Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الإنفطار
Al-Infitar
The Cleaving · Meccan · 19 ayahs
Mələklərin nazil olması üçün göy parçalanacağı zaman,
Ulduzlar səpələnmiş halda düşəcəyi zaman,
Dənizlər daşıb bir-birinə qarışacağı zaman,
82:4Page 587
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ ٤
And when the [contents of] graves are scattered [i.e., exposed],
Qəbirlərdəki ölülərin dirilib çıxması üçün o qəbirlərin altı üstünə çevriləcəyi zaman,
82:5Page 587
عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ ٥
A soul will [then] know what it has put forth and kept back.
O gün hər kəs (dünyada) nə əməllər etdiyini, nələri də sonraya saxlayıb etmədiyini biləcəkdir.
82:6Page 587
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ ٦
O mankind, what has deceived you concerning your Lord, the Generous,
Ey Rəbbinə küfr edən insan! Sənə möhlət verib günahlarına görə səni dərhal cəzalandırmamaqla sənə qarşı səxavət göstərən Rəbbinin əmrinə müxalif olamağa səni vadar edən nədir?!
82:7Page 587
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ٧
Who created you, proportioned you, and balanced you?
O Rəbbin ki, səni heç nədən yaratmış və əzalarını yerli yerində edib sənə kamil surət vermişdir.
82:8Page 587
فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ ٨
In whatever form He willed has He assembled you.
Səni istədiyi surətdə xəlq etmişdir. O səni uzunqulaq, meymun, it və başqa bu kimi heyvan yaratmamaqla sənə nemət bəxş etmişdir.
Ey azmış kimsələr! bu iş heç də sizin düşündüyünüz kimi deyil. Əksinə, siz haqq-hesab gününü yalan sayır və o gün üçün hazırlıq görmürsünüz.
Şübhəsiz ki, sizin üzərinizdə əməllərinizə nəzarət edən mələklər vardır.
Allah yanında hörmətli olan, əməllərinizi yazan mələklər.
Onlar sizin nə əməl etdiyinizi bilir və onu qeydə alırlar.
Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri qiyamət günü tükənməz nemətlər içində olacaqlar.
Şübhəsiz ki, günahkarlar onları yandırıb-yaxan Cəhənnəm odunda olacaqlar.
82:15Page 587
يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ ١٥
They will [enter to] burn therein on the Day of Recompense,
Onlar ora haqq-hesab günü daxil olacaq və onun hərarətindən əzab çəkəcəklər.
Onlar heç vaxt ondan çıxa bilməyəcəklər, əksinə, orada əbədi olaraq qalacaqlar.
82:17Page 587
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ١٧
And what can make you know what is the Day of Recompense?
Ey Peyğəmbər! Sən nə bilirsənki, din günü nədir?!
82:18Page 587
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ١٨
Then, what can make you know what is the Day of Recompense?
Sonra sən nə bilirsən ki, din günü nədir?!
82:19Page 587
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ ١٩
It is the Day when a soul will not possess for another soul [power to do] a thing; and the command, that Day, is [entirely] with Allāh.
O gün heç kəs heç kəsə fayda verə bilməyəcək. O gün hökm yalnız Allaha məxsus olacaq və O, istədiyini edəcək. Ondan başqa heç kəsin hökm verməyə ixtiyarı olmayacaqdır.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences