Аль-Мухтасар · Тафсир · на азербайджанском
Юнус 10:64–109
10:64Страница 216
لَهُمُ ٱلۡبُشۡرَىٰ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۚ لَا تَبۡدِيلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٦٤
Им предназначена радостная весть в этом мире и в Последней жизни. Слова Аллаха не подлежат отмене. Это - великое преуспеяние.
Dünya həyatında, onları sevindirəcək gözəl yuxu, yaxud da insanların onları tərifləməsi kimi onlar üçün müjdə vardır, ruhları canlarından alınarkən, öldükdən sonra və məhşərdə mələklər tərəfindən də onlara bir müjdə vardır. Allahın onlara vəd etdiyinə əsla dəyişiklik olmaz. Bu mükafat, istədiklərinə nail olub, qorxduqları şeydən əmin olduqları üçün böyük xoşbəxtlikdir.
10:65Страница 216
وَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعًاۚ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦٥
Пусть тебя не печалит то, что они говорят, ибо могущество целиком принадлежит Аллаху. Он - Слышащий, Знающий.
Ey Peyğəmbər! Onların sənin dininə tənə və təhqir etmələri səni kədərləndirməsin. Çünki qələbə sonda yalnız Allaha məxsusdur. Onu heç bir şey aciz edə bilməz. Allah onların sözlərini eşidəndir, əməllərini biləndir. O, hər bir kəsin etdiyi əməlin mükafatını verəcəkdir.
10:66Страница 216
أَلَآ إِنَّ لِلَّهِ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ ٦٦
Воистину, Аллаху принадлежат те, кто на небесах, и те, кто на земле. Чему же следуют те, которые поклоняются помимо Аллаха другим божествам. Они следуют лишь предположениям и только измышляют.
Agah olun ki, göylərdə və yerdə olan mülkü bütünlüklə yalnız Allaha məxsusdur. Allahı qoyub başqa şəriklərə yalvarıb-yaxaran müşriklər, görəsən nəyin ardınca gedirlər?! Həqiqətdə isə onlar, yalnız şəkk-şübhəyə uyur və yalandan Allaha şəriklər qərar verirlər. Allah isə onların dedikləri batil sözlərindən uca və böyükdür.
10:67Страница 216
هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ ٦٧
Он - Тот, Кто сотворил для вас ночь, чтобы вы отдыхали в течение нее, и день для освещения. Воистину, в этом - знамения для тех, кто внимает.
Ey insanlar! Gecəni, gündüzün məşəqqətindən rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün səy göstərəsiniz deyə işıqlı edən tək olan Allahdır. Həqiqətən, bunda eşidib ibrət alan bir qövm üçün açıq-aydın dəlillər vardır.
10:68Страница 216
قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱلۡغَنِيُّۖ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ إِنۡ عِندَكُم مِّن سُلۡطَٰنِۭ بِهَٰذَآۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٦٨
Они говорят: «Аллах взял себе сына». Пречист Он! Он богат, и Ему принадлежит то, что на небесах, и то, что на земле. Нет у вас никакого доказательства этому. Неужели вы наговариваете на Аллаха то, чего вы не знаете?
Müşriklərdən bir qisimi: "Allah mələkləri Özünə qızlar götürmüşdü!" – dedilər. Allah onların dedikləri bu sözdən pakdır, müqəddəsdir! Allahın heç bir məxluqata ehtiyacı yoxdur. Göylərin və yerin mülkü yalnız Ona məxsusdur. Ey müşriklər! dediyiniz bu sözə dair sizin heç bir dəliliniz yoxdur. Siz Allahın övladı olmasını deməklə, axı, niyə Allaha qarşı həqiqəti bilmədiyiniz bir şeyi dəlil-sübutsüz söyləyirsiniz?!
10:69Страница 216
قُلۡ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ٦٩
Скажи: «Воистину, те, которые возводят навет на Аллаха, не преуспеют!».
Ey Peyğəmbər! Onlara de: "Şübhəsiz ki, Allaha qarşı yalan uyduraraq Onun övladı olduğunu idda edən kimsələr istədiklərinə nail olmaz və qorxduqları şeydən də canlarını qurtara bilməzlər!"
10:70Страница 216
مَتَٰعٞ فِي ٱلدُّنۡيَا ثُمَّ إِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ نُذِيقُهُمُ ٱلۡعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُواْ يَكۡفُرُونَ ٧٠
Они попользуются мирскими благами, а затем вернутся к Нам. И тогда Мы дадим им вкусить тяжкие мучения за то, что они не уверовали.
Onlar dünya naz-nemətləri ilə aldanmasınlar. Çünki dünya naz-nemətləri fanidir. Sonra Qiyamət günü onların dönüşü Bizədir. Sonra da Biz onların Allaha küfr edib və Onun elçisini yalançı hesab etdiklərinə görə, onlara şiddətli əzab daddırarıq!
10:71Страница 217
۞ وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ ٧١
Прочти им рассказ о Нухе (Ное). Вот он сказал своему народу: «О народ мой! Если вам тяжко от того, что я нахожусь среди вас и напоминаю о знамениях Аллаха, то я уповаю на Него. Объединитесь со своими идолами и действуйте открыто, а затем возьмитесь за меня и не предоставляйте мне отсрочки.
Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə Nuhun bir zaman öz qövmünə belə dediyini xəbər ver: "Ey qövmüm! Əgər mənim sizin aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəldiyi üçün məni öldürmək fikrinə düşmüsünüzsə, sizin mənə qarşı etdiyiniz bu hiylənin boşa çıxması üçün yalnız Allaha sığınıram. Elə isə işinizdən möhkəm yapışın, məni öldürməkdə qətiyyətli olun və öz ilahlarınızı da çağırın ki, bu işdə sizə yardım etsinlər sonra da işinizi gizlində deyil, aşkarda görün. Məni öldürmək qərarına gəldikdən sonra isə qəlbinizdə mənə qarşı gizlətdiyinizi həyata keçirin və heç mənə möhlət də verməyin.
10:72Страница 217
فَإِن تَوَلَّيۡتُمۡ فَمَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ ٧٢
Но если вы отвернетесь, то ведь я не просил у вас награды. Меня вознаградит только Аллах, и мне велено быть одним из мусульман».
Əgər siz mənim öyüd-nəsihətimdən, dəvətimdən üz çevirsəniz, bilin ki, həqiqətən, mən, Rəbbimin dinini sizə təbliğ etmək müqabilində sizdən heç bir mükafat istəmirəm. Siz iman etsəniz də, etməsəniz də, yenə də mənim mükafatım ancaq Allah yanındadır. Allah mənə Ona itaət edib və saleh əməl etməyi əmr edilmişdir".
10:73Страница 217
فَكَذَّبُوهُ فَنَجَّيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ وَجَعَلۡنَٰهُمۡ خَلَٰٓئِفَ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ ٧٣
Они сочли его лжецом, и Мы спасли его и тех, кто был с ним, в ковчеге. Мы сделали их преемниками и потопили тех, кто отвергал Наши знамения. Посмотри же, каким был конец увещеваемых!
Nuhun qövmü onu yalançı hesab etdib, ona iman gətirmədi. Belə olduğu təqdirdə, Biz onu və onunla gəmidə birlikdə olan möminləri xilas etdib, onları özlərindən əvvəlkilər üçün yer üzünə xələflər təyin etdik. Nuha vəhy etdiyimiz ayələri yalan hesab edənləri isə tufanla suda məhv etdik. Ey Peyğəmbər! Bir gör Nuhun - aleyhissəlam - özlərini xəbərdar etdikdən sonra ona iman gətirməyən bir qövmün aqibəti necə oldu!
10:74Страница 217
ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِۦ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ بِهِۦ مِن قَبۡلُۚ كَذَٰلِكَ نَطۡبَعُ عَلَىٰ قُلُوبِ ٱلۡمُعۡتَدِينَ ٧٤
После него Мы отправили посланников к их народам. Они приносили им ясные знамения, но те не желали уверовать в то, что отвергали прежде. Так Мы запечатываем сердца преступников.
Bir müddət keçdikdən sonra Biz Nuhun arxasınca hər ümmətə öz elçilərini göndərdik. Elçilər öz qövmlərinə açıq-aydın dəlillər gətirdilər. Onlar isə əvvəlki elçiləri israrla yalan hesab etdikləri üçün özlərinə göndərilən Elçilərə iman gətirə bilmədilər. Elə bu səbəbdən də Allah onların qəlblərini möhürlədi. Biz əvvəlki elçilərə tabe olan kimsələrin qəlblərini möhürlədiyimiz kimi, hər zaman və hər məkanda Allaha küfr etməklə Onun həddlərini aşan kafirlərin qəlblərini də beləcə möhürləyirik.
10:75Страница 217
ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ وَهَٰرُونَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ بِـَٔايَٰتِنَا فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ ٧٥
После них Мы послали Мусу (Моисея) и Харуна (Аарона) с Нашими знамениями к Фараону и его знати, но они возгордились. Они были грешным народом.
Bir müddət keçdikdən sonra Biz o elçilərin arxasınca Musanı və onun qardaşı Harunu Misir hökmdarı Fironun və Fironun qövmündən olan zadəganların yanına göndərdik. Biz Musa və Harunu onlara, həqiqətən də onların hər ikisinin Allah tərəfindən göndərildiyinə dəlalət edən açıq-aydın möcüzələrlə göndərdik. Lakin onlar Musanın gətirdiyinə iman etməkdən təkəbbürlük göstərdilər. Onlar Allaha küfr edib və Onun elçisini yalan hesab etdikləri üçün günahkar bir tayfa oldular.
10:76Страница 217
فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُوٓاْ إِنَّ هَٰذَا لَسِحۡرٞ مُّبِينٞ ٧٦
Когда к ним явилась истина от Нас, они сказали: «Воистину, это - очевидное колдовство».
Fironuna və Fironun qövmündən olan zadəganlara, Musa və Harunun –aleyhiməssəlam – onlara gətirdiyi din gəldikdə, onlar Musanın gətirdiyi dinin doğru bir din olduğuna dəlalət edən möcüzələrə: "Şübhəsiz ki, bu, haqq deyil, bu, açıq-aydın bir sehrdir!" – dedilər.
10:77Страница 217
قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلۡحَقِّ لَمَّا جَآءَكُمۡۖ أَسِحۡرٌ هَٰذَا وَلَا يُفۡلِحُ ٱلسَّٰحِرُونَ ٧٧
Муса (Моисей) сказал: «Неужели, когда истина явилась к вам, вы говорите: «Колдовство ли это?». Воистину, колдуны не преуспеют».
Musa onların bu davranışlarına inkar edərək onlara belə dedi: "Əcəba, sizə haqq gəldikdə: "Bu sehrdirmi?!" – deyirsiniz? Xeyir, bu sehr deyildir. Mən bilirəm ki, sehrbaz əsla uğur qazanmaz. Axı mən bunu bildiyim halda necə sehrlə məşğul ola bilərəm?!"
10:78Страница 217
قَالُوٓاْ أَجِئۡتَنَا لِتَلۡفِتَنَا عَمَّا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلۡكِبۡرِيَآءُ فِي ٱلۡأَرۡضِ وَمَا نَحۡنُ لَكُمَا بِمُؤۡمِنِينَ ٧٨
Они сказали: «Неужели ты пришел для того, чтобы сбить нас с пути, по которому шли наши отцы, и чтобы вам обоим досталось величие на земле? Мы не уверуем в вас».
Fironun və Fironun qövmündən olan zadəganlar Musaya belə dedilər: "Siz bu sehri, bizi atalarımızın tutduğu yoldan döndərmək üçün və yer üzündə böyüklük etmək sənə və sənin qardaşına qalsın deyə gətirmisiniz? Ey Musa və Harun! Biz sizin hər ikinizində bizə göndərilən elçilər olduğuna iman gətirən deyilik!".
10:79Страница 218
وَقَالَ فِرۡعَوۡنُ ٱئۡتُونِي بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ ٧٩
Фараон сказал: «Приведите ко мне всех знающих колдунов».
Firon qövmünə dedi: "Bütün bilikli, məharətli sehrbazları yanıma gətirin!"
10:80Страница 218
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ ٨٠
Когда колдуны явились, Муса (Моисей) сказал им: «Бросайте то, что вы хотите бросить!».
Firon sehribazlarla birgə Musanın yanına gəldikdə Musa – aleyhissəlam – onlar üzərində qələbə çalacağına əmin olaraq onlara dedi: "Ey sehrbazlar! Nə atmaq istəyirsinizsə, atın!"
10:81Страница 218
فَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ ٨١
Когда они бросили, Муса (Моисей) сказал: «Вы явили колдовство. Воистину, Аллах сделает его тщетным. Аллах не исправляет деяний распространяющих нечестие.
Onlar sehr göstərəcəkləri şeyləri yerə atdıqda Musa – aleyhissəlam – onlara dedi: "Göstərdiyiniz bu iş sehrdir. Həqiqətən, Allah etdiyiniz bu əməli boşa çıxaracaq və etdiyiniz sehrin heç bir təsiri olmayacaq. Çünki siz, öz sehr əməllərinizlə yer üzündə fitnə-fəsad törədən kimsələrsiniz. Allah hər bir fitnə-fəsad törədən kimsənin işini düzəltməz".
10:82Страница 218
وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ ٨٢
Аллах утвердит истину Своими Словами, даже если это ненавистно грешникам».
Firon əhli-əyalından olan kafirlər istəməsələr də uca Allah haqqı bərqərar edəcək, haqqı açıq-aydın dəlillərdən olan qədəri və şəri kəlmələri ilə hakim qılacaqdır.
10:83Страница 218
فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٞ مِّن قَوۡمِهِۦ عَلَىٰ خَوۡفٖ مِّن فِرۡعَوۡنَ وَمَلَإِيْهِمۡ أَن يَفۡتِنَهُمۡۚ وَإِنَّ فِرۡعَوۡنَ لَعَالٖ فِي ٱلۡأَرۡضِ وَإِنَّهُۥ لَمِنَ ٱلۡمُسۡرِفِينَ ٨٣
Из-за страха перед тем, что Фараон и его знать будут преследовать их, Мусе (Моисею) поверили лишь немногие потомки из его народа. Воистину, Фараон был деспотичным тираном на земле. Воистину, он был одним из тех, кто излишествует.
Musa – aleyhissəlam – qövmünə aşıq-aydın mövcüzələr və dəlillərlə gəlməsinə baxmayaraq, Firon və onun qövmünün zadəgan təbəqəsindən olan kimsələrin, özlərini imandan döndərmələrindən və işgəncə etmələrindən qorxduqlarına görə qövmündən, İsrail oğullarından olan bəzi gənclərdən başqa Musaya iman gətirən olmadı, əksinə, Musanın dəvətindən üz çevirməkdə israr etdilər. Həqiqətən də, Firon Misirə və Misir əhli üzərində hökmranlıq edən təkəbbürlü hökmdar idi. O, küfrdə və İsrail oğullarını işgəncə ilə öldürməkdə həddi aşan bir zat idi.
10:84Страница 218
وَقَالَ مُوسَىٰ يَٰقَوۡمِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيۡهِ تَوَكَّلُوٓاْ إِن كُنتُم مُّسۡلِمِينَ ٨٤
Муса (Моисей) сказал: «О мой народ! Если вы уверовали в Аллаха и стали мусульманами, то уповайте на Него».
Musa – aleyhissəlam – qövmünə dedi: "Ey qövmüm! Əgər siz Allaha həqiqi iman gətirmişsinizsə və həqiqətən də siz müsəlman olmuşsunuzsa, o halda işinizi yalnız Allaha həvalə edin. Allah təvəkkül edin, əgər belə etsəniz, O, sizi pisliklərdən qoruyar və xeyir qapılarını sizin üzünüzə açar!"
10:85Страница 218
فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٨٥
Они сказали: «Мы уповаем на одного Аллаха. Господь наш, не делай нас искушением для людей несправедливых!
Onlar Musaya – aleyhissəlam – belə cavab verdilər: "Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Zalım qövmü üzərimizə saldırma, yoxsa onlar ölümlə, işgəncə etməklə və ya bizi yolumuzdan azdırmaqla bizi dinimizdə fitnəyə salarlar".
10:86Страница 218
وَنَجِّنَا بِرَحۡمَتِكَ مِنَ ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٨٦
По Своей милости спаси нас от людей неверующих».
Ey Rəbbimiz! Canımızı Öz mərhəmətinlə Fifonun kafir qövmü əlindən qurtar, çünki onlar bizi özlərinə qul etmiş, bizə ölüm və işgəncə etməklə zülm etdilər.
10:87Страница 218
وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوۡمِكُمَا بِمِصۡرَ بُيُوتٗا وَٱجۡعَلُواْ بُيُوتَكُمۡ قِبۡلَةٗ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ٨٧
Мы ниспослали откровение Мусе (Моисею) и его брату: «Обеспечьте свой народ жилищами в Египте, превратите свои жилища в места для поклонения и совершайте намаз. Обрадуй же верующих!».
Biz Musaya və onun qardaşı Haruna – Aleyhiməssəlam: "Tək Allaha ibadət etmək üçün qövmünüz üçün evlər hazırlayın, evlərinizi qiblə (Beytülməqdisə) tərəfə edin. Namazları kamil şəkildə qılın!" – deyə vəhy etdik. Ey Musa! Möminlərə, onları sevindirən, Allahın onlara yardım, düşmənlərini isə həlak edəcəyini və onları yer üzünə xəlifələr təyin edəcəyini xəbər ver!
10:88Страница 218
وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيۡتَ فِرۡعَوۡنَ وَمَلَأَهُۥ زِينَةٗ وَأَمۡوَٰلٗا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَۖ رَبَّنَا ٱطۡمِسۡ عَلَىٰٓ أَمۡوَٰلِهِمۡ وَٱشۡدُدۡ عَلَىٰ قُلُوبِهِمۡ فَلَا يُؤۡمِنُواْ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٨٨
Муса (Моисей) сказал: «Господь наш! Ты даровал Фараону и его знати в мирской жизни украшения и богатства. Господь наш! Они сбили других с Твоего пути. Господь наш! Уничтожь их богатство и ожесточи их сердца, чтобы они не могли уверовать, пока не увидят мучительные страдания».
Musa – aleyhissəlam – dedi: "Ey Rəbbimiz! Sən Firona və onun qövmündən olan zadəganlara dünya həyatında dünya zinətlərini, bər-bəzəyini və mal-dövlət bəxş etdin. Onlar isə bunun əvəzində Sənə şükür etmədilər. Əksinə, onlara bəxş etdiyin bu mal-dövləti insanları Sənin yolundan azdırmağa sərf etdilər. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir. Çünki onlar imanlarının özlərinə fayda verməyəcəyi zaman ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər".
10:89Страница 219
قَالَ قَدۡ أُجِيبَت دَّعۡوَتُكُمَا فَٱسۡتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ٨٩
Он сказал: «Ваша молитва принята. Ступайте прямым путем и не следуйте за теми, кто не обладает знанием».
Allah dedi: "Ey Musa və Harun! Hər ikinizin də Firona və onun qövmündən olan zadəganlara qarşı etdiyiniz duanı qəbul etdim. Dininizdə möhkəm olun və haqq yolu bilməyən cahillərə tabe olaraq dininizdən azmayın!"
10:90Страница 219
۞ وَجَٰوَزۡنَا بِبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡبَحۡرَ فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ وَجُنُودُهُۥ بَغۡيٗا وَعَدۡوًاۖ حَتَّىٰٓ إِذَآ أَدۡرَكَهُ ٱلۡغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱلَّذِيٓ ءَامَنَتۡ بِهِۦ بَنُوٓاْ إِسۡرَٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلۡمُسۡلِمِينَ ٩٠
Мы переправили сынов Исраила (Израиля) через море, а Фараон и его войско последовали за ними, бесчинствуя и поступая враждебно. Когда же Фараон стал тонуть, он сказал: «Я уверовал в то, что нет Бога, кроме Того, в Кого уверовали сыны Исраила (Израиля). Я стал одним из мусульман».
Biz dənizi ayırıb İsrail oğullarını dənizdən sağ-salamat keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət, dalğalar onun üstünə gəlib, dənizdə boğularq, xilas olacağından ümidini kəsdikdə, dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa haqq məbud olmadığına iman gətirdim. Mən də Allaha itaət edənlərdənəm!".
10:91Страница 219
ءَآلۡـَٰٔنَ وَقَدۡ عَصَيۡتَ قَبۡلُ وَكُنتَ مِنَ ٱلۡمُفۡسِدِينَ ٩١
Аллах сказал: «Только сейчас! А ведь раньше ты ослушался и был одним из распространяющих нечестие.
Dünya həyatından ümidini kəsdikdən sonra iman gətidin?! Ey Firon! Əzab sənə gəlməzdən əvvəl Allaha küfr edərək və insanları Allah yolundan azdıraraq Allaha qarşı üsyan etdin. Sən həm özünü, həm də başqalarını azdırmaqla yer üzündə fitnə-fəsad törədənlərdən oldun.
10:92Страница 219
فَٱلۡيَوۡمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنۡ خَلۡفَكَ ءَايَةٗۚ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ عَنۡ ءَايَٰتِنَا لَغَٰفِلُونَ ٩٢
Сегодня Мы спасем твое тело, чтобы ты стал знамением для тех, кто будет после тебя». Воистину, многие люди пренебрегают Нашими знамениями.
Ey Firon! Biz sənin bədənini dənizdən sahilə çıxarıb, yer üzündə sənin yüksək bir yerdə saxlayacağıq ki, qoy səndən sonra gələnlər səni görüb ibrət alsınlar. Həqiqətən də, insanların çoxu mövcüzələrimizdən, dəlillərimizdən və qüdrətimizdən xəbərsizdirlər və bu barədə heç düşünməzlər.
10:93Страница 219
وَلَقَدۡ بَوَّأۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مُبَوَّأَ صِدۡقٖ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخۡتَلَفُواْ حَتَّىٰ جَآءَهُمُ ٱلۡعِلۡمُۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٩٣
Мы поселили сынов Исраила (Израиля) в славной стране и одарили их благами. Между ними не было разногласий, пока к ним не явилось знание. Воистину, в День воскресения твой Господь рассудит между ними в том, в чем они расходились во мнениях.
Biz İsrail oğullarını mübarək Şam torpaqlarında təriflənmiş və razı qalınmış gözəl bir yurda sakin etdik və onlara halal və pak ruzilərdən verdik. Onlar dinlərində özlərinə Tövratda Muhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəsfi barədə oxuduqlarını təsdiq edən Quran gələnə qədər ixtilafa düşmədilər. Onlar bunu inkar etdikdə, vətənləri əllərindən alındı. Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin, Qiyamət günü ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir. Onlardan haqlı olana da, haqsız olana da - hər ikisinin de ki, layiq olduğu qarşılığı verəcəkdir.
10:94Страница 219
فَإِن كُنتَ فِي شَكّٖ مِّمَّآ أَنزَلۡنَآ إِلَيۡكَ فَسۡـَٔلِ ٱلَّذِينَ يَقۡرَءُونَ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكَۚ لَقَدۡ جَآءَكَ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ ٩٤
Если ты сомневаешься в том, что Мы ниспослали тебе, то спроси тех, кто начал читать Писание раньше тебя. Воистину, к тебе явилась истина от твоего Господа. Не будь же в числе тех, кто сомневается.
Ey Peyğəmbər! Əgər sənə nazil etdiyimiz Quranın həqiqəti barədə şəkk-şübhə edirsənsə, elə isə, iman edib Tövratı oxuyan yəhudilərdən və həmçinin İncili oxuyan nəsranilərdən soruş. Onlar Tövratda və İncildə Quranın vəsfləri barədə oxuyub, bildikləri üçün mütləq sənə, sənə nazil edilənin haqq olduğunu xəbər verəcəklər. Atrıq Rəbbindən sənə heç bir şəkk-şübhəyə yer olmayan haqq gəlmişdir. Odur ki, sən, əsla şəkk-şübhə edənlərdən olma!
10:95Страница 219
وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلۡخَٰسِرِينَ ٩٥
Не будь в числе тех, которые считают ложью знамения Аллаха, а не то окажешься одним из потерпевших убыток.
Allahın aşıq-aydın ayələrini və dəlillərini əsla yalan sayanlardan da olma, yoxsa küfr etməklə özlərini öz əlləri ilə həlaka sürükləyənlərdən olarsan. Bütün bunlar Allahın ayələrinə şəkk-şübhə etməyin və onları yalan saymağın təhlükəli bir iş olduğunu göstərmək üçün edilmişdir.
10:96Страница 219
إِنَّ ٱلَّذِينَ حَقَّتۡ عَلَيۡهِمۡ كَلِمَتُ رَبِّكَ لَا يُؤۡمِنُونَ ٩٦
Воистину, те, о которых подтвердилось Слово Аллаха, не уверуют,
Küfr əməllərdə israr etdiklərinə görə Uca Allahın onları küfr üzərində canlarını alacağına dair hökm verdiyi kimsələr heç vaxt iman gətirməzlər.
10:97Страница 219
وَلَوۡ جَآءَتۡهُمۡ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٩٧
пока их не постигнут мучительные страдания, даже если им явятся любые знамения.
Əgər onlara şəri və kövni ayələrin hamısı birini gəlsə belə, ağrılı-acılı əzabı müşahidə etməyincə iman gətirməzlər. Onların bu zaman iman etmələri özlərinə heç bir şayda verməz.
10:98Страница 220
فَلَوۡلَا كَانَتۡ قَرۡيَةٌ ءَامَنَتۡ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوۡمَ يُونُسَ لَمَّآ ءَامَنُواْ كَشَفۡنَا عَنۡهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ ٩٨
Разве были селения, жители которых уверовали после того, как они узрели наказание, и им помогла вера, кроме народа Йунуса (Ионы)? Когда они уверовали, Мы избавили их от позорных мучений в мирской жизни и дозволили им пользоваться мирскими благами до определенного времени.
Əzabı öz gözləri ilə gördükləri an, Yunusun qövmü müstəsna olmaqla, özlərinə elçilərimizi göndərdiyimiz diyarlardan hər hansı bir diyar azabı görmədən öncə qəbul olunan iman gətirib imanı özünə fayda verən bir diyar əhli olmadı. Yunusun qövmü həqiqi iman gətirəndə onlardan dünya həyatında zilləti və rüsvayçılıq əzabını sovuşdurduq və onlara əcəlləri çatana qədər fani nemətlərdən faydalanmaq imkanı verdik.
10:99Страница 220
وَلَوۡ شَآءَ رَبُّكَ لَأٓمَنَ مَن فِي ٱلۡأَرۡضِ كُلُّهُمۡ جَمِيعًاۚ أَفَأَنتَ تُكۡرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُواْ مُؤۡمِنِينَ ٩٩
Если бы твой Господь пожелал, то уверовали бы все, кто на земле. Разве ты стал бы принуждать людей обратиться в верующих?
Ey Peyğəmbər! Əgər Rəbbin yer üzündə olanların hamısının iman etməsini istəsəydi, bu zaman onlar hamısı iman gətirərdi. Lakin Allah müəyyən bir hikmətə görə bunu istəmədi. O, istədiyini Öz ədaləti ilə azdırır və istədiyini də Öz lütfü ilə doğru yola yönəldir. İnsanların iman etmələri üçün onları buna məcbur etmək sənin başardığın bir iş deyil. Onları imana müvəffəq etmək yalnız Allahın əlində olan bir işdir.
10:100Страница 220
وَمَا كَانَ لِنَفۡسٍ أَن تُؤۡمِنَ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَجۡعَلُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يَعۡقِلُونَ ١٠٠
Ни один человек не уверует без дозволения Аллаха. Он обрушивает ярость на тех, кто не разумеет.
Allahın icazəsi olmadan kimsə öz istəyi ilə iman gətirə bilməz. Çünki iman gətirmək yalnız Allahın icazəsi ilə olur. Sən onlara görə özünü üzüb həlak etmə. Allah əzabı və rüsvayçılığı Onun dəlillərini, əmrlərini və qadağalarını anlamayanların üzərinə edər.
10:101Страница 220
قُلِ ٱنظُرُواْ مَاذَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَا تُغۡنِي ٱلۡأٓيَٰتُ وَٱلنُّذُرُ عَن قَوۡمٖ لَّا يُؤۡمِنُونَ ١٠١
Скажи: «Понаблюдайте за тем, что на небесах и на земле». Но знамения и увещевания не приносят пользы тем, кто не уверовал!
Ey Peyğəmbər! Səndən Allahın ayələri barədə soruşan müşriklərə de: "Göylərdə və yerdə Allahın təkliyinə və qüdrətinə dəlalət edən ayələri bir düşünün! Küfr əməllərdə israr etdikləri üçün iman gətirməyə hazır olmayan kimsələrə ayələrin, dəlillərin və elçilərin göndərilməsi heç bir fayda verməz.
10:102Страница 220
فَهَلۡ يَنتَظِرُونَ إِلَّا مِثۡلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِهِمۡۚ قُلۡ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ ١٠٢
Неужели они ждут дней, подобных тем, которые наступили для их предшественников? Скажи: «Ждите, и я подожду вместе с вами».
Yoxsa ayələri yalan sayan bu kimsələr, Allahın, yalan sayan əvvəlki ümmətlərə göndərmiş əzabının bənzərini onlarında göndərməyinimi gözləyirlər? Ey Peyğəmbər! Onlara de: "Elə isə, Allahın əzabını gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə Rəbbimin mənə verdiyi vədin gəlməsini gözləyənlərdənəm".
10:103Страница 220
ثُمَّ نُنَجِّي رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ حَقًّا عَلَيۡنَا نُنجِ ٱلۡمُؤۡمِنِينَ ١٠٣
Потом Мы спасем Наших посланников и тех, которые уверовали. Так Нам надлежит спасать верующих.
Sonra ayələrimizi yalan sayan kimsələrə əzabımızı göndərər, elçilərimizi və onlarla birgə Allaha iman gətirən möminləri o əzabdan xilas edərik və beləliklə də, iman gətirən kimsələrə qövmlərinə göndərilən əzab onlara toxunmaz. Biz o elçiləri və onlarla birgə iman gətirən möminləri əzabdan xilas etdiyimiz kimi, Allahın elçisi Muhəmmədi (sallallahu aleyhi və səlləm) və ona iman gətirən mömiləri də əzabdan xilas etmək Bizim üzərimizdə vacib olan haqqdır.
10:104Страница 220
قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي شَكّٖ مِّن دِينِي فَلَآ أَعۡبُدُ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنۡ أَعۡبُدُ ٱللَّهَ ٱلَّذِي يَتَوَفَّىٰكُمۡۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١٠٤
Скажи: «О люди! Если вы сомневаетесь в моей религии, то ведь я не поклоняюсь тем, кому вы поклоняетесь вместо Аллаха. Я поклоняюсь Аллаху, Который умертвит вас, и мне приказано быть одним из верующих».
Ey Peyğəmbər! De: "Ey insanlar! Əgər siz, mənim sizi dəvət etdiyim tövhid dinimə, şəkk-şübhə edirsinizsə, bilin ki, məndə sizin dininizin batil bir din olduğuna yəğinliklə əminəm, dininizə əsla tabe olmaram və mən sizin Allahdan başqa ibadət etdiklərinizə ibadət etmərəm. Lakin mən, canınızı alacaq tək Allaha ibadət edirəm. Allah mənə, ixlasla Ona ibadət edən möminlərdən olmağı əmr etmişdir".
10:105Страница 220
وَأَنۡ أَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗا وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٠٥
Искренне обрати свой лик к религии и не будь одним из многобожников.
Rəbbim mənə haqq din üzərində sabitqədəm olmağı, ondan başqa heç bir dinə meyil etməməyi əmr etmiş və mənə müşriklərdən olmağı qadağan etmişdir.
10:106Страница 220
وَلَا تَدۡعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَۖ فَإِن فَعَلۡتَ فَإِنَّكَ إِذٗا مِّنَ ٱلظَّٰلِمِينَ ١٠٦
Не взывай вместо Аллаха к тому, что не приносит тебе пользы и не причиняет тебе вреда. Если же ты поступишь так, то окажешься в числе беззаконников.
Ey Peyğəmbər! Allahı qoyub, sənə nə fayda, nə də zərər verə bilən tanrılara və bütlərə yalvarma. Əgər sən onlara ibadət etsən, sözsüz ki, Allahın və onların haqqını tapdalayaraq həddi aşan zalımlardan olarsan!
10:107Страница 221
وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدۡكَ بِخَيۡرٖ فَلَا رَآدَّ لِفَضۡلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ١٠٧
Если Аллах коснется тебя вредом, то никто, кроме Него, не избавит тебя от него. Если Он пожелает одарить тебя добром, то никто не отвратит Его милости. Он одаряет ею того из Своих рабов, кого пожелает. Он - Прощающий, Милосердный.
Ey Peyğəmbər! Əgər Allah sənə bir müsibət göndərərsə və sən də bu müsibətin səndən uzağlaşdırmasını tələb edərsənsə, onu səndən Uca Allahdan başqa kimsə uzaqlaşdıra bilməz. Əgər Allah sənə bir yaxşılıq istəyərsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz lütfü ilə qullarından istədiyinə nəsib edər. Kimsə onu bu işə məcbur edə bilməz. O, qullarından tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir.
10:108Страница 221
قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِوَكِيلٖ ١٠٨
Скажи: «О люди! К вам явилась истина от вашего Господа. Кто следует прямым путем, тот поступает во благо себе, а кто впадает в заблуждение, тот поступает во вред себе. Я не являюсь вашим попечителем и хранителем».
Ey Peyğəmbər! De: "Ey insanlar! Rəbbinizdən sizə Quran nazil edilmişdir. Bundan sonra kim doğru yolla gelib və Qurana iman edərsə, bunun xeyri onun özünə olar, çünki Allah, qullarının Ona itaət etməsinə ehtyacı yoxdur. Kim də azğınlığa düşərsə, bunun ziyanı da yalnız onun öz əleyhinə olar, çünki qulların asilik etməsi Allaha heç bir zərər verə bilməz. De ki, Mən sizi əməllərinizi qoruyan və etdiyiniz əməllərə görə sizi sorgu-sual edən deyiləm".
10:109Страница 221
وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَٱصۡبِرۡ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ ١٠٩
Следуй тому, что внушается тебе в откровении, и терпи, пока Аллах не вынесет приговор, ведь Он - Наилучший из судей.
Ey Peyğəmbər! Rəbbindən sənə nazil edilən vəhyə tabe ol və ona əməl et. Qövmündən sənə qarşı çıxanların əziyyətlərinə, sənə təbliğ etməyi əmr etdiyim dini onlara təbliğ edərək səbirli ol. Rəbbin dünyada onlara qarşı sənə olan yardımı və küfr üzərində ölərlərsə axirətdə onlar üçün olan əzabı ilə hökm verənə qədər sən bu şəkildə davam et.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии