Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Хаджж 22:66–78
22:66Страница 340
وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ ٦٦
Он - Тот, Кто дарует вам жизнь, затем умерщвляет вас, а затем вновь оживляет. А человек, воистину, неблагодарен.
Sizi yoxdan var edərək həyat verən uca Allahdır. Sonra O, ömrünüz tükəndikdə sizi öldürəcək, daha sonra etdiyiniz əməlləri hesaba çəkmək üçün sizi yenidən dirildəcək və hər bir kəsə layiq olduğu əvəzi verəcəkdir. Şübhəsiz ki, insan, Allahın ona bəxş etdiyi nemətlərin çoxluğuna rəğmən, Allahdan başqasına ibadət edərək Rəbbinə qarşı çox nankordur.
22:67Страница 340
لِّكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكًا هُمۡ نَاسِكُوهُۖ فَلَا يُنَٰزِعُنَّكَ فِي ٱلۡأَمۡرِۚ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ إِنَّكَ لَعَلَىٰ هُدٗى مُّسۡتَقِيمٖ ٦٧
Для каждой общины Мы установили обряды, которые они отправляют, и пусть они не спорят с тобой по этому поводу. Призывай же к своему Господу. Воистину, ты - на прямом пути.
Biz hər ümmət üçün bir şəriət təyin etdik. Onlar bu şəriətə əsasən əməl edərlər. Ey Peyğəmbər! Qoy müşriklər və başqa dinlərə mənsub olanlar din və ya şəriət barəsində səninlə münaqişə etməsinlər. Çünki sən haqqa onlardan daha yaxınsan. Onlar isə batil əhlidir. Elə isə sən, insanları ixlasla tək Allaha ibadət etməyə dəvət et. Həqiqətən, sən heç bir əyriliyi olmayan ən doğru bir dindəsən.
22:68Страница 340
وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ٦٨
Если же они станут препираться с тобой, то скажи: «Аллаху лучше знать о том, что вы совершаете.
Əgər onlar, haqq özlərinə bəyan edildikdən sonra yenə də səninlə din və ya şəriət barəsində münaqişə etsələr, bu zaman onları təhdid edərək de: "Uca Allah etdiyinizi əməlləri daha yaxşı bilir. Əməllərinizdən ona heç bir şey gizli qalmaz. Allah Qiyamət günü dünya da ikən etdiyiniz əməllərin müqabilini sizə verəcəkdir!"
22:69Страница 340
ٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٦٩
Аллах рассудит между вами в День воскресения в том, в чем вы препирались между собой».
Uca Allah Qiyamət günü dünyada ikən ixtilafa düşdüyünüz şəri məsələlər barəsində mömin və kafir qulları arasında hökm verəcəkdir.
22:70Страница 340
أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ٧٠
Разве ты не знаешь, что Аллаху известно то, что на небе и на земле? Воистину, это есть в Писании. Воистину, это для Аллаха легко.
Ey Peyğəmbər! Məgər sən, Allahın göydə və yerdə olanların hamısını bildiyini bilirsənmi? Göylərdə, yerdə və onların arasında olan heç bir şey Ona gizli qalaz. Bütün bunların elmi lövhi-məhfuz deyilən bir kitabda əvvəlcədən qeyd edilmişdir. Şübhəsiz ki, bütün bunları bilmək, Allah üçün asandır.
22:71Страница 340
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَمَا لَيۡسَ لَهُم بِهِۦ عِلۡمٞۗ وَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٖ ٧١
Они поклоняются вместо Аллаха тому, о чем Он не ниспослал никакого довода, о чем у них нет никакого знания. Не будет у беззаконников помощников!
Müşriklər, Allahın Quranda onlara ibadət ediləcəyinə dair heç bir dəlil nazil etmədiyi Allahdan qeyri bütlərə tapınırlar. Onların bu barədə heç bir elmi dəlili yoxdur. Onların bu işdə tək dəlilləri, ata-babalarına kor-koranə təqlid etmələridir. Zalımlar üçün Allahın əzabından onları qoruyacaq bir yardımçıları yoxdur.
22:72Страница 340
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ تَعۡرِفُ فِي وُجُوهِ ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمُنكَرَۖ يَكَادُونَ يَسۡطُونَ بِٱلَّذِينَ يَتۡلُونَ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۗ قُلۡ أَفَأُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكُمُۚ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ٧٢
Когда им читают Наши ясные аяты, ты видишь на их лицах отрицание. Они готовы наброситься на тех, кто читает им Наши аяты. Скажи: «Не поведать ли вам о том, что хуже этого? Это - Огонь, который Аллах обещал тем, которые не уверовали. Как же скверно это место прибытия!».
Kafirlərə Qurandan açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə Quran ayələrini eşitdiklərinə görə nifrət hissi görərsən. Qəlblərindəki qəzəbin şiddətindən dolayı az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. Ey Peyğəmbər! Onlara belə de: "Sizə qəlbinizdə olan qəzəbdən və üz-gözünüzdə olan nifrət hissindən də daha şərlisini xəbər verimmi? Bu, Allahın, kafirlərin girəcəyinə dair vəd etdiyi Cəhənnəmdir. Onların varid olacaqları yer necə də pis bir yerdir!"
22:73Страница 341
يَٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٞ فَٱسۡتَمِعُواْ لَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخۡلُقُواْ ذُبَابٗا وَلَوِ ٱجۡتَمَعُواْ لَهُۥۖ وَإِن يَسۡلُبۡهُمُ ٱلذُّبَابُ شَيۡـٔٗا لَّا يَسۡتَنقِذُوهُ مِنۡهُۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلۡمَطۡلُوبُ ٧٣
О люди! Приводится притча, послушайте же ее. Воистину, те, кому вы поклоняетесь помимо Аллаха, не сотворят и мухи, даже если они объединятся для этого. Если же муха заберет у них что-нибудь, они не смогут отобрать у нее это. Слаб тот, кто добивается, и тот, от кого он добивается!
Ey insanlar! Sizə bir məsəl çəkilir, onu yaxşıca dinləyin və ondan ibrət alın. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bütlər və bunlardan qeyriləri, acizliyindən dolayı kiçik bir milçək belə yarada bilməzlər, hətta onlar bunun üçün bir araya gəlsələr belə. Əgər milçək bütlərin üstündə olan ətir və ya başqa bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Beləliklə də, bütlərin kiçik bir milçək yaratmaqdan və milçəyin onların üstündən bir şey götürüb apardıqda onu milçəkdən qeri almaqdan aciz olduqları üçün ondan da daha böyük şeyləri yaratmağa aciz olduqları ortaya çıxdı. Belə olan bir halda - onların aciz olmalarına rəğmən - necə ola bilər ki, onlar, Allahdan başqasına ibadət edirlər? İstəyən də, yəni: milçəyin ondan aldığı kiçik bir şeyi milçəkdən geri almağa qadir olmayan, ibadət edilən bütlər də acizdır və aldığını geri qaytarılmasını istənilən milçək də.
22:74Страница 341
مَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ ٧٤
Они не ценили Аллаха должным образом, а ведь Аллах - Всесильный, Могущественный.
Müşriklər Allahın yaratdığı bəzi məxluqlara ibadət edərək uca Allahı lazımınca təzim edib, uca tutmadılar. Şübhəsiz ki, uca Allah qüvvətlidir. Göyləri, yeri və onların arasında olanları yoxdan var edərək yaratması da, Onun güc və güvvətindəndir. Müşriklərin ibadət etdikləri heç bir şey yaratmayan, zəlil və zəyif bütlərin əksi olaraq, Uca Allah kimsənin qalib gələ bilməyəcəyi mütləq güc-güvvət və qüdrət sahibidir!
22:75Страница 341
ٱللَّهُ يَصۡطَفِي مِنَ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلٗا وَمِنَ ٱلنَّاسِۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ ٧٥
Аллах избирает среди ангелов и людей посланников. Воистину, Аллах - Слышащий, Видящий.
Uca Allah həm mələklərdən? həm də insanlardan elçilər seçir. Uca Allah Cəbrail kimi bəzi mələkləri peyğəmbərlərə göndərir. Allah Cəbraili insanlar içindən seçilmiş elçilərə göndərmişdir. İnsanlardan olan elçiləri də insanlara peyğəmbər göndərir. Şübhəsiz ki, Uca Allah müşriklərin elçilər barədə nə söylədiklərini eşidəndir, risaləsi üçün kimin daha layiq olduğunu görəndir!
22:76Страница 341
يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٧٦
Он знает их прошлое и будущее, и к Аллаху возвращаются дела.
Uca Allah, mələklər və insanlardan olan elçilərini yaratmazdan öncə və onlar vəfat etdikdən sonra onların hansı halda olduqlarını yaxşı bilir. Qiyamət günü bütün işlər nəticə etibarilə Allaha dönəcəkdir. Məhz o gün Uca Allah, bütün qullarını yenidən dirildib, dünya da ikən etdikləri əməllərin əvəzini onlara verəcəkdir!
22:77Страница 341
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱرۡكَعُواْ وَٱسۡجُدُواْۤ وَٱعۡبُدُواْ رَبَّكُمۡ وَٱفۡعَلُواْ ٱلۡخَيۡرَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ۩ ٧٧
О те, которые уверовали! Кланяйтесь, падайте ниц, поклоняйтесь вашему Господу и творите добро, - быть может, вы преуспеете.
Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edənlər! Namaz qıldıqda, Uca Allahın rizasını diləyərək yalnız Onun üçün rüku və səcdə edin. Sədəqə vermək, qohumluq əlaqələrini birləşdirmək və s. bu kimi yaxşı işlər görün ki, bəlkə mətləbinizə yetişib, qorxduğunuz şeydən canınızı qurtarasınız!
22:78Страница 341
وَجَٰهِدُواْ فِي ٱللَّهِ حَقَّ جِهَادِهِۦۚ هُوَ ٱجۡتَبَىٰكُمۡ وَمَا جَعَلَ عَلَيۡكُمۡ فِي ٱلدِّينِ مِنۡ حَرَجٖۚ مِّلَّةَ أَبِيكُمۡ إِبۡرَٰهِيمَۚ هُوَ سَمَّىٰكُمُ ٱلۡمُسۡلِمِينَ مِن قَبۡلُ وَفِي هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيۡكُمۡ وَتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِۚ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱعۡتَصِمُواْ بِٱللَّهِ هُوَ مَوۡلَىٰكُمۡۖ فَنِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ ٧٨
Усердствуйте на пути Аллаха надлежащим образом. Он избрал вас и не сделал для вас никакого затруднения в религии. Такова вера отца вашего Ибрахима (Авраама). Аллах нарек вас мусульманами до этого и здесь (в Коране), чтобы Посланник был свидетелем о вас, а вы были свидетелями о людях. Совершайте намаз, выплачивайте закят и крепко держитесь за Аллаха. Он - ваш Покровитель. Как же прекрасен этот Покровитель! Как же прекрасен этот Помощник!
Allahın rizasını umaraq Allah yolunda ixlasla cihad edin. O, bu din üçün məhz sizi seçdi və dininizi də çətinlik və məşəqqət olmayan rahat bir din etdi. Sizin bu dininiz, atanız İbrahimin - aleyhissəlam - dinindir. Peyğəmbər təbliğ etməklə sorumlu olduğu şeyləri sizə təbliğ edərək sizin üzərinizdə şahid olması və sizində keçmiş ümmətlərə peyğəmbərlərinin onlara təbliğ etdiyinə şahid olmanız üçün uca Allah keçmiş kitablarda və Quranda sizi müsəlman adlandırmışdır. Elə isə namazı kamil şəkildə əda edərək, mallarınızın zəkatını verərək, Allaha pənah apararaq və bütün işlərinizdə Ona arxalanaraq Allaha şükür edin. Uca Allah möminlərdən Özünə dost tutanlar üçün nə gözəl himayədar və Ondan yardım diləyənlər üçün nə gözəl yardımçıdır. Onu özünüzə dost edin ki, O sizin dostunuz olsun. Ondan yardım diləyin ki, O sizə yardım etsin!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии