Аль-МухтасарАн‑Нахль · 16:69–128

Аль-Мухтасар · Тафсир · на азербайджанском

Ан-Нахль 16:69–128

16:69Страница 274

ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلٗاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٞ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٦٩

А потом питайся всевозможными плодами и следуй по путям твоего Господа, которые доступны тебе». Из брюшков пчел исходит питье разных цветов, которое приносит людям исцеление. Воистину, в этом - знамение для людей размышляющих.

Sonra istədiyin hər bir meyvə­dən ye və Rəbbinin sənə ilham edərək qayıtmasını asan­laş­dır­dığı yol­larla qayıt get!" Bu arıların qarınlarından xəstəliklərin müalicəsi, tər­ki­bin­də insan­lar üçün şəfa olan ağ, sarı və s. müx­tə­lif rəngli ballar çıxar. Həqi­qə­tən, Rəbbinin bu arıya ilham etməsində və arıların qarınlarından çıxan balda, bunları dü­şü­nən bir qövm üçün Allahın qüdrətinə və Onun məxluqatın işlərini idarə etməsinə dair dəlillər vardır. Çünki düşünüb ibrət alan elə məhz onlardır.

16:70Страница 274

وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ ٧٠

Аллах сотворил вас, а затем Он умертвит вас. Среди вас есть такие, которые превращаются в дряхлых стариков и забывают все то, что знали. Воистину, Аллах - Знающий, Могущественный.

Uca Allah sizi, daha öncə belə bir yaradılış olmadan yoxdan var etdi. Sonra da əcəliniz yetişdikdə, O, sizi öldürəcək. Allah siz­lər­dən bəzilərinin ömrünü, ömrün ən pis ça­ğı­nadək, bildiyi şeylərdən heç birini xatırlamadığı, qocalıq çağına qədər uzadacaq. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz. O, hər şeyə qa­dir­dir. Heç bir şey Onu aciz edə bilməz!

16:71Страница 274

وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ٧١

Аллах возвысил одних из вас над другими посредством богатства и удела. Но те, которым дарован больший удел, не хотят отдавать его своим рабам, чтобы они не уравнялись с ними. Неужели они отвергают милость Аллаха?

Uca Allah sizlərə bəxş etdiyi ruzidə bəzilərinizi digərlərinizdən üstün et­miş­dir. O, sizlərdən bəzilərini zəngin, bəzilərini yoxsul, bəzilərini ağa, bəzilərini də qul etmişdir. Allahın ruzi baxımından üstün etdiyi kimsələr, sahib olduqları sərvətlərdən, əlləri altında olan qullarının özləri ilə eyni səviyyədə olmaları üçün onlara öz mal-dövlətlərindən verməzlərmi? Elə isə onlar qullarının öz mal-dövlətlərinə şərik olub, özləri ilə eyni bir səviyyədə olmalarına razı olmadıqları bir halda, uca Allahın Öz qullarından Onun şəriki olmasına necə razı ola bilərlər?! Bu necə bir zülmdür. Allahın nemətlərinə qarşı olan hansı nankorluq bundan da daha böyükdür?!

16:72Страница 274

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ٧٢

Аллах сделал для вас супруг из вас самих, даровал вам от них детей, внуков и наделил вас благами. Неужели они веруют в ложь и не веруют в милость Аллаха?

Ey İnsanlar! Uca Allah sizin üçün özü­nüz­dən bir-birinizə alışıb, ünsiyyət qurduğunuz zöv­cələr yaratdı. Zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar, nəvələr və nəticələr yaratdı. Sizə ət, dənli bitkilər, meyvələr və s. yeyiləcək pak ruzilər verdik. Bundan sonra siz batil bütlərəmi inanırsınız?! Uca Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlərini inkar edib, tək Allaha iman edərək Ona şükür etmirsiniz?!

16:73Страница 275

وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَهُمۡ رِزۡقٗا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ شَيۡـٔٗا وَلَا يَسۡتَطِيعُونَ ٧٣

Они поклоняются помимо Аллаха тому, что не имеет и не может иметь для них удел на небесах и на земле.

Müşriklər Allahı buraxıb on­lara göy­lərdən və yerdən ruzi­ verməyə gücləri çatmayan büt­lərə ibadət edirlər. O bütlər əsla buna sahib ola bilməzlər. Çünki onlar yaşamayan və ətrafındakıları eşidib görməyən cansız bir varlıqlardır.

16:74Страница 275

فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ٧٤

Никого не сравнивайте с Аллахом! Воистину, Аллах знает, а вы не знаете.

Ey İnsanlar! Fayda və zərər verməyə qadir olmayan bu bütləri Allaha oxşat­ma­yın. Uca Allahın oxşarı yoxdur. Elə isə ibadətdə Ona heç bir şeyi şərik qoşmayın. Hə­qiqətən, Allah Özünün sahib olduğu Cəlal və Kamil sifətlərini bilir, siz isə bunları layiqincə bilməzsiniz. Bu üzdən Ona şərik qoşur və Onun bütlərinizə bənzər olduğunu idda edirsiniz!

16:75Страница 275

۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدٗا مَّمۡلُوكٗا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنٗا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرّٗا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٧٥

Аллах привел притчу о рабе, который принадлежит другому и ни на что не способен, и человеке, которому Мы даровали прекрасный удел и который расходует его тайно и открыто. Равны ли они? Хвала Аллаху! Но большая часть людей не знает этого.

Uca Allah müşriklərin iddalarına cavab olaraq, xərcləməyə heç bir şeyi omayan, hərəkət etməkdən aciz olan bir qul ilə Öz dərgahımızdan özünə mal-dövlət bəxş etdiyimiz, o da ona verilən mal-dövlətdən gizli və aşkar, istədiyi kimi xərcləyən azad bir insanı nümunə olması üçün məsəl çəkdi. Bu iki kişinin məsəli əsla eyni ola bilməz. Elə isə hər bir şeyə malik olan və mülkündə istədiyini edən Allahla, heç bir şeyə qadir olmayan, hər bir şeydən aciz olan bütləri necə eyni səviyyədə tutursunuz? Həmd-səna və bütün təriflər, yalnız həmd-sənaya və bütün təriflərə layiq olan Allaha məxsus­dur. Lakin müşriklərin çoxu Allahın vəhdaniyyətində tək olduğunu və yalnız Onun ibadət edilməyə haqqlı olduğunu bilməzlər!

16:76Страница 275

وَضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلَيۡنِ أَحَدُهُمَآ أَبۡكَمُ لَا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَهُوَ كَلٌّ عَلَىٰ مَوۡلَىٰهُ أَيۡنَمَا يُوَجِّههُّ لَا يَأۡتِ بِخَيۡرٍ هَلۡ يَسۡتَوِي هُوَ وَمَن يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَهُوَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٧٦

Аллах также привел притчу о двух мужах, один из которых - немой, ни на что не способен и обременяет своего господина. Куда бы его ни послали, он не приносит добра. Разве он равен тому, кто отдает справедливые приказы и следует прямым путем?

Uca Allah müşriklərin iddialarına başqa bir məsəl çəkməklədə cavab vermişdir, bu məsəl iki kişi ba­rə­sində məsəl çəkdi; onlar­dan biri lal­dır, eşitməz, danışmaz və heç bir şey anlamaz. Kar və lal olduğu üçün özünə və başqalarına fayda verməkdən aciz qalmış bir kimsədir. Bu insan onun qayğısına qalan və ona görə məsuliyyət daşıyan kimsələr üçün üzərlərində ağır bir yükdür. Onu ha­ra yollasa, xe­yirlə qa­yıt­maz və istədiyini əldə edə bilməz. Məgər halı belə olan bir kimsə, eşidən, görən, danışan, başqalarına fayda verən, özü doğru yolda olub insanlara əda­lətli işlər gör­məyi əmr edən bir kimsə ilə ey­ni bir səviyyədə ola bilərmi? Ey Müşriklər! Elə isə Cəlal və Kamil sifətlərə sahib olan Uca Allahı, eşitməyən, danışmayan, fayad verməyən və zərəri aradan qaldıra bilməyən bütlərinizi necə tay tutursunuz?!

16:77Страница 275

وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَآ أَمۡرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمۡحِ ٱلۡبَصَرِ أَوۡ هُوَ أَقۡرَبُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٧٧

Аллаху принадлежит сокровенное на небесах и на земле. Наступление Часа подобно мгновению ока или даже быстрее. Воистину, Аллах способен на всякую вещь!

Göylərdə və yerdə qizli qalan bütün işlərin elmi yalnız Uca Allaha aiddir. Bütün bunların elmi heç bir məxluqda deyil, yalnız Uca Allahdadır. Allaha məxsus sirlərdən biridə, Qiyamət saatının Allahın istədiyi vaxt sürətli bir şəkilə hətta gözü qırpıb açmaqdan da daha tez bir zamanda gəlməsidir. Əksinə, qiyamətin qopma saatı bundan da daha yaxındır. Həqiqətən, Allah hər şeyə qa­dirdir. Onu heç bir şey aciz edə bilməz. O, bir işin olmasını istədikdə ona yalnız: "Ol" deyər, oda dərhal olar!

16:78Страница 275

وَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـٔٗا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٧٨

Аллах вывел вас из чрева ваших матерей, когда вы ничего не знали. Он наделил вас слухом, зрением и сердцами, - быть может, вы будете благодарны.

Ey İnsanlar! Allah sizi hamiləlik müddəti sona yetişdikdən sonra analarınızın bət­­nindən heç nə anlamayan körpə olaraq çıxart­dı. Allahın sizə bəxş etdiyi nemətlərinə şükür edəsiniz deyə, eşitməniz üçün sizə qu­laq, görə bilməniz üçün göz və başa düşüb, dərk etməniz üçün sizə ürək verdi!

16:79Страница 275

أَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٖ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٧٩

Неужели они не видели птиц, покорно летающих в небе? Никто не удерживает их, кроме Аллаха. Воистину, в этом - знамения для людей верующих.

Məgər müşriklər, Allahın quşlara iki qanad verib, onların havada uça bilməsi üçün havanı münasib bir vəziyyətə gətirdiyini, onlara havada ikən qanadlarını necə açıb bağlamağı və havada istədikləri kimi uça bilmələrini öyrətdiyini gör­mür­lər­mi?! Onları havadan yerə düşmədən göydə sax­layan ancaq qadir olan Allahdır. Həqi­qə­tən, quşların uça bilməsi üçün onların yerə düşmədən göy üzündə saxlanılmasında Allaha iman gətirən insan­lar üçün dəlil­lər vardır. Çünki bu dəlillərdən və öyüd-nəsihətdən yalnız onlar faydalanarlar!

16:80Страница 276

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنٗا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتٗا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثٗا وَمَتَٰعًا إِلَىٰ حِينٖ ٨٠

Аллах сделал для вас дома жилищами. Он также сделал для вас жилища из шкур домашнего скота, которые не обременяют вас, когда вы отправляетесь в путь или делаете привал. Он даровал вам утварь и всякие предметы из шерсти, пуха и волоса, чтобы вы пользовались ими до определенного времени.

Uca Allah daşlardan və başqa şeylərdən düzəltdiyiniz evlərinizdə sizə rahatlıq verdi. Sizlər üçün dəvə, inək və qoyun dərilərindən, şəhərdəki evlər kimi, çöllərdə qurulan çadırlar və evlər etdi. Səfərdə ikən dərilərdən qurduğunuz bu evləri bir tərəfdən başqa bir tərəfə aparmaq və istədiyiniz vaxtı bu evləri qurub dağıtmaq sizə çoz rahat gəlir. Ustəlik də sizin üçün qoyunun yunundan, dəvənin tükün­dən və keçinin qılından müəy­­yən vaxta qədər is­tifadə edə­cəyi­niz ev əşyaları, geyib, örtük və başqa şey­lər dü­zəltdi.

16:81Страница 276

وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلٗا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنٗا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ ٨١

Аллах даровал вам тень от того, что Он сотворил. Он устроил для вас убежища в горах, сотворил для вас одеяния, которые оберегают вас от жары, и доспехи, которые защищают вас от причиняемого вами вреда. Так Он доводит до конца Свою милость к вам, - быть может, вы станете мусульманами.

Uca Allah günəşin hərarətindən qorunub, kölgələnəsiz deyə, ağaclardan və binalardan sizin üçün kölgələr əmə­lə gə­tir­di. Dağ­larda sizin üçün soyuqdan, istidən və düşməndən qorunub mühafizə olunasız deyə, mağaralar, kahalar və sığınacaqlar saldı. Sizə soyuqdan və istidən qo­ru­nmaq üçün yun, kətan, pambıq pal­tarlar və döyüş zamanı sizi bir-birinizin zərbələrindən qoruyan və silahın təsiri cisminizə nüfuz etməsinə mane olan zirehli ge­yimlər verdi. Uca Allah bu nemətləri sizə bəxş etdiyi kimi, daima sizə olan nemətlərini tamam­layır ki, bəl­kə Alllaha heç bir şeyi şərik qoşmadan, tək Ona ibadət edəsiniz!

16:82Страница 276

فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٨٢

Если же они отвернутся, то ведь на тебя возложена только ясная передача откровения.

Ey Peyğəmbər! Əgər onlar imandan və sənin gətirdiyin dini təsdiq etməkdən üz çevirsələr, bil ki, sənin və­zifən ancaq təbliğ etməklə əmr olunduğun şeyləri aşıq-aydın şəkildə təbliğ etməkdən başqa bir şey deyildir. Onları hidayətə qovuşdurmaq sənin işin deyil.

16:83Страница 276

يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ ٨٣

Они узнают милость Аллаха, а затем отрицают ее, поскольку большинство из них - неверующие.

Müşriklər, Allahın onlara bəxş etdiyi nemətləri bilirlər. Bu nemətlərdən biri də Allahın onlara Muhəmmədi (sallallahu aleyhi və səlləm) peyğəmbər göndərməsidir. Amma onlar bu nemətlərə şükür etməyərək, peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalnçı hesab edərək Allahın onlara bəxş etdiyi nemətlərinə nankorluq edir­lər. Onların ço­xu Allahı nemətlərini inkar edir.

16:84Страница 276

وَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٨٤

В тот день, когда Мы выставим из каждой общины свидетеля, неверующим не позволят оправдываться, и от них не потребуют покаяния.

Ey Peyğəmbər! Uca Allahın hər bir qövmdən iman edənlərin imanına, küfür edənlərində küfürlərinə şahidlik etmək üçün göndərdiyi peyğəmbərləri şahid gətirəcəyi günü xatırla. Bundan sonra kafirlərə etdikləri günahlara görə üzr­xahlıq etməyə və bir daha dünyaya qayıdıb Rəbbini razı salacaq əməllər etmələrinə izin verilmə­yəcəkdir. Axirət yurdu, əməl etmək yurdu deyil, haqq-hesab yurdudur.

16:85Страница 276

وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُواْ ٱلۡعَذَابَ فَلَا يُخَفَّفُ عَنۡهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٨٥

Когда же беззаконники увидят мучения, то не будет им ни облегчения, ни отсрочки.

Zalımlar və müşriklər əzabı öz gözləri ilə gördükdə, artıq onlardan əzab nə yüngül­ləş­di­riləcək, nə də əzabı gecikdirmək üçün onlara möhlət veriləcəkdir. Əksinə onlar Cəhənnəmə əzab içində əbədi qalmaq üzrə daxil olacaqlar.

16:86Страница 276

وَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ ٨٦

Когда многобожники увидят своих сотоварищей, они скажут: «Господь наш! Вот сотоварищи, к которым мы взывали вместо Тебя». Но они отбросят их слова и скажут: «Воистину, вы - лжецы!».

Müşriklər axirətdə, Allahdan başqa ibadət etdikləri bütlərini görüncə, öz günahlarını onların üzərinə yüklənməsi üçün belə de­yə­cək­lər: "Ey Rəbbi­miz! Bunlar bizim Səndən başqa ibadət et­diyimiz şə­rik­lə­rimizdir!". Bu zaman Allah onların ibadət etdikləri bütləri dilə gətirib danışdıracaq və bütlər dünyada ikən onlara ibadət edənlərə: "Ey Müşriklər! Siz Allaha şərik qoşaraq etdiyiniz ibadətlərinizdə ya­lançı­sı­nız, çünki Allahdan başqasına ibaət edilməsi üçün Onun heç bir şəriki yoxdur!" – deyə ca­vab qay­taracaq­lar.

16:87Страница 276

وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٨٧

В тот день они изъявят Аллаху покорность, и покинет их (или исчезнет) то, что они измышляли.

O gün müşriklər, Allaha boyun əyərək təs­lim ol­acaqlar və bütlərinin də özlərinə Allah qatında şəfaətçiləri olacaqları iddaları puca olub, yoxa çıxacaqdır.

16:88Страница 277

ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ زِدۡنَٰهُمۡ عَذَابٗا فَوۡقَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يُفۡسِدُونَ ٨٨

Для тех, которые не уверовали и сбивали других с пути Аллаха, Мы будем прибавлять мучения к мучениям за то, что они распространяли нечестие.

Uca Allaha küfür edib, başqalarını da Allah yolundan azdıranlara, törət­dik­lə­ri fitnə-fəsadlarının və başqalarını azdırmalarının səbəbi ilə etdikləri küfür əməllərinə görə layiq olduqları əzablarının üs­tündən bir əzab da artıra­cağıq.

16:89Страница 277

وَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٖ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ٨٩

В тот день Мы выставим против каждой общины свидетеля из их числа, а тебя выставим свидетелем против этих. Мы ниспослали тебе Писание для разъяснения всякой вещи, как руководство к прямому пути, милость и благую весть для мусульман.

Ey Peyğəmbər! Hər ümmətə, onlara küfr və ya iman üzərində olub-olmadıqlarını şahidlik edən bir peyğəmbər göndərəcəyimiz günü xatırla. Bu peyğəmbər onlar kimi bir bəşər övladından olub, onların danışdıqları dilində danışacaqdır. Ey Peyğəmbər! Biz səni bütün ümmətlərə şahidlik etmək üçün gətirdik. Halal və haram, savab və günah olan və bunlardan başqa təfsilata ehtiyacı olan hər bir şeyi izah etmən üçün sənə Quranı nazilı etdik. Biz bu kitabı, insanları haqqa yönəltmək üçün nazil etdik. Biz onu, ona iman edərək, onunla əməl edənlərə bir rəhmər olması və əbədi olan nemətləri arzu edərək, Allaha iman edən möminlərə bir müjdə olması üçün na­zil etdik.

16:90Страница 277

۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٩٠

Воистину, Аллах повелевает блюсти справедливость, делать добро и одаривать родственников. Он запрещает мерзости, предосудительные деяния и бесчинства. Он увещевает вас, - быть может, вы помяните назидание.

Şübhəsiz ki, Allah insanlara, Allahın və insanların haqlarını verməyi, üstün tutmağı tələb edən amillər müstəsna olmaqla, verilən hökmlərdə heç bir kimsəni digərindən üstün tutmayaraq əda­lət­li olmağı, Allah yolunda xərcləmək və zalimi əfv etmək kimi edilməsi çətin olmayan yaxşı işləri əmr etməyi və qo­hum­­la­rın ehtiyacı olduqları şeyi onlara verməyi əmr etməyi, əmr edir, pis sözlər söyləməyi, zina kimi çirkin əməlləri və şəriətin çəkindirdiyi hər bir günah və iyrənc işlər görməyi qadağan edir. Uca Allah zülüm etməyi və insanlara qarşı təkəbbürlük etməyi qadağan edir. Uca Allah bu ayədə sizə əmr edib, qadağan etdiyi şeylərdən ibrət almanız üçün si­zə öyüd-nəsihət ve­rir!

16:91Страница 277

وَأَوۡفُواْ بِعَهۡدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمۡ وَلَا تَنقُضُواْ ٱلۡأَيۡمَٰنَ بَعۡدَ تَوۡكِيدِهَا وَقَدۡ جَعَلۡتُمُ ٱللَّهَ عَلَيۡكُمۡ كَفِيلًاۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا تَفۡعَلُونَ ٩١

Будьте верны завету с Аллахом, который вы заключили; не нарушайте клятв после того, как вы их скрепите, ведь вы сделали Аллаха своим Поручителем. Воистину, Аллах ведает о том, что вы совершаете.

Allaha və insanlara verdiyiniz bütün vədlərə sadiq olun, Allah adına möhkəm and iç­dik­dən sonra and­larınızı əsla poz­ma­yın. Çünki siz verdiyiniz sözə vəfalı olacağınıza dair Allahı özü­nü­zə şahid etmi­siniz. Şübhəsiz ki, Allah sizin etdiyinizi hər bir şeyi bilir. Bunların heç biri Ona gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını verəcəkdir.

16:92Страница 277

وَلَا تَكُونُواْ كَٱلَّتِي نَقَضَتۡ غَزۡلَهَا مِنۢ بَعۡدِ قُوَّةٍ أَنكَٰثٗا تَتَّخِذُونَ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرۡبَىٰ مِنۡ أُمَّةٍۚ إِنَّمَا يَبۡلُوكُمُ ٱللَّهُ بِهِۦۚ وَلَيُبَيِّنَنَّ لَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٩٢

Не уподобляйтесь той женщине, которая распустила свою пряжу после того, как скрепила нити. Вы обращаете свои клятвы в средство обмана, когда одни из вас оказываются сильнее и многочисленнее других. Так Аллах подвергает вас испытанию. А в День воскресения Он непременно разъяснит вам то, в чем вы расходились во мнениях.

İpliyini, yununu möhkəm əyir­dik­­dən sonra onu açıb sökərək, əvvəlki halına gətirməkdə yorulan axmaq bir qa­dın ki­mi, verdiyiniz əhdləri pozaraq yüngül ağıllı, səfeh kimsələr kimi olmayın. Bu qadın ipini, yununu əyirmək də və onu açıb sökmək də yorulub əldən düşsə də, sonda istədiyinə nail ola bilmədi. Camaatınızın, düşmən camaatından sayca və ma­lca daha çox olması üçün andları­nı­zı aranızda hiylə vasitəsinə çevirir­siniz. Şübhəsiz ki, Allah bununla, verdiyiniz vədlərə vəfalı olmanız üçün sizləri sınağa çəkir. Görsün görək siz verdiyiniz vədlərə sadiq olacaqsınız, yoxsa onları pozacaqsınız? Allah qiyamət günü, dünyada ikən ixtilafda olduğunuz şeyləri açıqlayacaq, kimin haqqlı, kimin haqqsız, kimin sadıq və kimin də yalançı olduğunu bəyan edəcəkir.

16:93Страница 277

وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَلَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَعۡمَلُونَ ٩٣

Если бы Аллах пожелал, то Он сделал бы вас единой общиной. Однако Он вводит в заблуждение, кого пожелает, и ведет прямым путем, кого пожелает, и вы непременно будете спрошены о том, что вы совершали.

Əgər Allah istəsəydi, si­zi haqq üzərində birləşən, vahid bir ümmət edərdi. La­kin Uca Allah istədiyini, haqdan və verdiyi vədlərə vəfalı olmaqdan məhrum edərək, Öz ədaləti ilə az­dırır və istə­di­yini də Öz lütfü ilə doğru yola müvəffəq edir. Siz Qiyamət günü dünyada ikən etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.

16:94Страница 278

وَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٞ ٩٤

Не обращайте свои клятвы в средство обмана, чтобы ваша стопа не поскользнулась после того, как она твердо стояла, а не то вы вкусите зло за то, что сбивали других с пути Аллаха, и вам будут уготованы великие мучения.

Andlarınızı nəfsinizin istəyinə tabe olub, istədiyiniz zaman pozub, istədiyiniz zaman da ona vəfalı olaraq, öz aranızda bir-birinizə qarşı hiy­lə vasi­tə­si­nə çevirməyin. Əgər siz belə etsəniz, aya­ğınız doğru yolda möh­kəm dayanmış ikən sü­rüşər, sonra həm özünüzü həm də ki, insanları Allah yolun­dan azdırdığınıza görə əzabı dadar­sınız. Sizin üçün axirətdə də daha böyük bir əzab vardır.

16:95Страница 278

وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٩٥

Не продавайте данные Аллаху обеты за ничтожную цену, ибо для вас лучше то, что у Аллаха, если бы вы только знали!

Allahla bağladığınız əh­di pozaraq ona vəfalı olmayıb, onu ucuz bir dünya malına dəyişməyin. Bilin ki, Allah yanında, sizin üçün dünyada olan zəfər, qənimətlər və axirətdə olan daimi nemətlər əhdinizi pozub əldə etdiyiniz ucuz bir dünya malından daha xe­yir­li­dir.

16:96Страница 278

مَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٖۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٦

То, что есть у вас, иссякнет, а то, что есть у Аллаха, останется навсегда. А тем, которые проявляли терпение, Мы непременно воздадим наградой за лучшее из того, что они совершали.

Ey İnsanlar! Sahib olduğunuz mal-dövlət, naz-nemətlər nə qədər çox olsa da tü­kə­nəcək, Allah yanında olan mükafat isə daim qala­caq­dır. Elə isə onlar, fani olanı, necə əbədi qalandan üstün tuturlar? Əhdlərində sə­birli olub onları pozmayanlara, etdik­ləri yaxşı əməllərin mükafatını ve­rə­cəyik. Onlara, hər bir yaxşı əməlin qarşılığı olaraq, etdiyi yaxşı əməlin on mislindən, yeddi yüz mislinə qədər hətta bundan da daha çox qarşılığı ve­rilə­cəkdir!

16:97Страница 278

مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٧

Верующих мужчин и женщин, которые поступали праведно, Мы непременно одарим прекрасной жизнью и вознаградим за лучшее из того, что они совершали.

Allaha iman edərək, şəriətə müvafiq əməl edən hər bir kişi və qadına, etdikləri əməllərin müqabili olaraq dünyada ikən onlar üçün Allahın qədərinə qane və razı olub, yaxşı əməllərə müvəffəq olmaq kimi gözəl bir həyat bəxş edəcəyik. O kimsələri axirətdə, dünyada gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatla mükafatlandıracağıq.

16:98Страница 278

فَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ فَٱسۡتَعِذۡ بِٱللَّهِ مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ ٩٨

Когда ты читаешь Коран, то ищи у Аллаха защиты от дьявола изгнанного, побиваемого.

Ey Mömin! Quran oxuduqda, Uca Allahdan, səni, Allahın rəhmətindən qo­vul­muş şey­tan­ın vəsvəsələrindən qorumasını istə!

16:99Страница 278

إِنَّهُۥ لَيۡسَ لَهُۥ سُلۡطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٩٩

Воистину, он не властен над теми, которые уверовали и уповают только на своего Господа.

Şübhəsiz ki, şeytanın, Allaha iman gə­ti­rib bütün işlərində yalnız tək Rəbbinə təvək­kül edən və Ona güvənənlər üzərində heç bir hökm­ranlığı yoxdur!

16:100Страница 278

إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ ١٠٠

Ему подвластны только те, которые считают его (дьявола) своим помощником и покровителем и которые приобщают к Нему сотоварищей.

Onun hakimiyyəti yal­nız vəsvəsə verməklə onu özünə dost tutanlar və azğınlıqda ona tabe olanlar, üstəlik, onları azdırdığına görə Allahdan başqasına ibadət edərək Ona şərik qo­şanlar üzərin­də ola bilər!

16:101Страница 278

وَإِذَا بَدَّلۡنَآ ءَايَةٗ مَّكَانَ ءَايَةٖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ١٠١

Когда Мы заменяем один аят другим, они говорят: «Воистину, ты - лжец». Аллаху лучше знать то, что Он ниспосылает. Но большая часть их не знает этого.

Biz Quranda bir ayənin hökmünü başqa bir ayə ilə nəsx etdikdə -uca Allah müəyyən bir hikmət üçün hansı ayəni Qurandan nəsx edib, hansınıda nəxs etməyini daha yaxşı bilir - Kafirlər Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Ey Mühamməd! Sən an­caq Allah adından yalan uydurub, özündən danışan bir ifti­ra­çısan!" – deyir­lər. Xeyr! On­la­rın çoxu uca Allah bir ayənin hökmünü qüsursuz, ilahi bir hikmətdən örtü nəsx etdiyini bilməz!

16:102Страница 278

قُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ١٠٢

Скажи, что Святой Дух (Джибрил) спустил его (Коран) от твоего Господа с истиной, чтобы укрепить верующих, а также как верное руководство и благую весть для мусульман.

Ey Peyğəmbər! Onlara belə de: "Cəb­rail – aleyhissəlam – bu Quranı uca Allah yanından heç bir xəta, dəyişiklik və təhrif olmadan, Allaha iman gə­ti­rənlərin hər dəfə yeni bir ayə nazil edildikdə və bəzi ayələri nəsx etdikdə imanlarının sa­bit­qədəm olması, mü­səlman­lara doğru yol göstəricisi və onlara böyük bir savabla müjdə olsun deyə gerçək olaraq nazil etmişdir!"

16:103Страница 279

وَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٞۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيّٞ وَهَٰذَا لِسَانٌ عَرَبِيّٞ مُّبِينٌ ١٠٣

Мы знаем, что они говорят: «Воистину, его обучает человек». Язык того, на кого они указывают, является иноземным, тогда как это - ясный арабский язык.

Biz müşriklərin: "Quranı Muhammədə (sallallahu aleyhi və səlləm) bir in­san öyrədir!" – de­dik­lə­ri­ni bi­lirik. Halbuki onla­r ortaya atdıqları bu iddialarında yalançıdırlar. Peyğəmbərə Quranı öyrətdiyini istinad et­dik­ləri şəx­sin dili əcnəbi dil­dir. Bu Quran isə açıq-aydın, bəlağətli və fəsahətli ərəb dilində nazil edilmişdir. Axı belə olduğu təqdirdə, onlar, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) Quranı bir əcnəbi öyrətdiyini necə iddia edirlər?!

16:104Страница 279

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهۡدِيهِمُ ٱللَّهُ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١٠٤

Воистину, Аллах не ведет прямым путем тех, кто не уверовал в знамения Аллаха, и им уготованы мучительные страдания.

Uca Allahın ayələrinin Allah yanından nazil edilməsinə inan­ma­yan­la­r bu əməllərində israrlı olduğu müddətcə, əlbəttə ki, Allah onları doğ­ru yo­la müvəffəq etməyəcəkdir. Onlar Allaha küfr edib, Onun ayələrini yalan saydıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab var­dır!

16:105Страница 279

إِنَّمَا يَفۡتَرِي ٱلۡكَذِبَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰذِبُونَ ١٠٥

Воистину, ложь измышляют те, которые не веруют в знамения Аллаха. Они и есть лжецы.

Muhəmməd (sallallahu aleyhi və səlləm) Rəbbindən sizə gətirdiyi dində əsla yalanı danışmır. Yalanı uyduranlar Allahın ayə­lərini təsdiq etməyən kimsələrdir. Çünki onlar Allahın əzabından qorxmayan və Onun mükafatına ümüd bəsləməyən kimsələrdir. Küfrlə vəsf edilən bu kimsələr sözün həqiqi mənasında kafir olanlardır. Çünki yalan söyləmək artıq onların adətinə çevrilişdir.

16:106Страница 279

مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعۡدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنۡ أُكۡرِهَ وَقَلۡبُهُۥ مُطۡمَئِنُّۢ بِٱلۡإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلۡكُفۡرِ صَدۡرٗا فَعَلَيۡهِمۡ غَضَبٞ مِّنَ ٱللَّهِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ١٠٦

Гнев Аллаха падет на тех, кто отрекся от Аллаха после того, как уверовал, - не на тех, кто был принужден к этому, тогда как в его сердце покоилась твердая вера, а на тех, кто сам раскрыл грудь для неверия. Им уготованы великие мучения.

Allaha küfr etmək məcburiyyəti qarşısında qalaraq, qəlbi imanla sabit olduğu halda, dili ilə küfr sözünü söyləməyə məc­bur edi­lən və qəlbindəndə onu təsdiqləməyən kəslər müstəsna ol­maq­la, kim Allaha iman gətirdikdən sonra qəlbini küf­rə açaraq, öz ixtiyarı ilə Allaha küfr etməyi seçib, küfr sözünü söyləyərsə, o, mürtəd olub, İslamdan çıxar və Allahın qəzəbinə dü­çar olar. On­lar üçün böyük bir əzab vardır!

16:107Страница 279

ذَٰلِكَ بِأَنَّهُمُ ٱسۡتَحَبُّواْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ١٠٧

Это потому, что они предпочли мирскую жизнь Последней жизни. Воистину, Аллах не ведет прямым путем неверующих людей.

Onların mürtəd olub İslam dinindən çıxma səbəbi, Allaha qarşı etdikləri küfrə əvəz olaraq fani dünya həyatında əldə etdikləri keçici dünya malını axirət həyatından üstün tutduqlarına görədir. Həqiqətən, Allah, ka­fir qövmü doğru yola müvəffəq etməz, əksinə onları rəzil və rüsvay edər!

16:108Страница 279

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ ١٠٨

Аллах запечатал их сердца, слух и зрение. Они и есть беспечные невежды.

İman etdikdən sonra İslamdan dönüb mürtəd olanlar, Allahın, qəlblərini, qulaqlarını və gözlərini möhürlədiyi kimsələrdir ki, onlar öyüd-nəsihət anlamaz, haqqı eşidib ondan faydalanmaz və Allaha iman etməyə dəlalət edən açıq-aydın möcüzələri görüb iman gətirməzlər. Məhz belə kimsələr, xoşbəxtlik və səadət səbəblərindən və Allahın onlar üçün hazırladığı əzabdan əsl qafil­ olan kimsələrdir!

16:109Страница 279

لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٠٩

Несомненно, в Последней жизни они окажутся потерпевшими убыток.

Həqiqətən, onlar, iman etdikdən sonra kafir olduqlarına görə, özlərinə zərər verərək Qiyamət günü ən çox ziyana uğrayan kimsələrdir! Əgər onlar imanlarında sabitqədəm olsaydılar, Cənnətə daxil olardılar!

16:110Страница 279

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ ١١٠

Воистину, твой Господь после всего этого прощает и милует тех, которые переселились после того, как были подвергнуты искушению, а затем сражались и проявляли терпение.

Ey Peyğəmbər! Qəlbləri imanla arxayın olduğu halda küfr sözünü söyləyincəyə qədər müşriklərin işgəncəsinə məruz qalıb, onlar tərəfindən dinlərində imtahan edildikdən sonra Məkkədən Mədinəyə hicrət edən zülmə məruz qalan zəyif müsəlmanlara qarşı Rəbbin bağışlayan və rəhimilidir. Bu kimsələr, Allahın kəlməsi uca, kafirlərin kəlməsi isə alçaq olması üçün Allah yolunda cihad edən və bu yolda məşəqqətlərə səbir edən kimsələrdir. Həqiqətən, Rəbbin onlara edilən bu zülmdən və küfr kəlməsini söyləyincəyə qədər özlərinə verilən əzab-əziyyətdən sonra onları bağışlayar və onlara mərhəmət edər. Çünki onlar küfr sözünü əzab-əziyyətə və işgəncəyə məruz qaldıqları üçün söyləmişdilər!

16:111Страница 280

۞ يَوۡمَ تَأۡتِي كُلُّ نَفۡسٖ تُجَٰدِلُ عَن نَّفۡسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ١١١

В тот день каждый человек придет и будет препираться за себя. Каждому человеку сполна воздастся за то, что он совершил, и с ними не поступят несправедливо.

Ey Peyğəmbər! Qiyamətin dəhşətindən hər bir kəsin başqasını deyil yalnız öz canını qurtarmaq üçün çalışacağı bir günü xatırla. O gün hər kəsə et­di­yi xeyir və şər əməl­lə­rin əvəzi tam verilə­cək və onlara etdikləri yaxşı əməllərini naqis edilməklə və ya etdikləri günahları artırmaqla zülm edil­məyə­cəkdir!

16:112Страница 280

وَضَرَبَ ٱللَّهُ مَثَلٗا قَرۡيَةٗ كَانَتۡ ءَامِنَةٗ مُّطۡمَئِنَّةٗ يَأۡتِيهَا رِزۡقُهَا رَغَدٗا مِّن كُلِّ مَكَانٖ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ ١١٢

Аллах привел в качестве притчи селение, которое пребывало в безопасности и покое (Мекку). Они обретали свой удел в изобилии отовсюду, но не благодарили Аллаха за эти блага, и тогда Аллах облек их в одеяние голода и страха за то, что они творили.

Uca Allah sizə, əhalisi əmin-aman­lıq içində yaşayan, heç bir kimsədən qorxmayan, çevrələrindəki adamlar qamarlanıb götürüldüyü, əsir alındığı, öldürüldüyü, qarət edildiyi halda, özləri isə təhlükəsizlik içərisində yaşayan, ruzisi hər bir tərəfdən rahat və məşəqqətsiz gələn bir diyarı - Mək­­kə­ni - məsəl çəkir. Bu diyarın əhalisi Allahın onlara bəxş etdiyi nemətlərə nankaorluq edib, buna görə Allaha şükür etmədilər. Allah da onların yalan sayıb, küfür etdiklərinə cəza olaraq onları şiddətli aclıq və qorxu libasına bürüdü.

16:113Страница 280

وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ ١١٣

К ним явился посланник из их среды, но они не признали его, и мучения постигли их, пока они поступали несправедливо.

Artıq Məkkə xalqına öz içərilərindən sadiqliyinə və dürüst bir insan olduğuna yaxşı bələd olduqları bir peyğəmbər gəldi. Bu, Muhəmməd peyğəmbərdir (sallallahu aleyhi və səlləm). Lakin onlar, Rəbbindən ona nazil edilən ayələri yalan saydılar. Bu səbəbdən Allah onlara acılq və qorxu əzabı göndərdi. Onlar isə Allaha şərik qoşmaq və peyğəmbəri ya­lan­çı say­maqla nəfslərini həlaka sürükləyərək, özlərinə zülm et­dilər.

16:114Страница 280

فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ١١٤

Питайтесь дозволенным и благим из того, что Аллах дал вам в удел, и будьте благодарны за милости Аллаха, если вы поклоняетесь Ему.

Ey Allahın qulları! Allahın sizə ruzi olaraq verdiyi, xoşunuza gələn ha­lal ruzilərdən yeyin. Əgər tək Allaha ibadət eidb və Ona heç bir şeyi şərik qoşmursunuzsa, Allahın sizə bəxş etdiyi bu nemətlərini məhz Uca Allahın bəxş etdiyini etiraf edib və bunları Allahın sevib və razı qaldığı işlərə sərf etməklə bu nemətlərə görə Uca Allah şükür edin!

16:115Страница 280

إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١١٥

Он запретил вам мертвечину, кровь, мясо свиньи, а также то, что не заколото во имя Аллаха. Если же кто-либо вынужден пойти на это, не домагаясь запретного и не преступая пределы необходимого, то ведь Аллах - Прощающий, Милосердный.

Uca Allah sizə yeyiləcək şeylərdən, kəsilmədən ölən heyvanları, axar qanı, hər bir parçası ilə donuz ətini və Allahdan başqası üçün qurban kəsilən heyvanların ətindən yeməyi haram etmişdir. Uca Allah bütün bunlar firavan və bolluq vaxtlarda haram etdi. Amma kim çarəsizlikdən, məcburiyyət qarşısında qalsa, zikir edilən bu harama iştah salmadan və həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yesə, ona heç bir günah olmaz. Həqiqətən Allah günahları bağışlayandır. Məcburiyyət qarşısında qalıb haramdan yediyi üçün Allah ona əzab verməz, əksinə, onu bağışlayar. Uca Allah zərurət halında haram olan bir şeyi yeməyi mübah etməklə, Öz qullarına qarşı mərhəmət etmişdir!

16:116Страница 280

وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٞ وَهَٰذَا حَرَامٞ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ١١٦

Не изрекайте своими устами ложь, утверждая, что это - дозволено, а то - запретно, и не возводите навет на Аллаха. Воистину, не преуспеют те, которые возводят навет на Аллаха.

Ey Müşriklər! Allah adından yalan uydurmaq məqsədi ilə haram buyrulmayan şeyləri haram edərək, ya halal buyrulmayan şeyləri də halal edərək, Allah haqqında dilinizin uydurduğu yalanlarla əsa­sən: "Bu halal bir şeydir, bu isə haram bir şeydır!" – demə­yin. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar istədiklərinə nail ola bilməz, qorxduqları şeydən də canlarını qurtara bilməzlər!

16:117Страница 280

مَتَٰعٞ قَلِيلٞ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ١١٧

Недолго им пользоваться благами, ведь им уготованы мучительные страдания.

Dünyada ikən şəhvətlərinin qulu olduqları səbəbindən onlar üçün bu həyatda alçaq və az dünya malı vardır, Qiyamət günü isə on­la­rı ağ­rı­lı-acılı bir əzab göz­ləyir.

16:118Страница 280

وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ١١٨

А иудеям Мы запретили то, о чем Мы рассказали тебе раньше. Мы не были несправедливы к ним - они сами поступали несправедливо по отношению к себе.

Sənə, əl-Ənam surəsi: 146 cı ayədə xəbər verdiyimiz şey­lərin eynisini da­ha öncə xüsusilə yəhudilərə ha­ram etmişdik. Biz bunları haram etməklə onlara zülm et­mədik, lakin onlar qadağan olunan əməlləri edərək özləri öz­lə­­rinə zülm edirdilər. Biz də onların azğınlıqlarına görə cəzalandırdıq və onlara cəza olaraq bunları haram etdik.

16:119Страница 281

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٌ ١١٩

Воистину, твой Господь прощает и милует тех, кто совершил злодеяние по незнанию, но после этого раскаялся и исправил содеянное.

Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin, bilmədiklərindən dolayı, hətta qəsdən olsa da, günah iş gö­rən və günah iş gördükdən sonra Allaha tövbə edib, etdiyi pis əməllərini islah edənləri, əlbəttə ki, Rəb­bin onların tövbəsindən sonra güahlarını ba­ğış­layar və onlara rəhm edər!

16:120Страница 281

إِنَّ إِبۡرَٰهِيمَ كَانَ أُمَّةٗ قَانِتٗا لِّلَّهِ حَنِيفٗا وَلَمۡ يَكُ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٠

Воистину, Ибрахим (Авраам) был вождем, покорным Аллаху и ханифом. Он не был одним из многобожников.

Həqiqətən, İbrahim - aleyhissəlam - bütün yaxşı cəhətləri, gözəl xüsusiyyətləri özündə cəmləşdirən, davamlı olaraq Rəbbinə ibadət və itaət edən, bütün dinlərdən üz çevirib yalnız İslama yönələn və heç bir zaman müş­riklərdən olmayan bir kimsə idi.

16:121Страница 281

شَاكِرٗا لِّأَنۡعُمِهِۚ ٱجۡتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ١٢١

Он был благодарен Аллаху за благодеяния, и Он избрал его и повел прямым путем.

O, Allahın ona bəxş etdiyi nemətlərinə şü­kür edən idi. Uca Allah onu peyğəmbərlik üçün seç­di və onu haqq olan İslam dininə yönəlt­di.

16:122Страница 281

وَءَاتَيۡنَٰهُ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١٢٢

Мы даровали ему добро в мирской жизни, а в Последней жизни он будет в числе праведников.

Biz ona dünyada peyğəmbərlik, gözəl tərif və saleh övlad verdik. Əlbəttə, axirətdə də o, uca Allahın onlar üçün Cənnətdə yüksək dərəcələr hazırladığı əmə­lisaleh kimsələr­dən­dir!

16:123Страница 281

ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٣

Затем Мы внушили тебе: «Исповедуй религию Ибрахима (Авраама), ведь он был ханифом и не был из числа многобожников».

Ey Peyğəmbər! Bundan sonra Biz sənə, tək Allaha ibadət etməkdə, müşriklərdən uzaq olmaqda, Allaha dəvət etməkdə və Onun şəriətinə əməl edib, bütün dinlərdən üz çevirib yalnız İslam dininə yönəlməkdə İbrahimin dininə tabe olmağı vəhy etdik. O, müşriklərin iddia etdikləri kimi heç vaxt müşrik bir kimsə olmadı, əksinə, o, tək Allaha ibadət edən bir kimsə idi.

16:124Страница 281

إِنَّمَا جُعِلَ ٱلسَّبۡتُ عَلَى ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِۚ وَإِنَّ رَبَّكَ لَيَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٢٤

Воистину, суббота была предписана только тем, кто впал в разногласия по этому поводу. Воистину, твой Господь в День воскресения рассудит между ними в том, в чем они расходились во мнениях.

Şənbə günü təzim etmək ancaq o gü­nün barə­sində ixtilafa düşən­ yəhudilərə fərz edilmişdir. Belə ki, yəhudilər Allahın onlara cümə gününü ibadətlə keçirmək əmrinə laqeyid yanaşdıqdan sonra Allah onlara şənbə gününü ibadətlə keçirmlərini əmr etdi. Ey Peyğəmbər! şübhəsiz ki, Rəbbin Qiyamət günü, dünyada ikən ix­tilafa düş­dük­lə­ri şey barəsində onla­rın arasında hökm verəcək və hər bir kimsəyə layiq olduğu mukafatı verəcəkdir.

16:125Страница 281

ٱدۡعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلۡحِكۡمَةِ وَٱلۡمَوۡعِظَةِ ٱلۡحَسَنَةِۖ وَجَٰدِلۡهُم بِٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ١٢٥

Призывай на путь Господа мудростью и добрым увещеванием и веди спор с ними наилучшим образом. Воистину, твой Господь лучше знает тех, кто сошел с Его пути, и лучше знает тех, кто следует прямым путем.

Ey Peyğəmbər! Sən və sənə tabe olan möminlər, insanları İslam dininə dəvət edərkən dəvət edilən kimsənini başa düşmə tərzini, anlamasını, qəbul etməsini nəzərə alaraq, onları İslama təşviq edib, Allahın əzabından qorxudaraq və onlarla ən gözəl tərzdə mübahisə edərək Allahın dininə dəvət edin. Sənin vəzifən insanlara hidayət bəxş etmək deyil, sənin vəzifən yalnız insanlara təbliğ etməkdir. Şüb­həsiz ki, Rəb­bin İslam dinindən dönənləri də, İslam dininə meyil edənləri də yaxşı biləndir. Elə isə onların haqq yoldan azmalarına görə özünü üzüb həlak etmə!

16:126Страница 281

وَإِنۡ عَاقَبۡتُمۡ فَعَاقِبُواْ بِمِثۡلِ مَا عُوقِبۡتُم بِهِۦۖ وَلَئِن صَبَرۡتُمۡ لَهُوَ خَيۡرٞ لِّلصَّٰبِرِينَ ١٢٦

Если вы подвергните их наказанию, то наказывайте их так, как они наказывали вас. Но если вы проявите терпение, то так будет лучше для терпеливых.

Əgər düşməninizi cəzalan­dır­maq istəsə­niz, sizə nə cəza ve­rilibsə, siz də ona ey­nilə, cəzaya heç bir ziyadə etmədən, həmin cəzanı verin. Əgər cəza verməyə qadir olduğunuz bir halda, səbir edib, onu cəzalandırmaqdan vaz keçsəniz, bu, səbir edən kimsələr üçün sizə cəza verəni cəzalandırıb intiqam almaqdan daha xeyir­lidir.

16:127Страница 281

وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ١٢٧

Посему терпи, ибо твое терпение - только от Аллаха. Не скорби по ним и не печалься оттого, что они ухищряются.

Ey Peyğəmbər! Səbir et! Onlardan sənə isabət edən əziyətlərə səbirli ol, sənin, onların əziyyətlərinə səbir etməyin yalnız Allahın izni ilə mümkündür. Kafirlərin səndən üz çevirməsinə görə əsla üzülmə və onların sənə qarşı qurduqları hiy­lələr­dən ötrü də qəlbini sıxıb, kədərlənmə!

16:128Страница 281

إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَواْ وَّٱلَّذِينَ هُم مُّحۡسِنُونَ ١٢٨

Воистину, Аллах - с теми, кто богобоязнен и кто творит добро.

Həqiqətən də Uca Allah, günahları tərk edərək On­dan qor­xanlarla, itaət əməllər edərək yaxşı işlər gö­rən­lər­lə və Onun əmrlərini yerinə yetirənlərlə Öz yardımı və dəstəyi ilə birgədir.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English