Al-Mukhtasar · Tafsir · in Azerbaijani
التكوير
At-Takwir
The Overthrowing · Meccan · 29 ayahs
Günəşin cəm olunacağı və onun nurunun gedəcəyi zaman,
Ulduzlar düşəcəyi və onların işığının yox olacağı zaman,
Dağlar yerlərindən (çıxarılıb) hərəkətə gətiriləcəyi zaman,
Sahibləri tərəfindən dəyər verilən boğaz dişi dəvələr başlı başına buraxılacağı zaman.
Vəhşi heyvanlar insanlarla bir yerə toplaşacaqları zaman,
Dənizlər alovlanıb atəşə çevriləcəyi zaman,
Hər kəs öz tayına qovuşdurulacağı zaman. Belə ki, günühkar günahkarın, müttəqi də müttəqinin yanında olacağı zaman.
Allah, diri-diri torpağa gömülmüş qız uşaqları barəsində soruşacağı zaman:
"Səni öldürən kimsə hansı cinayətə görə səni öldürmüşdür?!"
Hər kəs öz əməlləri yazılmış səhifəni oxusun deyə, qulların əməlləri yazılmış səhifələr açılacağı zaman,
Qoyunun dərisi bədənindən çıxarıldığı kimi, göydə yerindən qopardılacağı zaman,
Cəhənnəm alovlandırılacağı zaman,
Cənnət müttəqilərə yaxınlaşdırılacağı zaman,
81:14Page 586
عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ ١٤
A soul will [then] know what it has brought [with it].1
Bütün bunlar baş verəcəyi zaman hər kəs o gün üçün nə hazırladığını biləcəkdir.
Uca Allah, gündüz gizlənib gecə çıxan ulduzlara and içir.
Uca Allah həmçinin, ceyran öz sığınağına girdiyi kimi, gecəni öz orbitində üzüb səhər açıldıqda gözdən itən səyyarələrə də and içir.
Uca Allah axşamüstü qaralmaqda olan, səhərə yaxın da açılmaqda olan gecəyə and içir.
Uca Allah eləcə də, açılmaqda olan səhər and içir.
81:19Page 586
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ ١٩
[That] indeed, it [i.e., the Qur’ān] is a word [conveyed by] a noble messenger [i.e., Gabriel]
Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş Quran, etibarlı mələk Cəbrailin (aleyhissəlam) ona çatdırdığı Allah kəlamıdır. Allah bu kəlamı Cəbrailə etibar etmişdir.
81:20Page 586
ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ ٢٠
[Who is] possessed of power and with the Owner of the Throne, secure [in position],
O qüvvət sahibidir. Ərşin Rəbbi pak və müqəddəs Allahın yanında böyük hörmət sahibidir.
Göy əhli arasında itaət ediləndir, üstəlik, ona nazil olan vəhyə etibarlıdır.
81:22Page 586
وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ ٢٢
And your companion [i.e., Prophet Muḥammad (ﷺ) ] is not [at all] mad.1
Daima yanınızda olan, üstəlik, ağıllı, etibarlı və düzdanışan birisi olduğunu bildiyiniz Muhəmməd (səllallahu aleyhi və səlləm) sizin iftira yaxdığınız kimi dəli deyildir.
81:23Page 586
وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ ٢٣
And he has already seen him [i.e., Gabriel] in the clear horizon.1
Yoldaşınız (Muhəmməd səllallahu aleyhi və səlləm) Cəbraili aydın üfüqdə, onun xəlq edildiyi surətində gördü.
81:24Page 586
وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ ٢٤
And he [i.e., Muḥammad (ﷺ)] is not a withholder of [knowledge of] the unseen.1
Sizin yaldaşınız (Muhəmməd səllallahu aleyhi və səlləm) nə özünə vəhy edilmiş qeyb xəbərlərini sizə bildirməyə xəsislik edər, nə də kahinlər kimi bunun müqabilində sizdən zəhmət haqqı alar.
81:25Page 586
وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ ٢٥
And it [i.e., the Qur’ān] is not the word of a devil, expelled [from the heavens].
Bu Quran Allahın rəhmətindən qovulmuş şeytanın sözü deyildir.
Bu dəlillərdən sonra Quranın Allahdan olmasını inkar etmək üçün hansı yol axtarırsınız?!
Bu Quran cinlər və insanlar üçün yalnız bir xatırlatma və bir nəsihətdir.
81:28Page 586
لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ ٢٨
For whoever wills among you to take a right course.
Sizlərdən haqq yola yönəlmək istəyən kimsələr üçün.
81:29Page 586
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٢٩
And you do not will except that Allāh wills - Lord of the worlds.
Bütün məxluqatı yaradan Allah istəməyincə, siz doğru yolda olmağı və ya başqa bir şeyi istəyə bilməzsiniz.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences