Аль-Мухтасар · Тафсир · на азербайджанском
Марьям 19:84–98
19:84Страница 311
فَلَا تَعۡجَلۡ عَلَيۡهِمۡۖ إِنَّمَا نَعُدُّ لَهُمۡ عَدّٗا ٨٤
Посему не торопись с ними! Мы ведем для них счет.
Ey Peyğəmbər! Onların həlak olmasını Uca Allahdan diləməyə tələsmə. Biz onların günlərini sayırıq. Onlara verilən vaxt sona yetdikdə, layiq olduqları əzabı onlara dadıracağıq.
19:85Страница 311
يَوۡمَ نَحۡشُرُ ٱلۡمُتَّقِينَ إِلَى ٱلرَّحۡمَٰنِ وَفۡدٗا ٨٥
В тот день Мы соберем благочестивых перед Милостивым почтенной делегацией,
Ey Peyğəmbər! Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən müttəqiləri, Qiyamət günü Allahın hüzuruna hörmətli və izzətli qonaqlar olaraq toplayacağımız günü xatırla.
19:86Страница 311
وَنَسُوقُ ٱلۡمُجۡرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرۡدٗا ٨٦
а грешников погоним в Геенну, словно на водопой.
Kafirləri isə Cəhənnəmə susamış olduqları halda gətirəcəklər.
19:87Страница 311
لَّا يَمۡلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا ٨٧
Никто не обретет права заступничества, кроме тех, у кого был завет с Аллахом.
Kafirlər qiyamət gününü bir-birlərinə şəfaət etməyə qadir olmayacaqlar. Ancaq dünya da ikən Allaha və Rəsuluna iman etdiklərindən dolayı özlərinə vəd verilən kimsələr bu şəfaətə nail olacaqdır.
19:88Страница 311
وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗا ٨٨
Они говорят: «Милостивый взял Себе сына».
Yəhudilər, nəsranilər və bəzi müşriklər: "Mərhəmətli Allah özünə övlad götürmüşdür!" – dedilər.
Ey bu sözü söyləyən kimsələr! Siz olduqca böyük bir günah etdiniz.
19:90Страница 311
تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِنۡهُ وَتَنشَقُّ ٱلۡأَرۡضُ وَتَخِرُّ ٱلۡجِبَالُ هَدًّا ٩٠
Небо готово расколоться, земля готова разверзнуться, а горы готовы рассыпаться в прах от того,
Söylədiyiniz bu piz sözdə dolayı az qala göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub parça-parça olsun –
Bütün bunların hamısı onların Mərhəmətli Allaha övlad isnad etdiklərinə görədir. Uca Allah onların söylədiklərindən ulu və ucadır.
19:92Страница 311
وَمَا يَنۢبَغِي لِلرَّحۡمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا ٩٢
Не подобает Милостивому иметь сына!
Mərhəmətli Allah bundan pak və münəzzəh olduğu üçün Özünə övlad götürməsi yaraşmaz.
19:93Страница 311
إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدٗا ٩٣
Каждый, кто на небесах и на земле, явится к Милостивому только в качестве раба.
Şübhəsiz ki, Qiyamət günü göylərdə və yerdə olanların - mələklərin, insanların və cinlərin hər biri Rəbbinin hüzuruna boynunu əyərək, zəlil bir halda gələcəkdir.
Uca Allah onların hamısını Öz elmi ilə əhatə etmiş və onları bir-bir saymışdır. Onların əməllərində Allaha heç bir şey gizli qalmaz.
19:95Страница 311
وَكُلُّهُمۡ ءَاتِيهِ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَرۡدًا ٩٥
Каждый из них явится к Нему в День воскресения в одиночестве.
Qiyamət günü onların hər biri Uca Allahın hüzuruna mal-dövləti və bir yardımçısı olmadan tək-tənha gələcəkdir.
19:96Страница 312
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَيَجۡعَلُ لَهُمُ ٱلرَّحۡمَٰنُ وُدّٗا ٩٦
Тех, которые уверовали и совершали праведные деяния, Милостивый одарит любовью.
Şübhəsiz ki, Allaha iman gətirib, Allah yanında razı olunan saleh əməllər edən kimsələri Uca Allah həm Özü onları sevəcəkdir, həm də onların sevgisini hamının, o cümlədən mömin qullarının qəlbinə salacaqdır.
19:97Страница 312
فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلۡمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوۡمٗا لُّدّٗا ٩٧
Мы облегчили его (Коран) на твоем языке для того, чтобы ты обрадовал им богобоязненных людей и предостерег им злостных спорщиков.
Ey Peyğəmbər! Biz, Mənim əmrlərimi yerinə yetirib, qadağalarımdan çəkinən müttəqilərə müjdə vermən, haqqa boyun əyməkdən təkəbbürlük göstərən və mübahisədə şiddətli olan bir qövmü qorxutman üçün Quranı sənin dilinlə nazil edərək asanlaşdırdıq.
19:98Страница 312
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هَلۡ تُحِسُّ مِنۡهُم مِّنۡ أَحَدٍ أَوۡ تَسۡمَعُ لَهُمۡ رِكۡزَۢا ٩٨
Сколько поколений до них Мы подвергли гибели! Разве ты ощущаешь присутствие кого-нибудь из них или слышишь их шепот?
Biz sənin qövmündən öncə bir çox ümmətləri məhv etdik. Sən bu gün onlardan kiminsə mövcudluğunu hiss edirsənmi? Yaxud onlardan bir pıçıltı eşidirsənmi? Allah izin verdikdə onların başına gələn müsibət başqalarınında başına gələ bilər.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии