Al-MukhtasarAn‑Naml · 27:78–93

Al-Mukhtasar · Tafsir · in Azerbaijani

An-Naml 27:78–93

27:78Page 384

إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ٧٨

Indeed, your Lord will judge between them by His [wise] judgement. And He is the Exalted in Might, the Knowing.

Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəb­bin Qiyamət günü mömin və kafir - bütün insanlar arasında ədalətli hök­mü ilə hökm ve­rə­cək­dir. Uca Allah o gün mömunlərə mərhəmət edəcək, kafirlərə isə əzab verəcəkdir. O, düşmənlərindən intiqam alan, məğlub edilməz və yenilməz güc-qüvvət sahibidir. O, hər bir şeyi biləndir. Kimin haqq yolda kimin də batil yolda olduğunu Ona əsla gizli qalmaz!

27:79Page 384

فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۖ إِنَّكَ عَلَى ٱلۡحَقِّ ٱلۡمُبِينِ ٧٩

So rely upon Allāh; indeed, you are upon the clear truth.

Ey Peyğəmbər! Elə isə yalnız Allaha təvək­kül et və bütün işlərində Ona arxalan! Çünki sən açıq-aydın haqq yol­dasan.

27:80Page 384

إِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ٨٠

Indeed, you will not make the dead hear, nor will you make the deaf hear the call when they have turned their backs retreating.

Ey Peyğəmbər! Həqiqətən sən, Uca Allaha küfr etməklə qəlbləri ölmüş kimsələrə nə haqqı eşitdirə bilərsən, nə də ki, səndən üz çevirib, dö­nüb gedən, Uca Allahın haqqı eşitməkdən qulaqlarını kar etdiyi karlara haqq dəvətini çatdıra bilərsən!

27:81Page 384

وَمَآ أَنتَ بِهَٰدِي ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ٨١

And you cannot guide the blind away from their error. You will only make hear those who believe in Our verses so they are Muslims [i.e., submitting to Allāh].

Sən, haqqa qarşı gözləri kor olmuş kimsələri doğru yola gətirə bil­məz­sən. Onlara görə kədərlənmə və üzülmə. Sən dəvətini ancaq, Uca Allahın əmrlərinə boyun əyən və ayələrimizə yəqinliklə iman gətirən kimsələrə eşit­dirə bilərsən.

27:82Page 384

۞ وَإِذَا وَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِمۡ أَخۡرَجۡنَا لَهُمۡ دَآبَّةٗ مِّنَ ٱلۡأَرۡضِ تُكَلِّمُهُمۡ أَنَّ ٱلنَّاسَ كَانُواْ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ ٨٢

And when the word [i.e., decree] befalls them,1 We will bring forth for them a creature from the earth speaking to them, [saying] that the people were, of Our verses, not certain [in faith].

Küfr və günahlarda israrlı olduqlarından dolayı onlara əzab vacib olduğunda, yer üzündə insanların ən şərliləri qaldığında və Qiyamətin qopma saatı yaxınlaşdığı zaman qiyamətin böyük əlamətlərindən birini onlara göstərərik. Bu əlamət, yerdən çıxan, insanlarla onların başa düşüb, anlayacaqları dildə danışaraq: "İnsanlar, Peyğəmbərlərimizə nazil etdiyimiz ayələrinizə yə­qin­lik­lə inanmadılar" – deyən bir heyvan olacaq.

27:83Page 384

وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٖ فَوۡجٗا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ ٨٣

And [warn of] the Day when We will gather from every nation a company of those who deny Our signs, and they will be [driven] in rows

Ey Peyğəmbər! Hər bir ümmətdən ayələrimizi yalan sayanlarının öndə gedənlərindən olan dəstələrini həşr edib bir yerə toplayacağımız günü xatırla. O gün onların əvvəldəkiləri ilə axırıncıları hamısı gətiriləcək və sonra da onlar hesab üçün bir yerdə məh­şərə sü­rük­lə­nəcəklər.

27:84Page 384

حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ ٨٤

Until, when they arrive [at the place of Judgement], He will say, "Did you deny My signs while you encompassed them not in knowledge, or what [was it that] you were doing?"

Onlar haqq-hesab ediləcək yerə qədər gətiriləcək və nəhayət Allahın hüzurunda dayandıqları zaman uca Allah onlara tənə və məzəmmət edərək belə de­yəcəkdir: "Mənim vəhdaniyyətimə dəlalət edən və şəri hökmlərimi açıq-aydın izah edən ayə­lərimin, batil olduğuna dair bir bilginiz olmadığı bir halda, onları yalanmı say­ırdınız?! Yoxsa dünyada ikən ayələrimizi təsdiq və ya təkzib barədə nə edirdiniz?!"

27:85Page 384

وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ ٨٥

And the decree will befall them1 for the wrong they did, and they will not [be able to] speak.

Onlar, uca Allaha və Onun ayələrinə iman gətirməyib, küfrə düşərək öz nəfslərinə zülm etdiklərinə görə, əzab on­la­rı haqlayacaq və söz söyləməkdən aciz və dəlillərinin əsassız olduğundan dolayı özlərini müdafiə etmək üçün ağızlarını açıb bir kəlmə də olsun belə da­nı­şa bilmə­yə­cəklər.

27:86Page 384

أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٨٦

Do they not see that We made the night that they may rest therein and the day giving sight? Indeed in that are signs for a people who believe.

Məgər öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlər gecəni yatıb dincəlməyiniz üçün qaranlıq, gündüzü isə görməniz və sizə lazım olan işlərinizin ardınca getməniz üçün işıqlı etdiyimizi görmürlərmi?! Həqiqətən, sizin hər gün yataraq ölməyinizdə və oyanaraq yenidən həyata qayıtmanızda, iman edən bir qövm üçün Allahın vəhdaniyyətinə dəlalət edən açıq-aydın əlamətlər vardır.

27:87Page 384

وَيَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَفَزِعَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۚ وَكُلٌّ أَتَوۡهُ دَٰخِرِينَ ٨٧

And [warn of] the Day the Horn will be blown, and whoever is in the heavens and whoever is on the earth will be terrified except whom Allāh wills. And all will come to Him humbled.

Ey Peyğəmbər! Sura üfürmək üçün təyin olunmuş mələyin ona ikinci kərə üfürəcəyi günü xatırla. O gün, Alla­hın lütf edərək, həmin günün dəhşətindən qorxmaqdan müstəsna etdiyi kimsələr xaric olmaqla, göy­lər­də və yerdə olan­ları dəhşət düşəcək və bütün məxluqat o gün, Onun hü­zu­runa baş əyə­rək, zəlil bir halda gələcəkdir.

27:88Page 384

وَتَرَى ٱلۡجِبَالَ تَحۡسَبُهَا جَامِدَةٗ وَهِيَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِۚ صُنۡعَ ٱللَّهِ ٱلَّذِيٓ أَتۡقَنَ كُلَّ شَيۡءٍۚ إِنَّهُۥ خَبِيرُۢ بِمَا تَفۡعَلُونَ ٨٨

And you see the mountains, thinking them motionless,1 while they will pass as the passing of clouds. [It is] the work of Allāh, who perfected all things. Indeed, He is Aware of that which you do.

O gün sən, dağlara baxıb onları hərə­kət­siz, yerində sabit durmuş güman edər­sən, hal­buki on­lar həqiqət də buludların keç­diyi kimi sürətlə keçib gedərlər. Bu, Allahın işidir. Dağları hərəkət etdirən uca Allahdır. Şübhəsiz ki, O, etdiyiniz əməllərdən xə­bər­dardır. Etdiyiniz əməllərdən Allaha heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir.

27:89Page 385

مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَا وَهُم مِّن فَزَعٖ يَوۡمَئِذٍ ءَامِنُونَ ٨٩

Whoever comes [at Judgement] with a good deed will have better than it, and they, from the terror of that Day, will be safe.

Hər kim, Qiyamət günü Allahın hüzuruna iman və saleh əməllə gəl­sə, ona Cən­nət vardır. Onlar o gün, Qiyamət gününün dəh­şətindən Allahın qorxusuz etdiyi kimsələrlə birlikdə olar­lar.

27:90Page 385

وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتۡ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٩٠

And whoever comes with an evil deed1 - their faces will be overturned into the Fire, [and it will be said], "Are you recompensed except for what you used to do?"

Hər kim də, küfr və günah əməllərlə Allahın hüzuruna gələrsə, onlar üçün üzüstə içinə atılacaqları Cəhənnəm atəşi vardır. Onlara danlaq və məzəmmət edilərək belə de­yilər: "Mə­gər siz an­caq dünyada ikən etdiyiniz küfür və günahlara görə cəzalan­dı­rıl­mırsınız?!"

27:91Page 385

إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ رَبَّ هَٰذِهِ ٱلۡبَلۡدَةِ ٱلَّذِي حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَيۡءٖۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ ٩١

[Say, O Muḥammad], "I have only been commanded to worship the Lord of this city,1 who made it sacred and to whom [belongs] all things. And I am commanded to be of the Muslims [i.e., those who submit to Allāh]

Ey Peyğəmbər! Onlara de: "Mənə hüdüdları daxilində qan tökməyi, zülüm etməyi, orada ov heyvanlarının öldürülməsini və ağacların kəsilməsini haram etdiyi Mək­kənin Rəbbinə iba­dət et­mək əmr edil­mişdir. Hər bir şeyin mülkü yalnız Ona aiddir. Mənə yalnız Uca Allaha təslim olmaq və Ona itaət edib boyun əymək əmr olunmuşdur

27:92Page 385

وَأَنۡ أَتۡلُوَاْ ٱلۡقُرۡءَانَۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَقُلۡ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلۡمُنذِرِينَ ٩٢

And to recite the Qur’ān." And whoever is guided is only guided for [the benefit of] himself; and whoever strays - say, "I am only [one] of the warners."

və mənə insanlara Quran oxumaq əmr olunmuşdur!". Kim Quranın hidayəti ilə özünə doğru yol tutarsa və içində olanlara əməl edərsə, bunun faydası yalnız özünə qayıdar. Haqq yoldan azıb, bu kitabın içində olanlardan üz çevirib və orada olanlara əməl etməkdən boyun qaçıran kimsələrə də be­lə de: "Mən sadəcə sizi Allahın əzabı ilə xə­bərdar edən bir peyğəmbərəm. Sizi doğru yola gətirmək isə mənim əlimdə olan bir iş deyildir!"

27:93Page 385

وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٩٣

And say, "[All] praise is [due] to Allāh. He will show you His signs, and you will recognize them. And your Lord is not unaware of what you do."

Ey Peyğəmbər! De ki: "Allahın sayılmaz və tükənməz nemətlərinə görə, uca Allaha sonsuz həmd-sənalar olsun! Allah sizə: nəfsinizdə, göylərdə, yerdə və sizlərə verdiyi ruzidə Onun vəhdaniyyətinə və qüdrətinə dəlalət edən Öz ayət və dəlillərini sizə gös­tə­rə­cək, siz də onları lazımınca tanıyıb biləcəksiniz. Bu ayət və dəlillərimizi tanıyıb bilməniz sizi haqqa tabe olub ona boyun əyməyə vadar edəcəkdir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir!"

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском