Al-MukhtasarAl‑Ahqaf · 46:1–35

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

الأحقاف

Al-Ahqaf

The Wind-Curved Sandhills · Meccan · 35 ayahs

46:1Page 502

حمٓ ١

Ḥā, Meem.1

﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

46:2Page 502

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ٢

The revelation of the Book is from Allāh, the Exalted in Might, the Wise.

Quran heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, qədəri yazmaq və şəri hökmləri təyin etmək xüsusunda Hikmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.

46:3Page 502

مَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۚ وَٱلَّذِينَ كَفَرُواْ عَمَّآ أُنذِرُواْ مُعۡرِضُونَ ٣

We did not create the heavens and earth and what is between them except in truth and [for] a specified term. But those who disbelieve, from that of which they are warned, are turning away.

Biz göyləri, yeri və onla­rın ara­sın­da olanları əbəs yerə yaratmamışıq, əksinə, bütün bunları ancaq böyük bir hikmətdən ötrü haqq olaraq yaratmışıq. Bunlardan bəzisi budur ki: insanlar bu məxluqata baxıb Allahın varlığını dərk etsinlər, beləliklə də, yalnız Ona ibadət etsinlər, heç bir şeyi Ona şərik qoşmasınlar və yalnız Allahın bildiyi, əzəldən müəyyən edilmiş za­manadək yer üzündə yaşayıb öz tələbatlarını yerinə yetirsinlər. Allaha küfr edənlər isə Allahın kitabında xə­bərdar edildikləri şeylər­dən üz döndərir və ona məhəl qoymurlar.

46:4Page 502

قُلۡ أَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِۖ ٱئۡتُونِي بِكِتَٰبٖ مِّن قَبۡلِ هَٰذَآ أَوۡ أَثَٰرَةٖ مِّنۡ عِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ ٤

Say, [O Muḥammad], "Have you considered that which you invoke besides Allāh? Show me what they have created of the earth; or did they have partnership in [creation of] the heavens? Bring me a scripture [revealed] before this or a [remaining] trace of knowledge, if you should be truthful."

Ey Peyğəmbər! Haqdan üz döndərən o müşriklərə de: “Si­zin Allahdan başqa tapındıqla­rınız bütlər barədə mənə xəbər verin görüm, onlar yer üzündə nə yaradıblar? Onlar dağ yaradıblarmı?! Bəlkə çay yaradıblar?! Yoxsa onların göylərin ya­radılma­sında Allaha bir şərikliyi və o işdə bir payı var?! Əgər bütlərə ibadət etməyinizin haqq olduğuna dair iddianız doğrudursa, mənə Qurandan əv­vəl Allahdan nazil ol­muş bir kitab və ya əvvəlkilərin qoyub getdiyi elmdən qalan bir əsər gətirin”.

46:5Page 502

وَمَنۡ أَضَلُّ مِمَّن يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَن لَّا يَسۡتَجِيبُ لَهُۥٓ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ وَهُمۡ عَن دُعَآئِهِمۡ غَٰفِلُونَ ٥

And who is more astray than he who invokes besides Allāh those who will not respond to him until the Day of Resurrection [i.e., never], and they, of their invocation, are unaware.

Allahı qoyub qiyamət gü­nünədək özünə cavab verə bil­mə­yən bütə tapınan kim­sədən daha çox azmış birisi ola bilməz. Onların Allahdan savayı tapındıqları bu bütlər onlara tapınan kimsələrin yal­varışından xəbərsizdirlər. Fayda və ya zərər verməyə isə ümumiyyətlə qadir deyillər.

46:6Page 503

وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُواْ لَهُمۡ أَعۡدَآءٗ وَكَانُواْ بِعِبَادَتِهِمۡ كَٰفِرِينَ ٦

And when the people are gathered [that Day], they [who were invoked] will be enemies to them, and they will be deniers of their worship.

Bütlərin dünyada insanlara heç bir fayda verməməsindən əlavə, insanlar qiyamət günü bir yerə toplanacaqları zaman bütlər onlara ibadət edən kimsələrə düş­mən kə­siləcək, həmin insanlardan uzaq duracaq və o insanların onlara ibadətindən xəbərsiz olduqlarını bildirəcəklər.

46:7Page 503

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ هَٰذَا سِحۡرٞ مُّبِينٌ ٧

And when Our verses are recited to them as clear evidences, those who disbelieve say of the truth when it has come to them, "This is obvious magic."

Rəsulumuza nazil edilən ayələrimiz onlara oxunduğu zaman, Quranı in­kar edən kafirlər onun öz peyğəmbərləri vasitəsilə göndərildiyini görüb: “Bu, Allah tərəfindən göndərilən vəhy deyil, bu açıq-aydın bir sehrdir!” – deyirlər

46:8Page 503

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَلَا تَمۡلِكُونَ لِي مِنَ ٱللَّهِ شَيۡـًٔاۖ هُوَ أَعۡلَمُ بِمَا تُفِيضُونَ فِيهِۚ كَفَىٰ بِهِۦ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۖ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٨

Or do they say, "He has invented it"? Say, "If I have invented it, you will not possess for me [the power of protection] from Allāh at all. He is most knowing of that in which you are involved.1 Sufficient is He as Witness between me and you, and He is the Forgiving, the Merciful."

Yoxsa o müşriklər: “Muhəmməd bu Quranı özündən uydurmuş, sonra da onu Allaha nisbət etmişdir!” – deyirlər?! Ey Peyğəmbər! Onlara de: “Əgər mən onu özümdən uy­durmu­şam­sa, siz heç bir tədbirlə məni Allahın əzabından qurtara bil­məz­si­niz. Elə isə mən Allaha qarşı yalan uydurmaqla öz əllərimlə özümü necə əzaba sürükləyə bilərəm?! Allah sizin Qurana tənə vuraraq lağa qoyduğunuzu və mənə məzəmmət etdiyiniz daha yaxşı bilir. Mənimlə sizin aranızda Allahın şahid olması kifayətdir. O Öz qullarından günahlarına görə tövbə edən kimsələri Bağışlan və onlara Rəhm edəndir”.

46:9Page 503

قُلۡ مَا كُنتُ بِدۡعٗا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدۡرِي مَا يُفۡعَلُ بِي وَلَا بِكُمۡۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ ٩

Say, "I am not something new among the messengers,1 nor do I know what will be done with me or with you. I only follow that which is revealed to me, and I am not but a clear warner."

Ey Peyğəmbər! Sənin peyğəmbərliyini yalan sayan o müşriklər de: “Mən Allahın göndərdiyi ilk elçi deyiləm ki, mənim sizi (haqqa) dəvət etməyimə təəccüb edirsiniz. Məndən əvvəl neçə-neçə elçilər gəlib-getmişdir. Mən, Allahın bu dünyada mənə və sizə nələr edəcəyini bilmirəm. Mən ancaq Allahın mənə vəhy etdiyinə tabe oluram və ancaq Onun nazil etdiyi vəhyə müvafiq olan sözü danışır, yaxud ona uyğun hərəkət edirəm. Mən sadəcə sizi Allahın əzabı ilə açıq-aşkar qorxudan bir peyğəmbərəm!”

46:10Page 503

قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ وَكَفَرۡتُم بِهِۦ وَشَهِدَ شَاهِدٞ مِّنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَلَىٰ مِثۡلِهِۦ فَـَٔامَنَ وَٱسۡتَكۡبَرۡتُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ١٠

Say, "Have you considered: if it [i.e., the Qur’ān] was from Allāh, and you disbelieved in it while a witness from the Children of Israel has testified to something similar1 and believed while you were arrogant...?"2 Indeed, Allāh does not guide the wrongdoing people.

Ey Peyğəmbər! Haqq yalan sayanlara de: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dir­sə və siz də onu inkar etmi­si­niz­sə, İsrail oğullarından da bir şahid bu kitab barədə Tövratda varid olan xəbərlərə etimad edərək onun Allahdan nazil olduğuna şa­hidlik edib ona iman gətirib, siz isə ona iman gətirməyə tə­kəbbür göstərmisinizsə, o halda siz zalım sayılmırsınızmı?! Şübhəsiz ki, Allah zalım qövmü haqq yö­nəl­məyə müvəffəq etməz!”

46:11Page 503

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ لَوۡ كَانَ خَيۡرٗا مَّا سَبَقُونَآ إِلَيۡهِۚ وَإِذۡ لَمۡ يَهۡتَدُواْ بِهِۦ فَسَيَقُولُونَ هَٰذَآ إِفۡكٞ قَدِيمٞ ١١

And those who disbelieve say of those who believe, "If it had [truly] been good, they would not have preceded us to it." And when they are not guided by it, they will say, "This is an ancient falsehood."

Qurana və peyğəmbərinin gətirdiyinə küfr edən kimsələr iman gətirənlərə de­di­lər: “Əgər Muhəmmədin gətirdiyi risalət xeyirə yönəldən bir haqq olsaydı, o zaman bu kasıblar, kölələr və zəiflər bu işdə bizi qabaqlaya bilməzdilər!” Onlar peyğəmbərlərinin gətirdiyi doğ­ru yola gəlmə­dik­ləri üçün deyəcəklər ki: “Onun bizə gətirdiyi din köhnə yalan­dır və biz bu yalana tabe olan deyilik!”

46:12Page 503

وَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامٗا وَرَحۡمَةٗۚ وَهَٰذَا كِتَٰبٞ مُّصَدِّقٞ لِّسَانًا عَرَبِيّٗا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُواْ وَبُشۡرَىٰ لِلۡمُحۡسِنِينَ ١٢

And before it was the scripture of Moses to lead and as a mercy. And this is a confirming Book in an Arabic tongue to warn those who have wronged and as good tidings to the doers of good.

Bu Qurandan əvvəl Allahın Musaya (aleyhissəlam) nazil etdiyi, haqq yolu göstərən bir rəhbər və İsrail oğullarından iman gətirib tabe olanlar üçün bir mərhəmət sayılan Tövrat var idi. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran isə, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələri qor­xut­maq, habelə, həm Xaliqlə, həm də məxluqla öz arasında olan əlaqələrini düzəldən yaxşı əməl sahiblərinə müjdə ver­mək üçün, ərəb di­lin­də nazil edilmiş və əvvəlkiləri təs­diq edən bir kitabdır.

46:13Page 503

إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ١٣

Indeed, those who have said, "Our Lord is Allāh," and then remained on a right course - there will be no fear concerning them, nor will they grieve.

Həqiqətən də: “Rəbbi­miz Allah­dır və bizim Ondan başqa rəbbimiz yoxdur!” – deyib, sonra iman gətirib saleh əməl edənlərə nə axirətdə qarşılaşacaqları işlərdə bir qorxu olar, nə də bu dünyada əldə etmədikləri və sonraya saxladıqları nəsiblərinə görə kədər­lənərlər.

46:14Page 503

أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ خَٰلِدِينَ فِيهَا جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٤

Those are the companions of Paradise, abiding eternally therein as reward for what they used to do.

Bu sifətlərlə vəsf edilən kimsələr Cənnət əhlidirlər və dünyada etdikləri saleh əməllərin əvəzi ola­raq onlar orada əbədi qalacaqlar.

46:15Page 504

وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ إِحۡسَٰنًاۖ حَمَلَتۡهُ أُمُّهُۥ كُرۡهٗا وَوَضَعَتۡهُ كُرۡهٗاۖ وَحَمۡلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهۡرًاۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرۡبَعِينَ سَنَةٗ قَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَصۡلِحۡ لِي فِي ذُرِّيَّتِيٓۖ إِنِّي تُبۡتُ إِلَيۡكَ وَإِنِّي مِنَ ٱلۡمُسۡلِمِينَ ١٥

And We have enjoined upon man, to his parents, good treatment. His mother carried him with hardship and gave birth to him with hardship, and his gestation and weaning [period] is thirty months. [He grows] until, when he reaches maturity and reaches [the age of] forty years, he says, "My Lord, enable me1 to be grateful for Your favor which You have bestowed upon me and upon my parents and to work righteousness of which You will approve and make righteous for me my offspring. Indeed, I have repented to You, and indeed, I am of the Muslims."

Biz insana ata-anasının qayğısına qalmağı, onlar həyatda ikən və vəfat etdikdən sonra şəriətə uyğun olaraq onlara yaxşılıq etməyi qəti şəkildə əmr etdik. Xüsusilə də, onu bət­nində əziy­yətlə daşımış və əziyyətlə doğ­­muş anısının qayğısına qalmağı. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nə­hayət, onun ağlı və bədəni yet­kinlik çağına yetişib qırx yaşa çatdıqda, o deyər: “Ey Rəb­bim! Mənə, mə­nim özümə və va­li­deynlərimə bəxş etdiyin ne­mə­tə şükür et­mək və Sənin razı qa­la­cağın yaxşı işləri görmək üçün il­ham ver, onu məndən qəbul et, övladlarımı da mənim üçün əməlisaleh et. Mən günahlarımın bağışlanmasına görə Sənə tövbə et­dim. Mən, həqiqətən də, Sənə itaət edənlərdən və Sənin əmrlərinə təslim olanlardanam.

46:16Page 504

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ نَتَقَبَّلُ عَنۡهُمۡ أَحۡسَنَ مَا عَمِلُواْ وَنَتَجَاوَزُ عَن سَيِّـَٔاتِهِمۡ فِيٓ أَصۡحَٰبِ ٱلۡجَنَّةِۖ وَعۡدَ ٱلصِّدۡقِ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ ١٦

Those are the ones from whom We will accept the best of what they did and overlook their misdeeds, [their being] among the companions of Paradise. [That is] the promise of truth which they had been promised.

Belələri, saleh əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, gü­nah­la­rından keçə­cəyimiz, onlara görə cəzalandırmayacağımız və Cənnət əhli içərisinə daxil edə­cəyimiz kimsələrdir. Onlara ve­rilmiş bu vəd, doğru vəddir və o, heç şübhəsiz gerçəyə çevriləcəkdir.

46:17Page 504

وَٱلَّذِي قَالَ لِوَٰلِدَيۡهِ أُفّٖ لَّكُمَآ أَتَعِدَانِنِيٓ أَنۡ أُخۡرَجَ وَقَدۡ خَلَتِ ٱلۡقُرُونُ مِن قَبۡلِي وَهُمَا يَسۡتَغِيثَانِ ٱللَّهَ وَيۡلَكَ ءَامِنۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ١٧

But one who says to his parents, "Uff1 to you; do you promise me that I will be brought forth [from the earth] when generations before me have already passed on [into oblivion]?" while they call to Allāh for help [and to their son], "Woe to you! Believe! Indeed, the promise of Allāh is truth." But he says, "This is not but legends of the former peoples" -

Kimisi də ata-anasına deyər: “Uf sizə! Məndən əvvəl neçə-neçə nəsil ölüb-getdiyi və onlardan heç birinin dirlmədiyi hal­da, siz məni öldükdən sonra dirilib qəbirdən çıxarılacağımla hədələyirsiniz?!” Valideynləri də Allaha yalvarıb Ondan övladlarını imana yönəltməsini diləyər və övladlarına deyərlər: “Dirilməyə iman gətirməsən, vay sə­­nin halına! Buna iman gətir, Allahın ölüləri dirildəcəyinə dair verdiyi vədi haqdır, onda heç bir şübhə yoxdur!” O isə dirilməni bir daha inkar edərək deyər: “Bu dirilmə haqqında deyilənlər, sadəcə keç­miş­də­kilərin kitablarından nəql edilən, onların yazdıqlar və Allahın xəbər verdiyinə dair heç bir sübutu olmayan (nağıllardan) başqa bir şey deyildir!”

46:18Page 504

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ ١٨

Those are the ones upon whom the word [i.e., decree] has come into effect, [who will be] among nations which had passed on before them of jinn and men. Indeed, they [all] were losers.

Belələri, onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan ibarət olan ümmətlərə üz vermiş əzab on­lara da vacib olmuş kimsələrdir. Hə­qiqətən, onlar, həm özlərini, həm də, ailələrini Cəhənnəm oduna salmaqla ziyana uğ­ramışlar.

46:19Page 504

وَلِكُلّٖ دَرَجَٰتٞ مِّمَّا عَمِلُواْۖ وَلِيُوَفِّيَهُمۡ أَعۡمَٰلَهُمۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ١٩

And for all there are degrees [of reward and punishment] for what they have done, and [it is] so that He may fully compensate them for their deeds, and they will not be wronged.

Hər iki firqənin - Cənnət əhlinin və Cəhənnəm əhlinin - etdiyi əməllərə uyğun mərtəbələri vardır. Cənnət əhlinin mərtəbələri yüksəkdə yerləşən dərəcələr, Cəhənnəm əhlininki isə aşağıda yerləşən təbəqələrdir. Bu, Uca Allahın on­la­ra etdikləri əməl­lə­ri­nin əvəzini özlərinə tam olaraq verməsi üçündür. Qiyamət günü onların savbalarını azaltmaqla və ya günahlarını artıqmaqla onlara əsla zülm edilməz.

46:20Page 504

وَيَوۡمَ يُعۡرَضُ ٱلَّذِينَ كَفَرُواْ عَلَى ٱلنَّارِ أَذۡهَبۡتُمۡ طَيِّبَٰتِكُمۡ فِي حَيَاتِكُمُ ٱلدُّنۡيَا وَٱسۡتَمۡتَعۡتُم بِهَا فَٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَفۡسُقُونَ ٢٠

And the Day those who disbelieved are exposed to the Fire [it will be said], "You exhausted your pleasures during your worldly life and enjoyed them, so this Day you will be awarded the punishment of [extreme] humiliation because you were arrogant upon the earth without right and because you were defiantly disobedient."

Allaha küfr etmiş və Onun elçilərini yalançı saymış kimsələrə əzab verilməkdən ötrü Cəhənnəmin qarşısına gətiri­lə­cəkləri gün onlara məzəmmət edilərək və lağa qoyularaq deyi­lə­cək­: “Siz dün­ya həyatı­nızda pak nemətlərinizi sərf edib bitirdiniz və oradakı ləzzətli şeylərdən zövq al­dı­nız. Bu gün isə siz, yer üzündə haqsız ola­raq təkəbbür göstər­diyinizə, üstəlik də, küfr və asilik etməklə Allahın itaətində çıxdığınıza görə sizi alçaldacaq və zəlil edəcək əzab­la cəza­landırı­la­caq­sınız!”

46:21Page 505

۞ وَٱذۡكُرۡ أَخَا عَادٍ إِذۡ أَنذَرَ قَوۡمَهُۥ بِٱلۡأَحۡقَافِ وَقَدۡ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦٓ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ٢١

And mention, [O Muḥammad], the brother of ʿAad,1 when he warned his people in [the region of] al-Aḥqāf - and warners had already passed on before him and after him - [saying], "Do not worship except Allāh. Indeed, I fear for you the punishment of a terrible day."2

Ey Peyğəmbər! Ad qövmünə mənsub olan qardaşları Hudu xatırla! Bir zaman o, ərəb yarımadasının cənubunda yerləşən qum­sal təpələrdəki evlərində ya­şayan qövmünü, özündən əvvəl və sonra gəlib (öz ümmətlərini) qorxudan peyğəmbərlər kimi, Allahın əzabı ilə qorxudub demişdir: "Yalnız Allaha ibadət edin və Onunla yanaşı başqa tanrıya ibadət et­məyin! Ey qövmüm! Mən si­zə üz verəcək əzə­mətli günün - Qiyamət gününün əzabından qor­xu­ram!"

46:22Page 505

قَالُوٓاْ أَجِئۡتَنَا لِتَأۡفِكَنَا عَنۡ ءَالِهَتِنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٢٢

They said, "Have you come to delude us away from our gods? Then bring us what you promise us, if you should be of the truthful."

Qövmü isə ona belə cavab vermişdi: "Sən bizi məbudlarımızdan döndərməyə gəlmisən?! Sən öz istəyinə əsla nail ola bilməyəcəksən. Əgər iddia etdiyin əzab doğrudursa, elə isə bizi təhdid et­di­yi­ni o əzabı gətir görək!"

46:23Page 505

قَالَ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرۡسِلۡتُ بِهِۦ وَلَٰكِنِّيٓ أَرَىٰكُمۡ قَوۡمٗا تَجۡهَلُونَ ٢٣

He said, "Knowledge [of its time] is only with Allāh, and I convey to you that with which I was sent; but I see you [to be] a people behaving ignorantly."

Hud dedi: “Əzabın nə zaman gələcəyi barədə bil­gi ancaq Allaha məlumdur. Mənim bu haqda heç bir bilgim yoxdur. Mən sadəcə sizə gön­dərilənləri təbliğ edən bir elçiyəm. La­kin mən sizin özünüzə fayda verəni tərk edib zərər verəni götürməklə cahillik etdiyinizi görürəm”.

46:24Page 505

فَلَمَّا رَأَوۡهُ عَارِضٗا مُّسۡتَقۡبِلَ أَوۡدِيَتِهِمۡ قَالُواْ هَٰذَا عَارِضٞ مُّمۡطِرُنَاۚ بَلۡ هُوَ مَا ٱسۡتَعۡجَلۡتُم بِهِۦۖ رِيحٞ فِيهَا عَذَابٌ أَلِيمٞ ٢٤

And when they saw it as a cloud approaching their valleys, they said, "This is a cloud bringing us rain!" Rather, it is that for which you were impatient:1 a wind, within it a painful punishment,

Nəhayət, tez gəlməsini istədikləri o əzabı, göydə vadilə­ri­nə doğru gələn bir bu­lud şək­lində gördük­də dedilər: “Bu, bizə ya­ğış yağdıracaq bir bulud­dur!” Hud onlara dedi: “Xeyr, bu, heç də sizin güman etdiyiniz kimi yağış yağdıracaq bir bulud deyil. Əksinə, bu, si­zin tez gəlməsini istədiyiniz, özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

46:25Page 505

تُدَمِّرُ كُلَّ شَيۡءِۭ بِأَمۡرِ رَبِّهَا فَأَصۡبَحُواْ لَا يُرَىٰٓ إِلَّا مَسَٰكِنُهُمۡۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ ٢٥

Destroying everything by command of its Lord. And they became so that nothing was seen [of them] except their dwellings. Thus do We recompense the criminal people.

O, Allahın ona məhv etməsini əmr etdiyi hər bir şeyin üstündən keçərək onu darmadağın edəcək­!” On­lar elə məhv oldular ki, evlərindən başqa heç bir şey gö­rün­mə­di. Bu, özlərindən sonra gələnlərin, onların bundan əvvəl orada yaşadıqlarına şahid olmalarına görə idi. Biz öz küfründə və asiliyində israr edən günahkarları belə ağrılı-acılı əzabla cəzalandırırıq.

46:26Page 505

وَلَقَدۡ مَكَّنَّٰهُمۡ فِيمَآ إِن مَّكَّنَّٰكُمۡ فِيهِ وَجَعَلۡنَا لَهُمۡ سَمۡعٗا وَأَبۡصَٰرٗا وَأَفۡـِٔدَةٗ فَمَآ أَغۡنَىٰ عَنۡهُمۡ سَمۡعُهُمۡ وَلَآ أَبۡصَٰرُهُمۡ وَلَآ أَفۡـِٔدَتُهُم مِّن شَيۡءٍ إِذۡ كَانُواْ يَجۡحَدُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٢٦

And We had certainly established them in such as We have not established you, and We made for them hearing and vision and hearts [i.e., intellect]. But their hearing and vision and hearts availed them not from anything [of the punishment] when they were [continually] rejecting the signs of Allāh; and they were enveloped by what they used to ridicule.

Biz sizə vermədiyimiz im­kanları - möhkəm evlər tikmək imkanlarını Hud qövmünə vermişdik. Onlara eşidən qulaqlar, görən gözlər və duyan qəlblər də ver­mişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlb­ləri onlara bir fayda verdi. Allahın əzabı gəldizi zaman bütün bunlar o əzabı onlardan dəf edə bilmədi. Çünki onlar Allahın ayə­lə­ri­ni inkar edirdilər. Onlara peyğəmbərləri Hudun (aleyhissəlam) xəbər verdiyi, istehza etdikləri əzab nazil oldu.

46:27Page 505

وَلَقَدۡ أَهۡلَكۡنَا مَا حَوۡلَكُم مِّنَ ٱلۡقُرَىٰ وَصَرَّفۡنَا ٱلۡأٓيَٰتِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٢٧

And We have already destroyed what surrounds you of [those] cities, and We have diversified the signs [or verses] that perhaps they might return [from disbelief].

Ey Məkkə əhli! Biz sizin ətrafınızda olan kəndləri məhv etdik. Biz Ad, Səmud və Lut tayfalarını, habelə, Mədyən əhlini məhv etdik. Biz onlara müx­tə­lif cür dəlillər və sübutlar gətirdik ki, bəlkə küfrlərindən əl çə­kələr.

46:28Page 505

فَلَوۡلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ قُرۡبَانًا ءَالِهَةَۢۖ بَلۡ ضَلُّواْ عَنۡهُمۡۚ وَذَٰلِكَ إِفۡكُهُمۡ وَمَا كَانُواْ يَفۡتَرُونَ ٢٨

Then why did those they took besides Allāh as deities by which to approach [Him]1 not aid them? But they had strayed [i.e., departed] from them. And that was their falsehood and what they were inventing.

Bəs nə üçün Allahdan başqa ilahiləşdirdik­lə­ri - yaxınlaşmaq məqsə­dilə qarşılarında ibadət edib, qurban kəsdikləri bütlər onlara kömək etmədi?! Qətiyyən onlara kömək etmədilər, ək­si­nə, özləri köməyə möhtac olduqlarından dolayı onlardan uzaqlaşdılar. Bu onların, guya, bu bütlərin onlara fayda verəcəklərinə və Allah yanında onlar üçün şəfaətçilik edəcəklərinə dair nəfslərinin onlara vəd etdiyi yalan və iftiralarından başqa bir şey deyildir.

46:29Page 506

وَإِذۡ صَرَفۡنَآ إِلَيۡكَ نَفَرٗا مِّنَ ٱلۡجِنِّ يَسۡتَمِعُونَ ٱلۡقُرۡءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓاْ أَنصِتُواْۖ فَلَمَّا قُضِيَ وَلَّوۡاْ إِلَىٰ قَوۡمِهِم مُّنذِرِينَ ٢٩

And [mention, O Muḥammad], when We directed to you a few of the jinn, listening to the Qur’ān. And when they attended it, they said, "Listen attentively." And when it was concluded, they went back to their people as warners.

Ey Peyğəmbər! Xatırla ki, bir zaman bir dəstə cini sənə nazil edilən Quranı dinləmək üçün sənin ya­nı­na göndərdik. Onlar onu din­ləməyə gəldikdə bir-birinə: “Sakit durun ki, qulaq asaq!” – dedilər. Rəsulullah (səllallahu aleyhi və səlləm) oxuduğu ayələri bitirdikdən sonra onlar öz qövmlərinin yanına qayıtdılar ki, bu Qurana iman gətirməyənlərin (əzaba düçar olacaqları barədə) onları xəbərdar etsinlər.

46:30Page 506

قَالُواْ يَٰقَوۡمَنَآ إِنَّا سَمِعۡنَا كِتَٰبًا أُنزِلَ مِنۢ بَعۡدِ مُوسَىٰ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّ وَإِلَىٰ طَرِيقٖ مُّسۡتَقِيمٖ ٣٠

They said, "O our people, indeed we have heard a [recited] Book revealed after Moses confirming what was before it which guides to the truth and to a straight path.

Cinlər onlara dedilər: “Ey qöv­mümüz! Biz, həqiqətən də, Allahın Mu­sadan sonra nazil etdiyi, özündən əvvəl Allah tərəfindən nazil edilmiş kitabları təsdiqlə­yən bir ki­tab dinlədik. Dinlədiyimiz bu kitab (hər kəsi) haq­qa və düz yola - İslamın yoluna yönəl­dir.

46:31Page 506

يَٰقَوۡمَنَآ أَجِيبُواْ دَاعِيَ ٱللَّهِ وَءَامِنُواْ بِهِۦ يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُجِرۡكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ ٣١

O our people, respond to the Caller [i.e., Messenger] of Allāh1 and believe in him; He [i.e., Allāh] will forgive for you your sins and protect you from a painful punishment.

Ey qövmümüz! Muhəmmədin (səllallahu aleyhi və səlləm) sizə təbliğ etdiyi haqqı qəbul edin və onun öz Rəbbi tərəfindən elçi göndərildiyinə iman gətirin ki, Allah sizin günah­la­rınızı bağışlasın, üstəlik, peyğəmbərin sizə təbliğ etdiyi haqqı qəbul etməyəcəyiniz və onun öz Rəbbi tərəfindən elçi göndərildiyinə iman gətirməyəcəyiniz təqdirdə sizi yaxalayacaq ağrılı-acılı əzab­dan sizi qur­tarsın”.

46:32Page 506

وَمَن لَّا يُجِبۡ دَاعِيَ ٱللَّهِ فَلَيۡسَ بِمُعۡجِزٖ فِي ٱلۡأَرۡضِ وَلَيۡسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوۡلِيَآءُۚ أُوْلَٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ ٣٢

But he who does not respond to the Caller of Allāh will not cause failure [to Him] upon earth, and he will not have besides Him any protectors. Those are in manifest error."

Muhəmmədin (səllallahu aleyhi və səlləm) təbliğ etdiyi haqqı qə­bul etmə­yən kimsə yer üzün­də qaçıb Allah­dan yaxa qurtara bil­məz və Allahdan başqa onu əzabdan qurtara biləcək dostları da tapılmaz. On­lar açıq- aşkar haqdan uzaq bir azğınıq içindədirlər.

46:33Page 506

أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَلَمۡ يَعۡيَ بِخَلۡقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰۚ بَلَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٣٣

Do they not see that Allāh, who created the heavens and earth and did not fail in their creation, is able to give life to the dead? Yes. Indeed, He is over all things competent.

Məgər dirilməni yalan sayan o müşriklər, göyləri və yeri yara­dan, onların böyüklüyünə və genişliyinə rəğmən onları yarat­maqda aciz qalmayan Allah, ölüləri də, haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün diriltməyə qadir olduğunu görmürlərmi?! Əlbəttə ki, O, onları diriltməyə qadirdir. Pak və müqəddəs Allah hər şeyə qadirdir. Odur ki, O, ölüləri dirltməkdə aciz qalmaz.

46:34Page 506

وَيَوۡمَ يُعۡرَضُ ٱلَّذِينَ كَفَرُواْ عَلَى ٱلنَّارِ أَلَيۡسَ هَٰذَا بِٱلۡحَقِّۖ قَالُواْ بَلَىٰ وَرَبِّنَاۚ قَالَ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ٣٤

And the Day those who disbelieved are exposed to the Fire [it will be said], "Is this not the truth?" They will say, "Yes, by our Lord." He will say, "Then taste the punishment for what you used to deny."1

Allahı və Rəsulunu inkar edənlər kafirlər Cəhənnəm odunun qarşısına gətiri­lə­cəkləri gün onlara məzəmmət edilərək deyiləcəkdir: “Mə­gər gördüyünüz bu əzab həqiqət deyilmi?!” Yoxsa bu əzab, sizin dünyada söylədiyiniz kimi yalan bir şeydir?! Onlar: “Bəli, Rəb­bimizə and ol­sun ki, o, hə­qi­qət­dir!” – deyə cavab verəcəklər. Bu zaman onlara belə deyiləcəkdir: “Allaha küfr et­diyinizə görə da­dın əzabı!”

46:35Page 506

فَٱصۡبِرۡ كَمَا صَبَرَ أُوْلُواْ ٱلۡعَزۡمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسۡتَعۡجِل لَّهُمۡۚ كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَ مَا يُوعَدُونَ لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّن نَّهَارِۭۚ بَلَٰغٞۚ فَهَلۡ يُهۡلَكُ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡفَٰسِقُونَ ٣٥

So be patient, [O Muḥammad], as were those of determination among the messengers and do not be impatient for them.1 It will be - on the Day they see that which they are promised - as though they had not remained [in the world] except an hour of a day. [This is] notification. And will [any] be destroyed except the defiantly disobedient people?

Ey Peyğəmbər! Elçilərdən möhkəm iradə sahib­lə­rinin - Nuh, İbrahim, Musa və İsanın (aleyhimussəlam) səbir etdiyi kimi, sən də, qövmünün səni yalançı saymasına səbir et! Sən onlara əzabın tez gəlməsini istəmə. Sənin qövmün arasındakı haqqı yalan sayanlar özlərinə vəd edilmiş əzabı axirətdə görəcəkləri gün, əzablarının uzun müddət davam etdiyindən dolayı, dünyada gündüzün bircə saatı qədər qal­dıqlarını güman edəcəklər. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran insanlar və cinlər üçün bir təb­liğdir və bu onları xəbərdar etmək üçün kifayət edər. Şübhəsiz ki, küfr və asilik etməklə Allahın itaətindən çıxmış kimsələrdən başqası əzabla həlak edilməz.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском