Аль-Мухтасар · Тафсир · на азербайджанском
النحل
Ан-Нахль
Пчелы · Мекканская · 128 аятов
16:1Страница 267
أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ١
Веление Аллаха придет, и не пытайтесь это ускорить. Преславен Он и превыше того, что они приобщают в сотоварищи!
Ey Kafirlər! Allahın sizlər üçün təqdir etdiyi əzabınız yaxınlaşdı. Odur ki, onun vaxtından əvvəl gəlməsini tələb etməyin. Bilik ki, Allah müşriklərin Ona qoşduqları şəriklərdən pak və ucadır.
16:2Страница 267
يُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ ٢
Он ниспосылает ангелов с духом (откровением) по Своему велению тому из Своих рабов, кому пожелает: «Предостерегайте тем, что нет божества, кроме Меня. Бойтесь же Меня».
Allah istədiyi elçilərinə: "Ey Elçilər! İnsanları Allaha şərik qoşmaqdan çəkindirin. Ey İnsanlar! Məndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!" deyə təqdir etdiyi vəhyi, mələklərlə birgə endirdi.
16:3Страница 267
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ تَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٣
Он сотворил небеса и землю ради истины. Он превыше тех, кого они приобщают в сотоварищи!
Uca Allah göyləri və yeri daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə, haqq olaraq yaratmışdır. Allah bunları əbəs yerə yaratmadı. Əksinə, Allah bunları, Onun nə qədər əzəmətli olduğuna əyani bir sübut olması üçün yaratdı. Allah müşriklərin Ona qoşduqları şəriklərdən ucadır!
16:4Страница 267
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ ٤
Он сотворил человека из капли, и после этого тот открыто пререкается.
Allah insanı bir qətrə həqir sudan yaratdı. Lakin o, böyüyüb boya-başa çatdıqdan sonra açıq-aydın olan batil ilə haqqı yox etmək üçün açıq-aşkar mübahisəçiyə çevrildi.
16:5Страница 267
وَٱلۡأَنۡعَٰمَ خَلَقَهَاۖ لَكُمۡ فِيهَا دِفۡءٞ وَمَنَٰفِعُ وَمِنۡهَا تَأۡكُلُونَ ٥
Он также сотворил скот, который приносит вам тепло и пользу. Вы также употребляете его в пищу.
Ey İnsanlar! Dəvə, inək, qoyun və s. bu kimi heyvanları da sizin faydalanmanız üçün O yaratdı. Bu faydalardan biri də, sizin həmin hevyanların yunundan bədəninizi isti saxlaması üçün istifadə etmənizdir. Bu heyvanlarda sizin üçün onların südündən, dərisində və onlardan minik kimi istifadə etmək faydaları da vardır. Həmçinin, siz onların bəzilərinin ətindən yeyirsiniz.
16:6Страница 267
وَلَكُمۡ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسۡرَحُونَ ٦
Они украшают вас, когда вы пригоняете их обратно вечерами и выводите на пастбище по утрам.
Mal-qaranı axşam tövləyə saldıqda və səhər otlağa buraxdıqda sizin üçün bir fərəh vardır.
16:7Страница 268
وَتَحۡمِلُ أَثۡقَالَكُمۡ إِلَىٰ بَلَدٖ لَّمۡ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلۡأَنفُسِۚ إِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ ٧
Они перевозят ваши грузы в края, достичь которых вы могли бы только ценой больших усилий. Воистину, Господь ваш - Сострадательный, Милосердный.
Sizin üçün yaratdığımız bu heyvanlar, səfərdə ikən ağır yüklərinizi özünüzün çox çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Ey İnsanlar! Həqiqətən də, Rəbbiniz sizə qarşı şəfqətlidir. O, bu heyvanları sizə ram edərək sizə rəhm etmişdir.
16:8Страница 268
وَٱلۡخَيۡلَ وَٱلۡبِغَالَ وَٱلۡحَمِيرَ لِتَرۡكَبُوهَا وَزِينَةٗۚ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ ٨
Он сотворил коней, мулов и ослов, чтобы вы ездили на них верхом и для украшения. Он творит также то, о чем вы не ведаете.
Uca Allah sizin minməyiniz, üzərində yüklərinizi daşımanız və insanlar arasına bu heyvanlara baxıb zövq alıb, fərəhlənəsiz deyə sizlər üçün atları, qatırları və uzunqulaqları yaratdı. O, sizin hələ bilmədiyiniz, istədiyi bir çox şeyləri də yaradır.
16:9Страница 268
وَعَلَى ٱللَّهِ قَصۡدُ ٱلسَّبِيلِ وَمِنۡهَا جَآئِرٞۚ وَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ ٩
Аллах указывает на прямой путь, но есть дороги, которые уводят в сторону. Если бы Аллах пожелал, то Он вас всех наставил бы на прямой путь.
Uca Allahın razılığına qovuşduran yola, İslam yoluna yönəltmək yalnız Allaha aiddir. Bəzi yollar, haqqdan batilə meyil edən, şeytanın yollarıdır. İslam yolundan başqa bütün yolların hamısı əyri yollardır. Əgər Allah sizin hamınızı iman gətirməyə müvəffəq etmək istəsəydi, bu zaman O, hamınızı iman gətirməyə müvəffəq edərdi.
16:10Страница 268
هُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗۖ لَّكُم مِّنۡهُ شَرَابٞ وَمِنۡهُ شَجَرٞ فِيهِ تُسِيمُونَ ١٠
Он - Тот, Кто ниспосылает с неба воду. Она служит для вас питьем, и благодаря ей произрастают растения, среди которых вы пасете скот.
Buluddan sizlər üçün su endirən Odur. Bu sudan, həm özünüz içirsiniz, həm də mal-qaranızı içizdirirsiniz. Həmin suyun qalan bir qismini də otlaqları suvarıb, mal-qaranızı üçün ot yetişdirirsiniz.
16:11Страница 268
يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرۡعَ وَٱلزَّيۡتُونَ وَٱلنَّخِيلَ وَٱلۡأَعۡنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ١١
Он взращивает для вас злаки, маслины, финики, виноград и всевозможные плоды. Воистину, в этом - знамение для людей размышляющих.
Uca Allah bu su vasitəsi ilə sizlər üçün yediyiniz dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bu suda və bu sudan həyat əldə edən şeylərdə, Allahın yaratdıqları barədə təfəkkür edən və bununla Onun əzəmətli olduğuna dəlil gətirən bir qövm üçün Allahın qüdrətini göstərən dəlillər vardır.
16:12Страница 268
وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ١٢
Он покорил вам ночь и день, солнце и луну. Звезды также покорны по Его воле. Воистину, в этом - знамения для людей разумеющих.
Uca Allah, istirahət edib, dincəlməniz üçün gecəni, azüqə əldə etməniz üçün isə gündüzü sizin ixtiyarınıza buraxdı. Günəş və ayı sizə ram etdi. O, günəşi parlaq bir işıq saçan çıraq, ayı isə işıldayan bir nur etdi. Ulduzlar da Onun qədəri əmri ilə sizə ram edilmişdir. Siz bu ulduzların vasitəsi ilə suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün istifadə edib, bununla vaxtları təyin edir, bunlardan və s. bu kimi daha başqa faydalar əldə edirsiniz. Sözsüz ki, bütün bunlarda ağıllarını işlədib dərk edən kimsələr üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın əlamətlər vardır. Çünki bunların hikmətini düşünüb dərk edənlər elə məhz onlardır.
16:13Страница 268
وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَذَّكَّرُونَ ١٣
Он сотворил для вас на земле разнообразие цветов. Воистину, в этом - знамение для людей поминающих.
Uca Allah yer üzündə rəngləri bir-birindən fərqli olan mədənləri, heyvanları, bitkiləri, əkinləri də sizə ram etdi. Şübhəsiz ki, bu zikr edilənlərin yaradılmasında və onları sizin ixtiyarınıza verilməsində, düşünüb ibrət alan və Allahın hər bir şeyə qadir olduğunu anlayan insanlar üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır.
16:14Страница 268
وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٤
Он - Тот, Кто подчинил море, чтобы вы вкушали из него свежее мясо и добывали в нем украшения, которые вы носите. Ты видишь корабли, которые бороздят его для того, чтобы вы могли снискать Его милость, - быть может, вы будете благодарны.
Dənizi də sizin xidmətinizə verən, ovladığınız balıqların təzə, yumuşaq ətidən yeməyiniz üçün dənizə çıxmanıza, sizin və qadınlarınızın taxıb istifadə etdiyiniz mərcan kimi bəzək şeylərini dənizin dibindən çıxarmanıza izin verən uca Allahdır. Sən gəmilərin, dənizin coşqun dalğalarını yara-yara üzüb getdiyini görürsən. Siz, Allahın lütfü ilə ticarət qazancı əldə etməyiniz üçün Allahın sizə bəxş etdiyi nemətlərə görə Ona şükür edib, yalnız Ona ibadət etmək ümüdü ilə o gəmilərə minirsiniz!
16:15Страница 269
وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرٗا وَسُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ١٥
Он поместил на земле незыблемые горы, дабы она не колебалась вместе с вами, а также реки и дороги, дабы вы могли идти верным путем.
Uca Allah, yer üzü hərəkət edib sizi silkələməsin deyə və onun sabit qalması üçün orada möhkəm dağlar yaratdı. Su içmənizin, mal-qaranızı və əkin sahələrinizi sulamanız üçün onun üzərindən nəhrlər axıtdı. Getmək istədyiniz istiqamətə azmadan, düzgün səmt götürəsiniz deyə, orada sizin üçün yollar çəkdi.
16:16Страница 269
وَعَلَٰمَٰتٖۚ وَبِٱلنَّجۡمِ هُمۡ يَهۡتَدُونَ ١٦
Он создал знаки. А по звездам они находят правильную дорогу.
Gündüzlər getmək istədiyiniz istiqamətin yolunu tapasız deyə yer üzündə sizin üçün görünən əlamətlər və gecələr də getdiyiniz yolu müəyyənləşdirəsiniz deyə göydə ulduzlar yaratdı.
16:17Страница 269
أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ ١٧
Разве Тот, Кто творит, подобен тому, кто не творит? Неужели вы не помяните назидание?
Məgər bütün bunları və bundan başqa olan şeyləri yaradan, heç bir şey yarada bilməyən kimsə ilə eyni ola bilərmi?! Doğurdanmı siz, hər bir şeyi yaradan Allahın əzəməti barədə düşünümürsünüz? Elə isə siz, yalnız Ona ibadət edin və Ona, heç bir şeyin yaratmağa qadir olmayanları şərik qoşmayın!
16:18Страница 269
وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٞ رَّحِيمٞ ١٨
Если вы станете считать милости Аллаха, то не пересчитаете их! Воистину, Аллах - Прощающий, Милосердный.
Ey İnsanlar! Əgər Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlərini sayıb-sadalamağa çalışsanız, bu nemətlərin çoxlu və müxtəlif olduğu səbəbdən onları sayıb qurtara bilməzsiniz. Siz bu nemətlərə şükür etməkdən qafil olduğunuza rəğmən, Allah yenə də sizə qarşı bağışlayandır. Günahlarınıza və Ona lazımınca şükür etmədiyinizə görə sizdən bu nemətləri almamaqla yenə də sizə qarşı mərhəmətlidir!
16:19Страница 269
وَٱللَّهُ يَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَ ١٩
Аллах ведает то, что вы утаиваете, и то, что вы совершаете открыто.
Ey Allah qulları! Allah sizin etdiyiniz əməllərdən gizli saxladığınızı da və aşkara çıxartdığınız əməlləri da bilir. Bunlardan Ona heç bir şey qizli qalmaz. O, sizə qarşılıqlı olaraq etdiyiniz əməllərin mükafatını verəcəkdir.
16:20Страница 269
وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ ٢٠
А те, к кому они обращаются с молитвами вместо Аллаха, не могут ничего сотворить, тогда как сами они были сотворены.
Müşriklərin Allahdan başqa tapındıqları bütlər, hətta kiçik bir şey də olsa belə heç bir şey yarada bilməzlər. Onları, Allahdan başqasına ibadət edən kimsələr öz əlləri ilə düzəltmişdilər. Odur ki, onlar, öz əlləri ilə özlərinə ilah düzəltdikləri bütlərə, Allahı buraxıb necə ibadət edirlər?!
16:21Страница 269
أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٖۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٢١
Они мертвы, а не живы, и не знают они, когда будут воскрешены.
Bütlərə ibadət edənlər, o bütləri öz əlləri ilə düzəlmişdilər. Bu bütlər cansızdırlar, onlar nə bir həyata, nə də ki, bir elmə sahib deyillər. Bütlər, Qiyamət günü özlərinə ibadət edən kimsələrlə birgə Cəhənnəm atəşinə atılmaq üçün nə zaman dirildiləcəklərini də bilməzlər.
16:22Страница 269
إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۚ فَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٞ وَهُم مُّسۡتَكۡبِرُونَ ٢٢
Ваш Бог - Бог Единственный. Но сердца тех, которые не верует в Последнюю жизнь, отрицают истину, а сами они - высокомерные гордецы.
Sizin haqq məbudunuz, O, heç bir şəriki olmayan, tək məbud olan Allahdır. Öldükdən sonra sorğu-sual olmaq üçün yenidən dirilməyə inanmayanların qəlbləri, Allahdan qorxmadıqları üçün Onun vəhdaniyyətini inkar edərlər. Onların qəlbləri, Qiyamət günü sorğu-sual ediləcəklərinə və əzab görəcəklərinə imanmır. Özləri də təkəbbürlüdürlər, haqqı qəbul etməz və ona boyun əyməzlər.
16:23Страница 269
لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡتَكۡبِرِينَ ٢٣
Несомненно, Аллах знает то, что вы утаиваете, и то, что вы обнародуете. Воистину, Он не любит высокомерных.
Şübhə yoxdur ki, Allah onların gizlində və aşkarda etdikləri əməllərin hamısını bilir. Bu əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir. Həqiqətən, Allah, Ona ibadət etməkdə təkəbbürlük edib, Ona boyun əyməyi özünə sığışdırmayanları sevməz, əksinə onlara qəzəblənər!
16:24Страница 269
وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٢٤
Когда им говорят: «Что ниспослал вам Господь?». - они говорят: «Это - легенды древних народов!».
Uca Allahın vəhdaniyyətini və öldükdən sonra qiyamət günü yenidən dirilməyi inkar edən kimsələrdən: "Allah Muhəmmədə (sallallahu aleyhi və səlləm) nə nazil etmişdir?" – deyə soruşduqda, onlar: "Ona heç bir şey nazil edilməmişdir. O yalnız özündən keçmişdəkilərin qissələrini və uydurmalarını gətirdi!" – deyərək cavab verirlər.
16:25Страница 269
لِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ ٢٥
Пусть они понесут свою ношу целиком в Последний день, а также ношу тех невежд, которых они ввели в заблуждение. Как же отвратительна их ноша!
Beləliklə də onlar Qiyamət günü həm öz günahlarının hamısını, həm də cəhalət üzündən və kor-koranə onların ardınca gedərək İslamdan azdırdıqları kəslərin günahlarının bir qismini daşıyacaqlar. Öz günahlarından əlavə, onların ardınca gedənlərin günahlarını daşımaları necə də pisdir!
16:26Страница 269
قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٢٦
Козни строили еще те, которые жили до них, но Аллах разрушил основание их строения. Крыша обрушилась на них сверху, и мучения постигли их оттуда, откуда они их не ожидали.
Onlardan öncəki kafirilər də özlərinə göndərilən peyğəmbərlərə qarşı hiylələr qurmuşdular. Allah onların tikililərini özülündən dağıtdı, beləcə, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. Onlar tikdikləri binalarının, özlərini qoruyacağını zənn eirdilər. Amma onlar tikdikləri binaları ilə birgə məhv oldular.
16:27Страница 270
ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ ٢٧
А потом, в День воскресения, Он опозорит их и скажет: «Где же Мои сотоварищи, о которых вы спорили?». Те, которым было даровано знание, скажут: «Воистину, сегодня неверующих постигнут позор и зло».
Sonra Qiyamət günü Allah onlara əzab verib, rüsvay və zəlil edəcək və onlara belə deyəcəkdir: "İbadətdə Mənə ortaq qoşduğunuz, peyğəmbərlərimə və möminlərlə onların səbəbi ilə düşmənçilik etdiyiniz şəriklərim haradadır?" Rəbbani alimlər belə deyəcəklər: "Şübhəsiz ki, qiyamət günü rüsvayçılıq və əzab yalnız kafirlərə üz verəcəkdir!"
16:28Страница 270
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨
Те, кого ангелы умертвили, когда они грешили во вред себе, изъявят покорность и скажут: «Мы не совершили никакого зла». Им ответят: «О нет! Воистину, Аллаху известно о том, что вы совершали.
Ölüm mələyi və onun mələklərdən olan köməkçiləri, Allaha küfr edib öz nəfslərinə zülm edən kimsələrin canını aldıqda, özlərinə gələn ölümə təslim olub, boyun əyər və inkar etməylərinin özlərinə fayda verəcəyini zənn edərək, dünya həyatında etdikləri küfür və asilikləri inkar edəcəklər. Onlara: "Yalan söyləyirsiniz. Siz Allaha qarşı asiliklər etdiyiniz zaman kafir idiniz. Şübhəsiz ki, Allah sizin dünyada nələr etdiyinizi bilir. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O, etiyiniz əməllərin qarşılığını verəcəkdir!" – deyiləcəkdir.
16:29Страница 270
فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٢٩
Войдите во врата Геенны и пребудьте там вечно. Как же скверна обитель возгордившихся!».
Onlara: "Dünyada ikən etdiyiniz pis əməllərə görə içində həmişəlik qalacağınız Cəhənnəmin qapılarından girin. Ora, Allaha iman gətirməyə və yalnız Ona ibadət etməyə təkəbbürlük göstərən kimsələr üçün qalacaqları necə də pis bir yerdir!" – deyiləcəkdir.
16:30Страница 270
۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرٗاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ ٣٠
Когда богобоязненных спрашивают: «Что ниспослал вам Господь?». - они говорят: «Благо». Тем, кто творил в этом мире добро, будет воздано добром. А Последняя обитель будет еще лучше. Как же прекрасна Обитель богобоязненных!
Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Rəbbindən qorxan müttəqilərə: "Allah, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nə nazil etmişdir?" – deyildikdə, onlar: "Allah ona böyük bir xeyir nazil etmişdir!" – deyərlər. Bu dünyada Allaha layiqincə ibadət edib və insanlarla gözəl əxlaqda muamilə edən kimsələr üçün zəfər, bol-bol ruzi olmaqla və s. bu kimi gözəl mükafat hazırlanmışdır. Uca Allahın axirətdə onlara verəcəyi savab, dünya həyatında onlara bəxş etdiyi nemətlərdən qat-qat xeyirlidir. Axirət yurdu, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən təqva sahibləri üçün necə də gözə bir yurddur!
16:31Страница 270
جَنَّٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ ٣١
Они войдут в сады Эдема, в которых текут реки. Они получат там все, чего пожелают. Так Аллах воздает богобоязненным,
Müttəqilər üçün qəsirləri və ağacları altından caylar axan, içərisinə daxil olub, orada qərar tutaraq, əbədi qalacaqları cənnətlər vardır. Üstəlik, bu Cənnətlərdə onlar üçün ürəklərindən keçən yeməklər, içkilər və daha neçə-neçə ağıla gəlməyən, tükənməz nemətlər vardır. Uca Allah, Muhamməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ümmətindən olan müttəqilərə bəxş edilən bu mükafatın, eynisini keçmiş ümmətlərdən olan müttəqilərədə vermişdir.
16:32Страница 270
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٢
которых ангелы умерщвляют праведниками. Они говорят: «Мир вам! Войдите в Рай благодаря тому, что вы совершали».
Ölüm mələyi və onun mələklərdən olan köməkçiləri, qəlbləri küfrdən təmizlənmiş kimsələrin canını aldıqda, onlara belə deyərlər: "Sizə salam olsun! Siz bütün sınaqlardan üzü ağ çıxdınız. Dünya həyatında düzgün etiqada sahib olub və saleh əməllər etdiyinizə görə Cənnətə daxil olun!"
16:33Страница 270
هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٣٣
Неужели они ждут чего-либо иного, кроме ангелов или веления твоего Господа? Так же поступали те, которые жили прежде. Аллах не был несправедлив к ним - они сами поступали несправедливо по отношению к себе.
Yoxsa yalan sayan o müşriklər ölüm mələyinin və onun mələklərdən olan köməkçilərinin onların üzlərinə və yanlarına vuraraq canlarını alması üçün gəlməsindən və yaxud onları dünyada məhv edəcək əzabın gəlməsindən başqa bir şeymi gözləyirlər? Məkkədəki müşriklərin etdikləri əməlləri eyni ilə onlardan əvvəlki müşriklərdə etmişdir, Allahda onları məhv etdi. Uca Allah onları məhv etdiyi zaman əsla onlara zülüm etmədi. Lakin onlar Allaha küfür etməklə özlərini öz əlləri ilə həlaka sürükləyərək özlərinə zülm etdilər.
16:34Страница 270
فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٤
Злое возмездие постигло их за то, что они творили, и окружило (или поразило) их то, над чем они издевались.
Nəhayət, etdikləri pis əməllərin cəzası onları tapdı və özlərinə xatırlandığı zaman istehza etdikləri əzab da onları hər tərəfdən əhatəyə aldı.
16:35Страница 271
وَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٣٥
Многобожники говорят: «Если бы Аллах захотел, то ни мы, ни наши отцы не стали бы поклоняться ничему, кроме Него, и мы не стали бы запрещать чтолибо вопреки Ему». Так же поступали те, которые жили прежде. Разве на посланников было возложено что-либо, кроме ясной передачи откровения?
İbadətlərində Allahdan başqasını Ona şərik qoşanlar belə dedilər: "Əgər Allah bizim Ona heç bir şeyi şərik qoşmadan yalnız Ona ibadət edməyimizi istəsəydi, o zaman nə biz, nə də ki, bizdən əvvəlki ata-babalarımız əsla Ondan başqa heç şəyə ibadət etməz və Onun istəyi olmadan heç nəyi haram edə bilməzdik!" Özlərindən əvvəl olan kafirlərdə bu kimi batil sözlər söyləmişdilər. Peyğəmbərlərin borcu ancaq özlərinə təbliğ etməyi əmr olunan Allahın hökmlərini insanlara təbliğ etmək. Onlarda bunu təbliğ edərək lazımınca yerinə yetirdilər. Uca Allah, kafirlərə istək və seçim haqq verdikdən və həmçinin onlara elçilər göndərdikdən sonra kafirlərin Allah yanında özlərinə, yazılan qədəri bəhanə gətirmələrinə heç bir əsasları yoxdur.
16:36Страница 271
وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ٣٦
Мы отправили к каждой общине посланника: «Поклоняйтесь Аллаху и избегайте тагута!». Среди них есть такие, которых Аллах наставил на прямой путь, и такие, которым было справедливо предначертано заблуждение. Ступайте же по земле и посмотрите, каким был конец неверующих.
Biz keçmişdə olan hər ümmətə, qövmlərinə tək Allaha ibadət edib, bütlər, şeytanlar və s. bu kimi onlara Allahdan başqasına ibadət etməyi tərk etmələrini əmr edən elçi göndərdik. Allah o ümmətlərdən bəzilərini doğru yola müvəffəq eti. Onlarda Allaha iman edib və Onun peyğəmbərinin gətirdiyi dinə tabe oldular. Bəziləri də Allaha küfr edib, Onun peyğəmbərinə ası oldular. Allah da, bu əməllərinə görə onları haqqa müvəffəq etmədi və beləliklə də, zəlalətə düçar oldular. Yalan sayan kimsələrə Allahın əzabı gəldikdən sonra aqibətlərinin necə olduğunu öz gözlərinizlə şahid olmanız üçün elə isə yer üzündə gəzib dolaşın!
16:37Страница 271
إِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٣٧
Как бы ты ни хотел наставить их на прямой путь, Аллах не наставляет на прямой путь тех, кого Он вводит в заблуждение, и не будет у них помощников.
Ey Peyğəmbər! Sən onların İslama gəlməsi üçün əlindən gələn hər bir şeyi edib, buna nə qədər həris olsanda, bunun üçün nə qədər çalışsanda, bil ki, Allah azdırdığı kimsəni əsla doğru yola müvəffəq etməz. Allahdan başqa onları əzabdan qoruyan və onlara yardım edən heç bir kimsə yoxdur!
16:38Страница 271
وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقّٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٨
Именем Аллаха они принесли величайшие клятвы о том, что Аллах не воскресит мертвецов. О нет! Это произойдет согласно истинному обещанию, но большинство людей не знает этого.
Öldükdən sonra yenidən dirilməyi yalan sayan kimsələr, heç bir dəlilə əsaslanmadan, Allaha möhkəm and içərək: "Allah ölən bir kəsi yenidən bir daha diriltməyəcəkdir!" – dedilər. Əksinə! Allahın doğru vədinə əsasən, O, ölən hər bir kimsəni diriltəcəkdir. Lakin insanların əksəriyyəti, Allahın ölüləri yenidən dirildəcəyini bilmədikləri üçün bunu inkar edərlər!
16:39Страница 271
لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ ٣٩
Он разъяснит им то, в чем они расходились во мнениях, и неверующие узнают, что они были лжецами.
Uca Allah onlara tövhid, öldükdən sonra yenidən dirilmək və peyğəmbərlik barədə ixtilaf etdikləri məsələri bildirmək, kafirlərin, Allahın şərikləri olduğuna və öldükdən sonra yenidən dirilməyi inkar etmələrinə dair irəli sürdükləri iddialarının yalan olduğunu anlamaları üçün, onların hamısını Qiyamət günü yenidən dirildəcəkdir.
16:40Страница 271
إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ ٤٠
Когда Мы хотим чего-либо, то стоит Нам сказать: «Будь!». - как это сбывается.
Biz ölülərə həyat vermək və onları yenidən diriltmək istəsək, bunu etməmizə, Bizə mane ola biləcək heç bir qüvvə olmaz. Biz bir şeyin olmasını istədikdə, ona ancaq: "Ol!" – deyirik, o da dərhal istədiyimiz kimi olar.
16:41Страница 271
وَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١
Тех, которые переселились ради Аллаха после того, как подверглись притеснениям, Мы одарим прекрасным жилищем в этом мире, а вознаграждение в Последней жизни будет еще больше. Если бы они только знали!
Kafirlərin əzabına və onların işgəncəsinə məruz qaldıqdan sonra öz yurdlarını, ailələrini və mal-dövlətlərini tərk edib, Allahın rizasını umaraq, küfür diyarından İslam diyarına hicrət edən kimsələri dünya həyatında onları izzətli olacaqları gözəl bir məskəndə sakin edəcəyik. Onların axirət mükafatı isə bundan da daha böyük olacaqdır, bu isə Cənnətdir. Əgər hicrət etməyib, geridə qalanlar, hicrət edənlərin Allah qatındakı savab və mükafatını bilsəydilər, hicrət etməkdən əsla geridə qalmazdılar.
16:42Страница 271
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٤٢
Это - те, которые проявляют терпение и уповают только на своего Господа.
Allah yolunda hicrət edən bu mühacirlər, qövmlərinin əziyyətlərinə, ailələrindən və mal-dövlətlərindən ayrı qalmağa və Allaha itaət etməyə səbrli olan kimsələrdir. Onlar hər işlərində yalnız Allaha güvənərlər. Elə bu üzdən Allah da onlara belə böyük bir mükafat bəxş etmişdir.
16:43Страница 272
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ٤٣
Мы посылали до тебя посланниками только мужей, которым внушали откровение. Если вы не знаете, то спросите обладателей Напоминания.
Ey Peyğəmbər! Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz bəşərdən olan kişiləri peyğəmbər göndərmişdik. Biz mələklərdən peyğəmbər göndərmədik. Bu Bizim, dəyişməz, sabit qalan sünnəmizdir. Əgər peyğəmbərlərin bəşər nəslindən olduğunu inkar edir və yaxud siz bunu bilmirsinizsə, elə isə, sizdən öncə göndərilmiş kitab əhlindən bu barədə soruşun, onlar sizə peyğəmbərlərin, mələklərdən deyil, əksinə, bəşər nəslindən olduğunu xəbər verəcəklər.
16:44Страница 272
بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِۗ وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلذِّكۡرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيۡهِمۡ وَلَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ٤٤
Мы отправляли посланников с ясными знамениями и Писаниями. А тебе Мы ниспослали Напоминание для того, чтобы ты разъяснил людям то, что им ниспослано, и для того, чтобы они призадумались.
Biz bəşərdən olan o peyğəmbərləri açıq-aydın dəlillər və Allahdan nazil edilən kitablarla göndərdik. Ey Peyğəmbər! Biz, insanlara izah eilməsinə ehtiyac olan şeyləri izah etmən üçün sənə Quranı nazil etdik ki, bəlkə onlar ağıllarını işlədib, bu Qurandan öyüd nəsihət alsınlar!
16:45Страница 272
أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُواْ ٱلسَّيِّـَٔاتِ أَن يَخۡسِفَ ٱللَّهُ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٤٥
Неужели те, которые строят злые козни, не опасаются того, что Аллах заставит землю поглотить их, или мучения постигнут их оттуда, откуда они их не ожидают?
Məgər insanları Allahın yolundan sapdırmaq üçün hiylələrə əl atanlar Allahın daha öncə Qarunu yerə batırdığı kimi, onları da yerə batırmayacağına və yaxud gəlməsini gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?!
16:46Страница 272
أَوۡ يَأۡخُذَهُمۡ فِي تَقَلُّبِهِمۡ فَمَا هُم بِمُعۡجِزِينَ ٤٦
Или того, что Он схватит их, пока они мечутся, и они не смогут избежать этого?
Yaxud da onlar, səfərdə ikən gəzib dolaşdıqları və ya ruzi arxasınca çıxdıqları zaman Allahın əzabı onlara isabət etməyəcəyinimi düşünürlər? Onlar Allahın əzabından əsla qaçıb canlarını qurtara bilməzlər!
16:47Страница 272
أَوۡ يَأۡخُذَهُمۡ عَلَىٰ تَخَوُّفٖ فَإِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٌ ٤٧
Или того, что Он схватит их, когда их охватит ужас? Воистину, твой Господь - Сострадательный, Милосердный.
Yaxud onlar Allahdan qorxduqları hala Allahın əzabı onları yaxalamayacağındanmı əmindilər? Allahın onlar hər bir hallarında əzab verməyə qadirdir. Şübhəsiz ki, Rəbbiniz sizə qarşı çox şəfqətlidir, rəhmlidir. Bəlkə qulları Ona tövbə edərlər deyə, Allah onlara əzab verməyə tələsməz.
16:48Страница 272
أَوَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ يَتَفَيَّؤُاْ ظِلَٰلُهُۥ عَنِ ٱلۡيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدٗا لِّلَّهِ وَهُمۡ دَٰخِرُونَ ٤٨
Неужели они не наблюдали за вещами, которые созданы Аллахом? Они обладают тенью, которая склоняется вправо и влево, падая ниц пред Аллахом и оставаясь смиренной.
Məgər o yalan sayan kimsələr Allahın xəlq etdiyi məxluqatına baxıb təfəkkür etmirlərmi? O məxluqatın kölgələri Allah qarşısında zəlil bir halda, Ona həqiqi səcdə edərək, gündüz vaxtı günəşin hərəkətinə, gecə vaxtı isə ayın hərəkətinə tabe olaraq sağa-sola meyil edərlər!
16:49Страница 272
وَلِلَّهِۤ يَسۡجُدُۤ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ مِن دَآبَّةٖ وَٱلۡمَلَٰٓئِكَةُ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ٤٩
Перед Аллахом падают ниц все обитатели небес и земли, животные и ангелы, и они не проявляют высокомерия.
Göylərdə və yerdə olan məxluqatın hamısı Allaha səcdə edirlər! Mələklər də Allaha ibadət və itaət etməkdə təkəbbürlük göstərmədən yalnız Ona səcdə edərlər!
16:50Страница 272
يَخَافُونَ رَبَّهُم مِّن فَوۡقِهِمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ۩ ٥٠
Они боятся своего Господа, Который над ними, и совершают то, что им велено.
Mələklər Allaha davamlı olaraq ibadət və itaət etmələrinə rəğmən zatı, qüc-qüvvəti və ağalığı ilə özlərinin fövqündə olan Rəbbindən qorxurlar və Rəbbinin onlara əmr etdiklərini yerinə yetirirlər.
16:51Страница 272
۞ وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓاْ إِلَٰهَيۡنِ ٱثۡنَيۡنِۖ إِنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ فَإِيَّٰيَ فَٱرۡهَبُونِ ٥١
Аллах сказал: «Не поклоняйтесь двум богам, ибо есть только один Бог. Меня одного бойтесь».
Uca Allah bütün qullarına xitab edərək belə dedi: "İki məbuda sitayiş etməyin! Allah, ikincisi və səriki olmayan yalnız tək haqq İlahdır. Elə isə yalnız Məndən qorxun, Məndən başqasından qorxmayın!"
16:52Страница 272
وَلَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًاۚ أَفَغَيۡرَ ٱللَّهِ تَتَّقُونَ ٥٢
Ему принадлежит то, что на небесах и на земле. Ему одному надлежит поклоняться. Неужели вы станете бояться кого-либо помимо Аллаха?
Göylərdə və yerdə mövcud olan hər bir şeyin yaradılması, mülkiyyəti və idarə edilməsi yalnız tək Allaha aiddir. Elə bu baxımdan, itaət edilməyə, qarşısında ixlasla boyun əyilməyə yalnız O layiqdir. Belə olduğu təqdirdə, Allahı qoyub başqasındanmı qorxursunuz?! Xeyr, yalnız tək Allahdan qorxun!
16:53Страница 272
وَمَا بِكُم مِّن نِّعۡمَةٖ فَمِنَ ٱللَّهِۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيۡهِ تَجۡـَٔرُونَ ٥٣
Все блага, которые вы имеете, - от Аллаха. И если вас касается беда, то вы громко зовете Его на помощь.
Ey İnsanlar! Sahib olduğunuz dini və dünyavi bütün nemətlərin hamısı yalnız tək Allahdandır. Sonra sizə bir bəla, xəstəlik yaxud yoxsulluq üz verdikdə, başınıza gələn bu müsibətdən sizi qurtarmaq üçün yalnız Ona dua edərək yalvarırsınız. Nemətləri bəxş edən, bəlaları sovuşduran kimdirsə, tək ibadət edilməyə layiq olan da elə Odur!
16:54Страница 272
ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمۡ إِذَا فَرِيقٞ مِّنكُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ٥٤
Когда же Он избавляет вас от беды, то некоторые из вас начинают приобщать сотоварищей к своему Господу,
Dualarınıza cavab verib başınıza gəlın müsibəti sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Allahla yanaşı başqasına ibadət edərək Rəbbinə şərik qoşur. Axı bu nə zəlillikdir?!
16:55Страница 273
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٥٥
чтобы не уверовать в то, что Мы даровали им. Пользуйтесь благами, и скоро вы узнаете.
Onların Allaha şərik qoşmaları, Uca Allahın onlara bəxş etdiyi nemətlər, nankorluq etmələrinə səbəb oldu. Allahın onlara bəxş etdiyi nemətlərdən biri də, sıxıntını onlardan götürməsi idi. Elə buna görə də onlara: "Allahın sizə tez və ya gec bir zamanda göndərəcəyi əzab gələnə qədər olduğunuz nemətlər içində kef çəkib əylənin!" – deyildi.
16:56Страница 273
وَيَجۡعَلُونَ لِمَا لَا يَعۡلَمُونَ نَصِيبٗا مِّمَّا رَزَقۡنَٰهُمۡۗ تَٱللَّهِ لَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَفۡتَرُونَ ٥٦
Они отдают долю из того, чем Мы их наделили, ради того, что им неизвестно. Клянусь Аллахом, вы будете спрошены обо всем, что измышляете!
Müşriklər, heç nə dərk etmək qabiliyyətində olmayan bütlərə – onlar cansız varlıq olduqlarına görə fayda və zərər verə bilməzlər – yaxınlaşmaq məqsədi ilə özlərinə verdiyimiz ruzidən, onlara pay ayırırlar. Ey Müşriklər! Allaha and olsun ki, bu bütlərin ilah olduqlarına və onların mallarınızdan bir qisim haqqları olduğuna dair atdığınız iftiralara görə qiyamət günü mütləq sorğu-sual olunacaqsınız!
16:57Страница 273
وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ ٥٧
Они приписывают Аллаху дочерей. Пречист Он! Себе же они оставляют тех, кого хотят.
Müşriklər Allaha qız uşaqlarını nisbət edir və bunların mələklər olduğuna etiqad edirlər. Özlərinə də oğlan uşaqlarını nisbət edirlər. Özlərinə bəyənmədiklərini, Uca Allah üçün seçirlər. Uca Allah, müşriklərin Ona yaxdıqları iftiralarından pak və müqəddəsdir. Amma özlərinə isə istədiklərini oğlan uşaqlarını məxsus edirlər. Məgər bundan da daha böyük günah ola bilərmi?!
16:58Страница 273
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلۡأُنثَىٰ ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٞ ٥٨
Когда кому-либо из них сообщают весть о девочке, лицо его чернеет, и он сдерживает свой гнев.
O müşriklərdən birinə qızı uşağının doğulduğunu xəbər verilsə, özünə verilən xəbərin kədərinin şiddətindən üzü qapqara qaralır, qəlbi qəm-qüssə ilə dolur. Sonra da bu kimsə, özü üçün razı olmadığı bir şeyi Uca Allaha nisbət edir!
16:59Страница 273
يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ ٥٩
Он прячется от людей из-за дурной вести. Оставит ли он себе ребенка с позором или же закопает ее в землю? Воистину, скверны их решения!
Özünə qız uşağının doğulduğu xəbəri verildikdə bu bəd xəbər ucbatından qövmündən gizlənir. Öz-özünə, onun zəlillik və rüsvayçılıq içində saxlamaq, yoxsa diri-diri torpağa basdırması barədə düşünər. Müşriklərin verdikləri hökm necə də pis hökmdür. Onlar özlərinə sevmədikləri şeyləri Uca Allah üçün hökm vermişdilər.
16:60Страница 273
لِلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ مَثَلُ ٱلسَّوۡءِۖ وَلِلَّهِ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٦٠
Скверно описание тех, кто не верует в Последнюю жизнь, а описание Аллаха - самое возвышенное, ведь Он - Могущественный, Мудрый.
Axirətə iman etməyən kafirlərin, övlada möhtac olmaq, cəhalət və küfür etmək kimi sifətləri vardır. Allahın isə həmd-sənaya layiq, uca, kamillik, zənğinlik və elm kimi sifətləri vardır. Uca Allah Öz mülkündə qüc-qüvvət sahibidir, kimsə Ona qələbə çala bilməz. O, yaratmasında, idarə etməsində və hökmlərində hikmət sahibidir.
16:61Страница 273
وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ ٦١
Если бы Аллах стал наказывать людей за их несправедливость, то не оставил бы на земле ни одного живого существа. Однако Он предоставляет им отсрочку до назначенного срока. Когда же наступит их срок, они не смогут отдалить или приблизить его даже на час.
Əgər Uca Allah insanları etdikləri zülmlərə və günahlara görə cəzalandırsaydı, yer üzündə heç bir insan yaxud da yer üzündə heç bir sürünən canlını qoymazdı. Lakin Allah onlara Öz elmi ilə bildiyi müəyyən vaxta qədər möhlət verir. Əvvəlcədən Öz elmi ilə təyin etdiyi vaxt gəlib yetişdikdə, hətta qısa bir müddətdə olsa belə, nə bircə an yubanar, nə də tezləşə bilər.
16:62Страница 273
وَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ ٦٢
Они приписывают Аллаху то, что им самим неприятно. Их языки лживо возвещают о том, что им уготовано наилучшее. Несомненно, им уготован Огонь, и они будут покинуты.
Onlar özlərinə nisbət edilməsini xoşlamadıqları qız uşaqlarını Pak və Uca Allaha nisbət edirlər. Dilləri də özləri üçün Allah yanında - əgər yenidən diriliş olarsa - ən gözəl aqibətin onların olacağını yalandan söyləyir. Şübhə yoxdur ki, onlar üçün Cəhənnəm atəşi hazırlanmışdır, onlar orada tərk olunacaqlar və heç bir zaman oradan çıxalımayacaqlar.
16:63Страница 273
تَٱللَّهِ لَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَهُوَ وَلِيُّهُمُ ٱلۡيَوۡمَ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ٦٣
Клянусь Аллахом, Мы до тебя направляли посланников к народам, но дьявол приукрасил для них их деяния. Сегодня он является их покровителем и помощником, и им уготованы мучительные страдания.
Ey Peyğəmbər! Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan onlara şirk, küfür və günahlar kimi çirkin əməllərini özlərinə gözəl göstərmişdi. Şeytan Qiyamət gün onların yardımçısı olacağını idda etdiyi köməkçiləridir. Elə isə haydı ondan yardım diləyin, o, sizə kömək etsin. Onlar üçün qiyamət günü ağrılı-acılı bir əzab vardır.
16:64Страница 273
وَمَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِي ٱخۡتَلَفُواْ فِيهِ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٦٤
Мы ниспослали тебе Писание, дабы ты разъяснил им то, в чем они разошлись во мнениях, а также как руководство к прямому пути и милость для верующих людей.
Ey Peyğəmbər! Biz Quranı sənə ancaq, öz aralarında ixtilafa düşdükləri tövhid, öldükdən sonra dirilmə və şəri əhkamlar kimi dini məsələləri bütün insanlara bəyan etmən və həmçinin, Allaha, Onun elçilərinə və Quranda olana iman edən möminlər üçün doğru yol göstəricisi və mərhəmət olsun deyə nazil etdik. Çünki haqdan faydalanan kimsələrdə elə məhz onlardır!
16:65Страница 274
وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَسۡمَعُونَ ٦٥
Аллах ниспослал с неба воду и оживил ею мертвую землю. Воистину, в этом - знамение для людей внимающих.
Uca Allah səmadan yağmur yağdırıb və bu yağmurla quraqlıq səbəbindən ölmüş torpağı dirildib, orada bitkilər yetişdirərək yer üzünə can verdi. Həqiqətən, səmadan yağmurun endirilməsi və bunun səbəbi ilə yer üzündə bitkilərin yetişdirilməsində, Allahın kəlamını eşidib və onu düşünüb dərk edən bir qövm üçün Uca Allahın qüdrətinə dəlalət edən açıq-aydı dəlillər vardır.
16:66Страница 274
وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهِۦ مِنۢ بَيۡنِ فَرۡثٖ وَدَمٖ لَّبَنًا خَالِصٗا سَآئِغٗا لِّلشَّٰرِبِينَ ٦٦
Воистину, в домашней скотине для вас - назидание. Мы поим вас тем, что образуется в их животах между пометом и кровью, - чистым молоком, приятным для пьющих.
Ey İnsanlar! Şübhəsiz ki, dəvədə, inəkdə və qoyunda sizin öyüd-nəsihət almanız üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazatın və bədənlərindəki qanın arasından əmcəklərindən çıxan süd içirdirik. Həmən südün qan və ifrazat arasından çıxmasına baxmayaraq, bu süd oradan, içənlər üçün saf, tərtəmiz, dadı ləzzətli və gözəl bir şəkildə çıxar.
16:67Страница 274
وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلۡأَعۡنَٰبِ تَتَّخِذُونَ مِنۡهُ سَكَرٗا وَرِزۡقًا حَسَنًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٦٧
Из плодов финиковых пальм и виноградников вы получаете опьяняющий напиток и добрый удел. Воистину, в этом - знамение для людей размышляющих.
Sizə ruzi olaraq verdiyimiz xurma və üzüm meyvələrindən də öyüd-nəsihət almanız üçün bir ibrət vardır. Siz bu meyvələrdən sərxoşedici içkilər hazırlayırsınız. Ancaq bu heç də yaxşı şey deyil. Həm də, bu meyvələrdən özünüzün faydalanması üçün xurma, kişmiş, sirkə və doşab kimi gözəl ruzilər əldə edirsiniz. Həqiqətən, zikir edilən bu nemətlərdə, düşünüb anlayan adamlar üçün Allahın qüdrətinə və qullarına nemətlər bəxş etməsinə dair açıq-aydın dəlillər vardır. Çünki düşünüb ibrət alan elə məhz onlardır.
16:68Страница 274
وَأَوۡحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحۡلِ أَنِ ٱتَّخِذِي مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعۡرِشُونَ ٦٨
Твой Господь внушил пчеле: «Воздвигай жилища в горах, на деревьях и в строениях.
Ey Peyğəmbər! Rəbbin bal arısına ilham edib onu belə yönləndirdi ki, "Sən dağlarda, ağaclarda, insanların yaşayış yerlərində və evlərin damında özünə evlər tik!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии