page 383

لَقَدۡ وُعِدۡنَا هَٰذَا نَحۡنُ وَءَابَآؤُنَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٦٨

We have been promised this, we and our forefathers, before. This is not but legends of the former peoples."

Həqiqətən, hamımızın öldükdən sonra yenidən diriləcəyi bizə də və bizdən öncəki ata-babalarımıza da vəd edilmişdir. Biz bu vədin gerçək olduğunu görmürük. Bizə edilən bu vəd, keçmiş ümmətlərin kitablarda yazdıqları yalan sözlərindən başqa bir şey deyildir!"

27:69Page 383

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ٦٩

Say, [O Muḥammad], "Proceed [i.e., travel] through the land and observe how was the end of the criminals."

Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edənlərə belə de: "Yer üzünü gəzib-dolaşın və öldükdən sonra yenidən dirilməyi yalan sayan günahkarların aqibətinin necə olduğunu düşünün. Biz onları, öldükdən sonra dirilməyi yalan saydıqlarına görə məhv etdik.

27:70Page 383

وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُن فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ٧٠

And grieve not over them or be in distress from what they conspire.

Müşriklərin sənin dəvətindən üz çevirdiklərinə görə üzülmə. Sənə qarşı qur­duqları hiylələrdən ötrü də ürə­yini sıx­ma. Uca Allah, onlara qarşı sənə yardım eəcəkdir!"

27:71Page 383

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٧١

And they say, "When is [the fulfillment of] this promise, if you should be truthful?"

Qövmündən, öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər səbirsizlik göstərərək: "Əgər öldükdən sonra yenidən dirilmə iddianızda doğru söyləyirsinizsə elə isə deyin görək, bizə vəd etdiyiniz bu əzab nə zaman gerçəkləşəcəkirdir?!" – deyə soruşarlar.

27:72Page 383

قُلۡ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعۡضُ ٱلَّذِي تَسۡتَعۡجِلُونَ ٧٢

Say, "Perhaps it is close behind you [i.e., very near] - some of that for which you are impatient.

Ey Peyğəmbər! Onlara belə de: "Ola bilsin ki, tələ­sik istə­di­yiniz əzabın bir qismi, ar­tıq si­zə yaxın­laşmışdır!"

27:73Page 383

وَإِنَّ رَبَّكَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ ٧٣

And indeed, your Lord is the possessor of bounty for the people, but most of them are not grateful."

Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin insan­la­ra qarşı lütfkardır, onlar, Allaha qarşı küfür və günahlar etməsinə baxmayaraq yenə də Allah onlara əzab verməyə tələsməz. La­kin insanların əksə­riy­yəti Allahın onlara verdiyi nemətlərə görə Allaha şükür etməzlər.

27:74Page 383

وَإِنَّ رَبَّكَ لَيَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ٧٤

And indeed, your Lord knows what their breasts conceal and what they declare.

Şübhəsiz ki, sənin Rəbbin, qullarının qəlblərində gizli sax­la­dıq­la­rını da və aşkar et­diklərini də bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir!

27:75Page 383

وَمَا مِنۡ غَآئِبَةٖ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ ٧٥

And there is nothing concealed1 within the heaven and the earth except that it is in a clear Register.2

Göylərdə və yerdə insanlara gizli qalan hər bir şeyin elmi açıq-aydın kitabda yazılmışdır. Bu kitab, Lövhi-məh­fuzdur.

27:76Page 383

إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ ٧٦

Indeed, this Qur’ān relates to the Children of Israel most of that over which they disagree.

Həqiqətən, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, İs­rail oğul­larının ixtilafda olduq­ları şey­lərin bir ço­xu­nu anlatmaq­da və onların haqq yoldan azdığlarını açıq-aşkar bəyan etməkdədir.

27:77Page 384

وَإِنَّهُۥ لَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ ٧٧

And indeed, it is guidance and mercy for the believers.

Həqiqətən, bu Quran, ona əməl edən mömin­lə­r üçün doğru yolu göstərən bir rəhbər və rə­h­­mət­dir.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском