Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Кахф 18:62–110
18:62Страница 301
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَىٰهُ ءَاتِنَا غَدَآءَنَا لَقَدۡ لَقِينَا مِن سَفَرِنَا هَٰذَا نَصَبٗا ٦٢
Когда они прошли дальше, он сказал своему слуге: «Подавай наш обед, ведь мы утомились в пути».
Musa və onun xidmətçisi Yuşə ibn Nun dənizlərin qovuşduğu yer keçdikdə, Musa - aleyhissəlam - öz xidmətçisinə: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə həddən artıq yorulduq" – dedi.
18:63Страница 301
قَالَ أَرَءَيۡتَ إِذۡ أَوَيۡنَآ إِلَى ٱلصَّخۡرَةِ فَإِنِّي نَسِيتُ ٱلۡحُوتَ وَمَآ أَنسَىٰنِيهُ إِلَّا ٱلشَّيۡطَٰنُ أَنۡ أَذۡكُرَهُۥۚ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِي ٱلۡبَحۡرِ عَجَبٗا ٦٣
Он сказал: «Помнишь, как мы укрылись под скалой? Я забыл о рыбе, и только дьявол заставил меня не вспомнить о ней. Она же отправилась в путь по морю чудесным образом».
Xidmətçi dedi: "Qayaya sığındığımız zaman bilirsənmi nə baş verdi?! O vaxt mən sənə balıq barədə deməyi unutdum. Doğrusu, onu sənə xatırlamağı yalnız şeytan mənə unutdurdu. Balıq gözlənmədən dirilib qəribə bir şəkildə dənizdə yol tutub getdi!"
18:64Страница 301
قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبۡغِۚ فَٱرۡتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصٗا ٦٤
Муса (Моисей) сказал: «Это - то, чего мы желали!» - и они вернулись назад по своим следам.
Musa - aleyhissəlam - öz xidmətçisinə dedi: "Elə istədiyimiz də bu idi, bu görüşəcəyimiz saleh qulun olduğu yerin əlamətidir!"– dedi. Sonra onlar gəldikləri yolu itirməmək üçün qayanın yanına qədər eyni yol ilə öz ləpirlərinin izinə düşüb geri qayıtdılar. Oradan da balığın dənizə girdiyi yerə geri döndülər.
18:65Страница 301
فَوَجَدَا عَبۡدٗا مِّنۡ عِبَادِنَآ ءَاتَيۡنَٰهُ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَعَلَّمۡنَٰهُ مِن لَّدُنَّا عِلۡمٗا ٦٥
Они встретили одного из Наших рабов, которого Мы одарили милостью от Нас и обучили из того, что Нам известно.
Musa və onun xidmətçisi Yuşə ibn Nun balığı itirdikləri yerə çatdıqda, onlar orada saleh qullarımızdan biri olan Xızıra - aleyhissəlam - rast gəldilər. Biz ona Öz tərəfimizdən mərhəmət bəxş etdik və ona insanların bilmədikləri bir elm öyrətdik. O da, bu hekayətin ehtiva etdiyi məsələdir.
18:66Страница 301
قَالَ لَهُۥ مُوسَىٰ هَلۡ أَتَّبِعُكَ عَلَىٰٓ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمۡتَ رُشۡدٗا ٦٦
Муса (Моисей) сказал ему (Хадиру): «Могу ли я последовать за тобой, чтобы ты научил меня о прямом пути тому, чему ты обучен?».
Musa təvazökarcasına və nəzakətlə ona dedi: "Uca Allahın sənə öyrətmiş olduğu haqq yolu göstərən elmdən mənə də öyrətmən üçün sənə tabe ola bilərəmmi?"
18:67Страница 301
قَالَ إِنَّكَ لَن تَسۡتَطِيعَ مَعِيَ صَبۡرٗا ٦٧
Он сказал: «У тебя не хватит терпения находиться рядом со мной.
Xızır dedi: "Doğrusu, sən mənim öz elmimə əsaslanaraq görəcəyim işlərə səbir edə bilməzsən. Çünki mənim elmim, sənin elminlə eyni deyildir!"
18:68Страница 301
وَكَيۡفَ تَصۡبِرُ عَلَىٰ مَا لَمۡ تُحِطۡ بِهِۦ خُبۡرٗا ٦٨
Как ты сможешь терпеливо относиться к тому, что ты не объемлешь знанием?».
Həqiqəti səbəbini dərk etmədiyin bir şey gördükdə, sən necə səbir edə bilərsən? Çünki sən, zahirən görüb bildiyin bir şeyə hökm verirsən?!
18:69Страница 301
قَالَ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ صَابِرٗا وَلَآ أَعۡصِي لَكَ أَمۡرٗا ٦٩
Муса (Моисей) сказал: «Если Аллах пожелает, то ты увидишь, что я терпелив, и я не ослушаюсь твоего веления».
Musa Xızıra belə dedi: "İnşallah, sən məni, səndə gördüyüm işlərə səbirli və sənə itaətkar olduğumu görəcəksən. Mənə əmr etdiyin zaman sənin heç bir əmrindən çıxmayacağam!"
18:70Страница 301
قَالَ فَإِنِ ٱتَّبَعۡتَنِي فَلَا تَسۡـَٔلۡنِي عَن شَيۡءٍ حَتَّىٰٓ أُحۡدِثَ لَكَ مِنۡهُ ذِكۡرٗا ٧٠
Он сказал: «Если ты последуешь за мной, то не спрашивай меня ни о чем, пока я сам не поведаю тебе об этом».
Xızır Musaya dedi: "Əgər mənə tabe olacaqsansa, mənim etdiyim hər hansı bir əmələ şahid olsan, öncədən özüm o barədə sənə bildirməyincə məndən o şey haqqında soruşma!"
18:71Страница 301
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِي ٱلسَّفِينَةِ خَرَقَهَاۖ قَالَ أَخَرَقۡتَهَا لِتُغۡرِقَ أَهۡلَهَا لَقَدۡ جِئۡتَ شَيۡـًٔا إِمۡرٗا ٧١
Они вдвоем двинулись в путь. Когда же они сели на корабль, он сделал в нем пробоину. Он сказал: «Ты сделал пробоину, чтобы потопить людей на нем? Ты совершил тяжкий поступок!».
Xızır Musa ilə şərti kəsdikdən sonra bir gəmi tapana qədər hər ikisi də dəniz sahilinə tərəf getdilər. Nəhayət, bir gəmi tapdıqları zaman, gəmi sahibi Xızıra hörmət əlamti olaraq onları pulsuz və heç bir qarşılıq almadan gəmiyə mindirdi. Bu zaman Xızır gəminin bir taxtasını sındırıb çıxararaq gəmidə dəlik açdı. Musa ona dedi: "Gəmi sahibi bizi pulsuz-parasız gəmiyə mindirdiyi halda, sən isə gəmidə olanların suyda batması üçün onu deşdin?! Həqiqətən sən, böyük bir günah iş gördün!"
18:72Страница 301
قَالَ أَلَمۡ أَقُلۡ إِنَّكَ لَن تَسۡتَطِيعَ مَعِيَ صَبۡرٗا ٧٢
Он сказал: «Разве я не говорил, что ты не сможешь сохранять терпение рядом со мной?».
Xızır Musaya belə cavab verdi: "Məgər mən sənə mənimlə birgə olduğun zaman görəcəyim işlərə əsla səbr edə bilməzsən demədimmi?!"
18:73Страница 301
قَالَ لَا تُؤَاخِذۡنِي بِمَا نَسِيتُ وَلَا تُرۡهِقۡنِي مِنۡ أَمۡرِي عُسۡرٗا ٧٣
Муса (Моисей) сказал: «Не наказывай меня за то, что я позабыл, и не возлагай на меня тяжелое бремя».
Musa Xızıra - aleyhissəlam - dedi: "Unutqanlıq üzündən sənə verdiyim sözümü yerinə yetirmədiyim üçün məni qınama və sənə yol yoldaşlığı etiyimə görə də məni çətinliyə salma!"
18:74Страница 301
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا لَقِيَا غُلَٰمٗا فَقَتَلَهُۥ قَالَ أَقَتَلۡتَ نَفۡسٗا زَكِيَّةَۢ بِغَيۡرِ نَفۡسٖ لَّقَدۡ جِئۡتَ شَيۡـٔٗا نُّكۡرٗا ٧٤
Они продолжили путь, пока не встретили мальчика, и он убил его. Он сказал: «Неужели ты убил невинного человека, который никого не убивал?! Ты совершил предосудительный поступок!».
Onlar gəmidən düşdükdən sonra hər ikisi də sahildə gəzməyə başladılar. Bu zaman onlar uşaqlarla birgə oynayan, həddi-büluğa çatmayan bir oğlan uşağı ilə rastlaşdılar, Xızır da dərhal onu öldürdü. Musa ona dedi: "Həddi-büluğa çatmayan, pak, məsum bir canı günahsız bir yerəmi qəsd etdin? Doğrusu sən, çox pis bir iş gördün!"
18:75Страница 302
۞ قَالَ أَلَمۡ أَقُل لَّكَ إِنَّكَ لَن تَسۡتَطِيعَ مَعِيَ صَبۡرٗا ٧٥
Он сказал: «Разве я не говорил тебе, что ты не сможешь сохранять терпение рядом со мной?».
Xızır Musaya - aleyhissəlam - belə cavab verdi: "Ey Musa! Mən sənə dedim axı, sən mənim edəcəyim əməllərə əsla səbir edə bilməzsən!"
18:76Страница 302
قَالَ إِن سَأَلۡتُكَ عَن شَيۡءِۭ بَعۡدَهَا فَلَا تُصَٰحِبۡنِيۖ قَدۡ بَلَغۡتَ مِن لَّدُنِّي عُذۡرٗا ٧٦
Муса (Моисей) сказал: «Если я спрошу тебя о чем-либо после этого, то не продолжай путь вместе со мной. Твой поступок по отношению ко мне уже оправдан».
Musa - aleyhissəlam - dedi: "Əgər bundan sonra səndən hər hansı bir şey barəsində soruşsam, məni tərk et. Çünki sənin əmrinə üç dəfə müxalif olduğum üçün artıq məni atıb getməyə haqqın vardır".
18:77Страница 302
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهۡلَ قَرۡيَةٍ ٱسۡتَطۡعَمَآ أَهۡلَهَا فَأَبَوۡاْ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارٗا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥۖ قَالَ لَوۡ شِئۡتَ لَتَّخَذۡتَ عَلَيۡهِ أَجۡرٗا ٧٧
Они продолжили путь, пока не пришли к жителям одного селения. Они попросили его жителей накормить их, но те отказались принять их гостями. Они увидели там стену, которая хотела обрушиться, и он выпрямил ее. Муса (Моисей) сказал: «При желании ты получил бы за это вознаграждение».
Onlar yenə yollarına davam etdilər və nəhayət bir kənd əhlinin yanına gəlib camaatdan yeyəcək bir şey istədilər. Kənd əhli isə onlara yeyəcək bir şey verməkdən və onların müsafir haqqlarını yerinə yetirməkdən imtina etdilər. Onlar o kənddə dağılıb, uçulmaq istəyən bir divar gördülər. Bu zaman Musa - aleyhissəlam - Xızıra: "Əgər istəsəydin, bizim müsafir haqqımızı verməkdən imtina etdiklərinə görə öz ehtiyaclarımızı ödəmək üçün, bunun müqabilində onlardan zəhmət haqqı alardın".
18:78Страница 302
قَالَ هَٰذَا فِرَاقُ بَيۡنِي وَبَيۡنِكَۚ سَأُنَبِّئُكَ بِتَأۡوِيلِ مَا لَمۡ تَسۡتَطِع عَّلَيۡهِ صَبۡرًا ٧٨
Он сказал: «Здесь я с тобой расстанусь, но я поведаю тебе толкование того, к чему ты не смог отнестись с терпением.
Xızır Musaya belə dedi: "Divarı düzəltdiyimə görə onlardan heç bir zəhmət haqqı almadığıma etiraz etməyin, mənimlə sənin aranda ayrılıq səbəbidir. Mən də sənin görüb səbir edə bilmədiyin şeylərin açıqlamasını sənə xəbər verəcəyəm!
18:79Страница 302
أَمَّا ٱلسَّفِينَةُ فَكَانَتۡ لِمَسَٰكِينَ يَعۡمَلُونَ فِي ٱلۡبَحۡرِ فَأَرَدتُّ أَنۡ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٞ يَأۡخُذُ كُلَّ سَفِينَةٍ غَصۡبٗا ٧٩
Что касается корабля, то он принадлежал беднякам, которые трудились в море. Я захотел повредить его, потому что перед ними находился царь, который силой отнимал все неповрежденные корабли.
Bir taxtasını sındırıb çıxararaq dəlik açdığım gəmiyə gəlincə, o, dənizdə çalışan və gəmini qorumağa qadir olmayan aciz adamlara məxsus idi. Gəmini xarab etmə səbəbi isə qarşıda onları gözləyən, hər bir yararlı gəmini zorla qəsb edib ələ keçirən və eyibli, xarab gəmini isə tərk edən hökmdarın, gəmini onların əlindən almaması üçün mən həmin gəmini korlayıb xarab etdim.
18:80Страница 302
وَأَمَّا ٱلۡغُلَٰمُ فَكَانَ أَبَوَاهُ مُؤۡمِنَيۡنِ فَخَشِينَآ أَن يُرۡهِقَهُمَا طُغۡيَٰنٗا وَكُفۡرٗا ٨٠
Что касается мальчика, то его родители являются верующими, и мы опасались, что он будет притеснять их по причине своего беззакония и неверия.
Oğlan uşağını öldürməyimi inkar etdiyinə gəldikdə, o uşağın ata-anası mömin idi. Uca Allah onun kafir olacağını bilirdi. Biz o uşağın həddi-buluğa yetişdikdən sonra ata-anasını onu həddən ziyadə sevgisində və ya ona olan ehtiyaclarında ifrata vararaq, onları Allaha küfür etməyə sürükləməsindən qorxduq.
18:81Страница 302
فَأَرَدۡنَآ أَن يُبۡدِلَهُمَا رَبُّهُمَا خَيۡرٗا مِّنۡهُ زَكَوٰةٗ وَأَقۡرَبَ رُحۡمٗا ٨١
Мы захотели, чтобы Господь их даровал им вместо него того, кто будет чище и милосерднее к своим близким.
Biz, o uşağı öldürməklə, uca Allahın onun əvəzində ata-anasına dində və saleh əməllərdə ondan daha xeyirli, günahlardan ondan daha təmiz və ata-anasına ondan da daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.
18:82Страница 302
وَأَمَّا ٱلۡجِدَارُ فَكَانَ لِغُلَٰمَيۡنِ يَتِيمَيۡنِ فِي ٱلۡمَدِينَةِ وَكَانَ تَحۡتَهُۥ كَنزٞ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحٗا فَأَرَادَ رَبُّكَ أَن يَبۡلُغَآ أَشُدَّهُمَا وَيَسۡتَخۡرِجَا كَنزَهُمَا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ وَمَا فَعَلۡتُهُۥ عَنۡ أَمۡرِيۚ ذَٰلِكَ تَأۡوِيلُ مَا لَمۡ تَسۡطِع عَّلَيۡهِ صَبۡرٗا ٨٢
Что же касается стены, то она принадлежит двум осиротевшим мальчикам из города. Под ней находится их клад. Их отец был праведником, и твой Господь пожелал, чтобы они достигли зрелого возраста и извлекли свой клад по милости твоего Господа. Я не поступал по своему усмотрению. Вот толкование того, к чему ты не смог отнестись с терпением».
Amma dağılıb uşmaq uzərə olan divarı düzəltmə səbəbindən inkar etdiyinə gəldikdə isə, o divar gəldiyimiz şəhərdə ata-anası ölmüş iki yetim oğlana aid idi. Bu divarın altında onlara məxsus bir xəzinə vardı. Onların atası saleh bir kimsə idi. Ey Musa! Rəbbin onların böyüyüb, həddi-buluğa çatmalarını, həmən divarın altında gizlədimış onlara məxsus öz xəzinəni tapıb çıxartmalarını istədi. Əgər divar indi dağılıb uçulsaydı, xəzinə ortaya çıxıb zay olub gedərdi. Bu, Rəbbinin onlara olan bir mərhəməti sayəsində idi. Mən bunları öz ixtiyarımla etmirdim. Bunlar, sənin səbir edə bilmədiyin şeylərin həqiqi yozumudur!"
18:83Страница 302
وَيَسۡـَٔلُونَكَ عَن ذِي ٱلۡقَرۡنَيۡنِۖ قُلۡ سَأَتۡلُواْ عَلَيۡكُم مِّنۡهُ ذِكۡرًا ٨٣
Они спрашивают тебя о Зуль Карнейне. Скажи: «Я прочту вам поучительный рассказ о нем».
Ey Peyğımbər! Müşriklər və yəhudilər səni imtahana çəkmək üçün səndən Zülqərneyn barəsində soruşurlar. De: "İbrət və öyüd-nəsihət almanız üçün onun barəsində sizə onun xəbərlərindən bir qismini danışacağam!"
18:84Страница 303
إِنَّا مَكَّنَّا لَهُۥ فِي ٱلۡأَرۡضِ وَءَاتَيۡنَٰهُ مِن كُلِّ شَيۡءٖ سَبَبٗا ٨٤
Воистину, Мы наделили его властью на земле и одарили его всякими возможностями.
Həqiqətən, Biz onu yer üzündə güc-qüvvət və qüdrət sahibi etdik, istədiyi şeyə çatıb, əldə etməsi üçün ona hər bir şeyi verik.
İstədiyi şeyə çatıb, əldə etməsi üçün ona verdiyimiz vasitələr və yollarla günbatana tərəf səfərə çıxdı.
18:86Страница 303
حَتَّىٰٓ إِذَا بَلَغَ مَغۡرِبَ ٱلشَّمۡسِ وَجَدَهَا تَغۡرُبُ فِي عَيۡنٍ حَمِئَةٖ وَوَجَدَ عِندَهَا قَوۡمٗاۖ قُلۡنَا يَٰذَا ٱلۡقَرۡنَيۡنِ إِمَّآ أَن تُعَذِّبَ وَإِمَّآ أَن تَتَّخِذَ فِيهِمۡ حُسۡنٗا ٨٦
Когда он прибыл туда, где закатывается солнце, он обнаружил, что оно закатывается в мутный (или горячий) источник. Около него он нашел народ. Мы сказали: «О Зуль Карнейн! Либо ты накажешь их, либо сделаешь им добро».
Zülqərneyn yer üzündə gəzib dolaşdı və nəhayət, günəşin qürub etdiyi yerə gəlib çatdıqda, o, günəşi, baxan insanın sanki qara palçıqlı qaynar bir bulaqda batan gördü. Zülqərneyn bu zaman orada kafir bir qövmə rast gəldi. Biz ona seçim verərək belə buyurduq: "Ey Zülqərneyn! Sən ya onları öldürməli, ya da başqa cür cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!"
18:87Страница 303
قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوۡفَ نُعَذِّبُهُۥ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِۦ فَيُعَذِّبُهُۥ عَذَابٗا نُّكۡرٗا ٨٧
Он сказал: «Того, кто поступает несправедливо, мы накажем, а потом его возвратят к его Господу, и Он подвергнет его тяжким мучениям.
Zülqərneyn dedi: "Özünü Allaha ibadət etməyə dəvət etdiyimdən sonra Allaha şərik qoşan və bu əməlində davam edən kimsənin dünya həyatında ölüm ilə cəzalandıracağıq. Qiyamət günü isə o, Rəbbinə qaytarılacaq. O da ona şiddətli bir əzabla əzab verəcəkdir!
18:88Страница 303
وَأَمَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَلَهُۥ جَزَآءً ٱلۡحُسۡنَىٰۖ وَسَنَقُولُ لَهُۥ مِنۡ أَمۡرِنَا يُسۡرٗا ٨٨
Тому же, кто уверовал и поступает праведно, будет наилучшее воздаяние, и мы скажем ему наши легкие повеления».
Onlardan kim Allaha iman edib saleh əməl edərsə, Rəbbi yanında iman və saleh əməlinin qarşılığı olaraq onun üçün Cənnət vardır. Biz əmrimizdən ona asan və rahat olanı buyuracağıq!"
Sonra o, başqa bir yola tərəf üz tutub günəşin doğduğu tərəfə getdi.
18:90Страница 303
حَتَّىٰٓ إِذَا بَلَغَ مَطۡلِعَ ٱلشَّمۡسِ وَجَدَهَا تَطۡلُعُ عَلَىٰ قَوۡمٖ لَّمۡ نَجۡعَل لَّهُم مِّن دُونِهَا سِتۡرٗا ٩٠
Когда он прибыл туда, где восходит солнце, он обнаружил, что оно восходит над людьми, которым Мы не установили от него никакого прикрытия.
Sonra Zülqərneyn, yenə yer üzündə gəzib dolaşdı və nəhayət, gəlib günəşin doğduğu yerə çatdıqda, sanki günəşi baxan insanın, özlərini günəşin hərarətindən qorumaq üçün heç bir ev və ya ağac kölğəsi yaratmadığımız bir qövm üzərində doğan gördü.
18:91Страница 303
كَذَٰلِكَۖ وَقَدۡ أَحَطۡنَا بِمَا لَدَيۡهِ خُبۡرٗا ٩١
Вот так! Мы объяли знанием все, что происходило с ним.
Bax Zülqərneynin əhvalatı belə idi! Artıq Biz Öz elmimizlə onun qüdrətindən, səltənətindən və səyahətindən təfsilatlı şəkild hamısından xəbərdarıq.
Sonra o, əvvəl getdiyi iki yoldan başqa, məşriq və məğrib arasında bir yola tərəf üz tutub getdi.
18:93Страница 303
حَتَّىٰٓ إِذَا بَلَغَ بَيۡنَ ٱلسَّدَّيۡنِ وَجَدَ مِن دُونِهِمَا قَوۡمٗا لَّا يَكَادُونَ يَفۡقَهُونَ قَوۡلٗا ٩٣
Когда он достиг двух горных преград, он обнаружил перед ними людей, которые почти не понимали речи.
Bundan sonra Zülqərneyn yenə də yer üzündə gəzib dolaşmağa davam etdi və nəhayət o, iki dağ arasında sərhəd kimi olan bir yerə gəlib çatdıqda, orada az qala özlərindən başqa heç bir kimsənin danışığını anlamayan bir qövmə rast gəldi.
18:94Страница 303
قَالُواْ يَٰذَا ٱلۡقَرۡنَيۡنِ إِنَّ يَأۡجُوجَ وَمَأۡجُوجَ مُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ فَهَلۡ نَجۡعَلُ لَكَ خَرۡجًا عَلَىٰٓ أَن تَجۡعَلَ بَيۡنَنَا وَبَيۡنَهُمۡ سَدّٗا ٩٤
Они сказали: «О Зуль Карнейн! Йаджудж и Маджудж (Гог и Магог) распространяют на земле нечестие. Быть может, мы уплатим тебе дань, чтобы ты установил между нами и ними преграду?».
Onlar dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc (Onlar bunu deməklə, Adəm övladından olan iki əzəmətli ümməti qəsd edirdilər) tayfaları insanları qətlə yetirməklə və başqa pis əməllər etməklə yer üzündə fitnə-fəsad törədirlər. Biz sənə pul versək sən bizimlə onların arasında bir sədd çəkə bilərsənmi?"
18:95Страница 303
قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيۡرٞ فَأَعِينُونِي بِقُوَّةٍ أَجۡعَلۡ بَيۡنَكُمۡ وَبَيۡنَهُمۡ رَدۡمًا ٩٥
Он сказал: «То, чем наделил меня мой Господь, лучше этого. Помогите мне силой, и я установлю между вами и ними преграду.
Zülqərneyn dedi: "Rəbbimin mənə əta etdiyi mülk, padşahlıq, hökmdarlıq, qüdrət, sərvət və səltənət sizin mənə verəcəyiniz mal-dövlətdən daha xeyirlidir. Gəlin siz öz adamlarınızla və alətlərinizlə mənə kömək edin, mən də sizinlə onların arasında möhkəm bir divar çəkim!
18:96Страница 303
ءَاتُونِي زُبَرَ ٱلۡحَدِيدِۖ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيۡنَ ٱلصَّدَفَيۡنِ قَالَ ٱنفُخُواْۖ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارٗا قَالَ ءَاتُونِيٓ أُفۡرِغۡ عَلَيۡهِ قِطۡرٗا ٩٦
Подайте мне куски железа». Заполнив пространство между двумя склонами, он сказал: «Раздувайте!». Когда они стали красными, словно огонь, он сказал: «Принесите мне расплавленную медь, чтобы я вылил ее на него».
Zülqərneyn dedi: "Mənə dəmir parçaları gətirin!" Onlar da dəmir parçaları gətirdilər və Zülqərneyn iki dağ arasını bina etməyə başladı. Nəhayət, iki dağ arasındakı boşluqları doldurub qurtardıqdan sonra onunla birgə çalışan işçilərə: "Bu dəmir parçalarının üzərinə od vurun"– dedi. Dəmir parçaları əriyib köz kimi olduqda: "Mənə mis gətirin, ərimiş dəmirin üzərinə töküm!"– dedi.
18:97Страница 303
فَمَا ٱسۡطَٰعُوٓاْ أَن يَظۡهَرُوهُ وَمَا ٱسۡتَطَٰعُواْ لَهُۥ نَقۡبٗا ٩٧
Они (племена Йаджудж и Маджудж) не смогли забраться на нее и не смогли пробить в ней дыру.
Yəcuc və Məcuc tayfaları həmin səddin yüksəkliyindən dolaylı nə onun üstünə çıxa bildilər, nə də səddin möhkəmliyinə görə onu alt tərəfdən deşib keçə bildilər.
18:98Страница 304
قَالَ هَٰذَا رَحۡمَةٞ مِّن رَّبِّيۖ فَإِذَا جَآءَ وَعۡدُ رَبِّي جَعَلَهُۥ دَكَّآءَۖ وَكَانَ وَعۡدُ رَبِّي حَقّٗا ٩٨
Он сказал: «Это - милость от моего Господа! Когда же исполнится обещание моего Господа, Он сровняет ее с землей. Обещание моего Господа является истиной».
Zülqərneyn dedi: "Bu sədd, Yəcuc-Məcüc tayfalarının yer üzündə fitnə-fəsad törməmələri və bu işdə onlara mane olmaları üçün Rəbbimdən olan bir mərhəmətdir. Qiyamət saatı qopmazdan əvvəl uca Allahın onların çıxması üçün təyin etdiyi vaxt gəldikdə isə, onu yerlə bərabər edəcəkdir. Uca Allahın səddi yerlə bərabər etməsi, Yəcuc-Məcüc tayfalarının oradan çıxıb, yer üzünə səpələnməsinə dair verdiyi vədi həqiqətdir və bu haqda heç bir ixtilaf ola bilməz!"
18:99Страница 304
۞ وَتَرَكۡنَا بَعۡضَهُمۡ يَوۡمَئِذٖ يَمُوجُ فِي بَعۡضٖۖ وَنُفِخَ فِي ٱلصُّورِ فَجَمَعۡنَٰهُمۡ جَمۡعٗا ٩٩
В тот день Мы позволим им (племенам Йаджудж и Маджудж) хлынуть друг на друга. И затрубят в Рог, и Мы соберем их (творения) всех вместе.
Biz qiyamətə yaxın məxluqatın bəzisini başlı-başına, bir-birinə qarışmış halda buraxarıq. Sura üfürüldüyü zaman isə onların hesaba çəkib və etdikləri əməllərin qarşılığını vermək üçün hamısını bir araya toplayarıq.
18:100Страница 304
وَعَرَضۡنَا جَهَنَّمَ يَوۡمَئِذٖ لِّلۡكَٰفِرِينَ عَرۡضًا ١٠٠
В тот день Мы ясно покажем Геенну неверующим,
O gün kafirlərin Cəhənnəmi öz gözləri ilə görmələri üçün Cəhənnəmi onlara açıq-aydın bir şəkildə göstərərik.
18:101Страница 304
ٱلَّذِينَ كَانَتۡ أَعۡيُنُهُمۡ فِي غِطَآءٍ عَن ذِكۡرِي وَكَانُواْ لَا يَسۡتَطِيعُونَ سَمۡعًا ١٠١
на глазах которых было покрывало, отделяющее их от поминания Меня, и которые не могли слышать.
Biz, dünyada ikən gözləri önünündə görmələrinə mane olan pərdədən dolayı Allahı zikir etməkdən kor olan kafirlərə Cəhənnəmi aşkar edib, göstərdik. O kəslər, dünyada Allahın ayələrini eşidib qəbul etmək iqtidarında deyildilər.
18:102Страница 304
أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن يَتَّخِذُواْ عِبَادِي مِن دُونِيٓ أَوۡلِيَآءَۚ إِنَّآ أَعۡتَدۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ نُزُلٗا ١٠٢
Неужели неверующие полагали, что они сделают Моих рабов своими покровителями и помощниками вместо Меня? Воистину, Мы приготовили Геенну обителью для неверующих.
Məgər Allaha küfür edən kafirlər Məni qoyub mələklərdən, peyğəmbərlərdən və şeytanlardan olan qullarımı özlərinə dost tutacaqlarınımı zənn edirdilər? Şübhəsiz ki Biz, Cəhənnəmi kafirlərin orada qalmaları üçün hazırladıq!
18:103Страница 304
قُلۡ هَلۡ نُنَبِّئُكُم بِٱلۡأَخۡسَرِينَ أَعۡمَٰلًا ١٠٣
Скажи: «Не сообщить ли вам о тех, чьи деяния принесут наибольший убыток?
Ey Peyğəmbər! De: "Ey İnsanlar! Sizə insanlar içərisində əməlləri baxımından ən çox ziyana uğrayanların kim olduğunu xəbər verimmi?
18:104Страница 304
ٱلَّذِينَ ضَلَّ سَعۡيُهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ يَحۡسَبُونَ أَنَّهُمۡ يُحۡسِنُونَ صُنۡعًا ١٠٤
О тех, чьи усилия заблудились в мирской жизни, хотя они думали, что поступают хорошо?
Onlar Qiyamət günü, dünya həyatındakı səyləri boşa çıxan kimsələrdir. Halbuki onlar özlərinin yaxşı işlər gördükləri gümanında idilər. Amma həqiqət isə bunun tam əksidir.
18:105Страница 304
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ وَلِقَآئِهِۦ فَحَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَلَا نُقِيمُ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَزۡنٗا ١٠٥
Это - те, кто не уверовал в знамения своего Господа и во встречу с Ним. Тщетны будут их деяния, и в День воскресения Мы не отпустим им никакого веса (не придадим им никакого значения; или не поместим на чашу их добрых деяний ни одного праведного поступка)».
Onlar Allahın vəhdaniyyətinə dəlalət edən ayələri və Onunla qarşılaşacaqlarını inkar edən və etdikləri küfrdən dolayı əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü onların Allah yanında heç-bir qədir-qiymətləri olmayacaqdır!".
18:106Страница 304
ذَٰلِكَ جَزَآؤُهُمۡ جَهَنَّمُ بِمَا كَفَرُواْ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِي وَرُسُلِي هُزُوًا ١٠٦
Геенна будет им воздаянием за то, что они не уверовали и насмехались над Моими знамениями и Моими посланниками.
Allahı inkar etmələrinə və elçilərimə nazil etdiyim ayələrimi lağlağıya qoyduqlarına görə onlar üçün hazırlanmış cəza – Cəhənnəmdir.
18:107Страница 304
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَانَتۡ لَهُمۡ جَنَّٰتُ ٱلۡفِرۡدَوۡسِ نُزُلًا ١٠٧
Воистину, обителью тех, которые уверовали и совершали праведные деяния, будут сады Фирдауса.
Şübhəsiz ki, Uca Allaha iman gətirib yaxşı əməllər edənlərə hörmət olaraq qalacaqları yer, Cənnətin ən üstün təbəqəsində hazırlanmışdır!
18:108Страница 304
خَٰلِدِينَ فِيهَا لَا يَبۡغُونَ عَنۡهَا حِوَلٗا ١٠٨
Они пребудут в них вечно и не пожелают для себя перемен.
Onlar o cənnətlərdə daimi qalacaq, oradan daha gözəl bir yer olmadığı üçün oranı tərk edib başqa bir yerə getmək istəməyəcəklər.
18:109Страница 304
قُل لَّوۡ كَانَ ٱلۡبَحۡرُ مِدَادٗا لِّكَلِمَٰتِ رَبِّي لَنَفِدَ ٱلۡبَحۡرُ قَبۡلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّي وَلَوۡ جِئۡنَا بِمِثۡلِهِۦ مَدَدٗا ١٠٩
Скажи: «Если бы море стало чернилами для слов моего Господа, то море иссякло бы до того, как иссякли бы Слова моего Господа, даже если бы Мы принесли в помощь ему такое же море».
Ey Peyğəmbər! De: "Rəbbimin kəlmələri tükənməzdir. Əgər dəniz suyu mürəkkəb olsa və bir o qədər də ona əlavə etsəydik və bunlarla Rəbbimin kəlmələrini yazmış olsaydın, Rəbbimin kəlmələri qurtarmazdan öncə dənizin suyu qurtarardı!"
18:110Страница 304
قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا ١١٠
Скажи: «Воистину, я - такой же человек, как и вы. Мне внушено откровение о том, что ваш Бог - Бог Единственный. Тот, кто надеется на встречу со своим Господом, пусть совершает праведные деяния и никому не поклоняется наряду со своим Господом».
Ey Peyğəmbər! De: "Mən də sizin kimi bir bəşərəm. Şübhəsiz ki, mənə, haqq olan məbudunuzun tək bir məbud olduğu və Onun heç bir şəriki, ortağı olmadığı vəhy olunur. O, Uca olan Allahdır. Kim qiyamət günü dirilib haqq-hesab üçün Rəbbi ilə qarşılaşacağından qorxursa qoy o, şəriətə müvafiq əməllər etsin və Rəbbinə etdiyi ibadətlərində Ona heç kəsi şərik qoşmasın!"
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии