Аль-МухтасарМарьям · 19:1–83

Аль-Мухтасар · Тафсир · на азербайджанском

مريم

Марьям

Марьям · Мекканская · 98 аятов

19:1Страница 305

كٓهيعٓصٓ ١

Каф. Ха. Йа. Айн. Сад.

﴾Kəf. Hə. Yə. Ayn. Sad.﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.

19:2Страница 305

ذِكۡرُ رَحۡمَتِ رَبِّكَ عَبۡدَهُۥ زَكَرِيَّآ ٢

Это является напоминанием о милости твоего Господа, оказанной Его рабу Закарии (Захарии).

Bu sənin Rəbbinin Öz qu­lu Zəkə­riy­yaya - aleyhissəlam - göstərdiyi rəhmət və şəfqətinin yada sa­lınma­sıdır. Düşünüb ibrət alasan deyə, Biz bu hekayəni sənə nəql edəcəyik.

19:3Страница 305

إِذۡ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيّٗا ٣

Вот он воззвал к своему Господу в тайне

Bir zaman Zəkəriyya duasının qəbul olunması üçün Rəb­­binə giz­li­cə dua edib, yalvararaq

19:4Страница 305

قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا ٤

и сказал: «Господи! Воистину, кости мои ослабели, а седина уже распространилась по моей голове. А ведь раньше благодаря молитвам к Тебе, Господи, я не был несчастен.

Belə dedi: "Ey Rəbbim! Ar­tıq sü­mük­lərim zəifləmiş, ba­şım da olan ağ saçlarım çoxalmışdır. Sənə etdiyim dua sa­yə­sin­də heç vaxt bəd­bəxt ol­mamı­şam. Sənə nə vaxt dua etmişəmsə, duamı qəbul etmisən.

19:5Страница 305

وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا ٥

Я опасаюсь того, что натворят мои родственники после меня, потому что жена моя бесплодна. Даруй же мне от Тебя наследника,

Mən öldükdən sonra qo­hum­larımın dünya ilə məşğul olub dini layiqincə ya­na­­şmaya­caqlarından qorxu­ram. Həyat yoldaşm da uşaq doğmayan sonsuz bir qadındır. Ey Rəbbim! Mə­nə Öz tə­rə­fin­dən mənə yardımçı olacaq bir övlad bəxş et!

19:6Страница 305

يَرِثُنِي وَيَرِثُ مِنۡ ءَالِ يَعۡقُوبَۖ وَٱجۡعَلۡهُ رَبِّ رَضِيّٗا ٦

который наследует мне и семейству Йакуба (Иакова). И сделай его, Господи, угодником».

O həm məndən, həm də Ya­qub - aleyhissəlam - oğullarından peyğəmbərliyə varis olsun. Ey Rəbbim! Onu dinində, əxlaqında və əməlində ra­zı qaldığın kimsə et!"

19:7Страница 305

يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيّٗا ٧

О Закария (Захария)! Воистину, Мы радуем тебя вестью о мальчике, имя которому Йахья (Иоанн). Мы не создавали прежде никого с таким именем (или никого подобного ему).

Uca Allah onun duasına cavab verdi və ona: "Ey Zə­kəriy­ya! Biz sənə, səni sevindirəcək bir xəbərlə müjdə­lə­yirik. Artıq Biz duanı qəbul etdik və sənə Yəhya adlı bir övlad verdik. Biz bu adı on­dan öncə kimsəyə vermədik!" – deyə nida etdi.

19:8Страница 305

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا وَقَدۡ بَلَغۡتُ مِنَ ٱلۡكِبَرِ عِتِيّٗا ٨

Он сказал: «Господи! Как может быть у меня мальчик, если моя жена бесплодна, а я уже достиг дряхлого возраста?».

Zəkəriyya Allahın qüdrətinə heyrət edərək dedi: "Ey Rəbbim! Həyat yoldaşım uşaq doğmayan son­suz bir qadın ikən, özüm də ömrümün son həd­din­ə çatıb sümüklərim zəyiflədiyi bir halda mə­nim necə övla­dım ola bilər?!"

19:9Страница 305

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٞ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـٔٗا ٩

Он сказал: «Все так и будет! Господь твой сказал: «Это для Меня легко, ведь прежде Я сотворил тебя самого, хотя тебя вообще не было»».

Mələk dedi: "Bəli, dediyin kimidir, həyat yoldaşın uşaq doğmayan son­suz bir qadın, özün də ömrünün son həd­din­ə çatıb, sümüklərin zəyifləyib, yaşa dolmuş bir insansan, la­kin Rəbbin belə buyurdu: "Uca Allah üçün Yəhyanı sonsuz bir anadan və ömrümün son həd­din­ə çatıb, qocalmış bir atadan xəlq etməsi asandır. Ey Zəkəriyya! Mən səni daha öncədən zikir edilən bir şey deyilkən yoxdan xəlq etmiş­dim!"

19:10Страница 305

قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٖ سَوِيّٗا ١٠

Он сказал: «Господи! Назначь для меня знамение». Он сказал: «Знамением для тебя станет то, что ты не будешь говорить с людьми в течение трех ночей, будучи в полном здравии».

Zəkəriyya - aleyhissəlam - dedi: "Ey Rəbbim! Ürəyim arxayın olsun deyə, mələklərin məni müjdələdiyi şeyin gerçəkləşəcəyinə dəlalət edən mənə bir əlamət ver". Allah bu­yur­du: "Mələklərin səni müjdələdikləri şeyin gerçəkləşəcəyinə dəlalət edən əla­mətin budur ki, sən sağlam ikən və heç bir xəstəliyin olmadığı bir halda üç gecə insanlarla danışa bilməyəcəksən!"

19:11Страница 305

فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ مِنَ ٱلۡمِحۡرَابِ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ أَن سَبِّحُواْ بُكۡرَةٗ وَعَشِيّٗا ١١

Он вышел из молельни к своему народу и дал им понять: «Воздавайте хвалу по утрам и перед закатом!».

Nəhayət, Zəkəriyya namazgahından öz qöv­münün qar­şısına çıxıb, danışmadan, onlara günün əvvəlində və sonunda uca Allahın şəninə təriflər edib, Onu zikir etmələrini işarə ilə başa saldı.

19:12Страница 306

يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا ١٢

О Йахья (Иоанн)! Крепко держи Писание. Мы одарили его мудростью, пока он был еще ребенком,

Nəhayət Yəhya dünyaya gəlib, xitab ediləcək yaşa çatdıqda, Biz ona: "Ey Yəhya! Tövratdan ciddi və möhkəm bir şəkildə yapış!" – de­dik. Biz ona uşaq ikən düzgün anlayış, elm, təmkin, qətiyyət bəxş etdik.

19:13Страница 306

وَحَنَانٗا مِّن لَّدُنَّا وَزَكَوٰةٗۖ وَكَانَ تَقِيّٗا ١٣

а также состраданием от Нас и чистотой. Он был богобоязнен,

Öz tərəfimizdən ona bir rəhmət bəxş et­dik və onu günahlardan təmizlədik. O, Allahın əmrlərinə boyun əyib, qadağalarından çəkinən Allaha müti bir qul idi.

19:14Страница 306

وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيّٗا ١٤

почтителен к родителям и не был гордецом и ослушником.

Həm də o, ata-anasına qar­şı qayğı­keş, nəvazişkar və onlara lütf, mərhəmət və yaxşılıq edən biri idi. O, Rəbbinə və ata-anasına itaət etməkdə təkəbbürlük edən, həmçinin, Rəbbinə və ata-anasına asi olan bir kimsə de­yildi.

19:15Страница 306

وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا ١٥

Мир ему в тот день, когда он родился, в тот день, когда он скончался, и в тот день, когда он будет воскрешен к жизни!

Doğulduğu gün, ölə­rək bu həyatdan çıxacağı gün və Qiyamət günü qəbirdən diri olaraq qaldırılacağı gün ona Allahın sa­lamı olsun! Bu üç məqam insanın qarşılaşdığı ən çətin məqamlardır. Əgər insan bu üç məqamdan sağ-salamat keçərsə, bundan sonra gələnlərdə onun heç bir qorxusu olmaz.

19:16Страница 306

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا ١٦

Помяни в Писании Марьям (Марию). Вот она ушла от своей семьи на восток

Ey Peyğəmbər! Sənə nazil edilən Quranda Məryəmin - aleyhəssəlam - xəbərini də ya­da sal. Bir zaman o, Allaha ibadət məqsədilə ailəsindən ayrılıb təkbaşına şərq tərəfdə olan xəlvət bir ye­rə çəkilmişdi.

19:17Страница 306

فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا ١٧

и укрылась от них за завесой. Мы же послали к ней Нашего Духа (Джибрила), и он предстал перед ней в облике прекрасно сложенного человека.

Məryəm, Rəbbinə ibadət etdikdə qövmü onu görməməsi üçün özü ilə onlar arasında bir pərdə tutmuş­du. Biz Cəb­raili - aleyhissəlam - onun yanına göndərdik. Cəb­raili - aleyhissəlam - da Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu. Bu zaman Məryəm bu kimsənin ona bir zərər verəcəyindən qorxdu.

19:18Страница 306

قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا ١٨

Она сказала: «Я прибегаю к Милостивому, чтобы Он защитил меня от тебя, если только ты богобоязнен».

Məryəm, qar­şı­sın­da kamil bir in­san su­rətində peyda olan bu kimsənin ona tərəf gəldiyini görüncə ona: "Ey İnsan! Əgər Allahdan qorxan, təqvalı bir kimsəsənsə, sənin mənə bir pislik toxundurmağından Rəhman olan Allaha sığını­ram!"

19:19Страница 306

قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا ١٩

Он сказал: «Воистину, я послан твоим Господом, чтобы даровать тебе чистого мальчика».

Cəb­raili - aleyhissəlam - Məryəmə belə dedi: "Mən bəşər övladından deyiləm. Mən Rəbbimin sənə pak bir oğlan övladı bəxş et­mək üçün göndərdiyi bir el­çi­siyəm!"

19:20Страница 306

قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا ٢٠

Она сказала: «Как у меня может быть мальчик, если меня не касался мужчина, и я не была блудницей?».

Məryəm təəccüblənərək dedi: "Mənə bir ər və ya başqa biri yaxınlaşmamış ikən, özüm də zi­na­kar olma­dı­ğım bir halda, necə mənim övladım ola bi­lər?!"

19:21Страница 306

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا ٢١

Он сказал: «Вот так! Господь твой сказал: «Это для Меня легко. Мы сделаем его знамением для людей и милостью от Нас. Это дело уже предрешено!»»

Cəb­raili - aleyhissəlam - Məryəmə dedi: "Bəli, həqiqət dediyin kimidir. Sənə bir ər və ya başqa biri yaxınlaşmamış və özün də əsla zi­na­kar bir qadın olmamışsan. La­kin pak və uca Rəbbin belə buyurdu: "Atasız bir övlad yaratmaq Mə­nim üçün asandır. Uca Allah, sənə bəxş edilən bu övladı insanlar üçün Allahın qüdrətinə dəlalət edən bir mö­cüzə, sənə və ona iman edənlərə isə bir mərhəmət edə­cəkdir. Övladının belə xəlq edilməsi əvvəlcədən uca Allah tərəfindən əzəldən müəyyən edilmiş və Lövhi-məh­­fuz­da yazılmış bir iş­dir!"

19:22Страница 306

۞ فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا ٢٢

Она понесла его (забеременела) и отправилась с ним в отдаленное место.

Məryəm mələyin ona ruh üfürməsi ilə uşağa qaldı və o, bət­nin­də­ki ilə birlikdə insanlardan uzaq bir yerə çə­kil­di.

19:23Страница 306

فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا ٢٣

Родовые схватки привели ее к стволу финиковой пальмы, и она сказала: «Лучше бы я умерла до этого и была навсегда забытой!».

Doğuş sancıları başladı və bu səbəbdən o, bir xurma ağacının gövdəsinə söy­kən­mə­yə vadar oldu. Bu zaman Məryəm - aleyhissəlam - dedi: "İnsanlar mənim barəmdə pis şeylər düşünməmələri üçün, kaş bu gündən əvvəl ölüb və birdə­fə­lik unudul­aydım!"

19:24Страница 306

فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا ٢٤

Тогда он (Иса или Джибрил) воззвал к ней из-под нее: «Не печалься! Господь твой создал под тобой ручей.

İsa Məryəmin ayağlarının altından ona səslənərək: "Qəm ye­mə, artıq Rəbbin sənin su içməyin üçün ayağlarının altından bir bu­laq axıtdı" – dedi.

19:25Страница 306

وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا ٢٥

Потряси на себя ствол пальмы, и на тебя попадают свежие финики.

Xurma ağacının gövdə­sindən yapış və onu özünə tərəf silkələ ki, yığıb ondan yeməyin üçün üs­tü­nə ye­tiş­miş, təzə xurma tökül­sün.

19:26Страница 307

فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَ ٱلۡيَوۡمَ إِنسِيّٗا ٢٦

Ешь, пей и радуйся! Если же увидишь кого-либо из людей, то скажи: «Я дала Милостивому обет хранить молчание и не стану сегодня разговаривать с людьми»».

Təzə xurmalardan ye, sudan iç və dünyaya belə bir uşaq gətirdiyinə görə gözün aydın ol­sun, əsla üzülmə! Əgər insanlardan kimsə səndən bu uşaq barədə sorusa, de: "Mən özümə, Rəbbim üçün danışmamağı nəzir etmi­şəm. Odur ki, bu gün insanlardan heç kimlə da­nış­maya­cağam!"

19:27Страница 307

فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا ٢٧

Она пришла к своим родным, неся его. Они сказали: «О Марьям (Мария)! Ты совершила тяжкий (или небывалый, или удивительный) проступок.

Məryəm oğlunu quca­ğı­na alıb onu öz qövmünün yanına gə­tirdi. Qövmü Məryəmin bu əməlini çirkin bir iş gördüklərindən dolayı ona belə dedi: "Ey Mər­yəm! Sən gö­rünməmiş bir şeylə, atası olmayan bir uşaqla gəldin!"

19:28Страница 307

يَٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا ٢٨

О сестра Харуна (Аарона)! Твой отец не был скверным человеком, и мать твоя не была блудницей».

Ey ibadətində Haruna bənzəyən qadın! (Harun saleh bir insan idi). Sənin atan da, anan da zinakar deyildi. Sən özün də salehliyi ilə bilinən pak, təmiz bir ailədənsən. Axı sən, atasız bir oğlan uşağı necə dünyaya gətirə bilərsən?!

19:29Страница 307

فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا ٢٩

Она показала на него, и они сказали: «Как мы можем говорить с младенцем в колыбели?».

Məryəm onlara beçikdə olan oğlu İsanı - aleyhissəlam - göstərdi. Qövmü təəccüblənərək ona: "Beşikdə olan bir körpə ilə biz necə da­nışa bilərik?!" – dedilər.

19:30Страница 307

قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا ٣٠

Он сказал: «Воистину, я - раб Аллаха. Он даровал мне Писание и сделал меня пророком.

İsa - aleyhissəlam - dedi: "Şübhəsiz ki, mən Allahın qulu­yam! O mə­nə İncil verdi və məni pey­ğəmbərlərdən biri etdi.

19:31Страница 307

وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا ٣١

Он сделал меня благословенным, где бы я ни был, и заповедал мне совершать намаз и раздавать закят, пока я буду жив.

Harada oluramsa olum, O, məni insanlar üçün xeyirli, faydalı etdi və həyatım boyu mə­nə namaz qılıb zəkat verməyi əmr etdi.

19:32Страница 307

وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا ٣٢

Он сделал меня почтительным к моей матери и не сделал меня надменным и несчастным.

Məni anama qar­şı qay­ğı­keş etdi, məni Rəbbimin itaətinə təkəbbürlük edən və Ona qarşı üsyan edən bir kimsə etmədi.

19:33Страница 307

وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا ٣٣

Мир мне в тот день, когда я родился, в тот день, когда я скончаюсь, и в тот день, когда я буду воскрешен к жизни».

Uca Allah doğulduğum gün, ölə­cəyim gün və Qiyamət günü yenidən diril­di­lə­cə­yim gün məni şeytan və onun yardımçıların şərindən əmin-aman etmişdir. Şeytan bu üç qorxulu və dəhşətli anlardan mənə zərər verə bilməyəcəkdir!"

19:34Страница 307

ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ ٣٤

Таков Иса (Иисус), сын Марьям (Марьям)! Слово Истины, относительно которого они препираются.

Belə sifətlərlə zikir edilən kimsə, Məryəm oğlu İsadır. Bu söz onun barədə söylənən haqq bir sözdur. Bu, heç də onun barədə ixtilafa düşən azğınların söylədiyi kimi deyildir.

19:35Страница 307

مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ٣٥

Не подобает Аллаху иметь сына. Пречист Он! Когда Он принимает решение, то стоит Ему сказать: «Будь!». - как это сбывается.

Allaha övlad götürmək ya­raş­maz. Uca Allah pak və müqəd­dəsdir! O, bir işin olmasını is­tə­dikdə ona ancaq "Ol!" – de­məsi kifayət edər, o da dərhal Allahın istədiyi kimi olar. Belə bir sifətə layiq olan İlah, Özünə övlad götürməkdən münəzzəhdir.

19:36Страница 307

وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ٣٦

Иса (Иисус) сказал: «Воистину, Аллах - мой Господь и ваш Господь. Поклоняйтесь же Ему. Это и есть прямой путь».

Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə siz ixlasla yalnlz Ona ibadət edin! Sizə söylədiyim bu yol, Allahın razılığına qovuşduran doğru-düzgün yoldur!

19:37Страница 307

فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشۡهَدِ يَوۡمٍ عَظِيمٍ ٣٧

Но секты разошлись во мнениях между собой. Горе же неверующим, которые встретят Великий день!

Onlar İsa - aleyhissəlam - barədə ix­tilafa düşüb öz aralarında müxtəlif firqələrə ayrıldılar. Onlardan bəziləri İsaya iman edib: "O, Allahın elçisidir!" – desə də, bəziləri də, yəhudilər kimi ona küfür etdi. Onlardan bəziləri onun barədə həddlərini aşıb: "O, Allahdır!" – dedilər. Bəziləri də: "O, Allahın oğludur!" – dedilər. Uca Allah onların söylədiklərindən uzaq və ucadır. İsa barədə ixtilafa düşən kimsələrin qiyamətin dəhşətinə, ağrılı-acılı əzabına və haqq-hesaba şahid olacaqlarına görə onların vay halına!

19:38Страница 307

أَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٣٨

Как же ясно они будут слышать и видеть в тот день, когда они явятся к Нам! Но сегодня беззаконники пребывают в очевидном заблуждении.

Qiyamət günü onlar elə yaxşı eşidə­cək, elə də yaxşı görə­cək­lər! Amma o zaman nə eşitməkləri, nə də ki, görməkləri onlara heç bir fayda verməyəcəkdir. Lakin zalımlar dünya həyatında haqq yoldan açıq-aydın azmışlar. Onlar günah işlər görməklə özlərinə zülm etməyə davam edib, Qiyamət saatı onlara anidə gələnə qədər axirət həyatına hazırlaşmazlar.

19:39Страница 308

وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡحَسۡرَةِ إِذۡ قُضِيَ ٱلۡأَمۡرُ وَهُمۡ فِي غَفۡلَةٖ وَهُمۡ لَا يُؤۡمِنُونَ ٣٩

Предупреди их о Дне печали, когда решение уже будет принято. Но они проявляют беспечность и не веруют.

Ey Peyğəmbər! Pislik edənin etdiyi pisliklərə görə yaxşılıq edənin də çoxluca ibadət etmədiyinə görə peşman olacağı bir gün barədə insanları xəbərdar et. Məhz o gün insanların əməl dəftərləri bağlanıb, etdikləri əməllərin haqq-hesabı edildikdə, hər bir kimsə dünya da ikən etdiklərini öz qarşısında görəcəkdir. Onlar dünya həyatında aldanmış, axirət həyatını unutmuş və qiyamət gününə də iman gətirməyən kimsələrdir.

19:40Страница 308

إِنَّا نَحۡنُ نَرِثُ ٱلۡأَرۡضَ وَمَنۡ عَلَيۡهَا وَإِلَيۡنَا يُرۡجَعُونَ ٤٠

Воистину, Мы унаследуем землю и тех, кто на ней, и они вернутся к Нам!

Şübhəsiz ki, bütün yaradılmışlar fəna olduqdan sonra əbədi qalan Bizik. Yer üzününə sa­hib çı­xan yalnız Bizik. Yer üzündə olanlar yox olduqdan sonra ora varis olanda yalnız Bizik. Biz orada istədiyimizi edəcəyik. On­lar qiyamət günü hesab və cəza üçün yalnız Bizə qaytarılacaqlar.

19:41Страница 308

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِبۡرَٰهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيًّا ٤١

Помяни в Писании Ибрахима (Авраама). Он был правдивейшим человеком и пророком.

Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İbrahimin - aleyhissəlam - xəbərini də xa­tırla! Hə­qiqətən, o, çox sadiq və daima Allahın ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş bir pey­ğəmbər idi.

19:42Страница 308

إِذۡ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـٔٗا ٤٢

Вот он сказал своему отцу: «Отец мой! Почему ты поклоняешься тому, что не слышит и не видит и не принесет тебе никакого избавления?

Bir zaman İbrahim, atası Azərə belə de­mişdi: "Atacan! Nə üçün Allahı qoyub, dua etdikdə duanı eşitməyən, ibadət etdikdə, ibadətini görməyən, sənə heç bir zərər və ya fayda verə bilməyən bütlərə ibadət edirsən?!

19:43Страница 308

يَٰٓأَبَتِ إِنِّي قَدۡ جَآءَنِي مِنَ ٱلۡعِلۡمِ مَا لَمۡ يَأۡتِكَ فَٱتَّبِعۡنِيٓ أَهۡدِكَ صِرَٰطٗا سَوِيّٗا ٤٣

Отец мой! Мне открылось знание, которое не было открыто тебе. Последуй же за мной, и я поведу тебя верным путем.

Atacan! Şübhəsiz ki, vəhy vasitəsi ilə sənə gəl­mə­yən bir elm, artıq mənə gəl­miş­dir. Elə isə mənə tabe ol ki, səni Allahın buyurduğu doğ­ru yola yönəldim.

19:44Страница 308

يَٰٓأَبَتِ لَا تَعۡبُدِ ٱلشَّيۡطَٰنَۖ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلرَّحۡمَٰنِ عَصِيّٗا ٤٤

Отец мой! Не поклоняйся дьяволу, поскольку он ослушался Милостивого.

Atacan! Şeytana itaət edərək ona ibadət etmə! Çünki şeytana Adəmə səcdə etmək əmr edildikdə, əmrə müxalif olaraq Allaha çox asi ol­muşdur.

19:45Страница 308

يَٰٓأَبَتِ إِنِّيٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٞ مِّنَ ٱلرَّحۡمَٰنِ فَتَكُونَ لِلشَّيۡطَٰنِ وَلِيّٗا ٤٥

Отец мой! Я боюсь, что тебя постигнет наказание от Милостивого и что ты станешь помощником дьявола.

Atacan! Küfr üzərində ölüb, Mərhə­mət­li Allahdan sənə bir əzab to­xun­masından və şey­tana olan dostluğundan dolayı, əzaba düçar olmaqda ona yoldaş olmağından qorxuram!"

19:46Страница 308

قَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيّٗا ٤٦

Он сказал: «Неужели ты отворачиваешься от моих богов, Ибрахим (Авраам)? Если ты не перестанешь, то я непременно побью тебя камнями. Оставь же меня надолго!».

Azər, oğlu İbrahimə - aleyhissəlam - belə dedi: "Ey İbrahim! Sən mənim ibadət etdiyim bütlərimdən üzmü çevi­rir­sən?! Əgər bütlərimi təhqir etməyə son qoyma­san, səni mütləq daşqa­laq edə­cə­­yəm. Uzun müddət mən­­dən uzaq ol, mənimlə danışma və mənimlə bir yerdə olma!"

19:47Страница 308

قَالَ سَلَٰمٌ عَلَيۡكَۖ سَأَسۡتَغۡفِرُ لَكَ رَبِّيٓۖ إِنَّهُۥ كَانَ بِي حَفِيّٗا ٤٧

Он сказал: «Мир тебе! Я буду просить моего Господа простить тебя. Воистину, Он снисходителен ко мне.

İbrahim - aleyhissəlam - atasına belə dedi: "Məndən sənə sa­lam olsun! Məndən sənə heç bir pislik gəlməyəcəkdir. Rəbbimdən sənin üçün bağış­lan­ma və doğru yol diləyə­cəyəm. Həqiqə­tən, Rəbbim mənə qarşı çox lütf­kardır.

19:48Страница 308

وَأَعۡتَزِلُكُمۡ وَمَا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدۡعُواْ رَبِّي عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّي شَقِيّٗا ٤٨

Я удаляюсь от вас и от того, чему вы поклоняетесь помимо Аллаха, и обращаюсь с мольбой к моему Господу. Быть может, благодаря молитвам к моему Господу я не буду несчастен».

Mən sizi və sizin Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və heç bir şeyi Ona şərik qoşmadığım Rəb­bimə dua və ibadət edirəm. Çünki mən, Rəbbimə etdiyim dua və ibadətimlə Rəbbimin məni heç vaxt məhrum və bəd­bəxt etməyəcəyini ümüd edirəm!"

19:49Страница 308

فَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلّٗا جَعَلۡنَا نَبِيّٗا ٤٩

Когда он удалился от них и от того, чему они поклонялись помимо Аллаха, Мы даровали ему Исхака (Исаака) и Йакуба (Иакова). Каждого из них Мы сделали пророком.

İbrahim onları və onla­rın Allah­dan başqa ibadət etdikləri bütləri tərk etdikdə, o, ailəsini Allah üçün tərk etdiyinə görə Biz də ona bunun əvəzində oğlu İshaqı və nəvəsi Yaqubu bəxş et­dik. Biz onların hər ikisini də pey­ğəm­bər et­dik.

19:50Страница 308

وَوَهَبۡنَا لَهُم مِّن رَّحۡمَتِنَا وَجَعَلۡنَا لَهُمۡ لِسَانَ صِدۡقٍ عَلِيّٗا ٥٠

Мы одарили их из Нашей милости и оставили о них правдивую молву.

Biz onlara peyğəmbərliklə birğə öz mərhəmə­ti­mizdən bol-bol xeyir-bərəkət əta etdik və insanların dilində onların tərif-sənasını daimi etdik.

19:51Страница 308

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخۡلَصٗا وَكَانَ رَسُولٗا نَّبِيّٗا ٥١

Помяни в Писании Мусу (Моисея). Воистину, он был избранником (или искренним) и был посланником и пророком.

Ey Peyğəmbər! Sənə nazil etdiyimiz Quranda Musanı - aleyhissəlam -xəbərini də xa­tır­la! Həqi­qətən o, seçilmiş bir qul və Allah tərəfindən göndərilən el­çi və peyğəmbər idi.

19:52Страница 309

وَنَٰدَيۡنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلۡأَيۡمَنِ وَقَرَّبۡنَٰهُ نَجِيّٗا ٥٢

Мы подали ему глас с правой стороны горы и подозвали его поближе тихим голосом.

Biz Musanı - aleyhissəlam - durduğu yerə görə onu Tur da­ğının sağ tərə­fin­də­n səslənib ça­ğır­dıq və onunla danı­şmaq üçün onu özü­müzə yaxın etdik. Beləcə Uca Allah onunla danışdı.

19:53Страница 309

وَوَهَبۡنَا لَهُۥ مِن رَّحۡمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيّٗا ٥٣

По милости Своей Мы сделали для него его брата Харуна (Аарона) пророком.

Biz Musaya olan rəhmətimiz­dən və nemətimizdən dolayı qardaşı Harunu - aleyhissəlam - da pey­ğəm­bər etdik. Bu, Rəbbindən qardaşının da peyğəmbər olmasını dilədiyi zaman duasına olan icabət idi.

19:54Страница 309

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِسۡمَٰعِيلَۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلۡوَعۡدِ وَكَانَ رَسُولٗا نَّبِيّٗا ٥٤

Помяни в Писании Исмаила (Измаила). Воистину, он был правдивым в обещаниях и был посланником и пророком.

Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İsmailin xəbərini da xatırla! Həqiqətən o, doğru danışan bir kimsə idi. Bir vəd verdikdə onu mütləq yerinə yetirərdi. O bir elçi həmdə, bir peyğəmbər idi.

19:55Страница 309

وَكَانَ يَأۡمُرُ أَهۡلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرۡضِيّٗا ٥٥

Он велел своей семье совершать намаз и выплачивать закят, а его Господь был доволен им.

O, öz ailəsinə namazı vaxtı-vaxtında, kamil bir şəkildə qıl­mağı, zə­kat verməyi əmr edir­di. O, Rəb­binin dərgahında bəyənilib, razı qalınmış bir kimsə idi.

19:56Страница 309

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِدۡرِيسَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيّٗا ٥٦

Помяни в Писании Идриса. Воистину, он был правдивейшим человеком и пророком.

Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İdrisin - aleyhissəlam - xəbərini da xatırla! Hə­qiqətən, o, çox sadiq və daima Rəbbinin ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş pey­ğəmbərdən bir pey­ğəmbər idi.

19:57Страница 309

وَرَفَعۡنَٰهُ مَكَانًا عَلِيًّا ٥٧

Мы вознесли его на высокое место.

Biz ona bəxş etdiyimiz peyğəmbərliklə, onun zikrini yüksək mə­qama ucaltdıq. O, Rəbbi yanında yüksək məqam sahibidir.

19:58Страница 309

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٖ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدٗاۤ وَبُكِيّٗا۩ ٥٨

Это - те, кого облагодетельствовал Аллах, из числа пророков, которые были потомками Адама и тех, кого Мы спасли вместе с Нухом (Ноем), и потомками Ибрахима (Авраама) и Исраила (Израиля), и из числа тех, кого Мы наставили на прямой путь и избрали. Когда им читали аяты Милостивого, они падали ниц и рыдали.

Bu surədə Zəkəriyyədən başlayıb İdris - aleyhiməssəlam - ilə bitən adı çəkilən hər kəs Adəmin - aleyhissəlam - və Nuhla - aleyhissəlam - bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, həmçinin, İbra­hi­min və Yəqubun - aleyhiməssəlam - İslama müvəffəq etdiyimiz kimsələrin nəs­lin­də gələn Allahın peyğəmbərliklə nemətləndirdiyi kim­sə­lər­dir. Onlar Allahın ayə­ləri oxunduğunu eşitdikdə Allah qorxusundan ağlayaraq səc­dəyə qapanırdılar.

19:59Страница 309

۞ فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٌ أَضَاعُواْ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُواْ ٱلشَّهَوَٰتِۖ فَسَوۡفَ يَلۡقَوۡنَ غَيًّا ٥٩

После них пришли потомки, которые перестали совершать намаз и стали потакать желаниям. Все они понесут убыток (или будут испытывать тяготы; или понесут наказание за невежество; или встретят зло),

Bu seçilmiş peyğəmbərlərin ardından azğın və pis əməllərə tabe olan bir nəsil gəldi. Onlar nama­zı zay edib, onu tələb olunan kimi qılmadılar, əksinə, zina kimi nəfslərinin istədikləri günahların ardınca getdilər. Onlar Cəhənnəmə və xüsrana uğrayaraq şər ilə qarşılaşacaqlar.

19:60Страница 309

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ شَيۡـٔٗا ٦٠

кроме тех, которые раскаялись, уверовали и поступали праведно. Они войдут в Рай, и с ними нисколько не поступят несправедливо.

Bundan yalnız etdiyi xətalardan tövbə edən və Allaha iman gə­tirib, saleh əməllər edən­ kimsələr müstəsnadır! Bu sifətlərə sahib olan kimsələr, Cən­nətə daxil olacaq və etdikləri əməllərin savabı az olsa belə, savabları əksilməyəcəkdir.

19:61Страница 309

جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدَ ٱلرَّحۡمَٰنُ عِبَادَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّهُۥ كَانَ وَعۡدُهُۥ مَأۡتِيّٗا ٦١

Это будут сады Эдема, обещанные Милостивым Его рабам, которые не видели их воочию. Воистину, обещание Его исполнится.

Bu, Rəhmanın saleh qullarına gör­mədikləri halda girəcəklərinə dair vəd etdiyi və içərisində əbədi qalacaqları Cənnətlərdir. Onlar bu Cənnətləri görmədikləri bir halda buna iman etdilər. Allahın Cənnəti vəd etməsi -bu sizə qeyb də olsa belə- onun gəlməsi haqqdır və barədə heç bir şəkk-şübhə yoxdur.

19:62Страница 309

لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا إِلَّا سَلَٰمٗاۖ وَلَهُمۡ رِزۡقُهُمۡ فِيهَا بُكۡرَةٗ وَعَشِيّٗا ٦٢

Они не услышат там празднословия, но услышат приветствие миром. Для них там приготовлен их удел утром и после полудня.

Onlar orada boş, faydasız və lağlağı sözlər eşitməzlər. Əksinə bir-birilərinə və mələklərin onlara verdikləri salamı eşidər­lər. Ora­da könülləri istədiyi təamlar on­la­r üçün səhər-axşam gətiriləcəkdir.

19:63Страница 309

تِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِي نُورِثُ مِنۡ عِبَادِنَا مَن كَانَ تَقِيّٗا ٦٣

Таков Рай, который Мы отдадим в наследство тем из Наших рабов, которые были богобоязненны.

Belə bir sifətlərlə vəsf edilən Cənnət, Allah və Rəsulunun (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxan qullarımıza miras ediləcəkdir.

19:64Страница 309

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمۡرِ رَبِّكَۖ لَهُۥ مَا بَيۡنَ أَيۡدِينَا وَمَا خَلۡفَنَا وَمَا بَيۡنَ ذَٰلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيّٗا ٦٤

Ангелы сказали: «Мы нисходим только по велению твоего Господа. Ему принадлежит то, что перед нами, и то, что позади нас, и то, что между ними. Господь твой не забывчив».

Ey Cəbrail! Muhəmmədə (sallallahu aleyhi və səlləm) belə de: "Şübhəsiz ki, mələklər öz istəkləri ilə yer üzünə nazil ola bilməzlər. Onlar yalnız Allahın əmri ilə yer üzünə nazil olarlar. Axirətdə, dünyada və bunların arasında nə var­sa, hamısı yalnız Uca Allaha məxsusdur. Ey Peyğəmbər! Sənin Rəb­bin heç bir şeyi unu­dan de­yildir".

19:65Страница 310

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا ٦٥

Господь небес, земли и того, что между ними! Поклоняйся же Ему и будь стоек в поклонении Ему. Знаешь ли ты другого с таким именем (или подобного Ему)?

Göylərin və yerin xaliqi Allahdır. Onların hər ikisinin sahibi və idarə edəni də Odur. On­la­rın ara­sında olanları xəlq edən də, onların ara­sında olanların sahibi və idarə edəni də Odur! Elə isə sən yalnız Ona ibadət et, çünki ibadətə layiq olan ancaq Odur və Ona etdiyin ibadətdə səbirlə davam et! İbadətdə Ona şərik olacaq bir Onun ox­şarı və ya bənzəri yoxdur.

19:66Страница 310

وَيَقُولُ ٱلۡإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوۡفَ أُخۡرَجُ حَيًّا ٦٦

Человек говорит: «Неужели после того, как я умру, я выйду из могилы живым?».

Öldükdən sonra yenidən dirilməyi inkar edən kafir insan istehza edərək belə deyir: "Doğru­dan­mı mən öldükdən sonra dirilib, qə­­birimdən ikinci bir həyat üçün çıxar­ıla­cağam?! Şübhəsiz ki, bu ağıla sığmayan bir şeydir!".

19:67Страница 310

أَوَلَا يَذۡكُرُ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن قَبۡلُ وَلَمۡ يَكُ شَيۡـٔٗا ٦٧

Разве человек не помнит, что еще раньше Мы создали его, хотя его вообще не было?

Məgər öldükdən sonra yenidən dirilməyi inkar edən o kafir insan, o heç bir şey deyilkən onu yoxdan xəlq etdiyimizi düşünmürmü?! Uca Allah bu ayədə birinci yaradılışı, ikinci yaradılışa dəlil gətirdi. Yəni, sizi ilk dəfə yaratmağa qadir olan, ikinci dəfə də yaratmağa qadirdir. Çünki ikinci yaradılış birinci yaradılışdan daha asan və daha bəsitdir.

19:68Страница 310

فَوَرَبِّكَ لَنَحۡشُرَنَّهُمۡ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحۡضِرَنَّهُمۡ حَوۡلَ جَهَنَّمَ جِثِيّٗا ٦٨

Клянусь твоим Господом, Мы непременно соберем их и дьяволов, а затем поставим их вокруг Геенны на колени.

Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz onları azğınlığa sürükləyən şeytanlarla birlikdə qəbirlərindən çıxarıb məhşərə bir ye­rə topla­ya­caq, sonra da on­la­rı zəlil vəziyyətdə, dizləri üstə çökmüş halda Cə­hən­nəmin qapılarına tərəf sürükləyəcəyik.

19:69Страница 310

ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمۡ أَشَدُّ عَلَى ٱلرَّحۡمَٰنِ عِتِيّٗا ٦٩

Потом Мы выведем из каждой общины того, кто больше других ослушался Милостивого.

Sonra hər azğın toplumdan ən günahkar olanlarını şiddətli və sərt şəkildə çəkib çıxararıq. Onlar bu toplumun öndə gedənləridir.

19:70Страница 310

ثُمَّ لَنَحۡنُ أَعۡلَمُ بِٱلَّذِينَ هُمۡ أَوۡلَىٰ بِهَا صِلِيّٗا ٧٠

Нам лучше знать, кому более подобает гореть там (или кто более других заслуживает войти туда).

Sonra Cəhənnəmə daxil olmağa, onun hərarətinə və əzabına kimin daha çox haqqlı olduğunu, əlbəttə ki, Biz yaxşı tanıyırıq.

19:71Страница 310

وَإِن مِّنكُمۡ إِلَّا وَارِدُهَاۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتۡمٗا مَّقۡضِيّٗا ٧١

Каждый из вас войдет туда. Таково окончательное решение твоего Господа.

Ey İnsanlar! Sizdən hər biriniz Cəhənnəmin ortasından qurulmuş sirat körpüsünün üstündən keçəcəkdir. Bu, Allahın əzəl­dən təyin et­diyi qəti bir qərardır. Onun hökmünü kimsə dəyişə bilməz.

19:72Страница 310

ثُمَّ نُنَجِّي ٱلَّذِينَ ٱتَّقَواْ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيّٗا ٧٢

Потом Мы спасем богобоязненных, а беззаконников оставим там стоять на коленях.

Nəhayət, İnsanlar bu sirat körpüsünün üzərindən keçdikdə, Biz onlardan Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələri Cəhənnəmə düşməkdən xilas edərik. Günahlar etməklə özlərinə zülüm edən zalımları isə dizləri üstə çökmüş bir halda orada tərk edəcəyik. Onlar oradan əsla qaçıb canlarını qurtara bilməyəcəklər.

19:73Страница 310

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَيُّ ٱلۡفَرِيقَيۡنِ خَيۡرٞ مَّقَامٗا وَأَحۡسَنُ نَدِيّٗا ٧٣

Когда им читают Наши ясные аяты, неверующие говорят верующим: «Какая из двух групп занимает более высокое положение и более достойное место?».

İnsanlara, elçilərimizə nazil etdilən açıq-aydın ayə­ləri­miz oxun­­duğu zaman kafir­lər mö­min­lərə belə de­yərlər: "Bu iki firqədən hansının məqa­mı, məkanı da­ha yaxşı, məc­lisi və toplumu daha gö­zəl­dir. Bizim firqəmiz yoxsa sizin firqəniz?!"

19:74Страница 310

وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَحۡسَنُ أَثَٰثٗا وَرِءۡيٗا ٧٤

Сколько же поколений до них Мы погубили! Они превосходили их богатством (или утварью) и внешностью.

Biz maddi imkanlarının üstünlüyü ilə öyünüb fəxr edən bu kafirlərdən öncə, var-dövlət baxımından, həmçinin gözəl libasları və bədənlərinin sağlamlığına görə zahiri görünüşcə on­lar­dan daha üstün olub, nemətlər içində yaşayan neçə-neçə nəsilləri məhv etdik.

19:75Страница 310

قُلۡ مَن كَانَ فِي ٱلضَّلَٰلَةِ فَلۡيَمۡدُدۡ لَهُ ٱلرَّحۡمَٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ إِمَّا ٱلۡعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعۡلَمُونَ مَنۡ هُوَ شَرّٞ مَّكَانٗا وَأَضۡعَفُ جُندٗا ٧٥

Скажи: «Да продлит Милостивый жизнь заблудших до тех пор, пока они не увидят обещанные мучения или Час. Тогда они узнают, чье место хуже и чье воинство слабее».

Ey Peyğəmbər! De ki: "Kim azğınlıq içində gəzib-dolaşırsa, Rəhman, onun azğınlığını artırana qədər ona möhlət ver­ər. Dünyada özlərinə vəd edilən əzabı və ya Qiyamətin dəhşətini öz gözləri ilə görüb, şahid olduqda isə onlar kimin mə­qa­mının daha pis, ki­min yardımçısının daha az olduğunu bi­lə­cəklər. Bu onların firqəsidirmi, yoxsa möminlərin firqəsi?"

19:76Страница 310

وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهۡتَدَوۡاْ هُدٗىۗ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٞ مَّرَدًّا ٧٦

Аллах увеличивает приверженность прямому пути тех, кто следует прямым путем. А нетленные благодеяния лучше перед твоим Господом по вознаграждению и по исходу.

Azğınlıqlarını artırmaları üçün onlara verilən möhlətin qarşılığında, Uca Allah doğru yolda olan­ların hidayətini və imanlarını daha da artırar. Ey Peyğəmbər! Rəbbinin yanında, əbə­di səadətə qovuşduran yaxşı əməl­lər isə savab ba­xı­mın­dan daha faydalı, aqibətcə da­ha xeyirlidir.

19:77Страница 311

أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالٗا وَوَلَدًا ٧٧

Видел ли ты того, кто не уверовал в Наши знамения и сказал: «Я непременно буду одарен богатством и детьми?».

Ey Peyğəmbər! Açıq-aydın dəlillərimizi və əzabımızı inkar edib: "Əgər mən ölüb, yenidən dirilməli olsam, mənə hök­mən çoxlu var-dövlət və öv­lad ve­ri­lə­cək­!" – deyən ada­mı gördünmü?

19:78Страница 311

أَطَّلَعَ ٱلۡغَيۡبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا ٧٨

Разве он знал сокровенное или заключил завет с Милостивым?

Olmaya, o, qeybdən xə­bər­dardır və ya əlində bir dəlil olduğu üçün belə demişdir?! Yoxsa Rəbbindən onu Cənnətə daxil edəcəyinə və ona çoxlu var-dövlət və öv­lad ve­rəcəyinə dair vəd almışdır?!

19:79Страница 311

كـَلَّاۚ سَنَكۡتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلۡعَذَابِ مَدّٗا ٧٩

Нет! Мы запишем его слова и увеличим его мучения.

Bu, heç də onun iddia etdiyi kimi deyildir. Biz onun söylədiklərini və etdiklərini yaza­caq və bunun batil bir iddiada olduğu üçün əzabına əzab qatacağıq.

19:80Страница 311

وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأۡتِينَا فَرۡدٗا ٨٠

Мы унаследуем от него то, о чем он говорил, и он явится к Нам в одиночестве.

Biz onu həlak etdikdən sonra tərk etdiyi var-dövlətinə və oğul-uşağına Biz varis olacağıq, qiyamət günü hüzurumuza dünyada kef çəkdiyi var-dövləti və cah-cəlalı əlindən alınmış bir halda, heç nəsiz, tək-tən­ha gələ­cək­dir.

19:81Страница 311

وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لِّيَكُونُواْ لَهُمۡ عِزّٗا ٨١

Они стали поклоняться наряду с Аллахом другим богам, чтобы те одарили их могуществом.

Müşriklər özlərinə yardım edib, dəstək olsun deyə özləri üçün Allahdan başqa məbudlar qəbul etdilər.

19:82Страница 311

كـَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا ٨٢

Но нет! Они отрекутся от поклонения им и станут их противниками.

Xeyr! Bu heç də onların iddia etdiyi kimi deyildir. Onların Allahdan başqa ibadət etdikləri bütləri, Qiyamət günü müşriklərin onlara etdikləri ibadəti inkar edəcək, onlardan uzaq olub, onların düşməni olacaqlar.

19:83Страница 311

أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزّٗا ٨٣

Разве ты не видишь, что Мы послали к неверующим дьяволов, чтобы те подстрекали их?

Ey Peyğəmbər! Məgər şeytanları kafirlərin üstünə göndərib on­ları günaha sövq etdirdiyini, onların üzərində hökmüranlıq etdiklərini və onları Allahın dinində azdırmaq üçün əlindən gələn hər bir şeyi etdiyini gör­mür­sənmi?

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English