Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الأعلى
Al-A'la
The Most High · Meccan · 19 ayahs
Yaratdıqlarının fövqündə ucalan Rəbbini zikr edərkən və Onun şənini uca tutarkən, adını çəkərək Onu təriflə!
O Rəbbin ki, insanı kamil surətdə və gözəl bir biçimdə yaratmışdır.
O Rəbbin ki, məxluqatın müqəddəratını - onların cinsini, növlərini və xislətlərini əzəldən müəyyən etmiş, üstəlik, hər bir məxluqa özünə uyğun və tay olana tərəf yönəltmişdir.
O Rəbbin ki, yerdən sizin heyvanlarınızın yediyi bitkiləri çıxarmışdır.
Sonra da o yaşıl otları və yarpaqları, qaralmış quru küləşə çevirmişdir.
87:6Page 591
سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ ٦
We will make you recite, [O Muḥammad], and you will not forget,
Ey Peyğəmbər! Biz sənə Quranı oxudacaq və onu sənin qəlbində cəm edəcəyik, beləliklə də, sən onu heç vaxt unutmayacaqsan. Odur ki, Cəbrail ilə Quran oxuduğun zaman onu yaddan çıxarmamaq üçün onu tələm-tələsik oxuma.
87:7Page 591
إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ ٧
Except what Allāh should will. Indeed, He knows what is declared and what is hidden.
Yalnız Allahın hər hansı bir hikmətdən dolayı sənə unutdurduğu ayələr müstəsnadır. Allah nəyi aşkara çıxardığını, nəyi də gizlin saxladığını bilir. Bunlardan heç biri Ona gizli qalmaz.
Biz səni Allahı razı salacaq və səni Cənnətə aparacaq əməlləri yerinə yetirməyə müvəffəq edərik.
Sənə Quranda vəhy etdiklərimizdən insanlara öyüd-nəsihət et və xatırlatlatmanın fayda verdiyini görsən, onlara xatırlat.
Allahdan qorxan kəs səndən öyüd-nəsihət götürər. Çünki məhz beləsi öyüd-nəsihətdən faydalanar.
Kafir isə öyüd-nəsihətdən uzaq durur və onu qulaqardına vurur. Çünki o, axirətdə Cəhənnəm oduna düçar olacaq ən bədbəxt insanlardandır.
87:12Page 591
ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ ١٢
[He] who will [enter and] burn in the greatest Fire,
O kimsə ki, axirətdə böyük atəşə girib onun hərarətindən əzab çəkəcək və əbədi olaraq bu əzabın içində qalacaqdır.
Sonra o, Cəhənnəm odunda əbədi qalacaq, belə ki, o, orada nə öləcək ki, əzabdan qurtulub rahatlıq tapsın, nə də xoş gün-güzəran görəcəkdir.
Şirkdən və digər günahlardan təmizlənən kimsə istədiyinə nail olub uğur qazanmıdır.
O kimsə ki, Rəbbinin ona buyurduğu müxtəlif zikrlərlə Onu zikr etmiş və namazı tələb olunan tərzdə yerinə yetirmişdir.
Xeyr, siz dünya həyatına önəm verir və onu axirət həyatından üstün tutursunuz. Halbuki bu ikisinin arasında böyük fərq var.
Axirət isə dünyadan və onun içindəki nemətlərdən və ləzzətlərdən daha xeyirli, daha üstün və daha sürəklidir. Çünki axirtə nemətləri əsla tükənməzdir.
Sizə bildirdiyimiz bu əmrlər və xəbərlər, səndən əvvəl nazil edilmiş səhifələrdə zikr edilmişdir.
Bu, İbrahimə və Musaya (aleyhiməssəlam) nazil edilmiş səhifələrdir.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences