Al-MukhtasarAl‑Isra · 17:1–67

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

الإسراء

Al-Isra

The Night Journey · Meccan · 111 ayahs

17:1Page 282

سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ١

Exalted1 is He who took His Servant [i.e., Prophet Muḥammad (ﷺ)] by night from al-Masjid al-Ḥarām to al-Masjid al-Aqṣā,2 whose surroundings We have blessed, to show him of Our signs. Indeed, He is the Hearing,3 the Seeing.4

Uca Allah, Özündən başqa heç kimsənin gücü yetmədiyi şeylərə gücü yetdiyindən dolayı bütün eyib və nöqsanlardan pak və ucadır. Qadir olduğumuz ayələrimizin bəzisini göstərmək üçün Öz qu­lu­ Muhammədi (sallallahu aleyhi və səlləm) gecənin bir vax­tında ruhi və cəsədi ilə yuxuda deyil, əksinə o, ayığ ikən Məscidul­ha­ram­dan ətrafına meyvələr, əkinlər və Peyğəmbərlərin - səllallahu aleyhi və səlləm - orada yerləşməsi ilə xe­yir - bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran yalnız pak olan Allahdır. Hə­qiqə­tən, Allah hər şeyi eşidəndir, Ona heç bir şey gizli qalmaz və hər şeyi gö­rən­dir və heç bir şey Onun gözündən qaçmaz!

17:2Page 282

وَءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُواْ مِن دُونِي وَكِيلٗا ٢

And We gave Moses the Scripture and made it a guidance for the Children of Israel that you not take other than Me as Disposer of affairs,1

Biz Musaya - aleyhissəlam - Tövrat verdik və onu İsrail oğullarına doğ­ru yol gös­təricisi etdik. Biz İsrail oğullarına belə dedik: "İşlərinizi başqasına həvalə edərək Məndən qeyrisini özü­nü­zə hi­mayədar qəbul etməyin, əksinə, bütün işlərinizi Mənə həvalə edin!"

17:3Page 282

ذُرِّيَّةَ مَنۡ حَمَلۡنَا مَعَ نُوحٍۚ إِنَّهُۥ كَانَ عَبۡدٗا شَكُورٗا ٣

O descendants of those We carried [in the ship] with Noah. Indeed, he was a grateful servant.

Siz, Allahın Nuh - aleyhissəlam - ilə birlikdə tufanda boğulmaqdan xilas etdiyi kimsələrin nəslindənsiniz. Bu neməti əsla yaddan çıxarmayın. Elə isə tək Allaha ibadət və itaət edərək, Ona şükür edin və bu işdə Nuha tabe olun, çünki o, Uca Allaha çoxlu şükür edərdi!

17:4Page 282

وَقَضَيۡنَآ إِلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ فِي ٱلۡكِتَٰبِ لَتُفۡسِدُنَّ فِي ٱلۡأَرۡضِ مَرَّتَيۡنِ وَلَتَعۡلُنَّ عُلُوّٗا كَبِيرٗا ٤

And We conveyed1 to the Children of Israel in the Scripture that, "You will surely cause corruption on the earth twice, and you will surely reach [a degree of] great haughtiness."

Biz Tövratda İsrail oğul­la­rına: "Siz günahlar və insanlara qarşı təkəbbürlük etməklə yer üzündə iki dəfə fitnə-fəsad tö­rə­də­cək­ və insanlara zülm edib, həddinizi aşaraq, insanlar üzərində lovğalıq edəcəksiniz!" – deyə xəbər ver­dik.

17:5Page 282

فَإِذَا جَآءَ وَعۡدُ أُولَىٰهُمَا بَعَثۡنَا عَلَيۡكُمۡ عِبَادٗا لَّنَآ أُوْلِي بَأۡسٖ شَدِيدٖ فَجَاسُواْ خِلَٰلَ ٱلدِّيَارِۚ وَكَانَ وَعۡدٗا مَّفۡعُولٗا ٥

So when the [time of] promise came for the first of them,1 We sent against you servants of Ours - those of great military might, and they probed [even] into the homes,2 and it was a promise fulfilled.

Onlar iki fəsaddan birincisini etdikləri zaman üstlərinə onları öldürən və yurdlarından didərgin salan çox qüv­vət­li qulla­rı­mızı gön­dər­dik. Onlar da yur­dunuzda gə­zib dola­şıb və əllərinə keçən hər bir şeyi viran qoyurdular. Bu, Allahın yerinə yetirəcəyi və gercəkləşəcək bir vəd idi.

17:6Page 282

ثُمَّ رَدَدۡنَا لَكُمُ ٱلۡكَرَّةَ عَلَيۡهِمۡ وَأَمۡدَدۡنَٰكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَجَعَلۡنَٰكُمۡ أَكۡثَرَ نَفِيرًا ٦

Then We gave back to you a return victory over them. And We reinforced you with wealth and sons and made you more numerous in manpower.

Ey İsrail oğul­la­rı! Siz etdiyiniz günahlardan Allaha tövbə etdikdən sonra, Allah sizə düşmənləriniz üzə­rin­də qələbə nəsib edərək dövlətinizi onlardan geri alıb yenidən sizə verdi və onların əlinizdən aldıqları var-dövlətinizi və oğul-uşaqlarınızı sizə qaytarmaqla sizə yar­dım etdi, beləliklə də, sa­yınızı düşməninizin sayından daha çox etdi.

17:7Page 282

إِنۡ أَحۡسَنتُمۡ أَحۡسَنتُمۡ لِأَنفُسِكُمۡۖ وَإِنۡ أَسَأۡتُمۡ فَلَهَاۚ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ لِيَسُـُٔواْ وُجُوهَكُمۡ وَلِيَدۡخُلُواْ ٱلۡمَسۡجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٖ وَلِيُتَبِّرُواْ مَا عَلَوۡاْ تَتۡبِيرًا ٧

[And said], "If you do good, you do good for yourselves; and if you do evil, [you do it] to them [i.e., yourselves]." Then when the final [i.e., second] promise came, [We sent your enemies] to sadden your faces and to enter the masjid [i.e., the temple in Jerusalem], as they entered it the first time, and to destroy what they had taken over with [total] destruction.

Ey İsrail oğul­la­rı! Əgər sizdən tələb olunan şəkildə yaxşı əməl etsəniz, bunun savabı yalnız sizə qayıdar. Allahın sizin əməllərinizə heç bir ehtiyacı yoxdur. Əgər pis əməllər etmiş olsanız bununda zərəri yalnız öz əleyhinizə dönər. Yaxşı əməllərinizin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinizin də Allaha heç bir zərəri olmaz. İkinci fəsadınızın zamanı gəldikdə sizi zəlil halala salsınlar, sizə müxtəlif növ əzab verməklə üzü­nü­zü qaraltsınlar, birinci dəfə Qüd­sdəki məscidə girib oranı dar­­ma­da­ğın etdikləri kimi yenidən oranı darmadağın etsinlər və məmləkətinizdə əllərinə keçən hər bir şeyi viran halına salmaları de­yə düşmən­lərinizi yenidən üs­­tü­nüzə göndərdik.

17:8Page 283

عَسَىٰ رَبُّكُمۡ أَن يَرۡحَمَكُمۡۚ وَإِنۡ عُدتُّمۡ عُدۡنَاۚ وَجَعَلۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ حَصِيرًا ٨

[Then Allāh said], "It is expected, [if you repent], that your Lord will have mercy upon you. But if you return [to sin], We will return [to punishment]. And We have made Hell, for the disbelievers, a prison-bed."

Ey İsrail oğulları! Siz bu şiddətli intiqamdan sonra tövbə edib, yaxşı əməllər etsəniz, ola bilsin ki, Rəbbiniz si­zə rəhm etsin. Əgər təkrarən üçünci dəfə və ya bundan daha çox fəsad tö­rət­mə­yə qayıt­sa­nız, Biz də təkrarən sizdən intiqam almağa və sizi cəzalandırmağa qayıdarıq. Biz Cə­hən­­nəmi ka­firlər üçün heç vaxt çıxa bilməyəcəkləri və orada əbədi olaraq qalacaqları bir yer etdik.

17:9Page 283

إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَهۡدِي لِلَّتِي هِيَ أَقۡوَمُ وَيُبَشِّرُ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرٗا كَبِيرٗا ٩

Indeed, this Qur’ān guides to that which is most suitable and gives good tidings to the believers who do righteous deeds that they will have a great reward

Həqiqətən, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran in­san­ları ən doğru yola, İslam yoluna yönəldir və Allaha iman edərək yax­şı işlər gö­rən mömin­lərə, Allah yanında onlar üçün onları sevindirəcək böyük bir mü­ka­fatın olacağı ilə müjdə verir.

17:10Page 283

وَأَنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا ١٠

And that those who do not believe in the Hereafter - We have prepared for them a painful punishment.

Bu Quran, Qiyamət gününə iman gətirmə­yən­ləri üzüb, kədərli edən, Qiyamət günü onlar üçün ağrılı-acılı bir əzabın ha­zır­landığını xəbər verər!

17:11Page 283

وَيَدۡعُ ٱلۡإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلۡخَيۡرِۖ وَكَانَ ٱلۡإِنسَٰنُ عَجُولٗا ١١

And man supplicates for evil [when angry] as he supplicates for good, and man is ever hasty.1

İnsan xeyirli bir şeyi istəyərək dua etdiyi kimi, cahilliyindən dolayı qəzəbləndikdə, özünə, övladına və mal-dövlətinə müsibət gəlməsi üçün bəd dua edər. Əgər Biz həmin şəxsin bəd duasını qəbul etsək, dərhal onun özü, övladı və mal-dövləti məhv olar. İn­san tələskən xasiyyətli yaradıldığı kimi, özünə zərər verən şeylərdə də tələsən­dir.

17:12Page 283

وَجَعَلۡنَا ٱلَّيۡلَ وَٱلنَّهَارَ ءَايَتَيۡنِۖ فَمَحَوۡنَآ ءَايَةَ ٱلَّيۡلِ وَجَعَلۡنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبۡصِرَةٗ لِّتَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡ وَلِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ وَكُلَّ شَيۡءٖ فَصَّلۡنَٰهُ تَفۡصِيلٗا ١٢

And We have made the night and day two signs, and We erased the sign of the night and made the sign of the day visible1 that you may seek bounty from your Lord and may know the number of years and the account [of time]. And everything We have set out in detail.

Gecə və gündüz arasında uzunluq, qısalıq, istilik və soyuqluq baxımından fərqlər olduğu üçün, Biz gecə və gündüzü Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən iki əlamət olaraq yaratdıq. Gecəni yatıb istirahət etməniz üçün zülmət qaranlıq etdik. İnsanların görməsi və yer üzündə gəzib dolaşaraq ruzi qazanmaları üçün gündüzü də işıqlı, nurlu etdik. Siz il­lə­rin, ayların, günlərin və saatların sayını və he­sabı biləsiniz deyə, gecə və gündüzü bir-birini təqib edən bir şəkildə yaratdıq. Əşyaların bir-birindən və həmçinin haqqı batildən ayırd edilməsi üçün Biz hər bir şeyi açıq-aydın təf­silatı ilə izah et­dik.

17:13Page 283

وَكُلَّ إِنسَٰنٍ أَلۡزَمۡنَٰهُ طَٰٓئِرَهُۥ فِي عُنُقِهِۦۖ وَنُخۡرِجُ لَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ كِتَٰبٗا يَلۡقَىٰهُ مَنشُورًا ١٣

And [for] every person We have imposed his fate upon his neck,1 and We will produce for him on the Day of Resurrection a record which he will encounter spread open.

Biz hər bir insanın etdiyi əmə­lini boyunbağı kimi onun boy­nundan asar və əmələrinə görə haqq-hesab olunana qədər ondan ayrılmaz. Qi­ya­mət gü­­nü isə içərisində etdiyi bütün xeyir və şər əməllər olan kitabını açıq vəziy­yət­də qarşısına qoyular.

17:14Page 283

ٱقۡرَأۡ كِتَٰبَكَ كَفَىٰ بِنَفۡسِكَ ٱلۡيَوۡمَ عَلَيۡكَ حَسِيبٗا ١٤

[It will be said], "Read your record. Sufficient is yourself against you this Day as accountant."

O gün Biz ona belə deyərik: "Ey İnsan! Kitabını oxu! Etdiyin əməllərə görə özün-özünü hesaba çək­. Qiyamət günü özün öz nəfsini hesaba çəkməyə ye­tər!"

17:15Page 283

مَّنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبۡعَثَ رَسُولٗا ١٥

Whoever is guided is only guided for [the benefit of] his soul. And whoever errs only errs against it. And no bearer of burdens will bear the burden of another. And never would We punish until We sent a messenger.

Kim iman edərək hidayət yoluna yönəlsə, bunun savabı yalnız onun özünə olar, kim az­ğın­lı­ğa düşsə, bunun ziyanı da yalnız onun öz əleyhinə olar. Heç bir kəs baş­qasının günahını da­şı­maz. Biz heç bir qövmə elçi gön­dər­ərək hüccət qaldırmadıqca əzab ver­mərik!

17:16Page 283

وَإِذَآ أَرَدۡنَآ أَن نُّهۡلِكَ قَرۡيَةً أَمَرۡنَا مُتۡرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيۡهَا ٱلۡقَوۡلُ فَدَمَّرۡنَٰهَا تَدۡمِيرٗا ١٦

And when We intend to destroy a city, We command its affluent1 but they defiantly disobey therein; so the word [i.e., deserved decree] comes into effect upon it, and We destroy it with [complete] destruction.

Biz bir məmləkəti, etdikləri günahlardan dolayı məhv etmək istədiyimiz zaman, nemətin azdırdığı kimsələrə Alla­ha itaət etmələrini əmr edərik. Onlar isə Allahın əmrinə tabe olmayıb, Allaha qarşı üsyan edərək Ona itaət etməkdən uzaq durarlar. Buna görə də onlar özlərini tamamən yox edəcək bir əzabın öz üzərlərində gəlməsinə layiq olarlar və be­ləcə Biz onları yerlə yeksan edən bir əzabla məhv edərik.

17:17Page 283

وَكَمۡ أَهۡلَكۡنَا مِنَ ٱلۡقُرُونِ مِنۢ بَعۡدِ نُوحٖۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ١٧

And how many have We destroyed from the generations after Noah. And sufficient is your Lord, concerning the sins of His servants, as Aware and Seeing.

Biz Nuhdan sonra Ad və Səmud qövmləri kimi, peyğəmbərləri yalan sayan neçə-neçə ümmətlər məhv etdik. Ey Peyğəmbər! Rəb­bi­nin, qullarının günahlarını bil­məsi və görməsi bəs edər. Allaha heç bir şey gizli qalmaz. Allah onların dünyada ikən etdikləri əməllərin qarşılığını verəcəkdir.

17:18Page 284

مَّن كَانَ يُرِيدُ ٱلۡعَاجِلَةَ عَجَّلۡنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلۡنَا لَهُۥ جَهَنَّمَ يَصۡلَىٰهَا مَذۡمُومٗا مَّدۡحُورٗا ١٨

Whoever should desire the immediate1 - We hasten for him from it what We will to whom We intend. Then We have made for him Hell, which he will [enter to] burn, censured and banished.

Kim yaxşı əməllər etməklə müvəqqəti dün­ya­ həyatını istəsə və axirət həyatına iman etməyib heç buna əhəmiyyət verməsə, dünya həyatında onun istədiyi kimi yox, yalnız Bizim onun üçün istədiyimiz nemətləri dər­hal ona verərik. Nəhayət, Qiyamət günü onu, müvəqqəti dünya həyatını, əbədi axirət həyatından üstün tutduğuna görə qı­nan­mış və Allahın rəhmə­tin­dən qovul­muş halda, hərarətindən əzab çəkəcəyi Cə­hən­nəm atəçinə daxil edərik.

17:19Page 284

وَمَنۡ أَرَادَ ٱلۡأٓخِرَةَ وَسَعَىٰ لَهَا سَعۡيَهَا وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ كَانَ سَعۡيُهُم مَّشۡكُورٗا ١٩

But whoever desires the Hereafter and exerts the effort due to it while he is a believer - it is those whose effort is ever appreciated [by Allāh].

Kim də yaxşı əməllər etməklə axirət həyatını istəyərək riyadan və şan-şöhrətdən uzaq olarsa və Allahın iman etməsini vacib etdiyi şeylərə iman edərsə, məhz bu vəsflərə sahib olan kimsələr Allah yanında əməlləri qəbul edilən kimsələrdir. Allah bu kimsələrin etdikləri yaxşı əməllərinin mükafatın onlara verəcəkdir.

17:20Page 284

كُلّٗا نُّمِدُّ هَٰٓؤُلَآءِ وَهَٰٓؤُلَآءِ مِنۡ عَطَآءِ رَبِّكَۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحۡظُورًا ٢٠

To each [category] We extend - to these and to those - from the gift of your Lord. And never has the gift of your Lord been restricted.

Ey Peyğəmbər! Rəbbin, günahkar və sleh olan hər iki insan toplumuna Öz nemətlərini naqislik edilmədən kamil şəkildə əta edər. Rəbbi­nin əta etdiyi bu nemətlər dünyada ikən nə günahkara, nə də saleh bir kimsəyə qadağan edilməz.

17:21Page 284

ٱنظُرۡ كَيۡفَ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۚ وَلَلۡأٓخِرَةُ أَكۡبَرُ دَرَجَٰتٖ وَأَكۡبَرُ تَفۡضِيلٗا ٢١

Look how We have favored [in provision] some of them over others. But the Hereafter is greater in degrees [of difference] and greater in distinction.

Ey Peyğəmbər! İnsanların günahkar və ya saleh olmasından aslı olmayaraq dünyada ikən onla­rın birini di­gərindən var-dövlət, cah-cəlal və san-şöhrət baxımından necə üstün etdyimizə bir fikir ver. Axirətdə verilən nemətlər isə dünya həyatında verilən nemətlərdən dərəcə baxımından daha fərqli və daha böyükdür. Elə isə qoy mömin kimsə, axirət nemətlərinə nail olmaq üçün daha çox həris olsun!

17:22Page 284

لَّا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقۡعُدَ مَذۡمُومٗا مَّخۡذُولٗا ٢٢

Do not make [as equal] with Allāh another deity and [thereby] become censured and forsaken.

Ey İnsan! Özünə, Allahla yanaşı başqa mə­bud qəbul edib, ona iba­dət etmə. Yoxsa Allah yanında qınanmış və saleh qullar yanında təriflənməyən, rəzil, alçaq hala düşən və başlı-başına buraxılmış bir vəziyyətdə qalarsan.

17:23Page 284

۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنًاۚ إِمَّا يَبۡلُغَنَّ عِندَكَ ٱلۡكِبَرَ أَحَدُهُمَآ أَوۡ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفّٖ وَلَا تَنۡهَرۡهُمَا وَقُل لَّهُمَا قَوۡلٗا كَرِيمٗا ٢٣

And your Lord has decreed that you worship not except Him, and to parents, good treatment. Whether one or both of them reach old age [while] with you, say not to them [so much as], "uff,"1 and do not repel them but speak to them a noble word.

Ey İnsan! Rəbbin yalnız Ona iba­dət etməyi, Ondan başqa heç bir məbuda ibadət etməməyi və ata-ana ilə, ələlxüsus da onların qocalıq vaxtında yaxşı dav­ran­­mağı əmr etmişdir. Əgər ata-anadan hər hansı biri və ya hər iki­si sə­nin ya­nın­da qocalıq yaşına çatarsa, onlara, qəlblərini qıran bir söz belə demə, üstlərinə qış­qır­ıb onlarla kobud, sərt və qaba rəftar etmə, əksinə, onlarla gözəl əxlaqla rəftar edib, onlara xoş, ürəyəyatan və yumşaq söz söylə!

17:24Page 284

وَٱخۡفِضۡ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحۡمَةِ وَقُل رَّبِّ ٱرۡحَمۡهُمَا كَمَا رَبَّيَانِي صَغِيرٗا ٢٤

And lower to them the wing of humility out of mercy and say, "My Lord, have mercy upon them as they brought me up [when I was] small."

Onların hər ikisinə rəhm və təvazökarlıq edərək: "Ey Rəbbim! On­lar məni körpəliyimdən tər­bi­yə edib bö­yütdük­ləri üçün bu gün də Sən onlara mərhəmət et!" – de.

17:25Page 284

رَّبُّكُمۡ أَعۡلَمُ بِمَا فِي نُفُوسِكُمۡۚ إِن تَكُونُواْ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلۡأَوَّٰبِينَ غَفُورٗا ٢٥

Your Lord is most knowing of what is within yourselves. If you should be righteous [in intention] - then indeed He is ever, to the often returning [to Him], Forgiving.1

Ey İnsanlar! Rəbbiniz, Ona etdiyiniz ibadətləri, gördüyünüz saleh əməlləri və ata-anaya yaxşılıq edərkən qəlbinizdəki ixlası çox yaxşı bilir. Əgər etdiyiniz ibadətlərinizdə, ata-anaya və başqalarına qarşıolan rəftarınızda niyyətiniz yaxşı olarsa, bilin ki, hə­qiqətən də, Uca Allah, günah etdikdən sonra tövbə edib, Allaha tərəf qayıdanları ba­ğış­la­yan­dır. Kim, Allahın və valideyinlərinin itaətdində yol verdiyi naqislikdən tövbə edərsə, Uca Allah onu bağışlayıb, əfv edər!

17:26Page 284

وَءَاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرۡ تَبۡذِيرًا ٢٦

And give the relative his right, and [also] the poor and the traveler, and do not spend wastefully.1

Ey Mömin! Qohuma, yox­sula, azüqəsi tükənib yarı yolda qalmış mü­safirə haqqını ver. Allahın sənə bəxş etdiyi malı, Allaha asi olan şeylərə və ya israf edərək gərəksiz yerə sərf etmə!

17:27Page 284

إِنَّ ٱلۡمُبَذِّرِينَ كَانُوٓاْ إِخۡوَٰنَ ٱلشَّيَٰطِينِۖ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِرَبِّهِۦ كَفُورٗا ٢٧

Indeed, the wasteful are brothers of the devils, and ever has Satan been to his Lord ungrateful.

Şübhəsiz ki, mallarını Allaha asi olan yerlərə sərf edib, israfçılıqla xərcləyənlər şey­tan­ların qardaşlarıdır. Şeytan onlara, mallarını israf edərək xərcləmələrini əmr edər, onlarda şeytanın əmrinə boyun əyib malllarını şeytanın istədiyi kimi xərcləyərlər. Şeytan isə Rəb­binə qarşı çox nankor bir məxluqdur. O yalnız günah işlər görər və yalnız Rəbbini qəzəbləndirən şeyləri əmr edər.

17:28Page 285

وَإِمَّا تُعۡرِضَنَّ عَنۡهُمُ ٱبۡتِغَآءَ رَحۡمَةٖ مِّن رَّبِّكَ تَرۡجُوهَا فَقُل لَّهُمۡ قَوۡلٗا مَّيۡسُورٗا ٢٨

And if you [must] turn away from them [i.e., the needy] awaiting mercy from your Lord which you expect,1 then speak to them a gentle word.

Əgər Allahın sənə ruzi bəxş edəcəyini gözləyirsənsə və imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə ən azından bu zaman onlara könüllərini alan yumuşaq, xoş söz söylə. Ruzilərinin genişlənməsi üçün dua et. Yaxud uca Allah sənə bir ruzi bəxş etdikdə, o ruzidən onlara verəcəyinə dair vəd ver!

17:29Page 285

وَلَا تَجۡعَلۡ يَدَكَ مَغۡلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبۡسُطۡهَا كُلَّ ٱلۡبَسۡطِ فَتَقۡعُدَ مَلُومٗا مَّحۡسُورًا ٢٩

And do not make your hand [as] chained to your neck1 or extend it completely2 and [thereby] become blamed and insolvent.

Nə əlini xərcləməkdən sıxıb saxlama, nə də ki, xərclədikdə israfa yol vermə. Xərcləməkdən paxıllıq edib, əlini sıxıb saxlasan yaxud da işrafçılıq edərək əlində olanın hamısını xərcləyib axırda özünə xərcləməyə bir şey tapmasan, bu zaman insanlar tərəfindən qı­nanmış və məzəmmət olunmuş bir və­ziy­yətdə qalarsan. Elə isə xərclədikdə bunun ikisinin arasında özünə bir yol tut!

17:30Page 285

إِنَّ رَبَّكَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ٣٠

Indeed, your Lord extends provision for whom He wills and restricts [it]. Indeed He is ever, concerning His servants, Aware and Seeing.

Həqiqətən, Rəbbin müəyyən bir hikmətdən dolayı, istə­di­yi­ kimsənin ru­zisini genişləndirər, istə­di­yi­ kimsənin də ruzisini daraldar. Şübhə­siz ki, O, qullarından xəbərdardır və onları görür. Onlardan heç bir şey uca Allaha gizli qalmaz. Allah Öz qullarını istədiyi kimi idarə edər.

17:31Page 285

وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُمۡ خَشۡيَةَ إِمۡلَٰقٖۖ نَّحۡنُ نَرۡزُقُهُمۡ وَإِيَّاكُمۡۚ إِنَّ قَتۡلَهُمۡ كَانَ خِطۡـٔٗا كَبِيرٗا ٣١

And do not kill your children for fear of poverty. We provide for them and for you. Indeed, their killing is ever a great sin.

Gələcəkdə uşaqlarınıza xərclədiyinizdən dolayı yox­sulluq qorxusundan onları öldürməyin. On­la­rın da, sizin də ruzinizi Biz veri­rik. Onları öldür­mək, hə­qi­qətən də, Allah yanında böyük bir günahdır. Çünki onların öldürülməsi üçün nə bir günahları, nə də ki, bir səbəb vardır.

17:32Page 285

وَلَا تَقۡرَبُواْ ٱلزِّنَىٰٓۖ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَسَآءَ سَبِيلٗا ٣٢

And do not approach unlawful sexual intercourse.1 Indeed, it is ever an immorality and is evil as a way.

Zinadan çəkinin və ona sövq edən səbəblərdən də uzaq durun. Çünki zina, nəsillərin bir-biri ilə qarışdığına və Allahın əzabına gətirib çıxartdığı üçün çox iyrənc bir əməl və murdar bir yol­dur!

17:33Page 285

وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۗ وَمَن قُتِلَ مَظۡلُومٗا فَقَدۡ جَعَلۡنَا لِوَلِيِّهِۦ سُلۡطَٰنٗا فَلَا يُسۡرِف فِّي ٱلۡقَتۡلِۖ إِنَّهُۥ كَانَ مَنصُورٗا ٣٣

And do not kill the soul [i.e., person] which Allāh has forbidden, except by right.1 And whoever is killed unjustly - We have given his heir authority,2 but let him not exceed limits in [the matter of] taking life. Indeed, he has been supported [by the law].

Uca Allahın, iman etmə və ya təhlükəsizliyi təmin edilməsi ilə qanını haram etdiyi bir nəfsi mürtəd olma, evlilik həyatı yaşadıqdan sonra zina etmə yaxud qisas kimi qanı halal edən səbəblərdən hər hansı biri olmadan, heç bir kəsi haqsız yerə öl­dürməyin. Kim bir kəsi öldürülməsini halal edən səbəblər olmadan, zülm edilərək, haqsız yerə bir cana qəsd edərsə, artıq onun varisinə istəsə qisas tələb etmə, istəsə qanbahası almadan qatili bağışlama, istəsə də qan­bahası alaraq onu əfv etmə ix­ti­yarını verərik. Lakin o da qisas al­dıqda, Allahın icazə verdiyi həddi aşaraq qatilin burnunu, qulağını və s. əzalarını kəsərək ölünü pis bir hala gətirməməli, qatildən başqasını və ya onun əvəzinə qatilin yaxın adamlarından bir kimsəni öldürməməlidir. Çün­ki şəriətin bu hökmləri ilə artıq ona Allah tərəfindən kömək olunmuşdur.

17:34Page 285

وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ بِٱلۡعَهۡدِۖ إِنَّ ٱلۡعَهۡدَ كَانَ مَسۡـُٔولٗا ٣٤

And do not approach the property of an orphan, except in the way that is best,1 until he reaches maturity. And fulfill [every] commitment. Indeed, the commitment is ever [that about which one will be] questioned.

Atası vəfat edib yetim qalmış uşaqların malına həddi-büluğa, ağıla-kəmala ça­tana qə­dər qo­ruyub sax­la­maq və artırmaq məqsədilə is­tifadə etmək is­tis­na olmaqla ya­xın­laşmayın! Allah ilə, həmçinin, öz aranızdakı əhdləri pozmadan və ya naqislik etmədən yerinə yetirin. Çünki Uca Allah qiyamət günü əhd verən kimsədən, verdiyi əhdi ba­rə­sində sor­ğu-sual edəcəkdir. Əgər əhdini yerinə yetirmişsə Allah onu mükafatlandıracaq, əhdinə xilaf çıxmışsa ona cəzalandıracaqdır.

17:35Page 285

وَأَوۡفُواْ ٱلۡكَيۡلَ إِذَا كِلۡتُمۡ وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلٗا ٣٥

And give full measure when you measure, and weigh with an even [i.e., honest] balance. That is the best [way] and best in result.

Başqası üçün ölçdükdə, ölçüyə naqislik etmədən tam şəkildə ölçün. Çəkdikdə də, tərizidə əksiltmədən, düzgün tə­rə­zi ilə çə­kin. Çünki ölçüdə və tərəzidə düzgün olmağınız dünya və axirətdə sizin üçün da­ha xeyirli və nəticə baxımından ölüçdə və tərəzidə əksildib insanları aldatmaqdan daha yax­şı­dır.

17:36Page 285

وَلَا تَقۡفُ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۚ إِنَّ ٱلسَّمۡعَ وَٱلۡبَصَرَ وَٱلۡفُؤَادَ كُلُّ أُوْلَٰٓئِكَ كَانَ عَنۡهُ مَسۡـُٔولٗا ٣٦

And do not pursue1 that of which you have no knowledge. Indeed, the hearing, the sight and the heart - about all those [one] will be questioned.

Ey Adəm övladı! Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Yoxsa zənnə və şəkk-şübhəyə qapanmış olarsan. Çün­ki insan qulaq, göz və qəlbini istifadə edərək qazandığı hər bir xeyir və şərə görə Allah yanında sorumludur. Beləliklə də, qiyamət günü bu əzalar ilə qazandığı xeyirə görə müxafat verilər və şərə görə də cəzalandırılar.

17:37Page 285

وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّكَ لَن تَخۡرِقَ ٱلۡأَرۡضَ وَلَن تَبۡلُغَ ٱلۡجِبَالَ طُولٗا ٣٧

And do not walk upon the earth exultantly. Indeed, you will never tear the earth [apart], and you will never reach the mountains in height.1

Yer üzündə özündən razı, lovğalanaraq gəz­mə. Çün­ki sən yer üzündə nə qədər də özündən razı, lovğalanaraq gəzsəndə, bu gəzişinlə nə yeri yara bilərsən, nə də ki, boy-buxunun yük­sələrək dağların çatdığı yüksəkliklərə çata bilərsən. Belə olduğu təqdirdə, nəyə görə təkəbbürlük edirsən?!

17:38Page 285

كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكۡرُوهٗا ٣٨

All that [i.e., the aforementioned] - its evil is ever, in the sight of your Lord, detested.

Ey İnsan! Bu ayələrdə zikir edilənlərin hamısı Allah yanında qadağan edil­miş və Rəbbinin xo­şuna gəl­məyən pis əməl­lərdir. Uca Allah bunları edənlərdən razı olmaz, əksinə, ona qəzəblənər, nifrəti edər və onu sevməz.

17:39Page 286

ذَٰلِكَ مِمَّآ أَوۡحَىٰٓ إِلَيۡكَ رَبُّكَ مِنَ ٱلۡحِكۡمَةِۗ وَلَا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلۡقَىٰ فِي جَهَنَّمَ مَلُومٗا مَّدۡحُورًا ٣٩

That is from what your Lord has revealed to you, [O Muḥammad], of wisdom. And, [O mankind], do not make [as equal] with Allāh another deity, lest you be thrown into Hell, blamed and banished.

Sənə açıq-aydın izah etdiyimiz əmrlər, qadağalar və şəri əhkamlar Rəbbinin sənə vəhy etdiyi hikmətindəndir. Ey İnsan, Allah­la ya­naşı başqa mə­buda iba­dət et­mə, yoxsa Qiyamət günü həm sən özünü qınayar, həm də insanlar səni qınayarlar, sonra da hər bir xeyirdən qo­­vul­muş hal­da Cəhənnəmə atı­lar­san!

17:40Page 286

أَفَأَصۡفَىٰكُمۡ رَبُّكُم بِٱلۡبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلۡمَلَٰٓئِكَةِ إِنَٰثًاۚ إِنَّكُمۡ لَتَقُولُونَ قَوۡلًا عَظِيمٗا ٤٠

Then, has your Lord chosen you for [having] sons and taken [i.e., adopted] from among the angels daughters? Indeed, you say a grave saying.

Ey: "Mələklər Allahın qızlarıdır!" – deyən müşriklər! Rəbbiniz oğ­lanları sizin üçün seçib, Özünə isə mə­lək­lər­dən qızlar götü­rdüyünümü söyləyirsiniz?! Allah sizin söylədiyindən uca və uzaqdır. Siz, həqiqətən də, Allah barəsində olduqca çox çirkin bir söz söyləyirsiniz. Allaha övlad nisbət edib, küfrdə daha da həddinizi aşaraq qızların Allaha aid olduğunu idda edirsiniz.

17:41Page 286

وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمۡ إِلَّا نُفُورٗا ٤١

And We have certainly diversified [the contents] in this Qur’ān that they [i.e., mankind] may be reminded, but it does not increase them [i.e., the disbelievers] except in aversion.

İnsanların öyüd-nəsihət qəbul edib, özlərinə fayda verəni almaları və zərərli şeylərdən uzaq durmaları üçün, Biz bu Quranda şəri əh­kamları, öyüd-nəsihətləri və hekayələri açıq-aydın izah etdik. Amma bu, fitrəti dəyişmiş kimsələrin haqqdan daha da uzaq düşmələrinə və haqqa qarşı nifrətinin daha da ar­tmasına səbəb oldu.

17:42Page 286

قُل لَّوۡ كَانَ مَعَهُۥٓ ءَالِهَةٞ كَمَا يَقُولُونَ إِذٗا لَّٱبۡتَغَوۡاْ إِلَىٰ ذِي ٱلۡعَرۡشِ سَبِيلٗا ٤٢

Say, [O Muḥammad], "If there had been with Him [other] gods, as they say, then they [each] would have sought to the Owner of the Throne a way."1

Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər müşriklərin yalan və böhtan ataraq söy­lədikləri kimi, uca Allahla ya­na­şı baş­qa məbudlar ol­saydı, bu zaman varlığı idda edilən batil məbudlar, ərş sahibi uca Allahın mülkünə sahib olub, Ona qalib gəlmək üçün bir yol ax­ta­rardılar".

17:43Page 286

سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوّٗا كَبِيرٗا ٤٣

Exalted is He and high above what they say by great sublimity.

Pak və uca olan Allah müşriklərin Onu vəsf etdiklərindən münəzzəhdir və onların Allah barədə söylə­dik­lərin­dən çox uzaq və çox ucadır.

17:44Page 286

تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبۡعُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ وَإِن مِّن شَيۡءٍ إِلَّا يُسَبِّحُ بِحَمۡدِهِۦ وَلَٰكِن لَّا تَفۡقَهُونَ تَسۡبِيحَهُمۡۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا ٤٤

The seven heavens and the earth and whatever is in them exalt Him. And there is not a thing except that it exalts [Allāh] by His praise, but you do not understand their [way of] exalting. Indeed, He is ever Forbearing1 and Forgiving.

Göylər və yerlər, habelə, göylərdə və yerdə on­lar ­da Allahı anır, xatırlayır, zikir edib, Ona təriflər deyirlər. Elə bir şey yox­dur ki, o, Allahın şəninə təriflər deyib, Ona həmd-səna etməsin, la­kin siz on­ların, Allahı zikir edib, Onun şəninə tə­ri­flər deməsini anlamırsınız. Siz yalnız insanlardan, dili ilə Allahı zikir edib, Onun şəninə həmd-səna edəni anlayırsınız. Hə­qiqətən, uca Allah, qullarına qarşı hə­lim­dir, onlara əzab verməyə tələsməz. Ona tövbə edənləridə bağış­la­yandır!

17:45Page 286

وَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ جَعَلۡنَا بَيۡنَكَ وَبَيۡنَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ حِجَابٗا مَّسۡتُورٗا ٤٥

And when you recite the Qur’ān, We put between you and those who do not believe in the Hereafter a concealed partition.1

Ey Peyğəmbər! Sən Quran oxuduğun za­man orada olan yasaqları və öyüd-nəsihəti dinlədiklərində, sə­ninlə Qiyamət gününə inanma­yan­la­rın arasına haqqı qəbil etməyib, ondan üz çevirmələrindən dolayı onlara cəza olaraq Quranı anlayıb, başa dümələrini əngəlləyən bir pərdə çəkərik.

17:46Page 286

وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِذَا ذَكَرۡتَ رَبَّكَ فِي ٱلۡقُرۡءَانِ وَحۡدَهُۥ وَلَّوۡاْ عَلَىٰٓ أَدۡبَٰرِهِمۡ نُفُورٗا ٤٦

And We have placed over their hearts coverings, lest they understand it, and in their ears deafness. And when you mention your Lord alone in the Qur’ān, they turn back in aversion.

Quranı başa düşmələrinə əngəl olması üçün Biz on­ların qəlblərinə örtük­lər çək­dik, onu eşitdikdə anlamamaları üçün qulaq­ları­na da tıxac vurduq. Sən Quranda Rəb­bi­nin tək Allah ol­duğunu yada salıb onların batil ilahlarını yada sal­madıqda, on­lar da, ixlasla tək Allaha ibadət etməkdən uzaqlaşıb, ar­xa­la­­rını çevirib gedərlər.

17:47Page 286

نَّحۡنُ أَعۡلَمُ بِمَا يَسۡتَمِعُونَ بِهِۦٓ إِذۡ يَسۡتَمِعُونَ إِلَيۡكَ وَإِذۡ هُمۡ نَجۡوَىٰٓ إِذۡ يَقُولُ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا ٤٧

We are most knowing of how they listen to it when they listen to you and [of] when they are in private conversation, when the wrongdoers say, "You follow not but a man affected by magic."

Biz onların öndə gedənlərinin Quranı necə dinlədiklərini çox yaxşı bilirik. Onlar Quranı haqqa yönəlmək üçün dinləməzlər. Əksinə, sən Rəbbinin ayələrini oxuduğun zaman, onlar Quranı, istehza etmək, lağa qoymaq və ələ salma üçün dinləyərlər. Biz onların öz aralarında xəlvətcə söh­bət edər­kən, səni və Quranı yalan saymalarını, insanları Allahın dinindən döndərmək məqsədlərini və küfr etməklə öz nəfslərinə zülm edən o zalımların başqalarına: "Ey İnsanlar! Siz ancaq sehr­lən­miş və ağlı basında olmayan bir adamın ardınca gedirsiniz!" – dediklərini çox yaxşı bi­li­rik.

17:48Page 286

ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَالَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا ٤٨

Look how they strike for you comparisons;1 but they have strayed, so they cannot [find] a way.

Ey Peyğəmbər! Onların müxtəlif cür naqis sifətlərlə səni vəsf etdiklərinə bir bax. Odur ki, onlar çaşğınlıq işində qalaraq, azğınlığa düşdülər və doğru yolu tapa bil­mədilər!

17:49Page 286

وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدٗا ٤٩

And they say, "When we are bones and crumbled particles, will we [truly] be resurrected as a new creation?"

Müşriklər ölümdən sonra təkrarən dirilməyi inkar edərək belə dedilər: "Biz öldükdən, cəsədlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yeni bir yaradılışla təkrarən diril­diləcəyikmi?! Şübhəsiz ki, bu, qeyri mümkün olan bir işdir."

17:50Page 287

۞ قُلۡ كُونُواْ حِجَارَةً أَوۡ حَدِيدًا ٥٠

Say, "Be you stones or iron1

Ey Peyğəmbər! Onlara belə de: "Ey Müşriklər! istər üst qatı sərt olan daş olun, istərsə də ki, çox qüvvətli bir dəmir, halbuki, siz nə üst qatı sərt olan qaş ola bilərsiz, nə di ki, çox qüvvətli bir dəmir.

17:51Page 287

أَوۡ خَلۡقٗا مِّمَّا يَكۡبُرُ فِي صُدُورِكُمۡۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَاۖ قُلِ ٱلَّذِي فَطَرَكُمۡ أَوَّلَ مَرَّةٖۚ فَسَيُنۡغِضُونَ إِلَيۡكَ رُءُوسَهُمۡ وَيَقُولُونَ مَتَىٰ هُوَۖ قُلۡ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبٗا ٥١

Or [any] creation of that which is great1 within your breasts." And they will say, "Who will restore us?" Say, "He who brought you forth the first time." Then they will nod their heads toward you2 and say, "When is that?" Say, "Perhaps it will be soon -

İstər daşdan, istərsə də dəmirdən və ya qəlbinizdə sizə nəhəng görü­nən bir məxluq olun, bilin ki, yenə də Allah si­zi ilk dəfə yaratdığı kimi yenidən dirildib həyata qaytarmağa qadirdir. Bu inadkar insanlar belə deyəcəklər: "Biz öldükdən sonra bizi kim dirildib yenidən hə­yata qay­ta­ra­caq?" Onlara de: "Sizi daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə yaradan yenidən dirildəcəkdir!" Onlar sənin bu cavabından sonra istehza ilə baş­la­rını yır­ğa­la­yıb bunun imkansız olduğuna inanaraq: "Bəs bu yenidən dirilmə nə vaxt ola­caq­?" – deyə­cək­lər. Onlara de: "Bəlkə də, ya­xın bir za­man­da oldu. Çünki qarşıda gələn hər bir şey yaxındır!"

17:52Page 287

يَوۡمَ يَدۡعُوكُمۡ فَتَسۡتَجِيبُونَ بِحَمۡدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثۡتُمۡ إِلَّا قَلِيلٗا ٥٢

On the Day He will call you and you will respond with praise of Him and think that you had not remained [in the world] except for a little."

Uca Allah sizi məhşər yerinə çağırdığı gün, sizi yenidən dirildəcəkdir. Siz də Ona həmd-sənalar edərək, Onun əmrinə tabe olub, Uca Allahın çağırı­şı­na cavab ve­rəcək və dün­yada çox az qaldığınızı zənn edəcək­si­niz!

17:53Page 287

وَقُل لِّعِبَادِي يَقُولُواْ ٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ ٱلشَّيۡطَٰنَ يَنزَغُ بَيۡنَهُمۡۚ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلۡإِنسَٰنِ عَدُوّٗا مُّبِينٗا ٥٣

And tell My servants to say that which is best. Indeed, Satan induces [dissension] among them. Indeed Satan is ever, to mankind, a clear enemy.

Ey Peyğəmbər! Mömin qullarıma de ki, başqaları ilə söhbət etdikdə nifrətə və ədavətə səbəb olacaq pis sözlərdən çəkinsinlər. Çünki şeytan nifrətə və ədavətə səbəb olacaq pis sözləri fürsət bilib, bununla onların dünya və axirət həyatlarını məhv etməyə çalışır.Həqiqətən, şeytan in­san üçün düşmənçiliyi açıq-ay­dın olan bir düşmənidir. Möminin üzərinə düşən ondan və onun şərindən çəkinməkdir.

17:54Page 287

رَّبُّكُمۡ أَعۡلَمُ بِكُمۡۖ إِن يَشَأۡ يَرۡحَمۡكُمۡ أَوۡ إِن يَشَأۡ يُعَذِّبۡكُمۡۚ وَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ وَكِيلٗا ٥٤

Your Lord is most knowing of you. If He wills, He will have mercy upon you; or if He wills, He will punish you. And We have not sent you, [O Muḥammad], over them as a manager.

Ey İnsanlar! Rəbbiniz sizi çox yaxşı ta­nıyır. Sizdən heç bir şey Ona gizli qalmaz. Əgər sizə mərhəmət etmək istəsə, rəhməti ilə sizi imana və saleh əmələ müvəffəq edər. Əgər sizə əzab vermək istəsə, sizi iman etməyə müvəffəq etməz və canınızı küfr üzərində alar. Ey Peyğəmbər! Biz səni on­ları iman etmələrinə məcbur etmək, onları küfr etməyə mane olmaq və etdikləri əməlləri haqq-hesaba çəkmək üçün vəkil gön­dər­mə­mi­şik. Sənin vəzifən yalnız Allahın sənə təbliğ etməyi əmr etdiklərini onlara təbliğ etməkdir.

17:55Page 287

وَرَبُّكَ أَعۡلَمُ بِمَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَلَقَدۡ فَضَّلۡنَا بَعۡضَ ٱلنَّبِيِّـۧنَ عَلَىٰ بَعۡضٖۖ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا ٥٥

And your Lord is most knowing of whoever is in the heavens and the earth. And We have made some of the prophets exceed others [in various ways], and to David We gave the book [of Psalms].

Ey Peyğəmbər! Rəbbin göylərdə və yer­də olan­ları, onların durumunu və nəyə layiq olduğlarını da çox yaxşı bilir. Biz bəzi pey­ğəm­bər­lə­ri onlara tabe olanların çoxluğu və endirdiyimiz kitablarla di­gərlə­rindən üstün etdik. Biz Da­vuda bir kitab verdik, o da Zə­bur.

17:56Page 287

قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِهِۦ فَلَا يَمۡلِكُونَ كَشۡفَ ٱلضُّرِّ عَنكُمۡ وَلَا تَحۡوِيلًا ٥٦

Say, "Invoke those you have claimed [as gods] besides Him, for they do not possess the [ability for] removal of adversity from you or [for its] transfer [to someone else]."

Ey Peyğəmbər! O müşriklərə belə de: "Ey Müşriklər! Allahdan başqa ilahlar olduğunu iddia etdiyiniz bütlər, sizə bir zərər gəldikdə, on­lar acizliklərindən dolayı bə­lanı sizdən nə uzaq­laş­dır­mağa, nə də onu başqasına yö­nəlt­məyə qadirdilər. Aciz olan, əsla ilah ola bilməz!"

17:57Page 287

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ يَدۡعُونَ يَبۡتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلۡوَسِيلَةَ أَيُّهُمۡ أَقۡرَبُ وَيَرۡجُونَ رَحۡمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحۡذُورٗا ٥٧

Those whom they invoke1 seek means of access to their Lord, [striving as to] which of them would be nearest, and they hope for His mercy and fear His punishment. Indeed, the punishment of your Lord is ever feared.

Onların yalvarıb-yaxardıqları mələklərdən və başqalarından olan mə­budları, öz­ləri saleh əməl edərək Allaha yaxınlaşmaq üçün can atır, Allahın sevdiyi əməllər etməkdə bir-biriləri ilə yarışır, Allahın özlərinə mərhəmət etməsini ümüd edib və Onun əzabından qor­xur­lar. Ey Peyğəmbər! Həqiqətən, Rəbbinin əza­bın­dan çəkinmək gə­rəkdir!

17:58Page 287

وَإِن مِّن قَرۡيَةٍ إِلَّا نَحۡنُ مُهۡلِكُوهَا قَبۡلَ يَوۡمِ ٱلۡقِيَٰمَةِ أَوۡ مُعَذِّبُوهَا عَذَابٗا شَدِيدٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا ٥٨

And there is no city but that We will destroy it1 before the Day of Resurrection or punish it with a severe punishment. That has ever been in the Register2 inscribed.

Allaha küfr edən hər bir məmləkətə, şəhərə və kəndə, etdikləri küfrə görə elə dünya həyatında ikən əzab göndərib, məhv edərik, yaxud da etdikləri küfrə görə onları öldürmək kimi şiddətli bir cəzaya mübtəla edərik. Onları məhv edib, öldürülməsi əvvəlcədən lövhi-məhfuzda yazılıb, təqdir edilmiş ilahi bir hökmdür.

17:59Page 288

وَمَا مَنَعَنَآ أَن نُّرۡسِلَ بِٱلۡأٓيَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلۡأَوَّلُونَۚ وَءَاتَيۡنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبۡصِرَةٗ فَظَلَمُواْ بِهَاۚ وَمَا نُرۡسِلُ بِٱلۡأٓيَٰتِ إِلَّا تَخۡوِيفٗا ٥٩

And nothing has prevented Us from sending signs [i.e., miracles] except that the former peoples denied them. And We gave Thamūd the she-camel as a visible sign, but they wronged her. And We send not the signs except as a warning.

Müşriklərin, peyğəmbərlərdən onların doğruluğuna dəlalət edən ölüləri diriltmək kimi tələb etdikləri mövcüzələri nazil etməməmizin səbəbi, əvvəlki ümmətlərin onlara göndərdiyimiz mövcüzələri yalan saymaları idi. Biz Sə­mud qövmünə açıq-aydın möcüzə ki­mi bir dişi dəvə verdik, lakin on­lar yenədə buna inanmayıb, küfür etdilər. Biz də, dərhal onlara əzab göndərdik. Biz mö­cü­zələri rəsulların vasitəsi ilə yal­nız ümmətləri qor­xutmaq üçün göndəririk ki, bəlkə onlar iman edib, müsəlman olsunlar.

17:60Page 288

وَإِذۡ قُلۡنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِۚ وَمَا جَعَلۡنَا ٱلرُّءۡيَا ٱلَّتِيٓ أَرَيۡنَٰكَ إِلَّا فِتۡنَةٗ لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلۡمَلۡعُونَةَ فِي ٱلۡقُرۡءَانِۚ وَنُخَوِّفُهُمۡ فَمَا يَزِيدُهُمۡ إِلَّا طُغۡيَٰنٗا كَبِيرٗا ٦٠

And [remember, O Muḥammad], when We told you, "Indeed, your Lord has encompassed the people."1 And We did not make the sight which We showed you2 except as a trial for the people, as was the accursed tree [mentioned] in the Qur’ān. And We threaten [i.e., warn] them, but it increases them not except in great transgression.

Ey Peyğəmbər! Bir zaman Biz sənə: "Rəb­bin bütün in­sanları qüdrəti ilə əhatə etmiş­dir, onların hamısı Rəbbinin ovcunun içindədir, Allah səni onlardan mühafizə edəcəkdir. Elə isə onlardan çəkinmədən Allahın sənə təbliğ etməyi əmr etdiyini insanlara təbliğ edərək, onlara çatdır!"– de­diyimizi xatırla. Biz İsra gecəsi sənə gös­tər­­diyimizi yalnız, insanlar sənə iman edəcəklər, yoxsa səni təkzibmi edəcəklər, deyə onlar üçün bir imtahan etdik. Qu­ran­da lə­nət­lən­miş, Cəhənnəmin dibindən çıxanb zəqqum adlı ağacı in­sanlar üçün imthan etdik. Əgər onlar bu iki əzəmətli möcüzəyə inanmazlarsa, bu ikisindən başqa digər mövcüzələrə də əsla inanmayacaqlar. Biz bu möcüzələri endirməklə on­ları qor­xu­du­ruq, lakin onları qorxudmaq üçün nazil etdiyimiz möcüzələr, ancaq onların küfrlərini və az­ğın­lıqlarını bir daha da ar­tı­rır!

17:61Page 288

وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ قَالَ ءَأَسۡجُدُ لِمَنۡ خَلَقۡتَ طِينٗا ٦١

And [mention] when We said to the angels, "Prostrate to Adam," and they prostrated, except for Iblees.1 He said, "Should I prostrate to one You created from clay?"

Ey Peyğəmbər! Biz bir zaman mələklərə: "Adəmə ibadət səcdəsi deyil, salam səcdəsi edin!" – dedikdə onların hamısı Rəbbinin əmrinə tabe olaraq, Adəmə səcdə etdilər. Lakin İblis ona səcdə etməkdən təkəbbürlük edərək: "Sən məni oddan yaratdığın halda, palçıqdan yaratdığınamı səcdə edim?! Mən ondan daha şərəfliyəm!" – dedi.

17:62Page 288

قَالَ أَرَءَيۡتَكَ هَٰذَا ٱلَّذِي كَرَّمۡتَ عَلَيَّ لَئِنۡ أَخَّرۡتَنِ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَأَحۡتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلٗا ٦٢

[Iblees] said, "Do You see this one whom You have honored above me? If You delay me [i.e., my death] until the Day of Resurrection, I will surely destroy1 his descendants, except for a few."

İblis Rəbbinə belə dedi: "Mənə, ona səcdə etməyi əmr edərək, məndən üs­tün tut­du­ğun məxluq budurmu? Əgər dünya həyatının sonuna qədər mənə möhlət ver­sən, məndən qoruduğun az bir qis­min­dən, ixlasla Sənə ibadət edən qullarından başqa onun bü­tün nəslini özü­mə təslim edə­rək, Sənin doğru yolundan azdıracağam!"

17:63Page 288

قَالَ ٱذۡهَبۡ فَمَن تَبِعَكَ مِنۡهُمۡ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمۡ جَزَآءٗ مَّوۡفُورٗا ٦٣

[Allāh] said, "Go, for whoever of them follows you, indeed Hell will be the recompense of [all of] you - an ample recompense.

Rəbbi ona belə dedi: "Haydı get! On­lar­dan kim sənə tabe olub ardınca gələrsə, sənin və onların əməllərinin cəzası, tam bir cəza olaraq Cəhən­nəm ola­caqdır.

17:64Page 288

وَٱسۡتَفۡزِزۡ مَنِ ٱسۡتَطَعۡتَ مِنۡهُم بِصَوۡتِكَ وَأَجۡلِبۡ عَلَيۡهِم بِخَيۡلِكَ وَرَجِلِكَ وَشَارِكۡهُمۡ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِ وَعِدۡهُمۡۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا ٦٤

And incite [to senselessness] whoever you can among them with your voice and assault them with your horses and foot soldiers and become a partner in their wealth and their children and promise them." But Satan does not promise them except delusion.

İnsanlardan gücün çatdığı kim­sə­lə­ri səsinlə aldatıb günahlara və Allaha asi olan əməllərə təhrik et, sənə itaət etməyə çağıran atlı və pi­ya­dalarla onlara yüksək səslə səslən, şəriətə müxalif olan hər bir şeyi onlara gözəl göstərərək mallarına, yalan iddialarla, zina yolu ilə əldə etdikləri övlad­larına, Allahdan başqasının qulluğuna bağlayan (Abduşşəms, "Günəşin qulu" – kimi) adlar verərək şə­rik ol, onla­ra yalan vədləri, batil və boş ümüdləri gözəl göstər. Şübhə­siz ki, şeytan onlara, ancaq onları aldadan yalan vəd­lər verər.

17:65Page 288

إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٞۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلٗا ٦٥

Indeed, over My [believing] servants there is for you no authority. And sufficient is your Lord as Disposer of affairs.1

Ey İblis! Şübhəsiz ki, Mənə itaət edərək saleh əməllər edən mömin qullarım üzərində sənin hökm­ran­lı­ğın olmaya­caq. Çünki Allah sənin şərindən və vəsfəsəndən onları qoruyacaqdır. Bütün işlərində Allaha təvəkkül edən quluna Allah vəkil olaraq kifayət edər.

17:66Page 288

رَّبُّكُمُ ٱلَّذِي يُزۡجِي لَكُمُ ٱلۡفُلۡكَ فِي ٱلۡبَحۡرِ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ كَانَ بِكُمۡ رَحِيمٗا ٦٦

It is your Lord who drives the ship for you through the sea that you may seek of His bounty. Indeed, He is ever, to you, Merciful.

Ey İnsanlar! Ticarət və başqa yollarla Rəbbinizin ruzisinə nail olasınız de­yə, də­nizdə gəmiləri sizin üçün üzdürən Rəbbi­nizdir. Həqiqə­tən, bütün bu vasitələri sizin üçün asanlaşdıran Rəbbiniz sizə qarşı mərhəmətlidir.

17:67Page 289

وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِي ٱلۡبَحۡرِ ضَلَّ مَن تَدۡعُونَ إِلَّآ إِيَّاهُۖ فَلَمَّا نَجَّىٰكُمۡ إِلَى ٱلۡبَرِّ أَعۡرَضۡتُمۡۚ وَكَانَ ٱلۡإِنسَٰنُ كَفُورًا ٦٧

And when adversity touches you at sea, lost are [all] those you invoke except for Him. But when He delivers you to the land, you turn away [from Him]. And ever is man ungrateful.

Ey Müşriklər! Dənizdə sizə bir fəlakət üz ver­ib, batmaqdan qorxduğunuz zaman Allahdan baş­qa ta­pın­dığınız bütlər yadınızdan çıxar. Siz o vaxt ancaq Allahı xatırlayıb yalnız Ondan yardım diləyirsiniz. Uca Allah sizə yardım edərək, sizi suda batmaqdan xilas edib qu­ru­ya çıxartdıqda isə siz, Allahın vəhdaniyyətini qəbul etməkdən, yalnız Ona dua və ibadət etməkdən üz döndərib yenidən bütlərə ibadət edirsiniz. Hə­qiqətən, insan Allahın nemətlərinə qarşı çox nankor­dur!

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском