Al-MukhtasarAl‑Qamar · 54:1–55

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

القمر

Al-Qamar

The Moon · Meccan · 55 ayahs

54:1Page 528

ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ ١

The Hour has come near, and the moon has split [in two].1

Qiyamət saatı yaxınlaşdı və ay Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə yarıldı. Onun yarılması Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əyani möcüzələrindən biri idi.

54:2Page 528

وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ ٢

And if they see a sign [i.e., miracle], they turn away and say, "Passing magic."1

Müşriklər Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığını isbat edən bir dəlil-sübut gördükdə, onu qəbul etməyib deyirlər: “Gördüyümüz bu dəlil-sübutlar batil bir sehrdir”.

54:3Page 528

وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ ٣

And they denied and followed their inclinations. But for every matter is a [time of] settlement.

Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətərdiyi haqqı yalan saydılar və bunu təkzib etmək xüsusunda öz nəfslərinin is­tək­lə­ri­nə uydular. Halbuki qiyamət günü hər bir əməlin əvəzi - istər xeyir olsun, istərsə şər - öz sahibinə yetişəcəkdir.

54:4Page 528

وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ ٤

And there has already come to them of information that in which there is deterrence.

Onlar, küfrlərinə və zülmlərinə son qoysunlar deyə, etdikləri küfr və zülmə görə Allahın həlak etdiyi neçə-ne­çə ümmətlər barədə xəbərlər onlara gəlib çatmışdır.

54:5Page 528

حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ ٥

Extensive wisdom - but warning does not avail [them].

Onlara gələn bu xəbərlər, özlərinin əlehinə hüccət olan tam bir hikmətdir. Lakin Allaha və axirət gününə iman gətirməyən bir qövmə təhdid­lər heç bir fay­da verməz.

54:6Page 528

فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ ٦

So leave them, [O Muḥammad]. The Day the Caller1 calls to something forbidding,

Ey Peyğəmbər! Əgər onlar doğru yola gəlməsə, sən, onları tərk et, onlardan üz çevir və sura üfürəcək mələyin on­ları qorxuya salacağı, heç bir canlının bənzərini görmədiyi bir işdən ötrü çağı­ra­cağı günü gözlə.

54:7Page 529

خُشَّعًا أَبۡصَٰرُهُمۡ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادٞ مُّنتَشِرٞ ٧

Their eyes humbled, they will emerge from the graves as if they were locusts spreading,

Onlar zəlil baxışlarla göz­lərini aşa­ğı dikmiş halda, ətra­fa ya­yı­lan çəyirt­kə­lər kimi qə­bir­lərindən çıxıb haqq-hesaba çəkiləcəkləri yerə gedəcəklər.

54:8Page 529

مُّهۡطِعِينَ إِلَى ٱلدَّاعِۖ يَقُولُ ٱلۡكَٰفِرُونَ هَٰذَا يَوۡمٌ عَسِرٞ ٨

Racing ahead toward the Caller. The disbelievers will say, "This is a difficult Day."

Onlar həmin yerə çağıran carçıya tərəf tə­lə­səcək və kafirlər deyəcəklər: “Bu nə çətin bir gün­dür, çox şiddətli və dəhşətli bir gündür”.

54:9Page 529

۞ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٞ وَٱزۡدُجِرَ ٩

The people of Noah denied before them, and they denied Our servant and said, "A madman," and he was repelled.

Ey Peyğəmbər! Sənin dəvətini yalan sayanlardan əvvəl Nuh qövmü qu­lumu­z Nuhu (aleyhissəlam) yalançı sa­ymışdılar. Biz onu onlara elçi göndərdiyimiz zaman onlar: “O, dəlidir!” – demiş, sonra onu cürbəcür söyüşlərlə söymüş və dəvətinə son qoymayacağı təqdirdə (onu cəzalandıracaqları ilə) ona hədə-qor­xu gəlmişdi­lər.

54:10Page 529

فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبٞ فَٱنتَصِرۡ ١٠

So he invoked his Lord, "Indeed, I am overpowered, so help."

Nuh öz Rəbbinə yalvarıb demişdi: “Qövmüm məni üs­tə­lədi və mənim dəvətimi qəbul etmədi. Onlara bəla göndərməklə mənə yardım et!”

54:11Page 529

فَفَتَحۡنَآ أَبۡوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٖ مُّنۡهَمِرٖ ١١

Then We opened the gates of the heaven with rain pouring down

Biz göyün qapılarını şırıl-şırıl yağan yağışla açdıq.

54:12Page 529

وَفَجَّرۡنَا ٱلۡأَرۡضَ عُيُونٗا فَٱلۡتَقَى ٱلۡمَآءُ عَلَىٰٓ أَمۡرٖ قَدۡ قُدِرَ ١٢

And caused the earth to burst with springs, and the waters met for a matter already predestined.

Biz yeri yardıq və beləcə, oradan bulaqlar qay­nayıb çıxdı. Göydən tökülən və yer­dən qaynayan su­lar Allahın əzəl­dən qədərə yazdığı bir iş üçün bir-birinə qo­vuşdu. Nəhayət, Allahın xilas etdiyi kimsələrdən başqa hamı suda qərq oldu.

54:13Page 529

وَحَمَلۡنَٰهُ عَلَىٰ ذَاتِ أَلۡوَٰحٖ وَدُسُرٖ ١٣

And We carried him on a [construction of] planks and nails,

Biz Nuhu bir-birinə mismarlanmış lövhələrdən düzəlmiş gəmidə daşıdıq. Beləliklə də, onu və onunla birlikdə olanları suda boğulmaqdan xilas etdik.

54:14Page 529

تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءٗ لِّمَن كَانَ كُفِرَ ١٤

Sailing under Our observation as reward for he who had been denied.

Qövmü tərəfindən yalançı sayılmış və Allahdan təbliğ etdiyi risaləti inkar edilmiş Nuha zəfər bəxş etmək üçün, o gəmi təlamütlü sular içində, gözlərimiz önün­də və mühafizəmiz altında üzüb gedirdi.

54:15Page 529

وَلَقَد تَّرَكۡنَٰهَآ ءَايَةٗ فَهَلۡ مِن مُّدَّكِرٖ ١٥

And We left it as a sign, so is there any who will remember?

Biz onlara verdiyimiz bu bəlanın aqibətini bir ibrət və dərs olsun deyə saxla­dıq. Amma heç bir ibrət alan varmı?!

54:16Page 529

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ١٦

And how [severe] were My punishment and warning.1

Görəydin Mənim haqqı yalan sayanlara verdiyim əzab və onları ölümlə qor­xut­mağım necə oldu?!

54:17Page 529

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ١٧

And We have certainly made the Qur’ān easy for remembrance, so is there any who will remember?

Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!

54:18Page 529

كَذَّبَتۡ عَادٞ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ١٨

ʿAad denied; and how [severe] were My punishment and warning.

Ad qövmü də peyğəmbərləri Hudu (aleyhissəlam) yalançı saydı. Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!

54:19Page 529

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِي يَوۡمِ نَحۡسٖ مُّسۡتَمِرّٖ ١٩

Indeed, We sent upon them a screaming wind on a day of continuous misfortune,

Biz, şəri və uğursuzluğu Cəhənnəmədək onlarla davam edən bir gün­də onların üstünə çox so­yuq külək gön­dərdik.

54:20Page 529

تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٖ مُّنقَعِرٖ ٢٠

Extracting the people1 as if they were trunks of palm trees uprooted.

O külək insanları yerdən ayırıb, kökündən çıxar­dıl­mış xurma kötükləri kimi başüstə ətrafa atırdı.

54:21Page 529

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ٢١

And how [severe] were My punishment and warning.

Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!

54:22Page 529

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ٢٢

And We have certainly made the Qur’ān easy for remembrance, so is there any who will remember?

Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!

54:23Page 529

كَذَّبَتۡ ثَمُودُ بِٱلنُّذُرِ ٢٣

Thamūd denied the warning.

Səmud qövmü də özlərinin Peyğəmbəri Salehin (aleyhissəalm) təhdidlərini yalan saydı.

54:24Page 529

فَقَالُوٓاْ أَبَشَرٗا مِّنَّا وَٰحِدٗا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذٗا لَّفِي ضَلَٰلٖ وَسُعُرٍ ٢٤

And said, "Is it one human being1 among us that we should follow? Indeed, we would then be in error and madness.

Onlar təkəbbür göstərərək dedilər: “Biz özü­müz­dən olan bir adama tabe ola­ca­ğıq?! Əgər belə olduğu halda biz ona tabe olsaq, həqiqətən də, doğru yoldan azar, əyri yola düşər və ağılsız iş görmüş ola­rıq!

54:25Page 529

أَءُلۡقِيَ ٱلذِّكۡرُ عَلَيۡهِ مِنۢ بَيۡنِنَا بَلۡ هُوَ كَذَّابٌ أَشِرٞ ٢٥

Has the message been sent down upon him from among us? Rather, he is an insolent liar."

Məgər vəhy bizim aramızdan heç kəsə yox, xüsusi olaraq yalnız ona nazil oldu?! Xeyr, əksinə, o, yalan­çıdır, təkəbbürlüdür!”

54:26Page 529

سَيَعۡلَمُونَ غَدٗا مَّنِ ٱلۡكَذَّابُ ٱلۡأَشِرُ ٢٦

They will know tomorrow who is the insolent liar.

Qiyamət günü onlar kimin - Salehin, yoxsa onların ya­lan­çı və təkəbbürlü olduğunu müt­ləq biləcəklər.

54:27Page 529

إِنَّا مُرۡسِلُواْ ٱلنَّاقَةِ فِتۡنَةٗ لَّهُمۡ فَٱرۡتَقِبۡهُمۡ وَٱصۡطَبِرۡ ٢٧

Indeed, We are sending the she-camel as trial for them, so watch them and be patient.1

Biz onları sınağa çək­mək üçün qayadan bir dişi dəvə çıxardıb göndə­rə­cə­yik. Ey Saleh! On­ların o dəvəyə nə edəcək­lərini və özlərinin başına nələr gələcəyini göz­lə və onların əziyyətlərinə səbir et!

54:28Page 530

وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٖ مُّحۡتَضَرٞ ٢٨

And inform them that the water is shared between them,1 each [day of] drink attended [by turn].

Onlara xəbər ver ki, onların quyusunun suyu, özləri ilə dəvə arasında bölüşdürülmüş­dür, bir gün dəvə üçün, bir gün də onlar üçün. Onlardan hər biri öz payını götürmək üçün öz növbəsində gəl­məlidir!

54:29Page 530

فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ ٢٩

But they called their companion,1 and he dared2 and hamstrung [her].

Onlar dəvəni öldürmək üçün öz havadarlarını ça­ğırdılar, o da öz qövmünün əmrini yerinə yetirərək qılınc götürüb dəvəni öldürdü.

54:30Page 530

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ٣٠

And how [severe] were My punishment and warning.

Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!

54:31Page 530

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةٗ وَٰحِدَةٗ فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ ٣١

Indeed, We sent upon them one shriek [i.e., blast from the sky], and they became like the dry twig fragments of an [animal] pen.

Həqiqətən, Biz onlara bir­cə tük­ür­pədici səs göndər­ib onları məhv etdik və on­lar mal-qara ağılında isti­fadə edilən qurumuş ağac kimi ol­dular.

54:32Page 530

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ٣٢

And We have certainly made the Qur’ān easy for remembrance, so is there any who will remember?

Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!

54:33Page 530

كَذَّبَتۡ قَوۡمُ لُوطِۭ بِٱلنُّذُرِ ٣٣

The people of Lot denied the warning.

Lut qövmü də özlərinin Peyğəmbəri Lutun (aleyhissəalm) təhdidlərini yalan saydı.

54:34Page 530

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ ٣٤

Indeed, We sent upon them a storm of stones, except the family of Lot - We saved them before dawn.

Biz onların üstünə daş yağdıran külək göndər­dik. Yalnız Lu­tun (aleyhissəlam) ailəsinə əzab toxunmadı. Biz onları əzabdan xilas etdik. Belə ki, gecənin axırında o qövmə əzab yetişməmişdən əvvəl Lut (aleyhissəlam) və və onun ailəsi kənddən çıxarıldılar.

54:35Page 530

نِّعۡمَةٗ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ ٣٥

As favor from Us. Thus do We reward he who is grateful.

Biz Öz tərəfimizdən onlara bir nemət olaraq onları bu əzabdan xilas etdik. Biz Allahın nemətlərinə şükür edən­ləri Lutu (aleyhissəlam) mü­ka­fatlandırdığımız kimi mükafat­landırırıq.

54:36Page 530

وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ ٣٦

And he had already warned them of Our assault, but they disputed the warning.

Lut onları Bizim əza­bı­mızla qorxutdu, onlar isə bu təhdidlərə şəkk etdilər və onu yalançı saydılar.

54:37Page 530

وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ ٣٧

And they had demanded from him his guests, but We obliterated their eyes, [saying], "Taste My punishment and warning."

Onlar Lutdan öz qonaqla­rı­ ilə - mələklərlə tək buraxmağı tələb etdilər ki, özlərinin murdar istəyinə nail olsunlar. Biz də onların gözlərini kor etdik və onlara dedik: “Əza­bımı və sizə etdiyim təhdidimin nəticəsini dadın!”

54:38Page 530

وَلَقَدۡ صَبَّحَهُم بُكۡرَةً عَذَابٞ مُّسۡتَقِرّٞ ٣٨

And there came upon them by morning an abiding punishment.

Sübh çağı onlara axirət gününədək ya­xalarından əl çəkməyəcək bir əzab gəldi.

54:39Page 530

فَذُوقُواْ عَذَابِي وَنُذُرِ ٣٩

So taste My punishment and warning.

Onlara deyildi: "Sizə nazil olan əzabımı və Lutun sizə etdiyi təhdid­lərinin aqibətini dadın!

54:40Page 530

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ٤٠

And We have certainly made the Qur’ān easy for remembrance, so is there any who will remember?

Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!

54:41Page 530

وَلَقَدۡ جَآءَ ءَالَ فِرۡعَوۡنَ ٱلنُّذُرُ ٤١

And there certainly came to the people of Pharaoh warning.

Firon nəs­linə də, Musa və Harunun (aleyhimməssəlam) vasitəsilə xəbərdarlığımız gəlmişdi.

54:42Page 530

كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ ٤٢

They denied Our signs, all of them, so We seized them with a seizure of one Exalted in Might and Perfect in Ability.

Onlar Bizim göndərdiyimiz dəlilləri və sübutları ya­lan saydılar. Biz də onları bu dəlilləri yalan saydıqlarına görə, heç kəsin üstün gələ bilmədiyi qüdrətli və heç kəsin qarşısında aciz qalmayan qadir Allahın cəzası ilə cəzalandırdıq.

54:43Page 530

أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ ٤٣

Are your disbelievers better than those [former ones], or have you immunity in the scriptures?

Ey Məkkə əhli! Sizin kafirləriniz haqqı yalan saymış o kafirlərdən - Nuh qövmündən, Adlılardan, Səmudlulardan, Lut tayfasından, Firon və onun qövmündən yaxşı­dırmı?! Yoxsa səmavi kitab­larda si­zin əzabdan xilas olacağınıza dair toxunulmazlıq vəd edilmişdir?!

54:44Page 530

أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٞ مُّنتَصِرٞ ٤٤

Or do they say, "We are an assembly supporting [each other]"?

Yoxsa Məkkə əhlindən olan o kafirlər: “Biz hamımız, bizə pislik etmək istəyən və bizim birliyimizi dağıtmağa çalışan kimsələrə qalib gə­ləcək bir dəstəyik!” – deyirlər?!

54:45Page 530

سَيُهۡزَمُ ٱلۡجَمۡعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ ٤٥

[Their] assembly will be defeated, and they will turn their backs [in retreat].1

Bu kafirlərin dəstəsi mütləq məğlub olacaq və möminlərin gözləri önündə arxaya dönüb qaça­caq. Bu, artıq Bədr döyüşündə baş vermişdir.

54:46Page 530

بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ ٤٦

But the Hour is their appointment [for due punishment], and the Hour is more disastrous and more bitter.

Xeyr, onların yalan saydığı qiyamət satı özlərinin əzaba düçar olmalarından ötrü müəyyən edilmiş vaxtdır. O saat isə onların Bədrdə üzləşdiyi dünya əzabından daha əzəmətli və daha acı­dır.

54:47Page 530

إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٖ وَسُعُرٖ ٤٧

Indeed, the criminals are in error and madness.1.

Həqiqətən də, küfr və asiliklər etməklə günaha batanlar haqdan uzaq bir azğınlıq, üstəlik, əzab və əziyyət içindədirlər.

54:48Page 530

يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ ٤٨

The Day they are dragged into the Fire on their faces [it will be said], "Taste the touch of Saqar."1

O gün onlar üzüstə Cə­hənnəmə sürüklənəcək və on­la­ra məzəmmət edilərək belə deyiləcəkdir: “Dadın Cəhənnəm əzabını!”

54:49Page 530

إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ ٤٩

Indeed, all things We created with predestination.

Həqiqətən də, Biz kainatda hər şe­yi əzəldən yazdığımız qədərə uyğyn yaratdıq və bunlar Bizim elmimizə, istəyimizə və Lövhü-məhfuzda yazdığımıza müvafiq oldu.

54:50Page 531

وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ ٥٠

And Our command is but one, like a glance of the eye.

Biz bir işin olmasını istədikdə, bircə dəfə ona: "Ol!"- deyə əmr edirik, istədiyimiz dərhal bir göz qırpımında ye­rinə ye­tir.

54:51Page 531

وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٖ ٥١

And We have already destroyed your kinds,1 so is there any who will remember?

Biz əvvəlik ümmətlərdən küfr etməkdə sizə bənzəyənləri məhv etmişik. Amma heç bundan ibrət alıb öz küfründən uzaqlaşan varmı?!

54:52Page 531

وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ ٥٢

And everything they did is in written records.

Bəndələrin etdiyi hər bir əməl mələklərin qeydə aldığı kitabla­rda yazılır və bu işdə heç bir şey onların nəzərindən qaçmır.

54:53Page 531

وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ ٥٣

And every small and great [thing] is inscribed.

Hər bir kiçik və böyük əməl və söz əməllərin qeydə alındığı səhifələrdə, həm də lövhi-məhfuzda ya­zılmışdır və onlar bu əməllərin əvəzini alacaqlar.

54:54Page 531

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَهَرٖ ٥٤

Indeed, the righteous will be among gardens and rivers,

Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələr cənnətlərdə nemətlər içində və axar çaylar kənarında olcaqlar.

54:55Page 531

فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٖ مُّقۡتَدِرِۭ ٥٥

In a seat of honor near a Sovereign, Perfect in Ability.1

Onlar hər şeyə gücü yetən və heç bir şeyin Onu aciz buraxmayan Hökmdarın hü­zu­run­dakı, içində yalan danışılmayan və günah işlərə yol verilməyən haqq məclisində olacaqlar. Onların o məclisdə tükənməz nemətlərdən nələrə nail olacaqları barədə heç soruşma.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском