Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Анбия 21:80–112
21:80Страница 328
وَعَلَّمۡنَٰهُ صَنۡعَةَ لَبُوسٖ لَّكُمۡ لِتُحۡصِنَكُم مِّنۢ بَأۡسِكُمۡۖ فَهَلۡ أَنتُمۡ شَٰكِرُونَ ٨٠
Мы научили его (Давуда) изготовлять для вас кольчуги, чтобы они предохраняли вас от причиняемого вами вреда. Но разве вы благодарны?
Biz Süleymana deyil, Davuda silahın öldürücü zərbələrinə qarşı vücudlarınızı təhlükələrdən mühafizə edəcək zirehli geyim düzəltməyi öyrətdik. Ey İnsanlar! Allahın sizə bəxş etdiyi bu nemətlərə görə Ona şükür edirsinizmi?!
21:81Страница 328
وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ عَاصِفَةٗ تَجۡرِي بِأَمۡرِهِۦٓ إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۚ وَكُنَّا بِكُلِّ شَيۡءٍ عَٰلِمِينَ ٨١
Мы подчинили Сулейману (Соломону) сильный ветер, который дул по его повелению на землю, которую Мы благословили. Мы знаем о всякой вещи.
Biz şiddətli əsən küləyi Süleymanın əmrinə tabe etdik. Belə ki, Süleyman, küləyə əmr etdikdə, külək onun əmri ilə bərəkətli etdiyimiz, peyğəmbərlər göndərdiyimiz və bol-bol xeyirlər bəxş etdiyimiz Şam torpaqlarına tərəf əsərdi. Biz hər şeyi bilirik. Bizə heç bir şey gizli qalmaz.
21:82Страница 329
وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعۡمَلُونَ عَمَلٗا دُونَ ذَٰلِكَۖ وَكُنَّا لَهُمۡ حَٰفِظِينَ ٨٢
Среди дьяволов были такие, которые ныряли для него и выполняли другие работы. Мы стерегли их.
Şeytanlardan dənizə dalıb onun üçün mirvari, inci və digər qiymətli şetylər çıxaranları onun əmrinə verdik. Bu şeytanlar ev tikmək və bundan başqa digər işlərdə onun üçün edirdilər. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların saylarını və etdikləri əməlləri nəzarətimiz altında saxlayırdıq. Bundan heç bir şey Bizim nəzarətimizdən kənar qalmadı.
21:83Страница 329
۞ وَأَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلضُّرُّ وَأَنتَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ ٨٣
Помяни также Айюба (Иова), который воззвал к своему Господу: «Воистину, меня коснулось зло, а ведь Ты - Милосерднейший из милосердных».
Ey Peyğəmbər! Əyyubun - aleyhissəlam - hekayəsini də, yada sal! O, xəstəliyə düçar olduqda, Rəbbinə: "Ey Rəbbim! Mən, xəstəlik və ailəmi itirmək müsibətinə məruz qaldım. Sən mərhəmətlilərin ən mərhəmətlisisən, məni düşdüyüm bu bəladan xilas et!"– deyərək yalvarıb dua demişdi.
21:84Страница 329
فَٱسۡتَجَبۡنَا لَهُۥ فَكَشَفۡنَا مَا بِهِۦ مِن ضُرّٖۖ وَءَاتَيۡنَٰهُ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَذِكۡرَىٰ لِلۡعَٰبِدِينَ ٨٤
Мы ответили на его мольбу, устранили постигшее его зло и даровали ему его семью и вдобавок еще столько же в качестве милости от Нас и в назидание тем, кто поклоняется.
Biz Əyyubun duasını qəbul etdik və onu xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən qurtardıq. Biz ona ailəsindən, övladlarından itirdiklərini özünə qaytarıb və eyni zaman da onlarla bərabər bir mislinidə əlavə olaraq ona verdik. Biz bütün bunları Öz tərəfimizdən bir mərhəmət və Allaha ibadət etməklə Onun əmrinə tabe olanlara bir öyüd-nəsihət olsun deyə etdik ki, qoy onlarda Əyyubun səbir etdiyi kimi səbir etsinlər.
21:85Страница 329
وَإِسۡمَٰعِيلَ وَإِدۡرِيسَ وَذَا ٱلۡكِفۡلِۖ كُلّٞ مِّنَ ٱلصَّٰبِرِينَ ٨٥
Помяни также Исмаила (Измаила), Идриса, Зулькифла. Все они были из числа терпеливых.
Ey Peyğəmbər! İsmaili, İdrisi və Zülkifli - aleyhimusəlam - də yada sal! Onlardan hər biri müsibətə qarşı səbir edən və Allahın onları mükəlləf etdiyi öhdəlikləri yerinə yetirən kimsələr idi.
21:86Страница 329
وَأَدۡخَلۡنَٰهُمۡ فِي رَحۡمَتِنَآۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ ٨٦
Мы ввели их в Нашу милость, поскольку они были одними из праведников.
Biz onları Öz rəhmətimiz altına aldıq, onlara peyğəmbərlik bəxş etdik və bunun ardından onları Cənnətə daxil etdik. Çünki onlar, həqiqətən də, Rəbbinə itaət edən, zahiri və batini əməllərini islah etmiş Allahın əməlisaleh qullarından idilər.
21:87Страница 329
وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبٗا فَظَنَّ أَن لَّن نَّقۡدِرَ عَلَيۡهِ فَنَادَىٰ فِي ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبۡحَٰنَكَ إِنِّي كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ ٨٧
Помяни также человека в рыбе (Иунуса), который ушел в гневе и подумал, что Мы не справимся с ним. Он воззвал из мрака: «Нет божества, кроме Тебя! Пречист Ты! Воистину, я был одним из беззаконников!».
Ey Peyğəmbər! Balıq sahibi Yunusu - aleyhissəlam - da yada sal! Bir zaman o, qövmünün günah işlər görməkdə davam etdiklərinə görə onlara qarşı qəzəblənərək Rəbbinin izni olmadan onlardan ayrılıb getmiş və Biz onu bu əməlinə görə cəzasız buraxıb, sıxıntıya salmayacağımızı zənn etmişdi. Nəhayət, balıq onu udub qarnında həbs etdikdə, Biz onu şiddətli bir sıxıntı ilə imtahan etdik. Sonra da o balığın qarnının, gecənin və dənizin zülmətində günahını etiraf edib, Allaha tövbə edərək: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən uca, pak və müqəddəssən! Mən isə həqiqətən də, özümə zülm edənlərdən oldum!" – deyərək yalvarıb dua etmişdi.
21:88Страница 329
فَٱسۡتَجَبۡنَا لَهُۥ وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡغَمِّۚ وَكَذَٰلِكَ نُـۨجِي ٱلۡمُؤۡمِنِينَ ٨٨
Мы ответили на его мольбу и спасли его от печали. Так Мы спасаем верующих.
Biz onun duasını qəbul etdik, onu zülmətdən və balığın qarnından çıxartmaqla böyük qəm-qüssədən qurtardıq. Biz Yunusu bu sıxıntıdan xilas etdiyimiz kimi, sıxıntıya düşüb Allaha yalvararaq dua edən möminləri də belə xilas edirik!
21:89Страница 329
وَزَكَرِيَّآ إِذۡ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرۡنِي فَرۡدٗا وَأَنتَ خَيۡرُ ٱلۡوَٰرِثِينَ ٨٩
Помяни также Закарию (Захарию), который воззвал к своему Господу: «Господи! Не оставляй меня одиноким, и Ты - Наилучший из наследников».
Ey Peyğəmbər! Zəkəriyyanın - aleyhissəlam - hekayəsini də bir yada sal! Bir zaman o: "Ey Rəbbim! Məni övladsız, tək başına buraxma. Həqiqətən, Sən, varislərin ən xeyirlisisən. Məndən sonra qalacaq bir övladla məni ruziləndir!" – deyə yalvarıb dua etmişdi.
21:90Страница 329
فَٱسۡتَجَبۡنَا لَهُۥ وَوَهَبۡنَا لَهُۥ يَحۡيَىٰ وَأَصۡلَحۡنَا لَهُۥ زَوۡجَهُۥٓۚ إِنَّهُمۡ كَانُواْ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَيَدۡعُونَنَا رَغَبٗا وَرَهَبٗاۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ ٩٠
Мы ответили на его мольбу, даровали ему Йахью (Иоанна) и сделали его жену способной на это. Воистину, они спешили творить добро, взывали к Нам с чаянием и страхом и были смиренны перед Нами.
Biz (Zəkəriyyanın) duasını qəbul etdik və ona övlad olaraq Yəhyanı verdik. Zövcəsi sonsuz olduğu bir halda, Biz onu uşaq doğmağa qadir bir hala gətirdik. Həqiqətən, Zəkəriyya, onun zövcəsi və oğlu yaxşı əməllər etməyə tələsər və rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq Bizə dua edərdilər. Onlar daima Bizə yalvarıb-yaxarardılar.
21:91Страница 330
وَٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلۡنَٰهَا وَٱبۡنَهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ ٩١
Помяни также ту, которая сохранила свое целомудрие (Марьям). Мы вдохнули в нее посредством Нашего духа (Джибрила) и сделали ее и ее сына (Ису) знамением для миров.
Ey Peyğəmbər! Namusunu zinadan qoruyan Məryəmi - aleyhəssəlam - də yada sal! Bir zaman Allah ona Cəbraili - aleyhissəlam - göndərdi. Cəbrail də Məryəmə ruh üfürdi və Məyrəmdə bunun ardından İsaya - aleyhissəlam- hamilə qaldı. Məryəm və onun oğlu İsa, həmçinin, İsanın atasız xəlq edilməsi insanlara Allahın qüdrətini və heç bir şeyin Onu aciz edə bilməyəcəyini göstərən açıq-aydın bir dəlil idi.
21:92Страница 330
إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱعۡبُدُونِ ٩٢
Воистину, эта ваша религия - религия единая. Я же - ваш Господь. Поклоняйтесь же Мне!
Ey insanlar! Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. O, tövhid inancı olan İslam dinidir. Mən sizin Rəbbinizəm. Elə isə ibadəti ixlasla yalnız Mənə edin!
21:93Страница 330
وَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡۖ كُلٌّ إِلَيۡنَا رَٰجِعُونَ ٩٣
Они впали в противоречия, но все они вернутся к Нам.
Lakin insanlar din barəsində ayrılığa düşdülər. Onlardan kimisi töhvid əhli, kimisi müşrik, kimisi kafir, kimisi də mömin oldu. Ayrılığa düşən bütün bu kimsələrin hamısı Qiyamət günü Bizim hüzurumuza qayıdacaqlar. Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik.
21:94Страница 330
فَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا كُفۡرَانَ لِسَعۡيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ ٩٤
Устремления того, кто совершал праведные деяния, будучи верующим, не будут отвергнуты. Воистину, Мы записываем их для него.
Kim Allaha, Onun rəsullarına və axirət gününə iman edərək yaxşı işlər görsə, onun etdiyi yaxşı əməllər əsla inkar olunmayacaqdır. Əksinə, Allah onun əməlini qəbul edər və ona mükafatını tam və kamil bir şəkildə verər. Qiyamət günü dirildikdə isə etdiyi əməllərin hamısının əməl kitabında yazılıdığını görər və bundan dolayı o çox sevinər.
21:95Страница 330
وَحَرَٰمٌ عَلَىٰ قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآ أَنَّهُمۡ لَا يَرۡجِعُونَ ٩٥
Запрет лежит на селениях, которые Мы погубили, и они не вернутся,
Günahlarına görə məhv etdiyimiz məmləkət əhlinin tövbə edib və tövbələrinin qəbul edilməsi üçün yenidən dünyaya qaytarılması qeyri mümükündür.
21:96Страница 330
حَتَّىٰٓ إِذَا فُتِحَتۡ يَأۡجُوجُ وَمَأۡجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٖ يَنسِلُونَ ٩٦
пока Йаджудж и Маджудж (Гог и Магог) не будут выпущены и не устремятся вниз с каждой возвышенности.
Onlar, Yəcuc və Məcuc səddi dağılana qədər əsla dünya həyatına geri dönməzlər. O gün Yəcuc və Məcuc hər alçaq və yüksək təpələrdən sürətlə axışıb gələcəklər.
21:97Страница 330
وَٱقۡتَرَبَ ٱلۡوَعۡدُ ٱلۡحَقُّ فَإِذَا هِيَ شَٰخِصَةٌ أَبۡصَٰرُ ٱلَّذِينَ كَفَرُواْ يَٰوَيۡلَنَا قَدۡ كُنَّا فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا بَلۡ كُنَّا ظَٰلِمِينَ ٩٧
Приблизится истинное обещание, и тогда закатятся взоры неверующих. Они скажут: «О горе нам! Мы беспечно относились к этому. Более того, мы были беззаконниками».
Onlar olduqları yerdən çıxması ilə Qiyamət saatı yaxınlaşar və bununla da qiyamətin dəhşəti hər bir tərəfi bürüyər. Bu zaman kafirlər qiyamət qorxusunun dəhşətindən gözləri bərəlmiş halda: "Vay halımıza! Biz başımızı dünya həyatına qarışdıraraq bu əzəmətli gün üçün heç bir tədarük görmədik. Üstəlik Allaha qarşı küfür və asiliklər etməklə özümüzə zülüm etdik!" – deyərlər.
21:98Страница 330
إِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمۡ لَهَا وَٰرِدُونَ ٩٨
Вы и те, чему вы поклоняетесь вместо Аллаха, являетесь растопкой для Геенны, в которую вы войдете.
Ey müşriklər! Siz və Allahdan başqa tapındığınız bütlər də, insanlardan və cinlərdən sizin onlara ibadət etmənizə razı olanlar da Cəhənnəm odunusunuz. Siz və ibadət etdiyiniz bütlər mütləq ora girəcəksiniz.
21:99Страница 330
لَوۡ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةٗ مَّا وَرَدُوهَاۖ وَكُلّٞ فِيهَا خَٰلِدُونَ ٩٩
Если бы они были богами, то не вошли бы туда. Но все они останутся там навечно.
Əgər bu ibadət edilən bütlər həqiqi ilahlar olsaydılar, o zaman onlar özlərinə ibadət edənlərlə birgə Cəhənnəmə varid olmazdılar. Allahı qoyub qeyrisinə ibadət edənlərin və ibadət olunanların hər biri Cəhənnəmlikdirlər. Onlar orada əbəd qalacaqlar və əsla oradan çıxmayacaqlar.
21:100Страница 330
لَهُمۡ فِيهَا زَفِيرٞ وَهُمۡ فِيهَا لَا يَسۡمَعُونَ ١٠٠
Там они будут стенать при выдохе, но ничего не услышат.
Onlar Cəhənnəmin şiddətli əzabından inildəyərək ah-nalə çəkəcəklər və Cəhənnəmin onlara olan dəhşətli əzabından dolayı başqa heç bir səs eşitməyəcəklər.
21:101Страница 330
إِنَّ ٱلَّذِينَ سَبَقَتۡ لَهُم مِّنَّا ٱلۡحُسۡنَىٰٓ أُوْلَٰٓئِكَ عَنۡهَا مُبۡعَدُونَ ١٠١
А те, кому Мы изначально определили наилучшее, будут отдалены от нее.
Müşriklər: "İnsanların ibadət etdiyi İsa və mələklərdə Cənənnəmə varid olacaqlar" – deyincə, Uca Allah onlara belə cavab verdi: "Şübhəsiz ki, Allahın əzəli elmi ilə İsa - aleyhissəlam - kimi səadət əhli olan kimsələr Cəhənnəmdən uzaq olacaqlar.
21:102Страница 331
لَا يَسۡمَعُونَ حَسِيسَهَاۖ وَهُمۡ فِي مَا ٱشۡتَهَتۡ أَنفُسُهُمۡ خَٰلِدُونَ ١٠٢
Они не услышат даже малейшего ее звука и вечно пребудут среди того, что возжелали их души.
Onlar Cəhənnəmin gurultusunun səsini belə eşitməyəcəklər. Onlar Cənnətdə nəfslərinin arzuladığı nemət və ləzzətlər içində əbədi qalacaqlar. Onlara bəxş edilən bu nemətlər əsla onlardan geri alınmayacaqdır.
21:103Страница 331
لَا يَحۡزُنُهُمُ ٱلۡفَزَعُ ٱلۡأَكۡبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ هَٰذَا يَوۡمُكُمُ ٱلَّذِي كُنتُمۡ تُوعَدُونَ ١٠٣
Их не опечалит величайший испуг, а ангелы встретят их словами: «Вот ваш день, который был вам обещан!».
Cəhənnəm əhlinin Cəhəmməmə atıldığı zaman bu ən böyük dəhşət Cənnət əhlini qorxutmayacaqdır. Mələklər onları müjdə verərək qarşılayıb: "Nəhayət bu sizə dünyada ikən vəd edilən gündür!" – deyəcək və Cənnətdə onları gözləyən nemətlərlə müjdələyəcəklər.
21:104Страница 331
يَوۡمَ نَطۡوِي ٱلسَّمَآءَ كَطَيِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ ١٠٤
В тот день Мы свернем небо, как сворачивают свитки для книг. Мы воссоздадим творения подобно тому, как начали творить их в первый раз. Так было обещано Нами. Воистину, Мы сделаем это.
Biz o gün göyü kağızın büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə lüt-üryan, anadangəlmə vəziyyətdə yaratdığımız kimi yenidən elə bir halda yaradacağıq. Biz bunu vəd verdik və vədimizə əsla xilaf çıxmarıq. Sözsüz ki, Biz vədimizi yerinə yetirəcəyik.
21:105Страница 331
وَلَقَدۡ كَتَبۡنَا فِي ٱلزَّبُورِ مِنۢ بَعۡدِ ٱلذِّكۡرِ أَنَّ ٱلۡأَرۡضَ يَرِثُهَا عِبَادِيَ ٱلصَّٰلِحُونَ ١٠٥
Мы уже записали в Писаниях после того, как это было записано в Напоминании (Хранимой скрижали), что землю унаследуют Мои праведные рабы.
Biz Lövhi-məhfuzda yazdıqdan sonra rəsullara nazil etdiyimiz kitablarda: "Yer üzünə Allahın əməlisaleh qulları varis olacaqlar!" – deyə yazmışdıq. Onlar Muhammədin (sallallahu aleyhi və səlləm) ümmətidir.
21:106Страница 331
إِنَّ فِي هَٰذَا لَبَلَٰغٗا لِّقَوۡمٍ عَٰبِدِينَ ١٠٦
Воистину, в этом - послание для тех, кто поклоняется.
Həqiqətən, nazil etdiyimiz öyüd-nəsihətlərdə, Rəbbinin şəriətinə əməl edən qulları üçün kifayət qədər ibrətlər vardır.
21:107Страница 331
وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ ١٠٧
Мы отправили тебя только в качестве милости к мирам.
Ey Muhamməd! Sən insanların haqq yola yönəlmələrinə və onların Allahın əzabından xilas olmalarına həris olduğun üçün Biz səni bütün məxluqata bir rəhmət olaraq göndərdik.
21:108Страница 331
قُلۡ إِنَّمَا يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ ١٠٨
Скажи: «Мне внушено в откровении, что ваш Бог - Бог Единственный. Не станете ли вы мусульманами?».
Ey Peyğəmbər! Müşriklərə de: "Rəbbim tərəfindən mənə, sizin haqq məbudunuzun, heç bir şəriki olmayan, tək bir İlah olan Uca Allahın olduğu deyə vəhy edilmişdir. Elə isə siz, yalnız Ona iman edərək boyun əyin və Ona itaət edərək əməl edin!"
21:109Страница 331
فَإِن تَوَلَّوۡاْ فَقُلۡ ءَاذَنتُكُمۡ عَلَىٰ سَوَآءٖۖ وَإِنۡ أَدۡرِيٓ أَقَرِيبٌ أَم بَعِيدٞ مَّا تُوعَدُونَ ١٠٩
Если они отвернутся, то скажи: «Я предупреждаю всех вас в равной мере, и я не знаю, рано или поздно настанет то, что вам обещано.
Ey Peyğəmbər! Əgər onlar sənin gətirdiyin dindən üz döndərsələr, o zaman onlara de: "Mən və sizlər, sizə bildirdiyim şeylərdə eyni səviyyədəyik və Uca Allahın sizə vəd etdiyi əzabın nə zaman sizə gələcəyinidə bilmirəm!"
21:110Страница 331
إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ مِنَ ٱلۡقَوۡلِ وَيَعۡلَمُ مَا تَكۡتُمُونَ ١١٠
Воистину, Он ведает о словах, которые произносят вслух, и ведает о том, что вы утаиваете.
Həqiqətən, Uca Allah yüksəkdən dediyiniz sözü də, deməyib, qəlbinizdə gizli saxlatdığınızı da yaxşı bilir. Bunlardan Ona heç bir şey gizli qalmaz. Şübhəsiz ki, bunun qarşılığını Uca Allah sizə verəcəkdir.
21:111Страница 331
وَإِنۡ أَدۡرِي لَعَلَّهُۥ فِتۡنَةٞ لَّكُمۡ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ١١١
Я не знаю, может быть, это - искушение для вас или же возможность пользоваться благами до определенного времени».
Bilmirəm, əzabın sizə gecikdirilməsinin səbəbi bəlkə də, bu sizi sınaqdan keçirtmək və ya bəlanın qəfildən sizə göndərmək, yaxud da küfür və günah əməllərdə davam edəsiniz deyə Allahın təyin etdiyi müəyyən bir müddətə qədər dünya həyatından faydalanmağınız üçündür".
21:112Страница 331
قَٰلَ رَبِّ ٱحۡكُم بِٱلۡحَقِّۗ وَرَبُّنَا ٱلرَّحۡمَٰنُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ١١٢
Пророк сказал: «Господи! Рассуди по справедливости. У нашего Милостивого Господа надо просить помощи против того, что вы приписываете».
Peyğəmbər (sallallahu aleyhi və səlləm) Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Bizimlə kafirdə israr edəm qövmümüz arasında ədalətlə hökm ver! Söylədiyiniz küfür və yalanlara görə ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləyirik!".
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии