Аль-Мухтасар · Тафсир · на азербайджанском
الإسراء
Аль-Исра
Ночной перенос · Мекканская · 111 аятов
17:1Страница 282
سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ١
Пречист Тот, Кто перенес ночью Своего раба, чтобы показать ему некоторые из Наших знамений, из Заповедной мечети в мечеть аль-Акса, окрестностям которой Мы даровали благословение. Воистину, Он - Слышащий, Видящий.
Uca Allah, Özündən başqa heç kimsənin gücü yetmədiyi şeylərə gücü yetdiyindən dolayı bütün eyib və nöqsanlardan pak və ucadır. Qadir olduğumuz ayələrimizin bəzisini göstərmək üçün Öz qulu Muhammədi (sallallahu aleyhi və səlləm) gecənin bir vaxtında ruhi və cəsədi ilə yuxuda deyil, əksinə o, ayığ ikən Məscidulharamdan ətrafına meyvələr, əkinlər və Peyğəmbərlərin - səllallahu aleyhi və səlləm - orada yerləşməsi ilə xeyir - bərəkət verdiyimiz Məsciduləqsaya aparan yalnız pak olan Allahdır. Həqiqətən, Allah hər şeyi eşidəndir, Ona heç bir şey gizli qalmaz və hər şeyi görəndir və heç bir şey Onun gözündən qaçmaz!
17:2Страница 282
وَءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُواْ مِن دُونِي وَكِيلٗا ٢
Мы даровали Мусе (Моисею) Писание и сделали его верным руководством для сынов Исраила (Израиля): «Не берите в покровители никого, кроме Меня!
Biz Musaya - aleyhissəlam - Tövrat verdik və onu İsrail oğullarına doğru yol göstəricisi etdik. Biz İsrail oğullarına belə dedik: "İşlərinizi başqasına həvalə edərək Məndən qeyrisini özünüzə himayədar qəbul etməyin, əksinə, bütün işlərinizi Mənə həvalə edin!"
17:3Страница 282
ذُرِّيَّةَ مَنۡ حَمَلۡنَا مَعَ نُوحٍۚ إِنَّهُۥ كَانَ عَبۡدٗا شَكُورٗا ٣
О потомки тех, кого Мы перенесли вместе с Нухом (Ноем)! Воистину, он был благодарным рабом».
Siz, Allahın Nuh - aleyhissəlam - ilə birlikdə tufanda boğulmaqdan xilas etdiyi kimsələrin nəslindənsiniz. Bu neməti əsla yaddan çıxarmayın. Elə isə tək Allaha ibadət və itaət edərək, Ona şükür edin və bu işdə Nuha tabe olun, çünki o, Uca Allaha çoxlu şükür edərdi!
17:4Страница 282
وَقَضَيۡنَآ إِلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ فِي ٱلۡكِتَٰبِ لَتُفۡسِدُنَّ فِي ٱلۡأَرۡضِ مَرَّتَيۡنِ وَلَتَعۡلُنَّ عُلُوّٗا كَبِيرٗا ٤
Мы предопределили сынам Исраила (Израиля) в Писании: «Вы дважды будете бесчинствовать на земле и будете чрезмерно высокомерными».
Biz Tövratda İsrail oğullarına: "Siz günahlar və insanlara qarşı təkəbbürlük etməklə yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və insanlara zülm edib, həddinizi aşaraq, insanlar üzərində lovğalıq edəcəksiniz!" – deyə xəbər verdik.
17:5Страница 282
فَإِذَا جَآءَ وَعۡدُ أُولَىٰهُمَا بَعَثۡنَا عَلَيۡكُمۡ عِبَادٗا لَّنَآ أُوْلِي بَأۡسٖ شَدِيدٖ فَجَاسُواْ خِلَٰلَ ٱلدِّيَارِۚ وَكَانَ وَعۡدٗا مَّفۡعُولٗا ٥
Когда настала пора первого из двух бесчинств, Мы наслали на вас Наших могущественных рабов, которые прошлись по землям. Так обещание было исполнено.
Onlar iki fəsaddan birincisini etdikləri zaman üstlərinə onları öldürən və yurdlarından didərgin salan çox qüvvətli qullarımızı göndərdik. Onlar da yurdunuzda gəzib dolaşıb və əllərinə keçən hər bir şeyi viran qoyurdular. Bu, Allahın yerinə yetirəcəyi və gercəkləşəcək bir vəd idi.
17:6Страница 282
ثُمَّ رَدَدۡنَا لَكُمُ ٱلۡكَرَّةَ عَلَيۡهِمۡ وَأَمۡدَدۡنَٰكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَجَعَلۡنَٰكُمۡ أَكۡثَرَ نَفِيرًا ٦
Затем Мы вновь даровали вам победу над ними. Мы поддержали вас богатством и сыновьями и сделали вас более многочисленными.
Ey İsrail oğulları! Siz etdiyiniz günahlardan Allaha tövbə etdikdən sonra, Allah sizə düşmənləriniz üzərində qələbə nəsib edərək dövlətinizi onlardan geri alıb yenidən sizə verdi və onların əlinizdən aldıqları var-dövlətinizi və oğul-uşaqlarınızı sizə qaytarmaqla sizə yardım etdi, beləliklə də, sayınızı düşməninizin sayından daha çox etdi.
17:7Страница 282
إِنۡ أَحۡسَنتُمۡ أَحۡسَنتُمۡ لِأَنفُسِكُمۡۖ وَإِنۡ أَسَأۡتُمۡ فَلَهَاۚ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ لِيَسُـُٔواْ وُجُوهَكُمۡ وَلِيَدۡخُلُواْ ٱلۡمَسۡجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٖ وَلِيُتَبِّرُواْ مَا عَلَوۡاْ تَتۡبِيرًا ٧
Мы сказали: «Если вы творите добро, то поступаете во благо себе. А если вы вершите зло, то поступаете во вред себе». Когда же наступил срок последнего обещания, Мы позволили вашим врагам опечалить ваши лица, войти в Иерусалимскую мечеть подобно тому, как они вошли туда в первый раз, и до основания разрушить все, что попадало им в руки.
Ey İsrail oğulları! Əgər sizdən tələb olunan şəkildə yaxşı əməl etsəniz, bunun savabı yalnız sizə qayıdar. Allahın sizin əməllərinizə heç bir ehtiyacı yoxdur. Əgər pis əməllər etmiş olsanız bununda zərəri yalnız öz əleyhinizə dönər. Yaxşı əməllərinizin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinizin də Allaha heç bir zərəri olmaz. İkinci fəsadınızın zamanı gəldikdə sizi zəlil halala salsınlar, sizə müxtəlif növ əzab verməklə üzünüzü qaraltsınlar, birinci dəfə Qüdsdəki məscidə girib oranı darmadağın etdikləri kimi yenidən oranı darmadağın etsinlər və məmləkətinizdə əllərinə keçən hər bir şeyi viran halına salmaları deyə düşmənlərinizi yenidən üstünüzə göndərdik.
17:8Страница 283
عَسَىٰ رَبُّكُمۡ أَن يَرۡحَمَكُمۡۚ وَإِنۡ عُدتُّمۡ عُدۡنَاۚ وَجَعَلۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ حَصِيرًا ٨
Быть может, ваш Господь помилует вас. Но если вы вернетесь к бесчинству, то Мы также вернемся к наказанию. Мы сделали Геенну местом заточения для неверующих.
Ey İsrail oğulları! Siz bu şiddətli intiqamdan sonra tövbə edib, yaxşı əməllər etsəniz, ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər təkrarən üçünci dəfə və ya bundan daha çox fəsad törətməyə qayıtsanız, Biz də təkrarən sizdən intiqam almağa və sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün heç vaxt çıxa bilməyəcəkləri və orada əbədi olaraq qalacaqları bir yer etdik.
17:9Страница 283
إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَهۡدِي لِلَّتِي هِيَ أَقۡوَمُ وَيُبَشِّرُ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرٗا كَبِيرٗا ٩
Воистину, этот Коран указывает на самый правильный путь и возвещает верующим, которые совершают праведные деяния, благую весть о том, что им уготована великая награда.
Həqiqətən, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran insanları ən doğru yola, İslam yoluna yönəldir və Allaha iman edərək yaxşı işlər görən möminlərə, Allah yanında onlar üçün onları sevindirəcək böyük bir mükafatın olacağı ilə müjdə verir.
17:10Страница 283
وَأَنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا ١٠
А тем, которые не веруют в Последнюю жизнь, Мы приготовили мучительные страдания.
Bu Quran, Qiyamət gününə iman gətirməyənləri üzüb, kədərli edən, Qiyamət günü onlar üçün ağrılı-acılı bir əzabın hazırlandığını xəbər verər!
17:11Страница 283
وَيَدۡعُ ٱلۡإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلۡخَيۡرِۖ وَكَانَ ٱلۡإِنسَٰنُ عَجُولٗا ١١
Человек молит о зле подобно тому, как он молит о добре. Воистину, человек тороплив.
İnsan xeyirli bir şeyi istəyərək dua etdiyi kimi, cahilliyindən dolayı qəzəbləndikdə, özünə, övladına və mal-dövlətinə müsibət gəlməsi üçün bəd dua edər. Əgər Biz həmin şəxsin bəd duasını qəbul etsək, dərhal onun özü, övladı və mal-dövləti məhv olar. İnsan tələskən xasiyyətli yaradıldığı kimi, özünə zərər verən şeylərdə də tələsəndir.
17:12Страница 283
وَجَعَلۡنَا ٱلَّيۡلَ وَٱلنَّهَارَ ءَايَتَيۡنِۖ فَمَحَوۡنَآ ءَايَةَ ٱلَّيۡلِ وَجَعَلۡنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبۡصِرَةٗ لِّتَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡ وَلِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ وَكُلَّ شَيۡءٖ فَصَّلۡنَٰهُ تَفۡصِيلٗا ١٢
Мы сделали ночь и день двумя знамениями. Мы погрузили во мрак знамение ночи, а знамение дня сделали светящимся, чтобы вы стремились к милости вашего Господа, могли вести летоисчисление и знали счет. Всякой вещи Мы дали исчерпывающее разъяснение.
Gecə və gündüz arasında uzunluq, qısalıq, istilik və soyuqluq baxımından fərqlər olduğu üçün, Biz gecə və gündüzü Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən iki əlamət olaraq yaratdıq. Gecəni yatıb istirahət etməniz üçün zülmət qaranlıq etdik. İnsanların görməsi və yer üzündə gəzib dolaşaraq ruzi qazanmaları üçün gündüzü də işıqlı, nurlu etdik. Siz illərin, ayların, günlərin və saatların sayını və hesabı biləsiniz deyə, gecə və gündüzü bir-birini təqib edən bir şəkildə yaratdıq. Əşyaların bir-birindən və həmçinin haqqı batildən ayırd edilməsi üçün Biz hər bir şeyi açıq-aydın təfsilatı ilə izah etdik.
17:13Страница 283
وَكُلَّ إِنسَٰنٍ أَلۡزَمۡنَٰهُ طَٰٓئِرَهُۥ فِي عُنُقِهِۦۖ وَنُخۡرِجُ لَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ كِتَٰبٗا يَلۡقَىٰهُ مَنشُورًا ١٣
Каждому человеку Мы повесили на шею его деяния (сделали их неразлучными с ним). А в День воскресения Мы представим ему книгу, которую он увидит развернутой.
Biz hər bir insanın etdiyi əməlini boyunbağı kimi onun boynundan asar və əmələrinə görə haqq-hesab olunana qədər ondan ayrılmaz. Qiyamət günü isə içərisində etdiyi bütün xeyir və şər əməllər olan kitabını açıq vəziyyətdə qarşısına qoyular.
17:14Страница 283
ٱقۡرَأۡ كِتَٰبَكَ كَفَىٰ بِنَفۡسِكَ ٱلۡيَوۡمَ عَلَيۡكَ حَسِيبٗا ١٤
Читай свою книгу! Сегодня достаточно того, что ты сам сосчитаешь свои деяния против самого себя.
O gün Biz ona belə deyərik: "Ey İnsan! Kitabını oxu! Etdiyin əməllərə görə özün-özünü hesaba çək. Qiyamət günü özün öz nəfsini hesaba çəkməyə yetər!"
17:15Страница 283
مَّنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبۡعَثَ رَسُولٗا ١٥
Кто следует прямым путем, тот поступает во благо себе. А кто впадает в заблуждение, тот поступает во вред себе. Ни одна душа не понесет чужого бремени. Мы никогда не наказывали людей, не отправив к ним посланника.
Kim iman edərək hidayət yoluna yönəlsə, bunun savabı yalnız onun özünə olar, kim azğınlığa düşsə, bunun ziyanı da yalnız onun öz əleyhinə olar. Heç bir kəs başqasının günahını daşımaz. Biz heç bir qövmə elçi göndərərək hüccət qaldırmadıqca əzab vermərik!
17:16Страница 283
وَإِذَآ أَرَدۡنَآ أَن نُّهۡلِكَ قَرۡيَةً أَمَرۡنَا مُتۡرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيۡهَا ٱلۡقَوۡلُ فَدَمَّرۡنَٰهَا تَدۡمِيرٗا ١٦
Когда Мы хотели погубить какое-либо селение, то повелевали его изнеженным роскошью жителям покориться Аллаху. Когда же они предавались нечестию, то относительно него сбывалось Слово, и Мы уничтожали его полностью.
Biz bir məmləkəti, etdikləri günahlardan dolayı məhv etmək istədiyimiz zaman, nemətin azdırdığı kimsələrə Allaha itaət etmələrini əmr edərik. Onlar isə Allahın əmrinə tabe olmayıb, Allaha qarşı üsyan edərək Ona itaət etməkdən uzaq durarlar. Buna görə də onlar özlərini tamamən yox edəcək bir əzabın öz üzərlərində gəlməsinə layiq olarlar və beləcə Biz onları yerlə yeksan edən bir əzabla məhv edərik.
17:17Страница 283
وَكَمۡ أَهۡلَكۡنَا مِنَ ٱلۡقُرُونِ مِنۢ بَعۡدِ نُوحٖۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ١٧
Сколько же поколений мы погубили после Нуха (Ноя)! Достаточно того, что Аллах знает и видит грехи Своих рабов.
Biz Nuhdan sonra Ad və Səmud qövmləri kimi, peyğəmbərləri yalan sayan neçə-neçə ümmətlər məhv etdik. Ey Peyğəmbər! Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi bəs edər. Allaha heç bir şey gizli qalmaz. Allah onların dünyada ikən etdikləri əməllərin qarşılığını verəcəkdir.
17:18Страница 284
مَّن كَانَ يُرِيدُ ٱلۡعَاجِلَةَ عَجَّلۡنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلۡنَا لَهُۥ جَهَنَّمَ يَصۡلَىٰهَا مَذۡمُومٗا مَّدۡحُورٗا ١٨
Если кто возжелает преходящей жизни, то Мы тотчас одарим тем, что пожелаем, того, кого пожелаем. А потом Мы предоставим ему Геенну, где он будет гореть презренным и отверженным.
Kim yaxşı əməllər etməklə müvəqqəti dünya həyatını istəsə və axirət həyatına iman etməyib heç buna əhəmiyyət verməsə, dünya həyatında onun istədiyi kimi yox, yalnız Bizim onun üçün istədiyimiz nemətləri dərhal ona verərik. Nəhayət, Qiyamət günü onu, müvəqqəti dünya həyatını, əbədi axirət həyatından üstün tutduğuna görə qınanmış və Allahın rəhmətindən qovulmuş halda, hərarətindən əzab çəkəcəyi Cəhənnəm atəçinə daxil edərik.
17:19Страница 284
وَمَنۡ أَرَادَ ٱلۡأٓخِرَةَ وَسَعَىٰ لَهَا سَعۡيَهَا وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ كَانَ سَعۡيُهُم مَّشۡكُورٗا ١٩
А если кто возлюбит Последнюю жизнь и устремится к ней надлежащим образом, будучи верующим, то его старания будут отблагодарены.
Kim də yaxşı əməllər etməklə axirət həyatını istəyərək riyadan və şan-şöhrətdən uzaq olarsa və Allahın iman etməsini vacib etdiyi şeylərə iman edərsə, məhz bu vəsflərə sahib olan kimsələr Allah yanında əməlləri qəbul edilən kimsələrdir. Allah bu kimsələrin etdikləri yaxşı əməllərinin mükafatın onlara verəcəkdir.
17:20Страница 284
كُلّٗا نُّمِدُّ هَٰٓؤُلَآءِ وَهَٰٓؤُلَآءِ مِنۡ عَطَآءِ رَبِّكَۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحۡظُورًا ٢٠
Каждого из тех и других Мы наделяем дарами твоего Господа, и дары Его не являются запрещенными.
Ey Peyğəmbər! Rəbbin, günahkar və sleh olan hər iki insan toplumuna Öz nemətlərini naqislik edilmədən kamil şəkildə əta edər. Rəbbinin əta etdiyi bu nemətlər dünyada ikən nə günahkara, nə də saleh bir kimsəyə qadağan edilməz.
17:21Страница 284
ٱنظُرۡ كَيۡفَ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۚ وَلَلۡأٓخِرَةُ أَكۡبَرُ دَرَجَٰتٖ وَأَكۡبَرُ تَفۡضِيلٗا ٢١
Посмотри, как одним из них Мы отдали предпочтение перед другими. Но Последняя жизнь, несомненно, выше по достоинству и преимуществу.
Ey Peyğəmbər! İnsanların günahkar və ya saleh olmasından aslı olmayaraq dünyada ikən onların birini digərindən var-dövlət, cah-cəlal və san-şöhrət baxımından necə üstün etdyimizə bir fikir ver. Axirətdə verilən nemətlər isə dünya həyatında verilən nemətlərdən dərəcə baxımından daha fərqli və daha böyükdür. Elə isə qoy mömin kimsə, axirət nemətlərinə nail olmaq üçün daha çox həris olsun!
17:22Страница 284
لَّا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقۡعُدَ مَذۡمُومٗا مَّخۡذُولٗا ٢٢
Не поклоняйся наряду с Аллахом никакому другому богу, а не то сядешь униженным и покинутым.
Ey İnsan! Özünə, Allahla yanaşı başqa məbud qəbul edib, ona ibadət etmə. Yoxsa Allah yanında qınanmış və saleh qullar yanında təriflənməyən, rəzil, alçaq hala düşən və başlı-başına buraxılmış bir vəziyyətdə qalarsan.
17:23Страница 284
۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنًاۚ إِمَّا يَبۡلُغَنَّ عِندَكَ ٱلۡكِبَرَ أَحَدُهُمَآ أَوۡ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفّٖ وَلَا تَنۡهَرۡهُمَا وَقُل لَّهُمَا قَوۡلٗا كَرِيمٗا ٢٣
Твой Господь предписал вам не поклоняться никому, кроме Него, и делать добро родителям. Если один из родителей или оба достигнут старости, то не говори им: «Тьфу!». - не кричи на них и обращайся к ним почтительно.
Ey İnsan! Rəbbin yalnız Ona ibadət etməyi, Ondan başqa heç bir məbuda ibadət etməməyi və ata-ana ilə, ələlxüsus da onların qocalıq vaxtında yaxşı davranmağı əmr etmişdir. Əgər ata-anadan hər hansı biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara, qəlblərini qıran bir söz belə demə, üstlərinə qışqırıb onlarla kobud, sərt və qaba rəftar etmə, əksinə, onlarla gözəl əxlaqla rəftar edib, onlara xoş, ürəyəyatan və yumşaq söz söylə!
17:24Страница 284
وَٱخۡفِضۡ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحۡمَةِ وَقُل رَّبِّ ٱرۡحَمۡهُمَا كَمَا رَبَّيَانِي صَغِيرٗا ٢٤
Склони пред ними крыло смирения по милосердию своему и говори: «Господи! Помилуй их, ведь они растили меня ребенком».
Onların hər ikisinə rəhm və təvazökarlıq edərək: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri üçün bu gün də Sən onlara mərhəmət et!" – de.
17:25Страница 284
رَّبُّكُمۡ أَعۡلَمُ بِمَا فِي نُفُوسِكُمۡۚ إِن تَكُونُواْ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلۡأَوَّٰبِينَ غَفُورٗا ٢٥
Ваш Господь лучше всех знает то, что в ваших душах. И если вы будете праведниками, то ведь Он прощает тех, кто обращается к Нему с раскаянием.
Ey İnsanlar! Rəbbiniz, Ona etdiyiniz ibadətləri, gördüyünüz saleh əməlləri və ata-anaya yaxşılıq edərkən qəlbinizdəki ixlası çox yaxşı bilir. Əgər etdiyiniz ibadətlərinizdə, ata-anaya və başqalarına qarşıolan rəftarınızda niyyətiniz yaxşı olarsa, bilin ki, həqiqətən də, Uca Allah, günah etdikdən sonra tövbə edib, Allaha tərəf qayıdanları bağışlayandır. Kim, Allahın və valideyinlərinin itaətdində yol verdiyi naqislikdən tövbə edərsə, Uca Allah onu bağışlayıb, əfv edər!
17:26Страница 284
وَءَاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرۡ تَبۡذِيرًا ٢٦
Отдавай должное родственнику, бедняку и путнику, но не расточай чрезмерно.
Ey Mömin! Qohuma, yoxsula, azüqəsi tükənib yarı yolda qalmış müsafirə haqqını ver. Allahın sənə bəxş etdiyi malı, Allaha asi olan şeylərə və ya israf edərək gərəksiz yerə sərf etmə!
17:27Страница 284
إِنَّ ٱلۡمُبَذِّرِينَ كَانُوٓاْ إِخۡوَٰنَ ٱلشَّيَٰطِينِۖ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِرَبِّهِۦ كَفُورٗا ٢٧
Воистину, расточители - братья дьяволов, а ведь дьявол неблагодарен своему Господу.
Şübhəsiz ki, mallarını Allaha asi olan yerlərə sərf edib, israfçılıqla xərcləyənlər şeytanların qardaşlarıdır. Şeytan onlara, mallarını israf edərək xərcləmələrini əmr edər, onlarda şeytanın əmrinə boyun əyib malllarını şeytanın istədiyi kimi xərcləyərlər. Şeytan isə Rəbbinə qarşı çox nankor bir məxluqdur. O yalnız günah işlər görər və yalnız Rəbbini qəzəbləndirən şeyləri əmr edər.
17:28Страница 285
وَإِمَّا تُعۡرِضَنَّ عَنۡهُمُ ٱبۡتِغَآءَ رَحۡمَةٖ مِّن رَّبِّكَ تَرۡجُوهَا فَقُل لَّهُمۡ قَوۡلٗا مَّيۡسُورٗا ٢٨
Если ты отворачиваешься от них (если у тебя нет средств на пожертвования, и ты отказываешь тем, кто имеет на них право), желая обрести милость Аллаха, на которую ты надеешься, то говори с ними любезно.
Əgər Allahın sənə ruzi bəxş edəcəyini gözləyirsənsə və imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə ən azından bu zaman onlara könüllərini alan yumuşaq, xoş söz söylə. Ruzilərinin genişlənməsi üçün dua et. Yaxud uca Allah sənə bir ruzi bəxş etdikdə, o ruzidən onlara verəcəyinə dair vəd ver!
17:29Страница 285
وَلَا تَجۡعَلۡ يَدَكَ مَغۡلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبۡسُطۡهَا كُلَّ ٱلۡبَسۡطِ فَتَقۡعُدَ مَلُومٗا مَّحۡسُورًا ٢٩
Не позволяй своей руке быть прикованной к шее, и не раскрывай ее во всю длину (не будь скуп и расточителен), а не то сядешь порицаемым и опечаленным.
Nə əlini xərcləməkdən sıxıb saxlama, nə də ki, xərclədikdə israfa yol vermə. Xərcləməkdən paxıllıq edib, əlini sıxıb saxlasan yaxud da işrafçılıq edərək əlində olanın hamısını xərcləyib axırda özünə xərcləməyə bir şey tapmasan, bu zaman insanlar tərəfindən qınanmış və məzəmmət olunmuş bir vəziyyətdə qalarsan. Elə isə xərclədikdə bunun ikisinin arasında özünə bir yol tut!
17:30Страница 285
إِنَّ رَبَّكَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ٣٠
Воистину, твой Господь увеличивает или ограничивает удел тому, кому пожелает. Он видит и знает Своих рабов.
Həqiqətən, Rəbbin müəyyən bir hikmətdən dolayı, istədiyi kimsənin ruzisini genişləndirər, istədiyi kimsənin də ruzisini daraldar. Şübhəsiz ki, O, qullarından xəbərdardır və onları görür. Onlardan heç bir şey uca Allaha gizli qalmaz. Allah Öz qullarını istədiyi kimi idarə edər.
17:31Страница 285
وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُمۡ خَشۡيَةَ إِمۡلَٰقٖۖ نَّحۡنُ نَرۡزُقُهُمۡ وَإِيَّاكُمۡۚ إِنَّ قَتۡلَهُمۡ كَانَ خِطۡـٔٗا كَبِيرٗا ٣١
Не убивайте своих детей, опасаясь нищеты, ведь Мы обеспечиваем пропитанием их вместе с вами. Воистину, убивать детей - тяжкий грех.
Gələcəkdə uşaqlarınıza xərclədiyinizdən dolayı yoxsulluq qorxusundan onları öldürməyin. Onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, Allah yanında böyük bir günahdır. Çünki onların öldürülməsi üçün nə bir günahları, nə də ki, bir səbəb vardır.
17:32Страница 285
وَلَا تَقۡرَبُواْ ٱلزِّنَىٰٓۖ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَسَآءَ سَبِيلٗا ٣٢
Не приближайтесь к прелюбодеянию, ибо оно является мерзостью и скверным путем.
Zinadan çəkinin və ona sövq edən səbəblərdən də uzaq durun. Çünki zina, nəsillərin bir-biri ilə qarışdığına və Allahın əzabına gətirib çıxartdığı üçün çox iyrənc bir əməl və murdar bir yoldur!
17:33Страница 285
وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۗ وَمَن قُتِلَ مَظۡلُومٗا فَقَدۡ جَعَلۡنَا لِوَلِيِّهِۦ سُلۡطَٰنٗا فَلَا يُسۡرِف فِّي ٱلۡقَتۡلِۖ إِنَّهُۥ كَانَ مَنصُورٗا ٣٣
Не убивайте душу, убивать которую Аллах запретил, если только у вас нет на это права. Если ктолибо убит несправедливо, то Мы уже предоставили его правопреемнику полную власть, но пусть он не излишествует в отмщении за убийство. Воистину, ему будет оказана помощь.
Uca Allahın, iman etmə və ya təhlükəsizliyi təmin edilməsi ilə qanını haram etdiyi bir nəfsi mürtəd olma, evlilik həyatı yaşadıqdan sonra zina etmə yaxud qisas kimi qanı halal edən səbəblərdən hər hansı biri olmadan, heç bir kəsi haqsız yerə öldürməyin. Kim bir kəsi öldürülməsini halal edən səbəblər olmadan, zülm edilərək, haqsız yerə bir cana qəsd edərsə, artıq onun varisinə istəsə qisas tələb etmə, istəsə qanbahası almadan qatili bağışlama, istəsə də qanbahası alaraq onu əfv etmə ixtiyarını verərik. Lakin o da qisas aldıqda, Allahın icazə verdiyi həddi aşaraq qatilin burnunu, qulağını və s. əzalarını kəsərək ölünü pis bir hala gətirməməli, qatildən başqasını və ya onun əvəzinə qatilin yaxın adamlarından bir kimsəni öldürməməlidir. Çünki şəriətin bu hökmləri ilə artıq ona Allah tərəfindən kömək olunmuşdur.
17:34Страница 285
وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ بِٱلۡعَهۡدِۖ إِنَّ ٱلۡعَهۡدَ كَانَ مَسۡـُٔولٗا ٣٤
Не приближайтесь к имуществу сироты, кроме как во благо ему, пока он не достигнет совершеннолетия. И будьте верны своим обещаниям, ибо за обещания вас призовут к ответу.
Atası vəfat edib yetim qalmış uşaqların malına həddi-büluğa, ağıla-kəmala çatana qədər qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək istisna olmaqla yaxınlaşmayın! Allah ilə, həmçinin, öz aranızdakı əhdləri pozmadan və ya naqislik etmədən yerinə yetirin. Çünki Uca Allah qiyamət günü əhd verən kimsədən, verdiyi əhdi barəsində sorğu-sual edəcəkdir. Əgər əhdini yerinə yetirmişsə Allah onu mükafatlandıracaq, əhdinə xilaf çıxmışsa ona cəzalandıracaqdır.
17:35Страница 285
وَأَوۡفُواْ ٱلۡكَيۡلَ إِذَا كِلۡتُمۡ وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلٗا ٣٥
Наполняйте меру сполна, когда вы отпускаете мерой, и взвешивайте на точных весах. Так будет лучше и прекраснее по исходу (или по вознаграждению).
Başqası üçün ölçdükdə, ölçüyə naqislik etmədən tam şəkildə ölçün. Çəkdikdə də, tərizidə əksiltmədən, düzgün tərəzi ilə çəkin. Çünki ölçüdə və tərəzidə düzgün olmağınız dünya və axirətdə sizin üçün daha xeyirli və nəticə baxımından ölüçdə və tərəzidə əksildib insanları aldatmaqdan daha yaxşıdır.
17:36Страница 285
وَلَا تَقۡفُ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۚ إِنَّ ٱلسَّمۡعَ وَٱلۡبَصَرَ وَٱلۡفُؤَادَ كُلُّ أُوْلَٰٓئِكَ كَانَ عَنۡهُ مَسۡـُٔولٗا ٣٦
Не следуй тому, чего ты не знаешь. Воистину, слух, зрение и сердце - все они будут призваны к ответу.
Ey Adəm övladı! Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Yoxsa zənnə və şəkk-şübhəyə qapanmış olarsan. Çünki insan qulaq, göz və qəlbini istifadə edərək qazandığı hər bir xeyir və şərə görə Allah yanında sorumludur. Beləliklə də, qiyamət günü bu əzalar ilə qazandığı xeyirə görə müxafat verilər və şərə görə də cəzalandırılar.
17:37Страница 285
وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّكَ لَن تَخۡرِقَ ٱلۡأَرۡضَ وَلَن تَبۡلُغَ ٱلۡجِبَالَ طُولٗا ٣٧
Не ступай по земле горделиво, ведь ты не пробуришь землю и не достигнешь гор высотой!
Yer üzündə özündən razı, lovğalanaraq gəzmə. Çünki sən yer üzündə nə qədər də özündən razı, lovğalanaraq gəzsəndə, bu gəzişinlə nə yeri yara bilərsən, nə də ki, boy-buxunun yüksələrək dağların çatdığı yüksəkliklərə çata bilərsən. Belə olduğu təqdirdə, nəyə görə təkəbbürlük edirsən?!
17:38Страница 285
كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكۡرُوهٗا ٣٨
Все это зло ненавистно твоему Господу.
Ey İnsan! Bu ayələrdə zikir edilənlərin hamısı Allah yanında qadağan edilmiş və Rəbbinin xoşuna gəlməyən pis əməllərdir. Uca Allah bunları edənlərdən razı olmaz, əksinə, ona qəzəblənər, nifrəti edər və onu sevməz.
17:39Страница 286
ذَٰلِكَ مِمَّآ أَوۡحَىٰٓ إِلَيۡكَ رَبُّكَ مِنَ ٱلۡحِكۡمَةِۗ وَلَا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلۡقَىٰ فِي جَهَنَّمَ مَلُومٗا مَّدۡحُورًا ٣٩
Такова часть мудрости, которая внушена тебе в откровении от твоего Господа. Не поклоняйся наряду с Аллахом никакому другому богу, а не то будешь брошен в Геенну порицаемым и отверженным.
Sənə açıq-aydın izah etdiyimiz əmrlər, qadağalar və şəri əhkamlar Rəbbinin sənə vəhy etdiyi hikmətindəndir. Ey İnsan, Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa Qiyamət günü həm sən özünü qınayar, həm də insanlar səni qınayarlar, sonra da hər bir xeyirdən qovulmuş halda Cəhənnəmə atılarsan!
17:40Страница 286
أَفَأَصۡفَىٰكُمۡ رَبُّكُم بِٱلۡبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلۡمَلَٰٓئِكَةِ إِنَٰثًاۚ إِنَّكُمۡ لَتَقُولُونَ قَوۡلًا عَظِيمٗا ٤٠
Неужели ваш Господь почтил вас сыновьями, а Себе взял дочерей из числа ангелов? Воистину, вы говорите ужасные слова.
Ey: "Mələklər Allahın qızlarıdır!" – deyən müşriklər! Rəbbiniz oğlanları sizin üçün seçib, Özünə isə mələklərdən qızlar götürdüyünümü söyləyirsiniz?! Allah sizin söylədiyindən uca və uzaqdır. Siz, həqiqətən də, Allah barəsində olduqca çox çirkin bir söz söyləyirsiniz. Allaha övlad nisbət edib, küfrdə daha da həddinizi aşaraq qızların Allaha aid olduğunu idda edirsiniz.
17:41Страница 286
وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمۡ إِلَّا نُفُورٗا ٤١
Мы дали разъяснения в этом Коране, чтобы они помянули наставление, но это лишь увеличивает их отвращение.
İnsanların öyüd-nəsihət qəbul edib, özlərinə fayda verəni almaları və zərərli şeylərdən uzaq durmaları üçün, Biz bu Quranda şəri əhkamları, öyüd-nəsihətləri və hekayələri açıq-aydın izah etdik. Amma bu, fitrəti dəyişmiş kimsələrin haqqdan daha da uzaq düşmələrinə və haqqa qarşı nifrətinin daha da artmasına səbəb oldu.
17:42Страница 286
قُل لَّوۡ كَانَ مَعَهُۥٓ ءَالِهَةٞ كَمَا يَقُولُونَ إِذٗا لَّٱبۡتَغَوۡاْ إِلَىٰ ذِي ٱلۡعَرۡشِ سَبِيلٗا ٤٢
Скажи: «Если бы, как они говорят, наряду с Ним существовали другие боги, то они непременно попытались бы добраться до Господа Трона».
Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər müşriklərin yalan və böhtan ataraq söylədikləri kimi, uca Allahla yanaşı başqa məbudlar olsaydı, bu zaman varlığı idda edilən batil məbudlar, ərş sahibi uca Allahın mülkünə sahib olub, Ona qalib gəlmək üçün bir yol axtarardılar".
17:43Страница 286
سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوّٗا كَبِيرٗا ٤٣
Пречист Он и премного выше того, что они говорят.
Pak və uca olan Allah müşriklərin Onu vəsf etdiklərindən münəzzəhdir və onların Allah barədə söylədiklərindən çox uzaq və çox ucadır.
17:44Страница 286
تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبۡعُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ وَإِن مِّن شَيۡءٍ إِلَّا يُسَبِّحُ بِحَمۡدِهِۦ وَلَٰكِن لَّا تَفۡقَهُونَ تَسۡبِيحَهُمۡۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا ٤٤
Его славят семь небес, земля и те, кто на них. Нет ничего, что не прославляло бы Его хвалой, но вы не понимаете их славословия. Воистину, Он - Выдержанный, Прощающий.
Göylər və yerlər, habelə, göylərdə və yerdə onlar da Allahı anır, xatırlayır, zikir edib, Ona təriflər deyirlər. Elə bir şey yoxdur ki, o, Allahın şəninə təriflər deyib, Ona həmd-səna etməsin, lakin siz onların, Allahı zikir edib, Onun şəninə təriflər deməsini anlamırsınız. Siz yalnız insanlardan, dili ilə Allahı zikir edib, Onun şəninə həmd-səna edəni anlayırsınız. Həqiqətən, uca Allah, qullarına qarşı həlimdir, onlara əzab verməyə tələsməz. Ona tövbə edənləridə bağışlayandır!
17:45Страница 286
وَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ جَعَلۡنَا بَيۡنَكَ وَبَيۡنَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ حِجَابٗا مَّسۡتُورٗا ٤٥
Когда ты прочел Коран, Мы воздвигли между тобой и теми, кто не верит в Последнюю жизнь, невидимую завесу.
Ey Peyğəmbər! Sən Quran oxuduğun zaman orada olan yasaqları və öyüd-nəsihəti dinlədiklərində, səninlə Qiyamət gününə inanmayanların arasına haqqı qəbil etməyib, ondan üz çevirmələrindən dolayı onlara cəza olaraq Quranı anlayıb, başa dümələrini əngəlləyən bir pərdə çəkərik.
17:46Страница 286
وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِذَا ذَكَرۡتَ رَبَّكَ فِي ٱلۡقُرۡءَانِ وَحۡدَهُۥ وَلَّوۡاْ عَلَىٰٓ أَدۡبَٰرِهِمۡ نُفُورٗا ٤٦
Мы набросили на их сердца покрывала, дабы они не могли понять его (Коран), и лишили их уши слуха. Когда ты поминаешь в Коране своего Единственного Господа, они отворачиваются, испытывая к этому отвращение.
Quranı başa düşmələrinə əngəl olması üçün Biz onların qəlblərinə örtüklər çəkdik, onu eşitdikdə anlamamaları üçün qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin tək Allah olduğunu yada salıb onların batil ilahlarını yada salmadıqda, onlar da, ixlasla tək Allaha ibadət etməkdən uzaqlaşıb, arxalarını çevirib gedərlər.
17:47Страница 286
نَّحۡنُ أَعۡلَمُ بِمَا يَسۡتَمِعُونَ بِهِۦٓ إِذۡ يَسۡتَمِعُونَ إِلَيۡكَ وَإِذۡ هُمۡ نَجۡوَىٰٓ إِذۡ يَقُولُ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا ٤٧
Мы лучше знаем, что именно они слушают, когда слушают тебя. А когда они совещаются втайне, то беззаконники говорят: «Вы следуете всего лишь за околдованным человеком».
Biz onların öndə gedənlərinin Quranı necə dinlədiklərini çox yaxşı bilirik. Onlar Quranı haqqa yönəlmək üçün dinləməzlər. Əksinə, sən Rəbbinin ayələrini oxuduğun zaman, onlar Quranı, istehza etmək, lağa qoymaq və ələ salma üçün dinləyərlər. Biz onların öz aralarında xəlvətcə söhbət edərkən, səni və Quranı yalan saymalarını, insanları Allahın dinindən döndərmək məqsədlərini və küfr etməklə öz nəfslərinə zülm edən o zalımların başqalarına: "Ey İnsanlar! Siz ancaq sehrlənmiş və ağlı basında olmayan bir adamın ardınca gedirsiniz!" – dediklərini çox yaxşı bilirik.
17:48Страница 286
ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَالَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا ٤٨
Посмотри, какие притчи они приводят тебе. Они впали в заблуждение и не могут найти дорогу.
Ey Peyğəmbər! Onların müxtəlif cür naqis sifətlərlə səni vəsf etdiklərinə bir bax. Odur ki, onlar çaşğınlıq işində qalaraq, azğınlığa düşdülər və doğru yolu tapa bilmədilər!
17:49Страница 286
وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدٗا ٤٩
Они скажут: «Неужели после того, как от нас останутся кости и частички, мы будем воскрешены в новом творении?».
Müşriklər ölümdən sonra təkrarən dirilməyi inkar edərək belə dedilər: "Biz öldükdən, cəsədlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yeni bir yaradılışla təkrarən dirildiləcəyikmi?! Şübhəsiz ki, bu, qeyri mümkün olan bir işdir."
17:50Страница 287
۞ قُلۡ كُونُواْ حِجَارَةً أَوۡ حَدِيدًا ٥٠
Скажи: «Даже если вы станете камнями, или железом,
Ey Peyğəmbər! Onlara belə de: "Ey Müşriklər! istər üst qatı sərt olan daş olun, istərsə də ki, çox qüvvətli bir dəmir, halbuki, siz nə üst qatı sərt olan qaş ola bilərsiz, nə di ki, çox qüvvətli bir dəmir.
17:51Страница 287
أَوۡ خَلۡقٗا مِّمَّا يَكۡبُرُ فِي صُدُورِكُمۡۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَاۖ قُلِ ٱلَّذِي فَطَرَكُمۡ أَوَّلَ مَرَّةٖۚ فَسَيُنۡغِضُونَ إِلَيۡكَ رُءُوسَهُمۡ وَيَقُولُونَ مَتَىٰ هُوَۖ قُلۡ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبٗا ٥١
или другим творением, которое представляется могучим в ваших сердцах». Они скажут: «Кто же нас возвратит?». Скажи: «Тот, Кто сотворил вас в первый раз». Но они покачают головами и скажут: «Когда же это произойдет?». Скажи: «Быть может, это произойдет очень скоро!».
İstər daşdan, istərsə də dəmirdən və ya qəlbinizdə sizə nəhəng görünən bir məxluq olun, bilin ki, yenə də Allah sizi ilk dəfə yaratdığı kimi yenidən dirildib həyata qaytarmağa qadirdir. Bu inadkar insanlar belə deyəcəklər: "Biz öldükdən sonra bizi kim dirildib yenidən həyata qaytaracaq?" Onlara de: "Sizi daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə yaradan yenidən dirildəcəkdir!" Onlar sənin bu cavabından sonra istehza ilə başlarını yırğalayıb bunun imkansız olduğuna inanaraq: "Bəs bu yenidən dirilmə nə vaxt olacaq?" – deyəcəklər. Onlara de: "Bəlkə də, yaxın bir zamanda oldu. Çünki qarşıda gələn hər bir şey yaxındır!"
17:52Страница 287
يَوۡمَ يَدۡعُوكُمۡ فَتَسۡتَجِيبُونَ بِحَمۡدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثۡتُمۡ إِلَّا قَلِيلٗا ٥٢
В тот день Он призовет вас, и вы ответите Ему похвалой и предположите, что пробыли на земле совсем недолго.
Uca Allah sizi məhşər yerinə çağırdığı gün, sizi yenidən dirildəcəkdir. Siz də Ona həmd-sənalar edərək, Onun əmrinə tabe olub, Uca Allahın çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı zənn edəcəksiniz!
17:53Страница 287
وَقُل لِّعِبَادِي يَقُولُواْ ٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ ٱلشَّيۡطَٰنَ يَنزَغُ بَيۡنَهُمۡۚ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلۡإِنسَٰنِ عَدُوّٗا مُّبِينٗا ٥٣
Скажи Моим рабам, чтобы они говорили наилучшие слова, ибо дьявол вносит между ними раздор. Воистину, дьявол для человека - явный враг.
Ey Peyğəmbər! Mömin qullarıma de ki, başqaları ilə söhbət etdikdə nifrətə və ədavətə səbəb olacaq pis sözlərdən çəkinsinlər. Çünki şeytan nifrətə və ədavətə səbəb olacaq pis sözləri fürsət bilib, bununla onların dünya və axirət həyatlarını məhv etməyə çalışır.Həqiqətən, şeytan insan üçün düşmənçiliyi açıq-aydın olan bir düşmənidir. Möminin üzərinə düşən ondan və onun şərindən çəkinməkdir.
17:54Страница 287
رَّبُّكُمۡ أَعۡلَمُ بِكُمۡۖ إِن يَشَأۡ يَرۡحَمۡكُمۡ أَوۡ إِن يَشَأۡ يُعَذِّبۡكُمۡۚ وَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ وَكِيلٗا ٥٤
Вашему Господу лучше знать вас. Если Он пожелает, то смилостивится над вами, а если пожелает, то подвергнет вас мучениям. Мы не посылали тебя их попечителем и хранителем.
Ey İnsanlar! Rəbbiniz sizi çox yaxşı tanıyır. Sizdən heç bir şey Ona gizli qalmaz. Əgər sizə mərhəmət etmək istəsə, rəhməti ilə sizi imana və saleh əmələ müvəffəq edər. Əgər sizə əzab vermək istəsə, sizi iman etməyə müvəffəq etməz və canınızı küfr üzərində alar. Ey Peyğəmbər! Biz səni onları iman etmələrinə məcbur etmək, onları küfr etməyə mane olmaq və etdikləri əməlləri haqq-hesaba çəkmək üçün vəkil göndərməmişik. Sənin vəzifən yalnız Allahın sənə təbliğ etməyi əmr etdiklərini onlara təbliğ etməkdir.
17:55Страница 287
وَرَبُّكَ أَعۡلَمُ بِمَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَلَقَدۡ فَضَّلۡنَا بَعۡضَ ٱلنَّبِيِّـۧنَ عَلَىٰ بَعۡضٖۖ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا ٥٥
Твоему Господу лучше знать тех, кто на небесах и на земле. Одним пророкам Мы отдали предпочтение над другими. А Давуду (Давиду) Мы даровали Забур (Псалтирь).
Ey Peyğəmbər! Rəbbin göylərdə və yerdə olanları, onların durumunu və nəyə layiq olduğlarını da çox yaxşı bilir. Biz bəzi peyğəmbərləri onlara tabe olanların çoxluğu və endirdiyimiz kitablarla digərlərindən üstün etdik. Biz Davuda bir kitab verdik, o da Zəbur.
17:56Страница 287
قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِهِۦ فَلَا يَمۡلِكُونَ كَشۡفَ ٱلضُّرِّ عَنكُمۡ وَلَا تَحۡوِيلًا ٥٦
Скажи: «Взывайте к тем, кого вы считаете богами наряду с Ним. Они не властны отвратить от вас беду или перенести ее на другого».
Ey Peyğəmbər! O müşriklərə belə de: "Ey Müşriklər! Allahdan başqa ilahlar olduğunu iddia etdiyiniz bütlər, sizə bir zərər gəldikdə, onlar acizliklərindən dolayı bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadirdilər. Aciz olan, əsla ilah ola bilməz!"
17:57Страница 287
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ يَدۡعُونَ يَبۡتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلۡوَسِيلَةَ أَيُّهُمۡ أَقۡرَبُ وَيَرۡجُونَ رَحۡمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحۡذُورٗا ٥٧
Те, к кому они взывают с мольбой, сами ищут близости к своему Господу, пытаясь опередить других. Они надеются на Его милость и страшатся мучений от Него. Воистину, мучений от твоего Господа надлежит остерегаться.
Onların yalvarıb-yaxardıqları mələklərdən və başqalarından olan məbudları, özləri saleh əməl edərək Allaha yaxınlaşmaq üçün can atır, Allahın sevdiyi əməllər etməkdə bir-biriləri ilə yarışır, Allahın özlərinə mərhəmət etməsini ümüd edib və Onun əzabından qorxurlar. Ey Peyğəmbər! Həqiqətən, Rəbbinin əzabından çəkinmək gərəkdir!
17:58Страница 287
وَإِن مِّن قَرۡيَةٍ إِلَّا نَحۡنُ مُهۡلِكُوهَا قَبۡلَ يَوۡمِ ٱلۡقِيَٰمَةِ أَوۡ مُعَذِّبُوهَا عَذَابٗا شَدِيدٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا ٥٨
Нет такого поселения, которое Мы не разрушим перед наступлением Дня воскресения или не подвергнем тяжким мучениям. Так было предначертано в Писании.
Allaha küfr edən hər bir məmləkətə, şəhərə və kəndə, etdikləri küfrə görə elə dünya həyatında ikən əzab göndərib, məhv edərik, yaxud da etdikləri küfrə görə onları öldürmək kimi şiddətli bir cəzaya mübtəla edərik. Onları məhv edib, öldürülməsi əvvəlcədən lövhi-məhfuzda yazılıb, təqdir edilmiş ilahi bir hökmdür.
17:59Страница 288
وَمَا مَنَعَنَآ أَن نُّرۡسِلَ بِٱلۡأٓيَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلۡأَوَّلُونَۚ وَءَاتَيۡنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبۡصِرَةٗ فَظَلَمُواْ بِهَاۚ وَمَا نُرۡسِلُ بِٱلۡأٓيَٰتِ إِلَّا تَخۡوِيفٗا ٥٩
Мы не отправили знамения только потому, что прежние поколения не уверовали в них. Мы даровали самудянам верблюдицу как наглядное знамение, но они поступили с ней несправедливо. Мы ниспосылаем Наши знамения только для устрашения.
Müşriklərin, peyğəmbərlərdən onların doğruluğuna dəlalət edən ölüləri diriltmək kimi tələb etdikləri mövcüzələri nazil etməməmizin səbəbi, əvvəlki ümmətlərin onlara göndərdiyimiz mövcüzələri yalan saymaları idi. Biz Səmud qövmünə açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar yenədə buna inanmayıb, küfür etdilər. Biz də, dərhal onlara əzab göndərdik. Biz möcüzələri rəsulların vasitəsi ilə yalnız ümmətləri qorxutmaq üçün göndəririk ki, bəlkə onlar iman edib, müsəlman olsunlar.
17:60Страница 288
وَإِذۡ قُلۡنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِۚ وَمَا جَعَلۡنَا ٱلرُّءۡيَا ٱلَّتِيٓ أَرَيۡنَٰكَ إِلَّا فِتۡنَةٗ لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلۡمَلۡعُونَةَ فِي ٱلۡقُرۡءَانِۚ وَنُخَوِّفُهُمۡ فَمَا يَزِيدُهُمۡ إِلَّا طُغۡيَٰنٗا كَبِيرٗا ٦٠
Вот Мы сказали тебе: «Воистину, твой Господь объемлет людей». Мы сделали показанное тебе видение и дерево, проклятое в Коране, искушением для людей. Мы устрашаем их, но это лишь увеличивает их великую непокорность.
Ey Peyğəmbər! Bir zaman Biz sənə: "Rəbbin bütün insanları qüdrəti ilə əhatə etmişdir, onların hamısı Rəbbinin ovcunun içindədir, Allah səni onlardan mühafizə edəcəkdir. Elə isə onlardan çəkinmədən Allahın sənə təbliğ etməyi əmr etdiyini insanlara təbliğ edərək, onlara çatdır!"– dediyimizi xatırla. Biz İsra gecəsi sənə göstərdiyimizi yalnız, insanlar sənə iman edəcəklər, yoxsa səni təkzibmi edəcəklər, deyə onlar üçün bir imtahan etdik. Quranda lənətlənmiş, Cəhənnəmin dibindən çıxanb zəqqum adlı ağacı insanlar üçün imthan etdik. Əgər onlar bu iki əzəmətli möcüzəyə inanmazlarsa, bu ikisindən başqa digər mövcüzələrə də əsla inanmayacaqlar. Biz bu möcüzələri endirməklə onları qorxuduruq, lakin onları qorxudmaq üçün nazil etdiyimiz möcüzələr, ancaq onların küfrlərini və azğınlıqlarını bir daha da artırır!
17:61Страница 288
وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ قَالَ ءَأَسۡجُدُ لِمَنۡ خَلَقۡتَ طِينٗا ٦١
Вот Мы сказали ангелам: «Падите ниц перед Адамом!». Они пали ниц, и только Иблис сказал: «Неужели я паду ниц перед тем, кого Ты создал из глины?».
Ey Peyğəmbər! Biz bir zaman mələklərə: "Adəmə ibadət səcdəsi deyil, salam səcdəsi edin!" – dedikdə onların hamısı Rəbbinin əmrinə tabe olaraq, Adəmə səcdə etdilər. Lakin İblis ona səcdə etməkdən təkəbbürlük edərək: "Sən məni oddan yaratdığın halda, palçıqdan yaratdığınamı səcdə edim?! Mən ondan daha şərəfliyəm!" – dedi.
17:62Страница 288
قَالَ أَرَءَيۡتَكَ هَٰذَا ٱلَّذِي كَرَّمۡتَ عَلَيَّ لَئِنۡ أَخَّرۡتَنِ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَأَحۡتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلٗا ٦٢
Иблис сказал: «Посмотри на того, кому Ты отдал предпочтение предо мною. Если ты дашь мне отсрочку до Последнего дня, то я покорю его потомство, за исключением немногих».
İblis Rəbbinə belə dedi: "Mənə, ona səcdə etməyi əmr edərək, məndən üstün tutduğun məxluq budurmu? Əgər dünya həyatının sonuna qədər mənə möhlət versən, məndən qoruduğun az bir qismindən, ixlasla Sənə ibadət edən qullarından başqa onun bütün nəslini özümə təslim edərək, Sənin doğru yolundan azdıracağam!"
17:63Страница 288
قَالَ ٱذۡهَبۡ فَمَن تَبِعَكَ مِنۡهُمۡ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمۡ جَزَآءٗ مَّوۡفُورٗا ٦٣
Аллах сказал: «Ступай! И если кто последует за тобой, то Геенна будет для вас воздаянием, полным воздаянием.
Rəbbi ona belə dedi: "Haydı get! Onlardan kim sənə tabe olub ardınca gələrsə, sənin və onların əməllərinin cəzası, tam bir cəza olaraq Cəhənnəm olacaqdır.
17:64Страница 288
وَٱسۡتَفۡزِزۡ مَنِ ٱسۡتَطَعۡتَ مِنۡهُم بِصَوۡتِكَ وَأَجۡلِبۡ عَلَيۡهِم بِخَيۡلِكَ وَرَجِلِكَ وَشَارِكۡهُمۡ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِ وَعِدۡهُمۡۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا ٦٤
Возбуждай своим голосом, кого сможешь, пускай в ход против них свою конницу и пехоту, дели с ними их богатства и детей и давай им обещания. Воистину, обещания дьявола - всего лишь обольщение.
İnsanlardan gücün çatdığı kimsələri səsinlə aldatıb günahlara və Allaha asi olan əməllərə təhrik et, sənə itaət etməyə çağıran atlı və piyadalarla onlara yüksək səslə səslən, şəriətə müxalif olan hər bir şeyi onlara gözəl göstərərək mallarına, yalan iddialarla, zina yolu ilə əldə etdikləri övladlarına, Allahdan başqasının qulluğuna bağlayan (Abduşşəms, "Günəşin qulu" – kimi) adlar verərək şərik ol, onlara yalan vədləri, batil və boş ümüdləri gözəl göstər. Şübhəsiz ki, şeytan onlara, ancaq onları aldadan yalan vədlər verər.
17:65Страница 288
إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٞۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلٗا ٦٥
Воистину, ты не властен над Моими рабами. Довольно того, что твой Господь является их Попечителем и Хранителем».
Ey İblis! Şübhəsiz ki, Mənə itaət edərək saleh əməllər edən mömin qullarım üzərində sənin hökmranlığın olmayacaq. Çünki Allah sənin şərindən və vəsfəsəndən onları qoruyacaqdır. Bütün işlərində Allaha təvəkkül edən quluna Allah vəkil olaraq kifayət edər.
17:66Страница 288
رَّبُّكُمُ ٱلَّذِي يُزۡجِي لَكُمُ ٱلۡفُلۡكَ فِي ٱلۡبَحۡرِ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ كَانَ بِكُمۡ رَحِيمٗا ٦٦
Ваш Господь ведет для вас по морю корабли, дабы вы могли снискать Его милость. Воистину, Он милосерден к вам.
Ey İnsanlar! Ticarət və başqa yollarla Rəbbinizin ruzisinə nail olasınız deyə, dənizdə gəmiləri sizin üçün üzdürən Rəbbinizdir. Həqiqətən, bütün bu vasitələri sizin üçün asanlaşdıran Rəbbiniz sizə qarşı mərhəmətlidir.
17:67Страница 289
وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِي ٱلۡبَحۡرِ ضَلَّ مَن تَدۡعُونَ إِلَّآ إِيَّاهُۖ فَلَمَّا نَجَّىٰكُمۡ إِلَى ٱلۡبَرِّ أَعۡرَضۡتُمۡۚ وَكَانَ ٱلۡإِنسَٰنُ كَفُورًا ٦٧
Когда беда постигает вас в море, вас покидают все, к кому вы взывали, кроме Него. Когда же Он спасает вас и выводит на сушу, вы отворачиваетесь. Воистину, человек неблагодарен.
Ey Müşriklər! Dənizdə sizə bir fəlakət üz verib, batmaqdan qorxduğunuz zaman Allahdan başqa tapındığınız bütlər yadınızdan çıxar. Siz o vaxt ancaq Allahı xatırlayıb yalnız Ondan yardım diləyirsiniz. Uca Allah sizə yardım edərək, sizi suda batmaqdan xilas edib quruya çıxartdıqda isə siz, Allahın vəhdaniyyətini qəbul etməkdən, yalnız Ona dua və ibadət etməkdən üz döndərib yenidən bütlərə ibadət edirsiniz. Həqiqətən, insan Allahın nemətlərinə qarşı çox nankordur!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии