Al-Mukhtasar · Tafsir · in Azerbaijani
ص
Sad
The Letter "Saad" · Meccan · 88 ayahs
﴾Sad.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Allah, insanlara həm bu dünyada, həm də axirətdə fayda verəcək əməlləri onlara xatırladan Qurana and içir. Bu, heç də müşriklərin zənn etdiyi kimi - Allahın şəriklərinin olması demək deyildir.
38:2Page 453
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي عِزَّةٖ وَشِقَاقٖ ٢
But those who disbelieve are in pride and dissension.
Lakin kafirlər Allahın təkliyini qəbul etməyi özlərinə sığışdırmır və təkəbbürlük göstərir, üstəlik, Muhəmmədə (səllallahu aleyhi və səlləm) müxalif olub onunla ədavət aparırlar.
38:3Page 453
كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ فَنَادَواْ وَّلَاتَ حِينَ مَنَاصٖ ٣
How many a generation have We destroyed before them, and they [then] called out; but it was not a time for escape.
Biz onlardan əvvəl öz peyğəmbərlərini yalançı saymış neçə-neçə nəsilləri məhv etdik. Onlara əzab gəldiyi zaman yalvarıb imdad diləyirdilər, lakin artıq əzabdan qurtulma vaxtı bitmişdi, onların əzabdan xilas olmaq üçün yalvarmasının onlara heç bir faydası yox idi.
38:4Page 453
وَعَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡۖ وَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا سَٰحِرٞ كَذَّابٌ ٤
And they wonder that there has come to them a warner [i.e., Prophet Muḥammad (ﷺ)] from among themselves. And the disbelievers say, "This is a magician and a liar.
Onlar öz içərilərindən onları, küfrdən əl çəkməyəcəkləri təqdirdə Allahın əzabına düçar olacaqları barədə xəbərdar edən bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər Muhəmmədin (səllallahu aleyhi və səlləm) doğru danışdığını təsdiqləyən dəlilləri gördükləri zaman dedilər: “Bu adam, insanları sehrləyən bir sehrbazdır, onun Allahın rəsulu olması və ona vəhy nazil olması iddiası da, yalandır.
38:5Page 453
أَجَعَلَ ٱلۡأٓلِهَةَ إِلَٰهٗا وَٰحِدًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عُجَابٞ ٥
Has he made the gods [only] one God? Indeed, this is a curious thing."
Bu adam bir neçə məbudu, heç bir şəriki olmayan bir məbudmu etdi?! Həqiqətən, onun gördüyü bu iş, olduqca əcaib bir işdir.”
38:6Page 453
وَٱنطَلَقَ ٱلۡمَلَأُ مِنۡهُمۡ أَنِ ٱمۡشُواْ وَٱصۡبِرُواْ عَلَىٰٓ ءَالِهَتِكُمۡۖ إِنَّ هَٰذَا لَشَيۡءٞ يُرَادُ ٦
And the eminent among them went forth, [saying], "Continue, and be patient over [the defense of] your gods. Indeed, this is a thing intended.1
Onların əşrəfləri və böyükləri çıxıb gedərək öz tabeçiliklərində olan kimsələrə dedilər: “Əvvəlki yolunuza davam edin, Muhəmmədin dinini qəbul etməyin və öz tanrılarınıza ibadətdə səbirli olun. Doğrusu, Muhəmmədin sizi tək ilaha ibadət etməyə dəvət etməsi qurma bir işdir. O, bunun sayəsində bizə üstün gəlmək və bizi özünə tabe etdirmək istəyir.
38:7Page 453
مَا سَمِعۡنَا بِهَٰذَا فِي ٱلۡمِلَّةِ ٱلۡأٓخِرَةِ إِنۡ هَٰذَآ إِلَّا ٱخۡتِلَٰقٌ ٧
We have not heard of this in the latest religion.1 This is not but a fabrication.
Muhəmmədin bizi dəvət etdiyini - Allahın tək ilah olduğunu, biz nə atalarımızdan, nə də İsanın (aleyhissəlam) davamçılarından eşitmişik. Ondan eşitdiklərimiz yalan və uydurmadan başqa bir şey deyildir.
38:8Page 453
أَءُنزِلَ عَلَيۡهِ ٱلذِّكۡرُ مِنۢ بَيۡنِنَاۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّن ذِكۡرِيۚ بَل لَّمَّا يَذُوقُواْ عَذَابِ ٨
Has the message been revealed to him out of [all of] us?" Rather, they are in doubt about My message. Rather, they have not yet tasted My punishment.
Biz qəbilələrin ağaları və böyükləri olduğumuz halda, aramızdan, Quranın yalnız ona nazil olması və yalnız ona məxsus edilməsi doğrudurmu?!” Xeyr, o müşriklər sənə nazil olan vəhyə şəkk edirlər. Onlar Allahın əzabını hələ dadmayıblar. Onlar Allahın onlara verdiyi möhlətə aldanıblar. Əgər Allahın əzabını dadsaydılar, küfr etməyə, Allaha şərik qoşmağa və sənə nazil olan vəhyə şəkk etməyə əsla cəsarət etməzdilər.
38:9Page 453
أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَحۡمَةِ رَبِّكَ ٱلۡعَزِيزِ ٱلۡوَهَّابِ ٩
Or do they have the depositories of the mercy of your Lord, the Exalted in Might, the Bestower?1
Yoxsa sənin hər kəsə qalib gələ biləcək Qüdrətli və istədiyi kimsəyə istədiyini Bəxşedən Rəbbinin lütf xəzinələri haqqı yalan sayan o müşriklərin əlindədir?! Onun lütf xəzinələrindən biri də peyğəmbərlikdir və O, bunu istədiyinə verir. Bu nemət onlara məxsus deyil ki, onu istədiklərini verə bilsinlər, istədiklərini də ondan məhrum etsinlər.
38:10Page 453
أَمۡ لَهُم مُّلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ فَلۡيَرۡتَقُواْ فِي ٱلۡأَسۡبَٰبِ ١٠
Or is theirs the dominion of the heavens and the earth and what is between them? Then let them ascend through [any] ways of access.1
Yaxud göylərin, yerin və onların arasında olanların ixtiyarı onların əlindədir və onlar dilədiyinə ondan verir, dilədiyini də ondan məhrum edirlər?! Əgər onların iddia etdiyi kimidirsə, qoy onda göyə qalxmaq üçün yollar axtarsınlar ki, istədikləri hökmü - vermək və ya məhrum etmək ixtiyarına yiyələnsinlər. Onlar heç vaxt buna nail ola bilməzlər.
38:11Page 453
جُندٞ مَّا هُنَالِكَ مَهۡزُومٞ مِّنَ ٱلۡأَحۡزَابِ ١١
[They are but] soldiers [who will be] defeated there among the companies [of disbelievers].
Muhəmməd( səllallahu aleyhi və səlləm) yalançı sayan bu ordu, ondan əvvəl öz peyğəmbərlərini yalançı saymış ordular tək darmadağın ediləcəklər.
38:12Page 453
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَفِرۡعَوۡنُ ذُو ٱلۡأَوۡتَادِ ١٢
The people of Noah denied before them, and [the tribe of] ʿAad and Pharaoh, the owner of stakes,1
Haqqı yalan sayan bu kimsələr ilk yalan sayanlar deyil. Onlardan əvvəl Nuh qövmü, Ad tayfası və dirəklər üstündə insanlara əzab verən Firon da elçiləri yalançı saymışdı.
38:13Page 453
وَثَمُودُ وَقَوۡمُ لُوطٖ وَأَصۡحَٰبُ لۡـَٔيۡكَةِۚ أُوْلَٰٓئِكَ ٱلۡأَحۡزَابُ ١٣
And [the tribe of] Thamūd and the people of Lot and the companions of the thicket [i.e., people of Madyan]. Those are the companies.1
Həmçinin, Səmud tayfası, Lut qövmü və Şueybin xalqı da elçiləri yalançı saymışdılar. Bunlar hamısı özlərinə göndərilmiş elçiləri yalançı saymaq və onların gətirdiklərini inkar etmək üçün bir-biriləri ilə əlbir olan dəstələr idi.
38:14Page 453
إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ ١٤
Each of them denied the messengers, so My penalty was justified.
Bu dəstələrdən hər biri elçiləri yalançı saymış, bu səbəbdən də, Allahın əzabı onları yaxalamış və Onun verdiyi cəza, bir müddət sonra olsa belə, gerçəkləşmişdir.
38:15Page 453
وَمَا يَنظُرُ هَٰٓؤُلَآءِ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ مَّا لَهَا مِن فَوَاقٖ ١٥
And these [disbelievers] await not but one blast [of the Horn]; for it there will be no delay.1
Muhəmmədi (səllallahu aleyhi və səlləm) yalançı sayan bu kafirlər surun ikinci kərə üfürülməsini gözləyirlər. O səs, qarşısıalınmaz bir səs olacaq. Əgər onlar Peyğəmbəri (səllallahu aleyhi və səlləm) yalançı saydıqları halda ölsələr, mütləq əzaba düçar olacaqlar.
38:16Page 453
وَقَالُواْ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبۡلَ يَوۡمِ ٱلۡحِسَابِ ١٦
And they say, "Our Lord, hasten for us our share [of the punishment] before the Day of Account."
Onlar istehza edərək dedilər: “Ey Rəbbimiz! Qiyamət günü gəlməzdən əvvəl bu dünya həyatında bizə payımıza düşən əzabı tezliklə ver!”
38:17Page 454
ٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱذۡكُرۡ عَبۡدَنَا دَاوُۥدَ ذَا ٱلۡأَيۡدِۖ إِنَّهُۥٓ أَوَّابٌ ١٧
Be patient over what they say and remember Our servant, David, the possessor of strength; indeed, he was one who repeatedly turned back [to Allāh].
Ey Peyğəmbər, bu yalan sayan kimsələrin sənə xoş gəlməyən sözlər söyləmələrinə səbir et. Düşmənləri ilə mübarizə aparan və Allaha itaət etməkdə səbirli olan qüvvətli qulumuz Davudu yadına sal! Həqiqətən, o, daim Allaha üz tutub tövbə edər və Onun razı qalacağı işləri görərdi.
38:18Page 454
إِنَّا سَخَّرۡنَا ٱلۡجِبَالَ مَعَهُۥ يُسَبِّحۡنَ بِٱلۡعَشِيِّ وَٱلۡإِشۡرَاقِ ١٨
Indeed, We subjected the mountains [to praise] with him, exalting [Allāh] in the [late] afternoon and [after] sunrise.
Biz dağları ona ram etmişdik ki, gündüzün axırında və bir də əvvəlində - işraq vaxtı onunla birlikdə Allahın şəninə təriflər desinlər.
38:19Page 454
وَٱلطَّيۡرَ مَحۡشُورَةٗۖ كُلّٞ لَّهُۥٓ أَوَّابٞ ١٩
And the birds were assembled, all with him repeating [praises].
Biz göydə uçan quşları da ona ram etmişdik. Onların hamısı onunla birlikdə Allaha itaət edib təriflər deyərdi.
38:20Page 454
وَشَدَدۡنَا مُلۡكَهُۥ وَءَاتَيۡنَٰهُ ٱلۡحِكۡمَةَ وَفَصۡلَ ٱلۡخِطَابِ ٢٠
And We strengthened his kingdom and gave him wisdom and discernment in speech.
Biz ona heybət, qüvvət və düşmənləri üzərində qələbə bəxş etməklə onun səltənətini möhkəmləndirdik, özünə də, peyğəmbərlik və doğru işlər görməyi, habelə, düzgün qərar çıxartmaq və ədalətli hökm vermək qabiliyyəti bəxş etdik.
38:21Page 454
۞ وَهَلۡ أَتَىٰكَ نَبَؤُاْ ٱلۡخَصۡمِ إِذۡ تَسَوَّرُواْ ٱلۡمِحۡرَابَ ٢١
And has there come to you the news of the adversaries, when they climbed over the wall of [his] prayer chamber -
Ey Peyğəmbər, Davud (aleyhissəlam) ibadət etdiyi yerdə ikən, divarı aşıb onun yanına gəlib orada bir-birilə höcətləşənlərin xəbəri sənə gəlib çatdımı?
38:22Page 454
إِذۡ دَخَلُواْ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنۡهُمۡۖ قَالُواْ لَا تَخَفۡۖ خَصۡمَانِ بَغَىٰ بَعۡضُنَا عَلَىٰ بَعۡضٖ فَٱحۡكُم بَيۡنَنَا بِٱلۡحَقِّ وَلَا تُشۡطِطۡ وَٱهۡدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ ٢٢
When they entered upon David and he was alarmed by them? They said, "Fear not. [We are] two adversaries, one of whom has wronged the other, so judge between us with truth and do not exceed [it] and guide us to the sound path.
Onlar Davudun yanına qəfil daxil olduqda, Davud onların belə qeyri-adi yolla içəri daxil olmasından əndişəyə düşdü. Onlar onun əndişəyə düşdüyünü gördükdə dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinə zülm etmişdir. Bizim aramızda ədalətlə hökm ver, aramızda hökm verdikdə haqqımızı tapdalama və bizə düz yolu - haqq yolu göstər!
38:23Page 454
إِنَّ هَٰذَآ أَخِي لَهُۥ تِسۡعٞ وَتِسۡعُونَ نَعۡجَةٗ وَلِيَ نَعۡجَةٞ وَٰحِدَةٞ فَقَالَ أَكۡفِلۡنِيهَا وَعَزَّنِي فِي ٱلۡخِطَابِ ٢٣
Indeed this, my brother, has ninety-nine ewes, and I have one ewe; so he said, 'Entrust her to me,' and he overpowered me in speech."
Höcətləşən o iki nəfərdən biri Davuda (aleyhissəlam) dedi: "Bu kişi mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. Məndən o qoyunu ona verməyi tələb etdi və mübahisədə mənə qalib gəldi.”
38:24Page 454
قَالَ لَقَدۡ ظَلَمَكَ بِسُؤَالِ نَعۡجَتِكَ إِلَىٰ نِعَاجِهِۦۖ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلۡخُلَطَآءِ لَيَبۡغِي بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَقَلِيلٞ مَّا هُمۡۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّٰهُ فَٱسۡتَغۡفَرَ رَبَّهُۥ وَخَرَّۤ رَاكِعٗاۤ وَأَنَابَ۩ ٢٤
[David] said, "He has certainly wronged you in demanding your ewe [in addition] to his ewes. And indeed, many associates oppress one another, except for those who believe and do righteous deeds - and few are they." And David became certain that We had tried him, and he asked forgiveness of his Lord1 and fell down bowing [in prostration] and turned in repentance [to Allāh].
Davud onların arasında hökm verib şikayət edən kimsəyə dedi: “Qardaşın sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə zülm etmişdir. Həqiqətən, şəriklərin bir qismi digərlərin haqqını yeyib insafsızlıq etməklə bir-birinin haqqını tapdalayır. Yalnız yaxşı işlər görən möminlərdən başqa. Onlar öz şəriklərinin haqqını layiqincə ödəyir və onlara zülm etmirlər. Belələri isə çox azdır.” Bunları dedikdən sonra Davud (aleyhissəlam) yəqin etdi ki, Biz bu mübahisə sayəsində onu sınağa çəkirik. Odur ki, dərhal Rəbbindən bağışlanma dilədi və səcdəyə qapanıb Ona tövbə etdi.
38:25Page 454
فَغَفَرۡنَا لَهُۥ ذَٰلِكَۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ ٢٥
So We forgave him that; and indeed, for him is nearness to Us and a good place of return.
Biz onun tövbəsini qəbul edib bu səhvi ona bağışladıq. Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün Axirətdə gözəl qayıdış yeri hazırlanmışdır.
38:26Page 454
يَٰدَاوُۥدُ إِنَّا جَعَلۡنَٰكَ خَلِيفَةٗ فِي ٱلۡأَرۡضِ فَٱحۡكُم بَيۡنَ ٱلنَّاسِ بِٱلۡحَقِّ وَلَا تَتَّبِعِ ٱلۡهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدُۢ بِمَا نَسُواْ يَوۡمَ ٱلۡحِسَابِ ٢٦
[We said], "O David, indeed We have made you a successor upon the earth, so judge between the people in truth and do not follow [your own] desire, as it will lead you astray from the way of Allāh." Indeed, those who go astray from the way of Allāh will have a severe punishment for having forgotten the Day of Account.
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik ki, dini və dünyəvi hökmləri və qərarları həyata keçirəsən. Odur ki, insanlar arasında ədalətlə hökm ver, hökm verdikdə nəfsin istəyinə uyma - iddiaçılardan biri sənin qoyumun, yaxud dostun, yaxud da düşmənin olduğuna görə yanlış qərar verməyə cəhd etmə, yoxsa nəfsin səni Allahın haqq yolundan azdırar. Həqiqətən, Allahın haqq yolundan azanlar haqq-hesab gününü unutduqları üçün onları şiddətli bir əzab gözləyir. Əgər onlar Allahın əzabını xatırlayıb ondan qorxsaydılar, nəfslərinin istəklərinə uymazdılar.
38:27Page 455
وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ ٢٧
And We did not create the heaven and the earth and that between them aimlessly. That is the assumption of those who disbelieve, so woe to those who disbelieve from the Fire.
Biz göyü və yeri əbəs yerə yaratmamışıq. Bu, kafirlərin zənnidir. Əgər o kafirlər küfr etdikləri və Allah barədə pis zənnə qapıldıqları halda ölsələr, vay bu cür zənn edən o kafirlərin qiyamət günü Odda əzab çəkəcəkləri halına!
38:28Page 455
أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ ٢٨
Or should We treat those who believe and do righteous deeds like corrupters in the land? Or should We treat those who fear Allāh like the wicked?
Biz Allaha iman gətirən və Onun rəsuluna tabe olan, üstəlik, yaxşı işlər görən kimsələri, küfr və asiliklər etməklə yer üzündə fitnə-fəsad törədən kimsələrə tay tumarıq. Eləcə də, Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinərək Ondan qorxan kimsələri, günaha batmış kafirlərə və münafiqlərə tay tutmarıq. Onları bir-birinə tay tutmaq haqsızlıqdır və belə etmək uca Allaha yaraşmaz. Əksinə, Allah təqvalı möminləri Cənnətə daxil etməklə mükafatlandırar, bədbəxt kafirləri isə Cəhənnəmə daxil etməklə cəzalandırar. Onlar Allah yanında eyni deyillər deyə, əməllərinin əvəzi də Onun yanında eyni ola bilməz.
38:29Page 455
كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٢٩
[This is] a blessed Book which We have revealed to you, [O Muḥammad], that they might reflect upon its verses and that those of understanding would be reminded.
Həqiqətən, bu Quran sənə nazil etdiyimiz xeyir və fayda ilə dolu bir Kitabdır ki, insanlar onun ayələrini araşdırıb mənaları barədə düşünsünlər və sağlam ağıl sahibləri də ondan ibrət götürsünlər.
38:30Page 455
وَوَهَبۡنَا لِدَاوُۥدَ سُلَيۡمَٰنَۚ نِعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٌ ٣٠
And to David We gave Solomon. An excellent servant, indeed he was one repeatedly turning back [to Allāh].
Biz Öz tərəfimizdən Davuda bir nemət olaraq və gözü aydın olsun deyə, oğlu Süleymanı bəxş etdik. Süleynman nə gözəl qul idi! O, Allaha tez-tez tövbə edər, Ona yalvarar və Ona üz tutardı.
38:31Page 455
إِذۡ عُرِضَ عَلَيۡهِ بِٱلۡعَشِيِّ ٱلصَّٰفِنَٰتُ ٱلۡجِيَادُ ٣١
[Mention] when there were exhibited before him in the afternoon the poised [standing] racehorses.
Xatırla ki, bir dəfə əsr vaxtı ona üç ayağı üstündə durub dördüncü ayağını qaldıran qaçağan cins atlar göstərildi. Beləliklə də, o cins atların ona göstərilməsi ta günəş batanadək davam et.
38:32Page 455
فَقَالَ إِنِّيٓ أَحۡبَبۡتُ حُبَّ ٱلۡخَيۡرِ عَن ذِكۡرِ رَبِّي حَتَّىٰ تَوَارَتۡ بِٱلۡحِجَابِ ٣٢
And he said, "Indeed, I gave preference to the love of good [things] over the remembrance of my Lord until it [i.e., the sun] disappeared into the curtain [of darkness]."
Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək mal-dövlətə - bu atlara olan sevgini Rəbbimi zikr etməkdən üstün tutdum və əsr namazını gecikdirdim.”
38:33Page 455
رُدُّوهَا عَلَيَّۖ فَطَفِقَ مَسۡحَۢا بِٱلسُّوقِ وَٱلۡأَعۡنَاقِ ٣٣
[He said], "Return them to me," and set about striking1 [their] legs and necks.
Süleyman: “O atları yanıma qaytarın!”– dedi və atları onun yanın gətirdilər. Süleyman qılıncla onların qıçlarını və boyunlarını vurmağa başladı.
38:34Page 455
وَلَقَدۡ فَتَنَّا سُلَيۡمَٰنَ وَأَلۡقَيۡنَا عَلَىٰ كُرۡسِيِّهِۦ جَسَدٗا ثُمَّ أَنَابَ ٣٤
And We certainly tried Solomon and placed on his throne a body;1 then he returned.2
Biz Süleymanı sınağa çəkib onun səltənət taxtının üstünə insan qiyafəsində olan bir şeytan qoyduq. Bu şeytan az bir müddət onun səltənətini idarə etdi. Sonra Allah, Süleymanın səltənəti özünə qayıtdı və şeytanları onun ixtiyarına verdi.
38:35Page 455
قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَهَبۡ لِي مُلۡكٗا لَّا يَنۢبَغِي لِأَحَدٖ مِّنۢ بَعۡدِيٓۖ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ ٣٥
He said, "My Lord, forgive me and grant me a kingdom such as will not belong to anyone after me. Indeed, You are the Bestower."
Süleyman dedi: “Ey Rəbbim! Mənim günahlarımı bağışla və mənə məxsusi olaraq elə bir səltənət ver ki, o, məndən sonra insanlardan heç kəsə nəsib olmasın. Ey Rəbbim, həqiqətən, Sən çox bəxşedənsən və olduqca səxavətlisən.
38:36Page 455
فَسَخَّرۡنَا لَهُ ٱلرِّيحَ تَجۡرِي بِأَمۡرِهِۦ رُخَآءً حَيۡثُ أَصَابَ ٣٦
So We subjected to him the wind blowing by his command, gently, wherever he directed,
Biz onun duasını qəbul etdik və küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. Küləyin güclü olmasına və sürətlə hərəkət etməsinə rəğmən o, çox dağıdıcı olmurdu və Süleyman onu istədiyi tərəfə yönəldirdi.
38:37Page 455
وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٖ وَغَوَّاصٖ ٣٧
And [also] the devils [of jinn] - every builder and diver
Həmçinin, şeytanları da ona ram etdik. Onlar onun əmrlərini yerinə yetirirdilər. Onlardan bəzisi bənna, bəzisi də dənizlərdən onun üçün mirvari çıxardan dalğıclar idi.
Bir çox azğın şeytanlar da ona ram edilmişdi. Onların əl-ayağına zəncirlər vurulduğuna görə hərəkət edə bilmirdilər.
38:39Page 455
هَٰذَا عَطَآؤُنَا فَٱمۡنُنۡ أَوۡ أَمۡسِكۡ بِغَيۡرِ حِسَابٖ ٣٩
[We said], "This is Our gift, so grant or withhold without account."
Ey Süleyman, bu, sənin Bizdən istədiyinə cavab olaraq, Bizim sənə verdiyimiz hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də, səndən (bu nemətlərdən istədiyinə) verib və ya vermədiyin barədə haqq-hesab tələb olunmayacaqdır.”
38:40Page 455
وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ ٤٠
And indeed, for him is nearness to Us and a good place of return.
Həqiqətən, Süleyman Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri - Cənnət hazırlanmışdır.
38:41Page 455
وَٱذۡكُرۡ عَبۡدَنَآ أَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلشَّيۡطَٰنُ بِنُصۡبٖ وَعَذَابٍ ٤١
And remember Our servant Job, when he called to his Lord, "Indeed, Satan has touched me with hardship and torment."
Ey Peyğəmbər, qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbi Allaha yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
38:42Page 455
ٱرۡكُضۡ بِرِجۡلِكَۖ هَٰذَا مُغۡتَسَلُۢ بَارِدٞ وَشَرَابٞ ٤٢
[So he was told], "Strike [the ground] with your foot; this is a [spring for a] cool bath and drink."
Biz ona dedik: “Ayağını yerə vur!" O, ayağını yerə vurduqda, oradan onun üçün su çıxdı ki, o bu sudan içsin və onunla yuyunsun, beləliklə də, ona zərər və əziyyət verən şeylər ondan uzaq olsun.
38:43Page 456
وَوَهَبۡنَا لَهُۥٓ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنَّا وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٤٣
And We granted him his family and a like [number] with them as mercy from Us and a reminder for those of understanding.
Biz onun duasını qəbul etdik, onun başına gəlmiş müsibəti ondan uzaqlaşdırdıq və ona həm övladlarını qaytardıq, həm də onlar qədər oğullar və nəvələr bəxş etdik ki, bu, Bizim tərəfimizdən onun üçün bir mərhəmət və səbir etdiyinə görə bir mükafat olsun, üstəlik, sağlam ağıl sahibləri də düşünsünlər ki, səbrin axırı sevinc və mükafatdır.
38:44Page 456
وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ ٤٤
[We said], "And take in your hand a bunch [of grass] and strike with it and do not break your oath."1 Indeed, We found him patient, an excellent servant. Indeed, he was one repeatedly turning back [to Allāh].
Əyyub zövcəsinə qəzəbləndikdə və ona yüz çubuq vuracağına and içdikdə, Biz ona dedik: “Ey Əyyub, andını yerini yetirmək üçün əlinə bir bağlama çubuq götür onu bir kərə vur və andını pozma.” Əyyub əlinə bir bağlama çubuq götürüb onu vurdu. Həqiqətən, Biz onun, Bizim ona göndərdiyimiz imtahana səbir etdiyini gördük. O, daim Allaha töbvə edər və Ona üz tutardı.
38:45Page 456
وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ ٤٥
And remember Our servants, Abraham, Isaac and Jacob - those of strength and [religious] vision.
Ey Peyğəmbr, seçib elçi göndərdiyimiz qullarımızı - İbrahimi, İshaqı və Yəqubu da yada sal! Onlar Allaha itaət etməyə və Onun rizasını qazanmağa qadir idilər, üstəlik, haqqı görən düzgün bəsirət sahibləri idilər.
38:46Page 456
إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ ٤٦
Indeed, We chose them for an exclusive quality: remembrance of the home [of the Hereafter].
Biz onlara məxsusi olaraq bir xislət bəxş edik. Bu da, onların qəlbinin axirət yurdunu anması, o günə hazırlıq olaraq yaxşı işlər görmələri və insanları o günə hazırlıq görmək üçün yaxşı işlər görməyə dəvət etmələridir.
38:47Page 456
وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ ٤٧
And indeed they are, to Us, among the chosen and outstanding.
Həqiqətən, onlar Bizim yanımızda, Bizə itaət və ibadət etmək, üstəlik, risalətimizi daşımaq və onu insanlara təbliğ etmək üçün seçdiyimiz ən yaxşı kimsələrdəndirlər.
38:48Page 456
وَٱذۡكُرۡ إِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَذَا ٱلۡكِفۡلِۖ وَكُلّٞ مِّنَ ٱلۡأَخۡيَارِ ٤٨
And remember Ishmael, Elisha and Dhul-Kifl, and all are among the outstanding.
Ey Peyğəmbər, İbrahimin oğlu İsmaili, əl-Yəsəi və Zülkifli də yada sal və onları ən gözəl təriflə tərif et! Onlar tərif olunmağa layiqdirlər. Onların hamısı Allah yanında, seşilmiş kimsələrdəndir.
38:49Page 456
هَٰذَا ذِكۡرٞۚ وَإِنَّ لِلۡمُتَّقِينَ لَحُسۡنَ مَـَٔابٖ ٤٩
This is a reminder. And indeed, for the righteous is a good place of return -
Bu, onlar üçün Quranda xatırlanan gözəl tərifdir. Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxanları Axirət yurdunda gözəl qayıdış yeri gözləyir.
38:50Page 456
جَنَّٰتِ عَدۡنٖ مُّفَتَّحَةٗ لَّهُمُ ٱلۡأَبۡوَٰبُ ٥٠
Gardens of perpetual residence, whose doors will be opened to them.
Bu gözəl qayıdış yeri cənnətlərdir. O qərar tutulacaq yer ki, onlar ora qiyamət günü daxil olacaqlar və onun qapıları onlar üçün təntənə ilə açılacaq.
38:51Page 456
مُتَّكِـِٔينَ فِيهَا يَدۡعُونَ فِيهَا بِفَٰكِهَةٖ كَثِيرَةٖ وَشَرَابٖ ٥١
Reclining within them, they will call therein for abundant fruit and drink.
Onlar orada özləri üçün bəzədilmiş taxtlara dirsəklənəcək və öz xidmətçilərindən tələb edəcəklər ki, onlar üçün istədikləri növbənöv çoxlu meyvələr, üstəlik, şərab və s. içkilər gətirsinlər.
38:52Page 456
۞ وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ أَتۡرَابٌ ٥٢
And with them will be women limiting [their] glances1 and of equal age.
Onların yanında gözlərini ərindən çəkməyən, başqalarına meyl etməyən həmyaşıd qadınlar olacaq.
38:53Page 456
هَٰذَا مَا تُوعَدُونَ لِيَوۡمِ ٱلۡحِسَابِ ٥٣
This is what you, [the righteous], are promised for the Day of Account.
Ey müttəqilər, bu, dünyada etdiyiniz saleh əməllərin əvəzi olaraq sizə qiyamət günü üçün vəd olunan gözəl mükafatdır.
38:54Page 456
إِنَّ هَٰذَا لَرِزۡقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ ٥٤
Indeed, this is Our provision; for it there is no depletion.
Zikr etdiyimiz bu mükafat, həqiqətən də, Bizim qiyamət günü müttəqilərə verdiyimiz ruzidir. O, davamlı ruzidir, nə tükənər, nə də bitər.
38:55Page 456
هَٰذَاۚ وَإِنَّ لِلطَّٰغِينَ لَشَرَّ مَـَٔابٖ ٥٥
This [is so]. But indeed, for the transgressors is an evil place of return -
Bu zikr etdiyimiz, müttəqilərin mükafatıdır. Küfr və asilik etməklə Allahın hüdudlarını aşan kimsələri isə müttəqilərin mükafatından fərli olan bir cəza gözləyir. Qiyamət günü onlar üçün pis qayıdış yeri vardır.
38:56Page 456
جَهَنَّمَ يَصۡلَوۡنَهَا فَبِئۡسَ ٱلۡمِهَادُ ٥٦
Hell, which they will [enter to] burn, and wretched is the resting place.
Bu cəza, onları hər tərəfdən bürüyəcək, istisi və alovu onları yandırıb-yaxacaq Cəhənnəmdir. Onların yatağı Cəhənnəm odundan olacaqdır. Onların yatağı nə pis yataqdır!
38:57Page 456
هَٰذَا فَلۡيَذُوقُوهُ حَمِيمٞ وَغَسَّاقٞ ٥٧
This - so let them taste it - is scalding water and [foul] purulence.
Bu əzab, olduqca qaynar su və Cəhənnəmdə əzab çəkən kimsələrin bədənindən axan irindir. Qoy onu içsinlər! Bu, onların susuzluğunu yatırmayan bir içkidir.
38:58Page 456
وَءَاخَرُ مِن شَكۡلِهِۦٓ أَزۡوَٰجٌ ٥٨
And other [punishments] of its type [in various] kinds.
Onlar üçün əzabın buna bənzər başqa növləri də vardır. Onlar üçün neçə-neçə başqa əzablar da var ki, onlar axirətdə ona düçar olacaqlar.
38:59Page 456
هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ ٥٩
[Its inhabitants will say], "This is a company bursting in with you. No welcome for them. Indeed, they will burn in the Fire."
Cəhənnəm əhli atəşə düçar olduqdan sonra onlar öz aralarında höcətləşib bir-birilərini söyəcək və bir-birilərindən uzaq olduqlarını deyəcəklər. Onlardan bəzisi deyəcək: “Bu, sizinlə birlikdə Cəhənnəmə girən dəstədir." O biriləri də onlara belə cavab verəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, biz odda əzab çəkdiyimiz kimi, onlar da odda əzab çəkəcəklər”.
38:60Page 456
قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ ٦٠
They will say, "Nor you! No welcome for you. You, [our leaders], brought this upon us, and wretched is the settlement."
Tabe olanlar öz başçılarına deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın, ey başçılar! Bizim bu ağrılı-acılı əzaba düçar olmağımıza səbəbkar sizsiniz. Siz bizi azdırıb yoldan çıxardırdınız. Onların hamısının qərar tutacağı bu Cəhənnəm odu, necə də pis qərar tutulan yerdir!”
38:61Page 456
قَالُواْ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدۡهُ عَذَابٗا ضِعۡفٗا فِي ٱلنَّارِ ٦١
They will say, "Our Lord, whoever brought this upon us - increase for him double punishment in the Fire."
Tabe olanlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə doğru yol göstəricisi gəldikdən sonra kim bizi azdırmışdırsa, onun Cəhənnəm atəşindəki əzabını ikiqat et!”
38:62Page 457
وَقَالُواْ مَا لَنَا لَا نَرَىٰ رِجَالٗا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلۡأَشۡرَارِ ٦٢
And they will say, "Why do we not see men whom we used to count among the worst?1
Azğın təkəbbürlü kimsələr deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən bədbəxt insanlar saydığımız və Cəhənnəm əhlindən olacaqlarını güman etdiyimiz kəsləri yanımızda - bu atəşin içində görmürük?
38:63Page 457
أَتَّخَذۡنَٰهُمۡ سِخۡرِيًّا أَمۡ زَاغَتۡ عَنۡهُمُ ٱلۡأَبۡصَٰرُ ٦٣
Is it [because] we took them in ridicule, or has [our] vision turned away from them?"
Bizim onları lağa qoymağımız və onlara istehza etməyimiz yanlış idimi ki, onlar əzaba düçar olmayıblar?! Yoxsa, bizim onlara istehza etməyimiz doğru idi və onlar da Cəhənnəmə düşüblər, lakin gözümüzə dəymirlər?!”
38:64Page 457
إِنَّ ذَٰلِكَ لَحَقّٞ تَخَاصُمُ أَهۡلِ ٱلنَّارِ ٦٤
Indeed, that is truth [i.e., reality] - the quarreling of the people of the Fire.
Qiyamət günü kafirlərin öz aralarında höcətləşməsi barədə söylədiklərimiz, əlbəttə ki, içində heç bir şəkk-şübhə olmayan bir həqiqətdir.
38:65Page 457
قُلۡ إِنَّمَآ أَنَا۠ مُنذِرٞۖ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ٦٥
Say, [O Muḥammad], "I am only a warner, and there is not any deity except Allāh, the One, the Prevailing,1
Ey Muhəmməd, qövmünün kafirlərinə de: “Mən sizi, Allaha küfr etdiyinizə və Onun peyğəmbərlərini yalançı saydığınıza görə, Allahın əzabına düçar olacağınız barədə xəbərdarlıq edənəm. Əzəməti, sifətləri və isimləri xüsusunda tək olan, hər şeyə üstün gələn və hər şeyi Özünə ram edən pak və müqəddəs Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”.
38:66Page 457
رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلۡعَزِيزُ ٱلۡغَفَّٰرُ ٦٦
Lord of the heavens and the earth and whatever is between them, the Exalted in Might,1 the Perpetual Forgiver."2
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O Öz səltənətində yenilməz qüvvət sahibidir, üstəlik, tövbə edən qullarını bağışlayandır.
Ey Peyğəmbər, haqqı yalan sayan o kəslərə de: “Bu Quran böyük bir xəbərdir.
Siz isə bu böyük xəbərdən üz döndərirsiniz, ona tərəf heç üz tutmursunuz.
38:69Page 457
مَا كَانَ لِيَ مِنۡ عِلۡمِۭ بِٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰٓ إِذۡ يَخۡتَصِمُونَ ٦٩
I had no knowledge of the exalted assembly [of angels] when they were disputing [the creation of Adam].
Əgər Allah mənə vəhy nazil edib məni öyrətməsəydi, mələklərin Adəmin yaradılışı haqqında öz aralarında etdikləri söhbətdən mənim xəbərim olmazdı.
38:70Page 457
إِن يُوحَىٰٓ إِلَيَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ ٧٠
It has not been revealed to me except that I am a clear warner."
Allah bu xəbərləri mənə, yalnız Onun əzabı ilə açıq-aydın qorxudan bir peyğəmbər olduğum üçün vəhy edir".
38:71Page 457
إِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن طِينٖ ٧١
[So mention] when your Lord said to the angels, "Indeed, I am going to create a human being from clay.
Xatırla ki, bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam - yəni Adəmi (aleyhissəlam).
38:72Page 457
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ ٧٢
So when I have proportioned him and breathed into him of My [created] soul,1 then fall down to him in prostration."
Mən onun yaradılışını tamamlayıb insan şəklinə saldığım və ona Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”
38:73Page 457
فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ ٧٣
So the angels prostrated - all of them entirely,
Mələklər Rəbbinin əmrini yerinə yetirib hamısı birlikdə Adəmə hörmət əlaməti olaraq səcdə etdi. Beləliklə də, aralarında Adəmə səcdə etməyən birisi qalmadı.
38:74Page 457
إِلَّآ إِبۡلِيسَ ٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ ٧٤
Except Iblees;1 he was arrogant and became among the disbelievers.
Yalnız İblisdən başqa! O, səcdə etməyə təkəbbür göstərdi və Rəbbinin əmrinə boyun əyməyə tökəbbür göstərdiyinə görə kafirlərdən oldu.
38:75Page 457
قَالَ يَٰٓإِبۡلِيسُ مَا مَنَعَكَ أَن تَسۡجُدَ لِمَا خَلَقۡتُ بِيَدَيَّۖ أَسۡتَكۡبَرۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡعَالِينَ ٧٥
[Allāh] said, "O Iblees, what prevented you from prostrating to that which I created with My hands?1 Were you arrogant [then], or were you [already] among the haughty?"
Allah buyurdu: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma Adəmə səcdə etməyə nə mane oldu? Səcdə etməyə sənə təkəbbür mane oldu, yoxsa sən elə bundan əvvəl də, Rəbbinə qarşı təkəbbür göstərən və özünü yüksək tutan birisi idin?”
38:76Page 457
قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ ٧٦
He said, "I am better than him. You created me from fire and created him from clay."
İblis dedi: “Mən Adəmdən daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”. Bu İblisin, odun palçıqdan daha üstün ünsür olduğunu iddia etməsinə görə idi.
38:77Page 457
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ ٧٧
[Allāh] said, "Then get out of it [i.e., Paradise], for indeed, you are expelled.
Allah İblisə belə buyurdu: “Cənnətdən çıx! Sən artıq rəhmətimdən qovulmuş və məzəmmət olunmuş birisən!
38:78Page 457
وَإِنَّ عَلَيۡكَ لَعۡنَتِيٓ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ ٧٨
And indeed, upon you is My curse until the Day of Recompense."
Haqq-hesab gününədək - qiyamətə qədər Cənnətdən qovulmuş olacaqsan!”
38:79Page 457
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ٧٩
He said, "My Lord, then reprieve me until the Day they are resurrected."
İblis dedi: “Ey Rəbbim! Qullarını dirildəcəyin günə qədər mənə möhlət ver, məni öldürmə.”
38:80Page 457
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ٨٠
[Allāh] said, "So indeed, you are of those reprieved
Allah buyurdu: “Sən möhlət verilənlərdənsən.
Həlak olacağına dair təyin edilmiş məlum olan günə qədər!”
38:82Page 457
قَالَ فَبِعِزَّتِكَ لَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ ٨٢
[Iblees] said, "By Your might, I will surely mislead them all
İblis dedi: “Sənin qüdrətinə və qüvvətinə and olsun ki, Adəm övladlarının hamısını yoldan çıxaracağam;
Yalnız Sənin mənim hiyləmdən qoruduğun və təkcə Öz ibadətin üçün seçdiyin qullarından başqa!”
38:84Page 458
قَالَ فَٱلۡحَقُّ وَٱلۡحَقَّ أَقُولُ ٨٤
[Allāh] said, "The truth [is My oath], and the truth I say -
Uca Allah buyurdu: “Mənim dediyim haqdır! Mən yalnız haqqı deyirəm. Mən haqdan başqa bir söz demirəm.
38:85Page 458
لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنۡهُمۡ أَجۡمَعِينَ ٨٥
[That] I will surely fill Hell with you and those of them that follow you all together."
Qiyamət günü Mən Cəhənnəmi səninlə və sənin küfründə sənə tabe olan Adəm övladlarının hamısı ilə dolduracağam!”
38:86Page 458
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُتَكَلِّفِينَ ٨٦
Say, [O Muḥammad], "I do not ask you for it [i.e., the Qur’ān] any payment, and I am not of the pretentious.
Ey Peyğəmbər, o müşriklərə de: “Mən sizə təbliğ etdiyim nəsihətlərin əvəzinə sizdən heç bir mükafat istəmirəm və mənim, özümə əmr edilənlərdən artıq bir şey təbliğ etməyə ixtiyarım çatmır.
Bu, Quran (ibadət etmək üçün) mükəlləf edilmiş insanlar və cinlər üçün ancaq bir xatırlatmadır.
38:88Page 458
وَلَتَعۡلَمُنَّ نَبَأَهُۥ بَعۡدَ حِينِۭ ٨٨
And you will surely know [the truth of] its information after a time."
Siz bir müddətdən sonra - öləcəyiniz zaman, bu Quranın verdiyi xəbərin və bu xəbərin doğru olduğunu mütləq biləcəksiniz!”
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences