Al-Mukhtasar · Tafsir · in Azerbaijani
الطارق
At-Tariq
The Nightcommer · Meccan · 17 ayahs
Uca Allah səmaya və gecə gələn ulduza and içir.
Ey Peyğəmbər! Sən nə bilirsən bu böyük ulduzun xüsusiyyəti nədir?!
Bu, öz parlaq işığı ilə (qaranlıqları) dəlib keçən ulduzdur.
86:4Page 591
إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ ٤
There is no soul but that it has over it a protector.
Elə bir kimsə yoxdur ki, Allah onun qiyamət günü haqq-hesaba çəkilməsi üçün, onun əməllərini qeydə alan gözətçi mələk təyin etməsin.
Qoy insan Allahın onu nədən xəlq etdiyinə bir baxsın ki, Allahın qüdrətli, insanın isə aciz olduğu ona aydın olsun.
Allah onu təkanla ifraz olub uşaqlığa tökülən sudan (mənidən) yaratmışdır.
86:7Page 591
يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ ٧
Emerging from between the backbone and the ribs.
Bu su kişinin onurğa sütunu və köks sümükləri arasından çıxır.
86:8Page 591
إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ ٨
Indeed, He [i.e., Allāh], to return him [to life], is Able.
İnsanı bu dəyərsiz sudan yaratmağa qadir olan pak və müqəddəs Allah, o öldükdən sonra, onu haqq-hesaba çəkmək və ona əməllərinin əvəzini vermək üçün onu yenidən diriltməyə də qadirdir.
Sirlərin sınaqdan keçiriləcəyi - qəlblərin gizlətdiyi niyyətlərin, əqidələrin və başqa etiqadların üstü açılacağı, əməlisaleh insanın fəsadçıdan ayırd ediləcəyi gün,
86:10Page 591
فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ ١٠
Then he [i.e., man] will have no power or any helper.
Həmin gün insanın, nə Allahın əzabının qarşısını almağa gücü olar, nə də ona kömək edə biləcək köməkçisi.
Allah yağış sahibi olan göyə and içir. Çünki yağış təkrar-təkrar ordan yerə nazil olur.
O, həmçinin, otlar, meyvə ağacları və digər ağaclarla yarılan yerə də and içir.
Həqiqətən də, Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran haqqı batildən, doğrunu da yalandan ayırd edən bir kəlamdır.
O, lağlağı və batil söz deyildir, əksinə o, ciddi və haqq sözdür.
Kafirlər peyğəmbərlərinin onlara gətirdiyi dinə qarşı çoxlu hiylələr qururlar ki, onun dəvətinin qarşısını alsınlar və o dəvətə son qoysunlar.
Mən də din üstün gəlməsi və batilin puç olub üçün hiylə qururam.
86:17Page 591
فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا ١٧
So allow time for the disbelievers. Leave them awhile.1
Ey Peyğəmbər! Sən o kafirlərə bir az möhlət ver, onların əzaba düçar olmasına və həlak olmalarına tələsmə.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences