Аль-МухтасарАль‑Анбия · 21:1–79

Аль-Мухтасар · Тафсир · на азербайджанском

الأنبياء

Аль-Анбия

Пророки · Мекканская · 112 аятов

21:1Страница 322

ٱقۡتَرَبَ لِلنَّاسِ حِسَابُهُمۡ وَهُمۡ فِي غَفۡلَةٖ مُّعۡرِضُونَ ١

Приблизился к людям расчет с ними, однако они с пренебрежением отворачиваются.

İnsanların qiyamət günü əməllərindən dolayı hesaba çəkilə­cəkləri gün yaxınlaşdı. Amma onların başları dünyaya qarışdığı üçün onlar hələ də axirət həyatından qafil olaraq, üz çevirməkdədirlər.

21:2Страница 322

مَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّن رَّبِّهِم مُّحۡدَثٍ إِلَّا ٱسۡتَمَعُوهُ وَهُمۡ يَلۡعَبُونَ ٢

Когда бы ни приходило к ним новое назидание от их Господа, они выслушивали его, забавляясь.

Onlara uca Allah tərəfindən Qurandan yeni bir ayə nazil edildikdə, onlar bu ayələrə özlərinə fayda verəcək bir şəkildə deyil, əksinə, istehza edərək və məhəl qoymadan dinləyərlər.

21:3Страница 322

لَاهِيَةٗ قُلُوبُهُمۡۗ وَأَسَرُّواْ ٱلنَّجۡوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلۡ هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡۖ أَفَتَأۡتُونَ ٱلسِّحۡرَ وَأَنتُمۡ تُبۡصِرُونَ ٣

Сердца же их оставались беспечными. Беззаконники говорили между собой тайком: «Разве это - не такой же человек, как и вы? Неужели вы покоритесь колдовству, которое вы видите воочию?».

Onlar Quranı, qəlbləri ondan qafil olduuğu halda dinləyərlər. Uca Allahın nazil etdiyi ayələrə küfr edərək özlərinə zülm edən zalımlar öz arala­rında yavaşca, pıçıltı ilə belə de­yir­lər: "Məgər özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu Muhəmməd sizdən heç bir üstünlüyü olmayan, əksinə, elə sizin kimi bəşər övladı olan adi bir insan de­yil­mi?! Onun gətirdiyi Quran sehrdən başqa bir şey deyildir. Siz onun, özünüz kimi adi bir bəşər övladı olduğunu və gətirdiyi Quranın da sehrdən başqa bir şey olmadığını dərk etdiyiniz bir halda indi onun ardıncamı gedəcəksiniz?!"

21:4Страница 322

قَالَ رَبِّي يَعۡلَمُ ٱلۡقَوۡلَ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٤

Мухаммад сказал: «Мой Господь знает то, что говорят на небе и на земле. Он - Слышащий, Знающий».

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkə müşriklərinə belə dedi: "Rəbbim qəlbinizdə gizlədib, demədiyiniz və göylərdə və yerdə hər bir kimsənin dediyi sözü daha yaxşı bi­lir. O, qullarının sözlərini eşi­dən­dir, etdikləri əməlləri biləndir. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir!"

21:5Страница 322

بَلۡ قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمِۭ بَلِ ٱفۡتَرَىٰهُ بَلۡ هُوَ شَاعِرٞ فَلۡيَأۡتِنَا بِـَٔايَةٖ كَمَآ أُرۡسِلَ ٱلۡأَوَّلُونَ ٥

Они сказали: «Это - бессвязные сны! Нет, он сочинил это! Нет, он - поэт! Пусть он покажет нам знамение, подобное тем, с которыми были отправлены первые посланники».

Məkkə müşrikləri Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi din barədə müxtəlif fikirlərə düşərək bəzən: "Bunlar yozumu olmayan qar­ma­qarı­şıq yuxulardır!", bəzən: "Xeyr, bu əsli olmayan, özün­dən uydurduğu bir yalandır!", bəzən də: "Xeyr, o, bir şairdir!. Əgər o peyğəmbər olduğu iddiasında doğrudursa, elə isə qoy o, Musanın əsası və Salehin dəvəsi kimi əv­vəlki el­çi­lərə göndəri­lən möcü­zələrdən bizə də bir möcüzə gətirsin!"- dedilər.

21:6Страница 322

مَآ ءَامَنَتۡ قَبۡلَهُم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآۖ أَفَهُمۡ يُؤۡمِنُونَ ٦

Ни одно из селений, которые Мы погубили до них, не уверовало. Неужели они уверуют?

Onlardan əvvəl möcüzələr nazil edilməsini tələb edən kimsələrə Allah tərəfindən möcüzələr nazil edilsə də, onlar yenə də bu möcüzələrə iman gətirmədilər, əksinə, bütün bunları yalan saydılar, elə bu üzdən də Biz onların hamısını məhv et­dik. Məgər indi onların tələb etdikləri möcüzələri nazil etmiş olsaq onlar Allaha imanmı gətirə­cək­lər?!

21:7Страница 322

وَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ٧

Мы и до тебя отправляли только мужей, которым внушали откровение. Спросите людей Напоминания, если вы не знаете этого.

Ey Peyğəmbər! Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq bəşər övladından olan kişi peyğəmbərlər göndərmişdik. Biz onlara əsla mələklərdən peyğəmbərlər göndərmədik. Əgər bunu bilmirsinizsə, bu barədə sizdən əvvəl olan Kitab əhlindən soruşun!

21:8Страница 322

وَمَا جَعَلۡنَٰهُمۡ جَسَدٗا لَّا يَأۡكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُواْ خَٰلِدِينَ ٨

Мы не сотворили их (посланников) телами, которые не потребляют пищу, и они не были бессмертными.

Biz göndərdiyimiz peyğəmbərləri yemək yemə­yən bir vü­cuda sahib etmədik. Əksinə, Biz onları diğər insanlar kimi yemək yeyən bir kimsələr etdik. Onlar həyatda ölümsüz bir şəkildə əbədi qalan da deyildilər.

21:9Страница 322

ثُمَّ صَدَقۡنَٰهُمُ ٱلۡوَعۡدَ فَأَنجَيۡنَٰهُمۡ وَمَن نَّشَآءُ وَأَهۡلَكۡنَا ٱلۡمُسۡرِفِينَ ٩

Потом Мы выполнили данное им обещание, спасли их и тех, кого пожелали, и погубили тех, кто излишествовал.

Sonra elçiləri və möminlərdən dilədiyimiz kimsələri həlak olmaqdan xilas edib, Elçilərimizə verdiyi­miz vədi yerinə yetirdik. Allaha küfr edərək və günahlar işləyərək həddi aşan­ları isə məhvə uğ­ratdıq.

21:10Страница 322

لَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكُمۡ كِتَٰبٗا فِيهِ ذِكۡرُكُمۡۚ أَفَلَا تَعۡقِلُونَ ١٠

Мы уже ниспослали вам Писание, в котором содержится напоминание о вас. Неужели вы не разумеете?

Biz sizə Quranı nazil etdik. Bilin ki, əgər siz bu Quranı təsdiq edib və orada olan Allahın əmr və qadağalarına əməl etsəniz bu sizin Allah yanında qədir-qiymətinizi və dəyərinizi yüksəldər. Doğurdanmı siz bunu başa düş­mürsünüz?! Məgər siz bundan sonra da Qurana iman gətirməyə və onun içindəkilərə əməl etməyə tələsməyəcəksiniz?!

21:11Страница 323

وَكَمۡ قَصَمۡنَا مِن قَرۡيَةٖ كَانَتۡ ظَالِمَةٗ وَأَنشَأۡنَا بَعۡدَهَا قَوۡمًا ءَاخَرِينَ ١١

Сколько Мы разрушили селений, которые были несправедливы, сотворив после них другие народы!

Biz zülm və küfr edən bir çox məmləkət əhlini etdikləri günahlar səbəbindən məhv edib, sonra başqa xalqlar ya­ratdıq.

21:12Страница 323

فَلَمَّآ أَحَسُّواْ بَأۡسَنَآ إِذَا هُم مِّنۡهَا يَرۡكُضُونَ ١٢

Когда они чувствовали Наше наказание, то бросались бежать от него.

Həlaka düçar olanlar öz gözləri ilə şiddətli əzabımıza şahid olduqda, dərhal yaşadıqları öz yurdlarından qaç­mağa baş­la­dılar.

21:13Страница 323

لَا تَرۡكُضُواْ وَٱرۡجِعُوٓاْ إِلَىٰ مَآ أُتۡرِفۡتُمۡ فِيهِ وَمَسَٰكِنِكُمۡ لَعَلَّكُمۡ تُسۡـَٔلُونَ ١٣

Не убегайте и вернитесь туда, где вам было позволено вести роскошную жизнь, и в свои жилища, быть может, к вам будут обращаться с просьбами!

Onlara istehza və məsxərə edilərək belə deyiləcəkdir: "Qaçmayın! Ləzzət və bolluq içində yaşadığınız yurd­ları­nı­za geri dönün. Çünki etdiyiniz əməllərə görə mütləq soruşulacaqsınız!"

21:14Страница 323

قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ١٤

Они говорили: «О горе нам! Воистину, мы были несправедливы!».

Günahlarını etiraf edən bu zalim kimsələr belə dedilər: "Vay halımıza! Artıq biz həlak olduq. Biz, doğrudan da Allaha küfr edib və öz nəfslərimizə zülm etməklə zalım olmuşuq".

21:15Страница 323

فَمَا زَالَت تِّلۡكَ دَعۡوَىٰهُمۡ حَتَّىٰ جَعَلۡنَٰهُمۡ حَصِيدًا خَٰمِدِينَ ١٥

Они продолжали так взывать, пока Мы не превратили их в затухшее жнивье.

Onlar günahlarını etiraf etməyə, özlərinin həlak olmaları üçün öz nəfslərinə bəd dua etməyə və etdikləri bu duaları təkrarlamağa davam edərkən, Biz onları biçilmiş əkinə və hərəkət etməyən ölülərə çevirdik.

21:16Страница 323

وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ ١٦

Мы не создали небо, землю и все, что между ними, забавляясь.

Biz göyü, yeri və onların arasında olanları boş və əbəs yerə yaratmadıq. Biz bütün bunların hamısını qüdrətimizə dəlalət etməsi üçün yaratdıq.

21:17Страница 323

لَوۡ أَرَدۡنَآ أَن نَّتَّخِذَ لَهۡوٗا لَّٱتَّخَذۡنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ١٧

Если бы Мы пожелали устроить Себе потеху, то устроили бы ее из того, что есть у Нас.

Əgər Biz Özümüzə arvad-uşaq seçmək istəsəydik, onu mütləq Öz yanımızda olanlardan seçərdik. Ancaq Biz belə şeylərdə uzaq olduğumuz üçün bu­nu et­mə­dik.

21:18Страница 323

بَلۡ نَقۡذِفُ بِٱلۡحَقِّ عَلَى ٱلۡبَٰطِلِ فَيَدۡمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٞۚ وَلَكُمُ ٱلۡوَيۡلُ مِمَّا تَصِفُونَ ١٨

Однако Мы бросаем истину в ложь, и та разбивается и исчезает. Горе вам за то, что вы приписываете!

Biz, elçilərimizə vəhy etdiyimiz haqqı, küfr əhlinin sahib olduğu batil üzərinə atarıq, beləliklə də, batil məhv olub gedər. Ey Allahın Özünə arvad-uşaq seçdiyini söyləyən kimsələr! Allaha layiq olmayan sifətləri Ona aid etdiyinizə görə siz mütləq həlak olacaqsınız!

21:19Страница 323

وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَنۡ عِندَهُۥ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَلَا يَسۡتَحۡسِرُونَ ١٩

Ему принадлежат все, кто на небесах и на земле. А те, кто находится рядом с Ним, не превозносятся над поклонением Ему и не устают.

Göylərin və yerin mülkü yalnız pak və uca olan Allaha məxsusdur. Onun ya­nın­da olan mələklər Ona iba­dət et­məyə əsla lovğalıq, təkəbbür göstərməz və bundan yo­rul­mazlar.

21:20Страница 323

يُسَبِّحُونَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لَا يَفۡتُرُونَ ٢٠

Они славят Его днем и ночью без устали.

Onlar daima Allahı zikir edib, Onun şəninə təriflər və həmd-sənalar de­yir­ və bundan əsla usan­mazlar.

21:21Страница 323

أَمِ ٱتَّخَذُوٓاْ ءَالِهَةٗ مِّنَ ٱلۡأَرۡضِ هُمۡ يُنشِرُونَ ٢١

Или же они стали поклоняться божествам из земли, которые способны воскрешать?

Amma müşriklər isə özlərinə yer üzündə Allahdan başqa ölü­ləri diriltməyə qadir olmayan tan­rılar qə­bul etdilər. Axı onlar bunu etməkdən aciz olana necə ibadət edirlər?

21:22Страница 323

لَوۡ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَاۚ فَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ ٢٢

Если бы на них (на небесах и земле) были иные божества наряду с Аллахом, то они (небеса и земля) разрушились бы. Аллах, Господь Трона, пречист и далек от того, что они приписывают Ему!

Əgər göylərdə və yerdə bir çox ilahlar ol­saydı, bu zaman göylərin və yerin mülkünə sahib çıxmaq üçün onlar arasında bir çəkişmə baş verərdi və sonda on­la­rın hər iki­si məhv olub gedərdi. Həqiqət isə bunun tam əksidir. Ərşin Rəbbi olan Allah müşriklərin iftira ataraq Onun şərikləri olduğu iddialarından uzaqdır!

21:23Страница 323

لَا يُسۡـَٔلُ عَمَّا يَفۡعَلُ وَهُمۡ يُسۡـَٔلُونَ ٢٣

Его не спросят за то, что Он совершает, а они будут спрошены.

Uca Allah mülkündə və hökmündə təkdir. Verdiyi hökmlərə görə kimsə Onu sorğu-sual edə bilməz. Ancaq O, Öz qullarının etdikləri əməllərə görə onları sorgu-sual edəcək və əməllərinin qarşılığını verəcəkdir.

21:24Страница 323

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡۖ هَٰذَا ذِكۡرُ مَن مَّعِيَ وَذِكۡرُ مَن قَبۡلِيۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٱلۡحَقَّۖ فَهُم مُّعۡرِضُونَ ٢٤

Неужели они стали поклоняться иным божествам вместо Него? Скажи: «Приведите ваши доказательства! Вот напоминание для тех, кто со мной, и напоминание для тех, кто жил до меня». Однако большинство их не ведает об истине и отворачивается.

Məgər müşriklər özləri üçün Allahdan başqa ilahlar qəbul etdilər? Ey Peyğəmbər! O müşriklərə belə de: "Haydı onların ibadətə layiq olmasına dair sübutunuzu göstə­rin! Mənə nazil edilən bu Quranda və məndən öncəkilərə nazil edilən kitablarda sizin üçün heç bir dəlil və sübut yoxdur. Lakin müşriklərin əksəriyyəti yalnız cəhalətə və təqlidə istinad edər və haqqı qəbul etməkdən də üz çevi­rərlər!"

21:25Страница 324

وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ ٢٥

Мы не посылали до тебя ни одного посланника, которому не было бы внушено: «Нет божества, кроме Меня. Поклоняйтесь же Мне!».

Ey Peyğəmbər! Səndən öncə göndərdiyimiz bütün elçilərə: "Məndən başqa ibadətə layiq haqq məbud yox­dur. O halda tək Mənə ibadət edin və Mənə heç bir şeyi şərik qoşmayın! – deyə vəhy et­mişdik.

21:26Страница 324

وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۚ بَلۡ عِبَادٞ مُّكۡرَمُونَ ٢٦

Они говорят: «Милостивый взял Себе сына». Пречист Он! Они же - почитаемые рабы.

Müşriklər: "Allah mələkləri Özünə öv­lad götürdü!" – de­di­lər. Uca Allah onların söylədikləri bu yalandan, pak və mü­qəddəsdir! Əksinə, mələklər Allahın hörmətli və Ona yaxın olan qullarıdır

21:27Страница 324

لَا يَسۡبِقُونَهُۥ بِٱلۡقَوۡلِ وَهُم بِأَمۡرِهِۦ يَعۡمَلُونَ ٢٧

Они не опережают Его своими речами и поступают согласно Его велениям.

Mələklər Rəbbindən öncə bir söz söyləməzlər. Onlara izin verilmədikcə danışmazlar. Onlar ancaq Allahın əm­ri­ni yerinə ye­tirərlər və Onun heç bir əmrinə əsla müxalif olmazlar.

21:28Страница 324

يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ ٢٨

Он ведает их прошлое и будущее. Они заступаются только за тех, кем Он доволен, а сами трепещут от страха перед Ним.

Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar Allahın, şəfaət edilməsinə razı qal­dığı kimsələrə Onun izni olmadan heş bir kimsəyə şəfaətçi olmazlar. Onlar Allahın qor­xu­sun­dan tir-tir əsirlər və Allahın əmr və yasaqlarına əsla müxalif olmazlar.

21:29Страница 324

۞ وَمَن يَقُلۡ مِنۡهُمۡ إِنِّيٓ إِلَٰهٞ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجۡزِيهِ جَهَنَّمَۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّٰلِمِينَ ٢٩

А тому из них, кто скажет: «Я являюсь богом наряду с Ним», - воздаянием будет Геенна. Так Мы воздаем беззаконникам.

Əgər mələklərdən biri: "Mən Allahdan baş­qa bir məbudam!" – deyərsə, Qiyamət günü Biz, onun söylədiyi bu sözündən dolayı ona içərisində əbədi qalacağı Cə­hən­nəm əzabı ilə cəzalandırarıq. Biz Allaha qarşı küfr və şirk edən zalımları da belə cəza­landırırıq.

21:30Страница 324

أَوَلَمۡ يَرَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ كَانَتَا رَتۡقٗا فَفَتَقۡنَٰهُمَاۖ وَجَعَلۡنَا مِنَ ٱلۡمَآءِ كُلَّ شَيۡءٍ حَيٍّۚ أَفَلَا يُؤۡمِنُونَ ٣٠

Неужели неверующие не видят, что небеса и земля были единым целым и что Мы разделили их и сотворили все живое из воды? Неужели они не уверуют?

Məgər Allaha küfr edənlər göylərlə yerin bir-biri ilə bitişmiş və aralarında heç bir boşluğun olmadığı bir halda, səmadan yağmur endirib onların arasını bir-birindən araladığı­mı­zı və səmadan yerə endirdiyimiz yağmur səbəbi ilə yer üzündə hər bir canlını və bitkini sudan ya­radıb onlara həyat verdiyimizi gör­mürlərmi?! Məgər onlar bundan sonra da ibrət alıb və tək olan Allaha iman etməyəcəklər?!

21:31Страница 324

وَجَعَلۡنَا فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِهِمۡ وَجَعَلۡنَا فِيهَا فِجَاجٗا سُبُلٗا لَّعَلَّهُمۡ يَهۡتَدُونَ ٣١

Мы воздвигли на земле незыблемые горы, чтобы она не колебалась вместе с ними. Мы проложили на ней широкие дороги, чтобы они следовали верным путем.

Yer, üzərində olanları yırğalama­sın deyə orada möhkəm durmuş dağlar ya­ratdıq. Onlar səfərlərində getmək istədik­lə­ri yerə asanlıqla gedə bilsinlər deyə, ora­da geniş yol­lar saldıq.

21:32Страница 324

وَجَعَلۡنَا ٱلسَّمَآءَ سَقۡفٗا مَّحۡفُوظٗاۖ وَهُمۡ عَنۡ ءَايَٰتِهَا مُعۡرِضُونَ ٣٢

Мы сделали небо оберегаемой кровлей, однако они отворачиваются от его знамений.

Göy üzünü qopub yerə düşməməsi üçün heç bir dirəksiz mühafizə olunan bir tavan etdik və şeytanların ora gizli bir şəkildə yaxınlaşıb hər hansı bir xəbər oğurlamasına mane olduq. Amma müşriklər göydə olan günəş və ay kimi əzəmətli ayələrimizi düşünüb ibrət almaqdan üz çevi­rir­lər.

21:33Страница 324

وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ ٣٣

Он - Тот, Кто сотворил ночь и день, солнце и луну. Все плывут по орбитам.

Gecəni yatıb rahatlanmaq və gündüzü də çalışıb ruzi qazanmaq üçün yaradan tək olan Allahdır. Günə­şi gündüzün əlaməti, Ayı da gecənin əlaməti olaraq, O yaratdı. Günəş və Ayın hər bi­ri öz məcrası üzrə axıb gedər və onların hər biri nə öz məcrasından kənara çıxar, nədi ki, hər hansı başqa bir tərəfə meyil edər.

21:34Страница 324

وَمَا جَعَلۡنَا لِبَشَرٖ مِّن قَبۡلِكَ ٱلۡخُلۡدَۖ أَفَإِيْن مِّتَّ فَهُمُ ٱلۡخَٰلِدُونَ ٣٤

Никому из людей до тебя Мы не даровали бессмертия. Неужели, если даже ты умрешь, они будут жить вечно?

Ey Peyğəmbər! Biz səndən öncə heç bir bəşər övladına bu həyatda əbədi olaraq qalmasına izin vermədik. Yoxsa sən bu həyatda əcəlin çatıb öldüyün bir halda, onlar səndən sonra həmişəlik sağmı qalacaqlar?! Xeyir, bu əsla baş tutan bir şey deyil.

21:35Страница 324

كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَنَبۡلُوكُم بِٱلشَّرِّ وَٱلۡخَيۡرِ فِتۡنَةٗۖ وَإِلَيۡنَا تُرۡجَعُونَ ٣٥

Каждая душа вкусит смерть. Мы испытываем вас добром и злом ради искушения, и к Нам вы будете возвращены.

Hər bir mömin və kafir nəfs bu dünyada ölümü dada­caq­dır. Ey İnsanlar! Biz sizi bu dünya həyatında öhdəliklər, nemətlər və çətinliklərlə sınağa çəkəcəyik. Siz öldükdən sonra başqasına deyil, yalnız Bizə qaytarılacaq­sı­nız və Bizdə dünyada ikən etdiyiniz əməllərinizin qarşılığını sizə verəcəyik!

21:36Страница 325

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي يَذۡكُرُ ءَالِهَتَكُمۡ وَهُم بِذِكۡرِ ٱلرَّحۡمَٰنِ هُمۡ كَٰفِرُونَ ٣٦

Когда неверующие видят тебя, они лишь насмехаются над тобой и говорят: «Не тот ли это, кто плохо отзывается о ваших богах?». Но сами они не веруют в поминание Милостивого.

Ey Peyğəmbər! Müşriklər səni gördükləri zaman özlərinə tabe olanların qəlbində sənə qarşı nifrət yaratmaq üçün sənə istehza edə­rək bir-birinə: "İbadət etdiyiniz ilahlarınızı təhqir edən budur­mu?" – deyirlər. Onların sənə istehza etmələri azmış kimi, Allahın Qurandan onlara nazil etdiyi ayələri inkar edər və onlara bəxş etdilən nemətlərə qarşı isə nankorluq edərlər. Onlar bütün bu pisliklərə sahib olduqları üçün eyib olunmağa daha yaliq görülən kimsələrdir.

21:37Страница 325

خُلِقَ ٱلۡإِنسَٰنُ مِنۡ عَجَلٖۚ سَأُوْرِيكُمۡ ءَايَٰتِي فَلَا تَسۡتَعۡجِلُونِ ٣٧

Человек сотворен нетерпеливым. Я покажу вам Свои знамения, и посему не торопите Меня.

İnsan xilqət etibarilə hövsələsiz və tələskən yara­dıl­mış­dır. O, müşriklərin, Allahın əzabının özlərinə tez bir zamanda gəlməsini istədikləri kimi, bir işin vaxtı çatmadan olmasına tələsər. Ey əzabıma tələsən kimsələr! Tələsdiyiniz şeyləri mütləq sizə göstərəcəm, elə isə tələsərək onun tez bir zaman da olmasını istəməyin!

21:38Страница 325

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣٨

Они говорят: «Когда же исполнится это обещание, если вы говорите правду?».

Öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər səbirsizlik göstərərək: "Ey Müsəlmanlar! Əgər doğru söyləyirsinizsə deyin görək, öldükdən sonra yenidən dirilməyi iddia etdiyiniz Qiyamət saatı nə vaxt gerçəkləşəcəkirdir?!" – deyə soruşarlar.

21:39Страница 325

لَوۡ يَعۡلَمُ ٱلَّذِينَ كَفَرُواْ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمۡ وَلَا هُمۡ يُنصَرُونَ ٣٩

Если бы только неверующие знали о том времени, когда они не смогут отвратить Огонь от своих лиц и своих спин, когда им никто не поможет!

Kaş ki, öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər üzlərin­dən və kü­rəklərindən onları əhatə edən alovdan qa­çıb canlarını qurtara bilməyə­cəklərin və onları Allahın əzabından heç bir kimsənin kö­mək edə bilməyəcəyini biləydilər! Əgər onlar bunu bilsəydilər, Allahın əzabının tezliklə gəlməsini əsla istəməzdilər.

21:40Страница 325

بَلۡ تَأۡتِيهِم بَغۡتَةٗ فَتَبۡهَتُهُمۡ فَلَا يَسۡتَطِيعُونَ رَدَّهَا وَلَا هُمۡ يُنظَرُونَ ٤٠

Он (Ад или День воскресения) настигнет их внезапно и ошеломит их. Они не смогут избавиться от него, и им не будет предоставлена отсрочка.

Yox, onlara əzab verən atəş heç də onların zənn etdikləri kimi göz­lədikləri bir halda deyil, əksinə, qəfildən və gözləmədikləri bir halda gələcəkdir. Allahın əzabı on­lara yetişdikdə, bu əzabın qarşısını alıb onu özlərindən dəf edə bil­mə­yə­cəklər və onlar Allahın rəhmətinə nail olmasın deyə on­lara heç tövbə etməyə aman da ve­rilməyəcəkdir.

21:41Страница 325

وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٤١

До тебя посланники тоже подвергались осмеянию, но тех, которые смеялись над ними, окружило (или поразило) то, над чем они насмехались.

Ey Peyğəmbər! Sən göndərilən peyğəmbərlərin birincisi olmadığın halda, qövmün səni məsxərəyə qoyub, istehza etsə, bil ki, səndən əvvəlki peyğəmbərlər də öz qövmləri tərəfindən məsxərəyə qoyulub, onlara istehza edilmişdir. Peyğəmbərlərin dünyada ikən kiafirləri Allahın əzabı ilə qorxutduğu bir zaman peyğəmbərləri istehza edən kafirləri elə istehza etdikləri əzab məhv etdi.

21:42Страница 325

قُلۡ مَن يَكۡلَؤُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحۡمَٰنِۚ بَلۡ هُمۡ عَن ذِكۡرِ رَبِّهِم مُّعۡرِضُونَ ٤٢

Скажи: «Кто способен защитить вас от Милостивого днем или ночью?». Но они отворачиваются от поминания своего Господа.

Ey Peyğəmbər! Əzabın tez bir zamanda gəlməsinə tələsən kimsələrə de: "Rəhman sizə əzab göndərmək və ya sizi məhv etmək istəsə, deyin görək, sizi gecə və gündüz Allahın əzabından kim mü­dafiə etməyə qadir ola bilər?!" La­kin onlar öz Rəbbinin nəsi­hət­ini və dəlillərini xatırlamaqdan üz döndər­di­lər. Cəhalət və səfehliklərindən dolayı bu barədə əsla düşünmürlər.

21:43Страница 325

أَمۡ لَهُمۡ ءَالِهَةٞ تَمۡنَعُهُم مِّن دُونِنَاۚ لَا يَسۡتَطِيعُونَ نَصۡرَ أَنفُسِهِمۡ وَلَا هُم مِّنَّا يُصۡحَبُونَ ٤٣

Или же у них есть боги, которые могут защитить их от Нас? Они не способны помочь самим себе, и никто не защитит их от Нас.

Onları Bizim əzabımızdan qurtara bilə­cək ilahlarımı var­? Onların ilahları nə özlərinə fayda verən bir şeyi əldə etməyə, nə də ki, özlərinə zərər verən bir şeyi dəf etməyə qadirdilər. Axı özünə fayda verməyə qadir olmayan başqasına yardım etməyə necə qadir ola bilər?! Onlar heç özlərini Bizim əzabımızdan qurtata bilməzlər.

21:44Страница 325

بَلۡ مَتَّعۡنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ طَالَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۗ أَفَلَا يَرَوۡنَ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَآۚ أَفَهُمُ ٱلۡغَٰلِبُونَ ٤٤

Мы позволили им и их отцам пользоваться благами, так что их жизнь затянулась. Неужели они не видят, что Мы уменьшаем землю по краям (отдаем ее во владение верующим)? Неужели это они одержат верх?

Bəli, Biz kafirlərə və onların ata-babalarına, ­onları qəfildən əzabla yaxalamaq üçün ömür­ləri boyunca bol-bol nemətlər və xoş gü­zə­ran bəxş etdik. Onlar bu bol-bol nemətlər içərisində o qədər firavan yaşadılar ki, hətta daima belə qalacaqlarına aldanıb, öz küfr əməllərində ölənə davam etdilər. Mə­gər on­lara bəxş edilən nemətlərimizə aldanıb, əzabımızın tez bir zamanda gəlməsini istəyən o kimsələr, müsəlmanlara zəfər verərək, onları məğlub edib yaşadıqları torpaqları əllərindən alaraq və əra­zini hər tərəfdən əs­kildib müsəlmanların ixtiyarına verdiyimizi gör­mürlərmi? Yoxsa onlar, başqalarının başına gələnlərin onların başına gəlməyəcəyinimi zənn edirlər?! Onlar qalib deyil, əksinə, məğlub olan kimsələrdir!

21:45Страница 326

قُلۡ إِنَّمَآ أُنذِرُكُم بِٱلۡوَحۡيِۚ وَلَا يَسۡمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ٤٥

Скажи: «Я предостерегаю вас посредством откровения». Но глухие не слышат зова, даже когда их предостерегают.

Ey Peyğəmbər! De ki: "Ey İnsanlar! Mən, Rəbbimin mənə nazil etdiyi vəhy sayəsində sizi Allahın əzabıilə qorxuduram. Lakin kar­lar Allahın əzabından qorxudulduğları zaman çağılıldıqları haqqı qəbul edib onu lazımınca dinləməzlər!"

21:46Страница 326

وَلَئِن مَّسَّتۡهُمۡ نَفۡحَةٞ مِّنۡ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٤٦

А если их коснется дуновение кары твоего Господа, то они непременно скажут: «О горе нам! Воистину, мы были несправедливы!».

Ey Peyğəmbər! Rəbbinin əza­bından payı olub, bu əzabın özlərinə tez bir zamanda gəlməsinə tələsən o kimsələrə əzab toxunduqda, on­lar müt­ləq: "Vay bizim halımıza! Biz, həqiqətən də, Allaha şərik qoşmaqla, Muhammədin (sallallahu aleyhi və səlləm) bizə gətirdiyi haqqı yalan saymaqla özümüzə zülm etmişik" – de­yər­lər.

21:47Страница 326

وَنَضَعُ ٱلۡمَوَٰزِينَ ٱلۡقِسۡطَ لِيَوۡمِ ٱلۡقِيَٰمَةِ فَلَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗاۖ وَإِن كَانَ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٍ أَتَيۡنَا بِهَاۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ ٤٧

В День воскресения Мы установим справедливые Весы, и ни с кем не поступят несправедливо. Если найдется нечто весом с горчичное зернышко, Мы принесем его. Довольно того, что Мы ведем счет!

Biz Qiyamət günü insanların əməllərini haqq-hesaba çəkmək üçün ədalət tərəzi­lə­ri quracağıq. O gün heç bir kimsəyə yaxşı əməlləri naqis edilərək və ya pis əməlləridə artırılaraq zülüm edil­mə­yə­cək­dir. Əgər etdikləri əməllər xardal dənəsi qədər kiçik bir şey olsa belə, Biz onu gətirib tərəziyə qo­ya­­cağıq. Qullarımzın əməllərini haqq-hesab etməyə Biz bəs edərik.

21:48Страница 326

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلۡفُرۡقَانَ وَضِيَآءٗ وَذِكۡرٗا لِّلۡمُتَّقِينَ ٤٨

Мы даровали Мусе (Моисею) и Харуну (Аарону) различение (способность различать истину ото лжи), сияние (Таурат) и напоминание для богобоязненных,

Biz Musa və Haruna - aleyhiməssəlam - haqqı batildən, halalı haramdan ayıran, iman etmiş kimsələrə doğru yol göstərən və müttəqilər üçün Rəbbi yanında bir öyüd-nəsihət olan Tövratı verdik.

21:49Страница 326

ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشۡفِقُونَ ٤٩

которые боятся своего Господа, не видя Его воочию, и трепещут перед Часом.

O müttəqilər ki, öz Rəb­bini görmədikləri hal­da Ona iman edib, Onun əzabından qor­xar və Qiyamət saatında da qorxub çəkinərlər.

21:50Страница 326

وَهَٰذَا ذِكۡرٞ مُّبَارَكٌ أَنزَلۡنَٰهُۚ أَفَأَنتُمۡ لَهُۥ مُنكِرُونَ ٥٠

Это - благословенное Напоминание, которое Мы ниспослали. Неужели вы станете отрицать его?

Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, xeyir-bərəkəti, bol və öyüd-nəsihət almaq istəyənlər üçün mü­barək bir Zikrdir. Bütün bunlara rəğmən siz onu in­karmı edir­si­niz?! Onu təsdiq edib, içindəkilərə əməl etməyəcəksinizmi?!

21:51Страница 326

۞ وَلَقَدۡ ءَاتَيۡنَآ إِبۡرَٰهِيمَ رُشۡدَهُۥ مِن قَبۡلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ ٥١

Еще раньше Мы даровали Ибрахиму (Аврааму) верное руководство, и Мы были осведомлены о нем.

Biz İbrahimə elə kiçik yaşında ikən qövmünə Allahın vəhdaniyyətini sübut edən dəlillər bəxş etdikdə. Biz zatən onu daha yaxşı tanıyır­dıq. Biz ona qövmü qarşısında dəlillər gətirməsi üçün Öz elmimizdən lazım olan dəlillər bəxş et­mişdik.

21:52Страница 326

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِيٓ أَنتُمۡ لَهَا عَٰكِفُونَ ٥٢

Вот он сказал своему отцу и народу: «Что это за изваяния, которым вы предаетесь?».

Bir zaman o atası Azərə və qövmünə: "Öz əllərinizlə düzəldib sonra da onlara ibadət ediyiniz bu bütlər nədir?" – demişdi.

21:53Страница 326

قَالُواْ وَجَدۡنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ ٥٣

Они сказали: «Мы видели, что наши отцы поклонялись им».

Qövmü ona belə dedi: "Atalarımızın on­lara iba­dət etdiklərini gördük, bizdə onların ardınca gedərək bu bütlərə ibadət edirik!"

21:54Страница 326

قَالَ لَقَدۡ كُنتُمۡ أَنتُمۡ وَءَابَآؤُكُمۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ٥٤

Он сказал: «Воистину, вы и ваши отцы пребываете в очевидном заблуждении».

İbrahim - Aleyhissəlam - qövmünə belə dedi: "Ey atalarının ardınca gedənlər! Doğ­ru­su, siz də, atalarınız da, açıq-aydın haqq bir yoldan azğın­lığa düşmüş kimsələrsiz!"

21:55Страница 326

قَالُوٓاْ أَجِئۡتَنَا بِٱلۡحَقِّ أَمۡ أَنتَ مِنَ ٱللَّٰعِبِينَ ٥٥

Они сказали: «Ты принес нам истину, или же ты забавляешься?».

Qövmü ona belə dedi: "Sən bizə bu söylədiklərini ciddi deyirsən, yoxsa bizimlə zarafat edirsən?"

21:56Страница 326

قَالَ بَل رَّبُّكُمۡ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلَّذِي فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّٰهِدِينَ ٥٦

Он сказал: «О нет! Ваш Господь - Господь небес и земли, Который создал их. Я же являюсь одним из тех, кто свидетельствует об этом».

İbrahim onlara belə cavab verdi: "Xeyr, mən sizinlə zarafat etmirəm, əksinə, sözümü ciddi olaraq deyirəm. Sizin Rəb­biniz göy­ləri və yeri misilsiz olaraq yoxdan var edən tək olan Allahdır. Mən də? yalnız Uca Allahın göylərin və yerin Rəbbi olduğuna şahidlik edən­lər­­dənəm. Bu xüsusda ibadət etdiyiniz bütlərin heç bir payı yoxdur.

21:57Страница 326

وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصۡنَٰمَكُم بَعۡدَ أَن تُوَلُّواْ مُدۡبِرِينَ ٥٧

Ибрахим подумал: «Клянусь Аллахом! Я непременно замыслю хитрость против ваших идолов, когда вы уйдете и отвернетесь».

İbrahim qövmü eşitməyəcək bir şəkildə belə dedi: "Allaha and olsun ki, siz bayramınızı qeyd etməyə getdikdən sonra büt­lə­rinizin başına xoşlamadığınız bir oyun açacağam!"

21:58Страница 327

فَجَعَلَهُمۡ جُذَٰذًا إِلَّا كَبِيرٗا لَّهُمۡ لَعَلَّهُمۡ إِلَيۡهِ يَرۡجِعُونَ ٥٨

Затем он разнес на куски всех идолов, кроме главного из них, чтобы они могли обратиться к нему.

Nəhayət İbrahim bütləri sındırıb kiçik parçalara ayırdıqdan sonra qövmünün qayıdıb bütlərinin kim bu hala salmasını soruşacaqlarını zənn edərək yal­nız on­la­rın ən iri­sini sındırmadan sağ buraxdı.

21:59Страница 327

قَالُواْ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ ٥٩

Они сказали: «Кто поступил так с нашими богами? Воистину, он является одним из беззаконников!».

İbrahimin qövmü qayıdıb bütlərinin parça-parça edilib sındırılmış bir halda gördükdə, bir-birilərinə: "Mə­bud­la­rımızı kim bu hala salmışdır? Təzimə layiq olan bütlərimizə qarşı belə bir həqarətə əl atan kimsə həqiqətən də zalım­lar­dandır!" – de­dilər.

21:60Страница 327

قَالُواْ سَمِعۡنَا فَتٗى يَذۡكُرُهُمۡ يُقَالُ لَهُۥٓ إِبۡرَٰهِيمُ ٦٠

Они сказали: «Мы слышали, как юноша по имени Ибрахим (Авраам) выступал против них».

Onlardan bəziləri: "Bir cavan oğlanın onları təhqir edib, eyiblədiyi eşitmişik, insanlar ona İbrahim deyə çağırırlar. Ola bilsin ki, bu işi o edib" – de­dilər.

21:61Страница 327

قَالُواْ فَأۡتُواْ بِهِۦ عَلَىٰٓ أَعۡيُنِ ٱلنَّاسِ لَعَلَّهُمۡ يَشۡهَدُونَ ٦١

Они сказали: «Приведите же его пред людские очи, чтобы они могли принести свидетельство».

Qöymünün zadəgan təbəqəsindən olanları: "İbrahimi insanların gözü qabağına gətirin ki, bəlkə o, etdiyi əməli insanlar qarşısında boynuna almasına onlarda şa­hid­lik edərlər. Bu zaman onun bu etdiyi əməli boynuna alması sizin əlinizdə ona qarşı bir dəlil olar" – dedilər.

21:62Страница 327

قَالُوٓاْ ءَأَنتَ فَعَلۡتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَٰٓإِبۡرَٰهِيمُ ٦٢

Они сказали: «О Ибрахим (Авраам)! Ты ли поступил таким образом с нашими богами?».

Müşriklər İbrahimi tapıb gətirərək ona belə dedilər: "Bütlərimizə qarşı çirkin bu əməli sən­mi etdin, ey İb­ra­him?!"

21:63Страница 327

قَالَ بَلۡ فَعَلَهُۥ كَبِيرُهُمۡ هَٰذَا فَسۡـَٔلُوهُمۡ إِن كَانُواْ يَنطِقُونَ ٦٣

Он сказал: «Нет! Это содеял их старший, вот этот. Спросите их самих, если они способны разговаривать».

İbrahim, insanların gözü önündə bütlərinin acizliyini onlara göstərmək üçün dedi: "Xeyr, bu­nu mən etmədim. Əksinə bu işi bütlərin ən böyüyü etmişdir. Əgər bütləriniz danışa bilirlərsə, məndən yox, onlardan soruşun."

21:64Страница 327

فَرَجَعُوٓاْ إِلَىٰٓ أَنفُسِهِمۡ فَقَالُوٓاْ إِنَّكُمۡ أَنتُمُ ٱلظَّٰلِمُونَ ٦٤

Обратившись друг к другу, они сказали: «Воистину, вы сами являетесь беззаконниками!».

Onlar bir qədər düşünüb, bütlərinin heç bir fayda, yaxud zərər verə bilmədiyini və onların da Allahı tərk edib dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə ibadət etdikləri üçün öz-özlərinə zülm etdiklərini anladılar.

21:65Страница 327

ثُمَّ نُكِسُواْ عَلَىٰ رُءُوسِهِمۡ لَقَدۡ عَلِمۡتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ ٦٥

Затем они принялись за свое и сказали: «Ты же знаешь, что они не способны разговаривать».

Sonra inadkarlıq edərək yenə öz bildikləri batil əqi­dələrinə qayıdıb dedi­lər: "Ey İbrahim! Axı sən bu bütlərin danışmağa qadir olmadığlarını bildiyin bir halda, bizə necə onlardan soruşmağı əmr edirsən?" Onlar bu sözlə İbrahimə qarşı dəlil gətirmək istəslər də, lakin onların bu sözü elə özlərinə qarşı dəlil oldu.

21:66Страница 327

قَالَ أَفَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمۡ شَيۡـٔٗا وَلَا يَضُرُّكُمۡ ٦٦

Он сказал: «Неужели вы поклоняетесь вместо Аллаха тому, что ничем не способно помочь или навредить вам?

İbrahim onların söylədiklərini inkar edərək belə dedi: "Alla­hı qo­yub sizə heç bir fayda və zə­rər verə bil­məyən, özlərini zərərdən qorumağa və həmçinin özlərinə hər hansı bir faydanı cəlb etməyə aciz olan bütlə­rəmi tapınırsınız?!"

21:67Страница 327

أُفّٖ لَّكُمۡ وَلِمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِۚ أَفَلَا تَعۡقِلُونَ ٦٧

Тьфу на вас и на то, чему вы поклоняетесь вместо Аллаха! Неужели же вы не образумитесь?».

Sizə də yazıqlar olsun, Allahdan baş­qa fayda və zərər verə bilməyən ta­pındıqlarınız bütlərə də! Do­ğru­dan­mı, siz bunu dərk edib, onlara tapınmaqdan əl çəkməyəcəksiniz?!"

21:68Страница 327

قَالُواْ حَرِّقُوهُ وَٱنصُرُوٓاْ ءَالِهَتَكُمۡ إِن كُنتُمۡ فَٰعِلِينَ ٦٨

Они сказали: «Сожгите его и помогите вашим богам, если вы будете действовать!».

(Nəmrud və ətrafındakılar öz camaatına) İbrahimi dəlil-sübutla məğlub etməkdən aciz qaldıqlarını gördükdə, ona qarşı zor tətbiq edərək belə dedilər: "Parça-parça yerlə yeksan etdiyi bütlərinizə yardım edib, İbrahimə bir cəza vermək istəyir­siniz­sə, onu atəşdə yandırın!"

21:69Страница 327

قُلۡنَا يَٰنَارُ كُونِي بَرۡدٗا وَسَلَٰمًا عَلَىٰٓ إِبۡرَٰهِيمَ ٦٩

Мы сказали: «О огонь! Стань для Ибрахима (Авраама) прохладой и спасением!».

Həhayət, onlar böyük bir od qalayıb İbrahimi onun içinə atdılar. Biz bu zaman: "Ey od! İbrahim üçün soyuq və salamat ol!" – dedik. Od da elə ona əmr etdiyimiz kimi oldu və beləliklə, İbrahimə heç bir zərər yetirmədi.

21:70Страница 327

وَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَخۡسَرِينَ ٧٠

Они хотели навредить ему, но Мы сделали так, что они оказались в наибольшем убытке.

İbrahimin - aleyhissəlam - qövmü onu oda atıb yandırmaqla ona qarşı hiylə qur­maq is­tədi, lakin Biz onların qurduqları bu hiyləni boşa çıxarıb onları məğlub və həlak olanlar etdik.

21:71Страница 327

وَنَجَّيۡنَٰهُ وَلُوطًا إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا لِلۡعَٰلَمِينَ ٧١

Мы спасли его и Лута (Лота) и привели их на землю, которую Мы сделали благословенной для миров.

Biz İbrahimi də, Lutu da zalım tayfasının əlindən xilas edib, hər ikisini, peyğəmbərlər çıxartdığımız və aləmlər üçün xeyir-bə­rə­kət verdi­yi­miz Şam torpağlarına gətir­dik.

21:72Страница 327

وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ نَافِلَةٗۖ وَكُلّٗا جَعَلۡنَا صَٰلِحِينَ ٧٢

Мы даровали ему Исхака (Исаака), а вдобавок - Йакуба (Иакова), и сделали их всех праведниками.

İbrahim Rəbbinə onu bir oğlan övladı ilə ruziləndirməsi üçün dua etdikdə, Biz ona İshaqı və üstəlik, Yaqubu bağışladıq. Biz İbrahimi və onun hər iki övladını əmə­li­sa­leh və Allaha itaətkar qullardan etdik.

21:73Страница 328

وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا وَأَوۡحَيۡنَآ إِلَيۡهِمۡ فِعۡلَ ٱلۡخَيۡرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِۖ وَكَانُواْ لَنَا عَٰبِدِينَ ٧٣

Мы сделали их вождями, которые по Нашему велению указывали на прямой путь. Мы внушили им вершить добрые дела, совершать намаз и выплачивать закят, и они поклонялись Нам.

Biz onları xeyirli işlərdə insanlara doğru yolu göstərən rəh­bərlər et­dik. Onlar Allahın izni ilə insanları yalnız tək Allaha ibadət etməyə dəvət edirdilər. Biz onlara xeyirli iş­lər görməyi, namaz vaxtı-vaxtında kamil şəkildə qılmağı və zəkat ver­mə­yi vəhy etdik. On­lar Bizim itaətkar qullarımızdan idilər

21:74Страница 328

وَلُوطًا ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗا وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡقَرۡيَةِ ٱلَّتِي كَانَت تَّعۡمَلُ ٱلۡخَبَٰٓئِثَۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَٰسِقِينَ ٧٤

Помяни также Лута (Лота), которому Мы даровали власть (мудрость или пророчество) и знание и которого Мы спасли от селения, жители которого совершали отвратительные поступки. Воистину, они были злодеями и нечестивцами.

Biz Luta mübahisəçilər arasında çətin məsələləri həll edib hökm çıxartmağı və şəri elmi bəxş et­dik. Biz onu, Sədum məmləkətinə göndərdiyimiz əzabdan xilas etdik. O məmləkətin xalqı olduqca murdar iş­lər görən bir kimsələr idi. Həqi­qə­tən, on­lar Rəbbinin itaətindən çıxan fasiq bir qövm idi­.

21:75Страница 328

وَأَدۡخَلۡنَٰهُ فِي رَحۡمَتِنَآۖ إِنَّهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ٧٥

Мы ввели его в Нашу милость, поскольку он был одним из праведников.

Biz onu, qövmünə göndərilən əzabdan xilas edərək Öz mərhəməti­mizlə bürüdük. Həqiqə­tən də, o, əmrlərimizi yerinə yetirib, qadağalarımızdan çəkinən saleh kimsələrdən idi.

21:76Страница 328

وَنُوحًا إِذۡ نَادَىٰ مِن قَبۡلُ فَٱسۡتَجَبۡنَا لَهُۥ فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ٧٦

Помяни также Нуха (Ноя), который воззвал еще раньше. Мы ответили на его мольбу и спасли его и его семью от великой скорби.

Ey Peyğəmbər! Nuhun hekayəsini də yada sal! Belə ki o, İbrahim və Lutdan da əvvəl Uca Allaha dua etmiş, Biz də onun duasını qəbul edərək, istədiyini verib, onu və ailəsindən ona iman edənləri böyük qəm-qüs­sədən qur­tar­mış­dıq!

21:77Страница 328

وَنَصَرۡنَٰهُ مِنَ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ ٧٧

Мы помогли ему в борьбе против людей, которые считали ложью Наши знамения. Они были злодеями, и Мы потопили их всех.

Biz Nuhu, onun, həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən ayələrimizlə dəstəkləyərək onu yalançı hesab edən qövmünün hiyləsindən xilas etdik. Çünki onlar yer üzündə fitnə-fəsad çıxaran şər bir qövm idi. Odur ki, Biz onların hamısını suya batırdıq.

21:78Страница 328

وَدَاوُۥدَ وَسُلَيۡمَٰنَ إِذۡ يَحۡكُمَانِ فِي ٱلۡحَرۡثِ إِذۡ نَفَشَتۡ فِيهِ غَنَمُ ٱلۡقَوۡمِ وَكُنَّا لِحُكۡمِهِمۡ شَٰهِدِينَ ٧٨

Помяни также Давуда (Давида) и Сулеймана (Соломона), которые судили о ниве, потравленной ночью чужими овцами. Мы были Свидетелями их суда.

Ey Peyğəmbər! Davud və onun oğlu Süleymanın hekayəsini də yada sal! Bir zaman onlar bir adamın qo­yunlarının gecə vatxı girib zay elədiyi bir əkin sahəsi barəsində iki kişi arasında hökm vermişdilər. Biz Davud və Süleymanın verdiyi hökmə şahid idik. Onların verdikləri hökmdən Bizə heç bir şey gizli qalmadı.

21:79Страница 328

فَفَهَّمۡنَٰهَا سُلَيۡمَٰنَۚ وَكُلًّا ءَاتَيۡنَا حُكۡمٗا وَعِلۡمٗاۚ وَسَخَّرۡنَا مَعَ دَاوُۥدَ ٱلۡجِبَالَ يُسَبِّحۡنَ وَٱلطَّيۡرَۚ وَكُنَّا فَٰعِلِينَ ٧٩

Мы помогли Сулейману (Соломону) разобраться в этом и даровали им обоим власть (мудрость или пророчество) и знание. Мы подчинили горы и птиц для того, чтобы они славили Нас вместе с Давудом (Давидом). Мы это сделали.

Biz o məsələdə necə hökm vermək lazım olduğunu Davuda deyil, onun oğlu Süleymana başa saldıq. Biz, Davud və Süleymana - hər ikisinə peyğəmbərlik və şəriəti dərindən bilməyi bəxş et­dik. Biz bunu sadəcə Süleymana xas etmədik. Biz dağ­ları və quşla­rı Davudun ixtiyarına buraxdıq. Davud Allahın şəninə həmd-sənalar etdikdə onlarda Davudla bir­lik­də Allahın şəninə həmd-sənalar edərdilər. Biz bütün bunların hamısını anlatmaq, hökm və elm bəxş etmək və bəzi şeyləri onların ixtiyarına buraxmaq üçün belə etdik.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English