Аль-Мухтасар · Тафсир · на азербайджанском
الكهف
Аль-Кахф
Пещера · Мекканская · 110 аятов
18:1Страница 293
ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَنزَلَ عَلَىٰ عَبۡدِهِ ٱلۡكِتَٰبَ وَلَمۡ يَجۡعَل لَّهُۥ عِوَجَاۜ ١
Хвала Аллаху, Который ниспослал Своему рабу Писание и не допустил в нем неправды,
Həmd-sənalar kamillik, izzət və cəlal sifətləri, zahiri və batini nemətləri ilə Qurani-Kərimi Öz Rəsulu Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edən və bu Quranda heç bir nöqsana yol verməyən Allaha aiddir!
18:2Страница 293
قَيِّمٗا لِّيُنذِرَ بَأۡسٗا شَدِيدٗا مِّن لَّدُنۡهُ وَيُبَشِّرَ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا حَسَنٗا ٢
и сделал его правильным, чтобы предостеречь неверующих от тяжких мучений от Него и сообщить верующим, совершающим праведные деяния, благую весть о том, что им уготована прекрасная награда,
Uca Allah Quranı, kafirləri Allah yanında gözləyən şiddətli bir əzabla qorxudan, saleh əməllər edən möminlərə də onları sevindirəcək gözəl mükafatla müjdə verən, içərisində heç bir ziddiyyata və ya ixtilafa yol verilmədən nazil etmişdir.
Möminlər Cənnətdə onlara bəxş edilən naz-nemətlər içərisində əbədi qalacaqlar və bu nemətlər onlardan əsla geri alınmayacaqdır.
18:4Страница 293
وَيُنذِرَ ٱلَّذِينَ قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗا ٤
и чтобы предостеречь тех, которые говорят: «Аллах взял Себе сына».
Bu Quran həmçinin: "Allah Özünə övlad götürmüşdür!" – deyən yəhudi, nəsrani və bəzi müşrikləri gözləyən Allahın əzabı ilə qorxudar.
18:5Страница 294
مَّا لَهُم بِهِۦ مِنۡ عِلۡمٖ وَلَا لِأٓبَآئِهِمۡۚ كَبُرَتۡ كَلِمَةٗ تَخۡرُجُ مِنۡ أَفۡوَٰهِهِمۡۚ إِن يَقُولُونَ إِلَّا كَذِبٗا ٥
Знания об этом нет ни у них, ни у их отцов. Тяжки слова, выходящие из их ртов, и говорят они одну только ложь.
Uca Allahın övladı olduğu barədə iddia edən bu iftiraçıların nə özlərinin nə də təqlid etdikləri ata-babalarının bir elmi, bir dəlili və ya bir sübutu vardır. Düşünmədən ağızlarından çıxartdıqları bu söz necə də çirkin bir sözdür. Onlar dedikləri bu söz, heç bir dayağa əsaslanmayan yalandan başqa bir şey deyildir!
18:6Страница 294
فَلَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ إِن لَّمۡ يُؤۡمِنُواْ بِهَٰذَا ٱلۡحَدِيثِ أَسَفًا ٦
Ты можешь погубить себя от скорби по их следам (скорбя о том, что они отворачиваются от истины), если они не уверуют в это повествование?
Ey Peyğəmbər! Onlar bu Kitaba inanmırlar deyə, sən qəm-qüssəyə, dərdə düşüb, kədərlənib özünü həlakmı edəcəksən?! Onların haqqa yönəlmələri barədə sən cavabdeh deyilsən. Sənin vəzifən yalnız onları haqqa dəvət etməkdir.
18:7Страница 294
إِنَّا جَعَلۡنَا مَا عَلَى ٱلۡأَرۡضِ زِينَةٗ لَّهَا لِنَبۡلُوَهُمۡ أَيُّهُمۡ أَحۡسَنُ عَمَلٗا ٧
Воистину, все, что есть на земле, Мы сделали украшением для нее, чтобы испытать людей ивыявить, чьи деяния окажутся лучше.
Biz yer üzündə mövcud olan bütün məxluqatı, onun üçün bir zinət və bərbəzək etdik ki, insanlardan kimin Allahı razı salan gözəl əməl edəcəyini və kimin də daha pis əməl edəcəyini sınaqdan keçirək və beləliklə də, hər kəsə etdiyi əməlin müqabilini verək.
18:8Страница 294
وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيۡهَا صَعِيدٗا جُرُزًا ٨
Воистину, все, что есть на земле, Мы превратим в безжизненный песок.
Biz yer üzündə mövcud olan bütün məxluqatı, dünya həyatı sona çatdıqdan sonra, onun məhv edib, üzərində heç bir ot birməyən quraq bir torpaq halına gətirərik. Ey ağıl sahibləri! Elə isə bundan ibrət alın!
18:9Страница 294
أَمۡ حَسِبۡتَ أَنَّ أَصۡحَٰبَ ٱلۡكَهۡفِ وَٱلرَّقِيمِ كَانُواْ مِنۡ ءَايَٰتِنَا عَجَبًا ٩
Или же ты решил, что люди пещеры и Ракима (название селения, из которого вышли юноши, или плита, на которой были начертаны их имена) были самым удивительным среди Наших знамений?
Ey Peyğəmbər! Sən əshabi-kəhfin və adlarının yazılı olduğu lövhəni möcüzələrimizin ən qəribəsi olduğunumu zənn etmə. Çünki göylərin və yerin yaradılışı kimi bundan başqa daha da təəccüb doğuran möcüzələrimiz vardır.
18:10Страница 294
إِذۡ أَوَى ٱلۡفِتۡيَةُ إِلَى ٱلۡكَهۡفِ فَقَالُواْ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحۡمَةٗ وَهَيِّئۡ لَنَا مِنۡ أَمۡرِنَا رَشَدٗا ١٠
Вот юноши укрылись в пещере и сказали: «Господь наш! Даруй нам от Себя милость и устрой наше дело наилучшим образом».
Ey Peyğəmbər! Bir zaman özlərinin haqq dininə görə qaçıb mağaraya sığınan, Allaha iman etmiş mömin gənclərin özlərinin Rəbbinə dua edərək: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət əta et, günahlarımızı bağışla. Bizi düşmənlərimizdən qoru və kafirlərdən qaçıb hicrət və Sənə iman etdiyimizə görə haqq və düzgün yola yönəlməmiz üçün bizi hidayət yoluna yönəlt!" – dediklərini yadına sal.
18:11Страница 294
فَضَرَبۡنَا عَلَىٰٓ ءَاذَانِهِمۡ فِي ٱلۡكَهۡفِ سِنِينَ عَدَدٗا ١١
Мы запечатали их уши (погрузили их в глубокий сон) в пещере на много лет.
Onlar özlərinin dininə görə öz qövmlərindən qaçıb mağaraya sığındıqdan sonra heç bir səs eşitməmələri üçün onların qulaqlarına pərdə çəkdik və onları çox uzun illər yuxuya daldırıb, yatızdırdıq.
18:12Страница 294
ثُمَّ بَعَثۡنَٰهُمۡ لِنَعۡلَمَ أَيُّ ٱلۡحِزۡبَيۡنِ أَحۡصَىٰ لِمَا لَبِثُوٓاْ أَمَدٗا ١٢
Потом Мы разбудили их, чтобы узнать, какая из двух партий точнее подсчитает, какой срок они пробыли там.
Sonra da bunun elmini ortaya çıxararaq bir-biriləri ilə mübahisə edən iki dəstədən hansının, onların mağarada olduqları vaxt yatıb yuxuya daldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları yatdıqları çox üzün bir yuxudan oyatdıq.
18:13Страница 294
نَّحۡنُ نَقُصُّ عَلَيۡكَ نَبَأَهُم بِٱلۡحَقِّۚ إِنَّهُمۡ فِتۡيَةٌ ءَامَنُواْ بِرَبِّهِمۡ وَزِدۡنَٰهُمۡ هُدٗى ١٣
Мы расскажем тебе их историю правдиво. Это были юноши, которые уверовали в своего Господа, и Мы увеличили их приверженность прямому пути.
Ey Peyğəmbər! Biz sənə onların başların gələn bu əhvalatı və barəsində heç bir şübhə olmayan bu xəbəri olduğu kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş və Allahın rizasını qazanmaq üçün saleh əməllər edən gənclər idi. Biz də onların haqq üzərində sabit qalmalarını və hidayətlərini artırdıq.
18:14Страница 294
وَرَبَطۡنَا عَلَىٰ قُلُوبِهِمۡ إِذۡ قَامُواْ فَقَالُواْ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَن نَّدۡعُوَاْ مِن دُونِهِۦٓ إِلَٰهٗاۖ لَّقَدۡ قُلۡنَآ إِذٗا شَطَطًا ١٤
Мы укрепили их сердца (укрепили их веру и решимость), когда они встали и сказали: «Господь наш - Господь небес и земли! Мы не станем взывать к другим божествам помимо Него. В таком случае мы произнесли бы чрезмерное.
Allahın vəhdaniyyətinə olan imanlrını kafir hökmdarın qarşısında elan etdikləri zaman, Biz o gənclərin qəlblərini imanla və həmçinin imanlarında sabitqədəm olmaları və vətənlərini tərk etməyə qarşı səbir nümayiş etmələri üçün səbat verib qüvvətləndirdik. Onlar o vaxt qalxıb hökmdara: "İman edib, itaət etdiyimiz Rəbbimiz, göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa, yalandan onların ilah olduqları idda edilən məbudlara ibadət etməyəcəyik. Əgər biz Ondan başqasına ibadət edəcəyimnizi söyləsək bu zaman haqqdan uzaq və ədalətsiz bir söz söyləmiş olarıq!" – demişdilər.
18:15Страница 294
هَٰٓؤُلَآءِ قَوۡمُنَا ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ لَّوۡلَا يَأۡتُونَ عَلَيۡهِم بِسُلۡطَٰنِۭ بَيِّنٖۖ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا ١٥
Этот наш народ стал поклоняться вместо Него другим божествам. Почему же они не приводят в пользу этого ясного довода? Кто может быть несправедливее того, кто возводит навет на Аллаха?
Bunda sonra həmin gənclər bir-biririnə baxaraq: "Bizim bu qövmümüz özlərinə Allahdan başqa ibadət edəcəkləri məbudlar qəbul etdilər. Onlar Allahdan başqasına ibadət etdiklərinə görə aşıq-aydın heç bir dəlil gətirməyə qadir deyillər. Allahın şəriki olması barədə yalan uyduran kimsədən daha zalım bir kəs ola bilməz!" – dedilər.
18:16Страница 295
وَإِذِ ٱعۡتَزَلۡتُمُوهُمۡ وَمَا يَعۡبُدُونَ إِلَّا ٱللَّهَ فَأۡوُۥٓاْ إِلَى ٱلۡكَهۡفِ يَنشُرۡ لَكُمۡ رَبُّكُم مِّن رَّحۡمَتِهِۦ وَيُهَيِّئۡ لَكُم مِّنۡ أَمۡرِكُم مِّرۡفَقٗا ١٦
Если вы удалились от них и от того, чему они поклоняются помимо Аллаха, то укройтесь в пещере, и ваш Господь распространит на вас Свою милость и сделает ваше дело легким».
Madam ki, siz qövmünüzdən uzaqlaşdınız, onların Allahdan savayı ibadət etdiklərini tərk etdiniz və bundan sonra da yalnız Uca Allaha ibadət edəcəksiniz, elə isə dininizdə sabit qalıb, fitnəyə düşməməkdən ötrü mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin, sizi düşməninizdən hifz edib, onların şərindən qorusun, həyatınızda faydalanasınız deyə işinizi asanlaşdırsın və sizə qövmünüz arasında yaşamaqdan daha da xeyirli bir həyat bəxş etsin!
18:17Страница 295
۞ وَتَرَى ٱلشَّمۡسَ إِذَا طَلَعَت تَّزَٰوَرُ عَن كَهۡفِهِمۡ ذَاتَ ٱلۡيَمِينِ وَإِذَا غَرَبَت تَّقۡرِضُهُمۡ ذَاتَ ٱلشِّمَالِ وَهُمۡ فِي فَجۡوَةٖ مِّنۡهُۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِۗ مَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُۥ وَلِيّٗا مُّرۡشِدٗا ١٧
Ты увидел бы, что солнце на восходе уклонялось от их пещеры вправо, а на закате отворачивалось от них влево. Они же находились в середине пещеры. Это были некоторые из знамений Аллаха. Тот, кого Аллах ведет прямым путем, следует прямым путем. Тому же, кого Он вводит в заблуждение, ты не найдешь ни покровителя, ни наставника.
Gənclər mağaraya sığınaraq, onlara əmr olunan şeyə tabe oldular. Uca Allah mağarada onları yuxuya daldırdı və beləliklə də onları düşmənlərinin şərindən qorudu. Ey Onların əhvalatlarını oxuyan kimsə! Günəş məşriqdən doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəlib mağaraya öz süasından toxundurduğunu, batdığı zaman isə onlara toxunmadan, onlardan uzaqlaşıb sol tərəfə adladığını, onlar günəşin hərarəti özlərinə zərər verməyən daima kölğə içində olduqlarını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini, ehtiyacları olduğu havanı rahatca necə tənəffüs etdiklərinidə görərdin. Onların mağaraya sığınmaları, orada uzun illər yuxuya dalmaları, günəşin süaları onlara toxunmadan meyil etməsi, mağarada yatdıqları yerin geniş olması və onları öz qövmlərinin şərindən xilas edilməsi Uca Allahın qüdrətinə dəlalət edən qəribə işlərindəndir. Allah kimi doğru yola yönəldərsə, həqiqətən də o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən və bu yola yönəldən bir yaxın adam tapa bilməzsən. Çünki hidayət bəxş edib, doğru yola yönətmək kiminsə əlində deyil, bu yalnız Uca Allahın əlində olan bir işdir!
18:18Страница 295
وَتَحۡسَبُهُمۡ أَيۡقَاظٗا وَهُمۡ رُقُودٞۚ وَنُقَلِّبُهُمۡ ذَاتَ ٱلۡيَمِينِ وَذَاتَ ٱلشِّمَالِۖ وَكَلۡبُهُم بَٰسِطٞ ذِرَاعَيۡهِ بِٱلۡوَصِيدِۚ لَوِ ٱطَّلَعۡتَ عَلَيۡهِمۡ لَوَلَّيۡتَ مِنۡهُمۡ فِرَارٗا وَلَمُلِئۡتَ مِنۡهُمۡ رُعۡبٗا ١٨
Ты решил бы, что они бодрствуют, хотя они спали. Мы переворачивали их то на правый бок, то на левый. Их собака лежала перед входом, вытянув лапы. Взглянув на них, ты бросился бы бежать прочь и пришел бы в ужас.
Ey Əshabi-kəhfin əhvalatlarını oxuyan kimsə! Onlar yatmış ikən gözləri açıq olduğundan dolayı sən onları oyaq zənn edərdin. Halbuki onlar, sözün həqiqi mənasında yuxuya dalmışdılar. Onlar yuxuda ikən torpaq cəsədlərini çürütməsin deyə, Biz bəzən onları sağ tərəfə, bəzən də sol tərəfə çevirirdik. Onların iti isə mağaranın girəcəyində qabaq pəncələrini uzadaraq yatmışdı. Əgər sən onları bu vəziyyətdə görsəydin, onlardan qorxduğun üçün dönüb qaçardın və bu üzdən qəlbini dəhşət və qorxu bürüyərdi.
18:19Страница 295
وَكَذَٰلِكَ بَعَثۡنَٰهُمۡ لِيَتَسَآءَلُواْ بَيۡنَهُمۡۚ قَالَ قَآئِلٞ مِّنۡهُمۡ كَمۡ لَبِثۡتُمۡۖ قَالُواْ لَبِثۡنَا يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۚ قَالُواْ رَبُّكُمۡ أَعۡلَمُ بِمَا لَبِثۡتُمۡ فَٱبۡعَثُوٓاْ أَحَدَكُم بِوَرِقِكُمۡ هَٰذِهِۦٓ إِلَى ٱلۡمَدِينَةِ فَلۡيَنظُرۡ أَيُّهَآ أَزۡكَىٰ طَعَامٗا فَلۡيَأۡتِكُم بِرِزۡقٖ مِّنۡهُ وَلۡيَتَلَطَّفۡ وَلَا يُشۡعِرَنَّ بِكُمۡ أَحَدًا ١٩
Так Мы пробудили их для того, чтобы они расспросили друг друга. Один из них сказал: «Сколько вы пробыли здесь?». Они сказали: «Мы пробыли день или часть дня». Они сказали: «Вашему Господу лучше известно о том, сколько вы пробыли. Пошлите одного из вас в город с вашими серебряными монетами. Пусть он посмотрит, какая еда получше, и принесет вам ее поесть. Но пусть он будет осторожен, чтобы никто не догадался о вас.
Onlar haqqında sənə söylədiyimiz hər bir şey, Bizim heyrətamiz qüdrətimiz sayəsində baş verən işlərdəndir. Biz onları, uzun müddət yatdıqdan sonra mağarada nə qədər yuxuya daldıqlarını bir-birindən soruşmaları üçün yuxudan oyatdıq. Onlardan bəziləri mağarada bir gün, yaxud günün bir hissəsi qədər yatdıqlarını dedilər. Mağarada yatdıqları müddəti dəqiq bilməyənlər isə: "Mağarada yatıb qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir, bu işi Allaha həvalə edin və sizə aid olan işlə məşğul olun" – deyərək cavab verdilər. Sonra onlardan biri belə dedi: "İndi isə aranızdan birini, bu gümüş pulunuzla həmin şəhərə göndərin. Qoy baxsın yemək satanların hansının yeməyi daha təmizdirsə və hansının qazancı daha halaldırsa, ondan alıb sizə azuqə gətirsin. Şəhərə daxil olduqda, oradan çıxdıqda və şəhər sakinləri ilə əlaqə yaratdıqda qoy o, son dərəcə ehtiyatlı olsun, ağıllı hərəkət etsin, sonu zərərlə qurtara biləcək hallardan uzaq dursun və heç kəsə sizin yerinizi öyrənməyə imkan verməsin!
18:20Страница 295
إِنَّهُمۡ إِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ يَرۡجُمُوكُمۡ أَوۡ يُعِيدُوكُمۡ فِي مِلَّتِهِمۡ وَلَن تُفۡلِحُوٓاْ إِذًا أَبَدٗا ٢٠
Если они узнают о вас, то побьют вас камнями или обратят вас в свою религию, и тогда вы никогда не преуспеете.
Əgər qövmünüz sizdən xəbər tutub, yerinizi bilsələr, bu zaman sizi ya daşqalaq edib öldürər, ya da Allahın sizi haqq dinə hidayət etməzdən əvvəl olduğunuz batil dinə geri döndərərlər. Əgər siz batil dinə geri dönsəniz, onda siz nə dünya həyatında, nə də axirətdə, heç vaxt nicat tapa bilməzsiniz, əksinə, Allahın sizi hidayət etdiyi haqq dini tərk edib və batil bir dinə döndüyünüzə görə böyük bir ziyana uğramış olarsınız!
18:21Страница 296
وَكَذَٰلِكَ أَعۡثَرۡنَا عَلَيۡهِمۡ لِيَعۡلَمُوٓاْ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيۡبَ فِيهَآ إِذۡ يَتَنَٰزَعُونَ بَيۡنَهُمۡ أَمۡرَهُمۡۖ فَقَالُواْ ٱبۡنُواْ عَلَيۡهِم بُنۡيَٰنٗاۖ رَّبُّهُمۡ أَعۡلَمُ بِهِمۡۚ قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا ٢١
Так Мы дали знать о них людям для того, чтобы они узнали, что обещание Аллаха есть истина и что в Часе невозможно усомниться. Но вот они стали спорить о них и сказали: «Воздвигните над ними строение. Их Господу лучше знать о них». А те, которые отстояли свое мнение, сказали: «Мы непременно воздвигнем над ними мечеть».
Beləliklə, Bizim, əshabi-kəhfi uzun illər yuxuya daldırmağımız, bu uzun ilərdən sonra onları yuxudan oyatmağımız, öz şəhərlərində yaşayanlara Allahın möminlərə yardım edəcək vədinin və öldükdən sonra yenidən dirilmənin həqiqət olduğunu və qiyamət saatının da mütləq qopacağını onlara bildirib xəbərdar etmək üçün qüdrətimizə dəlalət edən qəribə işlərimizdən biridir. Əshabi-kəhfin halı insanlara bəlli olduqdan sonra onlar bir müddət həyat sürüb, bunun ardından vəfat etdilər. Onların bu durumuna şahid olan kimsələr onlar üçün nə edəcəkləri darədə ixtilaf etdilər. Onlardan bəziləri: "Əshabi-kəhfi qorumaq və mühafizə etmək üçün mağaranın girəcəyinə bir divar hörün, Rəbbi onların halını daha yaxşı bilir, çünki onların uzun illər mağarada yatdıqdan sonra yuxudan oyanmalıarı onların Allah yanında yüksək məqama sahib olduqlarını göstərir!" – dedilər. Bu zaman öz qövmü arasında bəzi nüfuz sahibləri, lakin Allahın dinindən elmsiz olan və həmçinin doğru dəvət sahib olmayan kimsələr: "Əshabi-kəhfə hörmət əlaməti olaraq və onların uzun illər boyu yatdıqları yerlərinin bilinib xatırlanması üçün orada ibadət edilsin deyə onların üstündə bir mütləq bir məscid bina edəcəyik!" – dedilər.
18:22Страница 296
سَيَقُولُونَ ثَلَٰثَةٞ رَّابِعُهُمۡ كَلۡبُهُمۡ وَيَقُولُونَ خَمۡسَةٞ سَادِسُهُمۡ كَلۡبُهُمۡ رَجۡمَۢا بِٱلۡغَيۡبِۖ وَيَقُولُونَ سَبۡعَةٞ وَثَامِنُهُمۡ كَلۡبُهُمۡۚ قُل رَّبِّيٓ أَعۡلَمُ بِعِدَّتِهِم مَّا يَعۡلَمُهُمۡ إِلَّا قَلِيلٞۗ فَلَا تُمَارِ فِيهِمۡ إِلَّا مِرَآءٗ ظَٰهِرٗا وَلَا تَسۡتَفۡتِ فِيهِم مِّنۡهُمۡ أَحَدٗا ٢٢
Одни говорят, что их было трое, а четвертой была собака. Другие говорят, что их было пятеро, а шестой была собака. Так они пытаются угадать сокровенное. А другие говорят, что их было семеро, а восьмой была собака. Скажи: «Моему Господу лучше знать об их числе. Это неизвестно никому, кроме немногих». Препирайся относительно них только открыто и никого из них не спрашивай о них.
Mağarada yuxuya dalan gənclərin sayı barədə münaqişə edənlərdən bəziləri: "Onlar üç kişidir, dördüncüsü isə köpəkləridir!" – deyəcəklər. Digərləri isə "Onlar beş kişidir, altıncısı isə köpəkləridir!" – deyəcəklər. Bu iki dəstə nə söyləmişsə, bunların hər ikisi də zənnə qapanaraq, bilmədikləri bir şeyi təxmin edərək söyləyəmişdilər. Bəziləri də: "Onlar yeddi kişidir, səkkizincisi isə köpəkləridir!" – deyəcəklər. Ey Peyğəmbər! Onlara belə de: "Onların sayını Rəbbim daha yaxşı bilir. Rəbbin bildirdiyi kimsələr müstəsna olmaqla insanlardan onların sayının nə qədər olduğunu bilən çox azdır. Sən nə onların sayı və nə də başqa halları barədə, istər Kitab əhli ilə istərsədə ki qeyriləri ilə açıq-aydın bir şəkildə və çox da dərinə varmadan və Allahın onlar barədə sənə nazil etdiyi ayələrə istinad edərək mübahisə et. Kitab əhli və ya başqalarından əshabi-kəhf barədə bir şey soruşma, çünki onlar bu hekayət haqqında heç bir elmə sahib deyillər!"
18:23Страница 296
وَلَا تَقُولَنَّ لِشَاْيۡءٍ إِنِّي فَاعِلٞ ذَٰلِكَ غَدًا ٢٣
И никогда не говори: «Я сделаю это завтра».
Ey Peyğəmbər! Sabah etmək istədiyin bir iş barəsində: "Mən sabah onu mütləq edəcəyəm!" – demə! Çünki sən, sabah həmin işi edə biləcəyini və ya o işi etməyə sənə hər hansı bir maneənin çıxacağını bilmirsən. Uca Allah bu ayədə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xitab etsədə, amma ayənin mənası hər müsəlmana aiddir.
18:24Страница 296
إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ وَٱذۡكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلۡ عَسَىٰٓ أَن يَهۡدِيَنِ رَبِّي لِأَقۡرَبَ مِنۡ هَٰذَا رَشَدٗا ٢٤
Если только этого не пожелает Аллах! Если же ты забыл, то помяни своего Господа и скажи: «Быть может, Господь мой поведет меня более правильным путем».
Ancaq o edəcəyin hər hansı bir işi Allahın istəyinə bağlayaraq belə deməlisən: "Əgər Allah istəsə ("inşallah") o işi edəcəyəm!". İnşallah deməyi unutduğun zaman Rəbbini yada salıb: "Ümid edirəm ki, Rəbbim məni hidayət və müvəffəqiyyət baxımından bundan daha yaxın olan bir yola yönəltsin" – de.
18:25Страница 296
وَلَبِثُواْ فِي كَهۡفِهِمۡ ثَلَٰثَ مِاْئَةٖ سِنِينَ وَٱزۡدَادُواْ تِسۡعٗا ٢٥
Они провели в пещере триста лет и еще девять.
Əshabi-kəhf qaldıqları mağarada düz üç yüz doqquz il qaldılar.
18:26Страница 296
قُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا لَبِثُواْۖ لَهُۥ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَبۡصِرۡ بِهِۦ وَأَسۡمِعۡۚ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا يُشۡرِكُ فِي حُكۡمِهِۦٓ أَحَدٗا ٢٦
Скажи: «Аллаху лучше знать, сколько они пробыли. У Него - сокровенное небес и земли. Как прекрасно Он видит и слышит! Нет у них покровителя помимо Него, и никто не принимает решений вместе с Ним».
Ey Peyğəmbər! Onlara de: "Əshabi-kəhfin mağaralarında nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Artıq uca Allah onların mağaralarında qaldıqları müddəti bizə bildirmişdir. Bundan sonra bir kimsənin uca Allahın söylədiyinin üzərinə hər hansı bir söz söyləməyə haqqı yoxdur. Çünki göylərin və yerin qeybində olan hər bir şeyin yaradılması və elmi yalnız Ona aiddir. Uca Allah nə gözəl görəndir, O, hər bir şeyi görür. Uca Allah nə gözəl eşidəndir, O, hər bir şeyi eşidir! İnsanların Allahdan başqa onların işlərinə yardım edən heç bir dostu və himayədarı yoxdur. Uca Allah Öz hökmünə heç bir kimsəni əsla şərik etməz. Höküm verən yalnız Odur!"
18:27Страница 296
وَٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِن كِتَابِ رَبِّكَۖ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدٗا ٢٧
Читай Писание твоего Господа, ниспосланное тебе в откровении. Нет замены Его Словам, и тебе не найти помимо Него прибежища.
Ey Peyğəmbər! Allahın sənə Quranda vəhy etdiyini oxu və onunla əməl et. Onun kəlmələrini dəyişdirəcək bir kimsə yoxdur. Çünki bu kəlmələrin hamısı doğru və hamısı ədalətli kəlmələrdir. Sən uca Allahdan başqa heç bir sığınacaq və ya səni qoruyacaq bir kimsə əsla tapa bilməzsən.
18:28Страница 297
وَٱصۡبِرۡ نَفۡسَكَ مَعَ ٱلَّذِينَ يَدۡعُونَ رَبَّهُم بِٱلۡغَدَوٰةِ وَٱلۡعَشِيِّ يُرِيدُونَ وَجۡهَهُۥۖ وَلَا تَعۡدُ عَيۡنَاكَ عَنۡهُمۡ تُرِيدُ زِينَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَا تُطِعۡ مَنۡ أَغۡفَلۡنَا قَلۡبَهُۥ عَن ذِكۡرِنَا وَٱتَّبَعَ هَوَىٰهُ وَكَانَ أَمۡرُهُۥ فُرُطٗا ٢٨
Будь же терпелив вместе с теми, которые взывают к своему Господу по утрам и перед закатом и стремятся к Его Лику. Не отвращай от них своего взора, желая украшений этого мира, и не повинуйся тем, чьи сердца Мы сделали небрежными к Нашему поминанию, кто потакает своим желаниям и чьи дела окажутся тщетными.
Özünü səhər və axşam çağı, ixlasla Rəbbinə dua və ibadət edən kimsələrlə daima birlikdə et. Zəngin və şərəfli insanlarla oturub-durmağa həris olub, nəzərlərini ixlasla Allaha ibadət edən kimsələrdən çevirmə. Qəlbini möhürləyərək Bizi zikir etməkdən xəbərsiz etdiyimiz, sənə öz məclisindən yoxsulları uzaqlaşdırmağı əmr edən, nəfsinin istəklərini Rəbbinə itaət etməkdən üzstün tutan və işləri boş faydasız və ziyan olan bir kimsəyə itaət etmə!
18:29Страница 297
وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ إِنَّآ أَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَاۚ وَإِن يَسۡتَغِيثُواْ يُغَاثُواْ بِمَآءٖ كَٱلۡمُهۡلِ يَشۡوِي ٱلۡوُجُوهَۚ بِئۡسَ ٱلشَّرَابُ وَسَآءَتۡ مُرۡتَفَقًا ٢٩
Скажи: «Истина - от вашего Господа. Кто хочет, пусть верует, а кто не хочет, пусть не верует». Мы приготовили для беззаконников Огонь, стены которого будут окружать их со всех сторон. Если они станут просить о помощи (или дожде), то им помогут водой, подобной расплавленному металлу (или осадку масла), которая обжигает лицо. Мерзкий напиток и скверная обитель!
Ey Peyğəmbər! Qəlblərinin qəflətindən dolayı Allahın zikrindən üz çevirən kimsələrə belə de: "Sizə gətirdiyim bu din, haqq dindir. Bu din məndən deyil, Allah tərəfindəndir. Məndən möminləri öz məclisimdən qovmağımı tələb etmənizi də yerinə yetirməyəcəyəm. Sizdən kim bu haqqa iman etmək istəyirsə, iman etsin, buna görə sonda Allahın ona verəcəyi mükafat onu çox sevindirəcək. Kim də kafir olmaq istəyirsə qoy kafir olsun, buna görə də sonda onu gözləyən əzab onu çox məyus edəcək!" Biz Allaha küfür etməyi seçərək özlərinə zülm edən zalımlar üçün Cəhənnəmin divarları onları əhatə edən əzəmətli bir od hazırlamışıq. Onlar oradan qaçıb canlarını qurtara bilməyəcəklər. Onlar şiddətli susuzluqdan dolayı su istədiklərində, onlara qaynar və çirkli yağ kimi su ilə kömək ediləcəkdir. Onlar həmin suyu içdikdə o suyun hərarətindən üzləri qovurulacaqdır. Onlara kömək edilərək verilən bu su, necə də pis və murdar bir sudur. Çünki bu su, onlıarın susuzluğunu yatızdırmaz, əsksinə susuzluqlarını daha da artırar. Onların dərilərini yandırıb-yaxan alov da əsla söndürülməz. Həqiqətən, Cəhənnəm necə də pis məskən və pis qərar tutulan bir yerdir!
18:30Страница 297
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ إِنَّا لَا نُضِيعُ أَجۡرَ مَنۡ أَحۡسَنَ عَمَلًا ٣٠
А что до тех, которые уверовали и совершали праведные деяния, то ведь Мы не теряем награды тех, кто совершал добро.
Sözsüz ki, Allaha iman gətirib, saleh əməllər edənlər, əməllərini gözəl bir şəkildə əta etdiklərinə görə onlar üçün böyük bir savab vardır. Biz yaxşı işlər görənlərin əcrini puç etmərik. Əksinə, onların əcirlərini naqis edilmədən, kamil bir şəkildə verərik.
18:31Страница 297
أُوْلَٰٓئِكَ لَهُمۡ جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَيَلۡبَسُونَ ثِيَابًا خُضۡرٗا مِّن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۚ نِعۡمَ ٱلثَّوَابُ وَحَسُنَتۡ مُرۡتَفَقٗا ٣١
Именно им уготованы сады Эдема, в которых текут реки. Они будут украшены золотыми браслетами и облачены в зеленые одеяния из атласа и парчи. Они будут возлежать там на ложах, прислонившись. Замечательное вознаграждение и прекрасная обитель!
İman edərək, saleh əməllər etməklə vəsf olunan o kimsələr üçün sarayları altından şirin dadlı Cənnət çayları axan, içində əbədi qalacaqları cənnətlər hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcək və üstləri gözəl bəzəklərlə bəzədilmiş taxtların üstündə dirsəklənəcəklər. Onlara verilən mükafat nə gözəl mükafatdır, içərisində qərar tutacaqları Cənnət nə necə də gözəl məskəndir!
18:32Страница 297
۞ وَٱضۡرِبۡ لَهُم مَّثَلٗا رَّجُلَيۡنِ جَعَلۡنَا لِأَحَدِهِمَا جَنَّتَيۡنِ مِنۡ أَعۡنَٰبٖ وَحَفَفۡنَٰهُمَا بِنَخۡلٖ وَجَعَلۡنَا بَيۡنَهُمَا زَرۡعٗا ٣٢
Приведи им притчу о двух мужах. Одному из них Мы устроили два виноградника, оградили их финиковыми пальмами и поместили между ними ниву.
Ey Peyğəmbər! Onlara, biri mömin, digəri kafir olan iki kişinin əhvalatını məsəl çək. Bunlardan kafir olanına iki üzün bağ verib, bu iki üzüm bağını da xurma ağacları ilə əhatə etdik və bu iki bağın boş qalan yerlərində əkin saldıq.
18:33Страница 297
كِلۡتَا ٱلۡجَنَّتَيۡنِ ءَاتَتۡ أُكُلَهَا وَلَمۡ تَظۡلِم مِّنۡهُ شَيۡـٔٗاۚ وَفَجَّرۡنَا خِلَٰلَهُمَا نَهَرٗا ٣٣
Оба сада приносили плоды, и ничто из них не пропадало, а между ними Мы проложили реку.
Hər iki bağ da xurma, üzüm meyvələrini və öz bəhrəsini heç bir şeyi naqis etmədən, əksinə, bol-bol, kamil bir şəkildə verdi. Biz də rahat sulanması üçün o hər iki bağın aralarında bir çay axıtdıq.
18:34Страница 297
وَكَانَ لَهُۥ ثَمَرٞ فَقَالَ لِصَٰحِبِهِۦ وَهُوَ يُحَاوِرُهُۥٓ أَنَا۠ أَكۡثَرُ مِنكَ مَالٗا وَأَعَزُّ نَفَرٗا ٣٤
У него были плоды (или богатство), и он сказал своему товарищу, беседуя с ним: «У меня больше имущества и помощников, чем у тебя».
İki bağa sahib olan kimsənin, bu iki bağdan başqa mal-dövləti, meyvəsi və gəliri də var idi. Bundan dolayı o, özünü mömin yoldaşından üstün tutaraq, qürürlu bir halda ona: "Mən mal-dövlət və sərvətcə səndən daha zəngin və qəbilə, qohum-əqraba cəhətdən də səndən daha qüvvətliyəm!" – dedi.
18:35Страница 298
وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٞ لِّنَفۡسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدٗا ٣٥
Он вошел в свой сад, поступая несправедливо по отношению к себе, и сказал: «Я не думаю, что он когда-нибудь исчезнет.
O kafir kişi, mömin olan kişi ilə birgə öz bağını ona göstərmək üçün küfr və təkəbbülük etməklə özünə zülm edərək bağına daxil olub dedi: "Gördüyün bu bağın ərsəyə gəlib və daima belə bir halda qalması üçün əlimdən gələni etdiyimə görə, bunun nə vaxtsa məhv ola biləcəyini düşünmürəm!"
18:36Страница 298
وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيۡرٗا مِّنۡهَا مُنقَلَبٗا ٣٦
Я не думаю, что настанет Час. Если же меня возвратят к моему Господу, то по возвращении я обрету там нечто еще более прекрасное».
Qiyamət gününün gələcəyini də heç zənn etmirəm. Yaşadığımız bu dünya həyatı əbədi olan bir həyatdır. Öldükdən sonra təkrarən dirilib, Rəbbimin yanına qaytarılmağı fərz etmiş olsam, təkrarən dirildiyimdən sonra qayıdacağım yerdə sözsüz ki, bundan daha gözəl bir bağım olacaq. Dünyada zəngin olan, öldükdən sonra yenidən dirildikdə də zəngin olar!"
18:37Страница 298
قَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرۡتَ بِٱلَّذِي خَلَقَكَ مِن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ سَوَّىٰكَ رَجُلٗا ٣٧
Товарищ его, беседуя с ним, сказал: «Неужели ты не веруешь в Того, Кто сотворил тебя из земли, потом - из капли, а потом сделал тебя мужчиной?
Onunla söhbət edən mömin yoldaşı isə dedi: "Atan Adəmi torpaqdan, sonra səni nütfədən yaratmış, daha sonra səni insan qiyafəsinə salmış, bütün əzalarının hər birini öz yerində, kamil şəkildə yaratmış Rəbbinə küfrmü edirsən?! Şübhəsiz ki, bütün bunları etməyə qadir olan, öldükdən sonra səni yenidən dilitməyə də qadirdir!"
18:38Страница 298
لَّٰكِنَّا۠ هُوَ ٱللَّهُ رَبِّي وَلَآ أُشۡرِكُ بِرَبِّيٓ أَحَدٗا ٣٨
Что же касается меня, то мой Господь - Аллах, и я никого не приобщаю в сотоварищи к моему Господу.
Amma mən heç də sənin söylədiyin kimi söyləmirəm. Lakin uca Allah, bol-bol nemətləri ilə bizlərə lütf edən Rəbbimdir və mən Rəbbimə ibadətdə heç kəsini Ona şərik qoşmaram!
18:39Страница 298
وَلَوۡلَآ إِذۡ دَخَلۡتَ جَنَّتَكَ قُلۡتَ مَا شَآءَ ٱللَّهُ لَا قُوَّةَ إِلَّا بِٱللَّهِۚ إِن تَرَنِ أَنَا۠ أَقَلَّ مِنكَ مَالٗا وَوَلَدٗا ٣٩
Почему, войдя в свой сад, ты не сказал: «Так пожелал Аллах! Нет мощи, кроме как от Аллаха!» Ты считаешь, что у меня меньше богатства и детей, чем у тебя,
Məgər öz bağına girdiyin zaman: "Maşallah, bu, Uca Allahın istəyi ilə olmuşdur. Güc-qüvvət yalnız Allaha məxsusdur. İstədiyini edən ancaq Odur. O, güc-qüvvət və qüdrət sahibidir!" – deməli deyildinmi?! Əgər sən, var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, yenə də belə söyləməli deyildin,
18:40Страница 298
فَعَسَىٰ رَبِّيٓ أَن يُؤۡتِيَنِ خَيۡرٗا مِّن جَنَّتِكَ وَيُرۡسِلَ عَلَيۡهَا حُسۡبَانٗا مِّنَ ٱلسَّمَآءِ فَتُصۡبِحَ صَعِيدٗا زَلَقًا ٤٠
а ведь мой Господь может даровать мне то, что лучше твоего сада, и наслать на него наказание с неба, и тогда он превратится в скользкую землю.
Uca Allahın mənə, sənin bağından daha yaxşısını vcerəcəyini, sənin bağına isə səmadan bir əzab göndərib oranı sürüşkən, ayaq basılması mümkün olmayan və heç bir şey bitməyən, qupquru olacağını düşünürəm.
18:41Страница 298
أَوۡ يُصۡبِحَ مَآؤُهَا غَوۡرٗا فَلَن تَسۡتَطِيعَ لَهُۥ طَلَبٗا ٤١
Или же воды его уйдут под землю, и ты не сможешь достать их».
Yaxud suyu tamamilə yerin dibinə çəkilib getsin və heç bir vasitə ilə o suyu əldə edə bilməyəsən. Əgər bağın suyu olmazsa, o bağ dirçələ bilməz!"
18:42Страница 298
وَأُحِيطَ بِثَمَرِهِۦ فَأَصۡبَحَ يُقَلِّبُ كَفَّيۡهِ عَلَىٰ مَآ أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُشۡرِكۡ بِرَبِّيٓ أَحَدٗا ٤٢
Его плоды погибли, и он стал ударять себя по рукам, сожалея о том, что он потратил на виноградник, ветви которого упали на трельяжи. Он сказал: «Лучше бы я никого не приобщал в сотоварищи к моему Господу!».
Nəhayət, mömin kimsənin gözlədiyi əzab gəldi və beləcə, o kafir adamın bağındakı bütün məhsulu bir anda yerlə yeksan oldu. O, bağını bəhrəli bir bağ olması üçün çəkdiyi bütün əziyyətin və ora qoyduğu məsrəfin bir anda yox olmasından dolayı son dərəcə peşmançılıq və hüzn çəkərək əllərini bir-birinə vurmağa başladı, bağın çardağı uçulub darmadağın və üzüm təhənglərinində yerə sərilmiş olduğunu gördükdə o belə dedi: "Kaş, mən tək olan Rəbbimə iman edib və heç kəsi ibadətdə Ona şərik qoşmayaydım!"
18:43Страница 298
وَلَمۡ تَكُن لَّهُۥ فِئَةٞ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مُنتَصِرًا ٤٣
Не было у него людей, которые бы помогли ему вместо Аллаха, и он не мог помочь самому себе.
Bu kafirin başına gələn əzabı mane olacaq bir camaatı da yox idi. Halbuki vaxtı ilə o, öz camaatının çoxluğu ilə öyünüb, fəxr edirdi. O kafir insan, uca Allahın onun bağını həlak etməsinə əsla mane ola bilməzdi.
18:44Страница 298
هُنَالِكَ ٱلۡوَلَٰيَةُ لِلَّهِ ٱلۡحَقِّۚ هُوَ خَيۡرٞ ثَوَابٗا وَخَيۡرٌ عُقۡبٗا ٤٤
В таких случаях оказать поддержку может только Истинный Аллах. У Него - лучшее вознаграждение и лучший исход.
Belə məqamda yardım etmək yalnız tək olan uca Allaha aiddir. Uca Allah, mömin olan qullarına ən yaxşı mükafat verən, onlar üçün savabı qat-qat artıqan və onlara ən gözəl aqibət nəsib edəndir.
18:45Страница 298
وَٱضۡرِبۡ لَهُم مَّثَلَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ فَأَصۡبَحَ هَشِيمٗا تَذۡرُوهُ ٱلرِّيَٰحُۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ مُّقۡتَدِرًا ٤٥
Приведи им притчу о мирской жизни. Она подобна воде, которую Мы ниспосылаем с неба. Земные растения смешиваются с ней (или благодаря ней), а потом превращаются в сухие былинки, рассеиваемые ветром. Воистину, Аллах способен на всякую вещь.
Ey Peyğəmbər! Dünya həyatına aldananlara belə bir məsəl çək. Bu dünya həyatının məsəli, tez bir zaman da yox olan göydən endirdiyimiz yağışa bənzər ki, bu yağış suyu ilə yer üzündəki bitkilər yetişib, bəhrə verər, sonra parçalanıb çör-çöpə dönər və sonda küləklər onu sovurub uzaq bir yerlərə aparar, beləliklə də, yer əvvəlki halına dönər. Allah hə şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. O, istədiyinə həyat verər və istədiyini də həlak edib, yox edər!
18:46Страница 299
ٱلۡمَالُ وَٱلۡبَنُونَ زِينَةُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٌ أَمَلٗا ٤٦
Богатство и сыновья - украшение мирской жизни, однако нетленные благодеяния лучше по вознаграждению перед твоим Господом, и на них лучше возлагать надежды.
Var-dövlət və övladlar dünya həyatındakı bərbəzəyidir. Allahın rizasını diləyərək xərclənilən mal-dövlət müstəsna olmaqla, mal-dövlərin axirətdə heç bir faydası yoxdur. Uca Allahın razı qaldığı sözlər və əməllər Allah yanında savab baxımından dünyanın bütün bərbəzəyindən daha əfzəldir və bu, insanın ümid etdiyinin ən xeyirlisidir. Çünki dünyanın bərbəzəyi və zinəti fanidir, Allah yanında razı qalınan sözlər və əməllərin savabı isə əbədidir.
18:47Страница 299
وَيَوۡمَ نُسَيِّرُ ٱلۡجِبَالَ وَتَرَى ٱلۡأَرۡضَ بَارِزَةٗ وَحَشَرۡنَٰهُمۡ فَلَمۡ نُغَادِرۡ مِنۡهُمۡ أَحَدٗا ٤٧
В тот день Мы заставим двигаться горы, и ты увидишь, что земля станет плоской. Мы соберем их всех и никого не упустим.
Dağları yerindən yox edəcəyimiz günü xatırla. Yer üzərində olan dağların, ağacların və binaların tamamən yox olduğu üçün sən yer üzünü dümdüz olduğunu görəcəksən. O gün Biz, bütün məxluqatı bir yerə cəm edəcəyik, onlardan heç birini də diriltmədən, öz qəbrində ölmüş bir halda buraxmayacağıq.
18:48Страница 299
وَعُرِضُواْ عَلَىٰ رَبِّكَ صَفّٗا لَّقَدۡ جِئۡتُمُونَا كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةِۭۚ بَلۡ زَعَمۡتُمۡ أَلَّن نَّجۡعَلَ لَكُم مَّوۡعِدٗا ٤٨
Они предстанут перед твоим Господом рядами: «Вы пришли к Нам такими, какими Мы создали вас в первый раз. Но вы предполагали, что Мы не назначили встречи с вами».
İnsanlar Rəbbinə səf-səf ərz olunacaqlar, Uca Allah da onları hesaba çəkərək belə deyəcəkdir: "Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi tək başına, ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda gəldiniz. Əksinə, siz, bir daha dirilməyəcəyinizi, etdiyiniz yaxşı və ya pis əməllərin mükafatını vermək üçün Biz sizə müəyyən bir zaman və məkan təyin etməyəcəyimizi zənn edirdiniz!"
18:49Страница 299
وَوُضِعَ ٱلۡكِتَٰبُ فَتَرَى ٱلۡمُجۡرِمِينَ مُشۡفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَٰوَيۡلَتَنَا مَالِ هَٰذَا ٱلۡكِتَٰبِ لَا يُغَادِرُ صَغِيرَةٗ وَلَا كَبِيرَةً إِلَّآ أَحۡصَىٰهَاۚ وَوَجَدُواْ مَا عَمِلُواْ حَاضِرٗاۗ وَلَا يَظۡلِمُ رَبُّكَ أَحَدٗا ٤٩
Будет положена книга, и ты увидишь, как грешники будут трепещать от того, что в ней. Они скажут: «Горе нам! Что это за книга! В ней не упущен ни малый, ни великий грех - все подсчитано». Они обнаружат перед собой все, что совершили, и твой Господь ни с кем не поступит несправедливо.
O gün hər kəsin əməl dəftəri qarşısına qoyulacaq, bəziləri onu sağ tərəfdən, bəziləri də sol tərəfdən alacaqdır. Ey İnsan! O gün sən kafirlərin orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Çünki onlar etdikləri küfr və günahları yaxşı bilirlər. Onlar bunun ardından belə deyəcəklər: "Vay halımıza və başımıza gələn müsibətə! Bu necə bir kitabdır! Etdiyimiz əməllərdən nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar dünya həyatında etdikləri bütün günahların hamısını necə var, yazılı bir halda görəcəklər. Ey Peyğəmbər! Rəbbin heç kəsə qarşı zülm etməz. Heç kimsəni günahsız yerə cəzalandırmaz. Ona itaət edən kimsənin də etdiyi itaətin əcrini naqis etməz!
18:50Страница 299
وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ كَانَ مِنَ ٱلۡجِنِّ فَفَسَقَ عَنۡ أَمۡرِ رَبِّهِۦٓۗ أَفَتَتَّخِذُونَهُۥ وَذُرِّيَّتَهُۥٓ أَوۡلِيَآءَ مِن دُونِي وَهُمۡ لَكُمۡ عَدُوُّۢۚ بِئۡسَ لِلظَّٰلِمِينَ بَدَلٗا ٥٠
Вот сказали Мы ангелам: «Падите ниц перед Адамом!». Все они поклонились, кроме Иблиса. Он был одним из джиннов и ослушался воли своего Господа. Неужели вы признаете его и его потомков своими покровителями и помощниками вместо Меня, тогда как они являются вашими врагами? Плохая это замена для беззаконников!
Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələklərə: "Adəmə salam məqsədilə səcdə edin!"– demişdik. İblisdən başqa mələklərin hamısı, salam vermək məqsədilə Adəmə səcdə etdi. İblis cinlərdən idi, mələklərdən deyildi. Beləliklə də, O, Adəmə səcdə etməyə təkəbbürlük göstərərək, Rəbbinin əmrinə boyun əymədi. Ey İnsanlar! Onlar sizin düşməniniz olduğu bir halda, siz Məni qoyub onu və onun övladlarını özünüzə dostmu tutursunuz?! Axı düşmənlərinizi necə özünüzə dost tuta bilərsiniz?! Uca Allahla dostluq etmək əvəzinə, şeytanı özünə dost tutan zalımların etdikləri necə də çirkin və mürdar bir işdir!
18:51Страница 299
۞ مَّآ أَشۡهَدتُّهُمۡ خَلۡقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَا خَلۡقَ أَنفُسِهِمۡ وَمَا كُنتُ مُتَّخِذَ ٱلۡمُضِلِّينَ عَضُدٗا ٥١
Я не сделал их свидетелями сотворения небес и земли и сотворения их самих. Я не беру в помощники тех, кто вводит других в заблуждение.
Özünüzə Məndən başqa dost tutduqlarınız da sizin kimi insanlardır. Mən göyləri və yeri yaratdığım zaman onları şahid tutmadım. Əksinə, bu vaxt onlar heç mövcud da deyildilər. Həmçinin, Mən onları yaratdığım zaman bəzilərini digərlərinin yaradılışına da şahid tutmadım. Yaratmaq və idarə etmək tək Mənə aiddir. Mən başqalarını yoldan çıxaran insan və cinlərdən olan şeytanları Özümə əsla yardımçı etmərəm. Mənim yardımçılara heç bir ehtiyacım yoxdur!
18:52Страница 299
وَيَوۡمَ يَقُولُ نَادُواْ شُرَكَآءِيَ ٱلَّذِينَ زَعَمۡتُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَجَعَلۡنَا بَيۡنَهُم مَّوۡبِقٗا ٥٢
В тот день Он скажет: «Призовите Моих сотоварищей, о существовании которых вы предполагали». Они воззовут к ним, но те не ответят им. Мы воздвигнем между ними губительное место (преграду).
Ey Peyğəmbər! Qiyamət günü uca Allahın dünyada ikən Ona şərik qoşan müşriklərə: "Ey Müşriklər! Şəriklərim olduğunu iddia etdiyiniz bütlərinizi, bəlkə sizə yardım edərlər deyə, köməyə çağırın!" – deyəcəyini xatırla. Müşriklər onları özlərinə yardım etməyə çağırsalar da, bütlər onlar nə cavab verə biləcək, nə də onlara yardım göstərəcəklər. Biz müşriklərlə bütlərin hamısının birlikdə məhv olacaqları bir çuxur salarıq. Bu da Cəhənnəm atəşidir!
18:53Страница 299
وَرَءَا ٱلۡمُجۡرِمُونَ ٱلنَّارَ فَظَنُّوٓاْ أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمۡ يَجِدُواْ عَنۡهَا مَصۡرِفٗا ٥٣
Грешники увидят Огонь, и им станет ясно, что они будут брошены в него. Они не найдут от него спасения!
Müşriklər atəşi öz gözləri ilə görüncə, oraya düşəcəklərini tam yəqinliklə biləcəklər, lakin oradan qaçıb canlarını qurtarmağa bir yer tapa bilməyəcəklər.
18:54Страница 300
وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٖۚ وَكَانَ ٱلۡإِنسَٰنُ أَكۡثَرَ شَيۡءٖ جَدَلٗا ٥٤
Мы разъяснили людям в этом Коране любые притчи, но человек больше всего склонен препираться.
Biz Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quranda insanların xatırlayıb öyüd-nəsihət almaları üçün hər cür məsəli ətraflı izah etdik. Lakin insan isə ən çox - xüsusən də ki, kafir - haqqsız olduğu bir halda mücadilə edəndir.
18:55Страница 300
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰ وَيَسۡتَغۡفِرُواْ رَبَّهُمۡ إِلَّآ أَن تَأۡتِيَهُمۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ قُبُلٗا ٥٥
Что же помешало людям уверовать, когда к ним явилось верное руководство, и попросить прощения у своего Господа, если не стремление к участи первых поколений и мучениям, которые предстанут перед ними лицом к лицу?
İnadkarlıq edən kafirlərin Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən gətirdiyi haqqa iman etmələrinə və günahlarına görə Allahdan bağışlanma diləmələrinə mane olan səbəb heç də verilən izahların naqisliyinə görə deyildir. Artıq Quranda onlar üçün kifayət qədər məsəllər çəkilib, öyüd-nəsihətlər verilmiş və açıq-aydın dəlillər göndərilmişdir. Onların iman etmələrinə mane olan səbəb, inadkarlıqla özlərindən əvvəlki ümmətlərin başlarına gələn əzabın öz başlarına gəlməsini və onlara vəd edilən əzabın da öz gözləri ilə görmələrini istəmələri oldu.
18:56Страница 300
وَمَا نُرۡسِلُ ٱلۡمُرۡسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۚ وَيُجَٰدِلُ ٱلَّذِينَ كَفَرُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّۖ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِي وَمَآ أُنذِرُواْ هُزُوٗا ٥٦
Мы отправляем посланников только добрыми вестниками и предостерегающими увещевателями. Однако неверующие препираются посредством лживых доводов, чтобы опровергнуть ими истину, и насмехаются над Моими знамениями и тем, от чего их предостерегают.
Biz göndərdiyimiz elçiləri ancaq iman və itaət əhlinə müjdə verənlər, kafirlərə və günahkarlara isə xəbərdarlıq edənlər kimi göndəririk. Elçilər, insanların qəlblərini imana gətirmək gücünə malik deyillər. Onlara gətirilən dəlillərin açıq-aydın olmasına rəğmən Allaha və Onun elçilərinə küfür edənlər Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən haqqı batil dəlilləri ilə aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Quranı və xəbərdar olunduqları şeyləri istehza edib, məsxərəyə qoyurlar.
18:57Страница 300
وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ فَأَعۡرَضَ عَنۡهَا وَنَسِيَ مَا قَدَّمَتۡ يَدَاهُۚ إِنَّا جَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۖ وَإِن تَدۡعُهُمۡ إِلَى ٱلۡهُدَىٰ فَلَن يَهۡتَدُوٓاْ إِذًا أَبَدٗا ٥٧
Кто может быть несправедливее того, кому напомнили о знамениях его Господа, а он отвернулся от них и забыл то, что совершили его руки? Мы накинули на их сердца покрывала, чтобы они не постигли его (Коран), а их уши поражены глухотой. Если даже ты призовешь их на прямой путь, они никогда не последуют прямым путем.
Rəbbinin ayələri yadına salınarkən oradakı əzab vədinə önəm verməyən, o ayələrdə zikir edilənlərdən öyüd-nəsihət almaqdan üz döndərən, dünya həyatında etmiş olduğu küfrləri və günahları unudub və bunlardan tövbə etməyən kimsədən də daha zalım kim ola bilər?! Bu sifətlərə sahib olan kimsələrin qəlblərinə Quranı anlamasınlar deyə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Onlar bu səbəbdən Quranı dinləyib qəbul edə bilməzlər. Sən onları nə qədər doğru yola çağırsan da, qəlblərindəki örtüklər və qulaqlarında maneələr olduğu müddətcə onlar heç vaxt sənin çağırışını eşidib iman etməzlər.
18:58Страница 300
وَرَبُّكَ ٱلۡغَفُورُ ذُو ٱلرَّحۡمَةِۖ لَوۡ يُؤَاخِذُهُم بِمَا كَسَبُواْ لَعَجَّلَ لَهُمُ ٱلۡعَذَابَۚ بَل لَّهُم مَّوۡعِدٞ لَّن يَجِدُواْ مِن دُونِهِۦ مَوۡئِلٗا ٥٨
Твой Господь - Прощающий, Обладающий милосердием. Если бы Он стал наказывать их за то, что они приобрели, то ускорил бы их мучения, но для них назначен срок, и они не найдут от него спасения.
Peyğəmbər -sallallahu aleyhi və səlləm- onu təkzib edənlərə tez bir zamanda əzabın gəlməsini istəməməsi üçün Uca Allah ona belə buyurmuşdur: "Ey Peyğəmbər! Rəbbin Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Mərhəmət sahibidir. Onun mərhəməti hər şeyi ehtiva etmişdir. Günahkarların tövbə etmələrini ümid edərək onlara möhlət verməsi də, Uca Allahın Öz qullarına olan mərhəmətindəndir. Əgər Uca Allah Ondan üz çevirən qullarına əzabı tezləşdirsəydi, bu zaman onları dünya həyatında cəzalandırmış olardı. Lakin O, həlimdir, rəhimlidir, qulları tövbə etsinlər deyə əzabı onlardan gecikdirər. Əksinə, onlar tövbə etməyəcəkləri təqdirdə, etdikləri küfrlərə və haqdan uzaqlaşdıqlarına görə cəzasını almaları üçün əvvəlcədən təyin edilmiş məkan və zaman vardır. Əzab gələcəyi vaxt onlar Allahdan başqa heç bir sığınacaq tapa bilməyəcəklər.
18:59Страница 300
وَتِلۡكَ ٱلۡقُرَىٰٓ أَهۡلَكۡنَٰهُمۡ لَمَّا ظَلَمُواْ وَجَعَلۡنَا لِمَهۡلِكِهِم مَّوۡعِدٗا ٥٩
Мы погубили эти города, когда они стали поступать несправедливо, и установили для их погибели срок.
Hud, Saleh, Şueyb və s. bu qövmlər kimi sizə yaxın olan kafir məmləkətlərin əhalisi küfr və günahlar etməklə özlərinə zülüm etdikdə, Biz onları məhv etdik. Biz onları məhvi üçün müəyyən bir vaxt təyin etmişdik.
18:60Страница 300
وَإِذۡ قَالَ مُوسَىٰ لِفَتَىٰهُ لَآ أَبۡرَحُ حَتَّىٰٓ أَبۡلُغَ مَجۡمَعَ ٱلۡبَحۡرَيۡنِ أَوۡ أَمۡضِيَ حُقُبٗا ٦٠
Вот Муса (Моисей) сказал своему слуге: «Я не остановлюсь, пока не дойду до места слияния двух морей или пока не потрачу на путешествие долгие годы».
Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa - aleyihissəlam - öz xidmətçisi olan Yuşə ibn Nuna belə demişdi: "Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud saleh quldan elm öyrənməyim üçün onu tapana qədər uzun müddət səfərimə davam edəcəyəm!"
18:61Страница 300
فَلَمَّا بَلَغَا مَجۡمَعَ بَيۡنِهِمَا نَسِيَا حُوتَهُمَا فَٱتَّخَذَ سَبِيلَهُۥ فِي ٱلۡبَحۡرِ سَرَبٗا ٦١
Когда они дошли до места их слияния, они забыли свою рыбу, и она двинулась в путь по морю, словно по подземному ходу.
Onları hər ikisi yoluna davam etdi və dənizlərin qovuşduğu yerə gəlib çatdıqlarında, özlərinə yeməyə götürdükləri balığı unutdular. Uca Allah bu zaman dalığı diriltdi, balıq isə dənizdə özünə suyun bir-birinə qarışmayacaq yol açıb, iz buraxaraq getdi.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии