Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الليل
Al-Layl
The Night · Meccan · 21 ayahs
Uca Allah, göylə yer arasını öz zülməti ilə bürüməkdə olan gecəyə and içir.
Uca Allah, həmçinin, açılan və aydınlaşan gündüzə and içir.
Uca Allah, həmçinin, kişini və qadını yaratdığına and içir.
Ey insanlar! Sizin əməlləriniz müxtəlifdir.Yaxşı əməlləriniz Cənnətə daxil olmaq üçün, pis əməllər isə Cəhənnəmə varid olmaq üçün səbədir.
Kim öhdəsinə düşən haqqı - zəkat, sədəqə və kəffarə verirsə və Allahın qadağan etdiyi əməllərdən çəkinir,
Və Allahın ona vəd etdiyi savabı təsdiq edirsə,
Biz, onun üçün, yaxşı işlər görməyi və malından Allah yolunda xərcləməyi asanlaşdırarıq.
92:8Page 595
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ ٨
But as for he who withholds and considers himself free of need
Kim də xəsislik edib malından öhdəsinə düşən vacibi xərcləmir, öz mal-dövlətinə güvənib Allaha ehtiyacı olmadığını güman edir və Allahın lütfündən heç bir şey istəmir,
Və Allahın ona, Allah yolunda xərclədiyi malı müqabilində vəd etdiyi savabı yalan sayırsa,
Biz, onun üçün, şər işlər görməyi asanlaşdırar, yaxşı işlər görməyi isə çətinləşdirərik.
92:11Page 595
وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ١١
And what will his wealth avail him when he falls?1
O, həlak olub Cəhənnəmə düşdükdə, xəsislik edib xərcləmədiyi var-dövləti ona fayda verməyəcək.
Şübhəsiz ki, haqq yolu batil yoldan ayırd etmək Bizə aiddir.
92:13Page 595
وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ ١٣
And indeed, to us belongs the Hereafter and the first [life].
Sözsüz ki, axirət həyatı da, dünya həyatı da Bizə məxsudur. Biz bu iki dünyanı istədiyimiz kimi idarə edirik və Bizdən başqası bunlara müdaxilə edə bilməz.
Ey insanlar! Əgər Allaha asilik etmisinizsə, (bilin ki,) artıq mən sizi alovlanan odla qorxutdum.
92:15Page 596
لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى ١٥
None will [enter to] burn therein except the most wretched one
Onun hərarətində, yalnız ən bədbəxt, yəni kafir olan kimsə əzab çəkər.
O kimsə ki, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi risaləti yalan sayır və Allahın əmrinə itaət etməkdən üz döndərir.
Allahdan ən çox qorxan Əbu Bəkr (Allah ondan razı olsun) isə oddan uzaqlaşdırılar.
92:18Page 596
ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ ١٨
[He] who gives [from] his wealth to purify himself
O Əbu Bəkr ki, günahlardan təmizlənmək üçün malını yaxşı işlərə sərf edir.
92:19Page 596
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٖ تُجۡزَىٰٓ ١٩
And not [giving] for anyone who has [done him] a favor to be rewarded1 –
O, öz malını, verilən nemətin əvəzini çıxmaq məqsədilə xərcləmir.
92:20Page 596
إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ ٢٠
But only seeking the face [i.e., acceptance] of his Lord, Most High.
O, xərclədiyi mal müqabilində, yaratdıqlarının fövqündə olan ən uca Rəbbinin üzündən başqa heç nə diləmir.
O, Allahın ona bəxş edəcəyi dəyərli mükafatdan mütləq razı qalacaq.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences