Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Исра 17:68–111
17:68Страница 289
أَفَأَمِنتُمۡ أَن يَخۡسِفَ بِكُمۡ جَانِبَ ٱلۡبَرِّ أَوۡ يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗا ثُمَّ لَا تَجِدُواْ لَكُمۡ وَكِيلًا ٦٨
Неужели вы не опасаетесь того, что Он может заставить часть суши поглотить вас или низринуть на вас ураган с камнями? Ведь тогда вы не найдете себе попечителя и хранителя!
Ey Müşriklər! Yoxsa Allah sizi dənizdə batmaq təhlükəsindən xilas etdikdən sonra sizi quruda yerə batırmayacağına, yaxud da Lut qövmünə etdiyi kimi səmadan üstünüzə daş-kəsək yağdırmayacağına əminsiniz? Bundan sonra nə sizi bu fəlakətdən qoruyan tapılar, nə də ki, yardım edən bir yardımçı.
17:69Страница 289
أَمۡ أَمِنتُمۡ أَن يُعِيدَكُمۡ فِيهِ تَارَةً أُخۡرَىٰ فَيُرۡسِلَ عَلَيۡكُمۡ قَاصِفٗا مِّنَ ٱلرِّيحِ فَيُغۡرِقَكُم بِمَا كَفَرۡتُمۡ ثُمَّ لَا تَجِدُواْ لَكُمۡ عَلَيۡنَا بِهِۦ تَبِيعٗا ٦٩
Или же вы уверены в том, что Он не вернет вас в море еще раз, чтобы наслать на вас ураганный ветер и потопить вас за неверие? Ведь тогда никто не станет мстить Нам за вас!
Yoxsa Allahın sizi bir daha dənizə qaytarıb üstünüzə şiddətli külək göndərməyəcəyinə və sizi ilk dəfə fəlakətdən xilas etdikdən sonra Allahın nemətlərinə nankorluq etdiyinizə görə sizi dənizdə batırmayacağından əminsiniz? Sonra sizə yardım etmək üçün buna görə Bizdən intiqam almağı tələb edən bir nəfər belə tapa bilməzsiniz.
17:70Страница 289
۞ وَلَقَدۡ كَرَّمۡنَا بَنِيٓ ءَادَمَ وَحَمَلۡنَٰهُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَىٰ كَثِيرٖ مِّمَّنۡ خَلَقۡنَا تَفۡضِيلٗا ٧٠
Мы почтили сынов Адама и позволяем им передвигаться по суше и морю. Мы наделили их благами и даровали им явное превосходство над многими другими тварями.
Biz Adəm züriyyətinə ağıl neməti verərək, mələkləri atalarına səcdə etdirərək və s. bu kimi başqa üstünlüklərlə hörmətli etdik, onları quruda daşıyacaq heyvanları, minikləri və dənizdə də gəmiləri onlar üçün ram etdik, onlara pak yeyəcək, içəcək, qadınlarla nikah bağlamaq və başqa bu kimi nemətlər bəxş etdik. Allahın onlara bəxş etdiyi nemətlərə şükür etmələri üçün, Biz onları yaratdıqlarımızın çoxundan üstün etdik.
17:71Страница 289
يَوۡمَ نَدۡعُواْ كُلَّ أُنَاسِۭ بِإِمَٰمِهِمۡۖ فَمَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُوْلَٰٓئِكَ يَقۡرَءُونَ كِتَٰبَهُمۡ وَلَا يُظۡلَمُونَ فَتِيلٗا ٧١
В тот день Мы созовем всех людей вместе с их предводителями. Тогда те, кому книга будет вручена в правую руку, прочтут ее, и к ним не будет проявлено несправедливости даже величиной с финиковую плеву.
Ey Peyğəmbər! Hər bir insan toplumunu dünyada ardınca getdikləri başçıları ilə birlikdə çağıracağımız günü xatırla. Kimlərin əməl dəftəri sağ əlinə verilərsə, onlar kitablarını sevinclə oxuyacaq və savabları xurma çəyirdəyinin üzərində olan ip qədər azda olsa belə savablarını naqis edərək onlara zülm edilməyəcəkdir.
17:72Страница 289
وَمَن كَانَ فِي هَٰذِهِۦٓ أَعۡمَىٰ فَهُوَ فِي ٱلۡأٓخِرَةِ أَعۡمَىٰ وَأَضَلُّ سَبِيلٗا ٧٢
А кто слеп в этом мире, тот будет также слеп в Последней жизни и окажется еще более заблудшим.
Kimin qəlbi bu dünya həyatında haqqı qəbul edib, ona boyun əyməkdən kor olarsa, axirətdə isə o bundan daha şiddətli kor olacaq. Bu kimsə Cənnət yolunu tapmaz və haqq yolundan azmışdır. Çünki cəza əməlin növündəndir.
17:73Страница 289
وَإِن كَادُواْ لَيَفۡتِنُونَكَ عَنِ ٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ لِتَفۡتَرِيَ عَلَيۡنَا غَيۡرَهُۥۖ وَإِذٗا لَّٱتَّخَذُوكَ خَلِيلٗا ٧٣
Они чуть было не отклонили тебя от того, что Мы дали тебе в откровении, дабы ты выдумал про Нас нечто другое. Вот тогда ты стал бы их возлюбленным.
Ey Peyğəmbər! Müşriklər sənə vəhy etdiyimiz Qurandan başqa öz nəfslərinin istəklərinə uyan bir şeyi yalan yerə Bizə isnad etməyin üçün az qala səni döndərəcəkdilər. Əgər sən onların istəklərinə cavab vermiş olsaydın, bu zaman onlar səni özlərinə dost tutardılar.
17:74Страница 289
وَلَوۡلَآ أَن ثَبَّتۡنَٰكَ لَقَدۡ كِدتَّ تَرۡكَنُ إِلَيۡهِمۡ شَيۡـٔٗا قَلِيلًا ٧٤
Мы поддержали тебя, когда ты готов был уже немного склониться на их сторону.
Əgər Biz səni haqq üzərində sabit etməsəydik, onların hiylələrinin gücündən və sənin onların iman etmələrinə həris olman səbəbindən, onların səndən istədiklərinə hardasa, azca da olsa meyil edəcəkdin. Lakin Biz səni onlara meyil etməkdən qoruduq!
17:75Страница 289
إِذٗا لَّأَذَقۡنَٰكَ ضِعۡفَ ٱلۡحَيَوٰةِ وَضِعۡفَ ٱلۡمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيۡنَا نَصِيرٗا ٧٥
Тогда ты вкусил бы наказание вдвойне в этой жизни и вдвойне после смерти. И тогда никто не стал бы помогать тебе против Нас!
Əgər sən onların səndən istədiklərinə meyil etsəydin, bu zaman Biz səni dünya və axirət həyatında ikiqat əzaba düçar edərdik. Sonra sən, Bizə qarşı sənə yardım edən nə bir köməkçi, nə də səni əzabdan qoruyan bir kimsə tapa bilərdin.
17:76Страница 290
وَإِن كَادُواْ لَيَسۡتَفِزُّونَكَ مِنَ ٱلۡأَرۡضِ لِيُخۡرِجُوكَ مِنۡهَاۖ وَإِذٗا لَّا يَلۡبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلٗا ٧٦
Они чуть не изгнали тебя с земли, вытесняя тебя оттуда. Но ведь после твоего изгнания они сами оставались бы там лишь недолго.
Kafirlər, sənə qarşı olan ədavətləri üzündən az qala səni Məkkədən didərgin salacaqdılar. Lakin Rəbbinin hicrət etmə əmri gələnə qədər uca Allah onların səni Məkkədən qovub çıxarmalarına mane oldu. Əgər onları səni Məkkədən qovmuş olsaydılar, bu zaman özləri də orada ancaq az bir müddət qala bilərdilər.
17:77Страница 290
سُنَّةَ مَن قَدۡ أَرۡسَلۡنَا قَبۡلَكَ مِن رُّسُلِنَاۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحۡوِيلًا ٧٧
Так поступали с Нашими посланниками, отправленными до тебя. Ты не найдешь изменений в Наших установлениях.
Müşriklərin səni Məkkədən qovub çıxartdıqlarından sonra özlərinin də orada çox az bir müddət qala bilmələri, uca Allahın səndən öncə göndərilən və qövmləri tərəfindən öz diyarlarından çıxarılan elçilər barəsindəki dəyişməyən sünnəsidir. Yəni, hər hansı bir qövm onlara göndərilən elçilərə qarşı düçmənçilik edib, onları yaşadıqları diyarlarından qovub çıxarmışdılarsa, Allah da əzab göndərib onları məhv etmişdir. Ey Peyğəmbər! Sən Bizim sünnəmizdə heç bir dəyişiklik tapa bilməzsən. Əksinə, sən onu daima sabit və dəyişməz olaraq görərsən.
17:78Страница 290
أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمۡسِ إِلَىٰ غَسَقِ ٱلَّيۡلِ وَقُرۡءَانَ ٱلۡفَجۡرِۖ إِنَّ قُرۡءَانَ ٱلۡفَجۡرِ كَانَ مَشۡهُودٗا ٧٨
Совершай намаз с полудня до наступления ночного мрака и читай Коран на рассвете. Воистину, на рассвете Коран читают при свидетелях (ангелах).
Günəş səmanın ortasından batmağa meyl etdikdən bəri ta gecənin zülmətinə qədər namazı bəlli vaxtlarda kamil şəkildə qıl. Bu, zöhr, əsir, məğrib və işa namazlarına aiddir. Fəcr namazını da vaxında qıl və bu namazda qiraəti uzun et! Çünki fəcr namazında gecə və gündüz mələkləri iştirak edirlər.
17:79Страница 290
وَمِنَ ٱلَّيۡلِ فَتَهَجَّدۡ بِهِۦ نَافِلَةٗ لَّكَ عَسَىٰٓ أَن يَبۡعَثَكَ رَبُّكَ مَقَامٗا مَّحۡمُودٗا ٧٩
Бодрствуй часть ночи, читая Коран во время дополнительных намазов. Быть может, Господь твой возведет тебя на Достохвальное место.
Ey Peyğəmbər! Gecənin bir vaxtı qalx və Rəbbin səni daha da yüksək məqamlara qaldırmaq üçün gecə namazı qıl. Bəlkə buna görə Rəbbin səni Qiyamət günü bütün insanların qorxu, sıxıntı içində olduqları bir vaxt insanlara bir şəfaətçi olaraq diriltsin və səni əvvəlkilərin və sonrakıların tərifləyib bəyəndikləri böyük bir şəfaət məqamına nail etsin!
17:80Страница 290
وَقُل رَّبِّ أَدۡخِلۡنِي مُدۡخَلَ صِدۡقٖ وَأَخۡرِجۡنِي مُخۡرَجَ صِدۡقٖ وَٱجۡعَل لِّي مِن لَّدُنكَ سُلۡطَٰنٗا نَّصِيرٗا ٨٠
Скажи: «Господи! Пусть мое пришествие будет правдивым, и пусть мой уход будет правдивым! Даруй мне от Тебя знамение в помощь».
Ey Peyğəmbər! De: "Ey Rəbbim! Mənim bütün girəcəyim və çıxagağım yerlərin hamısını Sənin itaətin və razılığın üzərində olan yerlər et və mənə Öz tərəfindən düşmənlərinə qarşı mənə yardım edən açıq-aşkar bir dəlil ver!"
17:81Страница 290
وَقُلۡ جَآءَ ٱلۡحَقُّ وَزَهَقَ ٱلۡبَٰطِلُۚ إِنَّ ٱلۡبَٰطِلَ كَانَ زَهُوقٗا ٨١
Скажи: «Явилась истина, и сгинула ложь. Воистину, ложь обречена на погибель».
Ey Peyğəmbər! Bu müşriklərə belə de: "İslam gəldi, Allahın vəd etdiyi zəfər gerçəkləşdi, şirk və küfr yox olub getdi. Həqiqətən, batil məhv olub gedər və haqq qarşısında əsla sabit qala bilməz!"
17:82Страница 290
وَنُنَزِّلُ مِنَ ٱلۡقُرۡءَانِ مَا هُوَ شِفَآءٞ وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ وَلَا يَزِيدُ ٱلظَّٰلِمِينَ إِلَّا خَسَارٗا ٨٢
Мы ниспосылаем в Коране то, что является исцелением и милостью для верующих, а беззаконникам он не прибавляет ничего, кроме убытка.
Biz, qəlblərin cəhalətdən, küfrdən, şirkdən və bədənlərindəki xəstəlikdən qurtulsun deyə, Quranda möminlər üçün şəfa nazil edirik. Bu Quran ona əməl edən kimsələr üçün bir şəfadır. Bu Quran kafirlərin ancaq həlakını artırır. Çünki Quranı eşitmək onları qəzəbləndirər, onu yalan saymalarının və ondan üz çevirmələrini bir daha da artırar.
17:83Страница 290
وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسٗا ٨٣
Когда Мы даруем милость человеку, он отворачивается и удаляется в гордыне. Если же его касается беда, то он приходит в отчаяние.
Biz insana sağlamlıq və var-dövlət kimi nemətlər bəxş etdikdə bu zaman o təkəbbürlük edərək Allaha itaət və şükür etməkdən üz çevirib haqdan uzaqlaşar. Onun başına xəstəlik və yoxsulluq kimi bir müsibət gəldikdə isə ruhdan düşər və Allahın rəhmətindən ümüdünü üzər.
17:84Страница 290
قُلۡ كُلّٞ يَعۡمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمۡ أَعۡلَمُ بِمَنۡ هُوَ أَهۡدَىٰ سَبِيلٗا ٨٤
Скажи: «Каждый человек избирает свой путь, а вашему Господу лучше знать, кто следует более прямым путем».
Ey Peyğəmbər! De: "Hər bir insan özünün hidayət və azğınlığdakı halına uyğun əməl etsin. Rəbbiniz isə kimin haqq yolda olduğunu daha yaxşı bilir!"
17:85Страница 290
وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلرُّوحِۖ قُلِ ٱلرُّوحُ مِنۡ أَمۡرِ رَبِّي وَمَآ أُوتِيتُم مِّنَ ٱلۡعِلۡمِ إِلَّا قَلِيلٗا ٨٥
Они станут спрашивать тебя о духе (душе или Джибриле). Скажи: «Дух - от повеления моего Господа, а вам дано знать об этом очень мало».
Ey Peyğəmbər! Kitab əhlindən olan kafirlər səndən ruhun məğzi barədə soruşurlar. Onlara de: "Ruhun məğzini Allahdan başqa kimsə bilməz. Siz və sizdən başqa bütün yaradılmışlara, pak və müqəddəs olan Allahın elmi müqabilində yalnız az bir elm verilmişdir!"
17:86Страница 290
وَلَئِن شِئۡنَا لَنَذۡهَبَنَّ بِٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيۡنَا وَكِيلًا ٨٦
Если бы Мы захотели, то лишили бы тебя того, что дали тебе в откровении. И никто не защитил бы тебя от Нас,
Ey Peyğəmbər! Allaha and olsun ki, sənə nazil etdiyimiz vəhyi kökslərdən və ya yazılı olan kitablardan silib yox etmək istəsəydik, silib yox edərdik. Sonra bundan dolayı sənə yardımçı olacaq və onu təkrarən geri döndərəcək birini də tapa bilməzdin.
17:87Страница 291
إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّ فَضۡلَهُۥ كَانَ عَلَيۡكَ كَبِيرٗا ٨٧
не будь милости твоего Господа. Воистину, Его милость к тебе велика!
Ancaq Rəbbinin mərhəməti sayəsində sənə nazil etdiyi Quranı çəkib almadı. Lakin Biz onu Öz tərəfimizdən qorunmuş olaraq buraxdıq. Doğrudan da, Rəbbinin sənə olan lütfü böyükdür. Çünki O, səni insanlara elçi göndərdi, səni peyğəmbərlərin sonuncusu etdi və sənə Quranı verdi!
17:88Страница 291
قُل لَّئِنِ ٱجۡتَمَعَتِ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَىٰٓ أَن يَأۡتُواْ بِمِثۡلِ هَٰذَا ٱلۡقُرۡءَانِ لَا يَأۡتُونَ بِمِثۡلِهِۦ وَلَوۡ كَانَ بَعۡضُهُمۡ لِبَعۡضٖ ظَهِيرٗا ٨٨
Скажи: «Если бы люди и джинны объединились для того, чтобы сочинить нечто, подобное этому Корану, это не удалось бы им, даже если бы они стали помогать друг другу».
Ey Peyğəmbər! Onlara belə de: "Əgər bütün insanlar və cinlər sənə nazil edilən Quranın bəlağəti, gözəl düzümü və fəsahətli olması baxımından ona bənzərini gətirmək üçün bir yerə toplaşsalar və bu işə bir-birinə yardım etsələr belə heç vaxt ona bənzərini gətirə bilməzlər"
17:89Страница 291
وَلَقَدۡ صَرَّفۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ٨٩
Мы разъяснили людям в этом Коране всякие притчи, но большинство людей отвергает все, кроме неверия.
Biz bu Quranda insanların iman etmələri üçün hər şeyi bəyan etdik, onların ibrət almalarını ümid edərək Quranda nəsihətləri, öyüdləri, əmr və qadağaları müxtəlif cür məsəllər çəkməklə onlara müfəssəl bir şəkildə izah etdik. Lakin yenə də insanların çoxu bu Quranı inkar edərək, ondan üz çevirib iman etmədilər.
17:90Страница 291
وَقَالُواْ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ تَفۡجُرَ لَنَا مِنَ ٱلۡأَرۡضِ يَنۢبُوعًا ٩٠
Они говорят: «Ни за что мы не уверуем, пока ты не исторгнешь для нас из земли источник;
Müşriklər dedilər: "Bizə Məkkədə suyu heç vaxt qurumayan və yer üzərində çay kimi axıb gedən bir bulaq çıxarmayınca sənə əsla iman gətirməyəcəyik!"
17:91Страница 291
أَوۡ تَكُونَ لَكَ جَنَّةٞ مِّن نَّخِيلٖ وَعِنَبٖ فَتُفَجِّرَ ٱلۡأَنۡهَٰرَ خِلَٰلَهَا تَفۡجِيرًا ٩١
или пока не будет у тебя пальмовой рощи и виноградника, в которых ты проложишь реки;
Yaxud bol-bol xurma və üzüm ağacları olan bostanın olmayınca və bu bostanda ağacların ortasından şırıl-şırıl çaylar axmadıqca,
17:92Страница 291
أَوۡ تُسۡقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمۡتَ عَلَيۡنَا كِسَفًا أَوۡ تَأۡتِيَ بِٱللَّهِ وَٱلۡمَلَٰٓئِكَةِ قَبِيلًا ٩٢
или пока не обрушишь на нас небо кусками, как ты это утверждаешь; или не предстанешь перед нами вместе с Аллахом и ангелами;
yaxud, dediyin kimi, göyü parça-parça əzab olaraq üstümüzə yağdırmayınca; və ya iddia etdiyinin gerçək olduğuna açıq-aşkar şahidlik etmələri üçün Allahı və mələkləri gətirməyincə;
17:93Страница 291
أَوۡ يَكُونَ لَكَ بَيۡتٞ مِّن زُخۡرُفٍ أَوۡ تَرۡقَىٰ فِي ٱلسَّمَآءِ وَلَن نُّؤۡمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيۡنَا كِتَٰبٗا نَّقۡرَؤُهُۥۗ قُلۡ سُبۡحَانَ رَبِّي هَلۡ كُنتُ إِلَّا بَشَرٗا رَّسُولٗا ٩٣
или пока у тебя не будет дома из драгоценностей; или пока ты не взойдешь на небо. Но мы не поверим в твое восхождение, пока ты не спустишься с Писанием, которое мы станем читать». Скажи: «Пречист мой Господь! Я же - всего лишь человек и посланник».
Yaxud qızıldan və ya daş-qaşdan bir evin olmayınca; yaxud da göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər göyə qalxmış olsan, Allah tərəfindən göndərilən bir elçi olduğuna dair bizim oxuya biləcəyimiz yazılı bir kitab gətirmədikcə biz sənə əsla inanmayacağıq. Ey Peyğəmbər! Onlara de: "Rəbbim pak və müqəddəsdir! Mən sadəcə diğər elçilər kimi göndərilmiş bir elçiyəm. Mən dediklərinizi yerinə yetirməyə qadir deyildir. Axı mən sizin məndən tələb etdiyiniz şeyləri necə gətirə bilərəm?!"
17:94Страница 291
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا ٩٤
Людям помешало уверовать после того, как к ним явилось верное руководство, только то, что они сказали: «Неужели Аллах отправил посланником человека?».
Kafirlərə, Allaha və Onun elçisinə iman etmələrinə və Peyğəmbərin (səllallahu aleyhi vəə səlləm) gətirdiyinə əməl etməyə mane olan sadəcə olaraq onlara göndərilən elçinin özləri kimi bir bəşərdən olması idi. Onlar buna inkar edərək: "Allah bizə elçi olaraq bəşərdən olan bir insanmı göndərdi?!" – dedilər.
17:95Страница 291
قُل لَّوۡ كَانَ فِي ٱلۡأَرۡضِ مَلَٰٓئِكَةٞ يَمۡشُونَ مُطۡمَئِنِّينَ لَنَزَّلۡنَا عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكٗا رَّسُولٗا ٩٥
Скажи: «Если бы по земле спокойно ходили ангелы, то Мы отправили бы к ним посланником с неба ангела».
Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Əgər yer üzündə yaşayanlar və orada sizin kimi arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, Biz onlara öz cinslərindən olan bir mələk elçi göndərərdik. Çünki bu zaman yalnız mələk onlara göndərilən şeyi anlada bilərdi. Əgər yer üzündə mələklər olsaydı, onlara bəşərdən olan bir elçi göndərməyimiz də hikmətdən olmazdı. Sizində halınız belədir!"
17:96Страница 291
قُلۡ كَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ٩٦
Скажи: «Довольно того, что Аллах является Свидетелем между мною и вами. Воистину, Он знает и видит Своих рабов».
Ey Peyğəmbər! Onlara de: "Mənim sizə yalnız Allahın buyurduğu hökmləri təbliğ etdiyimə və sizə elçi olaraq göndərildiyimin doğruluğuna dair, mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, Allah, qullarının halından xəbərdardır, onların gizlində və aşkarda nələr etdikləri Ona gizli qalmaz. Allah onların qəlblərində bütün gizli qalan şeyləri görən və biləndir!".
17:97Страница 292
وَمَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُمۡ أَوۡلِيَآءَ مِن دُونِهِۦۖ وَنَحۡشُرُهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمۡ عُمۡيٗا وَبُكۡمٗا وَصُمّٗاۖ مَّأۡوَىٰهُمۡ جَهَنَّمُۖ كُلَّمَا خَبَتۡ زِدۡنَٰهُمۡ سَعِيرٗا ٩٧
Тот, кого Аллах ведет прямым путем, следует прямым путем. А для того, кого Аллах вводит в заблуждение, ты не найдешь покровителей вместо Него. В День воскресения Мы соберем их лежащими ничком, слепыми, немыми, глухими. Их пристанищем будет Геенна. Как только она утихает, Мы добавляем им пламени.
Allah kimi hidayət yoluna yönəldirsə, o, haqq yoluna yönəlmiş olar. Ey Peyğəmbər! Allah kimi rəzil edib, hidayət yolundan azdırırsa, onları haqqa yönəldən, şəri onlardan uzaqlaşdıran və onlara xeyir gətirən bir dost tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə sürünərək məhşərə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. Cəhənnəmin atəşi azaldıqca onlar üçün atəşi daha da artıracağıq!
17:98Страница 292
ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمۡ كَفَرُواْ بِـَٔايَٰتِنَا وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدًا ٩٨
Таково возмездие им за то, что они не уверовали в Наши знамения и говорили: «Неужели после того, как мы превратимся в прах и частички, мы будем воскрешены в новом творении?».
Bu, onların elçilərimizə nazil etdilən ayələrimizi inkar etdiklərinə və öldüklən sonra yenidən dirilməyi mümkün olduğuna inanmayaraq: "Məgər biz öldükdən, sümüklərimiz çürüyüb, ovulub torpağa qarışdıqdan sonra yeni bir məxluq olaraq dirildiləcəyik?" – dediklərinə görə onlara veriləcək cəzalarıdır.
17:99Страница 292
۞ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۡ وَجَعَلَ لَهُمۡ أَجَلٗا لَّا رَيۡبَ فِيهِ فَأَبَى ٱلظَّٰلِمُونَ إِلَّا كُفُورٗا ٩٩
Неужели они не видят, что Аллах, сотворивший небеса и землю, способен создать подобных им? Он установил для них срок, в котором нет сомнения, но беззаконники отвергают все, кроме неверия.
Öldükdən sonra yenidən dirilməyi inkar edən kimsələr belə bir əzəmətli göyləri və yeri yaradan Allahın, onların bənzərini yenidən yaratmağa qadir olduğunu bilmirlərmi?! Əzəmətli bir yarlığı yaratmağa qadir olan Allah, əlbətdə ki, ondan daha kiçik olanı yaratmağa qadirdir. Uca Allah onlar üçün dünya həyatında əcəllərinin sona çatacağı müəyyən bir vaxt təyin etdiyi kimi, öldükdən sonra yenidən diriləcəkləri gün üçün də müəyyən bir vaxt təyin etmişdir. Öldükdən sonra dirilməyi isbat edən dəlillərin açıq-aydın olmasına rəğmən, müşriklər yenə də öldükdən sonra yenidən dirilməyi inkar etməkdə davam edirlər.
17:100Страница 292
قُل لَّوۡ أَنتُمۡ تَمۡلِكُونَ خَزَآئِنَ رَحۡمَةِ رَبِّيٓ إِذٗا لَّأَمۡسَكۡتُمۡ خَشۡيَةَ ٱلۡإِنفَاقِۚ وَكَانَ ٱلۡإِنسَٰنُ قَتُورٗا ١٠٠
Скажи: «Если бы вы владели сокровищницами милости моего Господа, то все равно скупились бы из страха обеднеть, ибо человек скуп».
Ey Peyğəmbər! Müşriklərə de: "Əgər siz Rəbbimin tükməz, bitməz və əksilməz rəhmət xəzinələrinə sahib olsaydınız, onun xərclənib tükənməsindən sonra sizə yoxulluq üz verməsindən qorxaraq, xəsislik edib onu xərcləməzdiniz. Mömin kimsə istisna olmaqla, insan təbiəti xəsisdir. Amma mömin isə Allahın savabına ümid edərək malını gecə-gündüz Allah yolunda xərcləyər!"
17:101Страница 292
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ تِسۡعَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ فَسۡـَٔلۡ بَنِيٓ إِسۡرَٰٓءِيلَ إِذۡ جَآءَهُمۡ فَقَالَ لَهُۥ فِرۡعَوۡنُ إِنِّي لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسۡحُورٗا ١٠١
Мы даровали Мусе (Моисею) девять ясных знамений. Спроси сынов Исраила (Израиля) о том, как Муса (Моисей) пришел к ним, и Фараон сказал ему: «О Муса (Моисей)! Воистину, я полагаю, что ты околдован».
Biz Musaya onun peyğəmbərliyini isbat edən doqquz açıq-aşkar möcüzə verdik. Bu möcüzələr: əsa, Musanın əlinin bəmbəyaz görünməsi, qıtlıq, məhsul azlığı, tufan, çəyirtkə, əkin həşəratları, qurbağa və qandır. Ey Peyğəmbər! Yəhudilərdən soruş! Çünki Musa onların ata-babalarına bu möcüzələrlə gəldikdə, Firon ona: "Ey Musa! Sən bizə qəribə şeylər gətirdiyin görə, Mən sənin sehirlənmiş bir insan olduğunu zənn edirəm!" – demişdi.
17:102Страница 292
قَالَ لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا ١٠٢
Муса (Моисей) сказал: «Ты уже знаешь, что не кто иной, а только Господь небес и земли ниспослал их в качестве наглядных знамений. О Фараон! Я полагаю, что тебя постигнет погибель».
Musa Firona belə cavab verdi: "Ey Firon! Sən möcüzələrin uca Allahın qüdrətinə və Rəsulunun doğruluğuna dəlil olaraq yalnız göylərin və yerin Rəbbi olan Allah tərəfindən endirdiyini bilirsən. Lakin sən bilərəkdən bunları rədd edib yalan saydın. Mən də, ey Firon, sənin məhv olacağını yəqin bilirəm!"
17:103Страница 292
فَأَرَادَ أَن يَسۡتَفِزَّهُم مِّنَ ٱلۡأَرۡضِ فَأَغۡرَقۡنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعٗا ١٠٣
Фараону хотелось вытеснить их с земли, но Мы потопили его и всех, кто был с ним.
Firon Musanı - aleyhissəlam - və onun qövmünü Misirdən çıxartmaqla cəzalandırmaq istədi. Biz də Fironu və onunla birlikdə olan əsgərlərinin hamısını dənizdə boğaraq həlak etdik.
17:104Страница 292
وَقُلۡنَا مِنۢ بَعۡدِهِۦ لِبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱسۡكُنُواْ ٱلۡأَرۡضَ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ جِئۡنَا بِكُمۡ لَفِيفٗا ١٠٤
После этого Мы сказали сынам Исраила (Израиля): «Живите на этой земле. А когда исполнится последнее обещание, Мы соберем вас всех вместе».
Biz Firon və onun əsgərlərini suda qərq etdikdən sonra İsrail oğullarına: "Siz Şam torpaqlarında yaşayın! Qiyamət günü gəlib yetişdiyi zaman sizin hamınızı haqq-hesab üçün məhşərə gətirəcəyik!" – dedik.
17:105Страница 293
وَبِٱلۡحَقِّ أَنزَلۡنَٰهُ وَبِٱلۡحَقِّ نَزَلَۗ وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا ١٠٥
Мы ниспослали его (Коран) с истиной, и он сошел с истиной, а тебя Мы послали только добрым вестником и предостерегающим увещевателем.
Biz Quranı Muhəmmədə (sallallahu aleyhi və səlləm) haqq olaraq nazil etdik, o da dəyişdirilmədən və təhrif edilmədən nazil oldu. Ey Peyğəmbər! Səni də ancaq təqva əhlinə Cənnətlə müjdə verən, küfür əhlini və günahkarları də cəhənnəm əzabı ilə qorxudan bir elçi kimi göndərdik.
17:106Страница 293
وَقُرۡءَانٗا فَرَقۡنَٰهُ لِتَقۡرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكۡثٖ وَنَزَّلۡنَٰهُ تَنزِيلٗا ١٠٦
Мы разделили Коран для того, чтобы ты читал его людям не спеша. Мы ниспослали его частями.
Biz Quranı, insanlara yavaş-yavaş, aramla oxuyasan deyə onu bölümlər halında, qisimlərə ayıraraq nazil etdik. Çünki Quranın belə nazil edilməsi onu başa düşüb, dərk edilməsi üçün daha uyğundur. Biz onu müəyyən olaylarda və zamanlara hissələrə ayırıb tədriclə nazil etdik.
17:107Страница 293
قُلۡ ءَامِنُواْ بِهِۦٓ أَوۡ لَا تُؤۡمِنُوٓاْۚ إِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مِن قَبۡلِهِۦٓ إِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ يَخِرُّونَۤ لِلۡأَذۡقَانِۤ سُجَّدٗاۤ ١٠٧
Скажи: «Веруйте в него (Коран) или не веруйте! Воистину, когда его читают тем, кому прежде было даровано знание, они падают ниц, касаясь земли своими подбородками.
Ey Peyğəmbər! De ki: "İstər Qurana inanın, istərsə də inanmayın. Onsuz da sizin Qurana iman etməniz ona heç bir şey artırmaz, onu inkar etməniz də ondan heç bir şeyi əksildib, azaltmaz. Həqiqətən də, Qurandan əvvəl nazil edilən səmavi kitabları oxuyanlar vəhyin və peyğəmbərliyin nə olduğunu yaxşı bilirlər. Onlara Quran ayələr oxunduğu zaman onlar Allaha şükür etmək üçün dərhal üzüstə səcdəyə qapanarlar".
17:108Страница 293
وَيَقُولُونَ سُبۡحَٰنَ رَبِّنَآ إِن كَانَ وَعۡدُ رَبِّنَا لَمَفۡعُولٗا ١٠٨
Они говорят: «Хвала нашему Господу! Воистину, обещание нашего Господа непременно исполнится».
Onlar səcdədə ikən: "Rəbbimiz vədinə müxalif olmaqdan pak və ucadır! Onun Muhəmmədi (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərmə vədi haqqdır. Rəbbimizin bu və bundan başqa verdiyi vədlər mütləq yerinə yetəcəkdir!" – deyərlər.
17:109Страница 293
وَيَخِرُّونَ لِلۡأَذۡقَانِ يَبۡكُونَ وَيَزِيدُهُمۡ خُشُوعٗا۩ ١٠٩
Они падают ниц, касаясь земли подбородками и рыдая. И это приумножает их смирение».
Onlar Allah qorxusundan ağlayaraq üzüqoylu yerə qapanıb Allah üçün səcdə edərlər. Quranı dinləmələri və onun ayələrinin mənaları barədə düşünmələri onların Allaha itaətini və Ondan qorxmalarını bir daha da artırar.
17:110Страница 293
قُلِ ٱدۡعُواْ ٱللَّهَ أَوِ ٱدۡعُواْ ٱلرَّحۡمَٰنَۖ أَيّٗا مَّا تَدۡعُواْ فَلَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ وَلَا تَجۡهَرۡ بِصَلَاتِكَ وَلَا تُخَافِتۡ بِهَا وَٱبۡتَغِ بَيۡنَ ذَٰلِكَ سَبِيلٗا ١١٠
Скажи: «Призывайте Аллаха или призывайте Милостивого! Как бы вы ни призывали Его, у Него - самые прекрасные имена». Не совершай свой намаз громко и не совершай его шепотом, а выбери среднее между этим.
Ey Peyğəmbər! Sənin "Ya Allah, Ya Rəhman!" deyərək dua etməni inkar edənlərə belə de: "Allah da, Rəhman da bütün nöqsanlardan uzaq olan Allahın iki adıdır. Siz istər bu iki adla, istərsə də Allahın bundan başqa olan adları ilə Ona dua edə bilərsiz. Uca Allahın gözəl adları vardır. Bu iki adda həmin adlardandır. Uca Allaha bu iki adla və ya bundan başqa olan gözəl adlarla dua edin. Müşriklər səni eşitməsin deyə namazda səsini çox yüksəyə qaldırma. Möminlər də səni eşitməyəcəyi qədər səsini aşağı salma. Bu ikisinin arasında orta bir yol tut!
17:111Страница 293
وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَلَمۡ يَكُن لَّهُۥ وَلِيّٞ مِّنَ ٱلذُّلِّۖ وَكَبِّرۡهُ تَكۡبِيرَۢا ١١١
Скажи: «Хвала Аллаху, Который не взял Себе сына, Который ни с кем не делит власть, Которому не нужен защитник от унижения». И возвеличивай Его величаво!
Ey Peyğəmbər! De: "Bütün həmd-sənalar və tərifləf Özünə heç bir övlad götürməyən, heç bir şəriki olmayan uca Allaha aiddir. Onun mülkündə heç bir şəriki, ortağı yoxdur. Ona əsla acizlik və ya zəyiflik toxunmaz. Uca Allahın Özünə kömək edəcək heç bir dosta və ya yardımçıya da ehtiyacı yoxdur. Elə isə sən daima Onu tərifləyərək Onun şənini uca tut və mülkündə Ona övlad, şərik və hər hansı bir yardımçı nisbət etmə!"
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии