Al-MukhtasarAt‑Tin · 95:1–8

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

التين

At-Tin

The Fig · Meccan · 8 ayahs

95:1Page 597

وَٱلتِّينِ وَٱلزَّيۡتُونِ ١

By the fig and the olive1

Uca Allah əncirə və onun bitdiyi yerə, habelə, zeytuna və onun bitdiyi Fələstin torpağına, İsanın (aleyhissəlam) peyğəmbər göndərildiyi yerə and içir.

95:2Page 597

وَطُورِ سِينِينَ ٢

And [by] Mount Sinai

Uca Allah peyğəmbəri Musa (aleyhissəlam) ilə danışdığı Sina dağına and içir.

95:3Page 597

وَهَٰذَا ٱلۡبَلَدِ ٱلۡأَمِينِ ٣

And [by] this secure city [i.e., Makkah],

O, həmçinin, toxunulmaz şəhərə - Məkkəyə and içir. O şəhərə ki, ora daxil olan kəs əmin-amanlıqda olar. O şəhər ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) ora peyğəmbər göndərilmişdir.

95:4Page 597

لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمٖ ٤

We have certainly created man in the best of stature;1

Biz insanı ən gözəl biçimdə və ən gözəl surətdə yaratdıq.

95:5Page 597

ثُمَّ رَدَدۡنَٰهُ أَسۡفَلَ سَٰفِلِينَ ٥

Then We return him to the lowest of the low,1

Sonra onu dünyada qocalığın düşkün çağına və ahıl yaşına yetişdirdik, beləliklə də, bədəninin ona heç bir faydası olmadı. Eləcə də, əgər fitrəti korlanar və cəhənnəmlik olarsa, o bədənin ona heç bir faydası olmaz.

95:6Page 597

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ ٦

Except for those who believe and do righteous deeds, for they will have a reward uninterrupted.

Yalnız iman gətirib yaxşı işlər görənlər istisnadır. Belə ki, onlar qocalığın düşkün çağına çatsalar da, onları tükənməz mükafat - Cənnət gözləyir. Çünki onlar öz fitrətlərini təmizləmişlər.

95:7Page 597

فَمَا يُكَذِّبُكَ بَعۡدُ بِٱلدِّينِ ٧

So what yet causes you to deny the Recompense?1

Ey insan! Allahın qüdrətinin bir çox əlamətlərini gördükdən sonra haqq-hesab gününü yalan saymağa səni vadar edən nədir?

95:8Page 597

أَلَيۡسَ ٱللَّهُ بِأَحۡكَمِ ٱلۡحَٰكِمِينَ ٨

Is not Allāh the most just of judges?

Məgər qiyamət gününü haqq-hesab günü edən Allah hakimlərin ən üstünü və ən ədalətlisi deyilmi?! Məgər Uca Allah Öz qulları arasında hökm vermədən - yaxşı kimsənin yaxşılığının mükafatını vermədən, pis kimsıni da pisliyinə görə cəzalandırmadan - onları başlı-başına buraxması ağıla batandırmı?!

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском