Аль-МухтасарАль‑Муминун · 23:1–86

Аль-Мухтасар · Тафсир · на азербайджанском

المؤمنون

Аль-Муминун

Верующие · Мекканская · 118 аятов

23:1Страница 342

قَدۡ أَفۡلَحَ ٱلۡمُؤۡمِنُونَ ١

Воистину, преуспели верующие,

Şübhəsiz ki, Allaha iman gətirib və Onun şəriətinə dosdoğru əməl edən möminlər, istədiklərinə nail olub, qorxduqları şeylərdən qurtulmaqla səadətə qovuşmuşlar!

23:2Страница 342

ٱلَّذِينَ هُمۡ فِي صَلَاتِهِمۡ خَٰشِعُونَ ٢

которые смиренны во время своих намазов,

Onlar, namazlarını uca Allah qarşısında zəlil bir halda, bədən əzaları sükunət işində və qəlbləri onları məşğul edən hər bir şeydən uzaq bir halda, kamil şəkildə əda edərlər.

23:3Страница 342

وَٱلَّذِينَ هُمۡ عَنِ ٱللَّغۡوِ مُعۡرِضُونَ ٣

которые отворачиваются от всего праздного,

Onlar, batildən, lüzumsuz şeylərdən və günah olan hər bir söz və əmədə uzaq durarlar.

23:4Страница 342

وَٱلَّذِينَ هُمۡ لِلزَّكَوٰةِ فَٰعِلُونَ ٤

которые выплачивают закят,

Onlar, nəfs və mallarındakı qüsurların təmizlənməsi üçün sahib olduqları malların vaxtı-vaxtında zəkatını verərlər.

23:5Страница 342

وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ ٥

которые оберегают свои половые органы от всех,

Onlar, zina (qeyri-qanuni cinsi əlaqə), livat (homoseksualizim) və bütün fahişə əməllərdən uzaq duraraq namuslarını qoruyurlar. Onlar, iffətlərini qoruyub saxlayan pak kimsələrdir.

23:6Страница 342

إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ ٦

кроме своих жен или невольниц, которыми овладели их десницы, за что они не заслуживают порицания,

Yalnız zövcələri və ya sahib olduqları kənizlər bundan müstəsnadır. Şübhəsiz ki onlar, bu qadınlarla yaxınlıq etdiklərindən dolayı əsla qınanmazlar.

23:7Страница 342

فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ٧

тогда как желающие сверх этого являются преступниками;

Kim zövcələri və ya sahib olduqları kənizlərdən başqa qadınlardan yararlanmaq istəsə, o kimsə, Uca Allahın halal etdiyini buraxıb, haram etdiyinin ardınca getdiyi üçün Allahın qoyduğu hüdudları aşan kimsədir.

23:8Страница 342

وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ٨

которые оберегают вверенное им на хранение и соблюдают договоры,

Onlar, Allahın özlərinə fərz etdiyi şeyləri yerinə yetirəcəklərinə dair verdikləri sözü yerinə yetirər və insanların onlara əmanət buraxdıqları əmanətə isə xəyanət etməzlər. Eyni şəkildə onlar, verdikləri sözə müxalif çıxmaz, əksinə, vədlərinə daima sadiq qalarlar.

23:9Страница 342

وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَوَٰتِهِمۡ يُحَافِظُونَ ٩

которые регулярно совершают намаз.

Onlar namazlarını davamiyyətli olaraq, namazın rükularını, vaciblərini və müstəhəblərini yerinə yetirərək vaxtı-vaxtında qılırlar.

23:10Страница 342

أُوْلَٰٓئِكَ هُمُ ٱلۡوَٰرِثُونَ ١٠

Именно они являются наследниками,

Bu xislətlərə sahib olan kimsələr, varis olan­ kimsələrdir.

23:11Страница 342

ٱلَّذِينَ يَرِثُونَ ٱلۡفِرۡدَوۡسَ هُمۡ فِيهَا خَٰلِدُونَ ١١

которые унаследуют Фирдаус, в котором они пребудут вечно.

Onlar, Cənnətin ən uca və ən yüksək məqamına va­ris olub, orada əbədi qalan və orada daima tükənməz nemətlər içində olan kimsələrdir.

23:12Страница 342

وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن سُلَٰلَةٖ مِّن طِينٖ ١٢

Воистину, Мы сотворили человека из эссенции глины.

Həqiqətən, Biz bəşəriyyətin atası olan Adəmi pal­çıqdan xəlq etdik. Adəmin torpağı, yer torpağı ilə qatışmış olan bir suyundan alınmışdır.

23:13Страница 342

ثُمَّ جَعَلۡنَٰهُ نُطۡفَةٗ فِي قَرَارٖ مَّكِينٖ ١٣

Потом Мы поместили его каплей в надежном месте.

Sonra Biz Adəmin zürriyyətini, doğulacağı günə qədər ana bətnində qərar tutmuş bir nütfədən xəlq etdik.

23:14Страница 342

ثُمَّ خَلَقۡنَا ٱلنُّطۡفَةَ عَلَقَةٗ فَخَلَقۡنَا ٱلۡعَلَقَةَ مُضۡغَةٗ فَخَلَقۡنَا ٱلۡمُضۡغَةَ عِظَٰمٗا فَكَسَوۡنَا ٱلۡعِظَٰمَ لَحۡمٗا ثُمَّ أَنشَأۡنَٰهُ خَلۡقًا ءَاخَرَۚ فَتَبَارَكَ ٱللَّهُ أَحۡسَنُ ٱلۡخَٰلِقِينَ ١٤

Потом Мы создали из капли сгусток крови, потом создали из сгустка крови разжеванный кусочек, потом создали из этого кусочка кости, и потом облекли кости мясом. Потом Мы вырастили его в другом творении. Благословен же Аллах, Наилучший из творцов!

Sonra ana bətnində qərar tutmuş nütfədən qırmızı lax­talanmış qan ya­ratdıq, sonra o lax­talanmış qan­ı qırmızı rəngli çeynənmiş bir ət parçasına döndərdik, sonra o ət parçası üçün möhkəm sü­mük­lər yarat­dıq, sonra da o sümük­ləri ət ilə örtüb bürüdük, sonra da ona ruh üfürüb, dünya həyatına gətirərək yeni bir varlıq olaraq xəlq et­dik. Yaradanların ən yax­şısı olan Allah pak və ucadır!

23:15Страница 342

ثُمَّ إِنَّكُم بَعۡدَ ذَٰلِكَ لَمَيِّتُونَ ١٥

После этого вы непременно умрете.

Ey İnsanlar! Keçdiyiniz bütün bu mərhələlərdən sonra siz, əcəliniz gəldiyi zaman mütləq öləcəksiniz!

23:16Страница 342

ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ ١٦

А потом, в День воскресения, вы непременно будете воскрешены.

Sonra da siz, bu ölümün ardından, dünyada ikən etdiyiniz əməllərin hesabını vermək üçün Qiyamət günü qəbirlərinizdən dirildilərək çıxarılacaqsınız!

23:17Страница 342

وَلَقَدۡ خَلَقۡنَا فَوۡقَكُمۡ سَبۡعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلۡخَلۡقِ غَٰفِلِينَ ١٧

Воистину, Мы создали над вами семь небес одно над другим. Мы никогда не находились в неведении о творениях.

Ey İnsanlar! Həqiqətən Biz, sizin üzərinizdə bir-birinin üstündə qərar tutan yed­di qat göyü yaratdıq. Bununla belə Biz, yaratdıqlarımız­dan əsla qafil olmadıq və onları əsla unutmadıq.

23:18Страница 343

وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَسۡكَنَّٰهُ فِي ٱلۡأَرۡضِۖ وَإِنَّا عَلَىٰ ذَهَابِۭ بِهِۦ لَقَٰدِرُونَ ١٨

Мы низвели с неба воду в меру и разместили ее на земле. Воистину, Мы способны увести ее.

Biz göydən nə həddən ziyadə yağıb sellərə, daşqınlara, nə də ki, az olub quraqlığa səbəb olacaq qədər, əksinə, ehtiyacınızı ödəyəcək qədər su endi­rdik və bu sudan insan və heyvanların ondan istifadə etməsi üçün onu yer üzündə yığıb saxladıq. Şüb­həsiz ki, Biz onu yox etməyə də qadirik. Əgər belə etsəydik, o zaman siz, bu sudan əsla faydalana bilməzdiniz.

23:19Страница 343

فَأَنشَأۡنَا لَكُم بِهِۦ جَنَّٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ لَّكُمۡ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ ١٩

Посредством нее Мы вырастили для вас пальмовые сады и виноградники, где растет для вас много плодов, которые вы едите.

Sonra Biz sizin üçün o su ilə xur­ma ağac­la­rı­ və üzüm bağ­la­rı meydana gətirdik. Beləliklə, si­zin üçün: əncir, nar və alma kimi çeşidli rənglərdə və şəkillərdə çoxlu sayda meyvələr yetişdirdik ki, sizdə bu meyvələrdən nuşcanlıqla yeyirsiniz.

23:20Страница 343

وَشَجَرَةٗ تَخۡرُجُ مِن طُورِ سَيۡنَآءَ تَنۢبُتُ بِٱلدُّهۡنِ وَصِبۡغٖ لِّلۡأٓكِلِينَ ٢٠

Мы вырастили дерево, которое растет на горе Синай и дает масло и приправу для вкушающих.

Sonra Biz o su ilə sizin üçün Sina dağı bölgəsində meyvələrindən yağ və yeyəcək əldə etdiyiniz zeytun ağacını meydana gətirdik.

23:21Страница 343

وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ ٢١

Воистину, домашняя скотина служит назиданием для вас. Мы поим вас тем, что находится у них в животах. Они приносят вам многочисленную пользу, и вы питаетесь ими.

Ey İnsanlar! Sizin üçün dəvə, inək və qoyun heyvanla­rın­da Uca Allahın qüdrətinə və sizə bəxş etmiş olduğu lütfünə dəlalət edən bir çox ibrətlər vardır. Biz sizlərə bu heyvanların bət­nin­dən, içənlərin boğazından rahat keçən pak süddən içirdirik. Sizin üçün bu heyvanlarda üzərinə minmək, yunundan və tükündən istifadə etmək və ətindən yemək kimi daha baş­qa faydalar da vardır.

23:22Страница 343

وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ٢٢

На них и на кораблях вы передвигаетесь.

Siz quruda dəvə ilə, dənizdə isə gə­milər ilə daşınır­sı­nız.

23:23Страница 343

وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٢٣

Воистину, Мы направили Нуха (Ноя) к его народу, и он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Неужели вы не устрашитесь?».

Biz Nuhu öz tayfasına, onları Allaha dəvət etməsi üçün peyğəmbər göndərdik. Nuh öz tayfasına belə dedi: "Ey camaatım! Yalnız tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadət edəcək haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"

23:24Страница 343

فَقَالَ ٱلۡمَلَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيۡكُمۡ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَٰٓئِكَةٗ مَّا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ ٢٤

Но знатные люди из его народа, которые не уверовали, сказали: «Он - такой же человек, как и вы. Он лишь хочет возвыситься над вами. Если бы Аллах пожелал, то Он ниспослал бы ангелов. Мы не слышали о подобном от наших праотцев.

Nuh qövmünün uca Allaha iman etməyib kafir olan zadə­gan­ları onlara tabe olub, onların ardınca gedənlərə belə de­dilər: "Özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sa­də­cə sizin ki­mi bir in­san­dan başqa bir şey deyildir. O özünün peyğəmbərlik iddiası ilə sizin üzərinizdə bö­yük­lük və hökmüranlıq etmək istəyir. Əgər Allah bizə bir elçi gön­dər­mək istəsəydi, bu zaman elçini heç də insanlardan deyil, əksinə, mə­lək­lərdən bir elçi göndə­rərdi. Biz heç onun iddia etdiyi bu dini, bizdən öncə gəlib-getmiş ata-babalarımızdan da eşitmə­mişik.

23:25Страница 343

إِنۡ هُوَ إِلَّا رَجُلُۢ بِهِۦ جِنَّةٞ فَتَرَبَّصُواْ بِهِۦ حَتَّىٰ حِينٖ ٢٥

Он - не кто иной, как бесноватый муж, так что обождите с ним до поры до времени».

Bu ancaq ağlı başında olmayan, nə dediyini bilməyən dəli bir insandır. Elə isə onun halı bəlli olana qəbər bir müddət göz­lə­yin!"

23:26Страница 343

قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ ٢٦

Он сказал: «Господи! Помоги мне, ведь они сочли меня лжецом».

Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Məni yalançı saydıqlarına görə onlardan intiqam alaraq onlara qarşı mə­­nə yardım et!"

23:27Страница 343

فَأَوۡحَيۡنَآ إِلَيۡهِ أَنِ ٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا فَإِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسۡلُكۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ مِنۡهُمۡۖ وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ ٢٧

Мы внушили ему откровение: «Сооруди ковчег у Нас на Глазах согласно Нашему откровению. А когда явится Наше веление, и вода забьет фонтаном из печи, то погрузи на него по паре всего живого, а также свою семью, кроме тех, о чьей гибели уже было ниспослано Мое веление. И не проси Меня за тех, которые поступали несправедливо. Они будут потоплены.

Biz Nuha belə vəhy etdik: "Gözlərimiz önündə və sənə gəmini necə düzəltmək lazım olduğunu öyrətdiyimiz kimi gə­mi­ni düzəlt. Onların həlak ediləcəyinə dair əmrimiz gəl­di­yi və suyun çörək bişirən təndirdən qaynayıb daşdığı zaman nəslinin davam etməsi üçün hər bir can­lı­­dan bir cüt erkək və di­şi olmaqla gəmiyə qaldır, zövcən və oğlun kimi barə­sində əvvəlcədən hökm ve­ril­miş kəslər is­tisna olmaqla qalan ailəni gə­mi­yə mindir. Küfür etməklə özlərinə zülüm edən zalımların həlakdan qurtulması üçün Mənə əsla müraciət etmə. Çünki onlar mütləq tufan suyunda boğularaq məhv ediləcəklər!" - deyə vəhy etdik.

23:28Страница 344

فَإِذَا ٱسۡتَوَيۡتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلۡفُلۡكِ فَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي نَجَّىٰنَا مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢٨

А когда ты и те, кто с тобой, сядете в ковчег, скажи: «Хвала Аллаху, Который спас нас от несправедливых людей!»

Sən və səninlə birlikdə qurtulan möminlər ilə gəmiyə mindiyin zaman de: "Kafir olan qövmü həlak edərək bizi bu əzabdan xilas edən Allaha həmd-sənalar ol­sun!"

23:29Страница 344

وَقُل رَّبِّ أَنزِلۡنِي مُنزَلٗا مُّبَارَكٗا وَأَنتَ خَيۡرُ ٱلۡمُنزِلِينَ ٢٩

Скажи также: «Господи! Приведи меня к благословенному месту, ведь Ты - Наилучший из расселяющих»».

Həmçinin, belə de: "Ey Rəb­bim! Məni mübarək bir yerə çıxart. Sən yer ve­rən­lərin ən yaxşı­sı­san!"

23:30Страница 344

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ وَإِن كُنَّا لَمُبۡتَلِينَ ٣٠

Воистину, в этом есть знамения. Воистину, Мы подвергаем испытанию.

Həqiqətən, Nuh - aleyhissəlam - və onunla birğə olan möminlərin bu əzabdan xilas edib, kafirləri isə həlak edilməsində, Bizim, peyğəmbərlərimizə yardım etməyə, onları təkzib edənləri isə məhv etməyə qadir olduğumuza dair açıq-aydın dəlillər var­dır. Şübhəsiz ki, Biz, mömini kafirdən, itaət edəni asidən ayır etməmiz üçün, Nuhu öz qövmünə peyğəmbər göndərərək onları beləcə sı­nağa çəkdik.

23:31Страница 344

ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ ٣١

Вслед за ними Мы сотворили другое поколение.

Biz, Nuh qövmünün həlak edilməsindən sonra baş­qa bir ümmət xəlq etdik.

23:32Страница 344

فَأَرۡسَلۡنَا فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٣٢

Мы направили к ним посланника из них самих: «Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Неужели вы не устрашитесь?».

Biz onların içindən, onları Allaha dəvət etməsi üçün bir peyğəmbər göndərdik. O peyğəmbər onlara belə dedi: "Ey Qövmüm! Özündən başqa ilah olmayan tək Allaha ibadət edin. Sizin ondan başqa heç bir haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"

23:33Страница 344

وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِ ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِلِقَآءِ ٱلۡأٓخِرَةِ وَأَتۡرَفۡنَٰهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يَأۡكُلُ مِمَّا تَأۡكُلُونَ مِنۡهُ وَيَشۡرَبُ مِمَّا تَشۡرَبُونَ ٣٣

Знатные люди из его народа, которые не уверовали и отрицали встречу в Последней жизни, которых Мы одарили щедрыми благами в мирской жизни, сказали: «Это - всего лишь человек, подобный вам. Он ест то, что вы едите, и пьет то, что вы пьете.

O peyğəmbərin qövmündən uca Allaha iman etməyib, axirəti və axirət günündə olan savab və cəzanı təkzib edən və dünya həyatında nemətlərdən bol verdiyimiz zalım başçılar onlara tabe olub, onların ardınca gedənlərə belə de­dilər: "Bu kimsə, yediyinizdən yeyən və içdiyinizdən içən sizin kimi sa­dəcə bir insandır. Onun ayrıca olaraq sizdən üstün olan bir cəhəti yoxdur ki, o sizə peyğəmbər göndərilsin.

23:34Страница 344

وَلَئِنۡ أَطَعۡتُم بَشَرٗا مِّثۡلَكُمۡ إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ ٣٤

Если вы станете повиноваться человеку, который подобен вам, то непременно окажетесь в убытке.

Əgər siz özünüz kimi adi bir bəşər övladına itaət etsəniz, bu zaman ona tabe olub öz ilahlarınıza ibadət etməyi tərk etdiyinizə və sizdən heç bir üstün cəhəti olmayan kimsəyə tabe olduğunuza görə müt­ləq zi­ya­na uğra­yarsınız.

23:35Страница 344

أَيَعِدُكُمۡ أَنَّكُمۡ إِذَا مِتُّمۡ وَكُنتُمۡ تُرَابٗا وَعِظَٰمًا أَنَّكُم مُّخۡرَجُونَ ٣٥

Неужели он обещает вам, что вы будете воскрешены после того, как умрете и превратитесь в прах и кости?

Məgər özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sizə, siz ölüb torpağa və çürümüş sür-sü­mü­yə çevrildikdən son­ra yeni­dən dirildilib qəbirlərinizdən çıxarılaca­ğı­nızımı vəd edir?! Məgər bu ağıla batan bir şeydir?!

23:36Страница 344

۞ هَيۡهَاتَ هَيۡهَاتَ لِمَا تُوعَدُونَ ٣٦

Невероятно, невероятно то, что обещано вам!

Sizə, ölüb torpağa və çürümüş sür-sü­mü­yə çevrildikdən son­ra yeni­dən dirildilib qəbirlərinizdən çıxarılaca­ğı­nıza dair verilən vəd, mümkün olmayan və hə­qi­qətdən çox uzaq olan bir vəddir.

23:37Страница 344

إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ ٣٧

Нет ничего, кроме нашей жизни в этом мире. Мы умираем и живем, и мы не будем воскрешены.

Onlar deyərdilər: "Həyat, dünya həyatından başqa bir şey deyildir. Axirət həyatı deyilən belə bir şey yoxdur. Belə ki, yaşayan canlılar ölür, onlar əsla bir daha dirilməzlər və onların ardından başqaları doğulur və onlarda dünyada ölüncəyə qədər yaşayarlar. Biz, Qiyamət günü ölümümüzdən sonra haqq-hesab dirilib qəbirlərimizdən ıxardılan deyilik!"

23:38Страница 344

إِنۡ هُوَ إِلَّا رَجُلٌ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا وَمَا نَحۡنُ لَهُۥ بِمُؤۡمِنِينَ ٣٨

Он - всего лишь человек, который возвел навет на Аллаха, и мы не веруем в него».

Özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu kimsə, ortaya atdığı bu iddiası ilə Allah haqqında yalan uyduran bir kimsədir. Biz ona inanan de­yilik!"

23:39Страница 344

قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ ٣٩

Он сказал: «Господи! Помоги мне, ведь они сочли меня лжецом!».

Bu zaman Peyğəmbər Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Qövmüm məni yalançı saydıqlarına görə onlardan intiqam alaraq onlara qarşı mə­­nə yardım et!"

23:40Страница 344

قَالَ عَمَّا قَلِيلٖ لَّيُصۡبِحُنَّ نَٰدِمِينَ ٤٠

Аллах сказал: «Очень скоро они будут раскаиваться».

Uca Allah onun duasına cavab verərək belə buyurdu: "Sənin gətirdiyin dini yalan hesab edənlər, yalan hesab etdiklərindən dolayı yaxın bir zamanda peş­man olacaqlar!"

23:41Страница 344

فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ بِٱلۡحَقِّ فَجَعَلۡنَٰهُمۡ غُثَآءٗۚ فَبُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٤١

Вопль поразил их по справедливости, и Мы обратили их в подобие сора, растворенного в потоке. Да сгинут люди несправедливые!

İnadlarından dolayı əzaba layiq görülən bu kimsələri, nəhayət, qaçılması müm­kün olma­yan həlak edici, qorxunc bir səs yaxa­la­dı. Beləcə, onlar selin alıb apardığı çör-çöp kimi məhv olub getdilər. Məhv olsun za­lım qövm!

23:42Страница 344

ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قُرُونًا ءَاخَرِينَ ٤٢

Вслед за ними Мы сотворили другие поколения.

Biz onları məhv etdikdən sonra Lutun qövmü, Şueybin qövmü və Yunusun qövmü kimi başqa qövmlər və ümmətlər xəlq edib, meydana gətirdik.

23:43Страница 345

مَا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ ٤٣

Ни одна община не может опередить свой срок или отложить его.

Peyğəmbərləri yalan sayan bu ümmətlərdən hər hansı biri, hansı vasitələrə sahib olmasından aslı olmayaraq həlak edilmələri üçün əvvəlcədən təyin edilmiş vaxt nə qabağa çəkə bilər, nə də onu gecikdirə bilər!

23:44Страница 345

ثُمَّ أَرۡسَلۡنَا رُسُلَنَا تَتۡرَاۖ كُلَّ مَا جَآءَ أُمَّةٗ رَّسُولُهَا كَذَّبُوهُۖ فَأَتۡبَعۡنَا بَعۡضَهُم بَعۡضٗا وَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَۚ فَبُعۡدٗا لِّقَوۡمٖ لَّا يُؤۡمِنُونَ ٤٤

Потом Мы отправляли одного за другим Наших посланников. Каждый раз, когда к какому-либо народу приходил посланник, они нарекали его лжецом. Мы отправляли их одних за другими на погибель и сделали их предметом сказаний. Да сгинут люди неверующие!

Sonra peyğəmbərlərimizi bir-birinin ardın­ca göndərdik. Hər üm­mətə özlərinə Allah tərəfindən göndərilən pey­ğəmbəri gəldikdə, onlar onu təkzib etdilər. Belə olduqda, Biz də onları bir-biri­nin ardınca həlak edib və həlak edilmiş bu ümmətləri özlərindən sonra gələnlərin onlardan ibrət almaları üçün, Rəbbindən göndərilən peyğəmbərlərin gətirdiklərinə iman etməyən bir toplumun necə həlak edilməsinə dair insanların danışacaqları hekayələrə çe­vir­dik.

23:45Страница 345

ثُمَّ أَرۡسَلۡنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ٤٥

Потом Мы отправили Мусу (Моисея) и его брата Харуна (Аарона) с Нашими знамениями и ясным доказательством

Sonra Musanı və qar­da­şı Harunu doqquz ayət: (Əsa, parlaq əl, çəyirtkə, bit, qurbağa, qan, tufan, qıtlıq illəri və nəhayət məhsulların azalması) və uca Allahın varlığına dəlalət edən açıq-ay­dın dəlillərlə göndərdik.

23:46Страница 345

إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمًا عَالِينَ ٤٦

к Фараону и его знати, но они возгордились, ведь они были людьми надменными.

Biz, Musa və onun qar­da­şı Harunu, Fironun və qövmünün zadəgan təbəqəsindən olanların ya­nına göndərdik. Onlar isə təkəb­bürlük gös­tərərək Musa və Haruna iman etməyi qəbul etmədilər. On­lar insanlara əzab-əziyyət verməklə özlərini yüksək tutan bir toplum idilər.

23:47Страница 345

فَقَالُوٓاْ أَنُؤۡمِنُ لِبَشَرَيۡنِ مِثۡلِنَا وَقَوۡمُهُمَا لَنَا عَٰبِدُونَ ٤٧

Они сказали: «Неужели мы уверуем в двух людей, которые подобны нам, тогда как их народ служит нам?».

Firon və qövmünün zadəgan təbəqəsindən olanları dedilər: "Onların bizdən heç bir üstün cəhəti olmadığı və qövmləri (İsrail oğulları) da bizə boyun əyib, itaət edən bir kölə olduğu halda bu zaman biz özü­müz ki­mi iki adama imanmı gətirəcəyik?!"

23:48Страница 345

فَكَذَّبُوهُمَا فَكَانُواْ مِنَ ٱلۡمُهۡلَكِينَ ٤٨

Они сочли их обоих лжецами и обрекли себя на погибель.

Firon və onun qövmü, Musa və qardaşı Harunun Allah tərəfindən onlara gətirdiyini yalan hesab etdilər. Elə bu səbəbdən də dənizdə boğularaq həlak edilənlərdən ol­du­lar.

23:49Страница 345

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ ٤٩

Воистину, Мы даровали Мусе (Моисею) Писание, чтобы они могли последовать прямым путем.

Biz Musaya, qövmünü haqqa yönəltməsi, onların da bu haqqla əməl etmələri istəyi ilə Tövratı ver­dik.

23:50Страница 345

وَجَعَلۡنَا ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥٓ ءَايَةٗ وَءَاوَيۡنَٰهُمَآ إِلَىٰ رَبۡوَةٖ ذَاتِ قَرَارٖ وَمَعِينٖ ٥٠

Мы сделали сына Марьям (Марии) и его мать знамением и поселили их в укромном месте на холме, где протекал ручей.

Biz Məryəm oğlu İsanı və onun ana­sını qüdrətimizə dəlalət edən bir ayət et­dik. Məryəm, ona atasız olaraq hamilə qaldı. Biz onların hər ikisini qərar tutub yaşamaq üçün əlverişli olan, çeş­mə axan yüksək bir təpədə yer­ləş­dir­dik.

23:51Страница 345

يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ٥١

О посланники! Вкушайте блага и поступайте праведно. Воистину, Мне известно о том, что вы совершаете.

Ey Peyğəmbərlər! Sizin üçün halal etdiyim ruzilərin xoş və dadlı olanından yeyin və şəriətə müvafiq olan saleh əməl edin! Şübhəsiz ki, Mən, etdiyiniz əməllərin hər birini yaxşı bilirəm. Belə ki, əməllərinizdən Mənə heç bir şey qizli qalmaz!

23:52Страница 345

وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱتَّقُونِ ٥٢

Воистину, ваша религия - религия единая, а Я - ваш Господь. Бойтесь же Меня!

Ey Peyğəmbərlər! Şübhəsi ki, sizin dininiz tək bir din olaraq İslam dinidir. Mən də sizin Rəbbinizəm, sizin məndən başqa Rəbbiniz yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!"

23:53Страница 345

فَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ زُبُرٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ٥٣

Но они разорвали свою религию на части, и каждая секта радуется тому, что имеет.

Peyğəmbərlərə tabe olanlar, onlardan sonra dində ayrılığa düşüb fir­qə­­lə­rə və dəstələrə bö­­lün­dülər. Beləliklə də, hər bir firqə, etiqat etdiyi dinin Allah yanında razı olunan din olduğuna inanaraq öz dini ilə öyünər və başqa dinlərin batil olduğunu hesab edər.

23:54Страница 345

فَذَرۡهُمۡ فِي غَمۡرَتِهِمۡ حَتَّىٰ حِينٍ ٥٤

Оставь же их в их невежестве (или слепоте и растерянности) до определенного времени.

Ey Peyğəmbər! Əzab özlərinə yetişənə qədər sən onları cəhalət və çaşqınlıq içində burax!

23:55–56Страница 345

أَيَحۡسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٖ وَبَنِينَ ٥٥

Неужели они думают, что Мы поддерживаем их богатством и сыновьями,

نُسَارِعُ لَهُمۡ فِي ٱلۡخَيۡرَٰتِۚ بَل لَّا يَشۡعُرُونَ ٥٦

потому что спешим одарить их благами? О нет! Однако они не ощущают этого!

Yoxsa sahib olduqları ilə sevinib fərəhlənən dində firqələrə bölünmüş bu kimsələr dünya həyatında onlara verdiyimiz var-dövlətin və oğul-uşağın etdikləri yaxşılığın qarşılığı olaraq verdiyimizimi zənn edirlər?! Xeyr, bu heç də onların zənn etdikləri kimi deyildir. Biz onlara bu nemətləri, onlar qəflətdə ikən, gözləmədikləri bir halda, onları əzabla yaxalamağımız üçün veririk. Lakin onlar bunu dərk etməzlər.

23:57Страница 345

إِنَّ ٱلَّذِينَ هُم مِّنۡ خَشۡيَةِ رَبِّهِم مُّشۡفِقُونَ ٥٧

Воистину, те, которые трепещут от страха перед своим Господом,

Şübhəsiz ki, Allaha iman gətirib və yaxşı əməllər edərək Allah qorxusundan qəlbləri titrəyənlər.

23:58Страница 345

وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمۡ يُؤۡمِنُونَ ٥٨

которые веруют в знамения своего Господа,

Rəbbinin kitabındakı ayələrə iman gətirən­lər,

23:59Страница 345

وَٱلَّذِينَ هُم بِرَبِّهِمۡ لَا يُشۡرِكُونَ ٥٩

которые не приобщают к своему Господу сотоварищей,

Rəbbinin vəhdaniyyətinə iman gətirib yalnız Ona ibadət edərək və ibadətdə Ona heç bir şeyi şərik qoşma­yan­lar,

23:60Страница 346

وَٱلَّذِينَ يُؤۡتُونَ مَآ ءَاتَواْ وَّقُلُوبُهُمۡ وَجِلَةٌ أَنَّهُمۡ إِلَىٰ رَبِّهِمۡ رَٰجِعُونَ ٦٠

которые раздают милостыню, тогда как их сердца страшатся того, что им суждено вернуться к своему Господу, -

Onlar, saleh əməllər etməkdə səy göstərənlər, yaxşı əməllər edərək Allaha yaxınlaşmağa çalışıb, qiyamət günü Allah onların Allah yolunda infaq etdiklərini və gördükləri saleh əməlləri qəbul etməyəcəyindən qorxanlardır.

23:61Страница 346

أُوْلَٰٓئِكَ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَهُمۡ لَهَا سَٰبِقُونَ ٦١

все они спешат вершить добрые дела и опережают в этом других.

Məhz bu xislətlərə sahib olan kimsələr saleh əməllər etməyə tələsər və bu işlərdə bir-biri ilə yarışarlar. Daima onlar xeyir əməllər etməkdə başqalarından öndə ge­dər­lər.

23:62Страница 346

وَلَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ وَلَدَيۡنَا كِتَٰبٞ يَنطِقُ بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ٦٢

Мы не возлагаем на человека сверх его возможностей. У Нас есть Писание, которое глаголет истину, и с ними не поступят несправедливо.

Biz hər kəsi yalnız bacardığı bir işi görməyə yadar edərik. Ya­nı­mız­da hər bir kimsənin əməlini qeyd etdiyimiz, içərisində heç bir şübhəyə yer olmayann yalnız haqqı deyən bir Ki­tab var­dır. Onlara, nə yaxşı əməlləri azaldılaraq, nə də ki, pis əməlləri artırılaraq əsla zülm olun­maz.

23:63Страница 346

بَلۡ قُلُوبُهُمۡ فِي غَمۡرَةٖ مِّنۡ هَٰذَا وَلَهُمۡ أَعۡمَٰلٞ مِّن دُونِ ذَٰلِكَ هُمۡ لَهَا عَٰمِلُونَ ٦٣

Однако их сердца слепы к этому (Корану). А наряду с этим они совершают менее тяжкие злодеяния.

Amma kafirlərin qəlbləri, həm haqqı deyən, həm də ki, onlara nazil edilən kitabdan xəbərsizdir. Onların Allaha qarşı küfr etmələri ilə yanaşı, Allaha xoş getməyən başqa pis işləri də vardır.

23:64Страница 346

حَتَّىٰٓ إِذَآ أَخَذۡنَا مُتۡرَفِيهِم بِٱلۡعَذَابِ إِذَا هُمۡ يَجۡـَٔرُونَ ٦٤

А когда Мы подвергнем наказанию изнеженных роскошью среди них, они завопят громким голосом.

Onların dünya həyatında cah-ca­lal və naz-nemətlər içində yaşayanlarını Qiyamət günü əzaba düçar etdiyimizdə imdad diləyərək fəryad qoparıb səslərini yüksəldərlər.

23:65Страница 346

لَا تَجۡـَٔرُواْ ٱلۡيَوۡمَۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ٦٥

Не вопите сегодня! Воистину, Мы не окажем вам помощи.

Onlara, Allahın rəhmətindən ümüdlərini kəsmələri üçün belə deyiləcəkdir: "Bu gün fəryad qoparıb, sizə kömək edilməsi üçün yalvarıb-yaxarmayın! Bu gün sizi Allahın əzabından qoruyacaq heç bir yardımçınız yoxdur!"

23:66Страница 346

قَدۡ كَانَتۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ تَنكِصُونَ ٦٦

Вам читали Мои аяты, но вы пятились от них,

Dünyada ikən Allahın kitabının ayələri sizə oxunduğu zaman siz bu ayələri eşitdikdə ondan xoşlanmayaraq üz çevirirdiniz.

23:67Страница 346

مُسۡتَكۡبِرِينَ بِهِۦ سَٰمِرٗا تَهۡجُرُونَ ٦٧

возгордившись ею (Каабой) и произнося скверные речи по ночам.

Siz bunu, özünüzün Kəbə əhli olduğunu iddia edib, insanlara qarşı tə­kəb­bürlük göstərərək edirdiniz, əslində siz haram əhli deyilsiniz, bilin ki, haram əhli Allahdan qorxan təqva sahibləridir. Çünki siz gecələr Kəbənin ətrafında toplanıb ya­ra­maz söz­lər söyləyir və ona qarşı heç bir sayğı və ehtiram göstərmirsiniz.

23:68Страница 346

أَفَلَمۡ يَدَّبَّرُواْ ٱلۡقَوۡلَ أَمۡ جَآءَهُم مَّا لَمۡ يَأۡتِ ءَابَآءَهُمُ ٱلۡأَوَّلِينَ ٦٨

Неужели они не задумываются над Словом? Или же к ним явилось то, что не приходило к их праотцам?

Məgər o müşriklər iman gətirmələri və içində olanlara əməl etmələr üçün uca Allahın onlara nazil etdiyi Quranı düşünmür­lər­mi?! Yaxud on­la­­ra özlərindən öncə olan ata-baba­­larına gəl­mə­yən bir şey gəldi, elə buna görə də üz çevirib, onu yalan saydılar?!

23:69Страница 346

أَمۡ لَمۡ يَعۡرِفُواْ رَسُولَهُمۡ فَهُمۡ لَهُۥ مُنكِرُونَ ٦٩

Или же они не узнали своего Посланника и принялись отвергать его?

Yoxsa onlar Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allah tərəfindən özlərinə gön­dərilmiş bir elçisi olduğunu bilməyib, buna gö­rə onu in­kar edirlər?! Şübhəsiz, onlar onun sadiq və əmin bir insan olduğunu yaxşı bilirdilər.

23:70Страница 346

أَمۡ يَقُولُونَ بِهِۦ جِنَّةُۢۚ بَلۡ جَآءَهُم بِٱلۡحَقِّ وَأَكۡثَرُهُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ ٧٠

Или же они говорят, что он - бесноватый? Напротив, он принес им истину, но большинство из них не любят ее.

Yoxsa onlar: "O dəlidir?" – de­yir­lər. Xeyr, onlar yalan söyləyirlər. Muhəmməd (sallallahu aleyhi və səlləm) onlara Allahdan olmasın heç bir şəkk-şübhə olmayan haqqı gə­tir­miş­dir. Lakin onla­rın ço­xu qəblərində olan həsəd və batilə təəssübkeşlik üzündən haqqı xoşlamaz və qəblərində haqqa qarşı qəzəb bəsləyərlər.

23:71Страница 346

وَلَوِ ٱتَّبَعَ ٱلۡحَقُّ أَهۡوَآءَهُمۡ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ بَلۡ أَتَيۡنَٰهُم بِذِكۡرِهِمۡ فَهُمۡ عَن ذِكۡرِهِم مُّعۡرِضُونَ ٧١

А если бы истина зависела от их желаний, то сгинули бы небеса, земля и те, кто на них. Мы даровали им их Напоминание (Коран), однако они отвернулись от своего Напоминания.

Əgər Uca Allah kainatda olan işləri onların nəfslərinin istəklərinə uyğun olaraq idarə etmiş olsaydı, işlərin sonu nə ilə nəticələnəcəyini və nəyin doğru, nəyin də yanlış olduğunu bilmədikləri üzündən göylər, yer və onların arasında olanların hamısı fəsada uğrayardı. Əksinə, Biz onlara özləri üçün izzətli və şərəfi olanı gətirdik, buda Qurandır. Lakin onlar, Qurandan üz döndərdi.

23:72Страница 346

أَمۡ تَسۡـَٔلُهُمۡ خَرۡجٗا فَخَرَاجُ رَبِّكَ خَيۡرٞۖ وَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٧٢

Разве ты просишь у них вознаграждения? Воздаяние твоего Господа лучше, и Он - Наилучший из дарующих удел.

Ey Peyğəmbər! Yoxsa sən, gətirdiyin bu dinin qarşılığnda onlardan bir mü­kafatmı istədin ki, onlarda bu üzdən sənin dəvətini rədd etdilər?! Xeyr, sən əsla belə bir şey etmədin. Rəbbinin sənə verəcəyi müka­fa­tı, onların və onlardan qeyrilərinin sənə verəcəyi mükafatdan qat-qat daha xe­yirlidir. Çünki pak olan Allah ru­zi verən­lərin ən xeyirlisidir!

23:73Страница 346

وَإِنَّكَ لَتَدۡعُوهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٧٣

Воистину, ты призываешь их на прямой путь.

Ey Peyğəmbər! Həqiqətən də, sən, on­la­rı və onlardan qeyrilərini heç bir əyriliyi olmayan, gecəsi gündüz kimi olan doğru bir yola çağırırsan. Bu yol, İslam yoludur.

23:74Страница 346

وَإِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ ٧٤

А те, которые не веруют в Последнюю жизнь, непременно сбиваются с пути.

Axirət gününə və oradakı hesaba, cəza və mükafata inanmayanlar isə doğru olan İslam yoldan üz çevirib, onları Cəhənnəmə sürükləyən başqa əyri yollara meyil edərlər.

23:75Страница 347

۞ وَلَوۡ رَحِمۡنَٰهُمۡ وَكَشَفۡنَا مَا بِهِم مِّن ضُرّٖ لَّلَجُّواْ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ٧٥

Если бы Мы смилостивились над ними и избавили их от беды, они все равно продолжали бы слепо скитаться, настаивая на своем беззаконии.

Əgər Biz onlara rəhm edib düş­dükləri aclıq və quraqlıqdan xilas etsəydik, on­lar ye­nə də əvvəlki azğın­lıqları içində tərəddüd edib, çaşmış halda qalacadılar.

23:76Страница 347

وَلَقَدۡ أَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ فَمَا ٱسۡتَكَانُواْ لِرَبِّهِمۡ وَمَا يَتَضَرَّعُونَ ٧٦

Мы подвергли их мучениям, но они не смирились перед своим Господом и не взмолились перед Ним.

Biz onları müxtəlif növ müsibətlərlə imtahana çəkdik, amma onlar yenə də öz Rəbbinə bo­yun əy­ib, Ona ibadət etmədilər və bəlaların onlara göndərildiyi zaman onları bu bəlalardan xilas edilməsi üçün Uca Allaha qorxu ilə yal­va­rıb-yaxar­ma­dılar.

23:77Страница 347

حَتَّىٰٓ إِذَا فَتَحۡنَا عَلَيۡهِم بَابٗا ذَا عَذَابٖ شَدِيدٍ إِذَا هُمۡ فِيهِ مُبۡلِسُونَ ٧٧

Когда же Мы распахнем перед ними врата тяжких мучений, они придут там в отчаяние.

Sonda şiddətli əzab qa­pısını on­ların üzünə açdığı­mız (Bədr döyüşündə onları məğlub etdiyimiz) zaman onlar özlərinin bu bəladan əsla qurtara bilməyəcəklərini dərk edib və xeyirə olan bütün ümidlərini kəsdilər.

23:78Страница 347

وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ٧٨

Он - Тот, Кто сотворил для вас слух, зрение и сердца. Но как мала ваша благодарность!

Ey öldükdən sonra yenidən dirilməyi yalan sayan kimsələr! Uca Allah sizə, eşitməniz üçün qulaqlar, görməniz üçün qözlər və anlamanız üçün qəlblər verdi. Bununla belə siz, sizə verilən bu nemətlərə görə uca Allaha olduqca çox az şükür edirsiniz!

23:79Страница 347

وَهُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ٧٩

Он - Тот, Кто расселил вас по земле, и к Нему вы будете собраны.

Ey İnsanlar! Sizi yer üzündə xəlq edən Odur. Siz Qiyamət günü haqq-hesab və etdiyiniz əməllərin müqabilini almaq üçün Onun hüzuruna toplanacaqsınız.

23:80Страница 347

وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ ٨٠

Он - Тот, Кто дарует жизнь и умерщвляет. Он чередует ночь и день. Неужели вы не разумеете?

Dirildən yalnız Odur, Ondan başqa dirildən yoxdur. Öldürən Odur, Ondan başqa öldürən də yoxdur. Zülmət və nur, uzun və qısa olmaqla ge­cə ilə gündüzü bir-birinin ardından əvəz edən də Odur. Məgər bütün bunlardan sonra yenə də siz, Onun qüdrətini, yaratmaqda və bütün bu kainatı idarə etməkdə tək olduğunu dərk etməyəcəksiniz?!

23:81Страница 347

بَلۡ قَالُواْ مِثۡلَ مَا قَالَ ٱلۡأَوَّلُونَ ٨١

О нет! Они говорят то же, что говорили первые поколения.

Əksinə onlar, kafir olan ölüb-getmiş ata-babalarının dedikləri sözu eyni ilə təkrar etdilər.

23:82Страница 347

قَالُوٓاْ أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ٨٢

Они говорят: «Неужели мы будем воскрешены после того, как умрем и превратимся в прах и кости?

Onlar öldükdən sonra yenidən dirilməyi inkar edərək belə demişdilər: "Məgər biz ölüb tor­paq və çürümüş sür-sümük ol­duq­dan sonra etdiyimiz əməllərin hesabı üçün yeni­dən diril­diləcəyik?!

23:83Страница 347

لَقَدۡ وُعِدۡنَا نَحۡنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٨٣

Это обещают нам, а еще раньше это обещали нашим отцам. Это - всего лишь легенды древних народов».

Öldükdən sonra yenidən diriləcəyimiz həm bizə, həm də, bizdən əv­vəl yaşamış ata-babalarımıza vəd edilmişdir. Lakin biz, bu vədin gerçəkləşdiyini gərmədik. Biz bunun, keç­­miş­dəki­lə­rin əf­sa­nələrindən və uydurmalarından başqa bir şey olduğunu düşünmürük!"

23:84Страница 347

قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٨٤

Скажи: «Кому принадлежит земля и те, кто на ней, если только вы знаете?».

Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edən o kafirlərə belə de: "Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­mə məxsusdur?!"

23:85Страница 347

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ ٨٥

Они скажут: «Аллаху». Скажи: «Неужели вы не помяните назидание?».

Onlar: "Yer üzü və yer üzünün üzərində olanlar bütünlüklə Allaha aiddir!"– de­yə­cəklər. Elə isə sən onlara belə de: "Yer üzü və yer üzünün üzərində olanların bütünlüklə Özünə məxsus olan Allahın, öldükdən sonra sizləri yenidən diriltməyə qadir olduğunu düşünmürsünüz?!"

23:86Страница 347

قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ ٨٦

Скажи: «Кто Господь семи небес и Господь великого Трона?».

Onlara de: "Yeddi qat göyün və özündən daha böyük bir yaradılış olmayan əzə­mətli ərşin Rəbbi kim­dir?"

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English