Al-Mukhtasar · Tafsir · in Azerbaijani
محمد
Muhammad
Muhammad · Medinan · 38 ayahs
47:1Page 507
ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ ١
Those who disbelieve and avert [people] from the way of Allāh - He will waste their deeds.1
Allaha küfr edən və insanları Allahın dinindən uzaqlaşdıran kimsələrin əməllərini Allah puça çıxarmışdır.
47:2Page 507
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَءَامَنُواْ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٖ وَهُوَ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡ كَفَّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَأَصۡلَحَ بَالَهُمۡ ٢
And those who believe and do righteous deeds and believe in what has been sent down upon Muḥammad - and it is the truth from their Lord - He will remove from them their misdeeds and amend their condition.
Allaha iman gətirib yaxşı işlər görən və özlərinin Rəbbindən haqq olaraq - Allahın Öz Rəsulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyinə iman gətirən kimsələrin isə Allah günahlarından keçmiş və bunlara görə onlar qınanmayacaqlar, üstəlik, onların dünya və axirət işlərini yoluna qoymuşdur.
47:3Page 507
ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُواْ ٱتَّبَعُواْ ٱلۡبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّبَعُواْ ٱلۡحَقَّ مِن رَّبِّهِمۡۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمۡثَٰلَهُمۡ ٣
That is because those who disbelieve follow falsehood, and those who believe follow the truth from their Lord. Thus does Allāh present to the people their comparisons.1
Bu iki dəstəyə veriləcək cəza və mükafat, Allaha küfr edənlərin batilə uymaları, Allaha və Onun rəsuluna iman gətirənlərin isə öz Rəbbindən gələn haqqa tabe olmaları səbəbi ilədir. Bu iki dəstənin səy etdikləri əməllər fərqli və müxtəlif olduğuna görə əməllərinin əvəzi də fərqli və müxtəlifdir. Allah, bu iki dəstə: möminlər və kafirlər haqqında verdiyi hökmü bəyan etdiyi kimi, taylı tayını tapması üçün insanlara onların özlərinə dair məsələləri belə misal çəkir!
47:4Page 507
فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ ٤
So when you meet those who disbelieve [in battle], strike [their] necks until, when you have inflicted slaughter upon them, then secure [their] bonds,1 and either [confer] favor2 afterwards or ransom [them] until the war lays down its burdens.3 That [is the command]. And if Allāh had willed, He could have taken vengeance upon them [Himself], but [He ordered armed struggle] to test some of you by means of others. And those who are killed in the cause of Allāh - never will He waste their deeds.
Ey möminlər! Sizə qarşı vuruşan kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman qılınclarınızla onların boynunu vurun. Onları qırıb-çatanadək və onların müqavimətini sındıranadək onlarla vuruşun. Elə ki onları qırıb-çatdınız, əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Onları əsir götürdükdə, öz məsləhətinizə görə siz ixtiyar sahibisiniz, ya rəhm edib onlardan fidyə almadan, ya da mallarından və sairədən fidyə götürərək onları azad edə bilərsiniz. Kafirlər İslamı qəbul edənədək və ya əhd bağlayanadək onlarla vuruşun və onlardan əsirlər götürün. Möminlərin kafirlər vasitəsilə imtahan edilməsinin xatırlanması və günlərin dəyişgən olması - bəzən bunların onlara, bəzəndə onların bunlara qalib gəlməsi Allahın hikmətindəndir. Hərçənd Allah istəsəydi, kafirlərə qalib gəlmək üçün onlardan döyüşsüz intiqam alardı, lakin O, sizi bir-birinizlə imtahana çəkmək, möminlər arasında kimlərin vuruşduğunu, kimlərində döyüşdən yayındığını ayırd etmək və bir də kafiri möminlə sınamaq üçün cihadı əmr etdi. Belə ki, əgər mömin kimsə öldürülsə, Cənnətə daxil olar, yox əgər mömin kafiri oldürərsə, kafir Cəhənnəmlik olar. Allah yolunda öldürülənlərin isə əməllərini Allah heç vaxt puç etməz.
Allah onları dünya həyatında haqqa tabe olmağa müvəffəq edəcək və onların vəziyyətini düzəldəcəkdir.
47:6Page 507
وَيُدۡخِلُهُمُ ٱلۡجَنَّةَ عَرَّفَهَا لَهُمۡ ٦
And admit them to Paradise, which He has made known to them.
Və qiyamət günü onları Cənnətə daxil edəcək. O Cənnət ki, Allah onun vəsflərini onlara hələ dünyada ikən bəyan etmiş, onlar da onu tanımışlar, üstəlik, onlara axirət günü Cənnətdə sahib olacaqları mənzillərini də tanıtmışdır.
47:7Page 507
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرۡكُمۡ وَيُثَبِّتۡ أَقۡدَامَكُمۡ ٧
O you who have believed, if you support Allāh, He will support you and plant firmly your feet.
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Əgər siz Allahın peyğəmbərinə və Onun dininə kömək etməklə, habelə, kafirlərlə vuruşmaqla Allaha kömək göstərsəniz, O da sizə kafirlərə qalib gəlməyinizə kömək göstərər və döyüşdə onlarla qarşı-qarşıya gəldikdə ayaqlarınızı möhkəmlədər.
47:8Page 507
وَٱلَّذِينَ كَفَرُواْ فَتَعۡسٗا لَّهُمۡ وَأَضَلَّ أَعۡمَٰلَهُمۡ ٨
But those who disbelieve - for them is misery, and He will waste their deeds.
Qoy ziyana uğrasın və həlak olsun Allaha və Onun rəsuluna küfr edənlər. Allah onların əməllərinin savabını puça çıxartmışdır.
47:9Page 507
ذَٰلِكَ بِأَنَّهُمۡ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ ٩
That is because they disliked what Allāh revealed, so He rendered worthless their deeds.
Onlara verilən bu cəza ona görədir ki, onlar Allahın Öz rəsuluna nazil etdiyi Qurana - onun içində zikr edilən Allahın təkliyinə nifrət etdilər. Odur ki, Allah onların əməllərini puça çıxartdı, beləliklə də, onlar dünyada və axirətdə ziyana uğradılar.
47:10Page 507
۞ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ دَمَّرَ ٱللَّهُ عَلَيۡهِمۡۖ وَلِلۡكَٰفِرِينَ أَمۡثَٰلُهَا ١٠
Have they not traveled through the land and seen how was the end of those before them? Allāh destroyed [everything] over them,1 and for the disbelievers is something comparable.
Məgər haqqı yalan sayan o kimsələr yer üzündə gəzib dolaşıb özlərindən əvvəlki yalan sayanların aqibətinin necə olduğunu görmürlərmi?! Onların axırı çox acnacaqlı olmuşdur. Allah onların yurdlarını yerlə yeksan etmiş, üstəlik, onların həm özlərini, həm övladlarını, həm də mal-dövlətlərini məhv etmişdir. Kafirləri hər zaman və hər yerdə buna bənzər aqibət gözləyir.
47:11Page 507
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوۡلَى ٱلَّذِينَ ءَامَنُواْ وَأَنَّ ٱلۡكَٰفِرِينَ لَا مَوۡلَىٰ لَهُمۡ ١١
That is because Allāh is the protector of those who have believed and because the disbelievers have no protector.
Bu iki dəstəyə verilən mükafat və cəza ona görədir ki, Allah, Ona iman gətirmiş kimsələrin yardımçısıdır. Kafirlərin isə heç bir yardımçısı yoxdur.
47:12Page 508
إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَٰمُ وَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡ ١٢
Indeed, Allāh will admit those who have believed and done righteous deeds to gardens beneath which rivers flow, but those who disbelieve enjoy themselves and eat as grazing livestock eat, and the Fire will be a residence for them.
Allah, Ona və Onun rəsuluna iman gətirib yaxşı işlər görənləri qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Allaha və Onun rəsuluna küfr edənlər isə dünyada öz şəhvətlərinə uymaqla kef çəkir və heyvan kimi yeyib-içirlər. Onların öz qarınlarını doldurmaqdan və şəhvətlərini ödəməkdən başqa məqsədləri yoxdur. Qiyamət günü onların qərar tutacaqları yer Oddur!
47:13Page 508
وَكَأَيِّن مِّن قَرۡيَةٍ هِيَ أَشَدُّ قُوَّةٗ مِّن قَرۡيَتِكَ ٱلَّتِيٓ أَخۡرَجَتۡكَ أَهۡلَكۡنَٰهُمۡ فَلَا نَاصِرَ لَهُمۡ ١٣
And how many a city was stronger than your city [i.e., Makkah] which drove you out? We destroyed them; and there was no helper for them.
Əhalsi səni qovub çıxaran Məkkə şəhərindən daha qüvvətli və daha çox oğul-uşaq və mal-dövlət sahibi olan əvvəlki ümmətlərin yaşadığı neçə-neçə məmləkət olub ki, onlar peyğəmbərlərini yalan saydıqlarına görə, Biz onları məhv etmişik və onlara Allahın əzabı gəldikdə onları bu əzabdan qurtaran yardımçı tapılmayıb. Eləcə də, əgər biz Məkkə əhalisini məhv etmək istəsək, Bizim qarşımızı kəsən tapılmaz.
47:14Page 508
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُم ١٤
So is he who is on clear evidence from his Lord like him to whom the evil of his work has been made attractive and they follow their [own] desires?
Məgər öz Rəbbindən açıq-aydın dəlil-sübuta istinad edən və elmə əsaslanaraq Allaha ibadət edən kimsə, pis əməli şeytan tərəfindən özlərinə gözəl göstərilən və öz nəfslərinin istəklərinə uyan - bütlərə ibadət edən, günah işlər görən və peyğəmbərləri yalançı sayan kimsələr kimi ola bilərmi?!
47:15Page 508
مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ ١٥
Is the description of Paradise, which the righteous are promised, wherein are rivers of water unaltered,1 rivers of milk the taste of which never changes, rivers of wine delicious to those who drink, and rivers of purified honey, in which they will have from all [kinds of] fruits and forgiveness from their Lord... [Are its inhabitants] like those who abide eternally in the Fire and are given to drink scalding water that will sever their intestines?
Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinən müttəqilərə vəd olunan (Qiyamət günü) daxil olacaqları Cənnətin vəsfi belədir; orada, uzun müddət bir yerdə qaldığına görə iyi və dadı dəyişməyən sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və bir də tərkibindəki xəlitələrdən təmizlənmiş baldan çaylar vardır. Orada onlar üçün istədikləri hər cür meyvə vardır. Bütün bunlardan əlavə Allah onların günahlarını bağışlayacaq və o günahlara görə onları cəzalandırmayacaq. Məgər bu mükafatlara layiq görülən kimsə, od içində əbədi olaraq qalıb oradan heç vaxt çıxmayacaq və istisi bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsə kimi ola bilərlərmi?!
47:16Page 508
وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنۡ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مَاذَا قَالَ ءَانِفًاۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡ ١٦
And among them, [O Muḥammad], are those who listen to you, until when they depart from you, they say to those who were given knowledge,1 "What has he said just now?" Those are the ones of whom Allāh has sealed over their hearts and who have followed their [own] desires.
Ey Peyğəmbər! Münafiqlər arasında sənin dediklərini qəbul etmədiyi halda sənə qulaq asanlar da vardır. Nəhayət, onlar sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə cahilcəsinə və etiraz edərək deyərlər: “O, bayaq nə danışırdı?!” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş və belə qəlbə xeyir yetişməz, özləri də nəfslərinə uymuş və elə buna görə də onlar haqqı görməzlər.
47:17Page 508
وَٱلَّذِينَ ٱهۡتَدَوۡاْ زَادَهُمۡ هُدٗى وَءَاتَىٰهُمۡ تَقۡوَىٰهُمۡ ١٧
And those who are guided - He increases them in guidance and gives them their righteousness.1
Haqq yola yönələn və Rəsulullahin (səllallahu aleyhi və səlləm) gətirdiyinə tabe olan kimsələrə gəlincə, Rəbbi onlara hidayəti artırar, onları yaxşı işlər görməyə müvəffəq edər və onlara, özlərini Cəhənnəm odundan xilas edəcək işlər görməyi ilham edər.
47:18Page 508
فَهَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗۖ فَقَدۡ جَآءَ أَشۡرَاطُهَاۚ فَأَنَّىٰ لَهُمۡ إِذَا جَآءَتۡهُمۡ ذِكۡرَىٰهُمۡ ١٨
Then do they await except that the Hour should come upon them unexpectedly? But already there have come [some of] its indications. Then how [i.e., what good] to them, when it has come, will be their remembrance?
Yoxsa kafirlər qiyamət saatının nə zaman gələcəyini bilmədikləri halda onun qəfil onları yaxalamasından başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir. O əlamətlərdən biri də, Muhəmmədin (səlallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə bölünməsidir. O Saat onları yaxaladığı vaxt ibrət almaları onlara nə fayda verər?!
47:19Page 508
فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ ١٩
So know, [O Muḥammad], that there is no deity except Allāh and ask forgiveness for your sin1 and for the believing men and believing women. And Allāh knows of your movement and your resting place.
Ey Peyğəmbər! Yəqin bil ki, Allahdan başqa haqq məbud yoxdur. Sən Allahdan həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların günahlarının bağışlanmasını dilə. Allah sizin gündüz vaxtı gəzib-dolaşdığınız yeri də, gecə qalacağınız məskəni də bilir. Bunlardan heç bir şey Ona gizli qalmaz.
47:20Page 509
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُواْ لَوۡلَا نُزِّلَتۡ سُورَةٞۖ فَإِذَآ أُنزِلَتۡ سُورَةٞ مُّحۡكَمَةٞ وَذُكِرَ فِيهَا ٱلۡقِتَالُ رَأَيۡتَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يَنظُرُونَ إِلَيۡكَ نَظَرَ ٱلۡمَغۡشِيِّ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَأَوۡلَىٰ لَهُمۡ ٢٠
Those who believe say, "Why has a sūrah1 not been sent down?" But when a precise sūrah is revealed and battle is mentioned therein, you see those in whose hearts is disease [i.e., hypocrisy] looking at you with a look of one overcome by death. And more appropriate for them2 [would have been]
Allaha iman gəriən kimsələr, Allahın Öz rəsuluna cihad barədə surə nazil etməsini təmənna edib deyirlər: “Kaş, cihad barədə bir surə nazil olaydı!” Allah cihaddan bəhs edən, hökmü və mənası bəlli olan bir surə nazil etdikdə, Ey Peyğəmbər! Sən qəlbində şəkk olan münafiqlərin sənə, ölüm ayağında olan kimsənin qorxu və həyacan içində baxdığı kimi baxdıqlarını görərsən. Uca Allah onları, döyüşdən dönüb qaçdıqlarına və bundan qorxduqlarına görə, onlara veriləcək əzab artıq onların başlarının üstünü alıb, onlara yaxınlaşdığını xəbər vermişdir.
47:21Page 509
طَاعَةٞ وَقَوۡلٞ مَّعۡرُوفٞۚ فَإِذَا عَزَمَ ٱلۡأَمۡرُ فَلَوۡ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيۡرٗا لَّهُمۡ ٢١
Obedience and good words. And when the matter [of fighting] was determined, if they had been true to Allāh, it would have been better for them.
qoy Allahın əmrinə itaət etsinlər və öz xeyirlərinə olan xoş söz danışsınlar. Cihada qəti əmr verildiyi və hazırlıq görüldüyü zaman imanlarında və itaətlərində Allaha sadiq qalsaydılar, əlbəttə ki, bu, onlar üçün münafiqlikdən və Allahın əmrlərinə asi olmaqdan daha yaxşı olardı.
47:22Page 509
فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ ٢٢
So would you perhaps, if you turned away,1 cause corruption on earth and sever your [ties of] relationship?
Əgər Allaha iman gətirməkdən və Ona itaət etməkdən üz çevirsəniz, böyük ehtimal ki, siz cahilyyət dövründə olduğunuz kimi, küfr və asilik etməklə yer üzündə fitnə-fəsad törədəcək və qohumluq bağlarını kəsəcəksiniz.
47:23Page 509
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ ٢٣
Those [who do so] are the ones that Allāh has cursed, so He deafened them and blinded their vision.
Yer üzündə fəsad törədəcəkləri və qohumluq bağlarını kəsəcəkləri ehtimal edilən o kimsələr Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qulaqlarını haqqı eşidib qəbul etməkdən və ona tabe olmaqdan, gözlərini də haqqı görüb ondan ibrət almaqdan məhrum etdiyi kimsələrdir.
47:24Page 509
أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ ٢٤
Then do they not reflect upon the Qur’ān, or are there locks upon [their] hearts?
Məgər haqdan üz çevirən o kimsələr Quranı oxuyub içindəkilər haqqında düşünmürlərmi?! Əgər onlar Quranı oxuyub-araşdırsaydılar, Quran, onları hər bir xeyirə yönəldər və hər bir şərdən uzaq edərdi. Yoxsa onları qəlbinə elə möhkəm qıfıl vurulmuşdur ki, buna görə onların qəlbinə nə öyüd-nəsihət təsir edər, nə də Mənim zikrim onlara fayda verər?!
47:25Page 509
إِنَّ ٱلَّذِينَ ٱرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَٰرِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَى ٱلشَّيۡطَٰنُ سَوَّلَ لَهُمۡ وَأَمۡلَىٰ لَهُمۡ ٢٥
Indeed, those who reverted back [to disbelief] after guidance had become clear to them - Satan enticed them and prolonged hope for them.
Özlərinə dəlil-sübut göstərildikdən və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığı bəlli olduqdan sonra imandan üz döndərib kafir və münafiq olan kimsələrə şeytan küfrü və nifaqı gözəl göstərmiş, bunu onlar üçün asanlaşdırmış və onlara uzun ömür vəd etmişdir.
47:26Page 509
ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمۡ فِي بَعۡضِ ٱلۡأَمۡرِۖ وَٱللَّهُ يَعۡلَمُ إِسۡرَارَهُمۡ ٢٦
That is because they said to those who disliked what Allāh sent down,1 "We will obey you in part of the matter." And Allāh knows what they conceal.
Onların zəlalətə düşməsi, onlar Allahın Öz rəsuluna nazil etdiyi vəhyə nifrət edən müşriklərə gizlində: “Biz bəzi işlərdə - möminləri döyüşdən yayındırmaq kimi işlərdə sizə itaət edəcəyik” - dediklərinə görə idi. Allah onların saxladıqları sirri və gizlətdiklərini bilir. Heç bir şey Ona gizli qalmaz. Allah bu xəbərlərdən istədiyini Öz Rəsuluna -səllallahu aleyhi və səlləm- bildirər.
47:27Page 509
فَكَيۡفَ إِذَا تَوَفَّتۡهُمُ ٱلۡمَلَٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ ٢٧
Then how [will it be] when the angels take them in death, striking their faces and their backs?
Can alman mələklərin dəmir toppuzlarla onların üzünə və arxasına vura-vura canlarını alanda onların əzabı və acınacaqlı halının nə dərəcədə olduğunu bir görsəydin.
47:28Page 509
ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسۡخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضۡوَٰنَهُۥ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ ٢٨
That is because they followed what angered Allāh and disliked [what earns] His pleasure, so He rendered worthless their deeds.
Bu əzab onların, Allahın qəzəbinə səbəb olan hər bir şeyə uyduqları - kafirlik və münafiqlik etdikləri, habelə, Allaha və Onun rəsuluna düşmən olduqları və özlərinin Rəbbinə yaxınlaşdıracaq və Onun rizasını qazandıracaq əməllərə - Allaha iman gətirməyə və Onun rəsuluna tabe olmağa nifrət etdiklərinə görədir. Elə buna görə də Allah onların əməllərini puç etdi.
47:29Page 509
أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ ٢٩
Or do those in whose hearts is disease think that Allāh would never expose their [feelings of] hatred?
Yoxsa qəlblərində şəkk-şübhə olan münafiqlər elə zənn edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?! Allah müsibətlər göndərib imtahan etməklə bu kin-küdurəti mütləq üzə çıxaracaqdır. Beləcə, imanında sadiq olan kimsə ilə yalançı olan kimsə ayırd ediləcək, habelə, kimin həqiqi mömin, kimin də münafiq olduğu bəlli olacaqdır.
47:30Page 510
وَلَوۡ نَشَآءُ لَأَرَيۡنَٰكَهُمۡ فَلَعَرَفۡتَهُم بِسِيمَٰهُمۡۚ وَلَتَعۡرِفَنَّهُمۡ فِي لَحۡنِ ٱلۡقَوۡلِۚ وَٱللَّهُ يَعۡلَمُ أَعۡمَٰلَكُمۡ ٣٠
And if We willed, We could show them to you, and you would know them by their mark; but you will surely know them by the tone of [their] speech. And Allāh knows your deeds.
Ey Peyğəmbər! Əgər Biz sənin münafiqləri tanımağını istəsəydik, onları sənə tanıdardıq, sən də onları üzlərindəki əlamətlərindən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir, bu əməllərdən heç bir şey Ona gizli qalmaz və O, onların əvəzini sizə verəcəkdir.
47:31Page 510
وَلَنَبۡلُوَنَّكُمۡ حَتَّىٰ نَعۡلَمَ ٱلۡمُجَٰهِدِينَ مِنكُمۡ وَٱلصَّٰبِرِينَ وَنَبۡلُوَاْ أَخۡبَارَكُمۡ ٣١
And We will surely test you until We make evident those who strive among you [for the cause of Allāh] and the patient, and We will test your affairs.
Ey möminlər! Biz cihad, düşmənə qarşı vuruşmaq və qətlə yetirmək sayəsində sizlərdən Allah yolunda cihad edənləri və Onun düşmənlərilə döyüşməkdə səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və sizi sınamaqla sizlərdən kimin sadiq kimin də yalançı olduğunu biləcəyik.
47:32Page 510
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗا وَسَيُحۡبِطُ أَعۡمَٰلَهُمۡ ٣٢
Indeed, those who disbelieved and averted [people] from the path of Allāh and opposed the Messenger after guidance had become clear to them - never will they harm Allāh at all, and He will render worthless their deeds.
Şübhəsiz ki, Allaha və Onun rəsuluna küfr edənlər, Allahın dinindən uzaqlaşanlar, insanları da Onun dinindən azdıranlar və Muhəmmədin -səllallahu aleyhi və səlləm- peyğəmbər olduğunu bildikdən sonra Allahın rəsuluna müxalif olanlar və ona qarşı düşmənçilik edənlər Allaha heç bir zərər yetirə bilməzlər. Əksinə, onlar özlərinə zərər yetirərlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır.
47:33Page 510
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبۡطِلُوٓاْ أَعۡمَٰلَكُمۡ ٣٣
O you who have believed, obey Allāh and obey the Messenger and do not invalidate your deeds.
Ey Allaha iman gətirən və Onun əmrlərini yerinə yetirən kimsələr! Allahın və Onun rəsulunun əmrlərini yerinə yetirməklə və qadağan etdiyi əməllərdən çəkinməklə Allaha və Rəsuluna itaət edin, küfr və riyakarlıq etməklə əməllərinizi puç etməyin!
47:34Page 510
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُواْ وَهُمۡ كُفَّارٞ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡ ٣٤
Indeed, those who disbelieved and averted [people] from the path of Allāh and then died while they were disbelievers - never will Allāh forgive them.
Şübhəsiz ki, Allaha küfr edənlərin, həm özlərini, həm də insanları Allahın dinindən azdıranların, sonra da tövbə etmədən kafir kimi ölənlərin, Allah heç vaxt günahlarını bağışlamayacaq, əksinə, bu günahlarına görə onları cəzalandıracaqdır, onları içində əbədi qalacaqları Cəhənnəmə daxil edəcəkdir.
47:35Page 510
فَلَا تَهِنُواْ وَتَدۡعُوٓاْ إِلَى ٱلسَّلۡمِ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ وَٱللَّهُ مَعَكُمۡ وَلَن يَتِرَكُمۡ أَعۡمَٰلَكُمۡ ٣٥
So do not weaken and call for peace while you are superior; and Allāh is with you and will never deprive you of [the reward of] your deeds.
Ey möminlər! Siz düşmənlə üzbəüz gəldikdə zəiflik göstərməyin, onlardan üstün olduğunuz və onlara qalib gələ biləcəyiniz halda, onlar sizi sülhə çağırmazdan əvvəl siz onları sülhə çağırmayın! Allah Öz köməyi və yardımı ilə sizin yanınızdadır. O sizin əməllərinizin savabından heç bir şey əskiltməz, əksinə, sizə əta etdiyi lütfü və fəziləti ilə artırar.
47:36Page 510
إِنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ يُؤۡتِكُمۡ أُجُورَكُمۡ وَلَا يَسۡـَٔلۡكُمۡ أَمۡوَٰلَكُمۡ ٣٦
[This] worldly life is only amusement and diversion. And if you believe and fear Allāh, He will give you your rewards and not ask you for your properties.
Dünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Ağıllı insan axirət əməlini qoyub dünya ilə məşğul olmaz. Əgər Allaha və Onun rəsuluna iman gətirsəniz və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxsanız, O sizə əməllərinizin mükafatını kamil şəkildə, heç bir şey əksiltmədən verər və sizdən mal-dövlətinizin hamısını (Onun yolunda xərcləməyi) tələb etməz, sizdən sadəcə fərz buyurulmuş zəkatı verməyi tələb edər.
47:37Page 510
إِن يَسۡـَٔلۡكُمُوهَا فَيُحۡفِكُمۡ تَبۡخَلُواْ وَيُخۡرِجۡ أَضۡغَٰنَكُمۡ ٣٧
If He should ask you for them and press you, you would withhold, and He would expose your hatred [i.e., unwillingness].
Əgər Allah sizdən mal-dövlətinizin hamısını (xərcləməyinizi) tələb etsə və sizdən təkidlə tələb etdiyi halda, siz onu verməyə xəsislik göstərsəniz, O, sizin qəlbinizdə yerləşən - malınızı Onun yolunda sərf etməyə olan nifrəti üzə çıxardar, beləliklə, sizə acıyaraq bunu sizdən tələb etməkdən vaz keçər.
47:38Page 510
هَٰٓأَنتُمۡ هَٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم ٣٨
Here you are - those invited to spend in the cause of Allāh - but among you are those who withhold [out of greed]. And whoever withholds only withholds [benefit] from himself; and Allāh is the Free of need, while you are the needy. And if you turn away [i.e., refuse], He will replace you with another people; then they will not be the likes of you.
Budur, siz mal-dövlətinizin cüzi bir hissəsini Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Allah sizdən malınızın hamısını sərf etməyi tələb etmir. İçərinizdə xəsislik edib tələb olunan malı sərf etmək istəməyənlər də vardır. Kim malının bir hissəsini Allah yolunda xərcləməyə xəsislik edərsə, əslində o, özünü Allah yolunda xərcləmək savabından məhrum erdərək ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin və sizin (malınızdan Onun yolunda) xərcləməyinizə ehtiyacı yoxdur, sizlər isə Ona möhtacsınız. Əgər İslamdan dönüb küfrə qayıtsanız, O sizi məhv edər və yerinizə sizlər kimi olmayan, Allaha itaət edən başqa bir qövm gətirər.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences