Al-Mukhtasar · Tafsir · in Azerbaijani
البلد
Al-Balad
The City · Meccan · 20 ayahs
Allah toxunulmaz şəhərə - çox möhtərəm Məkkəyə and içir.
90:2Page 594
وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ ٢
And you, [O Muḥammad], are free of restriction in this city –
Ey Peyğəmbər! Sənin bu şəhərdə gördüyün işlər - öldürülməyə layiq olan kimsəni öldürməyin, əsir götürülməyə layiq olan kimsəni də, əsir götürməyin sənə halal sayılır.
Uca Allah, həmçinin, bəşər valideyninə və ondan törəyən övladlara and içir.
Doğrusu Biz insanı, dünyada çəkdiyi çətinliklər səbəbindən onu məşəqqətlər içində xəlq etdik.
90:5Page 594
أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ ٥
Does he think that never will anyone overcome him?
Yoxsa insan günah işlətdiyi zaman heç kimsənin hətta onu yaradan Rəbbinin ona gücü çatmayacağını və ondan intiqam almayacağını güman edir?!
O deyər: "Mən saysız-hesabsız çoxlu mal-dövlət xərcləmişəm".
Yoxsa bu lovğa adam Allahın onu görmədiyini, bu mal-dövlətə görə onu haqq-hesaba çəkməyəcəyini - onu haradan qazandığını və nəyə xərclədiyini soruşmayacağını güman edir?!
Məgər Biz ona görən iki göz vermədikmi?!
Həmçinin, sayəsində danışdığı bir dil və iki dodaq vermədikmi?!
Biz ona haqq və batil yolu göstərmədikmi?!
O kimsədən, onu Cənnətdən ayıran sərt yoxuşu aşıb keşməsi üçün səy göstərməsi tələb olunur.
90:12Page 594
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ ١٢
And what can make you know what is [breaking through] the difficult pass?
Ey Peyğəmbər! Sən nə bilirsən onun üstündən aşıb Cənnətə girmək istədiyi sərt yoxuş nədir?!
Bu, kişi və ya qadın olmasından aslı olmayaraq bir kölə azad etməkdir.
Yaxud yeməyin az tapıldığı aclıq günündə ehtiyacı olan kimsəyə yemək verməkdir.
Özü də, qohumluğu çatan, atasını itirmiş bir uşağa,
Yaxud heç bir şeyi olmayan fəqirə.
90:17Page 594
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ ١٧
And then being among those who believed and advised one another to patience and advised one another to compassion.
Sonra isə Allaha iman gətirənlərdən, (Allaha) itaət etməkdə, asiliklərdən çəkinməkdə və müsibətlərə səbir etməkdə bir-birinə səbirli olmağı tövsiyə edənlərdən və bir-birinə Allahın qullarına mərhəmət göstərməyi tövsiyə edənlərdən olmaqdır.
Bu xislətləri özündə cəm edən kimsələr - məhz onlar sağ tərəf sahibləridir.
90:19Page 594
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ١٩
But they who disbelieved in Our signs - those are the companions of the left.1
Rəsulumuza nazil etdiyimiz ayələrə küfr edən kimsələr - məhz onlar sol tərəf sahibləridir.
Qiyamət günü onları hər tərəfdən əhatə edən, içində əzab çəkəcəkləri od gözləyir.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences