Аль-Мухтасар · Тафсир · на азербайджанском
الزخرف
Аз-Зухруф
Украшения · Мекканская · 89 аятов
﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
Allah, açıq-aydın şəkildə haqq yolu göstərən Qurana and içir.
43:3Страница 489
إِنَّا جَعَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ ٣
Воистину, Мы сделали его Кораном на арабском языке, чтобы вы могли уразуметь.
Ey ərəblər! Biz Quranı ərəb dilində endirdik ki, onun mənasını başa düşəsiniz və gələcək nəsillərə nəql edəsiniz.
43:4Страница 489
وَإِنَّهُۥ فِيٓ أُمِّ ٱلۡكِتَٰبِ لَدَيۡنَا لَعَلِيٌّ حَكِيمٌ ٤
Воистину, он находится у Нас в Матери Писания (Хранимой скрижали). Он возвышен, преисполнен мудрости.
Şübhəsiz ki, bu Quran lövhi-məhfuzda çox yüksək məqamdadır və hikmətlə doludur. Allahın əmrləri və qadağaları ilə bağlı ayələri mükəmməl şəkildədir.
43:5Страница 489
أَفَنَضۡرِبُ عَنكُمُ ٱلذِّكۡرَ صَفۡحًا أَن كُنتُمۡ قَوۡمٗا مُّسۡرِفِينَ ٥
Неужели Мы отвратим от вас Напоминание (Коран) из-за того, что вы - народ излишествующий?
Yoxsa siz çoxlu şirk və asilik etdiyinizə görə, Biz etiraz əlaməti olaraq Quranı sizə nazil etməkdən vaz keçməliyik?! Biz bunu edən deyilik, əksinə, sizə olan rəhmətimiz bunun əksini tələb edir.
43:6Страница 489
وَكَمۡ أَرۡسَلۡنَا مِن نَّبِيّٖ فِي ٱلۡأَوَّلِينَ ٦
Сколько пророков Мы отправляли к первым поколениям!
Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbər göndərmişdik.
43:7Страница 489
وَمَا يَأۡتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٧
Но какой бы пророк ни приходил к ним, они издевались над ним.
O keçmiş ümmətlərə Allah tərəfindən elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
43:8Страница 489
فَأَهۡلَكۡنَآ أَشَدَّ مِنۡهُم بَطۡشٗا وَمَضَىٰ مَثَلُ ٱلۡأَوَّلِينَ ٨
Мы погубили тех, которые превосходили их мощью, и уже миновали примеры прежних поколений.
Biz onlardan daha qüvvətli olan ümmətləri məhv etdik. Belə isə onlardan daha zəif olanları məhv etməyə də qadirik. Quranda əvvəlki ümmətlərin - Ad və Səmud tayfalarının, Lut qövmünün və Mədyən əhlinin necə həlak olduğu barədə xəbər verilmişdir.
43:9Страница 489
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ٩
Если ты спросишь их: «Кто сотворил небеса и землю?». - они непременно скажут: «Их сотворил Могущественный, Знающий».
Ey Peyğəmbər, əgər sən, haqqı yalan sayan o müşriklərdən: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, səni sualına belə cavab verəcəklər: “Onları heç kəsin qalib gələ bilməyəcəyi Qüdrətli və hər şeyi Bilən Allah yaratmışdır!”
43:10Страница 489
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَجَعَلَ لَكُمۡ فِيهَا سُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ١٠
Он сделал для вас землю колыбелью и создал для вас на ней дороги, чтобы вы могли следовать прямым путем.
O Allah ki, yeri sizin üçün üstündə ayaq qoyub yeriyə biləsiniz deyə döşədi, üstəlik, dağlarda və dərələrdə sizin üçün yollar saldı ki, bunların sayəsində yolunuza davam edə biləsiniz.
43:11Страница 490
وَٱلَّذِي نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَنشَرۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ تُخۡرَجُونَ ١١
Он ниспослал с неба воду в меру, и ею Мы оживили мертвую землю. Таким же образом вы будете выведены из могил.
O Allah, göydən həm sizə, həm də sizin heyvanlarınıza və əkinlərinizə kifayət edəcək qədər su endirdi. Biz onunla heç bir bitgi bitməyən ölü bir diyarı diriltdik. Alah o ölü diyarı bitkilərlə diriltdiyi kimi, sizi də hüzuruna toplamaq üçün dirildəcəkdir.
43:12Страница 490
وَٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡفُلۡكِ وَٱلۡأَنۡعَٰمِ مَا تَرۡكَبُونَ ١٢
Он сотворил всякие пары животных и растений и создал для вас среди кораблей и скотины те, на которых вы ездите,
O Allah ki, gecə və gündüz, kişi və qadın və başqa bu kimi cütlərin hamısını yaratdı. Sizin üçün səfərə çıxdığınızda heyvanlardan və gəmilərdən minə biləcəyiniz miniklər yaratdı. Siz gəmiləri dənizdə, heyvanları isə quruda minib istifadə edirsiniz.
43:13Страница 490
لِتَسۡتَوُۥاْ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذۡكُرُواْ نِعۡمَةَ رَبِّكُمۡ إِذَا ٱسۡتَوَيۡتُمۡ عَلَيۡهِ وَتَقُولُواْ سُبۡحَٰنَ ٱلَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقۡرِنِينَ ١٣
чтобы вы поднимались на их спины (или палубы), а затем поминали милость вашего Господа после того, как поднялись на них, и говорили: «Пречист Тот, Кто подчинил нам это, ведь мы сами на такое были неспособны.
Uca Allah bütün bunları yaratdı ki, səfər çıxdıqda, onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini - bu minikləri sizin ixtiyarınıza verdiyini yada salıb, dilinizlə belə deyəsiniz: “Bu miniyi bizim ixtiyarımıza verən və bunu bizə ram edən və beləliklə də ondan istədiyimiz kimi istifadə etməyi bizim üçün asanlaşdıran Allah pak və müqəddəsdir. Əgər Allah onu bizim ixtiyarımıza verməsəydi, bizim ona əsla gücümüz çatmazdı.
43:14Страница 490
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ ١٤
Воистину, мы вернемся к нашему Господу».
Şübhəsiz ki, biz öldükdən sonra (dirilib) haqq-hesaba çəkilmək və əməllərimizin əvəzini almaq üçün yalnız Rəbbimizin hzüruna qayıdacağıq”.
43:15Страница 490
وَجَعَلُواْ لَهُۥ مِنۡ عِبَادِهِۦ جُزۡءًاۚ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ مُّبِينٌ ١٥
Они (многобожники) сделали некоторых из Его рабов частью Его (приписали Ему детей и сотоварищей). Воистину, человек явно неблагодарен.
Müşriklər Allahın yaratdıqlarından bəzisinin onun övladı olduğunu iddia edib dedilər: "Mələklər Allahın qızlarıdır". Belə söz söyləyən insan, həqiqətən də, açıq-aydın küfr və azğınlıq içindədir.
43:16Страница 490
أَمِ ٱتَّخَذَ مِمَّا يَخۡلُقُ بَنَاتٖ وَأَصۡفَىٰكُم بِٱلۡبَنِينَ ١٦
Неужели из Своих творений Он взял Себе дочерей, а вас почтил сыновьями?
Ey müşriklər, yoxsa Allah, yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün övlad seçdiyinimi deyirsiniz?! İddia etdiyiniz bu bölgü necə bir bölgüdür?!
43:17Страница 490
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحۡمَٰنِ مَثَلٗا ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٌ ١٧
Когда кому-либо из них сообщают весть о рождении той, которую они приписывают Милостивому, его лицо чернеет, и он сдерживает свой гнев.
Onlardan birinə, Rəbbinə aid etdiyi qız uşağı ilə müjdə verilsə, sıxıntı və kədərdən üzü qapqara qaralar, olduqca bərk qəzəblənər. Bəs nə haqla, özünə müjdə verildiyi təqdirdə kədərlənməsinə səbəb olan qız uşağını Rəbbinə isnad edir?!
43:18Страница 490
أَوَمَن يُنَشَّؤُاْ فِي ٱلۡحِلۡيَةِ وَهُوَ فِي ٱلۡخِصَامِ غَيۡرُ مُبِينٖ ١٨
Неужели они приписывают Аллаху ту, которую растят в нарядах и которая не способна ясно говорить при тяжбе?
Onlar zinət içində böyüdülən və mübahisə vaxtı qadın olduğundan dolayı açıq-aydın danışa bilməyənimi Allaha isnad edirlər?!
43:19Страница 490
وَجَعَلُواْ ٱلۡمَلَٰٓئِكَةَ ٱلَّذِينَ هُمۡ عِبَٰدُ ٱلرَّحۡمَٰنِ إِنَٰثًاۚ أَشَهِدُواْ خَلۡقَهُمۡۚ سَتُكۡتَبُ شَهَٰدَتُهُمۡ وَيُسۡـَٔلُونَ ١٩
Они сделали ангелов, которые являются рабами Милостивого, женщинами. Разве они присутствовали при их сотворении? Их свидетельство будет записано, и они будут спрошены.
Onlar pak və müqəddəs Mərhəmətli Allahın qulları sayılan mələkləri qız adlandırırlar. Məgər onlar, Allah mələkləri yaradarkən orada olub, onların qız olduqlarını öz gözləri ilə gördülər? Mələklər onların bu şahidliyini yazacaqlar. Qiyamət günün onlar bu şahidliyə görə cavab verəcək və yalan danışdıqlarına görə əzaba düçar olacaqlar.
43:20Страница 490
وَقَالُواْ لَوۡ شَآءَ ٱلرَّحۡمَٰنُ مَا عَبَدۡنَٰهُمۗ مَّا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ ٢٠
Они сказали: «Если бы Милостивый пожелал, то мы не поклонялись бы им». У них нет об этом никакого знания, и они всего лишь лгут.
Onlar qədəri əsas gətirərək dedilər: “Əgər Allah bizim mələklərə ibadət etməyimizi istəməsəydi, biz onlara ibadət etməzdik. Allahın bizdən bunu istəməsi, bu ibadətdən razı qalmasına dəlalət edir”. Onların bu sözləri haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışırlar.
43:21Страница 490
أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا مِّن قَبۡلِهِۦ فَهُم بِهِۦ مُسۡتَمۡسِكُونَ ٢١
Разве Мы даровали им до этого Писание, которого они придерживаются?
Yoxsa o müşriklərə Qurandan əvvəl elə bir kitab vermişik ki, o, onlara Allahdan qeyrisinə ibadət etməyə icazə verir və onlar da ondan möhkəm tutub ona istinad edirlər?!
43:22Страница 490
بَلۡ قَالُوٓاْ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهۡتَدُونَ ٢٢
О нет! Они сказали: «Воистину, мы нашли своих отцов на этом пути, и мы верно следуем по их стопам».
Xeyr, belə bir şey olmayıb, əksinə, onlar təqlid etdiklərini dəlil göstərib dedilər: “Biz özümüzdən əvvəl atalarımızı dinə və etiqada bağlı olduğunu görmüşük. Onlar bütlərə ibadət edirdilər. Biz də, həmçinin, bütlərə ibadət etməkdə onların yolunu tutub gedəcəyik!”
43:23Страница 491
وَكَذَٰلِكَ مَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقۡتَدُونَ ٢٣
Таким же образом, какого бы предостерегающего увещевателя Мы ни отправляли до тебя в какое-либо селение, его изнеженные роскошью жители обязательно говорили: «Воистину, мы нашли своих отцов на этом пути, и мы верно следуем по их стопам».
Ey Peyğəmbər! Onlar yalan danışdıqları və atalarına təqlid etdiklərini dəlil gətirdikləri kimi, səndən əvvəl, hansı bir məmləkətə onun sakinlərini qorxudan bir peyğəmbər göndərdiksə, o diyarın cah-calal içində yaşayan başçıları və böyükləri dedilər: “Biz atalarımızı dinə və etiqada bağlı olduğunu görmüşük və biz də, onların yolunu tutub gedəcəyik!” Sənin qövmün belə dəlil gətirənlərin birincisi deyil.
43:24Страница 491
۞ قَٰلَ أَوَلَوۡ جِئۡتُكُم بِأَهۡدَىٰ مِمَّا وَجَدتُّمۡ عَلَيۡهِ ءَابَآءَكُمۡۖ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ٢٤
Он сказал: «А если я принес вам то, что более верно, чем то, на чем вы нашли ваших отцов?». Они сказали: «Мы не веруем в то, с чем вы посланы».
Peyğəmbəri onlara belə dedi: “Siz atalarınızın yolunu tutub gedirsiniz?! Əgər mən sizə atalarınızın etiqad etdiyindən daha xeyirlisini göstərsəm, onda necə?” Onlar dedilər: “Biz səninlə və səndə əvvəlki peyğəmbərlərlə göndərilənləri inkar edirik”.
43:25Страница 491
فَٱنتَقَمۡنَا مِنۡهُمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ٢٥
Мы отомстили им. Посмотри же, каким был конец тех, кто считает истину ложью.
Biz də səndən əvvəlki peyğəmbərləri yalançı sayan ümmətlərdən intiqam alıb onları məhv etdik. Bir düşün, peyğəmbərlərini yalançı sayanların axırı necə oldu. Onların axırı çox acınacıqlı oldu.
43:26Страница 491
وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ وَقَوۡمِهِۦٓ إِنَّنِي بَرَآءٞ مِّمَّا تَعۡبُدُونَ ٢٦
Вот Ибрахим (Авраам) сказал своему отцу и народу: «Воистину, я не имею отношения к тому, чему вы поклоняетесь,
Ey Peyğəmbər! Xatırla ki, bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin Allahdan baqşa ibadət etdiyiniz bütlərdən uzağam.
43:27Страница 491
إِلَّا ٱلَّذِي فَطَرَنِي فَإِنَّهُۥ سَيَهۡدِينِ ٢٧
кроме Того, Кто сотворил меня. Воистину, Он поведет меня прямым путем».
Yalnız məni yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni, mənə fayda verəcək bir yola - Özünün möhkəm dininə tabe olmağa yönəldəcəkdir”.
43:28Страница 491
وَجَعَلَهَا كَلِمَةَۢ بَاقِيَةٗ فِي عَقِبِهِۦ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٢٨
Он сделал это (свидетельство о том, что нет божества, кроме Аллаха) словом, пребывающим в его потомстве, чтобы они могли вернуться на прямой путь.
İbrahim tovhid kəlməsini ("lə ilahə illəllah”ı) özündən sonra öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (aralarındakı günahkarlar) şirkdən və asilikdən tövbə edib Allahın dininə qayıtsınlar. Odur ki, onların arasında Tək Allaha ibadət edib Ona şərik qoşmayan kimsələr indiyə qədər mövcuddur.
43:29Страница 491
بَلۡ مَتَّعۡتُ هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ جَآءَهُمُ ٱلۡحَقُّ وَرَسُولٞ مُّبِينٞ ٢٩
Но Я позволил им и их отцам пользоваться благами до тех пор, пока к ним не явились истина и разъясняющий посланник.
Mən, haqqı yalan sayan o müşrikləri dərhal həlak etməyə tələsmədim. Əksinə, onlara dünyada yaşayıb gün-güzaran görməyi nəsib etdim. Mən onlardan əvvəl onların atalarına da, Quran və onu bəyan edən Muhəmməd (səllallahu aleyhi və səlləm) gələnədək dolanışıq nəsib etdim.
43:30Страница 491
وَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ قَالُواْ هَٰذَا سِحۡرٞ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ ٣٠
Когда же истина явилась к ним, они сказали: «Это - колдовство, и мы не веруем в него».
Onlara haqq sayılan və içində heç bir şübhə olmayan bu Quran gəldikdə: “Bu, sehrdir ki, Muhəmməd onun vasitəsilə bizi sehirləyir. Biz onu inkar edirik və əsla ona inanmayacağıq” - dedilər.
43:31Страница 491
وَقَالُواْ لَوۡلَا نُزِّلَ هَٰذَا ٱلۡقُرۡءَانُ عَلَىٰ رَجُلٖ مِّنَ ٱلۡقَرۡيَتَيۡنِ عَظِيمٍ ٣١
Они также сказали: «Почему этот Коран не был ниспослан великому мужу из двух городов (Мекки и Таифа)?».
Haqqı yalan sayan müşriklər dedilər: “Kaşki Allah bu Quranı kasıb və yetim Muhəmmədin deyil, Məkkədən və ya Taifdən olan iki böyük kişidən birinə nazil edəydi?”
43:32Страница 491
أَهُمۡ يَقۡسِمُونَ رَحۡمَتَ رَبِّكَۚ نَحۡنُ قَسَمۡنَا بَيۡنَهُم مَّعِيشَتَهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَرَفَعۡنَا بَعۡضَهُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَتَّخِذَ بَعۡضُهُم بَعۡضٗا سُخۡرِيّٗاۗ وَرَحۡمَتُ رَبِّكَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ ٣٢
Разве это они распределяют милость твоего Господа? Мы распределили между ними их средства к существованию в мирской жизни и возвысили одних из них над другими по степеням, чтобы одни из них брали в услужение себе других. Милость твоего Господа лучше того, что они собирают.
Ey Peyğəmbər! Sənin Rəbbinin mərhəmətini onlar bölüşdürür və onu istədiklərinə verir, istədiklərini də ondan məhrum edir, yoxsa Allah?! Biz dünya həyatında onların ruzisini aralarında bölüşdürdük, onlardan kimisini varlı, kimisini də kasıb etdik ki, biri digərinin tabeçiliyində olsun. Sənin Rəbbinin axirətdə Öz qullarına göstərdiyi mərhəməti onların yığdığı fani dünya malından daha xeyirlidir.
43:33Страница 491
وَلَوۡلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ لَّجَعَلۡنَا لِمَن يَكۡفُرُ بِٱلرَّحۡمَٰنِ لِبُيُوتِهِمۡ سُقُفٗا مِّن فِضَّةٖ وَمَعَارِجَ عَلَيۡهَا يَظۡهَرُونَ ٣٣
Если бы люди не могли стать одной общиной неверующих, то Мы сделали бы в домах тех, которые не веруют в Милостивого, серебряные крыши и лестницы, на которые они бы взбирались,
Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək ehtimalı olmasaydı, Allaha küfr edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik.
43:34Страница 492
وَلِبُيُوتِهِمۡ أَبۡوَٰبٗا وَسُرُرًا عَلَيۡهَا يَتَّكِـُٔونَ ٣٤
а также серебряные двери и ложа в их домах, на которых они бы лежали, прислонившись,
Evlərinin qapılarını və söykəndikləri taxtları da (gümüşdən edərdik ki,) tədricən məhv olsunlar və fitnəyə məruz qalsınlar.
43:35Страница 492
وَزُخۡرُفٗاۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَٱلۡأٓخِرَةُ عِندَ رَبِّكَ لِلۡمُتَّقِينَ ٣٥
а также украшения. Все это - всего лишь преходящие блага мирской жизни, а Последняя жизнь у твоего Господа уготована для богобоязненных.
Üstəlik, qızıldan edərdik. Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Bunlar fani olduğu üçün onların faydası azdır. Ey Peyğəmbər! Axirətdə, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan müttəqilər üçün Rəbbinin yanında olan nemətlər daha xeyirlidir.
43:36Страница 492
وَمَن يَعۡشُ عَن ذِكۡرِ ٱلرَّحۡمَٰنِ نُقَيِّضۡ لَهُۥ شَيۡطَٰنٗا فَهُوَ لَهُۥ قَرِينٞ ٣٦
К тем, кто отвращается от поминания Милостивого (или кто слеп к Нему), Мы приставим дьявола, и он станет его товарищем.
Kim Qurana qeyri-ciddi baxar və beləliklə də, bu hərəkəti onu Qurandan uzaqlaşdırarsa, şeytanın ona yoldaş edilməsi və o şeytanın onun azğınlığını artırması ilə cəzalandırılar.
43:37Страница 492
وَإِنَّهُمۡ لَيَصُدُّونَهُمۡ عَنِ ٱلسَّبِيلِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ ٣٧
Они не будут пускать их на путь Аллаха, а те будут считать, что они следуют прямым путем.
Doğrusu, Qurandan üz döndərən kimsələrə yoldaş olmuş o şeytanlar onları Allahın dinindan azdırar, beləliklə də, Allahın əmrlərini yerinə yetirməz və qadağan etdiyi əməllərdən çəkinməzlər, lakin bununla belə, onlar özlərinin haqq yolda olduqlarını güman edərlər. Elə bu səbəbdən də onlar öz azğınlıqlarına görə tövbə etməzlər.
43:38Страница 492
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيۡتَ بَيۡنِي وَبَيۡنَكَ بُعۡدَ ٱلۡمَشۡرِقَيۡنِ فَبِئۡسَ ٱلۡقَرِينُ ٣٨
Когда же неверующий явится к Нам, он скажет дьяволу: «Лучше бы между мной и тобой было расстояние от запада до востока! Какой же ты плохой товарищ!».
Nəhayət, Allahın zikrindən üz döndərmiş kimsə hüzurumuza gəldikdə təmənna edib belə deyər: “Ey yoldaş, kaş, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!”
43:39Страница 492
وَلَن يَنفَعَكُمُ ٱلۡيَوۡمَ إِذ ظَّلَمۡتُمۡ أَنَّكُمۡ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ٣٩
Им будет сказано: «Вы поступали несправедливо, и сегодня вам не поможет то, что вы разделяете мучения».
Qiyamət günü Allah kafirlərə belə deyəcəkdir: “Siz şirk və asilik etməklə öz nəfslərinizə zülüm etdiyinizə görə, bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz. Şərikləriniz sizin əzabınızdan heç bir şey öz üzərilərinə götürməyəcəklər”.
43:40Страница 492
أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ أَوۡ تَهۡدِي ٱلۡعُمۡيَ وَمَن كَانَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٤٠
Разве ты можешь заставить слышать глухих или наставить на прямой путь слепых и того, кто находится в очевидном заблуждении?
Onlar kardılar - haqqı eşitməzlər, habelə, kordular - haqqı görməzlər. Ey Peyğəmbər, sən karlara eşitdirə bilərsənmi, yaxud korları və ya aşkar zəlalət içində olanları doğru yola yönəldə bilərsənmi?!
43:41Страница 492
فَإِمَّا نَذۡهَبَنَّ بِكَ فَإِنَّا مِنۡهُم مُّنتَقِمُونَ ٤١
Мы можем забрать тебя, но Мы все равно непременно отомстим им.
Biz onlara əzab verməmişdən əvvəl sənin canını alsaq da, yenə onlardan həm bu dünyada, həm də axirətdə intiqam alacağıq.
43:42Страница 492
أَوۡ نُرِيَنَّكَ ٱلَّذِي وَعَدۡنَٰهُمۡ فَإِنَّا عَلَيۡهِم مُّقۡتَدِرُونَ ٤٢
Мы также может показать тебе то, что обещали им, ведь Мы властны над ними.
Yaxud onlara vəd etdiyimizi əzabın bəzisini sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz yetər. Onlar heç cür Bizə qalib gələ bilməzlər.
43:43Страница 492
فَٱسۡتَمۡسِكۡ بِٱلَّذِيٓ أُوحِيَ إِلَيۡكَۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٤٣
Придерживайся того, что внушено тебе в откровении. Воистину, ты - на прямом пути.
Ey Peyğəmbər, elə isə sən, Rəbbinin sənə vəhy etdiyindən möhkəm tut və ona əməl et! Şübhəsiz ki, sən heç bir şəkk-şübhə olmayan haqq yoldasan.
43:44Страница 492
وَإِنَّهُۥ لَذِكۡرٞ لَّكَ وَلِقَوۡمِكَۖ وَسَوۡفَ تُسۡـَٔلُونَ ٤٤
Это - Напоминание о тебе и твоем народе (или для тебя и твоего народа), и вы будете спрошены.
Həqiqətən, bu Quran sənin üçün və sənin qövmün üçün bir şərəfdir. Qiyamət günü siz ona iman gətirib-gətirmədiyiniz, göstərdiyi yolu gedib-getmədiyiniz və ona dəvət edib-etmədiyiniz barədə sorğu-sual ediləcəksiniz.
43:45Страница 492
وَسۡـَٔلۡ مَنۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رُّسُلِنَآ أَجَعَلۡنَا مِن دُونِ ٱلرَّحۡمَٰنِ ءَالِهَةٗ يُعۡبَدُونَ ٤٥
Спроси тех посланников, которых Мы отправили до тебя, сделали ли Мы помимо Милостивого других богов, которым можно поклоняться?
Ey Peyğəmbər, səndən əvvəl göndərdiyimiz elçilərdən soruş: "Məgər Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlar icad etmişik?!
43:46Страница 492
وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ٤٦
Мы уже отправили Мусу (Моисея) с Нашими знамениями к Фараону и его знати, и он сказал: «Воистину, я - посланник Господа миров».
Biz Musanı Öz dəlillərimizlə Firon və onun qövmündən olan əşrəflərinin yanına göndərdik. Musa onlara dedi: “Mən bütün yaradılanların Rəbbinin elçisiyəm!”
43:47Страница 492
فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنۡهَا يَضۡحَكُونَ ٤٧
Когда же он явился к ним с Нашими знамениями, они стали смеяться над ними.
Musa dəlillərimizi onlara göstərdikdə, onlar onu məsxərəyə qoyaraq və istehza edərək güldülər.
43:48Страница 493
وَمَا نُرِيهِم مِّنۡ ءَايَةٍ إِلَّا هِيَ أَكۡبَرُ مِنۡ أُخۡتِهَاۖ وَأَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٤٨
Какое бы из знамений Мы ни показывали им, оно превосходило предыдущее. Мы подвергли их мучениям, чтобы они могли вернуться на прямой путь.
Bizim Firona və onun qövmündən olan əşrəflərə, Musaın (aleyhissəlam) peyğəmbərliyinin doğru olduğunu sübut etmək üçün göstərdiyimiz hər bir möcüzə, əvvəlkindən daha böyük idi. Biz onları dünyada əzabla yaxaladıq ki, bəlkə, küfrlərindən dönsünlər. Lakin bunun heç bir faydası olmadı.
43:49Страница 493
وَقَالُواْ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهۡتَدُونَ ٤٩
Они сказали: «О колдун! Помолись за нас твоему Господу согласно завету, который Он заключил с тобой, и тогда мы обязательно последуем прямым путем».
Onların başına bəzi müsibətlər gəldikdə, Musaya (aleyhissəlam) dedilər: “Ey sehrbaz, Rəbbinin, bizim iman gətirəcəyimiz təqdirdə, əzabı bizdən dəf edəcəyinə dair verdiyi sözə görə, Ona bizdən ötrü dua et ki, əgər əzabı bizdən uzaq etsə, biz mütləq doğru yola gələcəyik”.
43:50Страница 493
فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِذَا هُمۡ يَنكُثُونَ ٥٠
Когда же Мы спасли их от мучений, они тотчас нарушили данное слово.
Biz əzabı onlardan uzaqlaşdıran kimi, əhdlərindən döndülər və onu yerinə yetrmədilər.
43:51Страница 493
وَنَادَىٰ فِرۡعَوۡنُ فِي قَوۡمِهِۦ قَالَ يَٰقَوۡمِ أَلَيۡسَ لِي مُلۡكُ مِصۡرَ وَهَٰذِهِ ٱلۡأَنۡهَٰرُ تَجۡرِي مِن تَحۡتِيٓۚ أَفَلَا تُبۡصِرُونَ ٥١
Фараон воззвал к своему народу и сказал: «О мой народ! Разве не мне принадлежит власть над Египтом и эти реки, что текут подо мною? Разве вы не видите?
Firon öz səltənəti ilə lovğalanaraq qövmünə müraciət edib belə dedi: “Ey qövmüm, məgər Misirin səltənəti və qəsrlərimin altımndan axan, Nildən ayrılan bu çaylar mənim deyilmi?! Məgər siz mənim səltənətimi görmürsünüz, əzəmətimi bilmirsiniz?!
43:52Страница 493
أَمۡ أَنَا۠ خَيۡرٞ مِّنۡ هَٰذَا ٱلَّذِي هُوَ مَهِينٞ وَلَا يَكَادُ يُبِينُ ٥٢
Разве я не лучше этого презренного, который едва объясняется?
Mən bu qovulmuş, zəif və sözünü açıq-aydın deyə bilməyən Musadan daha üstünəm?!
43:53Страница 493
فَلَوۡلَآ أُلۡقِيَ عَلَيۡهِ أَسۡوِرَةٞ مِّن ذَهَبٍ أَوۡ جَآءَ مَعَهُ ٱلۡمَلَٰٓئِكَةُ مُقۡتَرِنِينَ ٥٣
И почему на него не надеты браслеты из золота? И почему с ним не явились сопутствующие ангелы?».
Məgər onu elçi göndərən Allah, onun həqiqi elçi olduğunu bəyan etmək üçün onu qızıl bilərziklərlə bəzəməli, yaxud onunla birlikdə bir-birilərini təqib edən mələklər gəlməli deyildimi?”
43:54Страница 493
فَٱسۡتَخَفَّ قَوۡمَهُۥ فَأَطَاعُوهُۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ٥٤
Он обманул свой народ (или счел свой народ легкомысленным), и они подчинились ему. Воистину, они были людьми нечестивыми.
Firon öz qövmünü aldatdı, onlar da onun azğın fikrinə itaət etdilər. Həqiqətən, onlar Allahın itaətindən çıxmış bir qövm idilər.
43:55Страница 493
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ ٥٥
Когда же они разгневали Нас, Мы отомстили им и потопили их всех.
Onlar küfr etmələrinə davam etməklə Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq.
43:56Страница 493
فَجَعَلۡنَٰهُمۡ سَلَفٗا وَمَثَلٗا لِّلۡأٓخِرِينَ ٥٦
Мы сделали их предшественниками и назидательным примером для остальных.
Biz Firon və onun qovmünü kafirlərin önündə gedən bir toplum etdik. Sənin qövmündən kafir olanları da onların ardıcıllarından etdik. Beləliklə də Biz onları, nəticə çıxaran kimsələr üçün ibrət etdik ki, onlar kimi əməl edib sonda onların düçar olduğuna düçar olmasınlar.
43:57Страница 493
۞ وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ ٥٧
А когда приводят в пример сына Марьям (Марии), твой народ радостно восклицает.
Müşriklər Uca Allahın: ﴾Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz. Siz ora varid olacaqsınız﴿ ayəsinin, nəsranilərin məbud qəbul etdiyi İsaya da aid olduğunu zənn etdilər. Halbuki Allah bütlərə ibadət etməyi qadağan etdiyi kimi, İsanı da məbud qəbul edərək ona ibadət etməyi qadağan etmişdi. Ey Peyğəmbər, (bu misal çəkilincə,) sənin qövmün mübahisə edib, qışqıraraq və hay-haray salaraq belə dedi: "Biz bütlərimizin İsa ilə bir yerdə olmasına razıyıq". Allah da onlara cavabı olaraq bu ayəni nazil etdi: ﴾Əzəldən özlərinə ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar﴿.
43:58Страница 493
وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيۡرٌ أَمۡ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلَۢاۚ بَلۡ هُمۡ قَوۡمٌ خَصِمُونَ ٥٨
Они говорят: «Наши боги лучше или он?». Они приводят его тебе в пример только для того, чтобы поспорить. Они являются людьми препирающимися!
Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa İsa?!” İbn Zibəranin və onun bənzərləri bu misalı sənə haqqı bəlli etmək eşqinə yox, yalnız mübahisə etmək eşqinə dedilər. Doğrusu, onlar xilqətcə mübahisəyə can atan bir kimsələrdir.
43:59Страница 493
إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٥٩
Он - всего лишь раб, которого Мы облагодетельствовали и сделали примером для сынов Исраила (Израиля).
Məryəm oğlu İsa sadəcə Bizim peyğəmbərlik və risalət verdiyimiz Allah qullarından biridir. Uca Allah Adəmi atasız və anasız yaratdığı kimi, onu da atasız yaratmışdır. Beləliklə Biz onu, İsrail oğulları üçün Allahın qüdrətini göstərən bir nümunə etdik.
43:60Страница 493
وَلَوۡ نَشَآءُ لَجَعَلۡنَا مِنكُم مَّلَٰٓئِكَةٗ فِي ٱلۡأَرۡضِ يَخۡلُفُونَ ٦٠
Если бы Мы пожелали, то заменили бы вас на земле ангелами, которые бы стали вашими преемниками.
Ey Adəm oğlulları! Əgər Biz sizi məhv etmək istəsəydik, sizi yer üzündə məhv edib əvəzinizə Allaha ibadət edən və heç bir şeyi Ona şərik qoşmayan mələklər yaradardıq.
43:61Страница 494
وَإِنَّهُۥ لَعِلۡمٞ لِّلسَّاعَةِ فَلَا تَمۡتَرُنَّ بِهَا وَٱتَّبِعُونِۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ٦١
Воистину, он (Иса, или Коран, или Мухаммад) является признаком Часа. Нисколько не препирайтесь по поводу него (Часа) и следуйте за Мной! Это - прямой путь.
Həqiqətən, İsanın axır zamanda yer üzünə nazil olması qiyaməin böyük əlamətlərindən biridir. Qiyamətin vaqe olacağına şəkk-şübhə etməyin və mənim Allahdan gətirdiyimə tabe olun. Çünki gətirdiyim bu (din), heç bir əyriliyi olmayan doğru yoldur!
43:62Страница 494
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيۡطَٰنُۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ٦٢
И пусть дьявол не отвратит вас, ведь он является вашим явным врагом.
Şeytan sizi tovlayıb aldatmaqla doğru yoldan azdırmasın. Şübhəsiz ki, o, sizin açıq-aydın düşməninizdir.
43:63Страница 494
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلۡبَيِّنَٰتِ قَالَ قَدۡ جِئۡتُكُم بِٱلۡحِكۡمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعۡضَ ٱلَّذِي تَخۡتَلِفُونَ فِيهِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ٦٣
Когда Иса (Иисус) явился с ясными знамениями, он сказал: «Я пришел к вам с мудростью и для того, чтобы разъяснить вам часть того, относительно чего вы расходитесь во мнениях. Бойтесь же Аллаха и повинуйтесь мне!
İsa (aleyhissəlam) qövmünə özünün Allah rəsulu olduğuna dair aydın dəlillər gətirdiyi zaman onlara dedi: “Mən Allahdan sizə hikmət gətirmişəm və dininizə aid məsələlərdə ixtilafa düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun və sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin!
43:64Страница 494
إِنَّ ٱللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ٦٤
Воистину, Аллах - мой Господь и ваш Господь. Поклоняйтесь же Ему. Это - прямой путь».
Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Bizim Ondan başqa Rəbbimiz yoxdur. Odur ki, ixlasla yalnız Ona ibadət edin! Bu tovhid, heç bir əyriliyi olmayan düz yoldur”.
43:65Страница 494
فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ ظَلَمُواْ مِنۡ عَذَابِ يَوۡمٍ أَلِيمٍ ٦٥
Но секты разошлись во мнениях между собой. Горе же тем, которые поступали несправедливо, от страданий в Мучительный день!
Nəsranilərdən olan firqələr İsa barəsində ixtilaf etdilər. Onlardan qismi: "O, ilahdır" - dedi. Bir qismi: "O, Allahın oğludur" - dedi. Bir qismi də: "O və onun anası iki ilahdır" - dedi. İsanın ilah, yaxud Allahın oğlu, yaxud da üçlüyün üçüncüsü olduğunu deməklə özlərinə zülm edən kimsələrin, qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzabdan dolayı vay halına!
43:66Страница 494
هَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٦٦
Неужели они ожидают чего-либо, кроме Часа, который наступит для них внезапно, так что они даже не почувствуют его приближения?
Yoxsa, İsa barəsində ixtilafa düşmüş o firqələr özləri də hiss etmədən qiyamət saatının qəflətən onları haqlayacağından başqa bir şeymi gözləyirlər?! Əgər onlar kafir olduqları halda qiyamət onları haqlayarasa, şübhəsiz ki, onların aqibəti ağrılı-acılı bir əzab olacaqdır.
43:67Страница 494
ٱلۡأَخِلَّآءُ يَوۡمَئِذِۭ بَعۡضُهُمۡ لِبَعۡضٍ عَدُوٌّ إِلَّا ٱلۡمُتَّقِينَ ٦٧
В тот день врагами станут все любящие друзья, кроме богобоязненных.
Küfr və azğınlıq yolunda bir-biri ilə möhkəm dost olan və bir-birinə sadiq qalan kimsələr qiyamət günü bir-birinə düşmən kəsiləcəklər. Yalnız Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxan kimsələrdən başqa. Onların dostluğu əbədidir, heç vaxt sona yetməyəcəkdir.
43:68Страница 494
يَٰعِبَادِ لَا خَوۡفٌ عَلَيۡكُمُ ٱلۡيَوۡمَ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ ٦٨
О рабы Мои! Сегодня вы не познаете страха и не будете опечалены.
Allah onlara belə buyuracaq: "Ey qullarım, bu gün sizi qarşıda gözləyənlərdən ötrü heç bir qorxu yoxdur və əldə edə bilmədiyiniz dünya nemətlərinə görə də siz kədərlənməyəcəksiniz.
43:69Страница 494
ٱلَّذِينَ ءَامَنُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ مُسۡلِمِينَ ٦٩
Вы были теми, которые уверовали в Наши знамения и были мусульманами.
Siz Rəsulumuza nazil olmuş Qurana iman gətirib ona tabe olan, əmrlərini yerinə yetirən və qadağalarından çəkinən kimsələr olmusunuz.
43:70Страница 494
ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ أَنتُمۡ وَأَزۡوَٰجُكُمۡ تُحۡبَرُونَ ٧٠
Войдите же в Рай радостными вместе со своими женами (или вместе с себе подобными).
Siz və sizin kimi gətirən möminlərlə birgə, sizə verilən tükənməz və əbədi nemətlərə sevindiyiniz halda Cənnətə daxil olun!"
43:71Страница 494
يُطَافُ عَلَيۡهِم بِصِحَافٖ مِّن ذَهَبٖ وَأَكۡوَابٖۖ وَفِيهَا مَا تَشۡتَهِيهِ ٱلۡأَنفُسُ وَتَلَذُّ ٱلۡأَعۡيُنُۖ وَأَنتُمۡ فِيهَا خَٰلِدُونَ ٧١
Их будут обносить блюдами из золота и чашами. Там будет то, чего жаждут души и чем услаждаются глаза. Вы пребудете там вечно.
(Cənnət əhlinin) xidmətçiləri onlar üçün qızıldan olan qulpsuz sinilər və piyalələr dolandıracaqlar. Cənnətdə nəfslərin istədiyi və gözlərin baxmaqla həzz aldığı hər şey olacaq. Siz orada qalacaq və heç vaxt oradan çıxmayacaqsınız.
43:72Страница 494
وَتِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِيٓ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٧٢
Этот Рай дан вам в наследство за то, что вы совершали.
Sizə vəsf edilən Cənnət, Allahın Öz tərəfindən bir lütf olaraq əməlləriniz sayəsində sizi varis etdiyi Cənnətdir.
43:73Страница 494
لَكُمۡ فِيهَا فَٰكِهَةٞ كَثِيرَةٞ مِّنۡهَا تَأۡكُلُونَ ٧٣
Для вас там уготованы многочисленные фрукты, которые вы будете есть.
Orada sizin üçün çoxlu tükənməz meyvələr vardır, onlardan yeyəcəksiniz.
43:74Страница 495
إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ ٧٤
Воистину, грешники вечно будут мучаться в Геенне.
Şübhəsiz ki, küfr və asilik etməklə günaha batan kimsələr qiyamət günü əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.
43:75Страница 495
لَا يُفَتَّرُ عَنۡهُمۡ وَهُمۡ فِيهِ مُبۡلِسُونَ ٧٥
Им не будет дано передышки, и там они придут в отчаяние.
Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada Allahın rəhmətindən ümidlərini üzəcəklər.
43:76Страница 495
وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُواْ هُمُ ٱلظَّٰلِمِينَ ٧٦
Мы не поступили с ними несправедливо - они сами поступали несправедливо.
Biz onların Cəhənnəmə vasil etməklə onlara zülm etmədik, lakin onlar küfr etməklə özlərinə zülm etdilər.
43:77Страница 495
وَنَادَوۡاْ يَٰمَٰلِكُ لِيَقۡضِ عَلَيۡنَا رَبُّكَۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ ٧٧
Они воззовут: «О Малик! Пусть твой Господь покончит с нами». Он скажет: «Вы останетесь здесь навечно».
Onlar Cəhənnəm gözətçisi Malikə müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alsın ki, biz rahatlıq tapaq.” Malik də onlara belə cavab verəcək: “Siz daim əzab içində olub ölməyəcəksiniz və bu əzab sizdən səngiməyəcəkdir”.
43:78Страница 495
لَقَدۡ جِئۡنَٰكُم بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَكُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ ٧٨
Мы принесли вам истину, но большинство из вас не любят ее.
Biz sizə dünyada ikən içində heç bir şəkk-şübhə olmayan haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı.
43:79Страница 495
أَمۡ أَبۡرَمُوٓاْ أَمۡرٗا فَإِنَّا مُبۡرِمُونَ ٧٩
Приняли ли язычники окончательное решение? Мы уже приняли окончательное решение.
Onlar Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qarşı hiylə qurdular, Biz də onlara qarşı elə bir tədbir gördük ki, bu, onların hiyləsini alt-üst etdi.
43:80Страница 495
أَمۡ يَحۡسَبُونَ أَنَّا لَا نَسۡمَعُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيۡهِمۡ يَكۡتُبُونَ ٨٠
Неужели они полагают, что Мы не слышим их секретов и тайных переговоров? О нет! При них находятся Наши посланцы, которые записывают.
Yoxsa onlar elə zənn edirlər ki, Biz onların qəlblərində gizlətdikləri sirlərini və ya öz aralarında gizli danışdıqları sirlərini eşitmirik?! Xeyr, Biz bunların hamısını eşidirik və onların yanında olan mələklər də, onların etdiyi bütün əməlləri yazırlar.
43:81Страница 495
قُلۡ إِن كَانَ لِلرَّحۡمَٰنِ وَلَدٞ فَأَنَا۠ أَوَّلُ ٱلۡعَٰبِدِينَ ٨١
Скажи: «Если бы у Милостивого был сын, то я первым стал бы поклоняться (Аллаху или Его сыну)».
Ey Peyğəmbər! Allaha qızlar nisbət edən kimsələrə de: "Allah onların söylədiklərindən uzaqdır, ucadır. Allahın övladı yoxdur. Allah belə nöqsandan uzaqdır və müqəddəsdir. Mən Uca Allaha ibadət edənlərin və Onu bütün nöqsanlardan uzaq tutanların birincisiyəm.
43:82Страница 495
سُبۡحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ ٨٢
Пречист Господь небес и земли, Господь Трона, и далек от того, что они приписывают.
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi o müşriklərin Ona aid etdikləri şəriklərdən, həyat yoldaşından və övladdan tamamilə uzaqdır!”
43:83Страница 495
فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ ٨٣
Оставь же их погружаться в словоблудие и забавляться, пока они не встретят тот день их, который им обещан.
Ey Peyğəmbər! Onları burax, qoy özlərinə vəd edilmiş qiyamət gününə yetişənədək batil sözlərini danışsınlar və əylənsinlər.
43:84Страница 495
وَهُوَ ٱلَّذِي فِي ٱلسَّمَآءِ إِلَٰهٞ وَفِي ٱلۡأَرۡضِ إِلَٰهٞۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ ٨٤
Он - Тот, Кто является Богом на небесах и на земле. Он - Мудрый, Знающий.
O pak və müqəddəs Allah həm göydə, həm də yerdə ibadət olunmağa layiq olan haqq məbuddur. O, yaratmaq, qədəri yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibidir, həmçinin, Öz qullarının etdiklərini Biləndir və onların əməllərindən heç bir şey Ona gizli qalmaz.
43:85Страница 495
وَتَبَارَكَ ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَعِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٨٥
Благословен Тот, Кому принадлежит власть над небесами, землей и тем, что между ними. У Него - знание о Часе, и к Нему вы будете возвращены.
Pak və müqəddəs Allahın xeyir və bərəkəti boldur. O Allah ki, göylərin, yerin və onların arasındakıların mülkü Ona məxsusdur. Qiyamətin qopacağı saat haqqında bilgi yalnız Ondadır. Ondan başqa heç kəsin bu haqda bilgisi yoxdur və siz axirətdə haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız.
43:86Страница 495
وَلَا يَمۡلِكُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلۡحَقِّ وَهُمۡ يَعۡلَمُونَ ٨٦
Те, к кому вы взываете помимо Него, не владеют заступничеством. Заступаться будут только за тех или только те, которые осознанно засвидетельствовали истину.
Müşriklərin Allahdan başqa ibadət etdikləri tanrılar Allah yanında şəfaətçilik edə bilməzlər. Yalnız İsa, Uzeyr və mələklər kimi "lə ilahə illəllah" deyərək şəhadət gətirən və gətirdiyi şəhadətin mənasını bilən kimsələr müstəsnadır.
43:87Страница 495
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ٨٧
Если ты спросишь у них, кто сотворил их, они непременно скажут: «Аллах». До чего же они отвращены от истины!
Əgər onlardan: "Sizi kimi yaradıb?" – deyə soruşsan, onlar mütləq: “Bizi Allah yaradıb!”– deyəcəklər. Bu etirafdan sonra Allaha ibadət etməkdən necə üz döndərirlər?!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии