Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الفجر
Al-Fajr
The Dawn · Meccan · 30 ayahs
Pak və müqəddəs Allah dan yerinə and içir.
O, həmçinin, zilhiccə ayının ilk on gecəsinə and içir.
Habelə, əşyalardan cüt və tək olanlara and içir.
Eləcə də, gəlib, davam edib və keçib getməkdə olan gecəyə and içir. Bu andların cavabı belədir: Siz əməllərinizin əvəzini mütləq alacaqsınız.
89:5Page 593
هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ ٥
Is there [not] in [all] that an oath [sufficient] for one of perception?1
Məgər bu andlar ağıl sahibini qane etmirmi?!
89:6Page 593
أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ٦
Have you not considered how your Lord dealt with ʿAad -
Ey Peyğəmbər! Hud peyğəmbərin qövmü Ad tayfası öz peyğəmbərini yalançı saydığı zaman Rəbbinin onlara nələr etdiyini görmədinmi?!
Bu, Ad tayfasının babası uzunboy İrəmə mənsub edilən qəbilədir.
89:8Page 593
ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ ٨
The likes of whom had never been created in the land?
Allah yer üzündə onlara bənzərini xəlq etməmişdir.
89:9Page 593
وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ ٩
And [with] Thamūd, who carved out the rocks in the valley?
Rəbbinin Saleh qövmünə - səmudlulara nələr etdiyini görmədinmi?! Onlar dağlardakı qayaları yarıb orada özləri üçün evlər düzəldirdilər.
Rəbbinin Firona nələr etdiyini görmədinmi?! O Firon ki, onun sütunları var idi və o, insanları bu sütunlara bağlayıb onlara əzab verirdi.
Bunların hamısı qəddarlıqda və zülm etməkdə həddi aşmışdılar. Hər bir öz ölkəsində zülm edirdi.
Orada küfr və asilikləri yaymaqla fəsad törədirdilər.
89:13Page 593
فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ ١٣
So your Lord poured upon them a scourge of punishment.
Rəbbin onlara Öz şiddətli əzabını daddırdı və onları yer üzündən sildi.
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, insanların əməllərinə göz qoyur və nəzarət edir ki, yaxşı işlər görənləri Cənnətlə mükafatlandırsın, pis işlər görənləri də, Cəhənnəm odu ilə cəzalandırsın!
89:15Page 593
فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ ١٥
And as for man, when his Lord tries him and [thus] is generous to him and favors him, he says, "My Lord has honored me."1
İnsana gəlincə, onun xasiyyətidir ki, Rəbbi onu imtahana çəkib ona ehtiram göstərdikdə və ona mal-dövlət, övlad və yüksək məqam bəxş etdikdə, özünün Allah yanında hörməti olduğunu zənn edib deyər: "Mən Rəbbimin ehtiramına layiq olduğum üçün O mənə ehtiram göstərdi".
89:16Page 593
وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ ١٦
But when He tries him and restricts his provision, he says, "My Lord has humiliated me."
Lakin onu imtahana çəkib ruzisini azaltdıqda, Rəbbinin onu hörmətdən saldığını zənn edib deyər: "Rəbbim məni alçaltdı".
Xeyr, bu heç də insanın təsəvvür etdiyi kimi deyil, yəni insana nemətlərin bəxş edilməsi, Allahın ondan razı qalması demək deyil, eləcə də, onun fəlakətə uğraması, Rəbbi yanında alçalması deyil. Əksinə, həqiqət budur ki, siz, Allahın sizə verdiyi ruzidən yetimə vermirsiniz.
89:18Page 593
وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ١٨
And you do not encourage one another to feed the poor.
Gündəlik yemək tapa bilməyən fəqiri yedirtməyə bir-birinizi təhrik etmirsiniz.
89:19Page 593
وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا ١٩
And you consume inheritance, devouring [it] altogether,1
Zəiflərin, qadınların və yetimlərin haqlarını hərisliklə - onun halal və ya haram omasına varmadan yeyirsiniz.
Mal-dövləti də hərisliklə sevirsiniz və onu çox sevdiyinizə görə ondan Allah yolunda xərcləməyə xəsislik edirsiniz.
89:21Page 593
كـَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا ٢١
No! When the earth has been leveled - pounded and crushed
Sizin belə etməyiniz yalnışdir. Siz yerin şiddətlə titrəyib lərzəyə gələcəyi vaxtı xatırlayın.
89:22Page 593
وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا ٢٢
And your Lord has come1 and the angels, rank upon rank,
Ey Peyğəmbər! Rəbbin Öz qulları arasında hökm vermək üçün gələcək, mələklər də gəlib səf-səf duracaqlar.
89:23Page 593
وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ ٢٣
And brought [within view], that Day, is Hell - that Day, man will remember, but how [i.e., what good] to him will be the remembrance?
O gün Cəhənnəm gətiriləcək. Onun yetmiş min tutacağı olacaq və hər tutacaqdan yetmiş min mələk çəkib gətirəcək. O gün insan Allah üçün etmədiyi əməlləri xatırlayacaq, lakin bu xatırlamanın həmin gün ona nə faydası. Axı o gün, əməl etmək günü yox, əməllərin cəzasını almaq günüdür.
89:24Page 594
يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي ٢٤
He will say, "Oh, I wish I had sent ahead [some good] for my life."1
Beləsi çox peşman olub deyəcək: "Kaş bu həqiqi həyat - axirət həyatım üçün əvvəlcədən yaxşı əməllər etməklə hazırlıq görəydim".
89:25Page 594
فَيَوۡمَئِذٖ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٞ ٢٥
So on that Day, none will punish [as severely] as His punishment,
O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz. Çünki Allahın əzabı daha şiddətli və daha sürəklidir.
89:26Page 594
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٞ ٢٦
And none will bind [as severely] as His binding [of the evildoers].
Heç kəs Allahın kafirləri zəncirlərə buxovladığı kimi buxovlaya bilməz.
89:27Page 594
يَٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ ٢٧
[To the righteous it will be said], "O reassured soul,
Mömin kimsəyə isə həm ölüm anında həm də qiyamət günü belə deyiləcək: "Ey imanına və saleh əməllərinə arxayın olan nəfs!
89:28Page 594
ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةٗ مَّرۡضِيَّةٗ ٢٨
Return to your Lord, well-pleased and pleasing [to Him],
Böyük mükafata nail oduğuna görə razı qalmış və etdiyin saleh əməllər sayəsində pak və müqəddəs Rəbbinin yanında razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
Məmin əməlisaleh qullarımın zümrəsinə daxil ol!
Əməlisaleh qullarımla bərabər onlar üçün hazırladığım Cənnətimə daxil ol!
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences