Аль-Мухтасар · Тафсир · на азербайджанском
طه
Та Ха
Та Ха · Мекканская · 135 аятов
﴾Ta. Hə﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar ayə barədə ətraflı danışılmışdır.
20:2Страница 312
مَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لِتَشۡقَىٰٓ ٢
Мы ниспослали тебе Коран не для того, чтобы ты стал несчастен,
Ey Peyğəmbər! Biz Quranı, qövmünün sənə iman etməkdən üz çevirməsinə görə üzülüb, sıxıntı çəkəsən deyə nazil etmədik.
20:3Страница 312
إِلَّا تَذۡكِرَةٗ لِّمَن يَخۡشَىٰ ٣
а только в качестве назидания для тех, кто страшится.
Biz bu Quranı, Uca Allahın Özündən qorxmağa müvəffəq etdiyi kimsələrə nəsihət və xatırlama olsun deyə nazil etdik.
20:4Страница 312
تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى ٤
Это - Ниспослание от Того, Кто сотворил землю и высокие небеса.
Bu Kitabı, yeri və uca göyləri yaradan Allah nazil etmişdir. O, əzəmətli bir Qurandır. Çünki o, əzəmətli olan Allah tərəfindən endirilmişdir.
20:5Страница 312
ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ ٥
Милостивый вознесся на Трон (или утвердился на Троне).
Mərhəmətli olan Allah cəlalına layiq bir şəkildə Ərşin üzərinə ucaldı.
20:6Страница 312
لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَمَا تَحۡتَ ٱلثَّرَىٰ ٦
Ему принадлежит то, что на небесах, и то, что на земле, и то, что между ними, и то, что под грунтом.
Göylərdə, yerdə və torpağın altındakı bütün canlıların yaradılışı, mülkü və onları idarə etmək yalnız Tək olan Allaha məxsusdur.
20:7Страница 312
وَإِن تَجۡهَرۡ بِٱلۡقَوۡلِ فَإِنَّهُۥ يَعۡلَمُ ٱلسِّرَّ وَأَخۡفَى ٧
Если даже ты будешь говорить громко, Ему все равно известно тайное и сокрытое.
Ey Peyğəmbər! Sən sözünü ucadan söyləsən də və ya alçaqdan desən də, fərqi etməz, çünki Allah onların hamısını bilir. Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır və bundan heç bir şey Ona gizli qalmaz.
20:8Страница 312
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ ٨
Аллах - Тот, кроме Которого нет иного божества и у Которого самые прекрасные имена.
Allah! Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Gözəllikdə ən üstün məqama sahib olan adlar yalnız Ona aiddir!
Ey Peyğəmbər! Artıq İmranın oğlu Musanın - aleyhissəlam - xəbəri sənə gəlib yetişdimi?
20:10Страница 312
إِذۡ رَءَا نَارٗا فَقَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِقَبَسٍ أَوۡ أَجِدُ عَلَى ٱلنَّارِ هُدٗى ١٠
Вот он увидел огонь и сказал своей семье: «Оставайтесь здесь! Я увидел огонь. Быть может, я принесу вам головню или же найду возле огня дорогу».
Musa ailəsi ilə birlikdə səfərdə olarkən o, bir od görüb ailəsinə: "Olduğunuz bu yerdə dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir şölə gətirdim, ya da odun yanında bizə bir yol göstərən tapdım!" –demişdi.
20:11Страница 312
فَلَمَّآ أَتَىٰهَا نُودِيَ يَٰمُوسَىٰٓ ١١
Когда он подошел к нему, раздался глас: «О Муса (Моисей)!
Musa oda yaxınlaşdıqda Uca Allah ona: "Ey Musa!" deyə səsləndi.
20:12Страница 312
إِنِّيٓ أَنَا۠ رَبُّكَ فَٱخۡلَعۡ نَعۡلَيۡكَ إِنَّكَ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوٗى ١٢
Воистину, Я - твой Господь. Сними же свою обувь. Ты находишься в священной долине Тува (Това).
Şübhəsiz ki, Mən sənin Rəbbinəm. Mənimlə danışmağa hazırlaşmaq üçün başmaqlarını çıxart. Çünki sən müqəddəs və pak Tuva vadisindəsən!
20:13Страница 313
وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ ١٣
Я избрал тебя, и посему прислушайся к тому, что внушается тебе в откровении.
Ey Musa! Risaləmi təbliğ etmək üçün səni seçmişəm. Elə isə sənə vəhy olunanı dinlə!
20:14Страница 313
إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ ١٤
Воистину, Я - Аллах! Нет божества, кроме Меня. Поклоняйся же Мне и совершай намаз, чтобы помнить обо Мне.
Həqiqətən, Mən Allaham! Məndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Elə isə yalnız Mənə ibadət et və Məni xatırlamaq üçün namazı kamil şəkildə yerinə yetir!
20:15Страница 313
إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ ١٥
Я едва ли не скрываю Час от Самого Себя, но он непременно настанет, чтобы каждому человеку воздали тем, к чему он стремился.
Şübhəsiz ki, Qiyamət saatı vaqe olacaqdır. Buna əsla şəkk-şübhə ola bilməz. Heç bir məxluqun onun vaxtını bilməsin deyə az qala onun vaqe olacağı vaxtı gizlədim. Lakin insanlar peyğəmbərin onlara Qiyamət saatının vaqe olacağı barədə xəbər verməsindən dolayı onun əlamətlərini bilirlər. Qiyamət saatı qopduqda isə hər kəs dünyada etdiyi xeyir və şər əməllərinin əvəzini (mükafatını və ya cəzasını) alacaqdır.
20:16Страница 313
فَلَا يَصُدَّنَّكَ عَنۡهَا مَن لَّا يُؤۡمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرۡدَىٰ ١٦
Пусть не отворачивает тебя от него тот, кто не верует в него и потакает своим желаниям, а не то ты погибнешь.
Qoy kafirlərdən Qiyamətin vaqe olacağına inanmayan və günahlar etməkdə nəfsinin istəklərinə uyan kəslər, səni, onu təsdiq edib və saleh əməllər etməklə ona hazırlaşmaqdan əsla yayındırmasın, yoxsa bu səbəbdən həlak olarsan!
20:17Страница 313
وَمَا تِلۡكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ ١٧
Что это у тебя в правой руке, о Муса (Моисей)?».
Sağ əlində olan şey nədir, ey Musa?"
20:18Страница 313
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّؤُاْ عَلَيۡهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَـَٔارِبُ أُخۡرَىٰ ١٨
Муса (Моисей) сказал: «Это - мой посох. Я опираюсь на него и сбиваю им листья для моих овец (или отгоняю им моих овец). Я нахожу ему и другое применение».
Musa - aleyhissəlam - dedi: "Bu mənim əsamdır. Yeriyərkən ona söykənir və onunla qoyunları üçün ağacdan yarpaq silkələyirəm. Ayrıca olaraq, mənim üçün onda söylədiklərimdən başqa faydalar da vardır".
Uca Allah Musaya belə buyurdu: "Onu (əsanı yerə) yerə at, ey Musa!"
20:20Страница 313
فَأَلۡقَىٰهَا فَإِذَا هِيَ حَيَّةٞ تَسۡعَىٰ ٢٠
Он бросил посох, и тот превратился в змею, которая быстро двигалась.
Musa əlində olan əsanı yerə atdı və o, bir anda sürətlə yeriyən ilana döndü.
20:21Страница 313
قَالَ خُذۡهَا وَلَا تَخَفۡۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلۡأُولَىٰ ٢١
Аллах сказал: «Возьми ее и не бойся. Мы вернем ее в прежнее состояние.
Uca Allah Musaya - aleyhissəlam - buyurdu: "Əsanı götür, onun ilana dönməsindən qorxma! Sən onu əlinə alan kimi, Biz onu əvvəlki halına qaytaracağıq.
20:22Страница 313
وَٱضۡمُمۡ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ ءَايَةً أُخۡرَىٰ ٢٢
Прижми свою руку к боку, и она выйдет белой (цвета молока, светящейся), без следов болезни. Вот тебе еще одно знамение!
Əlini qoltuğunun altına sal, əlin oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən ikinci bir əlamət olaraq ağappaq, heç bir ləkəsiz çıxsın.
20:23Страница 313
لِنُرِيَكَ مِنۡ ءَايَٰتِنَا ٱلۡكُبۡرَى ٢٣
Мы покажем тебе некоторые из Наших величайших знамений.
Ey Musa! Sənə göstərdiyimiz bu iki əlaməti, qüdrətimizə və sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən əzəmətli möcüzələrimizdən.
20:24Страница 313
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ٢٤
Ступай к Фараону, ибо он преступил границы дозволенного».
Ey Musa! Fironun yanına get! Çünki o, küfür etməkdə həddini aşmış və Allaha qarşı üsyan etmişdir.
20:25Страница 313
قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي ٢٥
Муса (Моисей) сказал: «Господи! Раскрой для меня мою грудь!
Musa - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bu yolda bütün məşəqqətlərə və əziyyətlərə tab gətirə bilmək üçün qəlbimi açıb genişlət!
Mənə işimi asanlaşdır!
Mənə açıq-aydın, fəsahətli bir şəkildə danışmağı bəxş et ki,
Sənin risalətini onlara təbliğ etdiyim zaman sözümü düzgün anlayıb, başa düşsünlər!
Ailəmdən mənə bir yardımçı ver, işlərimdə mənə kömək olsun –
Qardaşım İmran oğlu Harunu mənə yardımçı et!
Onunla gücümü artır!
Bu risalətini insanlara təbliğ etməkdə onu mənə şərik et ki,
Sənə çoxlu təriflər və həmd-sənalar deyək.
Səni çox zikr edib, yada salaq.
Şübhəsiz ki, Sən bizi görürsən. Bizim heç bir işimiz sənə gizli qalmaz!"
20:36Страница 313
قَالَ قَدۡ أُوتِيتَ سُؤۡلَكَ يَٰمُوسَىٰ ٣٦
Аллах сказал: «О Муса (Моисей)! Ты уже получил то, что попросил.
Uca Allah: "Ey Musa! Artıq istədiyini sənə verdik!" – deyə buyurdu.
Sənə bundan əvvəl də nemət bəxş etmişdik.
20:38Страница 314
إِذۡ أَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ ٣٨
когда внушили твоей матери откровение:
O vaxt Firon tərəfindən qurulan hiylədən Uca Allah səni necə qoruyacağına dair anana vəhy olunacaq şeyi belə vəhy etdik:
20:39Страница 314
أَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ ٣٩
«Положи его в сундук и пусти его по реке, и река выбросит его на берег. Его подберет Мой враг и его враг». Я одарил тебя Своей любовью, и тебя взрастили у Меня на Глазах.
Anasına ilham yolu ilə belə buyurduq: "Onu dünyaya gətirdikdən sonra bir sandığa qoyub Nil çayına burax ki, Nil çayı onu Bizim əmrimizlə sahilə çıxartsın, beləliklə də, həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün. Bu kimsə, Firondur". Gözüm önündə və Mənim mühafizəm altında böyüyüb, boya-başa çatıb, tərbiyə alman üçün, Öz tərəfimdən sənə qarşı qullarım arasında bir məhəbbət oyatdım və beləliklə də, insanlar səni sevdilər.
20:40Страница 314
إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ ٤٠
Твоя сестра пришла к семье Фараона и сказала: «Не указать ли вам на ту, которая будет заботиться о нем?». Мы вернули тебя к твоей матери, чтобы порадовался ее взор и чтобы она не горевала. Ты убил человека, и Мы спасли тебя от скорби и подвергли тебя тяжелому испытанию. О Муса (Моисей)! Ты пробыл многие годы среди жителей Мадьяна, а теперь вернулся в срок.
O zaman bacın sandığın arxasınca düşüb onun hara getdiyini təqib edirdi. Həhayət sandığ sahilə yetişib, Firon cammatı onu çaydan götürdükdə, bacın onlara belə dedi: "Sizə onun qayğısına qalacaq, onu lazımınca qoruyacaq və əmizdirəcək birisini göstərimmi?" Beləliklə, sənin anana qayıtmağından dolayı onun sevinməsi və sənə görə qəm-qüssə çəkməsin deyə, sənin yenidən anana qayıtmağı bəxş etdik. Həmçinin, sən boya-başa çatdıqda bir qibtini yumruqla öldürdüyündən sonra sənə bunun cəzasından qurtarmağı bəxş etdik. Biz səni, başına gələn bütün çətinliklərdən, sınaqlardan qurtardıq. Misiri tərk edib illərlə Mədyən əhli içində qaldın. Sonra da ey Musa! Sənin üçün müəyyən olunmuş vaxt gəlib çatdıqda, Rəbbinin səninlə danışması üçün vadiyə gəldin.
Sənə vəhy etdiklərimi insanlara təbliğ etmək üçün elçi olaraq səni seçdim!
20:42Страница 314
ٱذۡهَبۡ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِي وَلَا تَنِيَا فِي ذِكۡرِي ٤٢
Ступайте же вместе с твоим братом с Моими знамениями и не уставайте поминать Меня.
Ey Musa! Sən və qardaşın Harun, Allahın vəhdaniyyətinə dəlalət edən ayələrimizlə gedin. Mənə dəvət etməkdə və Məni zikr etməkdə zəiflik göstərməyin.
20:43Страница 314
ٱذۡهَبَآ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ٤٣
Ступайте к Фараону вдвоем, ибо он преступил границы дозволенного.
Hər ikinizdə Fironun yanına gedin! O, həqiqətən, küfür əməllər islətməkdə və Allaha qarşı üsyan etməkdə həddini aşmışdır.
20:44Страница 314
فَقُولَا لَهُۥ قَوۡلٗا لَّيِّنٗا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوۡ يَخۡشَىٰ ٤٤
Говорите с ним мягко, быть может, он прислушается к назиданию или устрашится».
Onunla sərt olmayan, mülayim tərzdə danışın ki, öyüd-nəsihət qəbul etsin, yaxud Allahdan qorxub, Ona tövbə etsin!"
20:45Страница 314
قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ ٤٥
Они сказали: «Господь наш! Мы боимся, что он поспешит наказать нас или преступит границы дозволенного».
Musa və Harun - aleyhiməssələm - belə dedilər: "Dəvətimizi Firona tamamlamazdan öncə onun tələsib bizə cəza verməsindən, ölüm və ya başqa bir şeylər ilə bizə zülm etməkdə həddini aşmasından qorxuruq!"
20:46Страница 314
قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ ٤٦
Аллах сказал: «Не бойтесь, ибо Я - с вами. Я слышу и вижу.
Uca Allah onlara belə buyurdu: "Qorxmayın, şübhəsiz ki, Mən Öz yardımım və dəstəyim ilə sizinlə birgəyəm, sizin ilə onun arasında nə baş verdiyini eşidib, görürəm!"
20:47Страница 314
فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ ٤٧
Ступайте к нему вдвоем и скажите: «Мы - посланники твоего Господа. Отпусти с нами сынов Исраила (Израиля) и не причиняй им мучения. Мы явились к тебе со знамением от нашего Господа. Мир тому, кто последовал верному руководству!
Hər ikiniz də Fironun yanına gedib ona belə deyin: "Ey Firon! Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər. Onların oğlan uşaqlarını öldürüb və qadınlarını sağ buraxmaqla, onlara əzab-əziyyət vermə. Biz sənə Rəbbindən bizim doğruluğumuza dəlalət edən açıq-aydın dəlil dətirmişik. Allahın əzabından ancaq iman edənlər və Onun doğru yollunu tutub gedənlər əmin-aman ola bilərlər!
20:48Страница 314
إِنَّا قَدۡ أُوحِيَ إِلَيۡنَآ أَنَّ ٱلۡعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ ٤٨
Мы получили откровение о том, что мучениям подвергнется всякий, кто счел истину ложью и отвернулся».
Şübhəsiz ki, Uca Allah, bizə dünyada və axirətdə əzabın, Allahın ayələrini yalan sayanlara və rəsulların gətirdiklərindən üz döndərənlərə veriləcəyinə dair vəhy etdi!"
20:49Страница 314
قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ ٤٩
Фараон сказал: «Кто же ваш Господь, о Муса (Моисей)?».
Firon, Musa və Harundan eşitdiyi sözləri inkar edərək belə dedi: "Ey Musa! Sizi mənim göndərdiyini iddia etdiyiniz Rəbbiniz kimdir?"
20:50Страница 314
قَالَ رَبُّنَا ٱلَّذِيٓ أَعۡطَىٰ كُلَّ شَيۡءٍ خَلۡقَهُۥ ثُمَّ هَدَىٰ ٥٠
Муса (Моисей) ответил: «Господь наш - Тот, Кто придал облик всякой вещи, а затем указал всему путь».
Musa dedi: "Rəbbimiz hər şeyə uyğun olan zahiri görünüşü və sürəti verən, sonra da yaratmış olduğu məqsəd üçün onlara doğru yolu göstərəndir!"
20:51Страница 314
قَالَ فَمَا بَالُ ٱلۡقُرُونِ ٱلۡأُولَىٰ ٥١
Фараон сказал: «А что будет с первыми поколениями?».
Firon Musadan soruşdu: "Elə isə de görüm, küfr üzərində olan keçmiş ümmətlərin halı necə olacaqdır?"
20:52Страница 315
قَالَ عِلۡمُهَا عِندَ رَبِّي فِي كِتَٰبٖۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى ٥٢
Муса (Моисей) ответил: «Знание об этом - у моего Господа в Писании. Мой Господь не ошибается и не забывает».
Musa - aleyhissəlam - Firona belə dedi: "Keçmiş ümmətlərin halı barəsində bilgi Rəbbimin yanındadır. Olub keçənlərin hamısı bütünlüklə lövhi-məhfuzda yazılmışdır. Rəbbim Öz elmində əsla xəta etməz və bildiyini də əsla unutmaz".
20:53Страница 315
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَسَلَكَ لَكُمۡ فِيهَا سُبُلٗا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّن نَّبَاتٖ شَتَّىٰ ٥٣
Он сделал землю для вас колыбелью, проложил для вас на ней дороги и низвел с неба воду. Благодаря ей Мы взрастили различные растения.
Yer üzündə yaşamanız üçün oranı əlverişli edən, gəzib-dolaşmanız üçün orada yollar salan, göydən su endirən və bu su vasitəsi ilə yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirən Rəbbimdir.
20:54Страница 315
كُلُواْ وَٱرۡعَوۡاْ أَنۡعَٰمَكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ ٥٤
Вкушайте сами и пасите свой скот. Воистину, в этом - знамения для обладающих разумом.
Ey İnsanlar! Sizin üçün yetişdirdiyimiz pak şeylərdən həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bu zikir edilən nemətlərdə ağıl sahibləri üçün Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən dəlillər vardır.
20:55Страница 315
۞ مِنۡهَا خَلَقۡنَٰكُمۡ وَفِيهَا نُعِيدُكُمۡ وَمِنۡهَا نُخۡرِجُكُمۡ تَارَةً أُخۡرَىٰ ٥٥
Мы сотворили вас из нее (земли), в нее Мы вас вернем и из нее выведем еще раз.
Biz atanız Adəmi - aleyhissəlam - yer üzündəki torpaqdan yaratdıq. Əcəliniz çatıb öldükdə isə Biz sizi ora qaytaracaq və qiyamət günü yenidən dirilmək üçün sizi bir daha oradan dirildib çıxardacağıq.
20:56Страница 315
وَلَقَدۡ أَرَيۡنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ ٥٦
Мы явили ему (Фараону) всевозможные Наши знамения, но он счел их ложью и отказался.
Biz Firona doqquz ayətimizin hamısını göstərdik. Lakin o, bunlara şahid olmasına rəğmən onların hamısını yalan sayıb, Allaha iman gətirməkdən imtina etdi.
20:57Страница 315
قَالَ أَجِئۡتَنَا لِتُخۡرِجَنَا مِنۡ أَرۡضِنَا بِسِحۡرِكَ يَٰمُوسَىٰ ٥٧
Он сказал: «О Муса (Моисей)! Неужели ты явился к нам, чтобы изгнать нас из нашей земли своим колдовством?
Firon dedi: "Gətirdiyin sehrlə bizi Misirdən çıxarıb, Misirin mülkünə özün sahib olasan deyə gəlmisənmi, ey Musa?!
20:58Страница 315
فَلَنَأۡتِيَنَّكَ بِسِحۡرٖ مِّثۡلِهِۦ فَٱجۡعَلۡ بَيۡنَنَا وَبَيۡنَكَ مَوۡعِدٗا لَّا نُخۡلِفُهُۥ نَحۡنُ وَلَآ أَنتَ مَكَانٗا سُوٗى ٥٨
Мы непременно покажем тебе такое же колдовство. Назначь же срок для нашей встречи на открытом месте, где мы будем иметь равные шансы, и никто из нас не должен нарушить его».
Ey Musa! Sənin sehrin kimi biz də bir sehr göstərəcəyik. Elə isə bizimlə öz aranda müəyyən bir yer və müəyyən bir görüş vaxtı təyin et. Nə biz, nə də sən vəerdiyimiz sözə xilaf çıxyaq. Elə et ki, bu yer, hər iki dəstə arasında ortada olan bir məkanda olsun!"
20:59Страница 315
قَالَ مَوۡعِدُكُمۡ يَوۡمُ ٱلزِّينَةِ وَأَن يُحۡشَرَ ٱلنَّاسُ ضُحٗى ٥٩
Муса сказал: «Сроком для вас будет день украшения, и пусть люди соберутся утром».
Musa - aleyhissəlam - Firona belə dedi: "Bizimlə sizin aranızdakı vəd olunan vaxt bayram günü, camaatın bayram münasibəti ilə bir-birini təbrik etmək üçün bir yerə toplaşacağı səhər vaxtıdır!"
20:60Страница 315
فَتَوَلَّىٰ فِرۡعَوۡنُ فَجَمَعَ كَيۡدَهُۥ ثُمَّ أَتَىٰ ٦٠
Фараон отвернулся и собрал свои козни (собрал своих колдунов), а затем пришел в назначенный срок.
Firon, Musanın bu sözündən sonra arxasını çevirib oradan ayrıldı, sonra da bütün sehrbazlarının hamısını toplayıb Musaya qalib gəlmək üçün əvvəlcədən təyin edilmiş vaxta, müəyyən edilən yərə gəldi.
20:61Страница 315
قَالَ لَهُم مُّوسَىٰ وَيۡلَكُمۡ لَا تَفۡتَرُواْ عَلَى ٱللَّهِ كَذِبٗا فَيُسۡحِتَكُم بِعَذَابٖۖ وَقَدۡ خَابَ مَنِ ٱفۡتَرَىٰ ٦١
Муса (Моисей) сказал им: «Горе вам! Не возводите навет на Аллаха, а не то Он уничтожит вас, подвергнув мучениям. Неудача постигнет того, кто измышляет ложь».
Musa Fironun sehrbazlarına öyüd-nəsihət verərək belə dedi: "Bunu etməkdən çəkinin! Sehr edib insanları aldadaraq Allah adına yalan uydurmayın, yoxsa O, Öz tərəfindən əzab göndərib sizi məhv edər. Allah adına yalan uyduranlar şübhəsiz ki, ziyana uğrayanlardır!"
20:62Страница 315
فَتَنَٰزَعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ وَأَسَرُّواْ ٱلنَّجۡوَىٰ ٦٢
Они стали спорить между собой о своих действиях и сохранили свой разговор в тайне.
Sehrbazlar Musanın - aleyhissəlam - sözünü eşitdikdən sonra öz aralarında mübahisə edib gizlincə danışdılar.
20:63Страница 315
قَالُوٓاْ إِنۡ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخۡرِجَاكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِمَا وَيَذۡهَبَا بِطَرِيقَتِكُمُ ٱلۡمُثۡلَىٰ ٦٣
Они сказали: «Эти двое мужчин - колдуны. Они хотят колдовством изгнать вас из вашей страны и вдвоем следовать вашим превосходным путем.
Sehrbazlardan bəziləri bir-birlərinə gizlincə belə dedilər: "Musa və Harunun hər ikisi sehrbazdır. Onlar özləri ilə gətirdikləri bu sehr vasitəslə sizi Misirdən qovub çıxartmaq, gözəl həyat tərzinizi və dininizi aradan götürmək istəyirlər.
20:64Страница 315
فَأَجۡمِعُواْ كَيۡدَكُمۡ ثُمَّ ٱئۡتُواْ صَفّٗاۚ وَقَدۡ أَفۡلَحَ ٱلۡيَوۡمَ مَنِ ٱسۡتَعۡلَىٰ ٦٤
Объедините ваши козни и выстройтесь в ряд. Сегодня преуспеет тот, кто одержит верх».
İşinizi ustalıqla edin və aranızda ixtilaf etməyin. Sonra meydana dəstə-dəstə gəlin və əllərinizdə olanları hamınız bir yerdə atın. Bu gün rəqibinə qələbə çalan zəfərə nail olacaqdır!"
20:65Страница 316
قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ ٦٥
Они сказали: «О Муса (Моисей)! Ты бросишь первым, или же нам бросать первыми?».
Sehrbazlar Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! İki şeydən birini seç. Sahib olduğun sehri ya sən birinci et, ya da ki, onu birinci biz edək!"
20:66Страница 316
قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ ٦٦
Он сказал: «Нет, бросайте вы!». И тут ему представилось, что их веревки и посохи от их колдовства пришли в движение.
Musa - aleyhissəlam - dedi: "Əksinə, əlinizdəkiləri öncə siz atın!" Beləliklə də, sehrbazlar əllərindəkiləri yerə atdılar. Bu zaman onların etdikləri sehrirdən dolayı əsaları və ipləri Musaya yerdə sürətlə hərəkət edən ilanlar kimi görsəndi.
Sehrbazların etdiklərindən dolayı Musa qəlbində bir qorxu hissi keçirdi.
20:68Страница 316
قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ ٦٨
Мы сказали: «Не бойся! Ты одержишь верх.
Uca Allah Musanı - aleyhissəlam - sakitləşdirib ona təskinlik vermək üçün ona belə vəhy etdi: "Ey Musa! Gördyün şeylərdən dolayı əsla qorxma. Sonda qalib gəlib, üstünb olan mütləq sən olacaqsan!
20:69Страница 316
وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ ٦٩
Брось то, что держишь в своей деснице, и оно проглотит содеянное ими. Воистину, содеянное ими - это козни колдуна, а колдун не преуспеет, куда бы он ни пришел».
Sağ əlindəki əsanı yerə at ki, ilana dönərək onların sehr etdikləri bütün iplərini və dəyənəklərini bir anda udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, harada olursa olsun, əsla öz muradına çata bilməz!"
20:70Страница 316
فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سُجَّدٗا قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ ٧٠
Колдуны пали ниц и сказали: «Мы уверовали в Господа Харуна (Аарона) и Мусы (Моисея)!».
Musa əsasını yerə atan kimi o bir ilan dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini uddu. Buna şahid olan sehrbazlar Musanın etdiyinin heç də sehr olmadığını, əksinə, bunun, Allah tərəfindən olduğunu anlayıb Uca Allaha səcdə edərək: "Biz Musanın, Harunun və bütün məxluqatın Rəbbinə iman gətirdik!" – dedilər.
20:71Страница 316
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَۖ فَلَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ فِي جُذُوعِ ٱلنَّخۡلِ وَلَتَعۡلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابٗا وَأَبۡقَىٰ ٧١
Фараон сказал: «Неужели вы поверили ему без моего соизволения? Воистину, он - старший из вас, который научил вас колдовству. Я отрублю вам руки и ноги накрест и распну вас на пальмовых стволах. Вот тогда вы узнаете, чье наказание суровее и долговечнее».
Firon, sehrbazların Musa və Harunun Rəbbinə iman gətirmələrini qınayaraq və onları təhdid edərək onlara belə dedi: "Mən sizə izin verməzdən öncə Musaya imanmı gətirdiniz? Ey Sehrbazlar! Şübhəsiz ki, Musa sizə sehr öyrədən başçınızdır. Mən sizin hər birinizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək və bədənlərinizi ta ölənə kimi xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm ki, qoy bu, başqalarına da ibrət olsun. Bundan sonra hansımızın, mənim, yoxsa Musanın Rəbbinin əzabının daha şiddətli və daha sürəkli olduğunu anlayacaqsınız!"
20:72Страница 316
قَالُواْ لَن نُّؤۡثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلَّذِي فَطَرَنَاۖ فَٱقۡضِ مَآ أَنتَ قَاضٍۖ إِنَّمَا تَقۡضِي هَٰذِهِ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَآ ٧٢
Они сказали: «Мы не отдадим тебе предпочтения перед ясными знамениями, которые явились нам, и перед нашим Творцом. Выноси же свой приговор! Воистину, ты выносишь приговор только в мирской жизни.
Sehrbazlar Firona dedilər: "Ey Firon! Sənə tabe olmağı biz göstərilən açıq-aydın ayələrinə tabe olmaqdan əsla üstün edə bilmərik. Biz heç vaxt səni, bizi yaradan uca Allahdan üstün tutmayacağıq. İndi bizə nə etmək istəyirsənsə et. Sən bizə istədiyini ancaq bu fani dünyada edə bilərsən, onsuz da sənin hökmüranlığın bir gün yox olacaqdır!
20:73Страница 316
إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغۡفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكۡرَهۡتَنَا عَلَيۡهِ مِنَ ٱلسِّحۡرِۗ وَٱللَّهُ خَيۡرٞ وَأَبۡقَىٰٓ ٧٣
Воистину, мы уверовали в нашего Господа для того, чтобы Он простил нам наши грехи и колдовство, к которому ты нас принудил. Аллах лучше и долговечнее».
Həqiqətən, biz keçmişdə etdiyimiz küfr və digər günahlarımızın, bizi sehr öyrənməyə, onunla məşğul olmağa və bu sehrlə Musaya qələbə çalmağa məcbur etdiyinə görə bizi bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allahın mükafatı sənin bizə vəd etdiyin mükafatdan daha xeyirli və Onun cəzası sən bizi hədələdiyin cəzadan daha şiddətlidir!"
20:74Страница 316
إِنَّهُۥ مَن يَأۡتِ رَبَّهُۥ مُجۡرِمٗا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ٧٤
Тому, кто явится к своему Господу, будучи грешником, уготована Геенна, в которой он не умрет и не будет жить.
Kim qiyamət günü Rəbbinin hüzuruna kafir olaraq gələrsə, o kimsə üçün Cəhənnəm atəşi vardır. O, orada əbədi olaraq qalacaqdır. O, Cəhənnəmdə nə ölüb canını əzabdan qurtara biləcək, nə də gözəl həyat sürüb, yaşaya biləcək.
20:75Страница 316
وَمَن يَأۡتِهِۦ مُؤۡمِنٗا قَدۡ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُوْلَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلۡعُلَىٰ ٧٥
А тем, кто явится к Нему, будучи верующим, совершив праведные деяния, уготованы высшие ступени -
Kim Qiyamət günü Rəbbinin hüzuruna Allaha iman gətirmiş və yaxşı əməllər etmiş bir halda gələrsə, məhz belə kimsələr ən yüksək məqama və ən yüksək dərəcələr nəsib olan kimsələrdir.
20:76Страница 316
جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ ٧٦
сады Эдема, в которых текут реки. Они пребудут там вечно. Таково воздаяние тем, кто очистился.
Bu ən yüksək məqamlar və ən yüksək dərəcələr, qəsirləri altından çaylar axan, içərisində əbədi qalacaqları cənnətlərdir. Deyilən bu mükafat, özünü küfr və günahlardan təmizləyən hər bir kimsə üçündür.
20:77Страница 317
وَلَقَدۡ أَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِي فَٱضۡرِبۡ لَهُمۡ طَرِيقٗا فِي ٱلۡبَحۡرِ يَبَسٗا لَّا تَخَٰفُ دَرَكٗا وَلَا تَخۡشَىٰ ٧٧
Мы внушили Мусе (Моисею) откровение: «Ночью отправляйся в путь с Моими рабами и проложи для них по морю сухую дорогу. Не бойся, что тебя настигнут, и не опасайся!».
Biz Musaya: "Misirdən qullarımla birlikdə gecə vaxtı heç kimsə sizi hiss etmədən yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru bir yol aç. Fironun və onun adamlarının sizə çatmasından və həmçinin dənizdə batıb qərq olmanızdan da qorxma!" – deyə vəhy etdik.
20:78Страница 317
فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلۡيَمِّ مَا غَشِيَهُمۡ ٧٨
Фараон со своим войском бросился преследовать их, но море накрыло их полностью.
Firon öz ordusu ilə birğə onların arxasınca düşdü və nəhayət, həqiqətini Allahdan başqa kiminsə bilmədiyi bir şəkildə dəniz Fironu və onun ordusunu bir anda qaplayıb batırdı. Beləliklə də, onların hamısı suyun altında qalaraq məhv oldular. Musa və onunla bərabər olanlar isə suda qərq olmaqdan qurtuldular.
20:79Страница 317
وَأَضَلَّ فِرۡعَوۡنُ قَوۡمَهُۥ وَمَا هَدَىٰ ٧٩
Фараон ввел в заблуждение свой народ и не повел его прямым путем.
Firon öz xalqına küfürü gözəl göstərməklə onları azğınlığa sürüklədi, onları batil ilə aldatdı və doğru, haqq yolu onlara göstərmədi.
20:80Страница 317
يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ قَدۡ أَنجَيۡنَٰكُم مِّنۡ عَدُوِّكُمۡ وَوَٰعَدۡنَٰكُمۡ جَانِبَ ٱلطُّورِ ٱلۡأَيۡمَنَ وَنَزَّلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰ ٨٠
О сыны Исраила (Израиля)! Мы спасли вас от вашего врага и дали вам обещание на правом склоне горы. Мы также ниспослали вам манну и перепелов.
Biz, İsrail oğullarını Firon və onun ordusunun əlindən qurtardıqdan sonra onlara belə dedik: "Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfinizdəki vadi də Musa ilə danışmağı vəd etdik. Siz səhrada olduqda nemət olaraq sizə bal kimi sirin su endirdik və həmçinin sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etdik!
20:81Страница 317
كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَلَا تَطۡغَوۡاْ فِيهِ فَيَحِلَّ عَلَيۡكُمۡ غَضَبِيۖ وَمَن يَحۡلِلۡ عَلَيۡهِ غَضَبِي فَقَدۡ هَوَىٰ ٨١
Вкушайте блага, которыми Мы наделили вас, но не преступайте посредством их границы дозволенного, а не то на вас падет Мой гнев. А всякий, на кого падет Мой гнев, погибнет.
Sizi ruzi olaraq verdiyimiz ləzzətli olan halal təamlardan yeyin. Sizə halal etdiyimiz şeylərdə həddinizi aşaraq harama girməyin. Yoxsa sizə qəzəbim tutar. Kim Mənim qəzəbimə düçar olarsa, o, dünya və axirətdə bədbəxt olar!"
20:82Страница 317
وَإِنِّي لَغَفَّارٞ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا ثُمَّ ٱهۡتَدَىٰ ٨٢
Воистину, Я прощаю тех, кто раскаялся, уверовал, стал поступать праведно, а потом последовал прямым путем.
Həqiqətən, Mən, Mənə tövbə edib, iman gətirən və saleh əməllər edib, sonra da haqq yolda sabitqədəm olan kimsələri bağışlayıb, əfv edirəm!
20:83Страница 317
۞ وَمَآ أَعۡجَلَكَ عَن قَوۡمِكَ يَٰمُوسَىٰ ٨٣
Аллах сказал: «О Муса (Моисей)! Зачем ты поспешил оставить свой народ?».
Uca Allah belə buyurdu: "Ey Musa! Qövmünü geridə buraxıb, onlardan öncə tələm-tələsik bura gəlməyinin səbəbi nədir?
20:84Страница 317
قَالَ هُمۡ أُوْلَآءِ عَلَىٰٓ أَثَرِي وَعَجِلۡتُ إِلَيۡكَ رَبِّ لِتَرۡضَىٰ ٨٤
Муса (Моисей) сказал: «Они находятся неподалеку и следуют по моим стопам, я же поторопился к Тебе, Господи, чтобы Ты остался доволен».
Musa - aleyhissəlam - belə cavab verdi: "Onlar da arxamca gəlib mənə çatacaqlar. Sənin hüzuruna tələm-tələsik gəldiyimdən dolayı məndən razı qalasan deyə, qövmümü arxada qoyub Sənin yanına tələsərək gəldim!"
20:85Страница 317
قَالَ فَإِنَّا قَدۡ فَتَنَّا قَوۡمَكَ مِنۢ بَعۡدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِيُّ ٨٥
Аллах сказал: «Мы подвергли твой народ искушению после того, как ты оставил их, и самаритянин ввел их в заблуждение».
Uca Allah belə buyurdu: "Biz, özündən arxada buraxdığın qövmünü buzova ibadət etməklə sınağa çəkdik. Samiri onları buzova ibadət etməyə çağırdı və beləcə onları haqq yoldan azdırdı!"
20:86Страница 317
فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗاۚ قَالَ يَٰقَوۡمِ أَلَمۡ يَعِدۡكُمۡ رَبُّكُمۡ وَعۡدًا حَسَنًاۚ أَفَطَالَ عَلَيۡكُمُ ٱلۡعَهۡدُ أَمۡ أَرَدتُّمۡ أَن يَحِلَّ عَلَيۡكُمۡ غَضَبٞ مِّن رَّبِّكُمۡ فَأَخۡلَفۡتُم مَّوۡعِدِي ٨٦
Муса (Моисей) вернулся к своему народу разгневанный, опечаленный и сказал: «О мой народ! Разве ваш Господь не дал вам прекрасного обещания? Неужели этот срок оказался долгим для вас? Или же вам захотелось, чтобы на вас пал гнев вашего Господа, и потому вы нарушили данное мне обещание?».
Musa - aleyhissəlam - qövmünün buzova ibadət etməsindən dolayı qəzəbli və hüzünlü halda onların yanına qayıdıb dedi: "Ey qövmüm! Məgər Allah sizə Tövratı göndərəcəyi və sizi cənnətə daxil edəcə barədə sizə gözəl bir vəd verməmişdimi?! Aradan çox uzun zamanmı keçdi ki, siz bunu unutdunuz? Yoxsa bu əməlinizlə Rəbbinizdən sizə bir qəzəb gəlməsini və əzabın üzərinizdə vaqe olmasını istəyib sizin yanınıza qayıdana kimi Allaha ibadət etməkdə sabitqədən olacağınıza dair mənə verdiyiniz vədə xilafmı çıxdınız?"
20:87Страница 317
قَالُواْ مَآ أَخۡلَفۡنَا مَوۡعِدَكَ بِمَلۡكِنَا وَلَٰكِنَّا حُمِّلۡنَآ أَوۡزَارٗا مِّن زِينَةِ ٱلۡقَوۡمِ فَقَذَفۡنَٰهَا فَكَذَٰلِكَ أَلۡقَى ٱلسَّامِرِيُّ ٨٧
Они сказали: «Мы не нарушали данного тебе обещания по своей воле. Мы были нагружены тяжелыми украшениями того народа и бросили их в огонь, и самаритянин тоже бросил».
Musanın qövmü ona belə dedilər: "Ey Musa! Biz sənə verdiyimiz sözdən öz istəyimizlə dönmədik. Biz bunu məcburiyyət qarşısında qalara belə etdik. Biz Firon qövmünün bərbəzək və zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Bizdə onlardan canımızı qurtarmaq üçün onları quyuya atdıq. Biz bərbəzək və zinət əşyalarını quyuya atdığımız kimi, Samiri də özü ilə götürdüyü Cəbrailin -Əleyhis-salam- atının ayağının basdığı torpağıda quyuya atdı".
20:88Страница 318
فَأَخۡرَجَ لَهُمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٞ فَقَالُواْ هَٰذَآ إِلَٰهُكُمۡ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ ٨٨
Он изготовил для них изваяние тельца, который мычал, и сказал: «Вот ваш бог и бог Мусы (Моисея), но он забыл его».
Samiri, o bərbəzək və zinət əşyalarından İsrail oğulları üçün inək böyürtüsü kimi böyürüb səs çıxaran, ruhsuz bir buzov heykəli düzəltdi. Samirinin etdiyi əmələ məftun olanlar: "Bu sizin və Musanın ilahıdır. Lakin Musa onu unudub, bura da qoyub getmişdir" – dedilər.
20:89Страница 318
أَفَلَا يَرَوۡنَ أَلَّا يَرۡجِعُ إِلَيۡهِمۡ قَوۡلٗا وَلَا يَمۡلِكُ لَهُمۡ ضَرّٗا وَلَا نَفۡعٗا ٨٩
Неужели они не видели, что он не говорил им в ответ ни слова и не был способен навредить им или принести им пользу?
Məgər bu buzova məftun olub, ona ibadət edən kimsələr, buzovun onları danışdırmadığını, onlara heç bir cavab vermədiyini, buzovun nə özlərindən, nə də başqalarından bir zərəri dəf etməyə yaxud nə özlərinə, nə də başqalarına bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!
20:90Страница 318
وَلَقَدۡ قَالَ لَهُمۡ هَٰرُونُ مِن قَبۡلُ يَٰقَوۡمِ إِنَّمَا فُتِنتُم بِهِۦۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحۡمَٰنُ فَٱتَّبِعُونِي وَأَطِيعُوٓاْ أَمۡرِي ٩٠
Харун (Аарон) сказал им до этого: «О мой народ! Вас искушают этим. Ваш Господь - Милостивый. Следуйте за мной и повинуйтесь моим велениям».
Musa qövmünün yanına qayıtmazdan əvvəl Harun onlara belə demişdi: "Buzovun qızıldan düzəldilməsi və onun inək böyürtüsü kimi böyürüb səs çıxartması, bütün bunların hamısı aranızdakı mömini kafirdən ayırd etmək üçün bir sınaqdır. Ey qövmüm! Həqiqətən, sizin Rəbbiniz qullarına qarşı mərhəmətli olan Allahdır. Rəbbiniz olan Allah, sizə fayda və zərər verə bilməyən və sizə mərhəmət göstərməyə qadir olmayan ilahlarınız kimi deyildir. Elə isə, tək Allaha ibadət etməkdə mənə tabe olun və Allahdan başqasına ibadət etməyi tərk edərək əmrimə itaət edin!"
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии