Аль-Мухтасар · Тафсир · на азербайджанском
النور
Ан-Нур
Свет · Мединская · 64 аята
24:1Страница 350
سُورَةٌ أَنزَلۡنَٰهَا وَفَرَضۡنَٰهَا وَأَنزَلۡنَا فِيهَآ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لَّعَلَّكُمۡ تَذَكَّرُونَ ١
Вот сура, которую Мы ниспослали и сделали законом. Мы ниспослали в ней ясные знамения, чтобы вы могли помянуть назидание.
Bu, nazil etdiyimiz, hökmlərinə əməl etməyi sizə vacib buyurduğumuz, düşünüb, bu surədə olan əhkamlara əməl edəsiniz deyə içərisində açıq-aydın ayələr nazil etdiyimiz bir surədir.
24:2Страница 350
ٱلزَّانِيَةُ وَٱلزَّانِي فَٱجۡلِدُواْ كُلَّ وَٰحِدٖ مِّنۡهُمَا مِاْئَةَ جَلۡدَةٖۖ وَلَا تَأۡخُذۡكُم بِهِمَا رَأۡفَةٞ فِي دِينِ ٱللَّهِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ وَلۡيَشۡهَدۡ عَذَابَهُمَا طَآئِفَةٞ مِّنَ ٱلۡمُؤۡمِنِينَ ٢
Прелюбодейку и прелюбодея - каждого из них высеките сто раз. Пусть не овладевает вами жалость к ним ради религии Аллаха, если вы веруете в Аллаха и в Последний день. А свидетелями их наказания пусть будет группа верующих.
Bakirə olub zina edən qadın və kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, nəbadə zina edən o iki kimsəyə qarşı qəlbinizdə duyduğunuz acı və mərhəmət hissləriniz hədd cəzasını onlar üzərinə tətbiq edilməsinə və ya bu cəzanı yüngülləşdirməyə əsla sövq etməsin. Onlara verilən bu cəzaya şahid olmaq, həm o iki zinakarı, həmdə ki, başqalarını bu çirkin əməldən çəkindirmək üçün qoy möminlərdən bir dəstə onlara verilən əzaba şahid olsun.
24:3Страница 350
ٱلزَّانِي لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوۡ مُشۡرِكَةٗ وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوۡ مُشۡرِكٞۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلۡمُؤۡمِنِينَ ٣
Прелюбодей женится только на прелюбодейке или многобожнице, а на прелюбодейке женится только прелюбодей или многобожник. Верующим же это запрещено.
Uca Allah, zinanın çirkin bir əməl olmasından dolayı, zinaya alışan bir kişinin ancaq özü kimi zina edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir qadınla evlənmək istədiyini və həmçinin zinaya alışan bir qadının da özü kimi zina edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir kişi ilə evlənmək istədiyini xəbər vermişdir. Həm zinakar qadınla evlənmək, həm də zinakar bir kişini evləndirmək möminlərə haram edilmişdir.
24:4Страница 350
وَٱلَّذِينَ يَرۡمُونَ ٱلۡمُحۡصَنَٰتِ ثُمَّ لَمۡ يَأۡتُواْ بِأَرۡبَعَةِ شُهَدَآءَ فَٱجۡلِدُوهُمۡ ثَمَٰنِينَ جَلۡدَةٗ وَلَا تَقۡبَلُواْ لَهُمۡ شَهَٰدَةً أَبَدٗاۚ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ٤
Тех, которые обвинят целомудренных женщин и не приведут четырех свидетелей, высеките восемьдесят раз и никогда не принимайте их свидетельства, ибо они являются нечестивцами,
Ey qazılar və ya hökm sahibləri! Namuslu, iffətli qadın və kişiləri zinada günahlandırıb, sonra atdıqları bu zina iftirasına dair dörd şahid gətirə bilməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini əbədiyyən qəbul etməyin. Namuslu, iffətli qadın və kişilərin zina etdiklərinə dair iftira atanlar, Allahın itaətində çıxmış kimsələrdir.
24:5Страница 350
إِلَّا ٱلَّذِينَ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٥
кроме тех из них, которые после этого раскаялись и стали поступать праведно. Воистину, Аллах - Прощающий, Милосердный.
Yalnız bundan sonra Allaha tövbə edərək əməllərini islah edən şəxslər bundan müstəsnadır. Şübhəsiz ki, Allah onların tövbələrini və şəhadətlərini qəbul edər. Çünki Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı mərhəmətlidir!
24:6Страница 350
وَٱلَّذِينَ يَرۡمُونَ أَزۡوَٰجَهُمۡ وَلَمۡ يَكُن لَّهُمۡ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمۡ فَشَهَٰدَةُ أَحَدِهِمۡ أَرۡبَعُ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ ٦
А свидетельством каждого из тех, которые обвиняют своих жен в прелюбодеянии, не имея свидетелей, кроме самих себя, должны быть четыре свидетельства Аллахом о том, что он говорит правду,
Arvadlarını zinada günahlandırıb və arvadını günahlandırdığı şeyin doğru olmasına dair özlərindən başqa şahidləri olmayanların kişilərə gəlincə, onlardan hər biri, arvadını günahlandırdığı zinada özünün doğru danışanlardan olmasına dair dörd dəfə (əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) Allahı şahid tutmalıdır.
24:7Страница 350
وَٱلۡخَٰمِسَةُ أَنَّ لَعۡنَتَ ٱللَّهِ عَلَيۡهِ إِن كَانَ مِنَ ٱلۡكَٰذِبِينَ ٧
и пятое о том, что проклятие Аллаха ляжет на него, если он лжет.
Sonra, əgər kişi arvadını zinada günahlandırdığına görə, o, yalan danışanlardandırsa, özünə bəd dua edərək beşinci şəhadətində Allahın lənətinin öz üzərinə olması üçün şahidlik etməlidir.
24:8Страница 350
وَيَدۡرَؤُاْ عَنۡهَا ٱلۡعَذَابَ أَن تَشۡهَدَ أَرۡبَعَ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلۡكَٰذِبِينَ ٨
Наказание будет отвращено от нее, если она принесет четыре свидетельства Аллахом о том, что он лжет,
Bu şəkildə qadın hədd cəzasını ozündən uzaqlaşdırma hüququ vardır. Əgər qadın, ərinin onu zinada günahlandıran ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutarsa bu zaman o hədd cəzasını özündən dəf etmiş olar.
24:9Страница 350
وَٱلۡخَٰمِسَةَ أَنَّ غَضَبَ ٱللَّهِ عَلَيۡهَآ إِن كَانَ مِنَ ٱلصَّٰدِقِينَ ٩
и пятое о том, что гнев Аллаха падет на нее, если он говорит правду.
Sonra, əgər kişi arvadını zinada günahlandırdığına görə o doğru danışanlardandırsa, qadın özünə bəd dua edərək beşinci şəhadətində Allahın qəzəbinin öz üzərinə olması üçün şahidlik etməlidir.
24:10Страница 350
وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ ١٠
Если бы не милосердие и милость Аллаха к вам и если бы Аллах не был Принимающим покаяния и Мудрым, то лжецов постигло бы скорое наказание.
Ey İnsanlar! Əgər Allahın sizə qarşı lütfü və mərhəməti olmasaydı, qullarından tövbə edənlərin tövbəsini qəbul edən, işlərində və şəri hökmlərində hikmət sahibi olmasaydı, bu zaman günahkarlara cəza verməyə və etdikləri günahları insanlara bəyan edib, onları insanlar arsaında rəzil və rüsvay etməyə tələsərdi.
24:11Страница 351
إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلۡإِفۡكِ عُصۡبَةٞ مِّنكُمۡۚ لَا تَحۡسَبُوهُ شَرّٗا لَّكُمۖ بَلۡ هُوَ خَيۡرٞ لَّكُمۡۚ لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُم مَّا ٱكۡتَسَبَ مِنَ ٱلۡإِثۡمِۚ وَٱلَّذِي تَوَلَّىٰ كِبۡرَهُۥ مِنۡهُمۡ لَهُۥ عَذَابٌ عَظِيمٞ ١١
Те, которые возвели навет на мать правоверных Аишу, являются группой из вас самих. Не считайте это злом для вас. Напротив, это является добром для вас. Каждому мужу из них достанется заработанный им грех. А тому из них, кто взял на себя большую часть этого, уготованы великие мучения.
Ey Möminlər! Möminlərin anası Aişənin -Allah ondan razı olsun- zina etdiyini iddia edib, ona iftira atanlar özlərini sizə nisbət edən bir dəstədir. Onuların sizə yaxdığları bu böhtanın heç də özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, sizə atılan bu böhtan, savablarınızı artırdığı, möminləri aranızdakı münafiqlərdən təmizlədiyi və möminlərin anası Aişəni təmizə çıxartdığı üçün sizə görə xeyirlidir. Aişəyə atılan bu iftirada iştirak edən hər bir kimsəyə, iftira ataraq onu insanlar arasında danışan hər bir kəsə qazandığı günahın cəzası vardır. Bu cəzanın ən böyügünə, bu böhtanı ilk dəfə insanlar arasında yayan kimsə yüklənəcəkdir. Onun üçün çox şiddətli əzab vardır. Burada zina iftirasını ilk dəfə olaraq yaymaqla qəsd edilən, münafiq, Abdullah bin Ubey bin Səluldur.
24:12Страница 351
لَّوۡلَآ إِذۡ سَمِعۡتُمُوهُ ظَنَّ ٱلۡمُؤۡمِنُونَ وَٱلۡمُؤۡمِنَٰتُ بِأَنفُسِهِمۡ خَيۡرٗا وَقَالُواْ هَٰذَآ إِفۡكٞ مُّبِينٞ ١٢
Почему же, когда вы услышали это, верующие мужчины и женщины не подумали о самих себе (друг о друге) хорошее и не сказали: «Это - очевидная клевета»?
Məgər mömin kişi və mömin qadınlar bu iftiranı eşitdiklərini zaman mömin bacı və qardaşlarından iftira atılan kimsələr barədə gözəl zənndə olub: "Bu, açıq-aydın bir yalandır!" – deməli deyildilərmi?!
24:13Страница 351
لَّوۡلَا جَآءُو عَلَيۡهِ بِأَرۡبَعَةِ شُهَدَآءَۚ فَإِذۡ لَمۡ يَأۡتُواْ بِٱلشُّهَدَآءِ فَأُوْلَٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلۡكَٰذِبُونَ ١٣
Почему они не привели для подтверждения этого четырех свидетелей? Если они не привели свидетелей, то перед Аллахом они являются лжецами.
Möminlərin anası Aişəyə - Allah ondan razı olsun - bu böyük iftiranı atanlar, qoy ona nisbət etdikləri bu iddianın doğruluğuna dair şahidlik edən dörd şahid gətirsinlər. Əgər onlar bu iddialarının doğruluğuna dair dörd şahid gətirməzlərsə - onlar bunu heç vaxt gətirə bilməyəcəklər də - deməli onlar, Allahın hökmünə əsasən əsl yalançı olanlardır.
24:14Страница 351
وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ لَمَسَّكُمۡ فِي مَآ أَفَضۡتُمۡ فِيهِ عَذَابٌ عَظِيمٌ ١٤
Если бы не милосердие и милость Аллаха к вам в этом мире и в Последней жизни, то за ваши пространные речи вас коснулись бы великие мучения.
Ey Möminlər! Əgər üzərinizdə Allahın lütfü və sizi cəzalandırmaqda tələsməməsi səbəbi ilə sizə mərhəməti olmasaydı və sizdən tövbə edən kimsələrin tövbəsini qəbul etməsəydi, onda möminlərin anası Aişəyə -Allah ondan razı olsun- yaxdığınız bu yalan və böhtan görə sizə böyük bir əzab toxunardı.
24:15Страница 351
إِذۡ تَلَقَّوۡنَهُۥ بِأَلۡسِنَتِكُمۡ وَتَقُولُونَ بِأَفۡوَاهِكُم مَّا لَيۡسَ لَكُم بِهِۦ عِلۡمٞ وَتَحۡسَبُونَهُۥ هَيِّنٗا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٞ ١٥
Вы распространяете ложь своими языками и говорите своими устами то, о чем у вас нет никакого знания, и полагаете, что этот поступок незначителен, хотя перед Аллахом это - великий грех.
Bu iftiranın batil olmasına və bu xüsusda hər hansı bir bilginiz olmamasına rəğmən sizlər bu iftiranı öz aranızda danışırdınız və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, əslində yalan və iftira olduğu üçün Allah yanında böyük bir günahdır.
24:16Страница 351
وَلَوۡلَآ إِذۡ سَمِعۡتُمُوهُ قُلۡتُم مَّا يَكُونُ لَنَآ أَن نَّتَكَلَّمَ بِهَٰذَا سُبۡحَٰنَكَ هَٰذَا بُهۡتَٰنٌ عَظِيمٞ ١٦
Почему, когда вы услышали это, вы не сказали: «Нам не подобает говорить такое. Пречист Ты! А это - великая клевета»?
Məgər siz bu iftiranı eitdiyinizdə: "Ey Rəbbimiz! Sən pak və müqəddəsən" – deyərək, "Bu çirkin iş barədə bizə danışmaq yaraşmaz. Möminlərin anasına yaxılan bu iftira, ona atılan böyük bir yalandan başqa bir şey deyildir" – deməli deyildinizmi?!
24:17Страница 351
يَعِظُكُمُ ٱللَّهُ أَن تَعُودُواْ لِمِثۡلِهِۦٓ أَبَدًا إِن كُنتُم مُّؤۡمِنِينَ ١٧
Аллах наставляет вас никогда не повторять подобного, если вы являетесь верующими.
Əgər Allaha iman edirsinizsə, sizin, təmiz olan bir kimsəyə zina iftirası yaxmaq kimi bir günaha təkrarən dönməməniz üçün Uca Allah sizə öyüd-nəsihət verir.
24:18Страница 351
وَيُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ١٨
Аллах разъясняет вам знамения. Аллах - Знающий, Мудрый.
Uca Allah, hikmətlər və ibrətlərlə dolu ayələrini sizin üçün müfəssəl olaraq belə izah edir. Allah etdiyiniz əməllərdən xəbərdardır. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O, etiyiniz əməllərin qarşılığını sizə verəcəkdir. Allah, işlərində və şəri hökmlərində hikmət sahibidir.
24:19Страница 351
إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلۡفَٰحِشَةُ فِي ٱلَّذِينَ ءَامَنُواْ لَهُمۡ عَذَابٌ أَلِيمٞ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ١٩
Воистину, тем, которые любят, чтобы о верующих распространялась мерзость, уготованы мучительные страдания в этом мире и в Последней жизни. Аллах знает, а вы не знаете.
İçərisində zina iftirasınında yer aldığı iyrənc əməllərin möminlər arasında yayılmasını istəyənlər üçün dünyada, iftira atan kimsə üçün təyin edilmiş hədd cəzası, axirətdə isə Cəhənnəm atəşində acılı-ağrılı bir əzab vardır. Allah o iftiraçıların yalanlarını, qullarının işinin sonu nə ilə qurtaracağını və qullarına nəyin onlar üçün daha faydalı olmasını daha yaxşı bilir, siz isə bunları bilməzsiniz.
24:20Страница 351
وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ وَأَنَّ ٱللَّهَ رَءُوفٞ رَّحِيمٞ ٢٠
Если бы не милосердие и милость Аллаха к вам и если бы Аллах не был Сострадательным и Милосердным, то грешников постигло бы скорое наказание.
Ey iftira olayına şərik olan kimsələr! Əgər Allahın sizin üzərinizə olan lütfü və sizə qarşı şəfqəti və mərhəməti olmasaydı, yaxdığınız iftiralara görə sizə əzabı tezləşdirib, sizi dərhal məhv edərdi.
24:21Страница 352
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ وَمَن يَتَّبِعۡ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِ فَإِنَّهُۥ يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۚ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنۡ أَحَدٍ أَبَدٗا وَلَٰكِنَّ ٱللَّهَ يُزَكِّي مَن يَشَآءُۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ ٢١
О те, которые уверовали! Не следуйте по стопам дьявола. А если кто следует по стопам дьявола, то ведь он призывает к мерзости и предосудительному. И если бы не милосердие и милость Аллаха к вам, то никто из вас никогда не очистился бы. Однако Аллах очищает того, кого пожелает. Аллах - Слышащий, Знающий.
Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə şeytanın batili bəzədiyi yollarına uyasınız. Kim şeytanın yollarına uyarsa, bilsin ki, şeytan insanlara, dinin qəbul etməyib pis gördüyü iyrənc və yaramaz işləri və sözləri əmr edir. Ey möminlər! Əgər Allahın sizin üzərinizdə lütfü və mərhəməti olmasaydı, sizdən tövbə edən heç bir kəs tövbəsi ilə günahlardan təmizlənməzdi. Lakin Allah qullarından istədiyini, tövbəsini qəbul etməklə təmizə çıxarar. Allah dediyiniz sözləri eşidəndir və etdiyiniz əməlləri biləndir. Bu xüsusda Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.
24:22Страница 352
وَلَا يَأۡتَلِ أُوْلُواْ ٱلۡفَضۡلِ مِنكُمۡ وَٱلسَّعَةِ أَن يُؤۡتُوٓاْ أُوْلِي ٱلۡقُرۡبَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱلۡمُهَٰجِرِينَ فِي سَبِيلِ ٱللَّهِۖ وَلۡيَعۡفُواْ وَلۡيَصۡفَحُوٓاْۗ أَلَا تُحِبُّونَ أَن يَغۡفِرَ ٱللَّهُ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٌ ٢٢
Пусть обладающие достоинствами и достатком среди вас не клянутся, что не будут помогать родственникам, беднякам и переселенцам на пути Аллаха. Пусть они простят и будут великодушны. Разве вы не желаете, чтобы Аллах простил вас? Аллах - Прощающий, Милосердный.
Qoy aranızda dində fəzilət və mal-dövlət baxımından sərvət sahibləri olanlar ehtiyacı olan yaxınlarına -fəqirlik içində yaşayan və Allah yolunda hicrət edən- işlətdikləri günahdan dolayı yardım etməyəcəklərinə dair and içməsinlər. Qoy onları əfv edib, xətalarını bağışlasınlar. Məgər siz onları əfv edib, xətalarını bağışladıqda, uca Allahın sizin günahlarınızı bağışlamasını istəmirsinizmi?! Allah tövbə edən qullarına qarşı bağışlayandır və onalara qarşı mərhəmətlidir. Qoy Allahın qulları, Allahın bağışlamasından özlərinə örnək götürsünlər. Bu ayə, Mistah bin Usasə -Allah ondan razı olsun- Aişəyə -Allah ondan razı olsun- atılan böhtanda iştirak etdiyi üçün, Əbu Bəkir -Allah ondan razı olsun- bir daha ona yardım etməyəcəyinə dair and içdiyinə görə nazil edilmişdir.
24:23Страница 352
إِنَّ ٱلَّذِينَ يَرۡمُونَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡغَٰفِلَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ لُعِنُواْ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ٢٣
Воистину, те, которые обвиняют целомудренных верующих женщин, даже не помышляющих о грехе, будут прокляты в этом мире и в Последней жизни! Им уготованы великие мучения
Namuslu, iffət sahibi və fahişə əməldən xəbəri olmayan ismətli mömin qadınlara zina iftirası atanlar, dünyada və axirətdə Allahın rəhmətindən qovulmuşlardır. Onları üçün axirətdə çox böyük bir əzab vardır.
24:24Страница 352
يَوۡمَ تَشۡهَدُ عَلَيۡهِمۡ أَلۡسِنَتُهُمۡ وَأَيۡدِيهِمۡ وَأَرۡجُلُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ٢٤
в тот день, когда их языки, руки и ноги будут свидетельствовать против них о том, что они совершили.
Qiyamət günü dilləri, dünyada ikən danışdıqları batil şeylər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Eyni şəkildə də əlləri və ayaqları etdikləri günahlar barəsində onların əleyhinə şəhadət verəcəkdir.
24:25Страница 352
يَوۡمَئِذٖ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلۡحَقَّ وَيَعۡلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ ٱلۡمُبِينُ ٢٥
В тот день Аллах воздаст им в полной мере по их истинному счету, и они узнают, что Аллах есть Явная Истина.
Məhz o gün uca Allah onlara ədalətli şəkildə layiq olduqları cəzanı verəcək və onlarda Allahın haqq olduğunu biləcəklər. Bilin ki, uca Allahın xəbər verdiyi hər bir söz yaxud vəd yaxud təhdid, şəkk-şübhə olmayan açıq-aydın bir haqdır.
24:26Страница 352
ٱلۡخَبِيثَٰتُ لِلۡخَبِيثِينَ وَٱلۡخَبِيثُونَ لِلۡخَبِيثَٰتِۖ وَٱلطَّيِّبَٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَٰتِۚ أُوْلَٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَۖ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ٢٦
Скверные женщины - для скверных мужчин, а скверные мужчины - для скверных женщин, и хорошие женщины - для хороших мужчин, а хорошие мужчины - для хороших женщин. Они непричастны к тому, что говорят клеветники. Им уготовано прощение и щедрый удел.
Hər bir murdar kişi və murdar qadın özlərinə münasib olan murdar kişiyə və murdar qadına yaraşar və hər bir murdar söz və əməl ona münasib olan murdar kimsələrə yaraşar. Eyni şəkildə hər təmiz olan da, təmiz olana yaraşar. Təmiz kişilər və qadınlar, murdar kişi və qadınların onlar barəsində söylədiklərindən uzaqdırlar. Bu kimsələr üçün Allahdan günahlarının bağışlanması və gözəl bir ruzi vardır. Bu isə Cənnətdir.
24:27Страница 352
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتًا غَيۡرَ بُيُوتِكُمۡ حَتَّىٰ تَسۡتَأۡنِسُواْ وَتُسَلِّمُواْ عَلَىٰٓ أَهۡلِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٢٧
О те, которые уверовали! Не входите в чужие дома, пока не спросите позволения и не поприветствуете миром их обитателей. Это лучше для вас. Быть может, вы помяните назидание.
Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə özgə evlərə daxil olmaq üçün ev sakinlərindən icazə almadan və onlara salam verib: "Əssəlamu aleykum, gəlmək olarmı?"- demədən daxil olmayın. Evə daxil olmazdan əvvəl icazə alaraq daxil olmaq, icazə almadan evə qəfildən daxil olmaqdan daha xeyirlidir. Bəlkə siz, Allahın bu əmrindən ibrət alıb, ona əməl edəsiniz.
24:28Страница 353
فَإِن لَّمۡ تَجِدُواْ فِيهَآ أَحَدٗا فَلَا تَدۡخُلُوهَا حَتَّىٰ يُؤۡذَنَ لَكُمۡۖ وَإِن قِيلَ لَكُمُ ٱرۡجِعُواْ فَٱرۡجِعُواْۖ هُوَ أَزۡكَىٰ لَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ٢٨
Если же вы никого не найдете в них, то не входите, пока вам не позволят. Если же вам скажут: «Уйдите!». - то уходите. Так будет чище для вас. Воистину, Аллаху ведомо о том, что вы совершаете.
Əgər o evlərdə heç kim olmazsa, izin vermə haqqına sahib bir kimsə tərəfindən sizə evə daxil olmanız üçün izin verilincəyə qədər ora daxil olmayın. Əgər ev sahibləri sizə: "Qayıdın!" – deyərsə, bu zaman evə daxil olmadan geri dönün. Bu, Allah yanında sizin üçün daha təmiz olandır. Allah nə etdiklərinizi bilir və etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.
24:29Страница 353
لَّيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَدۡخُلُواْ بُيُوتًا غَيۡرَ مَسۡكُونَةٖ فِيهَا مَتَٰعٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ ٢٩
На вас нет греха, если вы без разрешения войдете в нежилые (не принадлежащие конкретному лицу) дома, которыми вы можете пользоваться. Аллаху известно то, что вы обнаруживаете, и то, что вы скрываете.
Yaşayış üçün olmayan, idarələr, dükanlar, kitabkanalar və s. bu kimi insanların ümumi istifadəsi üçün hazırlanmış olan yerlərə izinsiz daxil olmaq sizin üçün günah deyildir. Uca Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir. Etdiyiniz əməllərdən Allaha heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.
24:30Страница 353
قُل لِّلۡمُؤۡمِنِينَ يَغُضُّواْ مِنۡ أَبۡصَٰرِهِمۡ وَيَحۡفَظُواْ فُرُوجَهُمۡۚ ذَٰلِكَ أَزۡكَىٰ لَهُمۡۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا يَصۡنَعُونَ ٣٠
Скажи верующим мужчинам, чтобы они опускали свои взоры и оберегали свои половые органы. Так будет чище для них. Воистину, Аллаху ведомо о том, что они творят.
Ey Peyğəmbər! Mömin kişilərə de ki, gözlərini onlara hala olmayan qadınlara və ayıb yerlərə baxmaqdan çəksinlər, cinsiyyət üzvlərini harama düşməkdən və açmaqdan qorusunlar. Gözləri, Allahın həm haram etdiyi baxışlardan qorumaq, həm də cinsiyyət üzvlərini qorumaq Allah yanında onlar üçün daha təmiz və pakdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.
24:31Страница 353
وَقُل لِّلۡمُؤۡمِنَٰتِ يَغۡضُضۡنَ مِنۡ أَبۡصَٰرِهِنَّ وَيَحۡفَظۡنَ فُرُوجَهُنَّ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنۡهَاۖ وَلۡيَضۡرِبۡنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّۖ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوۡ ءَابَآئِهِنَّ أَوۡ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوۡ أَبۡنَآئِهِنَّ أَوۡ أَبۡنَآءِ بُعُولَتِهِنَّ أَوۡ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ أَخَوَٰتِهِنَّ أَوۡ نِسَآئِهِنَّ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّ أَوِ ٱلتَّٰبِعِينَ غَيۡرِ أُوْلِي ٱلۡإِرۡبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفۡلِ ٱلَّذِينَ لَمۡ يَظۡهَرُواْ عَلَىٰ عَوۡرَٰتِ ٱلنِّسَآءِۖ وَلَا يَضۡرِبۡنَ بِأَرۡجُلِهِنَّ لِيُعۡلَمَ مَا يُخۡفِينَ مِن زِينَتِهِنَّۚ وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٣١
Скажи верующим женщинам, чтобы они опускали свои взоры и оберегали свои половые органы. Пусть они не выставляют напоказ своих прикрас, за исключением тех, которые видны, и пусть прикрывают своими покрывалами вырез на груди и не показывают своей красы никому, кроме своих мужей, или своих отцов, или своих свекров, или своих сыновей, или сыновей своих мужей, или своих братьев, или сыновей своих братьев, или сыновей своих сестер, или своих женщин, или невольников, которыми овладели их десницы, или слуг из числа мужчин, лишенных вожделения, или детей, которые не постигли наготы женщин; и пусть они не стучат своими ногами, давая знать об украшениях, которые они скрывают. О верующие! Обращайтесь к Аллаху с покаянием все вместе, - быть может, вы преуспеете.
Mömin qadınlara da de ki, baxışlarını özlərinə halal olmayan kimsələrə baxmaqdan çəkindirsinlər və ayıb yerlərini fahişə əməllərdən uzaq duraraq və örtərək qorusunlar. Qoy onlar üst paltarı kimi görünə və örtülməsi mümkün olmayan zinət əşyalarını yad kişilərə göstərməsinlər. Baş örtüklərini saçlarının, üzlərinin və boyun-boğazlarının üstünə salsınlar. Gizlində olan zinət əşlayarını ərlərindən, yaxud atalarından, yaxud qayınatalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud müsəlman və ya kafir olmasından aslı olmayaraq etibarlı qadınlardan, yaxud sahib olduqları kişi və ya qadın kölələrdən, yaxud qadınlara ehtiyacı qalmayan kişi xidmətçilərdən, yaxud kiçikliyinə görə qadınların ayıb yerlərini hələ dərk etməyən uşaqlardan başqasına göstərməsinlər. Qadınlar, xalxallarını və gizlətdikləri başqa zinət əşyalarının bilinməsi üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Mətləbinizə yetişmək, qorduğunuz şeydən əmin olmaq üçün haram baxışlardan və bundan başqa olan günahlardan hamılıqla Allaha tövbə edin!
24:32Страница 354
وَأَنكِحُواْ ٱلۡأَيَٰمَىٰ مِنكُمۡ وَٱلصَّٰلِحِينَ مِنۡ عِبَادِكُمۡ وَإِمَآئِكُمۡۚ إِن يَكُونُواْ فُقَرَآءَ يُغۡنِهِمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ٣٢
Сочетайте браком тех из вас, кто холост, и праведников из числа ваших рабов и рабынь. Если они бедны, то Аллах обогатит их из Своей милости. Аллах - Объемлющий, Знающий.
Ey möminlər! Aranızda, zövcələri olmayan kişiləri və ərləri olmayan azad qadınları, həmçinin, mömin olan kölə və kənizlərinizi evləndirin. Əgər onlar fəqirdirlərsə, Allah Öz geniş lütfü ilə onları varlı edər. O, bol ruzi sahibidir. Onu ruzisi bir kimsəni zənginləşdirməklə naqisləşməz. Allah qullarının nə etdiklərini biləndir.
24:33Страница 354
وَلۡيَسۡتَعۡفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغۡنِيَهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَٱلَّذِينَ يَبۡتَغُونَ ٱلۡكِتَٰبَ مِمَّا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ فَكَاتِبُوهُمۡ إِنۡ عَلِمۡتُمۡ فِيهِمۡ خَيۡرٗاۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِيٓ ءَاتَىٰكُمۡۚ وَلَا تُكۡرِهُواْ فَتَيَٰتِكُمۡ عَلَى ٱلۡبِغَآءِ إِنۡ أَرَدۡنَ تَحَصُّنٗا لِّتَبۡتَغُواْ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَن يُكۡرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعۡدِ إِكۡرَٰهِهِنَّ غَفُورٞ رَّحِيمٞ ٣٣
Пусть соблюдают целомудрие те, которые не находят возможности вступить в брак, пока Аллах не обогатит их из Своей милости. Если невольники, которыми овладели ваши десницы, хотят получить письмо о сумме выкупа, то дайте им такое письмо, если вы нашли в них добрые качества, и одарите их из имущества Аллаха, которое Он даровал вам. Не принуждайте своих невольниц к блуду ради обретения тленных благ мирской жизни, если они желают блюсти целомудрие. Если же кто-либо принудит их к этому, то Аллах после принуждения их будет Прощающим, Милосердным.
Yoxsulluq səbəbindən evlənməyə imkanı olmayanlar, Allah Öz geniş lütfü ilə onları varlandırana qədər, ismətlərini zinadan qoruyub saxlasınlar. Özlərini köləlikdən xilas edib, azadlığa qovuşmaq üçün mal verərək ağaları ilə mükatəbə (Mükatəbə sözü ərəb dilində: Qulun köləlikdən azad olması üçün ağası ilə müəyyən pul məbləği əsasında bağladığı bir sazişdir) etməyi tələb edənlər varsa, əgər ağaları onların dində saleh və bağlanan sazişi ödəyə biləcəyini zənn edərsə, bu zaman onlarla tələb etdikləri mükatəbə sazişini bağlasınlar. Qoy ağalar, kölələrin onlarla bağladıqları mükatəbənin bir qismini ödəmələri üçün Allahın onlara verdiyi maldan kölələrinə da versinlər. Nəbadə Abdullah bin Ubeyin, iffətli olub, zinadan uzaq duraraq, ismətlərini qorumaq istəyən iki cariyəsini zinaya məcbur etdirdiyi kimi, sizdə mal-dövlət əldə etməniz üçün öz cariyələrinizi zinakarlığa məcbur edəsiniz. Sizdən kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onların günahlarını bağışlayar və onlara rəhm edər. Çünki onlar bu işi öz xoşları ilə deyil, əksinə, məcbur edilərək görmüşdülər, elə bu görə də günah onları bu işə məcbur edənin boynunadır.
24:34Страница 354
وَلَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكُمۡ ءَايَٰتٖ مُّبَيِّنَٰتٖ وَمَثَلٗا مِّنَ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِكُمۡ وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ٣٤
Мы уже ниспослали вам ясные знамения, и притчу о тех, которые миновали до вас, и увещевание для богобоязненных.
Ey İnsanlar! Biz sizə içərisində heç bir qarışıqlıq olmayan, açıq-aydın ayələr nazil etdik. Sizin, sizdən öncə yaşamış mömin və kafir kimsələrin başlarına gələn hadisərdən ibrət almanız üçün onlardan sizə misallar çəkdik. Həmçinin, Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Rəbbindən qorxan müttəqilər üçün bir öyüd-nəsihət nazil etdik.
24:35Страница 354
۞ ٱللَّهُ نُورُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ مَثَلُ نُورِهِۦ كَمِشۡكَوٰةٖ فِيهَا مِصۡبَاحٌۖ ٱلۡمِصۡبَاحُ فِي زُجَاجَةٍۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوۡكَبٞ دُرِّيّٞ يُوقَدُ مِن شَجَرَةٖ مُّبَٰرَكَةٖ زَيۡتُونَةٖ لَّا شَرۡقِيَّةٖ وَلَا غَرۡبِيَّةٖ يَكَادُ زَيۡتُهَا يُضِيٓءُ وَلَوۡ لَمۡ تَمۡسَسۡهُ نَارٞۚ نُّورٌ عَلَىٰ نُورٖۚ يَهۡدِي ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُۚ وَيَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَٰلَ لِلنَّاسِۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ٣٥
Аллах - Свет небес и земли. Его свет в душе верующего подобен нише, в которой находится светильник. Светильник заключен в стекло, а стекло подобно жемчужной звезде. Он возжигается от благословенного оливкового дерева, которое не освещается солнцем только с востока или только с запада. Его масло готово светиться даже без соприкосновения с огнем. Один свет поверх другого! Аллах направляет к Своему свету, кого пожелает. Аллах приводит людям притчи, и Аллах знает о всякой вещи.
Uca Allah göylərin və yerin nurudur. O, orada olanları hidayət yoluna yönəldəndir. Uca Allahın möminlərin qəlbində olan nurunun misalı, pəncərəsiz bir divarda içində çıraq olan bir taxçaya bənzəyir. O çıraq işıldayan bir şüşənin içindədir, şüşə isə, sanki inci kimi parlayan, nuru ərtafa yayılan bir ulduzdur. Bu çıraq, mübarək bir ağacın yağından yandırılar. Bu ağac, səhər-axşam, daima günəş şüaları altında qalan mübarək zeytun ağacıdır. Onun yağı, özünə od toxunmasa da, parlaqlığı səbəbindən ətrafa sanki işıq saçır. Əgər ona od toxunsaydı, ətrafa gör necə parlaq içiq saçardı. Hidayət nuru ilə parlayan möminin qəlbi də belədir. Uca Allah istədiyi qulunu Qurana tabe olmağa müvəffəq edər. Uca Allah əşyaları, onun bənzərini misal çəkərək beləcə açıqlayar. Allah hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz.
24:36Страница 354
فِي بُيُوتٍ أَذِنَ ٱللَّهُ أَن تُرۡفَعَ وَيُذۡكَرَ فِيهَا ٱسۡمُهُۥ يُسَبِّحُ لَهُۥ فِيهَا بِٱلۡغُدُوِّ وَٱلۡأٓصَالِ ٣٦
В домах, которые Аллах дозволил воздвигнуть, поминается Его имя. Его славят в них по утрам и перед закатом
Bu çıraq, Allahın, tikilib ucaldılmasına və içində Allahın adının azan, dua və namazla zikr edilməsinə və orada Allah rizasını qazanmaq üçün günün əvvəl və son vaxtında namaz qılmağa izin verdiyi məscidlərdir.
24:37Страница 355
رِجَالٞ لَّا تُلۡهِيهِمۡ تِجَٰرَةٞ وَلَا بَيۡعٌ عَن ذِكۡرِ ٱللَّهِ وَإِقَامِ ٱلصَّلَوٰةِ وَإِيتَآءِ ٱلزَّكَوٰةِ يَخَافُونَ يَوۡمٗا تَتَقَلَّبُ فِيهِ ٱلۡقُلُوبُ وَٱلۡأَبۡصَٰرُ ٣٧
мужи, которых ни торговля, ни купля-продажа не отвлекают от поминания Аллаха, совершения намаза и выплаты закята. Они боятся дня, когда перевернутся сердца и взоры,
O kişilər ki, nə alış-veriş, nə də ticarət onları Allahı zikr etməkdən, namazı vaxtı-vaxtında, kamil bir şəkildə qılmaqdan, mallarının zəkatını, zəkata layiq insanlara verməkdən yayındırmaz və onlar Qiyamət gününün əzabından qorxarlar. Qiyamət günü, onların qəlbləri əzabdan qurtulmaq arzusu ilə əzaba düşmək qorxusu arasında çarəsiz bir halda qaldıqları və Qiyamətin dəhşətli mənzərəsindən gözlərin çevriləcəyi bir gündür.
24:38Страница 355
لِيَجۡزِيَهُمُ ٱللَّهُ أَحۡسَنَ مَا عَمِلُواْ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦۗ وَٱللَّهُ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٖ ٣٨
чтобы Аллах воздал им за наилучшее из того, что они совершили (или лучшим, чем то, что они совершили; или наилучшим образом за то, что они совершили), и приумножил это по Своей милости. Аллах наделяет, кого пожелает, без счета.
Onlar, dünyada ikən bu əməllərini, Allah onların etdikləri əməllərin ən gözəli mükafatı ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın deyə etmişdilər. Allah istədiyi quluna, etdikləri əməllərin müqabilində hesabsız ruzi verir. Bəzəndə bu ruzini onlara üçün qat-qat artırar.
24:39Страница 355
وَٱلَّذِينَ كَفَرُوٓاْ أَعۡمَٰلُهُمۡ كَسَرَابِۭ بِقِيعَةٖ يَحۡسَبُهُ ٱلظَّمۡـَٔانُ مَآءً حَتَّىٰٓ إِذَا جَآءَهُۥ لَمۡ يَجِدۡهُ شَيۡـٔٗا وَوَجَدَ ٱللَّهَ عِندَهُۥ فَوَفَّىٰهُ حِسَابَهُۥۗ وَٱللَّهُ سَرِيعُ ٱلۡحِسَابِ ٣٩
А деяния неверующих подобны мареву в пустыне, которое жаждущий принимает за воду. Когда он подходит к нему, то ничего не находит. Он находит вблизи себя Аллаха, который воздает ему сполна по его счету. Аллах скор в расчете.
Allaha iman etməyib kafir olanların etdikləri əməllərin heç bir savabı yoxdur. Bunun misalı, susamış bir kimsənin səhrada qızmar günəş altında nə isə görüb onu su zənn etdiyi ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edərək ona tərəf tələsərək gedər sonda ona yetişdikdə isə orada su olmadığını görən bir kimsənin misalına bənzər. Bax, kafir kimsə də belədir. O, əməllərinin özünə fayda verəcəyini zənn edər hətta ölüb yenidən dirildikdə isə əməllərinin savabı olmadığını və öz qarşısında Rəbbini və Rəbbi də ona əməllərinin hesabını kamil bir şəkildə verdiyini görər. Allah tez haqq-hesab çəkəndir.
24:40Страница 355
أَوۡ كَظُلُمَٰتٖ فِي بَحۡرٖ لُّجِّيّٖ يَغۡشَىٰهُ مَوۡجٞ مِّن فَوۡقِهِۦ مَوۡجٞ مِّن فَوۡقِهِۦ سَحَابٞۚ ظُلُمَٰتُۢ بَعۡضُهَا فَوۡقَ بَعۡضٍ إِذَآ أَخۡرَجَ يَدَهُۥ لَمۡ يَكَدۡ يَرَىٰهَاۗ وَمَن لَّمۡ يَجۡعَلِ ٱللَّهُ لَهُۥ نُورٗا فَمَا لَهُۥ مِن نُّورٍ ٤٠
Или же они подобны мраку в глубине морской пучины. Его покрывает волна, над которой находится другая волна, над которой находится облако. Один мрак поверх другого! Если он вытянет свою руку, то не увидит ее. Кому Аллах не даровал света, тому не будет света.
Yaxud onların əməlləri dərin bir dənizdəki qaranlıqlar kimidir. O qaranlıqların üstünü bir dalğa, o dalğanın üstündən də başqa bir dalğa örtər, onun da üstündə özünə yolu göstərmək də kömək edən ulduzları örtən bir bulud vardır. Bunlar bir-birinin üstündə olan qaranlıqlardır! Belə bir qaranlığa düşən kimsə əlini uzatsa, qaranlığın şiddətindən dolayı az qala əlinin harada olduğunu görməz. Bax, kafir kimsənin misalı da belədir. Çünki cəhalət, şəkk-şübhə, çaşqınlıq və qəlbinin möhürlənməsi qaranlıqları onun üzərinə üst-üstə yığılmışdır. Allah kimi zəlalətdən hidayətə yönəldərək və kitabından ona elm verərək ruziləndirməzsə, onu hidayət yoluna yönəldən və ona doğru yolu göstərən bir kitab verən olmaz.
24:41Страница 355
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلطَّيۡرُ صَٰٓفَّٰتٖۖ كُلّٞ قَدۡ عَلِمَ صَلَاتَهُۥ وَتَسۡبِيحَهُۥۗ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ ٤١
Разве ты не видел, что Аллаха славят те, кто на небесах и на земле, а также птицы с распростертыми крыльями? Каждый знает свою молитву и свое славословие. Аллах знает о том, что они совершают.
Ey Peyğəmbər! Məgər göylərdə və yerdə olan bütün məxluqatların, havada cərgə-cərgə qanad açıb uçan quşların Allahın şəninə həmd-səlar, təriflər dediklərini bilmirsənmi? Uca Allah hər bir məxluqun nə etdiyin bilir. O, yaratdığı insanın namazını və quşların Onun şəninə həmd-səlar deməsini çox yaxşı bilir. Allah onların nə etdiklərindən xəbərdardır. Onların əməllərindən Uca Allaha heç bir şey gizli qalmaz.
24:42Страница 355
وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ٤٢
Аллаху принадлежит власть над небесами и землей, и к Аллаху предстоит прибытие.
Göylərin və yerin mülkü yalnız Allaha məxsusdur. Siz qiyamət günü haqq-hesab və əməllərinizin əvəzini almaq üçün Onun hüzuruna dönəcəksiniz.
24:43Страница 355
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُزۡجِي سَحَابٗا ثُمَّ يُؤَلِّفُ بَيۡنَهُۥ ثُمَّ يَجۡعَلُهُۥ رُكَامٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٖ فِيهَا مِنۢ بَرَدٖ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصۡرِفُهُۥ عَن مَّن يَشَآءُۖ يَكَادُ سَنَا بَرۡقِهِۦ يَذۡهَبُ بِٱلۡأَبۡصَٰرِ ٤٣
Разве ты не видишь, что Аллах гонит облака, потом соединяет их, потом превращает их в кучу облаков, и ты видишь, как из расщелин ее изливается ливень. Он низвергает град с гор, которые на небе. Он поражает им, кого пожелает, и отвращает его, от кого пожелает. Блеск их молний готов унести зрение.
Ey Muhamməd! Məgər sən, Allahın buludları qovduğunu, sonra səmaya səpələnmiş buludları bir-birinə qovuşduraraq bir araya cəm etdiyini sonra da o buludları bir-birinin üstünə yığılmış bulud topasına çevirdiyini bilmirsənmi?! Sən yağmurun o buludların arasından süzülərək çıxdığını görürsən. Uca Allah göy üzündə dağlara bənzər əzəmətli buludlardan daş kimi donmuş dolu yağdırır. Sonra da bu dolunu qullarından istədiyinə isabət etdirər və istədiyindən də onu uzaqlaşdırar. Buludların şimşəyinin parıltısı az qalır ki, parıltının şiddətindən gözləri kor etsin.
24:44Страница 356
يُقَلِّبُ ٱللَّهُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّأُوْلِي ٱلۡأَبۡصَٰرِ ٤٤
Аллах чередует день и ночь. Воистину, в этом - назидание для обладающих зрением.
Uca Allah, uzun və qısa, gediş və gəliş olmaqla gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, sizə zikir edilən bu ayələrdə bəsirət sahibləri üçün uca Allahın rübubiyyətinə, qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillər və ibrətlər vardır.
24:45Страница 356
وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٖ مِّن مَّآءٖۖ فَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰ بَطۡنِهِۦ وَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰ رِجۡلَيۡنِ وَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰٓ أَرۡبَعٖۚ يَخۡلُقُ ٱللَّهُ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٤٥
Аллах сотворил все живые существа из воды. Среди них есть такие, которые ползают на брюхе, такие, которые ходят на двух ногах, и такие, которые ходят на четырех. Аллах творит то, что пожелает. Воистину, Аллах способен на всякую вещь.
Allah yer üzündə gəzib dolaşan canlını bir qətrə nütfədən (spermadan) yaratmışdır. Onlardan bəziləri ilan kimi qarnı üstə sürünürək hərəkət edər, bəziləri insan və quş kimi iki ayaq üstündə gəzir, bəziləri də dördayaqlı heyvanlar kimi dörd ayaq üstündə gəzir. Uca Allah, zikir edilənlərdən və zikir edilməyənlərdən istədiyi canlıları yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Heç bir şey Onu aciz etməz!
24:46Страница 356
لَّقَدۡ أَنزَلۡنَآ ءَايَٰتٖ مُّبَيِّنَٰتٖۚ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٤٦
Мы уже ниспослали ясные знамения, и Аллах наставляет на прямой путь, кого пожелает.
Biz Muhəmmədə -sallallahu aleyhi və səlləm- haqq yoluna yönəldən açıq-aydın ayələr nazil etdik. Allah istədiyi kimsəni əyriliyi olmayan doğru yola yönəldir və bu yol da onu Cənnətə götürür.
24:47Страница 356
وَيَقُولُونَ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلرَّسُولِ وَأَطَعۡنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٞ مِّنۡهُم مِّنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ ٤٧
Они (лицемеры) говорят: «Мы уверовали в Аллаха и Посланника и повинуемся». Но после этого часть их отворачивается, и они не являются верующими.
Münafiqlər: "Allaha və Rəsuluna iman gətirdik, Allaha və Rəsuluna itaət etdik!" – deyirlər və bundan sonra isə onlardan bir dəstə iman və itaətdən üz çevirir. Allaha və Rəsuluna iman və itaət etdikləri iddiasına olduqdan sonra Allah yolunda cihad etmə əmri xüsusunda və digər əmrlərdə Allaha və Rəsuluna itaət etməzlər. Allah və Onun Rəsuluna itaət etməkdən üz çevirən o kimsələr, hətta özlərinin iman gətirdiklərini iddia etsələrdə, mömin deyillər.
24:48Страница 356
وَإِذَا دُعُوٓاْ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحۡكُمَ بَيۡنَهُمۡ إِذَا فَرِيقٞ مِّنۡهُم مُّعۡرِضُونَ ٤٨
Когда их зовут к Аллаху и Его Посланнику, чтобы он рассудил их, часть из них отворачивается.
Bu münafiqlər, ixtilaf etdikləri şeylərdə aralarında Peyğəmbərin hökm verməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman qəlblərində olan nifaq səbəbindən Peyğəmbərin onların arasında Allahın hökmü ilə hökm verməsindən üz çevirərlər.
24:49Страница 356
وَإِن يَكُن لَّهُمُ ٱلۡحَقُّ يَأۡتُوٓاْ إِلَيۡهِ مُذۡعِنِينَ ٤٩
Будь они правы, они покорно явились бы к нему.
Əgər onlar haqlı olduqlarını və Peyğəmbərin də onların leyhinə hökm verəcəyini bilsəydilər, bu zaman tələm-tələsik onun yanına gələrdilər.
24:50Страница 356
أَفِي قُلُوبِهِم مَّرَضٌ أَمِ ٱرۡتَابُوٓاْ أَمۡ يَخَافُونَ أَن يَحِيفَ ٱللَّهُ عَلَيۡهِمۡ وَرَسُولُهُۥۚ بَلۡ أُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ٥٠
Неужели их сердца поражены недугом? Или же они сомневаются? Или же они опасаются того, что Аллах и Его Посланник несправедливо осудят их? О нет! Они сами поступают несправедливо!
Onların qəlbində daimi olan bir xəstəlikmi var?! Yoxsa onlar Muhəmmədin Allahın Rəsulu olduğuna şübhə edirlər?! Ya da Allahın və Onun Rəsulunun hökmündə onlara qarşı haqsızlıq edəcəklərindənmi qorxurlar? Xeyr, bunun səbəbi, heç də zikir edilən şeylər deyildir. Bunun həqiqi səbəbi, Peyğəmbərin hökmündən üz çevirmələri və onun hökümlərinə qarşı inadkarlıq etmələri üzündən qəlblərindəki xəstəlikdir.
24:51Страница 356
إِنَّمَا كَانَ قَوۡلَ ٱلۡمُؤۡمِنِينَ إِذَا دُعُوٓاْ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحۡكُمَ بَيۡنَهُمۡ أَن يَقُولُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۚ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٥١
Когда верующих зовут к Аллаху и Его Посланнику, чтобы он рассудил их, они говорят: «Слушаем и повинуемся!». Именно они являются преуспевшими.
Aralarında hökm vermək üçün Allaha və Onun Rəsuluna çağırıldıqda möminlər ancaq: "Biz Allah Rəsulunun sözünü eşidirik və onun əmrinə itaət edirik!" – deyərlər. Dünyada və axirətdə nicat tapanlar da məhz bu sifətlərə sahib olan kimsələrdir.
24:52Страница 356
وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَخۡشَ ٱللَّهَ وَيَتَّقۡهِ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَآئِزُونَ ٥٢
Те, которые повинуются Аллаху и Его Посланнику, боятся Аллаха и исповедуют богобоязненность, обрели успех.
Kim Allaha və Onun Rəsuluna itaət edər, Allah və Rəsulunun hökmülərinə tabe olar, günahlardan çəkinər və uca Allahın əmrlərini yerinə yetirib, qadağalarından özünü qoruyaraq Allahdan qorxarsa, sonda dünya və axirət xeyirləri ilə uğura məhz onlar nail olarlar.
24:53Страница 356
۞ وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِنۡ أَمَرۡتَهُمۡ لَيَخۡرُجُنَّۖ قُل لَّا تُقۡسِمُواْۖ طَاعَةٞ مَّعۡرُوفَةٌۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ٥٣
Они (лицемеры) приносят величайшие клятвы именем Аллаха о том, что если бы ты приказал им, то они непременно выступили бы в поход. Скажи: «Не клянитесь! Такая покорность хорошо известна. Воистину, Аллаху ведомо о том, что вы совершаете».
Münafiqlər, əgər onlardan cihada çıxmaq tələb olunsaydı, onlar mütləq Allah yolunda cihada çıxacaqlarına dair bütün gücləri ilə Allaha çox möhkəm and içirlər. Ey Peyğəmbər! Onlara belə de: "And içməyin! Yalan söylədiyiniz hamıya məlumdur. İtaətiniz isə yalan bir iddiadır. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Hansı əməlinizi gizlədirsinizsə gizlədin, bilin ki, əməllərinizdən Ona heç bir şey gizli qalmaz!".
24:54Страница 357
قُلۡ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۖ فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡهِ مَا حُمِّلَ وَعَلَيۡكُم مَّا حُمِّلۡتُمۡۖ وَإِن تُطِيعُوهُ تَهۡتَدُواْۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٥٤
Скажи: «Повинуйтесь Аллаху и повинуйтесь Посланнику». Если вы отвернетесь, то ведь он отвечает за то, что возложено на него, а вы отвечаете за то, что возложено на вас. Но если вы подчинитесь ему, то последуете прямым путем. На Посланника возложена только ясная передача откровения.
Ey Peyğəmbər! O münafiqlərə de: "Aşkarda və gizlidə Allaha və Onun Rəsuluna itaət edin. Əgər siz, əmr olunduğunuz işlərdə Allah və Onun Rəsuluna tabe olmaqdan üz çevirsəniz, bilin ki, Peyğəmbərin üzərinə düşən öhdəlik yalnız sizi təbliğ etməkdir. Sizin də üzərinizə düşən öhdəlik isı ona itaət etmək və onun gətirdiklərinə əməl etməkdir. Əgər siz Peyğəmbərin əmr etdiklərini edib və qadağalarından çəkinərək ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən açıq-aşkar təbliğ etməkdən başqa bir şey deyildir. Onun sizləri hidayətə gətirmək və bu işdə sizi məcbur etmək cavabdehliyi yoxdur!"
24:55Страница 357
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَيَسۡتَخۡلِفَنَّهُمۡ فِي ٱلۡأَرۡضِ كَمَا ٱسۡتَخۡلَفَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَلَيُمَكِّنَنَّ لَهُمۡ دِينَهُمُ ٱلَّذِي ٱرۡتَضَىٰ لَهُمۡ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعۡدِ خَوۡفِهِمۡ أَمۡنٗاۚ يَعۡبُدُونَنِي لَا يُشۡرِكُونَ بِي شَيۡـٔٗاۚ وَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ٥٥
Аллах обещал тем из вас, которые уверовали и совершали праведные деяния, что Он непременно сделает их наместниками на земле, подобно тому, как Он сделал наместниками тех, кто был до них. Он непременно одарит их возможностью исповедовать их религию, которую Он одобрил для них, и сменит их страх на безопасность. Они поклоняются Мне и не приобщают сотоварищей ко Мне. Те же, которые после этого откажутся уверовать, являются нечестивцами.
Uca Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə düşmənlərə qarşı onlara yardım etməyi və onları özlərindən əvvəlki möminləri yer üzündə hökmran etdiyi kimi onlarıda yer üzündə hökmran edəcəyini vəd vermişdir. Eyni şəkildə Allahın möminlər üçün bəyənib seçdiyi İslam dinini yer üzündə bərqərar edəcəyinə və onların qorxusunu əminliklə əvəz edəcəyinə dair vəd vermişdir. Çünki o möminlər yalnız Mənə ibadət edərlər və heç bir şeyi Mənə şərik qoşmazlar. Bu nemətlərdən sonra hər kim Allaha küfür edərsə məhz onlar Allahın itaətindən çıxanlardır.
24:56Страница 357
وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَطِيعُواْ ٱلرَّسُولَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ٥٦
Совершайте намаз, выплачивайте закят и повинуйтесь Посланнику, - быть может, вы будете помилованы.
Allahın rəhmətinə nail olmaq üçün namaz vaxtı-vaxtında kamil bir şəkildə əda edin, malınızın zəkatını verin, sizə əmr etdiyi şeyləri edib, qadağan etdiyi şeylərdən çəkinmərək Peyğəmbərə itaət edin!
24:57Страница 357
لَا تَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ مُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۚ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَلَبِئۡسَ ٱلۡمَصِيرُ ٥٧
Не думай, что неверующие могут спастись на земле. Их пристанищем будет Огонь. Как же скверно это место прибытия!
Ey Peyğəmbər! Uca Allah kafirlərə əzab nazil etmək istədiyi zaman, onların Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini əsla zənn etmə. Qiyamət günü onların gedəcəkləri yer Cəhənnəmdir. Gedəcəkləri yer Cəhənnəm olan kimsələrin yeri, necə də pis bir yeridir!
24:58Страница 357
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِيَسۡتَـٔۡذِنكُمُ ٱلَّذِينَ مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ وَٱلَّذِينَ لَمۡ يَبۡلُغُواْ ٱلۡحُلُمَ مِنكُمۡ ثَلَٰثَ مَرَّٰتٖۚ مِّن قَبۡلِ صَلَوٰةِ ٱلۡفَجۡرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعۡدِ صَلَوٰةِ ٱلۡعِشَآءِۚ ثَلَٰثُ عَوۡرَٰتٖ لَّكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ وَلَا عَلَيۡهِمۡ جُنَاحُۢ بَعۡدَهُنَّۚ طَوَّٰفُونَ عَلَيۡكُم بَعۡضُكُمۡ عَلَىٰ بَعۡضٖۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٥٨
О те, которые уверовали! Пусть невольники, которыми овладели ваши десницы, и те, кто не достиг половой зрелости, спрашивают у вас разрешения войти в покои в трех случаях: до рассветного намаза, когда вы снимаете одежду в полдень и после вечернего намаза. Вот три времени наготы для вас. Ни на вас, ни на них нет греха за вход без разрешения, помимо этих случаев, ведь вы посещаете друг друга. Так Аллах разъясняет вам знамения. Аллах - Знающий, Мудрый.
Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Kişi və qadın kölələriniz və həddi-büluğ yaşına çatmayan uşaqlarınız yanınıza girmək istədikdə qoy bu üç vaxtda sizdən izin istəsinlər. Bu vaxtlar: sübh namazından əvvəl, yataq paltarlarınızı dəyişib gündüz paltarlarınızı geyindiyiniz vaxt, günorta vaxtı paltarınızı yatmaq üçün çıxartdığınız zaman və işa namazından sonrakı vaxtdır. Çünki bu vaxt, gündüz paltarınızı çıxarıb yataq paltarınızı geyindiyiniz vaxtdır. Bu üç vaxt, sizin çılpaq ola biləcəyiniz vaxtlardır. Bu kimsələr, bu vaxtlarda sizin yanınıza ancaq sizdən izin aldıqdan sonra girə bilərlər. Bu üç vaxtdan başqa qalan vaxtlarda onların sizin yanınıza sizdən izin almadan daxil olmalarında və həmçinin sizin də onların yanına onlardan izin olamdan daxil olmanızda nə sizə, nə də onlara bir günah vardır. Çünki onlar gecə-gündüz daima sizin aranızda olan kimsələrdir və hər dəfə sizin yanınıza daxil olmaq üçün sizdən izin istəmələri onlara çətindir. Uca Allah, evlərə daxil olmazdan əvvəl izin alma hökmlərini sizə açıq-aydın izah etdiyi kimi, şəriətin başqa hökmlərinə dəlalət edən ayələri də sizə belə aşıq-aydın bir şəkildə izah edir. Uca Allah nəyin qulları üçün daha xeyirli olduğunu biləndir və onlar üçün qanun etdiyi hökmlərində də hikmət sahibidir.
24:59Страница 358
وَإِذَا بَلَغَ ٱلۡأَطۡفَٰلُ مِنكُمُ ٱلۡحُلُمَ فَلۡيَسۡتَـٔۡذِنُواْ كَمَا ٱسۡتَـٔۡذَنَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٥٩
Когда дети из вашего числа достигнут половой зрелости, то пусть они спрашивают разрешения, как спрашивают разрешения те, кто старше их. Так Аллах разъясняет вам Свои знамения. Аллах - Знающий, Мудрый.
Uşaqlarınız da həddi-büluğ yaşına çatanda qoy özlərindən öncəki böyüklərin hər vaxt evlərə daxil olmaq üçün izin istədikləri kimi onlar da izin istəsinlər. Allah, izinlə əlaqəli hökmləri sizə izah etdiyi kimi, Öz ayələrini sizə belə izah edir. Uca Allah qulları üçün nəyin daha faydalı olanı biləndir və onlar üçün qanun etdiyi hökmlərdə hikmət sahibidir.
24:60Страница 358
وَٱلۡقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّٰتِي لَا يَرۡجُونَ نِكَاحٗا فَلَيۡسَ عَلَيۡهِنَّ جُنَاحٌ أَن يَضَعۡنَ ثِيَابَهُنَّ غَيۡرَ مُتَبَرِّجَٰتِۭ بِزِينَةٖۖ وَأَن يَسۡتَعۡفِفۡنَ خَيۡرٞ لَّهُنَّۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ ٦٠
Нет греха на престарелых женщинах, которые не надеются на замужество, если они снимут верхнюю одежду, не показывая своей красы. Но воздерживаться от этого лучше для них. Аллах - Слышащий, Знающий.
Evlənmək istəyi qalmayıb, yaşlılıq səbəbindən heyzdən kəsilən və hamilə qalmaları da mümkün olmayan yaşlı qadınların, örtülməsi əmr olunduğu gizlində olan zinət yerlərini açmamaq şərti ilə, ayıb yerlərini göstərmədən baş örtüklərini və üst geyimlərini soyunmasında onlara günah yoxdur. Lakin daha iffətli və örtülü olmaları üçün baş örtüklərini və üst geyimlərini soyunmamaları onlar üçün daha xeyirlidir. Allah söylədiklərinizi eşidəndir, əməllərinizi biləndir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии