Аль-Мухтасар · Тафсир · на азербайджанском
الحجر
Аль-Хиджр
Хиджр · Мекканская · 99 аятов
15:1Страница 262
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ ١
Алиф. Лам. Ра. Это - аяты Писания и ясного Корана.
﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Bu ayələr, yüksək məqama sahib olan Allah tərəfindən nazil edilməsinə dəlalət edən, Allahın vəhdaniyyətini, dini əmrləri və qadağaları açıq-aydın izah edən Quran ayələridir.
15:2Страница 262
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ ٢
Неверующие непременно пожелают оказаться мусульманами.
Qiyamət günü kafirlər, peyğəmbərlərin dünyada ikən onları xəbərdar etdiklərinin həqiqət olduğunu və onların dünyada batil yol üzərində olduqlarını anladıqda özlərinin, müsəlman olmalarını arzulayacaqlar.
15:3Страница 262
ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ ٣
Оставь их - пусть они едят, пользуются благами и увлекаются чаяниями. Скоро они узнают.
Ey Peyğəbmər! Yalan sayan kimsələri tərk et, qoy onlar dünyada bir müddət heyvan kimi yeyib-içsinlər, fani dünya həyatının ləzzətləri ilə əylənsinlər və xam xəyallarla başlarını qatıb, iman gətirib, saleh əməllər etdməkdən yayınsınlar. Onlar, Qiyamət günü Allahın hüzuruna cəm olduqda, özlərinin ziyan içində olduqlarını biləcəklər.
15:4Страница 262
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ ٤
Все селения, которые Мы погубили, имели известное предписание.
Biz, məhv etdiyimiz hər bir zalın diyarın, Allah qatında əvvəlcədən təyin edilmiş məlum bir vaxtı vardır. Həlak onlara əvvəlcədən təyin edilmiş vaxtdan nə bir an tez gələr, nə də ki, gecikər.
15:5Страница 262
مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ ٥
Ни одна община не может опередить свой срок или отложить его.
Heç bir ümmətin həlakı əvvəlcədən təyin edilmiş vaxtdan öncə gəlməz, nə də, həmin vaxt ərsəyə çatdıqda, gecikməz. Elə buna görə də, zalimlər, Allahın onlara əzabı geçikdirməsinə aldanmasınlar.
15:6Страница 262
وَقَالُواْ يَٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ ٦
Они сказали: «О тот, кому ниспослано откровение! Воистину, ты - одержимый.
Məkkə müşrikləri Peyğəmbərə (sallallahu aleyhi və səlləm) belə dedilər: "Ey özünə Zikr nazil edildiyini idda edən kimsə! Doğrudan da, sən bu iddianla dəlisən və dəlillər kimi hərəkət edirsən!
15:7Страница 262
لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٧
Почему ты не привел к нам ангелов, если ты - один из тех, кто говорит правду?».
Kaşki göndərilmiş peyğəmbər olduğuna və bizə əzab gələcəyi barədə verdiyin xəbərin doğruluğuna şahidlik edəcək bir mələk gətirəydin.
15:8Страница 262
مَا نُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ ٨
Мы ниспосылаем ангелов только с истиной, и тогда никому не предоставляется отсрочка.
Uca Allah, onların mələklərin gəlməsi haqqında irəli sürdükləri fikirlərinə cavab olaraq belə buyurdu: "Biz mələkləri ancaq əzabla həlak olma vaxtınız yetişdikdə, müəyyən hikmət üçün endiririk. Əgər Biz, mələkləri göndərsək və onlar bundan sonra da iman gətirməsələr, bu zaman kafirlərə möhlət verilməz. Əksinə, əzab onlara daha tez bir vaxta gələr!"
15:9Страница 262
إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ٩
Воистину, Мы ниспослали Напоминание, и Мы оберегаем его.
Şübhəsiz ki, bu Quranı insanlara bir öyüd-nəsihət olaraq Muhəmmədin (sallallahu aleyhi və səlləm) qəlbinə Biz nazil etdik, əlbəttə, Biz də onu hər cür artırılıb-əskiltmədən, təbdildən və təhrifdən qoruyacağıq!"
15:10Страница 262
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ ١٠
Мы уже отправляли до тебя посланников к прежним общинам.
Ey Peyğəmbər! Biz səndən öncə də küfür edən əvvəlki millətlərə elçilər göndərmişdik, onlar da özlərinə göndərilən peyğəmbərləri yalançı hesab etdilər. Ümmətinin səni yalançı hesab etməsində heç də peyğəmbərlərin birincisi deyilsən.
15:11Страница 262
وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ١١
Какой бы посланник ни приходил к ним, они издевались над ним.
Küfür edən əvvəlki millətlər, özlərinə göndərilən peyğəmbərləri yalançı sayıb, onlara istehza etdilər.
15:12Страница 262
كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ١٢
Таким же образом Мы насаждаем его (неверие) в сердцах грешников.
Biz o əvvəlki millətlərin qəlblərinə peyğəmbərləri yalançı hesab etməyi saldığımız kimi, eyni şəkildə, üz çevirib, inadkarlıq etdiklərinə görə onu Məkkə müşriklərin qəlblərinə də salarıq.
15:13Страница 262
لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ ١٣
Они не веруют в него (Коран), хотя уже были примеры первых поколений.
Onlar hələ də Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Qurana inanmırlar. Halbuki Allahın əvvəlki ümmətlərdən peyğəmbərlərin gətirdiklərini yalan sayanların necə həlak etməsi xəbər onlara gəlib çatmışdır. Elə isə qoy yalan sayanlar səndən ibrət alsınlar.
15:14Страница 262
وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ ١٤
И даже если бы Мы разверзли для них врата небесные, чтобы они поднялись туда,
O yalan sayanlar, inadkar insanlardır. Haqq onlara açıq-aydın dəlillərlə bəlli olsa, hətta onlar üçün göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar:
15:15Страница 262
لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ ١٥
они непременно сказали бы: «Наши взоры затуманены, а сами мы околдованы».
yenə də inanmayıb: "Gözlərimiz dumanlıdır, əksinə, bizim gördüyümüz şeylər sehrin təsirindəndir, daha doğrusu biz sehrlənmişik" – deyərlər.
15:16Страница 263
وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ ١٦
Воистину, Мы воздвигли на небе созвездия и украсили его для тех, кто смотрит.
Biz, insanların səfərdə ikən səhra və dənizin zülmətlərində yolu tapmaları üçün səmada əzəmətli ulduzlar yaratdıq və onların bununla uca Allahın qüdrətini dərk etsinlər deyə, göy üzünü səmaya baxan insanlar üçün ulduzlarla bəzədik.
15:17Страница 263
وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ ١٧
Мы предохранили его от всякого дьявола изгнанного, побиваемого.
Göy üzünü Allahın rəhmətindən qovulmuş hər bir şeytandan mühafizə etdik.
15:18Страница 263
إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ ١٨
А если он станет подслушивать украдкой, то за ним последует яркий светоч.
Yalnız mələklər toplumunu gizlincə dinləyib və buna görə də ona alovlu bir cisim yetişib onu yandırıb yaxan şeytan və cin bundan müstəsnadır.
15:19Страница 263
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ ١٩
Мы простерли землю, поместили на ней незыблемые горы и взрастили на ней в меру всякие вещи.
Biz, insanların yer üzündə qərar tutub yaşamaları üçün oranı döşəyərək sərdik. Yeri üzünün onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq və Allahın hikmətinə müvafiq olaraq yer üzündə müəyyən ölçüdə göz oxşayan bitkilərin hər növündən yetişdirdik.
15:20Страница 263
وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ ٢٠
Мы предоставили на земле пропитание вам и тем, кого вы не кормите.
Ey İnsanlar! Dünya həyatında olduğunuz müddətcə orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz insanların və heyvanların dolanması üçün yeyiləcək və içiləcək vasitələri yaratdıq.
15:21Страница 263
وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ ٢١
Нет таких вещей, хранилищ которых не было бы у Нас, и ниспосылаем Мы их только в известной мере.
İnsan və heyvanların faydalandığı hər şeyi var etməyi və insanları onunla faydalandırmağa qadir olan yalnız Bizik. Biz, var etdiyimiz hər bir şeyi hikmətimizin və iradəmizin tələbinə müvafiq olaraq yalnız müəyyən bir ölçüdə var edirik.
15:22Страница 263
وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ ٢٢
Мы послали ветры, оплодотворяющие облака водой, а потом низвели с неба воду и напоили вас ею, но не вам ее сберегать.
Biz, küləklər göndərib buludları bir yerə cəm etdik. Cəm olan buludlardan yağmuru yağdırdıq və sizləri bu yağmur suyu ilə suladıq. Ey İnsanlar! Bu suyun yer üzündə bulaq olub, yerdən qaynayıb çıxması üçün onu bir yerə toplayan siz deyilsiniz. Onu bir yerə toplayıb saxlayan yalnız Uca Allahdır.
15:23Страница 263
وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ ٢٣
Воистину, Мы даруем жизнь и умерщвляем, и Мы наследуем.
Şübhəsiz ki, Biz ölüləri yoxdan var edərək həm öldükdən sonra onları yenidən dirildən, həm də dirilərin əcəli çatdıqda onları öldürən həm də ki, yerə və yer üzərində olan hər bir şeyə varis olub əbədi qalan da Bizik!
15:24Страница 263
وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ ٢٤
Воистину, Мы знаем тех, кто жил прежде, и тех, кому суждено жить после них.
Əlbəttə, sizdən əvvəl dünyaya gəlib, dünyasını dəyişənləri də və sizdən sonra kimlərin bu dünyaya dəlib-gedəcəyini də bilirik. Bundan heç bir şey Bizə gizli qalmaz.
15:25Страница 263
وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ ٢٥
Воистину, твой Господь соберет их всех, ведь Он - Мудрый, Знающий.
Ey Peyğəmbər! Həqiqətən, Rəbbin Qiyamət günü yaxşılıq edən kimsələrin mükafatını, pislik edən kimsələrin də cəzasını vermək üçün onları bir yerə toplayacaqdır. Şübhəsiz ki O, işlərində hikmət və elm sahibidir. Ona heç bir şeyi gizli qalmaz.
15:26Страница 263
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ٢٦
Мы сотворили человека из сухой звонкой глины, полученной из видоизмененной грязи.
Biz Adəmi toxunduqda saxsı kimi səs çıxaran quru palçıqdan yaratdıq. Adəmin yaradıldığı palçıq, üzün müddət qaldığı üçün rənği qara, qoxusu dəyişmiş bir palçıq idi.
15:27Страница 263
وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ ٢٧
А еще раньше Мы сотворили джиннов из палящего пламени.
Biz cinlərin babasını, Adəmi - aleyhissəlam - yaratmazdan daha öncə hərarəti olduqca şiddətli olan alovdan yaratmışdıq.
15:28Страница 263
وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ٢٨
Вот твой Господь сказал ангелам: «Воистину, я сотворю человека из сухой звонкой глины, полученной из видоизмененной грязи.
Ey Peyğəmbər! Bir zaman Rəbbin mələklərə və onlarla birğə olan iblisə: "Mən, toxunduqda saxsı kimi səs çıxaran, üzün müddət qaldığı üçün rənği qara və qoxusu dəyişmiş quru palçıqdan bir bəşər yaradacağam" - dediyini xatırla!
15:29Страница 263
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ ٢٩
Когда же Я придам ему соразмерный облик и вдохну в него от Моего духа, то падите перед ним ниц».
Mən ona surətini düzəldib, kamil bir biçimdə yaratdıqda, siz, əmrimə tabe olaraq, onu salamlamaq üçün ona səcdə edin!
Mələklər Rəbbinin əmrinə tabe oldular və Rəbbi onlara əmr etdiyi kimi hamısə ona səcdə etdilər.
15:31Страница 263
إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ ٣١
за исключением Иблиса, который отказался быть в числе павших ниц.
Lakin İblis - mələklərlə birgə olsada, amma bu işdə onlarla birgə olmadı - mələklərlə bir yerdə Adəmə səcdə etməkdən imtina etdi.
15:32Страница 264
قَالَ يَٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ ٣٢
Аллах сказал: «О Иблис! Почему ты не в числе павших ниц?».
İblis Adəmə səcdə etməkdən imtina etdikdən sonra, uca Allah ona belə dedi: "Mənim əmrimə tabe olaraq Adəmə səcdə edən mələklərlə birgə səcdə etməyə sənə mane olan və səni, əmrimə asi olmağa sövq etdirən nədir?"
15:33Страница 264
قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ٣٣
Иблис сказал: «Не подобает мне падать ниц перед человеком, которого Ты сотворил из сухой звонкой глины, полученной из видоизмененной грязи».
İblis lovğalanaraq dedi: Mənim, üzün müddət qaldığı üçün rənği qara və qoxusu dəyişmiş quru palçıqdan yaratdığın bir bəşərə səcdə etməyim doğru olmaz!"
15:34Страница 264
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ ٣٤
Аллах сказал: «Изыди, и отныне ты будешь изгнан и побит.
Bu zaman Uca Allah İblisə belə buyurdu: "Cənnətdən çıx! Artıq sən rəhmətimdən qovuldun!
15:35Страница 264
وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ ٣٥
И проклятие пребудет над тобой до Дня воздаяния».
Qiyamət gününə qədər üzərində lənət olacaqdır və rəhmətimdən də qovulacaqsan!".
15:36Страница 264
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ٣٦
Иблис сказал: «Господи! Предоставь мне отсрочку до того дня, когда они будут воскрешены».
İblis dedi: Ey Rəbbim! Məxluqatın yenidən diriləcəkləri günə qədər mənə möhlət ver və o vaxta qədər məni öldürmə!"
15:37Страница 264
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ٣٧
Аллах сказал: «Воистину, ты - один из тех, кому предоставлена отсрочка
Uca Allah ona belə buyurdu: "Elə isə sən, əcəli gecikdirilib möhlət verilənlərdənsən -
Bütün məxluqatın öldüyü, surun ilk üfürldüyü günə qədər!"
15:39Страница 264
قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ ٣٩
Иблис сказал: «Господи! За то, что Ты ввел меня в заблуждение, я приукрашу для них земное и непременно совращу их всех,
İblis dedi: "Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını doğru yoldan azdıracağam!
15:40Страница 264
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ ٤٠
кроме Твоих избранных (или искренних) рабов».
Yalnız Sənə ibadət etmək üçün seçdiyin qullarından başqa!"
15:41Страница 264
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ ٤١
Аллах сказал: «Это - путь, ведущий прямо ко Мне.
Allah dedi: "Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.
15:42Страница 264
إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ ٤٢
Воистину, ты не властен над Моими рабами, за исключением заблудших, которые последуют за тобой».
Şübhəsiz ki, yalnız sənə tabe olan azğınlardan başqa, mənim ixlaslı qullarım üzərində onları azdırmaq üçün sənin heç bir gücün-güvvətin və hökmranlığın olmaz!".
15:43Страница 264
وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ ٤٣
Воистину, Геенна - это место, обещанное всем им.
Həqiqətən, Cəhənnəm iblisin və ona tabe olan azğınların hamısına vəd olunmuş yerdir.
15:44Страница 264
لَهَا سَبۡعَةُ أَبۡوَٰبٖ لِّكُلِّ بَابٖ مِّنۡهُمۡ جُزۡءٞ مَّقۡسُومٌ ٤٤
Там - семь врат, и для каждых врат предназначена определенная их часть.
Cəhənnəmin yeddi qapısı vardır. Cəhənnəm əhli Cəhənnəmə o qapılardan daxil olarlar. O qapılarının hər birdən iblisə tabe onlardan sayları əvvəlcədən müəyyən edilmiş kimsələr Cəhənnəmə daxil olacaqlar.
15:45Страница 264
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ ٤٥
Воистину, богобоязненные пребудут в Райских садах и среди источников.
Uca Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar.
Cənnətə daxil olarkən onlara deyiləcək: "Oraya müsibətlərdən sağ-salamat və qorxulu şeylərdən xatircəmliklə daxil olun!"
15:47Страница 264
وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ ٤٧
Мы исторгнем из их сердец злобу, и они, как братья, будут лежать на ложах, обратившись лицом друг к другу.
Biz onların qəlblərindəki kin-küdurət və düşmənçilik hisslərini çıxarıb kənar etdik. Onlar taxtlar üstündə oturub bir-birilərinə baxan və bir-birilərini sevən qardaşlar olacaqlar.
15:48Страница 264
لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٞ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ ٤٨
Там их не коснется усталость, и их не изгонят оттуда.
Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar. Əksinə, orada əbədi qalacaqlar.
15:49Страница 264
۞ نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٤٩
Сообщи Моим рабам, что Я - Прощающий, Милосердный,
Ey Peyğəmbər! Qullarımdan Mənə tövbə edənləri bağışlayıb, rəhm edəcəyimi onlara bildir.
15:50Страница 264
وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ ٥٠
но наказание Мое - наказание мучительное.
Əzabım isə ağrılı-acılı əzab olduğunu onlara bildir ki, qoy Mənə tövbə edib bağışlamama nail olub və əzabımdan xatircəm olsunlar!
15:51Страница 264
وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ ٥١
Сообщи им также о гостях Ибрахима (Авраама).
Onlara, İbrahimə - aleyhissəlam - oğlan övladı ilə müjdələmək və Lut qövmünü həlak etmək üçün gələn mələk qonaqları barəsində də xəbər ver!
15:52Страница 265
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ ٥٢
Они вошли к нему и сказали: «Мир!». Он сказал: «Воистину, мы опасаемся вас».
Onlar İbrahimin yanına daxil olduqda ona: "Sənə salam olsun!" – dedilər. İbrahim də onlara daha gözəl bir şəkildə salam qaytardı və onların bəşər övladından olduqlarını zənn edərək onların yemələri üçün onlara qızarmış bir buzov gətirdi. İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb dedi: "Doğrusu, biz sizdən qorxuruq!".
15:53Страница 265
قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ ٥٣
Они сказали: «Не бойся! Воистину, мы принесли тебе благую весть об умном мальчике».
Mələklərdən olan elçilər İbrahimə: "Qorxma! Biz sənə, səni sevindirəcək bir xəbər verəcəyik. Sənin bilikli bir oğlan övladın olacaqdır!" – dedilər.
15:54Страница 265
قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ ٥٤
Он сказал: «Неужели вы сообщаете мне такую благую весть, когда старость уже одолела меня? Чем же вы меня радуете?».
İbrahim –mələklərin, onun bir oğlan övladı olacağı müjdələməsinə təəccüb edərək– olara dedi: "Qocalıq məni haqladığı bir vaxtda mənə oğlan övladımın olacağı ilə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?"
15:55Страница 265
قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ ٥٥
Они сказали: «Мы сообщаем тебе истинную весть, и не будь в числе тех, кто отчаивается».
Mələklərdən olan elçilər İbrahimə dedilər: "Biz sənə heç bir şəkk-şübhə olmayan həqiqətlə müjdə veririk. Səni müjdələdiyimiz şey barədə əsla ümidsizliyə qapananlardan olma!".
15:56Страница 265
قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ ٥٦
Он сказал: «Кто же отчаивается в милости своего Господа, кроме заблудших?!».
İbrahim mələklərə belə cavab verdi: "Allahın doğru yolundan azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzər?!".
15:57Страница 265
قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ٥٧
Он сказал: «Какова же ваша миссия, о посланцы?».
İbrahim mələklərə dedi: "Bir deyin görək, sizi Uca Allah yanından buraya gətirən səbəb nədir?"
15:58Страница 265
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ ٥٨
Они сказали: «Мы посланы к грешным людям.
Mələklərdən olan elçilər İbrahimə dedilər: "Allah bizi fəsadı və şəri çox böyük olan Lut qövmünü məhv etmək üçün göndərdi!"
15:59Страница 265
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ ٥٩
И только семью Лута (Лота) мы спасем целиком,
Ancaq Lutun ailəsi və ona tabe olan möminlər bu əzabdan müstəsnadırlar. Onlara əsla əzab olunmaz. Biz onların hamısını bu əzabdan salamat edəcəyik!
15:60Страница 265
إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ ٦٠
кроме его жены. Мы решили, что она останется позади».
Yalnız Lutun arvadından başqa. Biz onun geridə əzab içində qalanlardan olmasına hökm verdik!".
Göndərilən elçi mələklər kişi simasında Lut əhlinin yanına gəldikləri zaman
Lut - aleyhissəlam - onlara dedi: "Biz sizi tanımadığımız bir qövmdənsiniz!".
15:63Страница 265
قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ ٦٣
Они сказали: «Но мы явились к тебе с тем, по поводу чего они препирались.
Mələklərdən olan elçilər Luta dedilər: "Ey Lut! Qorxma, biz sənin yanına qövmünün şübhə etdiyi onları məhv edəcək əzab ilə gəlmişik.
15:64Страница 265
وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ ٦٤
Мы принесли тебе истину, и мы говорим правду.
Biz sənin yanına zarafat olmayan, doğru bir xəbərlə gəlmişik. Şübhəsiz ki, biz sənə verdiyimiz xəbərdə doğru danışanlarıq.
15:65Страница 265
فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ ٦٥
Среди ночи выведи свою семью и сам иди вслед за ними. И пусть никто из вас не оборачивается. Ступайте туда, куда вам приказано».
Gecədən bir müddət keçdikdən sonra ailəni götürərək yola çıx və səndə onların arxasınca get. Sizdən heç kəs onların başına nə gəldiyini görmək üçün çevrilib arxaya baxmasın. Beləliklə də, Allahın sizə getmənizi əmr etdiyi yerə qədər irəliləyib gedin!"
15:66Страница 265
وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ ٦٦
Мы объявили ему приговор о том, что к утру все они будут уничтожены.
Biz Luta üçün əzəldən yazdığımız əmri, sübh çağı o qövmün sonuncusu da həlak olana qədər kökü kəsilərək hamısı məhv olacaqlarını vəhy edərək bildirdik.
Sədum əhalisi, Lutun qonaqları ilə fahişə əməli etmək ümüdü ilə sevinərək onun yanına gəldilər.
15:68Страница 265
قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ ٦٨
Он сказал им: «Это - мои гости, не позорьте же меня.
Lut onlara belə dedi: "Bunlar mənim qonaqlarımdır. Onlara etmək istədiyiniz şeylə məni biabır etməyin!
Bu fahişə əməldən əl çəkərək Allahdan qorxun və bu iyrənc əməlinizlə məni hörmətdən salmayın!"
15:70Страница 265
قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ ٧٠
Они сказали: «Разве мы не запрещали тебе укрывать людей?».
Qövmü ona dedi: "Məgər biz sənə hər hansı bir kimsəni qonaq saxlamağı qadağan etməmişdikmi?"
15:71Страница 266
قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ ٧١
Он сказал: «Вот мои дочери, если вы хотите этого».
Lut - aleyhissəlam - qonaqlarının qarşısında özünə üzr qazandıraraq onlara belə dedi: "Bunlar mənim, sizə zövcə ola biləcək qızlarımdır! Əgər şəhvətinizi ödəmək istəyirsinizsə, onlarla evlənin!"
15:72Страница 266
لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ ٧٢
Клянусь твоей жизнью! Они слепо блуждали, опьяненные.
Ey Peyğəmbər! Sənin canına and olsun ki, Lutun qövmü şəhvətlərinin tüğyanında tərəddüd edib durdular.
Günəş doğanda onları həlak edici qorxunc bir səs yaxaladı.
15:74Страница 266
فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ ٧٤
Мы перевернули город вверх дном и обрушили на них каменья из обожженной глины.
Oranın üstünü altına gərirərək diyarlarını tərsinə çevirərək və onların üzərinə möhkəm gil daşlar yağdırdıq.
15:75Страница 266
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ ٧٥
Воистину, в этом - знамения для зрячих.
Şübhəsiz ki, Lut qövmünün həlak edilməsi haqqında zikir edilən bu ayələrdə başa düşənlər üçün dəlillər vardır.
15:76Страница 266
وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ ٧٦
Воистину, они жили прямо на дороге из Мекки в Сирию.
Lut qövmünün diyarı, oradan keçməkdə olan müsafirlərin gördükləri sabit bir yer üzərindədir.
15:77Страница 266
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ٧٧
Воистину, в этом - знамение для верующих.
Şübhəsiz ki, Lut qövmünün başına gələn bu hadisə də, möminlərin ibrət almaları üçün neçə-neçə dəlillər vardır!
15:78Страница 266
وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ ٧٨
Жители Айки также были беззаконниками.
Sıx meşəlikdə yaşayan şəhər xalqı, Şueyb tayfası da, Allaha küfür edib və özlərinə göndərilən Allahın elçisi Şüeybi yalan saydıqlarına görə zalımlardan oldular.
15:79Страница 266
فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ ٧٩
Мы отомстили им. Воистину, оба эти поселения находились на ясной дороге.
Onları əzabla yaxalayaraq onlardan da intiqam aldıq. Lut qövmünün yaşadıqları diyar və Şueyb əshabının yurdu oradan keçən kimsələrin açlıq-aydın görə biləcəyi bir yol üzərində yerləşirdi.
15:80Страница 266
وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ ٨٠
Жители Хиджра тоже сочли лжецами посланников.
Hicr əhalisi olan (Hicir, Hicaz və Şam arasında yerləşən bir yerdir) Səmud qövmüdə özlərinə göndərilən Salehi peyğəmbəri yalançı saymaqla, göndərilən bütün Peyğəmbərləri yalançı saymış oldular.
15:81Страница 266
وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ٨١
Мы даровали им Наши знамения, но они отвернулись от них.
Biz onlara Salehin həqiqətən də Allah tərəfindən göndərilən bir elçi olduğuna dəlalət edən ayələr və dəlillər verdik. Bunlardan biridə göndərdiyimiz dişi dəvə idi, lakin onlar bu ayələr və dəlillərdən düşünüb öyüd-nəsihət almadılar və bunlar barədə heç düşünmədilər.
15:82Страница 266
وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ ٨٢
Они высекали в горах безопасные жилища.
Onlar qorxduqları şeydən əmin-amanlıqda yaşamaları üçün dağları yarıb orada özlərinə evlər düzəldirdilər.
Beləliklə, sübh vaxtı zəliledici ildırım əzabı onları yaxaladı.
15:84Страница 266
فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٨٤
и не помогло им то, что они приобретали.
Qurduqları möhkəm evlər, yığdıqları var-dövlət, qazandıqları dünya malı, Allahın əzabın onlardan sovuşdura bilmədi.
15:85Страница 266
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ ٨٥
Мы сотворили небеса, землю и все, что между ними, только ради истины. Час непременно настанет. Посему прощай их красиво.
Biz göyləri, yeri və onların arasında olanları heç bir hikmətsiz, boş yerə yaratmadıq. Biz bütün bunların hamısını yalnız haqq ilə yaratdıq. O saat mütləq gələcəkdir, bu barədə əsla şəkk-şübhə ola bilməz. Ey Peyğəmbər! Odur ki, səni yalan sayanlardan üz çevir və onları gözəl tərzdə bağışla!
15:86Страница 266
إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ ٨٦
Воистину, твой Господь - Творец, Знающий.
Ey Peyğəmbər! Həqiqətən, Rəbbin hər şeyi yaradandır və hər bir şeyi biləndir!
15:87Страница 266
وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ ٨٧
Мы даровали тебе семь часто повторяемых сур или аятов и великий Коран.
Biz sənə yeddi ayədən ibarət Fatihə surəsini verdik. Bu ayələr, əzəmətli Quran ayələridir.
15:88Страница 266
لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ ٨٨
Не заглядывайся на блага, которыми Мы наделили некоторых из них, и не печалься о них. Склони свои крылья перед верующими (будь добр и милосерден к ним)
Kafirlərdən bəzilərinə verdiyimiz müxtəlif növlü fani dünya malına gözünü dikmə, onların səni yalançı saydıqlarına görə qəm-qüssə etmə və möminlərə qarşı da təvazökar ol!.
15:89Страница 266
وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ ٨٩
и говори: «Воистину, я - всего лишь предостерегающий и разъясняющий увещеватель».
Ey Peyğəmbər! Onlara de: "Şübhəsiz ki, mən sizi əzabdan açıq-aşkar çəkindirən bir peyğəmbərəm!".
15:90Страница 266
كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ ٩٠
Мы также ниспослали его (наказание) разделяющим,
Mən sizi, Allahın kitablarını hissələrə ayıraraq, bu kitabların bir qisminə iman edib, digər bir qismini isə inkar edən kimsələrə Allahın endirdiyi əzabın eyni ilə sizə də endirməsinə qarşı sizləri xəbardar edirəm!
15:91Страница 267
ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ ٩١
которые поделили Коран на части (уверовали в одну часть Корана и отвергли другую).
Quranı hissələrə bölənlər belə dedilər: "O, sehrdir, yaxud kahinlik əsəridir, yaxud da şeirdir".
15:92Страница 267
فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ ٩٢
Клянусь твоим Господом! Мы непременно всех их спросим
Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz qiyamət günü Quranı hissələrə bölənlərin hamısından soruşacağıq –
Biz onlardan dünyada etdiklər küfr və günahların sorğu-sualını edəcəyik!
15:94Страница 267
فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ ٩٤
Провозгласи же то, что тебе велено, и отвернись от многобожников.
Ey Peyğəmbər! Artıq sən, Allahın sənə dəvət etməyi əmr etdiyi şeyləri açıq-aşkar şəkildə bəyan et və müşriklərin söylədiklərinə və etdiklərinə də fikir vermə!
15:95Страница 267
إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ ٩٥
Воистину, Мы избавили тебя от тех, кто насмехается,
Onlardan qorxma. Sənə istehza edən Qureyişin küfür imamlarının hiylələrinə qarşı sözsüz ki, Biz sənə yetərik.
15:96Страница 267
ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ ٩٦
кто признает других богов помимо Аллаха, и скоро они узнают.
O kəslər ki, Allahla yanaşı başqa bir məbudun Allahın şəriki olduğunu qərar verirlər. Onlar tezliklə qərar verdikləri bu pis şirkin aqibətinin nə olduğunu bilib, anlayacaqlar.
15:97Страница 267
وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ ٩٧
Мы знаем, что твоя грудь сжимается от того, что они говорят.
Ey Peyğəmbər! Şübhəsiz ki, Biz onların səni yalan saydıqlarına və sənə istehza etdiklərinə görə qəlbinin daraldığını bilirik.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии