Al-Mukhtasar · Tafsir · in Azerbaijani
العاديات
Al-'Adiyat
The Courser · Meccan · 11 ayahs
Uca Allah, bərk qaçdıqlarına görə nəfəslərinin səsi eşidilən atlara and içir.
Uca Allah, həmçinin, dırnaqlarını şiddətlə daşlara vurub qığılcım çıxaran atlara and içir.
Uca Allah, həmçinin, sübh çağı düşmən üzərinə hücum edən atlara and içir.
Uca Allah, hücuma keçərək tozanaq qopardan atlara and içir.
Uca Allah, üzərilərindəki süvarilərlə birlikdə düşmən ordusunun içərisinə soxulan atlara and içir.
Həqiqətən, insan Rəbbinin ondan tələb etdiyi xeyirin qarşısını almağa hərisdir.
İnsan, özünün xeyirə mane olduğuna şahididir. Bu açıq-aşkar olduğundan dolayı bu əməlini inkar edə bilməz.
Həqiqətən, o, var-dövlətə çox hərisdir və onu xərcləməyə xəsilik edir.
100:9Page 599
۞ أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ ٩
But does he not know that when the contents of the graves are scattered
Məgər dünya həyatına aldanmış o insan bilmir ki, Allah qəbirlərdəki ölüləri dirildəcəyi və onları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün qəbirlərindən çıxaracağı zaman, iş heç də onun düşündüyü kimi olmayacaq?!
Qəlblərdə olan niyyətlər, etiqadlar və s. üzə çıxacağı və aşkar ediləcəyi zaman –
100:11Page 600
إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٖ لَّخَبِيرُۢ ١١
Indeed, their Lord with them, that Day, is [fully] Aware.1
Məhz o gün Rəbbi onlardan xəbərdar olacaq. Qullarının əməllərindən heç bir şey Allaha gizli qalmayacaq və Allah onlara əməllərinin əvəzini verəcəkdir.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences