Аль-МухтасарАль‑Хаджж · 22:1–65

Аль-Мухтасар · Тафсир · на азербайджанском

الحج

Аль-Хаджж

Паломничество · Мединская · 78 аятов

22:1Страница 332

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡۚ إِنَّ زَلۡزَلَةَ ٱلسَّاعَةِ شَيۡءٌ عَظِيمٞ ١

О люди! Бойтесь вашего Господа! Воистину, сотрясение Часа является ужасным событием.

Ey insanlar! Sizə əmr etdiklərimi yerinə yetirərək və qadağan etdiklərimdən çəkinərək Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət günü yerin lərzəyə gəlməsi və o gün başqa qorxulu və dəhşətli hadisələrin baş verməsi olduğca əzəmətli bir şey ola­caqdır­. Elə məhz buna görə də Uca Allahı razı salacaq əməl edərək o gün üçün hazırlaşmaq lazımdır.

22:2Страница 332

يَوۡمَ تَرَوۡنَهَا تَذۡهَلُ كُلُّ مُرۡضِعَةٍ عَمَّآ أَرۡضَعَتۡ وَتَضَعُ كُلُّ ذَاتِ حَمۡلٍ حَمۡلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٞ ٢

В тот день, когда вы увидите его, каждая кормящая мать забудет того, кого она кормила, а каждая беременная женщина выкинет свой плод. Ты увидишь людей пьяными, но они не будут пьяны, зато мучения от Аллаха будут тяжки.

Qiyamətin qorxulu və dəhşətli anlarını gözlərinizlə görəcəyiniz gün, körpəsini əmizdirən hər bir qadın əmiz­dirdi­yi­ni unu­da­caq, qorxunun şiddətindən hər bir hamilə qa­dın bət­nin­dəkini vaxtından əvvəl sala­caqdır. O günün qorxusundan ağıllarının getdiyi üçün sanki sən insanları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar heç də şərab içdikləri üçün sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir. Elə bu əzabın şiddəti ağıllarını başlarından almışdır.

22:3Страница 332

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّبِعُ كُلَّ شَيۡطَٰنٖ مَّرِيدٖ ٣

Среди людей есть такие, которые спорят об Аллахе, не имея знаний, и следуют за всяким мятежным дьяволом.

İnsanlardan bəziləri, heç bir elmə istinad etmədən Allahın ölüləri diriltməyə qadir olması barədə müba­hi­sə edir və o bu batil etiqadında və sözündə Rəbbinə qarşı hər bir üsyankar şeytanların və azğın imamların ardınca gedir.

22:4Страница 332

كُتِبَ عَلَيۡهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهۡدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ٤

Ему было предписано, что любого, кто сочтет его своим покровителем и помощником, он введет в заблуждение и приведет к мучениям в Пламени.

Kim insanlardan və cinlərdən olan üsyankar şeytanları özünə rəhbər tutub, onların ardınca gedərsə, bu şeytanlar onu doğru yoldan azdırar, küfür və günahlarla onu alovlu Odun əza­bına sürükləyər.

22:5Страница 332

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ ٥

О люди! Если вы сомневаетесь в воскрешении, то ведь Мы сотворили вас из земли, потом - из капли, потом - из сгустка крови, потом - из разжеванного кусочка, сформировавшегося или не сформировавшегося. Так Мы разъясняем вам истину. Мы помещаем в утробах то, что желаем, до назначенного срока. Потом Мы выводим вас младенцами, чтобы вы могли достигнуть зрелого возраста. Одни из вас умирают, другие же возвращаются в жалкую старость и забывают все, что знали. Ты видишь безжизненную землю. Но стоит Нам ниспослать на нее воду, как она приходит в движение, набухает и порождает всякие прекрасные растения.

Ey insanlar! Öldükdən sonra sizi yenidən di­ri­ltməyə qadir olduğumuza şübhə edirsinizsə elə isə ilk yaradılışınızı yada salıb, bir düşünün. Biz atanız Adəmi tor­paqdan, onun zürriyyətindən gələn insanları isə kişinin qadının bətninə buraxdığı nütfədən yaratdıq. Bunun ardından həmə nütfə lax­ta­lan­mış qana, da­ha son­ra isə bu nüftə, çeynənmiş ət parçaına oxşar bir hala düşər. Sonra bu ət parçası tam bir şəkilə salınmış halda dünyaya göz açana qədər ana bətnində qalar. Bəzəndə tam bir şəkilə salınmamış halda ana bətni onu vaxtından əvvəl salar. Sizi mərhələli bir şəkildə yaratmağımızın hamısı qüd­rə­ti­mizi sizə bə­yan etmək üçündür. Biz bətnlərdəkiləri is­­tədi­yi­mizi müəyyən bir vaxt yetişənə qədər sax­layırıq. Bu müddət doqquz aydır. Sonra sizi analarınıızın bətnindən uşaq olaraq doğurub çı­xardırıq, sonra da sizi qüvvətin və ağılın ən kamillik həddinə qədər çatdırırıq. Sizdən bəziləri bu vaxt gəlmədən öncə vəfat edər, bəziləriniz də qüvvətinin və ağlının zəyiflədiyi, ömrünün ən ixtiyar yaşına qədər yaşayar və vax­tilə bildiyi şey­ləri tamamilə unudub körpə bir uşaq kimi olar. Sən yer üzünü cansız və bitkisi olmayan bir halda gö­rürsən. Biz ona yağ­mur endirdiyimiz za­man o, cana gə­lib, qaba­rar və cür­bə­cür gözəl mənzərəli bitkilər biti­rir.

22:6Страница 333

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّهُۥ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٦

Это происходит, потому что Аллах является Истиной, оживляет мертвых и способен на всякую вещь,

Sizlərə zikir etdiyimiz bu şeylər - yaradılışınızın başlanğıcı və dünyaya gələnlərin yaradılış mərhələləri - ibadət etdiyiniz bütlərin tam əksi olaraq, sizləri yaradan və Özü barədə heç bir şəkk-şübhə olmayan, haqq olan Uca Allaha iman etməniz, Onun ölüləri dirildəcəyini, hər şeyə qadir olduğunu və heç bir şeyin Onu aciz edə bilməyəcəyini qəbul etməniz üçündür.

22:7Страница 333

وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبۡعَثُ مَن فِي ٱلۡقُبُورِ ٧

потому что Час, в котором нет сомнения, непременно наступит и потому что Аллах воскресит тех, кто в могилах.

Bu, həm də baş verəcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət saatının vaqe olacağına inanmağınız üçündür. Şübhəsiz ki, Uca Allaha, əməllərin qarşılığını vermək üçün ölüləri qəbirlərindən di­rildəcəkdir.

22:8Страница 333

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ ٨

Среди людей есть такой, который спорит об Аллахе, не имея ни знаний, ни верного руководства, ни освещающего Писания.

Kafirlər içində onları haqqa ulaşdıran elmləri və ya tutarlı dəlilləri yaxud da onlara haqqı göstətmək üçün əllərində Allah qatından nazil edilmiş açıq-aydın bir kitabları olmadığı bir halda Allahın vəhdaniyyəti barədə elmsiz bir şəkildə mübahisə edənlər də vardır.

22:9Страница 333

ثَانِيَ عِطۡفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِۖ لَهُۥ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَنُذِيقُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَذَابَ ٱلۡحَرِيقِ ٩

Он надменно поворачивает шею, чтобы сбить других с пути Аллаха. Ему уготован позор в этом мире, а в День воскресения Мы дадим ему вкусить мучения от обжигающего Огня.

O, insanları imandan və Uca Allahın dinini qəbul etməkdən mane olmaq üçün başını təkəbbürlə sağa-sola çevirər. Halı belə olan bir kimsə, onu yaxalayacaq əzab ilə dünyada rüsvay ola­caq və axirətdə isə Biz ona yandırıcı atəşin əzab-əziyyətini nəsib edə­cə­yik.

22:10Страница 333

ذَٰلِكَ بِمَا قَدَّمَتۡ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ١٠

Ему будет сказано: «Это - за то, что приготовили твои руки, ведь Аллах не поступает несправедливо с рабами».

Ona belə deyiləcəkdir: "Daddığınız bu əzab dünyada ikən etdiyiniz küfür və günahlara görədir. Yoxsa Allah qullarına əsla günahsız yerə zülm etməz!"

22:11Страница 333

وَمِنَ ٱلنَّاسِ مَن يَعۡبُدُ ٱللَّهَ عَلَىٰ حَرۡفٖۖ فَإِنۡ أَصَابَهُۥ خَيۡرٌ ٱطۡمَأَنَّ بِهِۦۖ وَإِنۡ أَصَابَتۡهُ فِتۡنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجۡهِهِۦ خَسِرَ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةَۚ ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ١١

Среди людей есть и такой, который поклоняется Аллаху, находясь на грани между верой и неверием. Если ему достается добро, то благодаря этому он чувствует себя уверенно; если же его постигает искушение, то он оборачивается вспять. Он теряет как этот мир, так и Последнюю жизнь. Это и есть очевидный убыток!

İnsanlardan səksəkə içində olub, Uca Alla­ha şəkk-şübhə ilə ibadət edənlər də vardır. Əgər özlərinə sağlamlıq və ya zənginlik kimi bir xeyir bəxş edilərsə, imandan möhkəm yapışıb, Allaha ibadətində davamlı olar. Əgər başına xəstəlik və ya fəqirlik kimi bir müsibət gəlsə, dininə qarşı bədbinlik edər və dindən üz dön­də­rib yenidən küfrə qayıdar. Belə kimsə dünyasını ziyana uğratmış kimsədir. Çünki onun Allaha küfr edib, dindən dönməsi onun üçün əvvəlcədən yazılmız dünya payından heç bir şey artırmaz. Beləsi qiyamət günü Allahın əzabına düçar olacağına görə axirətini də itirimiş kimsədir. Ger­çək zərər də elə bu­dur.

22:12Страница 333

يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ ١٢

Вместо Аллаха он взывает к тому, что не приносит ему ни вреда, ни пользы. Это и есть глубокое заблуждение!

O, Allahı tərk edərək, asi olduqda özü­nə nə zə­rər verə bilməyən, nə də ki, ona itaət etdikdə özünə bir xeyir verə bil­mə­yən bütlərə yalvarıb-yaxarar. Bütlərə edilən dualar nə fayda verər, nə də ki, bir zərər. Haqqdan açıq-aydın az­maq da elə budur!

22:13Страница 333

يَدۡعُواْ لَمَن ضَرُّهُۥٓ أَقۡرَبُ مِن نَّفۡعِهِۦۚ لَبِئۡسَ ٱلۡمَوۡلَىٰ وَلَبِئۡسَ ٱلۡعَشِيرُ ١٣

Он взывает к тому, кто может быстрее навредить, чем принести пользу. Плох такой господин! Плох такой товарищ!

Bu kafir, zərəri həddindən artıq çox olan, xeyri isə heç olmayan bütlərə yalvarıb-yaxararaq ibadət edər. Zərəri xey­rin­dən daha çox olan məbud necə də pis bir məbuddur. Belə bir məbud, ondan yardım tələb edən kimsələr üçün necə də pis bir yardımçıdır və bu məbudlar, onları özünə ya­xın bir yoldaş edən kimsələr üçün necə də pis bir yol­daş­dır!

22:14Страница 333

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ ١٤

А тех, которые уверовали и совершали праведные деяния, Аллах введет в Райские сады, в которых текут реки. Воистину, Аллах поступает так, как пожелает.

Allah iman gətirib yaxşı işlər gö­rənləri qəsrləri altın­dan çay­lar axan cən­nətlərə daxil edər. Şübhəsiz ki, Allah rəhmət etmək istə­di­yi kimsəyə rəhməti və cəzalandırmaq istədiyi kimsəyə də cəzası ilə istədiyini edər. Kimsə Uca Allahı zorla bir işi görməyə məcbur etmək iqtidarında deyildir.

22:15Страница 333

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ فَلۡيَمۡدُدۡ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لۡيَقۡطَعۡ فَلۡيَنظُرۡ هَلۡ يُذۡهِبَنَّ كَيۡدُهُۥ مَا يَغِيظُ ١٥

Кто полагает, что Аллах не окажет ему (Мухаммаду) помощи в этом мире и в Последней жизни, пусть подвяжет веревку к небу (или потолку), а затем перережет ее и посмотрит, устранит ли его хитрость то, что вызывает его ярость.

Kim Uca Allahın, dünyada və axi­rətdə Öz peyğəmbərinə (sallallahu aleyhi və səlləm) yardım etməyəcəyini güma­n edirsə, qoy evinin tavanına bir ip salıb boy­nu­na keçirsin və ayağını da yerdən üz­ərək nəfəsini kəssin və sonra gör­sün ki, onun bu hiyləsi, qəlbində qə­zəbinə sə­bəb olan şeyə mane ola biləcəkmi?! İnadkar insan istəsə də və ya istəməsə də Allah Öz peyğəmbərinə mütləq yardım edəcəkdir.

22:16Страница 334

وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ ءَايَٰتِۭ بَيِّنَٰتٖ وَأَنَّ ٱللَّهَ يَهۡدِي مَن يُرِيدُ ١٦

Таким образом Мы ниспослали его (Коран) в виде ясных аятов, и Аллах ведет прямым путем того, кого пожелает.

Sizə öldükdən sonra yenidən dirlməyi açıq-aydın dəlillərlə izah etdiyimiz kimi, Quranı da açıq-aydın dəlillərlə Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil etdik. Şübhəsiz ki, Allah, Öz lütfü ilə is­tədiyi kəsi doğru yola yönəldər və müvəffəq edər.

22:17Страница 334

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلۡمَجُوسَ وَٱلَّذِينَ أَشۡرَكُوٓاْ إِنَّ ٱللَّهَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ١٧

В День воскресения Аллах рассудит между верующими, исповедующими иудаизм, сабиями, христианами, огнепоклонниками и многобожниками. Воистину, Аллах является Свидетелем всякой вещи.

Şübhəsiz ki, Uca Allah Qiyamət günü bu ümmətdən tək Allaha iman edənlər, yəhudilər, sa­bi­ilər, (sa­bi­ilər: bəzi peyğəmbərlərin ardıcılları olmuş bir qövmdür) nəsrani­­lər, atəşə və bütlərə sitayiş edənlər ara­sında hökm ve­rəcək, möminləri Cənnətə və onlardan qeyrilərini isə Cəhənnəmə daxil edəcəkdir. Həqiqətən, Uca Allah qullarının bütün söz və əməllərinə şahiddir və bunlardan heç bir şey Ona gizlin qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir.

22:18Страница 334

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَسۡجُدُۤ لَهُۥۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُ وَٱلنُّجُومُ وَٱلۡجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٞ مِّنَ ٱلنَّاسِۖ وَكَثِيرٌ حَقَّ عَلَيۡهِ ٱلۡعَذَابُۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكۡرِمٍۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ۩ ١٨

Неужели ты не видишь, что перед Аллахом падают ниц те, кто на небесах и на земле, солнце, луна, звезды, горы, деревья, животные и многие люди. А многие из них заслуживают мучений. Никто не окажет почтения тому, кого унизит Аллах. Воистину, Аллах поступает так, как пожелает.

Ey Peyğəmbər! Məgər göylərdə olan bütün mələklərin, və yer­də insan və cinlərdən mömin olan­la­rın, səmada olan günəşin, ayın, ul­duz­la­rın, yer üzərində olan dağların, ağacların, hey­vanların və bir çox insanların itaət edərək Uca Alla­h qarşısında boyun əyib səcdə etdiklərini və bir çox insanlarında Uca Allaha səcdə etməkdən imtina etdiyini bilmirsənmi?! Uca Allaha səcdə etməkdən boyun qaçıranlar, etdikləri küfrdən dolayı Allahın əzabına la­yiq olan kimsələrdir. Uca Allah kimi küfr və günahlarına görə alçaldarsa, heç kəs onu səadətə qovuşdura bilməz. Həqiqətən, Allah istə­di­yi­ni edər. Kimsə Onu əsla istəmədiyi bir işə məcbur edə bilməz.

22:19Страница 334

۞ هَٰذَانِ خَصۡمَانِ ٱخۡتَصَمُواْ فِي رَبِّهِمۡۖ فَٱلَّذِينَ كَفَرُواْ قُطِّعَتۡ لَهُمۡ ثِيَابٞ مِّن نَّارٖ يُصَبُّ مِن فَوۡقِ رُءُوسِهِمُ ٱلۡحَمِيمُ ١٩

Вот две тяжущиеся группы, которые препирались по поводу своего Господа. Для тех, которые не уверовали, выкроят одеяния из Огня, а на головы им будут лить кипяток.

Bu, hansının haqqa daha yaxın olduğunu isbat etmək üçün Rəbbi barə­sin­də hö­cət­ləşən iki dəstədir. İman edən dəstəninmi, yoxsa küfr edən dəstənin? Paltar insanı bürüdüyü kimi, Cəhənnəm atəşi də kafir olan dəstəni elə bi­çi­lə­cək və başlarına olduqca qaynar su tö­küləcəkdir.

22:20Страница 334

يُصۡهَرُ بِهِۦ مَا فِي بُطُونِهِمۡ وَٱلۡجُلُودُ ٢٠

От него будут плавиться их внутренности и кожа.

Suyun şiddətli hərarətindən bətn­lə­rin­də­ olan bağırsaqları əriyər və bu suyun hərarəti dərilərinə keçib onuda əridər.

22:21Страница 334

وَلَهُم مَّقَٰمِعُ مِنۡ حَدِيدٖ ٢١

Для них уготованы железные палицы.

Mələklərin Cəhənnəmdə onların başlarına vurmaq üçün dəmirdən top­puzlar da hazırlanmışdır.

22:22Страница 334

كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَا مِنۡ غَمٍّ أُعِيدُواْ فِيهَا وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ ٢٢

Каждый раз, когда они захотят выбраться оттуда и избавиться от печали, их вернут обратно. Вкусите мучения от обжигающего Огня!

Kafirlər Cəhənnəmdə gördükləri əzabdan və düşdükləri qəm-qüssədən canlarını qurtarmaq üçün hər dəfə oradan çıxmaq istədikdə, onlar yeni­dən oraya qayta­rı­la­caq və onlara: "Dadın yandırıcı Cəhənnəmin əza­bını!" – de­yiləcəkdir.

22:23Страница 334

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ ٢٣

А тех, которые уверовали и совершали праведные деяния, Аллах введет в Райские сады, в которых текут реки. Там они будут украшены золотыми браслетами и жемчугом, а их одеяния будут из шелка.

İman edən dəstəyə gəldikdə isə, onlar, Allah iman gətirib yaxşı işlər görən kimsələrdir. Uca Allah onları qəsrləri və ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­dir. Uca Allah onları orada qızıl bilərzik­lərlə və mirvarilərlə bəzədəcəkdir. Onları Cənnətdəki li­bas­ları isə ipək­dən olacaqdır.

22:24Страница 335

وَهُدُوٓاْ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلۡقَوۡلِ وَهُدُوٓاْ إِلَىٰ صِرَٰطِ ٱلۡحَمِيدِ ٢٤

Их научили благим словам и наставили на путь Достохвального.

Uca Allah dünya həyatında onları Lə İlahə illəllah (Allahdan başqa ibadətə haqqı olan haqq məbudun olmadığına şəhadət gətirməyə), Allahu Əkbər (Allah ən böyükdür), Əlhəmdulləh (Həmd-sənalar Uca Allaha aiddir) kimi gözəl kəlamlara nail etmiş və eyni zaman da tə­rifə­layiq İislam yolu­na yönəltmişdir.

22:25Страница 335

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ ٱلَّذِي جَعَلۡنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلۡعَٰكِفُ فِيهِ وَٱلۡبَادِۚ وَمَن يُرِدۡ فِيهِ بِإِلۡحَادِۭ بِظُلۡمٖ نُّذِقۡهُ مِنۡ عَذَابٍ أَلِيمٖ ٢٥

Воистину, тем, которые не веруют, сбивают других с пути Аллаха, не пускают их в Заповедную мечеть, которую Мы воздвигли для всех людей, независимо от того, проживают они в ней или кочуют, а также тем, кто желает там уклониться от истины по несправедливости, Мы дадим вкусить мучительные страдания.

Şübhəsiz ki, Uca Allahı inkar edənlərə, insanların İslamı qəbul etməsinə mane olanlara, Hüdeybiyyə ilində müşriklərin etdikləri kimi insanların Məscidulharama daxil olmalarına izin verməyənlərə şiddətli əzab daddı­racağıq. Biz bu məscidi, insanlar üçün namazlarında qiblə, həcc və ömrə ayinlərinin icrası üçün müqəddəs bir yer qıldıq. Oranı, Məkkənin yerli əhalisi və gəlmələr üçün eyni səviyyədə etdik. Kim orada haqqdan meyil edərək qəsdən günah et­mək istəyərsə, ona ağrılı-acılı bir əzab daddı­rarıq.

22:26Страница 335

وَإِذۡ بَوَّأۡنَا لِإِبۡرَٰهِيمَ مَكَانَ ٱلۡبَيۡتِ أَن لَّا تُشۡرِكۡ بِي شَيۡـٔٗا وَطَهِّرۡ بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ٢٦

Вот Мы указали Ибрахиму (Аврааму) на место Дома (Каабы): «Ничего не приобщай ко Мне в сотоварищи и очищай Мой Дом (Каабу) для тех, кто совершает обход, выстаивает намазы, кланяется и падает ниц».

Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Biz İbrahimə - aleyhissəlam - müqəddəs evin yerini və bilinməyən hüdudlarını göstərib: "Mə­nə ibadətdə heç bir şeyi şərik qoşma, yalnız tək Mənə ibadət et və evimi də orada təvaf edənlər və na­maz qılanlar üçün hissi və mənəvi pisliklərdən təmizlə!" – de­yə vəhy etdik.

22:27Страница 335

وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ ٢٧

Возвести людям о хадже, и они будут прибывать к тебе пешком и на всех поджарых верблюдах с самых отдаленных дорог.

Sənə bina etməyi əmr etdiyimiz bu evi insanların həcc etmələri üçün onlara yüksək səslə səslən ki, onlarda sənin yanına piyada və ya hər bir uzaq yol­dan gələn və səfər məşəqqətindən yorulub, taqətdən düşmüş dəvələr üs­tündə gəl­sin­lər.

22:28Страница 335

لِّيَشۡهَدُواْ مَنَٰفِعَ لَهُمۡ وَيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ فِيٓ أَيَّامٖ مَّعۡلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۖ فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡبَآئِسَ ٱلۡفَقِيرَ ٢٨

Пусть они засвидетельствуют то, что приносит им пользу, и поминают имя Аллаха в установленные дни над скотиной, которой Он наделил их. Ешьте от них и кормите неимущего страдальца!

Qoy insanlar günahların bağışlanması, savab əldə etmək və müsəlmanların həqiqətən də tək bir ümmət olması və s. bu kimi öz mənfəətlə­rinin şa­hi­di olmaları üçün həccə gəlsinlər və məlum gün­lər­də, yəni: zülhiccə ayının onuncu günü və sonrakı üç gündə Allahın sizə ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmən heyvanlardan qurban kəssinlər. Bu həcc qurbanlarından həm özü­nüz də yeyin, həmdə ki, fəqir olan ehtiyac sahiblərinə ondan ye­dir­din!

22:29Страница 335

ثُمَّ لۡيَقۡضُواْ تَفَثَهُمۡ وَلۡيُوفُواْ نُذُورَهُمۡ وَلۡيَطَّوَّفُواْ بِٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ ٢٩

Затем пусть они завершат свои обряды, исполнят свои обеты и обойдут вокруг древнего Дома (Каабы).

Sonra həccin qalan ayinlərini ta­mamla­sın­lar, saçlarını qırxaraq, dırnaqlarını kəsmək və ihramda olmaları səbəbindən üzərlərinə yığılmış kirlərdən bədənlərini təmizləyərək ihram libasından çıxsınlar, həcc və ya ömrə yaxud qurban kimi özlərinə vacib etdikləri ibadətləri yerinə yetirsinlər və Uca Allahın zalımların əlindən qurtardığı qə­dim Kəbə evini təvaf etsinlər!

22:30Страница 335

ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ ٣٠

Вот так! Кто почитает святыни Аллаха, тот поступает во благо себе перед своим Господом. Вам дозволена скотина, кроме той, о которой вам читается. Избегайте же скверны идолов и избегайте лживых речей.

Sizə əmr edilənlər - başınızı qırxmaq, dırnaqlarınızı kəsmək, bədəninizi kirdən təmizləmək, özünüzə vacib etdiyiniz ibadətləri yerinə yetirmək və nəhayət Kəbə evini tavaf etmək - Uca Allahın sizə fərz buyurdugu hökmlərdir. Elə isə Allahın hökmlərinə hörmət və sayğı ilə yanaşın! Hər kim ihram libasında ikən Alla­hın haram buyurduqlarına hör­mət etdərək, Allahın qadağan etdiyi əməllərdən özünü qoruyub, saxlayarsa bu, Rəbbi yanında dünya və axirətdə onun üçün daha xeyirli olar. Ey İnsanlar! sizə, dəvə, inək və qoyun heyvanları halal edilmişdir. Uca Allah bu heyvanlardan sizə Hamidən (Bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir), Bə­hi­rədən (Bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), Və­siləndən (Bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və Quranda sizə oxu­nan leş və qandan başqa heç bir şey haram etməmişdir. Elə isə iyrənc və çirkin büt­lərdən uzaq durun. Uca Allah adından və yaratdıqları adından yalan söyləmək­dən və hər bir batil sözdən çəkinin.

22:31Страница 336

حُنَفَآءَ لِلَّهِ غَيۡرَ مُشۡرِكِينَ بِهِۦۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخۡطَفُهُ ٱلطَّيۡرُ أَوۡ تَهۡوِي بِهِ ٱلرِّيحُ فِي مَكَانٖ سَحِيقٖ ٣١

Оставайтесь ханифами и не приобщайте к Нему сотоварищей. А кто приобщает сотоварищей к Аллаху, тот словно падает с неба, и птицы подхватят его, или же ветер забросит его в далекое место.

Uca Allahın razı olduğu tək İslam dinindən başqa bütün dinlərdən uzaq duraraq, üzünüzü yalnız İslama çevirin. İbadətdə Ona heç bir şeyi şərik qoşmayın. Allaha şərik qoşan kimsə, sanki göydən yerə düşən, ətini və sümüyünü quşların qamarlayıb apardığı ya­xud küləyin sovurub uzaq bir yerə atdığı kimsəyə bənzər.

22:32Страница 336

ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ شَعَٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقۡوَى ٱلۡقُلُوبِ ٣٢

Вот так! И если кто почитает обрядовые знамения Аллаха, то это исходит от богобоязненности в сердцах.

İxlasla tək Allaha ibadət etmək, bütlərdən və yalan söz söyləməkdən uzaq durma Allahın sizə olan əmridir. Hər kim Alla­hın ayin­lə­rinə (qurbanlıq heyvanlara və ya həcc əməllərinə) hörmət edərsə, əlbəttə ki, bu, qəlb­lə­rin Allahdan qorxmasındadır.

22:33Страница 336

لَكُمۡ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ ٣٣

Они (жертвенные животные) приносят вам пользу до определенного времени, а место их заклания - у древнего Дома (Каабы).

Məkkədə kəsdiyiniz həcc qurbanlarında sizin üçün müəyyən faydalar vardır. Beləki siz, bu heyvanları, Uca Allahın zalımların əlindən qurtardığı qə­dim Kəbə evini yaxınlığında kəsdiyiniz vaxta qədər minir, südünü içir, onların yunundan və nəslindən istifadə edirsiniz.

22:34Страница 336

وَلِكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكٗا لِّيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۗ فَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَلَهُۥٓ أَسۡلِمُواْۗ وَبَشِّرِ ٱلۡمُخۡبِتِينَ ٣٤

Для каждой общины Мы установили места жертвоприношений (или религиозные обряды), чтобы они поминали имя Аллаха над скотиной, которой Он наделил их. Ваш Бог - Бог Единственный. Будьте же покорны Ему. А ты сообщи благую весть смиренным,

Biz hər bir keçmiş ümmətə onların qurban kəsib Allaha yaxınlaşmaları üçün müəyyən bir qurban­gah təyyin etdik ki, Alla­hın onlara ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmin heyvanlardan qurban kəssinlər.Ey İnsanlar! Haqq olan məbudunuz təkdir. Onun heç bir şəriki və ortağı yoxdur. Elə isə siz yalnız Ona ita­ət edərək, boyun əyin. Ey Peyğəmbər! Allahdan qorxub ixlasla yalnız Ona ibadət edənlərə olanları sevindirəcək şeylərlə xəbər ver.

22:35Страница 336

ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَٱلصَّٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمۡ وَٱلۡمُقِيمِي ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٣٥

сердца которых при упоминании имени Аллаха переполняются страхом, которые терпеливы к тому, что их постигает, совершают намаз и расходуют из того, чем Мы их наделили.

O kəslərə ki, Allah anıl­dığı za­man Onun əzabından qorxar, Onun əmrinə müxalif olmaqdan uzaq durar, baş­ları­na gələ­n bəlalara səbir edər, namazlarını vaxtı-vaxtında kamil şəkildə yerinə yetirər və Allahın on­lara ver­di­yi ru­zidən xeyirxah işlər üçün xərc­lə­yərlər.

22:36Страница 336

وَٱلۡبُدۡنَ جَعَلۡنَٰهَا لَكُم مِّن شَعَٰٓئِرِ ٱللَّهِ لَكُمۡ فِيهَا خَيۡرٞۖ فَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا صَوَآفَّۖ فَإِذَا وَجَبَتۡ جُنُوبُهَا فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡقَانِعَ وَٱلۡمُعۡتَرَّۚ كَذَٰلِكَ سَخَّرۡنَٰهَا لَكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٣٦

Жертвенных верблюдов Мы сделали для вас обрядовыми знамениями Аллаха. Они приносят вам пользу. Произносите же над ними имя Аллаха, когда они стоят рядами. Когда же они падут на свои бока, то ешьте от них и кормите тех, кто довольствуется малым, и тех, кто просит от нищеты. Так Мы подчинили их (верблюдов) вам, - быть может, вы будете благодарны.

Məscidulharama qurbanlıq olaraq göndərdiyiniz dəvə və inəyi də sizin üçün dinin ayin­lə­rin­dən və əlamətlərindən biri et­dik. Bu heyvanlarda si­zin üçün dini və dünyəvi mənfəətlər vardır. Dəvənin qaçmaması üçün iki əlindən birini bağlı, ayaq üstə durmuş vəziyyətdə kəsmək istədiyinizdə Bismilləh deyin. Ey qurban kəsən kimsələr! Kəsdikdən sonra heyvan böyrü üs­tə yıxıl­dıqları za­man on­lardan özünüz də ye­yin, istəməkdən çəkinən fəqirə və ondan özünə verilməsini istəyən kasıba və dilənçiyə də verin. Bu heyvanlara minməyi və onlar üzərində ağır yüklərinizi daşımağı sizə ram etdiyimiz kimi, onları Allah üçün kəsmək istədiyiniz yerə aparmanızı da sizə asanlaşdırdıq ki, bəlkə Uca Allah bu heyvanları sizin ixtiyarınıza buraxdığına görə Ona şü­kür edə­siniz!

22:37Страница 336

لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقۡوَىٰ مِنكُمۡۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمۡ لِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡۗ وَبَشِّرِ ٱلۡمُحۡسِنِينَ ٣٧

Ни мясо, ни кровь их не доходят до Аллаха. До Него доходит лишь ваша богобоязненность. Так Он подчинил их вам, чтобы вы возвеличивали Аллаха за то, что Он наставил вас на прямой путь. Обрадуй же благой вестью творящих добро.

Kəsdiyiniz qurbanların ətləri və qanları Allaha çatmaz. Lakin Allaha yaxınlaşmaq məqsədi ilə Onun əmrinə tabe olub bu heyvanlardan kəsdiyinizə görə itaətinizdəki təq­va­nız Uca Allaha ça­tar. Uca Allah sizi haqqa yönəlt­di­yinə görə Onu uca tu­tub, Onun şəninə təkbirlər (Allahu-Əkbər) gətirəsiniz deyə, bu hey­vanları si­zə beləcə ram etdi. Ey Peyğəmbər! Rəbbinə ibadətində və insanlarla xoş müamilədə olan kimsələri onları sevindirəcək şeylərlə müj­dələ!

22:38Страница 336

۞ إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓاْۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٖ كَفُورٍ ٣٨

Воистину, Аллах оберегает тех, кто уверовал. Воистину, Аллах не любит всяких неблагодарных изменников.

Hə­qi­qə­tən, uca Allah, Ona iman gəti­rən­ləri düşmənlərinin şərindən mühafizə edir. Şübhəsiz ki, Allah, əmanətinə xəyanət edən xaini, Allahın nemətlərinə qarşı nankorluq edib və bunlara görə Uca Allaha şükür etməyəni sevmir. Əksinə, O, belə kimsələrə qəzəblənir.

22:39Страница 337

أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمۡ ظُلِمُواْۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصۡرِهِمۡ لَقَدِيرٌ ٣٩

Дозволено тем, против кого сражаются, сражаться, потому что с ними поступили несправедливо. Воистину, Аллах способен помочь им.

Uca Allah, düşmənləri tərəfindən zülümə məruz qalmış möminlərə, Allah yolunda müşriklərlə vu­ruş­mağa ica­zə ve­rir. Şübhəsiz ki, Allah, döyüşsüz də, möminlərə düşmənləri üzərində qələbə nəsib etməyə qadirdir. Lakin Allah Öz hikməti ilə möminləri düşmənlərlə vuruşaraq sınağa çəkməyi istəmişdir.

22:40Страница 337

ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِم بِغَيۡرِ حَقٍّ إِلَّآ أَن يَقُولُواْ رَبُّنَا ٱللَّهُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّهُدِّمَتۡ صَوَٰمِعُ وَبِيَعٞ وَصَلَوَٰتٞ وَمَسَٰجِدُ يُذۡكَرُ فِيهَا ٱسۡمُ ٱللَّهِ كَثِيرٗاۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ ٤٠

Они были несправедливо изгнаны из своих жилищ только за то, что говорили: «Наш Господь - Аллах». Если бы Аллах не позволил одним людям защищаться от других, то были бы разрушены кельи, церкви, синагоги и мечети, в которых премного поминают имя Аллаха. Аллах непременно помогает тому, кто помогает Ему. Воистину, Аллах - Всесильный, Могущественный.

Onlar: "Rəbbimiz Allah­dır, bizim Ondan başqa bir Rəbbimiz yoxdur" – dediklərinə görə, günahsız ye­rə, kafirlər tərəfindən öz yurd­larından çıxa­rıl­dı­lar. Əgər Uca Allah peyğəmbərlərə və möminlərə, kafirlərə qarşı döyüşməyə izin verməsəydi, bu zaman o kafirlər ibadətgahları, rahiblərin məbədlərini, nəsranilərin kilsələrini, yəhudilərin ibadət etdikləri yerləri və müsəlmanların namaz üçün hazırlayıb içində Uca Allahı çox andıqları məscid­ləri da­ğı­ldıb, yerlə yeksan edərdilər. Şübhəsiz ki, Uca Allah Öz dininə və peyğəmbərinə yardım edənlərə, mütləq yar­dım edər. Həqiqətən, uca Allah Öz dininə yardım edənlərə yardım etməyə qadirdir. O, Öz mülkündə qüc-qüvvət sahibidir, kimsə Ona qələbə çala bilməz.

22:41Страница 337

ٱلَّذِينَ إِن مَّكَّنَّٰهُمۡ فِي ٱلۡأَرۡضِ أَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ وَأَمَرُواْ بِٱلۡمَعۡرُوفِ وَنَهَوۡاْ عَنِ ٱلۡمُنكَرِۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ ٤١

Если Мы одарим их властью на земле, они будут совершать намаз, выплачивать закят, велеть совершать одобряемое и запрещать предосудительное. А исход всех дел - у Аллаха.

Uca Allahın onlara yardım edəcəyinə dair vəd verdiyi bu kimsələrə yer üzündə düşmənlərinə qarşı onlara zəfər nəsib edilib, hökm­ran­lıq verildikdə, namazı vaxtı-vaxtında, kamil bir şəkildə əda edər, mallarının zəkatını ve­rər, insanlara dinin əmr etdiyini əmr edib, qadağa etdiyini də qa­dağan edərlər. Bü­tün işlərin savab və cəza olaraq qarşılığı yalnız Allaha aid­dir.

22:42Страница 337

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَثَمُودُ ٤٢

Если они сочтут тебя лжецом, то ведь еще раньше пророков считали лжецами народ Нуха (Ноя), адиты, самудяне,

Ey Peyğəmbər! Əgər qövmün səni yalançı sayarsa, səbir et, çünki, sən qövmü tərəfindən yalançı sayılan ilk peyğəmbər deyilsən. Bil ki, səndən öncə Nuhun qövmü Nuhu, Ad qövmü Adı və Sə­mud qövmü də Səmudu yalançı say­mış­dı.

22:43Страница 337

وَقَوۡمُ إِبۡرَٰهِيمَ وَقَوۡمُ لُوطٖ ٤٣

народ Ибрахима (Авраама), народ Лута (Лота)

İbrahimin qövmü İbrahimi, Lutun qövmü də Lutu yalançı saymışdır.

22:44Страница 337

وَأَصۡحَٰبُ مَدۡيَنَۖ وَكُذِّبَ مُوسَىٰۖ فَأَمۡلَيۡتُ لِلۡكَٰفِرِينَ ثُمَّ أَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ٤٤

и жители Мадьяна. Мусу (Моисея) тоже сочли лжецом. Я предоставил отсрочку неверующим, а затем схватил их. Каким же было Мое обличение!

Mədyən əhalisi də Şueyb peyğəmbəri ya­lançı say­mışdı. Firon və onun camaatı da Musanı ya­lan­çı sa­ydı. Mən, göndərilən peyğəmbərləri yalan sayan qövmlərin azğınlıqlarında davam etmələri üçün onlara əzab verməyə tələsmədim. Sonra isə on­ları gözləmədikləri bir halda, qəfildən şiddətli bir əzabla ya­xa­la­dım. Mənim onları necə cəzalandırdığımı bir düşün. Mən onları, etdikləri küfr və günahlardan dolayı məhv etdim.

22:45Страница 337

فَكَأَيِّن مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا وَهِيَ ظَالِمَةٞ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئۡرٖ مُّعَطَّلَةٖ وَقَصۡرٖ مَّشِيدٍ ٤٥

Сколько селений, которые были несправедливы, Мы погубили, и теперь они разрушены до основания. Сколько заброшенных колодцев и воздвигнутых дворцов!

Biz, əhalisi küfr içində yaşayan və zalım olan bir çox məmləkətləri məhv etdik. Beləcə onların yaşadıqları yurdları, içində sakinləri olmayan xarabalığa, neçə-neçə su quyuları boş və quru quyulara çevrilmiş və Allahın əzabından qoruya bilməyən neçə-neçə hündür və bərbəzəkli qəsrləri boş qal­mışdı.

22:46Страница 337

أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَتَكُونَ لَهُمۡ قُلُوبٞ يَعۡقِلُونَ بِهَآ أَوۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۖ فَإِنَّهَا لَا تَعۡمَى ٱلۡأَبۡصَٰرُ وَلَٰكِن تَعۡمَى ٱلۡقُلُوبُ ٱلَّتِي فِي ٱلصُّدُورِ ٤٦

Разве они не странствовали по земле, имея сердца, посредством которых они могли разуметь, и уши, посредством которых они могли слушать? Воистину, слепнут не глаза, а слепнут сердца, находящиеся в груди.

Məgər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan sayan kimsələr, həlak edilmiş məmləkətlərin əlamətlərinə öz gözləri ilə şahid olmaq üçün yer üzündə gəzib dolaşaraq onların başına gələnlərdən düşünüb ibrət almazlarmı?! Həqiqi kor, heç də gözləri kor olan kimsə deyildir. Əksinə, həqiqi kor, insanı həlaka sürükləyən, qəlblərdə olan bəsirət gözünün kor olmasıdır. Belə olan bir kimsə nə nəsihət qəbul edər, nə də ki, öyüd-nəsihətdən ibrət alar.

22:47Страница 338

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَن يُخۡلِفَ ٱللَّهُ وَعۡدَهُۥۚ وَإِنَّ يَوۡمًا عِندَ رَبِّكَ كَأَلۡفِ سَنَةٖ مِّمَّا تَعُدُّونَ ٤٧

Они торопят тебя с наказанием, но Аллах не нарушает Своего обещания, и день у твоего Господа равен тысяче лет по тому, как вы считаете.

Ey Peyğəmbər! Qövmündən kafir olanlar səndən, qorxudulduqları əzabın dünyada və axirətdə özlərinə tez bir zamanda gəl­məsi­ni istəyirlər. Uca Allah onlara verdiyi və­di­ndən əs­la geri dönməz. Kafirlərə bu dünyada verilən əzabın bir növü də, Bədr günü onların başına gələn müsibətdir. Axirətin bir günü içərisindəki dəhşətli əzabdan dolayı, dünyada hesabladığınız vaxtın min ili kimidir!

22:48Страница 338

وَكَأَيِّن مِّن قَرۡيَةٍ أَمۡلَيۡتُ لَهَا وَهِيَ ظَالِمَةٞ ثُمَّ أَخَذۡتُهَا وَإِلَيَّ ٱلۡمَصِيرُ ٤٨

Скольким селениям, которые были несправедливы, Я предоставил отсрочку! Впоследствии Я схватил их, и ко Мне предстоит прибытие.

Küfr əməllərindən dolayı özlərinə zülm edərək zalım olan neçə-neçə məmləkət əhlinə, etdikləri günahlarda davam etsinlər deyə və onları gəfildən əzabımızla yaxalamağımız üçün onlara həmən əzab göndərməyib bir az möhlət ver­dim, son­ra da onları gözləmədikləri bir halda dəhşətli əzab­la yaxa­la­dım. Qiyamət günü onların dönüşü yalnız Mə­nədir! Mən onları dünyada ikən etdikləri küfrlərə görə əbədi bir əzabla cəzalandıracağam.

22:49Страница 338

قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمۡ نَذِيرٞ مُّبِينٞ ٤٩

Скажи: «О люди! Воистину, я для вас - предостерегающий и разъясняющий увещеватель».

De: Ey insanlar! Mən sizi təbliğ etdiyim şeylə xəbərdar edən bir peyğəmbərəm. Mən sizə Allahın əzabı ilə açıq-aşkar xə­bər­dar­lıq edə­nəm.

22:50Страница 338

فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ٥٠

Тем, которые уверовали и совершали праведные деяния, уготованы прощение и щедрый удел.

Uca Allaha iman edib, yaxşı işlər görən­lərə, Rəbbi yanında günahlardan bağışlanma, Cənnətdə ilə saysız-hesabsız və bol-bol ruzilər var­dır.

22:51Страница 338

وَٱلَّذِينَ سَعَوۡاْ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ٥١

Те же, которые старались ослабить Наши знамения, станут обитателями Огня.

Uca Allahın onlara əzab verməkdən aciz qalacağını düşünərək ayələrimizi yalan saymağa cəhd göstərən kimsələr, Cəhənnəm əhlidir. Dost dostu ilə daima birğə olduğu kimi, onlarda daima Cəhənnəmlə birğə olacaqlar.

22:52Страница 338

وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٖ وَلَا نَبِيٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلۡقَى ٱلشَّيۡطَٰنُ فِيٓ أُمۡنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ ثُمَّ يُحۡكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٥٢

Мы не отправляли до тебя такого посланника или пророка, чтобы дьявол не подбросил свое в его чтение, когда он читал откровение. Аллах уничтожает то, что подбрасывает дьявол. Потом Аллах утверждает Свои знамения, ведь Аллах - Знающий, Мудрый.

Ey Peyğəmbər! Səndən öncə göndərilən hər bir elçi və hər bir peyğəmbər Allahın kitabından oxumaq istədiyi zaman, şeytan insanları çaşdırmaq üçün onun oxu­duğuna giz­licə vəsvəsə ver­mişdir. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxarmış və Öz ayələrini şeytanın müdaxilə edərək dəyişməsindən sabit saxlamışdır. Allah hər şeyi bi­lən­dir. Ona heç bir şey gizli qalmaz. O, yaratmaq, hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir.

22:53Страница 338

لِّيَجۡعَلَ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ فِتۡنَةٗ لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡقَاسِيَةِ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِي شِقَاقِۭ بَعِيدٖ ٥٣

Он делает то, что подбрасывает дьявол, искушением для тех, чьи сердца поражены недугом и чьи сердца ожесточены. Воистину, беззаконники находятся в полном разладе с истиной.

Uca Allah, şeytanın peyğəmbərə vəsvəsə edərək ona giz­li təlqin etməsini, yalnız münafiqləri və­ qəlbləri daşlaşmış müşrikləri sınağa çəkmək üçün edər. Həqiqə­tən, münafiqlər və müşriklər Allaha və Onun elçisinə qarşı düşmənçilik bəsləyən, haqqdan və doğru yoldan aşıq-aydın uzaq olan kimsələrdir.

22:54Страница 338

وَلِيَعۡلَمَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَيُؤۡمِنُواْ بِهِۦ فَتُخۡبِتَ لَهُۥ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٥٤

Пусть знают те, кому даровано знание, что это - истина от твоего Господа, чтобы они могли уверовать в него, а их сердца могли смиренно покориться ему. Воистину, Аллах наставляет верующих на прямой путь.

Ey Peyğəmbər! Eyni zaman Uca Allah bunu, özlərinə elm verilmiş kimsələrin Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən Quranın həqiqətən də Allah tərəfindən haqq olaraq nazil edilən bir kitab olduğuna yəqin olmaları və qəlblərində Allaha olan imanlarının, təqva və itaətlərinin bir daha da artması üçün etmişdir. Şübhə­siz ki, uca Allah Ona iman gətirənləri, etdikləri itaətə görə heç bir əyriliyi olmayan doğru yola yönəl­dər.

22:55Страница 338

وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ فِي مِرۡيَةٖ مِّنۡهُ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةً أَوۡ يَأۡتِيَهُمۡ عَذَابُ يَوۡمٍ عَقِيمٍ ٥٥

А неверующие не перестанут сомневаться в нем, пока не нагрянет внезапно Час или пока не постигнут их мучения в бесплодный день.

Allaha küfr edib, Onun peyğəmbərini yalançı sayan kimsələr isə, Qiyamət saatı onlardan xəbərsiz başlarının üs­tünü ala­nadək, yaxud mərhəmət və xeyir olmayan bir günün əzabı onlara gə­lənədək, Uca Allahın sənə nazil etdiyi Quran barə­sin­də şəkk-şübhə içində olacaqlar.

22:56Страница 339

ٱلۡمُلۡكُ يَوۡمَئِذٖ لِّلَّهِ يَحۡكُمُ بَيۡنَهُمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ٥٦

Власть в тот день будет принадлежать Аллаху, и Он рассудит между ними. И тогда те, которые уверовали и совершали праведные деяния, окажутся в Садах блаженства.

Qiyamət günü - onların özlərinə vəd edildikləri əzab içində yenidən diriləcəkləri gün - hökm yalnız Alla­ha aid olacaq. Bu barədə heç bir ixtilaf ola bilməz. Uca Allah o gün möminlərlə kafirlər ara­sında hökm ve­rə­cəkdir­. Hər kəsə dünyada ikən etdiyi əməllərin qarşılığını verəcəkdir. Uca Allaha iman gətirib yaxşı işlər görənlər üçün böyük mükafat olaraq tükənməz nemətləri olan və orada əbədi qalacaqları Nəim cən­nətləri vardır.

22:57Страница 339

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ٥٧

Тем же, которые не уверовали и считали ложью Наши знамения, уготованы унизительные мучения.

Uca Allaha küfr edib və elçimizə nazil etdiyimiz ayələri yalan sayan kimsələrə gəldikdə isə, uca Allah Cəhənnəmdə onlar üçün zəlil edən, alçaldıcı bir əzabı hazırlamışdır.

22:58Страница 339

وَٱلَّذِينَ هَاجَرُواْ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوۡ مَاتُواْ لَيَرۡزُقَنَّهُمُ ٱللَّهُ رِزۡقًا حَسَنٗاۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٥٨

Аллах непременно наделит прекрасным уделом тех, которые переселились на пути Аллаха, а затем были убиты или умерли. Воистину, Аллах - Наилучший из дарующих удел.

Uca Allahın razılığını qazanmaq və dinini ayaqda tutmaq üçün vətənlərini və yurdlarını tərk edib, sonra Allah yolunda cihad edərkən öldürülən və ya­xud ölən­ kimsələri uca Allah Cənnətdə əbədi olan gö­zəl ruzilərlə ruziləndirəcəkdir. Hə­­qiqətən, uca və pak olan Allah ru­zi verənlərin ən xeyirlisidir!

22:59Страница 339

لَيُدۡخِلَنَّهُم مُّدۡخَلٗا يَرۡضَوۡنَهُۥۚ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٞ ٥٩

Он непременно введет их во вход, которым они останутся довольны. Воистину, Аллах - Знающий, Выдержанный.

Uca Allah onları sevinib, razı qala­caq­ları bir yerə daxil edə­cəkdir. O yer Cənnətdir. Hə­qi­qə­tən, uca Allah qullarının niyyətlərindən və əməllərindən xəbərdardır və onlara qarşı həlimdir, belə ki, etdikləri hər bir günaha görə onlara əzab verməyə tələsməz!

22:60Страница 339

۞ ذَٰلِكَۖ وَمَنۡ عَاقَبَ بِمِثۡلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِيَ عَلَيۡهِ لَيَنصُرَنَّهُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ ٦٠

Вот так! Если кто-либо наказывает так, как он сам был наказан, после чего с ним поступают несправедливо, то Аллах непременно поможет ему. Воистину, Аллах - Снисходительный, Прощающий.

Uca Allah bu ayədə, Allah yolunda hicrət edən mühacirlərin Cənnətə daxil olmasını və hər bir kimsənin özü­nə verilən cəza mislində cəza ver­sinin icazəli olduğunu xəbər vermişdir. Əgər zalim kimsə bundan sonra həddini aşaraq yenə də zülümə əl atarsa, bilsin ki, Allah ona qarşı müt­ləq məzluma kömək edəcəkdir. Şübhəsiz ki, Uca Allah möminlərin günahlarını əfv edən və onları bağış­layandır!

22:61Страница 339

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَأَنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ ٦١

Это потому, что Аллах удлиняет день за счет ночи и удлиняет ночь за счет дня, а также потому, что Аллах - Слышащий, Видящий.

Uca Allah mütləq məzlumu zalımın zülmündən xilas edərək ona kömək edər, çünki O, dilədiyi hər bir şeyə etməyə qadirdir. Birini artırıb, digərini isə azaldaraq gecəni gündüzə, gündüzü də gecəyə qatması Onun qüdrətinin təzahürüdür. Həqiqətən Uca Allah qullarının söylədiklərni eşidən və onların etdiklərini görəndir. Bunlardan heç bir şey Ona gizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir.

22:62Страница 339

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ٦٢

Это потому, что Аллах есть Истина, а то, чему они поклоняются помимо Него, есть ложь, а также потому, что Аллах - Возвышенный, Большой.

Uca Allahın gecəni gündüzə və gündüzü də gecəyə qatmasının səbəblərindən biri də Onun, dininin, vədinin və möminlərə yardım edəcəyinin haqq, müşriklərin Ondan başqa ibadət etdikləri bütlərin isə batil və əsassız məbudlar olduğu üçündür. Hə­qi­qətən, uca Allah zatı ilə bütün məxluqatı üzərində mütləq güc-güvvət sahibidir. O, əzəməti və cəlalı ilə ən uca və ən bö­yük­dür.

22:63Страница 339

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَتُصۡبِحُ ٱلۡأَرۡضُ مُخۡضَرَّةًۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ ٦٣

Неужели ты не видишь, как Аллах ниспосылает с неба воду, после чего земля зеленеет? Воистину, Аллах - Проницательный (или Добрый), Ведающий.

Ey Peyğəmbər! Məgər Allahın göydən yağış yağ­dırdığını və bundan sonra yer üzü­nü yamyaşıl bitkilərlə bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah yağış yağdırmaqla və bu yağış vasitəsilə yer üzündə müxtəlif növ bitkilər bitirməklə qullarına qarşı lütf­karlıq edəndir və onlara nəyin daha faydalı olduğunu biləndir. Bunlardan Ona heç bir şey əsla gizli qalmaz.

22:64Страница 339

لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ٦٤

Ему принадлежит то, что на небесах, и то, что на земле. Воистину, Аллах - Богатый, Достохвальный.

Göylərdə və yerdə nə varsa, hamısı yalnız Uca Allaha məxsusdur. Həqiqətən, Allah tükənməz zənginliyə sahibdir. Allah qətiyyən hər hansı bir məxluquna möhtac deyildir. O, hər çür həmd-sənalara və tərifə layiqdir.

22:65Страница 340

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ وَٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦ وَيُمۡسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلۡأَرۡضِ إِلَّا بِإِذۡنِهِۦٓۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ ٦٥

Разве ты не видишь, что Аллах подчинил вам все, что на земле, и корабли, которые плывут по морям по Его воле? Он удерживает небо, чтобы оно не упало на землю без Его соизволения. Воистину, Аллах сострадателен и милосерден к людям.

Ey Peyğəmbər! Uca Allahın, faydalanmanız və ehtiyaclarınızı ödəməniz üçün yer üzündəki canlı və cansız əşyaları sənin və insanların xidmətinə buraxdığını görmürsənmi? Uca Allah, dənizdə Onun əmri ilə hərəkət edən və bir ölkədən başqa bir ölkəyə getmənizi asanlaşdıran gəmiləri sizin ixtiyarınıza buraxmışdır. Göyü də Onun izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Əgər Allah ona yerə düşməyə izin versəydi, o, həmən yerə düşərdi. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir. İnsanların etdikləri günahların çoxluğuna rəğmət, Uca Allah yenə də bu şeyləri onların ixtiyarına buraxmışdır.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English