Аль-МухтасарАль‑Муминун · 23:87–118

Аль-Мухтасар · Тафсир · на азербайджанском

Аль-Муминун 23:87–118

23:87Страница 347

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ ٨٧

Они скажут: «Аллах». Скажи: «Неужели вы не устрашитесь?».

Onlar mütləq: "Yeddi qat göyün və əzəmətli ərşin Rəbbi uca Allahındır!"– deyə cavab verəcəklər. Sən də onlara belə de: "Elə isə Onun əzabından xilas olmaq üçün Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxmursunuz?"

23:88Страница 347

قُلۡ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٨٨

Скажи: «В чьей Руке власть над всякой вещью? Кто защищает, и от Кого нет защиты, если только вы знаете?».

Onlara de: "Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin mülkü əlində olan, mülkündə heç bir şey Onun ixtiyarından kənara çıxa bilməyən, qullarından istədiyini hi­mayə edib, yardım edən və pislik etmək istədiyi kimsəni də Allahdan başqa onu bu pislikdən qoruyub, əzabı ondan dəf edə bilməyən kimdir?"

23:89Страница 347

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ ٨٩

Они скажут: «Аллах». Скажи: «До чего же вы обмануты!».

Onlar: "Hər bir şeyin mülkü Uca Allahın əlindədır!" – de­yə­cəklər. Sən də onlara belə de: "Siz bunu etiraf etdiyiniz bir halda bəs necə olur ki, (Şeytana) al­da­nıb, Allahdan başqasına ibadət edirsiniz?!"

23:90Страница 348

بَلۡ أَتَيۡنَٰهُم بِٱلۡحَقِّ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ٩٠

Мы принесли им истину, однако они - лжецы.

Xeyr, həqiqət heç də onların iddia edikləri kimi deyildir. Əksinə, Biz onlara, içində heç bir şəkk-şübhə olmayan haqqı gə­tirdik. Onlar isə Allahın övladı və şəriki olduğunu iddia edərək haqqı yalan sayırlar. Allah isə onların dedikləri batil sözlərindən uca və böyükdür!

23:91Страница 348

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٖ وَمَا كَانَ مَعَهُۥ مِنۡ إِلَٰهٍۚ إِذٗا لَّذَهَبَ كُلُّ إِلَٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ٩١

Аллах не взял Себе сына, и нет наряду с Ним другого бога. В противном случае каждый бог унес бы с собой то, что сотворил, и одни из них возвысились бы над другими. Аллах превыше того, что они приписывают Ему!

Uca Allah kafirlərin iddia etdikləri kimi Özünə heç bir öv­lad gö­tür­məmişdir və Onunla ya­naşı iba­dətə layiq olan heç bir haqq mə­bud da yoxdur. Əgər Onunla yanaşı haqq bir məbud olsaydı, bu zaman hər bir məbud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və sonda on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Beləliklə də, aləmin nizamı alt-üst olardı. Amma həqiqət budur ki, belə bir şey əsla olmamışdır. Bu da, ibadətə layiq olan haqq məbudun yalnız uca Allahın olduğuna dəlalət etməkdədir. Həqiqətən Allah, müşriklərin Onun övladı və şəriki olduğuna dair iddialarından pak və ucadır.

23:92Страница 348

عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٩٢

Ведающий сокровенное и явное! Он превыше тех, кого они приобщают в сотоварищи!

Allah, bütün məxluqatdan gizli qalan və həmçinin aşkarda olub onların görüb, hiss etdikləri hər bir şeyi haqqı ilə bi­lən­dir. Bunlardan heç bir şey uca Allahdan əsla gizli qalmaz. Allah Onun şəriki olmasından münəzzəhdir və ucadır.

23:93Страница 348

قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ ٩٣

Скажи: «Господи! Если Ты покажешь мне то, что им обещано,

Ey Peyğəmbər! De: "Ey Rəbbim! Əgər müşriklərə vəd etdiyin əzabı mənə göstərəcəksənsə,

23:94Страница 348

رَبِّ فَلَا تَجۡعَلۡنِي فِي ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٩٤

то не делай меня, Господи, в числе несправедливых людей!».

Ey Rəbbim! Əgər onları cəzalandıracaqsansa və mən də buna şahid olacamsa, bu durumda məni onların içində buraxma, yoxsa onlara isabət edən əzab mənədə isabət edər!"

23:95Страница 348

وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمۡ لَقَٰدِرُونَ ٩٥

Воистину, Мы способны показать тебе то, что им обещано.

(Ey Peyğəmbər) Şübhəsiz ki, Biz onlara vəd etdi­yi­miz əzabı sənə göstər­məyə qa­di­rik. Biz bunu və bundan başqa olan şeyləri etməkdə aciz deyilik.

23:96Страница 348

ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ ٱلسَّيِّئَةَۚ نَحۡنُ أَعۡلَمُ بِمَا يَصِفُونَ ٩٦

Оттолкни зло тем, что лучше. Мы лучше знаем то, что они приписывают.

Ey Peyğəmbər! Sənə pislik edəni görməzdən gələrək və onun əziyyətin qarşı səbir edib, bağışla və o pisliyini gözəl bir şəkildə dəf et. Biz onların Allahı şərik və yalanlarla vəsf etmələrini və səni də nalayiq sözlərlə: sehribaz və dəli kimi adlarla adlandırmalarını yaxşı bilirik.

23:97Страница 348

وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنۡ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ ٩٧

Скажи: «Господи! Я прибегаю к Тебе от наваждений дьяволов.

De: "Ey Rəbbim! Şey­tan­la­rın vəs­vəsələrindən və mənə pislik toxundurmalarından Sənə sı­ğını­ram!

23:98Страница 348

وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحۡضُرُونِ ٩٨

Я прибегаю к Тебе, Господи, дабы они не приближались ко мне».

Ey Rəbbim! Mən, işlərimədə onların mənim yanımda olub, işlərimə xələl gətirmələrindən Sənə sığınıram!"

23:99Страница 348

حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ رَبِّ ٱرۡجِعُونِ ٩٩

Когда же смерть подступает к кому-нибудь из них, он говорит: «Господи! Верни меня обратно.

Nəhayət, o müşriklərdən biri­nə ölüm gəl­­dikdə və ona nazil olan əzaba öz gözləri ilə şahid olduqda, ömrünü boş, faydasız və Allaha qarşı etdiyi günahlarla keçirməsindən dolayı böyük peşmançılıq çəkərək: "Vay olsun mənim halıma, Ey Rəb­bim! Mə­ni bir daha dünya həyatına geri döndər!

23:100Страница 348

لَعَلِّيٓ أَعۡمَلُ صَٰلِحٗا فِيمَا تَرَكۡتُۚ كـَلَّآۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَاۖ وَمِن وَرَآئِهِم بَرۡزَخٌ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ١٠٠

Быть может, я стану совершать праведные поступки, которые я отбросил». Но нет! Это - всего лишь слова, которые он произносит. Позади них будет преграда вплоть до того дня, когда они будут воскрешены.

Bəlkə mən, dünya həyatına geri qayıtsam saleh əməllər edərəm"- deyər. Xeyr! Bu, heç də onun istədiyi kimi deyil. Şübhəsiz ki, bu, onun dediyi boş sözdən başqa bir şey deyildir. Əgər o, bir daha dünya həyatına geri döndərilmiş olsaydı, verdiyi sözü yerinə yetirməzdi. Vəfat etmiş belə kimsələr yenidən dirilənə qədər dünya və axirət arasında olan bərzəx aləmində olacaqlar və onlara tərk etdikləri şeyləri əldə etmək və zay etikləri şeyləri isə islah etmək bir daha dünya həyatına geri dönməyə əsla izin verilməyəcəkdir.

23:101Страница 348

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيۡنَهُمۡ يَوۡمَئِذٖ وَلَا يَتَسَآءَلُونَ ١٠١

А в тот день, когда затрубят в Рог, между ними не останется родственных связей, и они не будут расспрашивать друг друга.

Sura üfürməklə müvəkkəl olan İsrafil, qiyamətin qopmasını bildirmək üçün sura ikinci dəfə üfürdükdə, qiyamətin dəhşəti səbəbindən öz aralarında öyünüb fəxir etdikləri qohumluq əla­qəsi qalmayacaq və hər kəs öz canının hayında olduğu üçün heç kəs bir-bi­rindən hal-əhval tutma­ya­caqdır.

23:102Страница 348

فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٠٢

Те, чья чаша Весов окажется тяжелой, обретут успех.

O gün kimlərin savabları günahlarına üstün gələrək, tərəziləri ağır gə­lərsə, məhz o kimsələr, istədiklərinə qovuşub, qorxduqlarından uzaqlaşdırılaraq nicat tapacaqlar.

23:103Страница 348

وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فِي جَهَنَّمَ خَٰلِدُونَ ١٠٣

А те, чья чаша Весов окажется легкой, потеряют самих себя и вечно пребудут в Геенне.

Kimlərin də günahları savablarına üstün gəlməsi səbəbindən tərəziləri yüngül gələrsə, onlar, özlərinə zərər verən şeyləri edib, iman gətirmək və saleh əməllər etmək kimi fayda verən şeyləri tərk etdiklərinə görə öz nəfislərini bədbəxt edən kimsələrdir. O kimsələr, Cəhənnəmdə əbədi qalacaqlar və oradan əsla çıxarılmayacaqlar.

23:104Страница 348

تَلۡفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمۡ فِيهَا كَٰلِحُونَ ١٠٤

Огонь будет сжигать их лица, и там они будут корчиться.

Cəhənnəm atəşi onların üzünü yan­dı­racaq, onlar orada qaş-qabağlarının şiddətindən üst və alt dodaqları büzüşüb, dişləri ağarmış vəziyyətdə qala­caqlar.

23:105Страница 349

أَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُم بِهَا تُكَذِّبُونَ ١٠٥

Разве вам не читали Мои аяты, а вы считали их ложью?

Qiyamət günü onlara danlaq və məzəmmət olaraq belə deyiləcəkdir: "Məgər dünyada ikən Quran ayələ­ri sizə oxun­­murdumu və siz də on­ları ya­lan he­sab etmirdi­nizmi?!"

23:106Страница 349

قَالُواْ رَبَّنَا غَلَبَتۡ عَلَيۡنَا شِقۡوَتُنَا وَكُنَّا قَوۡمٗا ضَآلِّينَ ١٠٦

Они скажут: «Господи! Наше злосчастие одолело нас, и мы оказались заблудшими людьми.

Onlar deyəcəklər: "Ey Rəb­bi­miz! Sən, əzəli elminlə əvvəlcədən bildiyin kimi bədbəxtliyimiz bizə üs­tün gəldi və beləliklə də biz, haqq yoldan azan bir qövm ol­duq.

23:107Страница 349

رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡهَا فَإِنۡ عُدۡنَا فَإِنَّا ظَٰلِمُونَ ١٠٧

Господи! Выведи нас отсюда. И если мы вернемся к грехам, то действительно будем беззаконниками».

Ey Rəbbimiz! Bizi Cəhənnəm odundan çıxart! Əgər biz bir daha etdiyimiz küfr və günah əməllərə qa­yıtsaq, o zaman özümüzə zülüm edən və üzrxahlıq etməyə üzrü olmayan kimsələr olarıq".

23:108Страница 349

قَالَ ٱخۡسَـُٔواْ فِيهَا وَلَا تُكَلِّمُونِ ١٠٨

Он скажет: «Оставайтесь здесь с позором и не говорите со Мной!

O zaman uca Allah belə buyuracaq: "Ora­da zəlil və rəzil vəziyyətdə qalın və Mə­ni danışdırmayın!"

23:109Страница 349

إِنَّهُۥ كَانَ فَرِيقٞ مِّنۡ عِبَادِي يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ ١٠٩

Воистину, некоторые из Моих рабов говорили: «Господи! Мы уверовали. Прости же нас и помилуй, ибо Ты - Наилучший из милосердных».

Həqiqətən, qullarım­dan iman gətirən bir dəstə var idi ki, onlar: "Ey Rəb­bimiz! Biz Sənə iman gətirdik. Bi­zim günahlarımızı bağışla və bizə Öz rəhmətinlə mərhəmət et! Sən rəhm edənlərin ən yaxşısı­san!"– deyir­dilər.

23:110Страница 349

فَٱتَّخَذۡتُمُوهُمۡ سِخۡرِيًّا حَتَّىٰٓ أَنسَوۡكُمۡ ذِكۡرِي وَكُنتُم مِّنۡهُمۡ تَضۡحَكُونَ ١١٠

Вы же насмехались над ними, пока не забыли Мое Напоминание. И вы смеялись над ними.

Sizlər, Allahın dininə dəvət edən möminləri məsxə­rə­yə qoyub, onlara istehza edirdiniz. Sonda başınızı onlara məs­xərə və istehza etməyə o qədər qarışdı ki, hətta bu, Mə­ni yada salmağı belə sizə unut­durdu. Siz isə onlara elə məsxərə və lağlağa edib gü­lürdünüz.

23:111Страница 349

إِنِّي جَزَيۡتُهُمُ ٱلۡيَوۡمَ بِمَا صَبَرُوٓاْ أَنَّهُمۡ هُمُ ٱلۡفَآئِزُونَ ١١١

Сегодня Я вознаградил их за то, что они проявили терпение. Воистину, они являются преуспевшими».

Şübhəsiz ki, Qiyamət günü Mən, iman gətirən mömin qullarımı, Allaha ibadətdə və sizdən gördükləri əziyyətlərə səbir et­dik­lə­rinə görə, Cənnətlə mükafat­lan­dır­acağam.

23:112Страница 349

قَٰلَ كَمۡ لَبِثۡتُمۡ فِي ٱلۡأَرۡضِ عَدَدَ سِنِينَ ١١٢

Аллах скажет: «Сколько лет вы пробыли на земле?».

Allah onlardan: "Yer üzündə neçə il qaldınız və orada nə qədər ömür sürüb, vaxtınızı zay etdiniz?"– de­yə so­ruşa­caq.

23:113Страница 349

قَالُواْ لَبِثۡنَا يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖ فَسۡـَٔلِ ٱلۡعَآدِّينَ ١١٣

Они скажут: «Мы пробыли день или часть дня. Лучше спроси тех, кто вел счет».

Onlar belə cavab verəcəklər: "Biz dünya həyatında bir gün yaxud bir gün­dən də az bir müddət qaldıq. Sən günləri va ayları sa­yan­lar­dan soruş" – de­yəcəklər.

23:114Страница 349

قَٰلَ إِن لَّبِثۡتُمۡ إِلَّا قَلِيلٗاۖ لَّوۡ أَنَّكُمۡ كُنتُمۡ تَعۡلَمُونَ ١١٤

Он скажет: «Вы пробыли немного, если бы вы только знали.

Allah deyəcək: "Siz ora­da ibadətdə səbirli olmağı asanlıqla bacaracağınız çox az bir müddət qaldınız. Kaş, dünya həyatında nə qədər qaldığınız müddəti bi­ləy­di­niz!

23:115Страница 349

أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ ١١٥

Неужели вы полагали, что Мы сотворили вас ради забавы и что вы не будете возвращены к Нам?».

Ey İnsanlar! Yoxsa sizi heç bir hikmətsiz, əbəs yerə, savabı və cəzası olmayan heyvanlar kimi yaratdığımızı və etdiyiniz əməllərin hesabı və cəzası üçün qiyamət günü Bizim hüzurumuza qaytarılmayacağınızı zənn edirdiniz?!"

23:116Страница 349

فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡكَرِيمِ ١١٦

Превыше всего Аллах, Истинный Властелин! Нет божества, кроме Него, Господа благородного Трона.

Yaratdıqlarının sahibi olan və onları istədiyi kimi idarə edən uca Allah, bütün nöqsan və eyiblərdən pak və ucadır. O, Haqq, vədi haqqdır, sözü haqqdır və Ondan başqa ibadətə layliq haqq məbud yoxdur. O, yaradılmışların ən əzəmətlisi olan şanlı Ərşin Rəb­bidir. Kim ən əzəmətli məxluqun Rəbbidirsə, demək O, bütün məxluqatın Rəbbidir.

23:117Страница 349

وَمَن يَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرۡهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ ١١٧

У того, кто молится наряду с Аллахом другим богам, нет в пользу этого никакого довода. Его счет хранится у его Господа. Воистину, неверующие не преуспеют.

Kim Allah ilə bərabər, ibadətə layiq olduğuna dair heç bir dəlil olmayan başqa bir məbuda ibadət edərsə (Allahdan başqa ibadət edilən hər bir məbudun durumu belədir) onun etdiyi bu çirkin əməlin cəzası Allah qatındadır. Onun cəzasını Allah Özü ve­rə­­cəkdir. Şübhə­siz ki, ka­firlər istədiklərinə nail olub, qorxduqları şeydən də nicat tapmazlar!

23:118Страница 349

وَقُل رَّبِّ ٱغۡفِرۡ وَٱرۡحَمۡ وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ ١١٨

Скажи: «Господи, прости и помилуй, ведь Ты - Наилучший из милосердных!».

Ey Peyğəmbər! De: "Ey Rəbbim, Mənim günahlarımı ba­ğış­la və rəhmətinlə mənə mərhəmət et! Çünki Sən, günahkara rəhm edən­lə­rin ən xeyirlisisən və günahkarın tövbəsini qəbul edən sən!"

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English