Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الشعراء
Ash-Shu'ara
The Poets · Meccan · 227 ayahs
﴾Ta. Sin. Mim.﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.
Bunlar haqqı batildən ayıran açıq-aydın Quranın ayələridir!
26:3Page 367
لَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ أَلَّا يَكُونُواْ مُؤۡمِنِينَ ٣
Perhaps, [O Muḥammad], you would kill yourself with grief that they will not be believers.
Ey Peyğəmbər! (Məkkə müşrikləri) iman gətirmələrinə həris olduğun üçün, onlar iman gətirmədikləri təqdirdə qəm-qüssədən özünü həlakmı edəcəksən?!
26:4Page 367
إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةٗ فَظَلَّتۡ أَعۡنَٰقُهُمۡ لَهَا خَٰضِعِينَ ٤
If We willed, We could send down to them from the sky a sign for which their necks would remain humbled.1
Əgər biz onların üzərinə göydən bir möcüzə endirmək istəsəydik, onu endirərdik. Beləcə, boyunları bu möcüzə qarşısında zəlil bir halda əyilərək qalardı. Lakin Biz onları imtahan etmək üçün elə etmək istəmədik. Görək onlar qeybə iman edəcəklərmi?
26:5Page 367
وَمَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّنَ ٱلرَّحۡمَٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِينَ ٥
And no mention [i.e., revelation] comes to them anew from the Most Merciful except that they turn away from it.
O müşriklərə Rəhman olan Allahdan Onun vəhdaniyyətinin və Peyğəmbərinin doğruluğunu təsdiqləyən dəlillərdən yeni bir öyüd-nəsihət gəldikdə, onlar bu öyüd-nəsihətə qulaq asıb, təsdiq etməkdən üz çevirərlər.
26:6Page 367
فَقَدۡ كَذَّبُواْ فَسَيَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٦
For they have already denied, but there will come to them the news of that which they used to ridicule.
Onlar Rəsulların özlərinə gətirdikləri dini yalanladılar. Məsxərəyə qoyduqları xəbərin həqiqəti yaxında onlara yetişəcək və əzab başlarının üstünü alacaqdır.
26:7Page 367
أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ ٧
Did they not look at the earth - how much We have produced therein from every noble kind?
Yoxsa, o kafirlər inadkarlıq edərək hələ də küfr əməllərində qalıb, yer üzündə cürbəcür gözəl mənzərəli və müxtəlif növ faydalı bitkilər yetişdirdiyimizi görmürlərmi?!
26:8Page 367
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ٨
Indeed in that is a sign, but most of them were not to be believers.
Həqiqətən, yer üzündə növbənöv bitkilərin yetişdirilməsində, onların yetişdirənin ölüləri diriltməyə qadir olduğuna dair aşıq-aydın bir dəlil var. Lakin buna rəğmən onların əksəriyyəti iman gətirmədi.
26:9Page 367
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٩
And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.
Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin yenilməz qüdrət sahibidir. Kimsə Onu məğlub edə bilməz. Eyni zaman da qullarına qarşı çox mərhəmətlidir.
26:10Page 367
وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ١٠
And [mention] when your Lord called Moses, [saying], "Go to the wrongdoing people -
Ey Peyğəmbər! Rəbbin Musaya: "Allaha küfür edən və Musanın qövmünü İsrail övladlarını özlərinə kölə edən zalim qövmün yanına get" deyərək əmr etdiyini yadına sal.
26:11Page 367
قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا يَتَّقُونَ ١١
The people of Pharaoh. Will they not fear Allāh?"
Onlar Firon qövmüdür. Onlara mülayim bir şəkildə Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxmağı əmr et!
26:12Page 367
قَالَ رَبِّ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ١٢
He said, "My Lord, indeed I fear that they will deny me
Musa - aleyhissəlam - dedi: "Sənin barədə onlara təbliğ edərkən məni yalançı hesab etmələrindən qorxuram!
26:13Page 367
وَيَضِيقُ صَدۡرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرۡسِلۡ إِلَىٰ هَٰرُونَ ١٣
And that my breast will tighten and my tongue will not be fluent, so send for Aaron.
Belə olduğu təqdirdə ürəyim sıxılar, dilim də söz tutmaz. Elə buna görə mənimlə bərabər olub, bu işdə mənə yardımçı olması üçün Cəbraili - aleyhissəlam - vəhy ilə qardaşım Haruna göndər.
26:14Page 367
وَلَهُمۡ عَلَيَّ ذَنۢبٞ فَأَخَافُ أَن يَقۡتُلُونِ ١٤
And they have upon me a [claim due to] sin, so I fear that they will kill me."
Bir qibtini öldürdüyüm üçün onlara qarşı işlətdiyim bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram".
26:15Page 367
قَالَ كـَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ ١٥
[Allāh] said, "No. Go both of you with Our signs; indeed, We are with you, listening.
Uca Allah Musaya belə dedi: "Xeyr, onlar səni əsla öldürə bilməzlər. Sən və qardaşın Harun, hər ikinizin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunuza dəlalət edən möcüzələrimizlə Firon və onun qövmünün yanına gedin! Şübhəsiz ki, Biz də Öz yardımımız və dəstəyimizlə sizlə birgəyik. Biz, sizin söylədiklərinizi və onların da sizə söylədiklərini eşidirik. Bundan heç bir şey Bizə gizli qalmaz.
26:16Page 367
فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٦
Go to Pharaoh and say, 'We are the messengers1 of the Lord of the worlds,
Hər ikiniz Fironun yanına gedib ona belə deyin: "Biz hər ikimiz bütün məxluqatın Rəbbi tərəfindən sənə göndərilən elçilərik!
26:17Page 367
أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ١٧
[Commanded to say], "Send with us the Children of Israel."'"
İsrail oğullarını bizimlə birgə (Şama) göndər!"
26:18Page 367
قَالَ أَلَمۡ نُرَبِّكَ فِينَا وَلِيدٗا وَلَبِثۡتَ فِينَا مِنۡ عُمُرِكَ سِنِينَ ١٨
[Pharaoh] said, "Did we not raise you among us as a child, and you remained among us for years of your life?
Firon isə Musaya - aleyhissəlam - belə dedi: "Biz səni körpə ikən himayəmizə alıb böyütmədikmi?! Sən ömrünün bəzi illərini bizim yanımızda keçirmədinmi?! Belə olduğu bir halda indi səni peyğəmbərlik iddiasına düşməyə vadar edən səbəb nədir?
26:19Page 367
وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِي فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ١٩
And [then] you did your deed which you did,1 and you were of the ungrateful."
Sən qövmündən bir adama yardım edib, qibtini vurub öldürməklə böyük bir günah işlətdin. Həqiqətən də, sən, mənim sənə etdiyim bütün bu yaxşılıqlara qarşı nankorluq edənlərdənsən!"
26:20Page 368
قَالَ فَعَلۡتُهَآ إِذٗا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ٢٠
[Moses] said, "I did it, then, while I was of those astray [i.e., ignorant].
Musa - aleyhissəlam - günahını etiraf edərək Firona belə dedi: "Mən onu cahillik vaxtımda və mənə vəhy nazil edilməzdən (peyğəmbərlik bəxş edilməmişdən) öncə öldürmüşəm.
26:21Page 368
فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمٗا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ ٢١
So I fled from you when I feared you. Then my Lord granted me judgement [i.e., wisdom and prophethood] and appointed me [as one] of the messengers.
Mən o qibtini öldürdükdən sonra onu öldürdüyümə görə məni cəzalandıraraq öldürmənizdən qorxduğum üçün Mədyən şəhərinə qaçıbım. Amma sonradan Rəbbim mənə elm verdi və məni insanlara göndərdiyi elçilərdən etdi.
26:22Page 368
وَتِلۡكَ نِعۡمَةٞ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٢٢
And is this a favor of which you remind me - that you have enslaved the Children of Israel?"
İsrail oğullarını kölə etdiyin bir halda, məni öz yanında saxlayıb, tərbiyə edib, böyüdərək mənə etdiyin yaxşılıq danılmaz bir həqiqətdir. Amma bu, heç də, mənim səni aləmlərin Rəbbi olan Allaha iman gətirməyə dəvət etməyə mane ola bilməz".
26:23Page 368
قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ ٢٣
Said Pharaoh, "And what is the Lord of the worlds?"
Firon Musaya - aleyhissəlam - dedi: "Elçisi olduğunu iddia etdiyin bütün yaradılmışların Rəbbi nədir?"
26:24Page 368
قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ٢٤
[Moses] said, "The Lord of the heavens and earth and that between them, if you should be convinced."
Musa - aleyhissəlam - Firona cavab verərək belə dedi: "Bütün yaradılmışların Rəbbi, göylərin, yerin və onların arasında olanların Rəbbi olan Uca Allahdır. Əgər siz Onun bütün yaradılmışların Rəbbi olduğuna yəqinliklə inanacaqsınızsa, o zaman tək Ona ibadət edin!"
26:25Page 368
قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ ٢٥
[Pharaoh] said to those around him, "Do you not hear?"
Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq belə dedi: "Məğər siz Musanın nə danışdığını və iddia etdiyi yalanı eşitmirsinizmi?" (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir)
26:26Page 368
قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ٢٦
[Moses] said, "Your Lord and the Lord of your first forefathers."
Musa belə dedi: "Allah həm sizin Rəbbinizdir, həm də ki, keçmiş ata-babalarınızın Rəbbidir!"
26:27Page 368
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٞ ٢٧
[Pharaoh] said,1 "Indeed, your 'messenger' who has been sent to you is mad."
Firon belə dedi: "Sizə elçi olaraq göndərildiyini iddia edən bu adam doğurdan da dəlidir. Çünki ondan bir söz soruşduqda necə cavab verdiyini dətk etmir və ağlına nə gəlirsə onu da danışır!"
26:28Page 368
قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ٢٨
[Moses] said, "Lord of the east and the west and that between them, if you were to reason."
Musa dedi: "Əgər ağlınızı işlədib düşünə bilirsinizsə, bilin ki, Sizi ibadətinə dəvət etdiyim Allah, məşriqin, məğribin və onlar arasında olan bütün məxluqatın Rəbbidir!"
26:29Page 368
قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ ٢٩
[Pharaoh] said, "If you take a god other than me, I will surely place you among those imprisoned."
Firon Musa ilə etdiyi mücadiləsində aciz qaldıqda və Musaya belə dedi: "Əgər məndən başqa bir ilaha ibadət etsən, mən səni mütləq zindana atılanlardan edəcəm!"
26:30Page 368
قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٖ مُّبِينٖ ٣٠
[Moses] said, "Even if I brought you something [i.e., proof] manifest?"
Musa - aleyhissalam - Firona dedi: "Bəs mənim doğruluğuma və sənə gətirdiyimin uca Allah tərəfindən olduğuna dəlalət edən açıq-aşkar birmöcüzə gətirmiş olsam yenədəmi məni zindana atacaqsan?
26:31Page 368
قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٣١
[Pharaoh] said, "Then bring it, if you should be of the truthful."
Firon dedi: "Əgər iddia etdiyində doğru danışanlardansansa, elə isə doğruluğuna dəlalət şeyləri haydı gətir baxaq!"
26:32Page 368
فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ ٣٢
So [Moses] threw his staff, and suddenly it was a serpent manifest.1
Firon bunu deyən kimi Musa əsasını yerə atdı və o, dərhal insanların gözü qarşısında açıq-aşkar görünən bir ilana çevrildi.
26:33Page 368
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّٰظِرِينَ ٣٣
And he drew out his hand; thereupon it was white for the observers.
Musa əlini qoltuğuna saldıqda əli ağ deyildi. Amma əlini qoltuğundan çıxardıqda əlini insanların gözü qarşısında nurlu, heç bir ləkəsiz, ağappaq bir halda çıxardı və insanlarda buna şahid oldular.
26:34Page 368
قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ ٣٤
[Pharaoh] said to the eminent ones around him, "Indeed, this is a learned magician.
Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq dedi: "Bu adam,sehri yaxış bilən bir sehrbazdır!
26:35Page 368
يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ ٣٥
He wants to drive you out of your land by his magic, so what do you advise?"
O, etdiyi bu sehrlə sizi Misirdən çıxartmaq istəyir! Elə isə onun barədə qərarınız nədir?"
26:36Page 368
قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ٣٦
They said, "Postpone [the matter of] him and his brother and send among the cities gatherers
Onlar belə dedilər: "Musaya və qardaşı Haruna bir az möhlət ver. Hələ ki, onları cəzalandırmağa tələsmə və Misirdə olan sehribazları toplamaq üçün adamlar göndər ki,
26:37Page 368
يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٖ ٣٧
Who will bring you every learned, skilled magician."
Misirdə nə qədər bilikli sehrbaz varsa, onların hamısını toplayıb sənin yanına gətirsinlər!"
26:38Page 368
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ ٣٨
So the magicians were assembled for the appointment of a well-known day.1
Beləliklə də, Firon, sehrbazlarını Musa ilə qarşılaşmaları üçün bəlli bir gündə əvəllcədən təyin edilmiş bir bir məkana topladı.
26:39Page 368
وَقِيلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ ٣٩
And it was said to the people, "Will you congregate
İnsanlara belə deyildi: "Siz, Musanın yoxsa sehrbazların qalib gələcəyini görmək üçün toplanacaqsınızmı?
26:40Page 369
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ٤٠
That we might follow the magicians if they are the predominant?"
Əgər Musaya qalib gələn sehrbazlar olarsa, ümüd edirik ki, biz də onların dininə tabe olarıq!"
26:41Page 369
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ ٤١
And when the magicians arrived, they said to Pharaoh, "Is there indeed for us a reward if we are the predominant?"
Sehrbazlar Musa ilə mübarizə aparmağa gəldikləri zaman Firona belə dedilər: "Əgər Musaya qalib gəlsək, bizə maddi və mənəvi mükafat varmı?"
26:42Page 369
قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ ٤٢
He said, "Yes, and indeed, you will then be of those near [to me]."
Firon onlara belə cavab verdi: "Bəli, sizin üçün mükafat vardır. Musaya qalib gələcəyiniz təqdirdə sizə yüksək məqamlar da veriləcək və siz mənə ən yaxın adamlardan olacaqsınız!"
26:43Page 369
قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ ٤٣
Moses said to them, "Throw whatever you will throw."
Musa Allahın yardımına yəqin olduqdan və sehribazlara, onda olanın sehr olmadığını bəyan etdikdən sonra onlara belə dedi: "Haydı, əsalarınızdan və kəndirlərinizdən nə atmaq istəyirsinizsə yerə atın!"
26:44Page 369
فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ ٤٤
So they threw their ropes and their staffs and said, "By the might of Pharaoh, indeed it is we who are predominant."
Onlar, Musanın bu sözündən sonra əllərindəki iplərini və əsalarını yerə ataraq belə dedilər: "Fironun qüdrətinə and olsun ki, bu gün biz qalib gələcəyik və Musada məğlub olacaqdır!"
26:45Page 369
فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ ٤٥
Then Moses threw his staff, and at once it devoured what they falsified.
Bunun ardından Musa əlindəki əsasını yerdə, əsada dərhal bir ilan döndüb, onların sehrlə insanları aldatdıqları şeyləri dərhal udmağa başladı.
26:46Page 369
فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ ٤٦
So the magicians fell down in prostration [to Allāh].
Sehribazlar Musanın əsasının onların bütün atdıqları sehrləri udduğunu görüncə, hamısı birlikdə səcdəyə qapandılar.
26:47Page 369
قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٤٧
They said, "We have believed in the Lord of the worlds,
Onlar dedillər: "Biz bütün yaradılmışların Rəbbinə iman gətirdik."
Musanın və Harunun - aleyhiməsəlam- Rəbbinə!"
26:49Page 369
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ٤٩
[Pharaoh] said, "You believed him [i.e., Moses] before I gave you permission. Indeed, he is your leader who has taught you magic, but you are going to know. I will surely cut off your hands and your feet on opposite sides, and I will surely crucify you all."
Firon sehribazların iman etmələrinə inkar edərək belə dedi: "Mən sizə izin vermədən öncə siz Musaya imanmı gətirdiniz?! Şübhəsiz ki, Musa sizə sehr öyrədən böyüyünüzdür. Siz, Misir əhalisini Misirdən çıxarmaq üçün gizlincə qərara gəlmisiniz. Amma siz, sizə verəcəyim əzabı tezliklə görüb, biləcəksiniz! Hər birinizin sağ ayağı ilə sol əlini və ya əkis bir şəkildə çarpazvari kəsdirib hamınızı xurma ağaclarının gövdələrindən asdıracağam və sizdən heç kimsəni sağ buraxmayacağam!"
26:50Page 369
قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ٥٠
They said, "No harm. Indeed, to our Lord we will return.
Sehribazlar Firona dedilər: "Bizi dünyada ikən asıb-kəsməklə hədə-qorxu gəlməyin bizə zərər verməz. Sənin verəcəyin əzab, keçici bir əzabdır. Biz onsuz da öz Rəbbimizə qayıdacağıq. O, bizi daimi olan rəhmətinə daxil edəcəkdir!"
26:51Page 369
إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ ٥١
Indeed, we aspire that our Lord will forgive us our sins because we were the first of the believers."
Biz Musaya ilk iman edən və onu ilk təsdiqlənlərdən olduğumuzdan dolayı uca Allahdan keçmişdə etdiyimiz günahların bağışlanmasını ümid edirik!"
26:52Page 369
۞ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ ٥٢
And We inspired to Moses, "Travel by night with My servants; indeed, you will be pursued."
Biz Musaya gecə ikən İsrail oğulları ilə birgə yola çıxmağı əmr etdik və Ona, Firon və onunla bərabər olanlar döndərmək üçün sizi təqib edəcəklərini vəhy etdik.
26:53Page 369
فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ٥٣
Then Pharaoh sent among the cities gatherers1
Firon, İsrail oğullarının Misiri tərk etdiklərini öyrənincə, öz qoşunundan bəzi əskərlərini, onları Misirə geri döndərmək üçün şəhərlərə əsgər toplayanlar göndərdi.
26:54Page 369
إِنَّ هَٰٓؤُلَآءِ لَشِرۡذِمَةٞ قَلِيلُونَ ٥٤
[And said], "Indeed, those are but a small band,
Firon, İsrail oğullarını aşağılayaraq belə dedi: "Bunlar kiçik bir toplumdur.
Artıq onlar qəzəbimizə səbəb olan hərəkətlər etmişlər.
Biz isə onlara qarşı hazırlıqlı və ayıq-sayıq bir toplumuq!"
Nəhayət, Biz Fironu və onun qövmünü zənğin bağ-bağçaları və şırıl-şırıl axan bulaqları olan Misir torpaqlarından çıxartdıq.
Axır ki, Biz, Firon və onun qövmünü xəzinələrdən və gözəl (bərəkət dolu) məskənlərdən çıxartdıq.
26:59Page 369
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٥٩
Thus. And We caused to inherit it the Children of Israel.
Biz, Fironu və onun qövmünü bu nemətlərdən məhrum etdikdən sonra, onlara verdiyimiz nemətlərin eynisini, Şam torpaqlarında olan İsrail oğullarına bəxş etdik.
Firon və onun qövmü günəş döğduğu vaxta İsrail oğullarının ardınca düşdüb, onları təqib etməyə başladılar.
26:61Page 370
فَلَمَّا تَرَٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ ٦١
And when the two companies saw one another, the companions of Moses said, "Indeed, we are to be overtaken!"
Firon və onun qövmü Musa və onun qövmü ilə qarşı-qarşıya gəlib bir-birilərini görüncə Musanın səhabələri: "Firon və onun adamları bizə catacaqlar. Bizim isə onlara müqavimət göstərməyə gücümüz yoxdur!" – dedilər.
26:62Page 370
قَالَ كـَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ ٦٢
[Moses] said, "No! Indeed, with me is my Lord; He will guide me."
Musa qövmünə dedi: "Xeyr, bu iş heç də sizin təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, Rəbbim, Öz yardımı və dəstəyi ilə mənimlə bərabərdir. O, mütləq mənə xilas yolunu göstərəcəkdir!"
26:63Page 370
فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ ٦٣
Then We inspired to Moses, "Strike with your staff the sea," and it parted, and each portion was like a great towering mountain.
Biz Musaya əlindəki, əsası ilə dənizə vurmağı vəhy edərək əmr etdik. Musa əsası ilə dənizə yurunca dəniz dərhal iki yerə yarılıb, İsrail oğullarının qəbilələrinin sayı qədər dənizdə on iki yol açıldı və dənizin bölünmüş hər parçası böyüklüyündə və yerində sabit qalmasında hər biri nəhəng bir dağ kimi olmuşdu və aralarından bir damcı da olsa su axmırdı.
26:64Page 370
وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ ٦٤
And We advanced thereto the others [i.e., the pursuers].
Biz, İsrail oğullarının ardından Firon və onun qövmünü ora yaxınlaşdırdıq və onlarda yolu açıq görüb, oradan keçə biləcəklərini zənn edərək, yolu keçmək üçün dənizə daxil oldular.
26:65Page 370
وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ ٦٥
And We saved Moses and those with him, all together.
Biz, Musa və İsrail oğullarından onunla bərabər olanların hamısını xilas etdik. Onlardan heç kəs dənizdə həlak olmadı.
Firon və onun qövmünü isə dənizdə boğaraq məhv etdik.
26:67Page 370
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ٦٧
Indeed in that is a sign, but most of them were not to be believers.
Şübhəsiz ki, dənizin Musa üçün iki yerə ayrılmasında, onun və qövmünün oranı salamat keçməsində, Firon və qövmünün isə dənizdə həlak olmasında, Musanın doğruluğuna dəlalət edən bir əlamət vardır. Lakin Fironla birğə onların əksəriyyəti iman gətirmədi.
26:68Page 370
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٦٨
And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
Ey Peyğəmbər! Onlara İbrahimin hekayətini söylə!
26:70Page 370
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ ٧٠
When he said to his father and his people, "What do you worship?"
Bir zaman o, öz atası Azərə və qövmünə belə demişdi: "Siz Allahdan başqa nəyə ibadət edirsiniz?"
26:71Page 370
قَالُواْ نَعۡبُدُ أَصۡنَامٗا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ ٧١
They said, "We worship idols and remain to them devoted."
Qövmü ona: "Biz bütlərə ibadət edir və bundan sonra da onlara ibadət etməyə davam edəcəyik"- dedilər.
26:72Page 370
قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ ٧٢
He said, "Do they hear you when you supplicate?
İbrahim onlara belə dedi: "Bu bütlərə dua etdiyin zaman onlar sizin dualarınızı eşidirlərmi?
Yaxud onlara itaət etdiyiniz zaman sizə hər hansı bir fayda verə bilirlərmi və ya onlara qarşı üsyan etdiyinizdə onlar sizə zərər toxundura bilirlərmi?"
26:74Page 370
قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ ٧٤
They said, "But we found our fathers doing thus."
Onlar İbrahimə: "Xeyr, onlara dua etdiyimizdə dualarımızı eşitməzlər, itaət etdikdə bizə heç bir fayda verməzlər və həmçinin onlara qarşı üsyan etdikdə də bizə hər hansı bir zərər toxundura bilməzlər. Lakin biz, ata-babalarımızın belə etdiyini gördük və biz bu işdə onlara təqlid edirik"- deyə cavab verdilər.
26:75Page 370
قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ ٧٥
He said, "Then do you see what you have been worshipping,
İbrahim dedi: "Siz Allahı qoyub hansı bütlərə tapındığınız bir düşünürsünüzmü?-
Siz və ölüb getmiş ata-babalarınızın nəyə ibadət etdiklərini?
26:77Page 370
فَإِنَّهُمۡ عَدُوّٞ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ ٧٧
Indeed, they are enemies to me, except the Lord of the worlds,1
Sizin ibadət etdiyiniz bütlərin hamısı mənim düşmənimdir. Çünki bütün məxluqatın yaradıcısı olan Uca Allahdan başqa ibadət edilənlərin hamısı batildir.
Məni yaradan, məni dünya və axirət xeyirlərinə yönəldən Odur.
Acıdıqda məni yedirdən, susuzladıqda da məni içirdən tək varlıq olan Odur.
Xəstələndiyim zaman mənə şəfanı yalnız O verir. Ondan başqa mənə şəfa verən yoxdur.
26:81Page 370
وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ ٨١
And who will cause me to die and then bring me to life
Əcəlim gəldikdə məni öldürən və öldükdən sonra məni yenidən dirildən də yalnız Odur.
26:82Page 370
وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ ٨٢
And who I aspire that He will forgive me my sin on the Day of Recompense."
Haqq-hesab günü günahlarımın bağışlanmasını ümüd etdiyin tək varlıq da Odur.
26:83Page 370
رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ ٨٣
[And he said], "My Lord, grant me authority and join me with the righteous.
İbrahim Rəbbinə dua edib dedi: "Ey Rəbbim! Mənə dini hökmləri dərindən bilməyi bəxş et və məni, məndən öncə gələn saleh peyğəmbərlərlə bərabər Cənnətə daxil olmam üçün onlarla birğə et!
26:84Page 371
وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ ٨٤
And grant me a mention [i.e., reputation] of honor among later generations.
Məndən sonra gələcək nəsillər arasında məni, hörmətlə yad edilənlərdən və xoş bir şəkildə təriflənənlərdən et!
26:85Page 371
وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ٨٥
And place me among the inheritors of the Garden of Pleasure.
Məni, Cənnətdə yüksən məqamlara varis olub, oradakı nemətlərdən bəhrələnən və orada sakin olan mömin qullarından et!
26:86Page 371
وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ٨٦
And forgive my father. Indeed, he has been of those astray.
Atamı da bağışla! Çünki o, şirk səbəbi ilə azğınlıq içində olanlardandır. İbrahimin atası üçün dua etməsi, onun Cəhənnəm əhlindən olduğunu bilməsindən öncə idi. Atasının müşriklərdən olduğu ona bəyan olduqdan sonra ondan uzaq durdu və onun üçün bir daha Allaha dua etmədi.
26:87Page 371
وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ ٨٧
And do not disgrace me on the Day they are [all] resurrected -
İnsanların hesab üçün yenidən dirildiləcəyi gün məni əzabla rüsvay etmə!
26:88Page 371
يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ ٨٨
The Day when there will not benefit [anyone] wealth or children
O gün, insanın dünyada ikən topladığı nə var-dövlət, nə də ki, onlara yardım etdikləri oğul-uşaqları özlərinə bir fayda verər!
26:89Page 371
إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ ٨٩
But only one who comes to Allāh with a sound heart."
Ancaq: şirkdən, nifaqdan, riyadan və kibirdən uzaq olan, sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa. Məhz Qiyamət günü belə kimsələr Allah yolunda xərclədiyi var-dövlətin və onun üçün dua etdiyi oğul-uşağın faydasını görəcəkdir.
26:90Page 371
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ ٩٠
And Paradise will be brought near [that Day] to the righteous.
O gün Cənnət, Allahın əmrlərini yerinə yetirib və Onun qadağalarından çəkinən müttəqillər üçün yaxınlaşdırılacaqdır.
26:91Page 371
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ ٩١
And Hellfire will be brought forth for the deviators,
Haqq dindən azan ağınlara Cəhənnəm elə məhşərdə ikən açıq-aydın göstərilər.
26:92Page 371
وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ ٩٢
And it will be said to them, "Where are those you used to worship
Sonra da onlara məzəmmət edilərək belə deyiləcəkdir: "Allahdan başqa ibadət etdikləriniz bütlər haradadır–
26:93Page 371
مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ ٩٣
Other than Allāh? Can they help you or help themselves?"
Allahdan başqa ibadət etdikləriniz? Onlar sizi Allahın əzabından qoruyaraq sizə bir kömək edə bilərlərmi yaxud özlərinə köməkləri dəyə bilərmi?"
26:94Page 371
فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ ٩٤
So they will be overturned into it [i.e., Hellfire], they and the deviators
Onlar (müşriklər) və onları azdıranlarla hamısı bir yerdə, üst-üstə Cəhənnəmə atılarlar.
İblisin şeytanlardan olan bütün yardımçıları da heç bir istisna olmadan hamısı Cəhənnəmə atılarlar.
Allahdan başqasına ibadət edib, bütləri özlərinə ilahlar qərar verən müşriklər, Allahdan başqa ibadət etdikləri bütlərlə Cəhənnəmdə höcətləşərək onlara belə deyərlər:
26:97Page 371
تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ ٩٧
"By Allāh, we were indeed in manifest error
"Allaha and olsun ki, biz haqq yoldan açıq-aydın azğınlıq içində idik –
26:98Page 371
إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٩٨
When we equated you with the Lord of the worlds.
Çünki o vaxt biz sizi bütün yaradılmışların Rəbbinə tay tutmuşduq. Ona ibadət etdiyimiz kimi sizə də ibadət edirdik.
26:99Page 371
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ ٩٩
And no one misguided us except the criminals.
Bizi haqq yoldan ancaq, Allahı buraxıb onlara ibadət etməyə çağıran günahkarlar azdırdı.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences