Al-MukhtasarAl‑Hadid · 57:1–29

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

الحديد

Al-Hadid

The Iron · Medinan · 29 ayahs

57:1Page 537

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١

Whatever is in the heavens and earth exalts Allāh,1 and He is the Exalted in Might, the Wise.

Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın şənini uca tutur və Ona təriflər deyir. O, Qüdrətlidir, heç kəsin Onu məğlub edə bilməz. O, yaratmaq və qədəri yazmaq xüsusunda Hikmət sahibidir.

57:2Page 537

لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٢

His is the dominion of the heavens and earth. He gives life and causes death, and He is over all things competent.

Göylərin və yerin hökm­ranlığı təkcə Ona məxsusdur. O, istədiyini dirildir, istədiyini də öl­dürür. O, hər şeyə qadirdir, heç bir şey Onun aciz edə bilməz.

57:3Page 537

هُوَ ٱلۡأَوَّلُ وَٱلۡأٓخِرُ وَٱلظَّٰهِرُ وَٱلۡبَاطِنُۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ٣

He is the First1 and the Last,2 the Ascendant3 and the Intimate,4 and He is, of all things, Knowing.

Özündən qabaq heç bir şey olmayan Əvvəl, Özündən sonra heç bir şey olmayan Axır, Özündən üstün heç bir şey olmayan Zahir və Özündən gizlində heç bir şey olmayan Batin Odur. O, hər şeyi biləndir, heç bir şey Ondan gizli qala bilməz.

57:4Page 538

هُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۖ وَهُوَ مَعَكُمۡ أَيۡنَ مَا كُنتُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ٤

It is He who created the heavens and earth in six days and then established Himself above the Throne.1 He knows what penetrates into the earth and what emerges from it and what descends from the heaven and what ascends therein; and He is with you2 wherever you are. And Allāh, of what you do, is Seeing.

Hərçənd, O, göyləri və yeri altı gündə yaratmış - bazar günü başlamış və cümə günü bitirmişdir, lakin O, bunları bir göz qırpımından da tez yaratmağa qadirdir. Sonra pak və müqəddəs Allah ərşə yüksəlmiş və ora Özünə layiq tərzdə ucalmışdır. O, yerə gi­rən yağışı, toxumu və sairəni, ora­dan çıxanı bitkiləri, mədənləri və sairəni, göydən enən yağışı, vəhyi və sairəni və oraya qal­xan mələkləri, insanların əməllərini və ruhlarını biləndir. Ey insanlar! Siz ha­rada olsanız, O Öz elmi ilə si­zin­lə­dir. Sizin işlərinizdən heç bir şey Ona gizli qalmaz. Allah sizin nə etdik­lərinizi gö­rür. Əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.

57:5Page 538

لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٥

His is the dominion of the heavens and earth. And to Allāh are returned [all] matters.

Göylərin və yerin hökm­ranlığı təkcə Ona məxsusdur. Bütün işlər an­caq Ona qaytarılacaqdır və O, qiyamət günü yaradılanları haqq-hesaba çəkəcək, sonra da onlara etdikləri əməllərin əvəzini verəcəkdir.

57:6Page 538

يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۚ وَهُوَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٦

He causes the night to enter the day and causes the day to enter the night, and He is Knowing of that within the breasts.

O, gecəni gündüzə qataraq zülməti gətirir və beləcə, insanlar (yerlərinə uzanıb) yatırlar, gündüzü də gecəyə qataraq havanı işıqlandırır və beləcə, insanlar qalxıb öz işlərinin dalınca gedirlər. O, Öz qullarının köks­lərin­də olanları biləndir, heç bir şey Ona gizli qalmaz.

57:7Page 538

ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُواْ مِمَّا جَعَلَكُم مُّسۡتَخۡلَفِينَ فِيهِۖ فَٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَأَنفَقُواْ لَهُمۡ أَجۡرٞ كَبِيرٞ ٧

Believe in Allāh and His Messenger and spend out of that in which He has made you successive inheritors. For those who have believed among you and spent,1 there will be a great reward.

Allaha və Onun rəsuluna iman gə­tirin! Uca Allahın sizin ixtiyarınıza ver­di­yi maldan sizə buyurduğu şəriət qanunlarına uyğun olaraq sərf edin! Sizlərdən Allaha iman gətirib mal­la­rını Allah yolunda xərcləyənləri Allah qatında bö­yük bir müka­fat - Cənnət gözləyir.

57:8Page 538

وَمَا لَكُمۡ لَا تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ لِتُؤۡمِنُواْ بِرَبِّكُمۡ وَقَدۡ أَخَذَ مِيثَٰقَكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ٨

And why do you not believe in Allāh while the Messenger invites you to believe in your Lord and He has taken your covenant, if you should [truly] be believers?

Si­zin Allaha iman gətirməyinizə mane olan nədir?! Halbuki, Peyğəmbər sizi Rəbbinizə iman etməyinizi ümid edərək sizi Uca Allaha iman gə­tirməyə çağırır. Əgər siz mö­min­sinizsə, bi­lin ki, Allah sizi atalarınızın belindən çıxartdığı zaman Ona iman gətirəcəyinizə dair sizdən əhd almışdır.

57:9Page 538

هُوَ ٱلَّذِي يُنَزِّلُ عَلَىٰ عَبۡدِهِۦٓ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لِّيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَإِنَّ ٱللَّهَ بِكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ ٩

It is He who sends down upon His Servant [Muḥammad (ﷺ)] verses of clear evidence that He may bring you out from darknesses into the light. And indeed, Allāh is to you Kind and Merciful.

Sizi küfr və cəhalət zülmətlərindən iman və elm nuruna çı­xartmaq üçün, Öz qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) açıq-ay­dın ayə­ləri na­zil edən Odur. Həqiqətən, Allah sizə doğru yol göstərən və sizi müşjdələyən Peyğəmbərini göndərməklə sizə qarşı çox şəfqətlidir, rəhm­li­dir.

57:10Page 538

وَمَا لَكُمۡ أَلَّا تُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ لَا يَسۡتَوِي مِنكُم مَّنۡ أَنفَقَ مِن قَبۡلِ ٱلۡفَتۡحِ وَقَٰتَلَۚ أُوْلَٰٓئِكَ أَعۡظَمُ دَرَجَةٗ مِّنَ ٱلَّذِينَ أَنفَقُواْ مِنۢ بَعۡدُ وَقَٰتَلُواْۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ١٠

And why do you not spend in the cause of Allāh while to Allāh belongs the heritage of the heavens and the earth? Not equal among you are those who spent before the conquest [of Makkah] and fought [and those who did so after it]. Those are greater in degree than they who spent afterwards and fought. But to all Allāh has promised the best [reward]. And Allāh, of what you do, is Aware.

Sizə malınız­dan Allah yolunda xərcləməyə mane olan nədir?! Halbuki göy­lərin və ye­rin mirası Allaha məxsusdur. Ey möminlər! Sizlərdən mallarını Məkkənin fət­hindən əvvəl Allahın rizasını qazanmaq üçün Onun yolunda xərcləyib, İslam dininin zəfər çalması üçün kafirlərlə döyüşənlər, mallarını Məkkənin fət­hindən sonra xərcləyənlər və kafirlərlə döyüşənlər eyni deyillər. Mallarını Məkkənin fəthindən əvvəl xərcləyənlərin və Allah yolunda kafirlərlə vuruşanların dərəcəsi, mallarını Məkkənin fəthindən sonra Allah yolunda xərc­lə­yənlərdən və kafirlərlə döyüşənlərdən da­ha üs­tün­dür. Lakin Allah hər iki firqəyə Cənnəti vəd et­­miş­dir. Allah sizin nə etdiklə­riniz­dən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, bu əməllərin əvəzini sizə verəcəkdir.

57:11Page 538

مَّن ذَا ٱلَّذِي يُقۡرِضُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا فَيُضَٰعِفَهُۥ لَهُۥ وَلَهُۥٓ أَجۡرٞ كَرِيمٞ ١١

Who is it that would loan Allāh a goodly loan so He will multiply it for him and he will have a noble reward?

Kim malını Allahın rizasını qazanmaq üçün könül xoşluğu ilə xərcləsə, Uca Allahda xərclədiyi malın əvəzini dat-qat onun verəcəkdir. Qiyamət günü onun üçün çox dəyərli bir mükafat da vardır. Bu mükafat, Cənnətdir.

57:12Page 539

يَوۡمَ تَرَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ يَسۡعَىٰ نُورُهُم بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۖ بُشۡرَىٰكُمُ ٱلۡيَوۡمَ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ١٢

On the Day you see the believing men and believing women, their light proceeding before them and on their right, [it will be said], "Your good tidings today are [of] gardens beneath which rivers flow, wherein you will abide eternally." That is what is the great attainment.

O gün sən mömin kişi­lərin və mömin qadınların nu­runun onların ön­lərindən və sağ tərəflərindən yayıl­dı­ğı­nı görəcəksən. O gün onlara belə deyiləcək: “Bu gün si­zin müjdəniz qəsrləri və ağacları altın­dan çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!" Bu mükafat heç bir bənzəri olmayana böyük uğurdur.

57:13Page 539

يَوۡمَ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ لِلَّذِينَ ءَامَنُواْ ٱنظُرُونَا نَقۡتَبِسۡ مِن نُّورِكُمۡ قِيلَ ٱرۡجِعُواْ وَرَآءَكُمۡ فَٱلۡتَمِسُواْ نُورٗاۖ فَضُرِبَ بَيۡنَهُم بِسُورٖ لَّهُۥ بَابُۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحۡمَةُ وَظَٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلۡعَذَابُ ١٣

On the [same] Day the hypocrite men and hypocrite women will say to those who believed, "Wait for us that we may acquire some of your light." It will be said, "Go back behind you1 and seek light." And a wall will be placed between them with a door, its interior containing mercy, but on the outside of it is torment.

O gün münafiq kişilər və müna­fiq qadınlar iman gə­tirən­lə­rə deyəcəklər: “Bir az gözləyin, biz də sizin nurunuzdan alaq ki, körpünün üstündən keçməkdə bizə kömək olsun”. Bu zaman münafiqlərə istehza edilərək deyiləcək­: “Geriyə qayıdıb nur axtarın ki, sizin yolunuzu işıqlandırsın!” Onların arasına bir sədd çə­ki­lə­cək və bu səddin bir qapısı olacaq. O qapının içəri tərə­fində - möminlərə doğru yönələn üzündə mərhəmət, çöl tərəfində - münafiqlərə doğru yönələn üzündə əzab olacaqdır.

57:14Page 539

يُنَادُونَهُمۡ أَلَمۡ نَكُن مَّعَكُمۡۖ قَالُواْ بَلَىٰ وَلَٰكِنَّكُمۡ فَتَنتُمۡ أَنفُسَكُمۡ وَتَرَبَّصۡتُمۡ وَٱرۡتَبۡتُمۡ وَغَرَّتۡكُمُ ٱلۡأَمَانِيُّ حَتَّىٰ جَآءَ أَمۡرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ١٤

They [i.e., the hypocrites] will call to them [i.e., the believers], "Were we not with you?" They will say, "Yes, but you afflicted yourselves1 and awaited [misfortune for us] and doubted, and wishful thinking deluded you until there came the command of Allāh. And the Deceiver [i.e., Satan] deceived you concerning Allāh.

Münafiqlər möminləri səsləyib de­yə­cəklər: “Məgər biz sizinlə birlikdə İslamı yaşayıb itaət etmirdikmi?” Möminlər onlara deyəcəklər: “Bəli siz bizim yanımızda idiniz, la­kin münafiqlik etməklə özünüz özünü­zü aldatdınz və özünüzü həlak etdiniz. Siz, mö­minlərə bəla üz vermə­sini gözləyirdiniz ki, küfrünüzü üzə çıxardasınız. Siz, Allahın möminlərə qələbə bəxş edəcəyinə və ölümdən sonra dirilməyə şübhə edir­diniz. Ölüm sizə gələ­nə­dək xülyalar sizi yoldan çı­xart­dı və siz dəyişmədiniz. Şeytan Allah barəsində sizi yaman aldatdı.

57:15Page 539

فَٱلۡيَوۡمَ لَا يُؤۡخَذُ مِنكُمۡ فِدۡيَةٞ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُواْۚ مَأۡوَىٰكُمُ ٱلنَّارُۖ هِيَ مَوۡلَىٰكُمۡۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ١٥

So today no ransom will be taken from you or from those who disbelieved. Your refuge is the Fire. It is most worthy of you, and wretched is the destination."

Ey münafiqlər! Bu gün Allahın əzabından qurtulmaq üçün nə sizdən, nə də aşkarda küfr edənlər­dən fidyə qəbul olunar. Sizin də, kafirlərin də gedəcəyiniz yer də Oddur. O sizə, siz də ona layiqsiniz. Ora nə pis dönüş yeridir!”

57:16Page 539

۞ أَلَمۡ يَأۡنِ لِلَّذِينَ ءَامَنُوٓاْ أَن تَخۡشَعَ قُلُوبُهُمۡ لِذِكۡرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلۡحَقِّ وَلَا يَكُونُواْ كَٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلُ فَطَالَ عَلَيۡهِمُ ٱلۡأَمَدُ فَقَسَتۡ قُلُوبُهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ ١٦

Has the time not come for those who have believed that their hearts should become humbly submissive at the remembrance of Allāh and what has come down of the truth? And let them not be like those who were given the Scripture before, and a long period passed over them, so their hearts hardened; and many of them are defiantly disobedient.

Allaha və Onun rəsuluna iman gətirənlərin qəlbinin pak və müqəddəs Alla­hın zikri və Qurandan nazil olan vədlər və təhdidlər üçün yum­şalması, daha öncə özlərinə Tövrat verilmiş yəhudilər və İncil verilmiş nəsranilər kimi, özlərinə göndərilmiş peyğəmbərlərlə öz aralarında uzun müddət keçdiyinə görə qəlbləri sərtləşmiş, ço­xusu da Allahın itaətindən çıxıb Ona asi olmuş kimsələr kimi olmaması vaxtı gə­lib çat­ma­dımı?!

57:17Page 539

ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ١٧

Know that Allāh gives life to the earth after its lifelessness. We have made clear to you the signs; perhaps you will understand.1

Bilin ki, Qurumuş torpağın üzərində bitkilər bitirməklə onu dirildən Uca Allahdır. Ey insanlar! Biz Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlilləri və sübutları sizə bəyan etdik ki, bəlkə anlayasınız. Bili ki, ölmüş torpağı dirltməyə qadir olan Allah, siz öldükdən sonra sizi yenidən diriltməyə də həmçinin, qəlbiniz sərtləşdikdən sonra onu yumşaltmağa da qadirdir.

57:18Page 539

إِنَّ ٱلۡمُصَّدِّقِينَ وَٱلۡمُصَّدِّقَٰتِ وَأَقۡرَضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعَفُ لَهُمۡ وَلَهُمۡ أَجۡرٞ كَرِيمٞ ١٨

Indeed, the men who practice charity and the women who practice charity and [they who] have loaned Allāh a goodly loan - it will be multiplied for them, and they will have a noble reward.

Şübhəsiz ki, mallarının bir hissəsini könül xoşluqları ilə, üstəlik, heç kəsə minnət qoymadan və əziyyət vermədən sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onlara bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər və bundan da çox əvəz veriləcəkdir. Bununla yanaşı onlar üçün Allah qatında çox dəyərli bir mükafat - Cənnət vardır.

57:19Page 540

وَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمۡ لَهُمۡ أَجۡرُهُمۡ وَنُورُهُمۡۖ وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ١٩

And those who have believed in Allāh and His messengers - those are [in the ranks of] the supporters of truth and the martyrs, with their Lord. For them is their reward and their light.1 But those who have disbelieved and denied Our verses - those are the companions of Hellfire.

Allaha və Onun elçilə­ri­nə iman gətirənlər, bu elçilərin arasında fərq qoymayanlar – məhz on­lar doğ­ru olan­lar­dır. Şəhid­lərin öz Rəbbi dərgahında, özləri üçün hazırlanmış gözəl mükafatları vardır, üstəlik, qiyamət günü onların önlərindən və sağlarından onların yolunu işıqlandıran nuru olacaqdır. Allaha və Onun elçilərinə küfr etmiş, həmçinin, rəsulumuza nazil etdiyimiz ayə­lə­rimizi yalan sayanlara gə­lincə, onlar Cəhənnəm sakin­ləridir. Onlar qiyamət günü əbədi olaraq ora daxil olacaq və heç vaxt oradan çıxmayacaqlar.

57:20Page 540

ٱعۡلَمُوٓاْ أَنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞ وَزِينَةٞ وَتَفَاخُرُۢ بَيۡنَكُمۡ وَتَكَاثُرٞ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِۖ كَمَثَلِ غَيۡثٍ أَعۡجَبَ ٱلۡكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَكُونُ حُطَٰمٗاۖ وَفِي ٱلۡأٓخِرَةِ عَذَابٞ شَدِيدٞ وَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٞۚ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ ٢٠

Know that the life of this world is but amusement and diversion and adornment and boasting to one another and competition in increase of wealth and children - like the example of a rain whose [resulting] plant growth pleases the tillers; then it dries and you see it turned yellow; then it becomes [scattered] debris. And in the Hereafter is severe punishment and forgiveness from Allāh and approval. And what is the worldly life except the enjoyment of delusion.

Bilin ki, dünya həyatı bədənləri məşğul edən bir oyun, qəlbləri əyləndirən bir əyləncə, zahiri görünüşü gözəlləşdirən bir zinət, mal və mülk ilə bir-bi­riniz ya­nında öyün­mək, var-dövlət və oğul-uşaq ço­xluğu ilə lovğalanmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, on­dan əmələ gə­lən bitki əkin­çi­ləri heyran edir. Bu yaşıl bitki az bir müddətdən sonra qu­ru­yur və sən, ey ona baxan kəs, onun sap­sa­rı ol­du­ğu­nu görürsən. Sonra Allah onu çör-çöpə döndərir. Axirət günü kafirləri və münafiqləri şiddətli əzab gözləyir, möminlərin isə Allah günahlarını bağışlayacaq və onlardan razı qalacaqdır. Dünya həyatı isə keçici ləzzət­dən başqa bir şey deyildir. Kim keçici dünya ləzzətini axirət nemətindən üstün tutarsa, o kimsə ziyana uğrayan və aldananlardan olar.

57:21Page 540

سَابِقُوٓاْ إِلَىٰ مَغۡفِرَةٖ مِّن رَّبِّكُمۡ وَجَنَّةٍ عَرۡضُهَا كَعَرۡضِ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أُعِدَّتۡ لِلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ٢١

Race [i.e., compete] toward forgiveness from your Lord and a Garden whose width is like the width of the heavens and earth, prepared for those who believed in Allāh and His messengers. That is the bounty of Allāh which He gives to whom He wills, and Allāh is the possessor of great bounty.

Ey insanlar! Tövbə etməyə və başqa bu kimi saleh əməlləri yerinə yetirməyə tələsin ki, onların sayəsində günahlarınız bağışlansın və həmçinin, genişliyi göyün və ye­rin ge­nişliyi qədər olan Cənnəti qazanasınız. Allah o Cənnəti Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlamışdır. Bu mükafat, Allahın lütfüdür, onu Öz qullarından istədiyinə verər. Pak və müqəddəs Allah mömin qullarına qarşı böyük lütf sahi­bidir.

57:22Page 540

مَآ أَصَابَ مِن مُّصِيبَةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِيٓ أَنفُسِكُمۡ إِلَّا فِي كِتَٰبٖ مِّن قَبۡلِ أَن نَّبۡرَأَهَآۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ٢٢

No disaster strikes upon the earth or among yourselves except that it is in a register1 before We bring it into being - indeed that, for Allāh, is easy -

Yer üzündə insanlara üz vermiş elə bir quraqlıq və başqa bu kimi fəlakət, habelə, onların öz ba­şına gələn elə bir mü­si­bət yox­dur ki, Biz onu xəlq etməmişdən əvvəl o, lövhi-məhfuzda müəyyən edilmiş olmasın. Şüb­hə­siz ki, bu, Allah üçün çox asan­dır.

57:23Page 540

لِّكَيۡلَا تَأۡسَوۡاْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا تَفۡرَحُواْ بِمَآ ءَاتَىٰكُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٍ ٢٣

In order that you not despair over what has eluded you and not exult [in pride] over what He has given you. And Allāh does not like everyone self-deluded and boastful -

Ey insanlar! Allah bunu əlinizdən çı­xa­na kə­dərlənməyəsiniz və Onun si­zə verdi­yi ­nemətlərə həddindən artıq sevinməyəsiniz deyə, belə izah edir. Allah heç bir təkəbbürlünü və Allahın verdiyi nemətlə insanlar yanında öyünəni sevməz.

57:24Page 540

ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِۗ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ٢٤

[Those] who are stingy and enjoin upon people stinginess. And whoever turns away1 - then indeed, Allāh is the Free of need, the Praiseworthy.

Özlərinə vacib buyurulan sadəqəni verməyə xə­sis­lik edərlər və başqalarına da xəsislik et­məyi əmr edən kimsələr həqiqətən də ziyana uğrayan kimsələrdir. Kim Allaha itaət etməkdən üz çevirsə, Allaha heç bir zərər toxundurmaz, əksinə, yalnız özünə zərər verər. Şübhəsiz ki, Allah, zən­gin­dir və qulunun ibadətinə ehtiyacı yoxdur, həm də hər bir halda təri­fə ­layiq olandır.

57:25Page 541

لَقَدۡ أَرۡسَلۡنَا رُسُلَنَا بِٱلۡبَيِّنَٰتِ وَأَنزَلۡنَا مَعَهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلۡقِسۡطِۖ وَأَنزَلۡنَا ٱلۡحَدِيدَ فِيهِ بَأۡسٞ شَدِيدٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعۡلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّ ٱللَّهَ قَوِيٌّ عَزِيزٞ ٢٥

We have already sent Our messengers with clear evidences and sent down with them the Scripture and the balance that the people may maintain [their affairs] in justice. And We sent down iron, wherein is great military might and benefits for the people, and so that Allāh may make evident those who support Him and His messengers unseen. Indeed, Allāh is Powerful and Exalted in Might.

Biz elçilərimizi tutarlı də­lillərlə və aydın sübutlarla göndərdik və onlarla bir­lik­də kitab və tərəzi nazil et­dik ki, insanlar ədalətli olsunlar. Biz özün­də çox böyük qüv­və və insanlar üçün mənfəətlər olan dəmiri nazil etdik. O dəmir ki, ondan silah düzəldilir, habelə, insanların sənaye və əkinçilik sahələrində istifadə edilir. Biz onu nazil etdik ki, Allah, Onu görmədən Ona və elçilə­rinə kömək göstərən­ qullarını üzə çı­xartsın. Həqiqətən, Allah qüv­vətlidir, qüdrət­li­dir, heç kəs Ona nə üstün gələ bilər, nə də Onu aciz qoya bilər.

57:26Page 541

وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحٗا وَإِبۡرَٰهِيمَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَۖ فَمِنۡهُم مُّهۡتَدٖۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ ٢٦

And We have already sent Noah and Abraham and placed in their descendants prophethood and scripture; and among them is he who is guided, but many of them are defiantly disobedient.

Biz Nuh və İbrahimi (aleyhiməssəlam) göndər­dik, peyğəmbərliyi və nazil edilmiş kitabları onların nəslinə də nəsib et­dik. Onların zürriyətindən bir qismi doğru yola müvəffəq olanlardır, çoxu isə Allahı itaətindən çıxmış kimsələrdir.

57:27Page 541

ثُمَّ قَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيۡنَا بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَۖ وَجَعَلۡنَا فِي قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأۡفَةٗ وَرَحۡمَةٗۚ وَرَهۡبَانِيَّةً ٱبۡتَدَعُوهَا مَا كَتَبۡنَٰهَا عَلَيۡهِمۡ إِلَّا ٱبۡتِغَآءَ رِضۡوَٰنِ ٱللَّهِ فَمَا رَعَوۡهَا حَقَّ رِعَايَتِهَاۖ فَـَٔاتَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ مِنۡهُمۡ أَجۡرَهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ ٢٧

Then We sent following their footsteps [i.e., traditions] Our messengers and followed [them] with Jesus, the son of Mary, and gave him the Gospel. And We placed in the hearts of those who followed him compassion and mercy and monasticism, which they innovated; We did not prescribe it for them except [that they did so] seeking the approval of Allāh. But they did not observe it with due observance. So We gave the ones who believed among them their reward, but many of them are defiantly disobedient.

Sonra onların ardınca dalbadal el­çilərimizi öz ümmətlərinə yolladıq. Ardınca da Mər­yəm oğlu İsanı gön­dərib ona İncil bəxş etdik. Ona iman gətirənlərin və onun ardınca ge­dənlə­rin qəlblərinə şəf­qət və mərhəmət saldıq. Onlar bir-birilərini sevən və bir-birilərinə mərhəmət göstərən kimsələr idilər. Sonra nəsranilər dinlərində ifrata varmaqla, habelə, özlərini Allahın onlara halal buyurduğu nikahdan və digər ləzzətlərdən məhrum etməklə yenilik gətirdilər. Biz bunu onlardan tələb etməmişdik, sadəcə olaraq onlar özləri dinə yenilik gətirərək bu­nu özlərinə vacib etmişdilər. Biz onlardan Allahın razılığını qazanmağı tələb etdik, lakin onlar buna əməl etmədilər. Biz onlar­dan iman gətirənlərin müka­fat­la­rını ver­dik. Lakin onla­rın çoxu Muhəmmədin (səllallahu aleyhi və səlləm) onlara gətirdiyi risaləti yalan saymaqla Allahın itaətindən çıxmış kimsələrdir.

57:28Page 541

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَءَامِنُواْ بِرَسُولِهِۦ يُؤۡتِكُمۡ كِفۡلَيۡنِ مِن رَّحۡمَتِهِۦ وَيَجۡعَل لَّكُمۡ نُورٗا تَمۡشُونَ بِهِۦ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٢٨

O you who have believed, fear Allāh and believe in His Messenger; He will [then] give you a double portion of His mercy and make for you a light by which you will walk and forgive you; and Allāh is Forgiving and Merciful.

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allah­dan qor­xun və Onun rəsuluna iman gə­tirin ki, O sizə Muhəmmədə (səllallahu aleyhi və səlləm) və əvvəlki peyğəmbərlərə iman gətirdiyinizə görə iki pay - savab və mükafat bəxş etsin, sizə dünya həyatınızda düz yolla getməyiniz, həmçinin, qiyamət günü sirat körpünün üstünü işıqlandırmanız üçün nur versin və günahlarınızı əff edib, onlara görə sizə cəza vermədən sizi bağışlasın. Pak və müqəddəs Allah Öz qullarını bağışla­yandır, onlara rəhm­ edəndir.

57:29Page 541

لِّئَلَّا يَعۡلَمَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَلَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّن فَضۡلِ ٱللَّهِ وَأَنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ٢٩

[This is] so that the People of the Scripture may know that they are not able [to obtain] anything from the bounty of Allāh1 and that [all] bounty is in the hand2 of Allāh; He gives it to whom He wills. And Allāh is the possessor of great bounty.

Ey möminlər! Biz sizə, sizin üçün hazırladığımız böyük lütfümüz - qat-qat artırılan mükafat barədə aydınlıq gətirdik ki, yəhudilərdən və nəsranilərdən olan kitab əhli Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklərini - istədiklərinə nemət verməyə, istədiklərini də bundan məhrum etməyə qadir olmayacaqlarını bilsinlər. Onu da bilsinlər ki, lütf pak və müqəddəs Allahın əlin­dədir, onu Öz qullarında istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. O, bu lütfü Öz qullarından istədiyi kimsəyə bəxş edər.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском