Аль-Мухтасар · Тафсир · на азербайджанском
المؤمنون
Аль-Муминун
Верующие · Мекканская · 118 аятов
Şübhəsiz ki, Allaha iman gətirib və Onun şəriətinə dosdoğru əməl edən möminlər, istədiklərinə nail olub, qorxduqları şeylərdən qurtulmaqla səadətə qovuşmuşlar!
Onlar, namazlarını uca Allah qarşısında zəlil bir halda, bədən əzaları sükunət işində və qəlbləri onları məşğul edən hər bir şeydən uzaq bir halda, kamil şəkildə əda edərlər.
23:3Страница 342
وَٱلَّذِينَ هُمۡ عَنِ ٱللَّغۡوِ مُعۡرِضُونَ ٣
которые отворачиваются от всего праздного,
Onlar, batildən, lüzumsuz şeylərdən və günah olan hər bir söz və əmədə uzaq durarlar.
Onlar, nəfs və mallarındakı qüsurların təmizlənməsi üçün sahib olduqları malların vaxtı-vaxtında zəkatını verərlər.
23:5Страница 342
وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ ٥
которые оберегают свои половые органы от всех,
Onlar, zina (qeyri-qanuni cinsi əlaqə), livat (homoseksualizim) və bütün fahişə əməllərdən uzaq duraraq namuslarını qoruyurlar. Onlar, iffətlərini qoruyub saxlayan pak kimsələrdir.
23:6Страница 342
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ ٦
кроме своих жен или невольниц, которыми овладели их десницы, за что они не заслуживают порицания,
Yalnız zövcələri və ya sahib olduqları kənizlər bundan müstəsnadır. Şübhəsiz ki onlar, bu qadınlarla yaxınlıq etdiklərindən dolayı əsla qınanmazlar.
23:7Страница 342
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ٧
тогда как желающие сверх этого являются преступниками;
Kim zövcələri və ya sahib olduqları kənizlərdən başqa qadınlardan yararlanmaq istəsə, o kimsə, Uca Allahın halal etdiyini buraxıb, haram etdiyinin ardınca getdiyi üçün Allahın qoyduğu hüdudları aşan kimsədir.
23:8Страница 342
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ٨
которые оберегают вверенное им на хранение и соблюдают договоры,
Onlar, Allahın özlərinə fərz etdiyi şeyləri yerinə yetirəcəklərinə dair verdikləri sözü yerinə yetirər və insanların onlara əmanət buraxdıqları əmanətə isə xəyanət etməzlər. Eyni şəkildə onlar, verdikləri sözə müxalif çıxmaz, əksinə, vədlərinə daima sadiq qalarlar.
23:9Страница 342
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَوَٰتِهِمۡ يُحَافِظُونَ ٩
которые регулярно совершают намаз.
Onlar namazlarını davamiyyətli olaraq, namazın rükularını, vaciblərini və müstəhəblərini yerinə yetirərək vaxtı-vaxtında qılırlar.
Bu xislətlərə sahib olan kimsələr, varis olan kimsələrdir.
23:11Страница 342
ٱلَّذِينَ يَرِثُونَ ٱلۡفِرۡدَوۡسَ هُمۡ فِيهَا خَٰلِدُونَ ١١
которые унаследуют Фирдаус, в котором они пребудут вечно.
Onlar, Cənnətin ən uca və ən yüksək məqamına varis olub, orada əbədi qalan və orada daima tükənməz nemətlər içində olan kimsələrdir.
23:12Страница 342
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن سُلَٰلَةٖ مِّن طِينٖ ١٢
Воистину, Мы сотворили человека из эссенции глины.
Həqiqətən, Biz bəşəriyyətin atası olan Adəmi palçıqdan xəlq etdik. Adəmin torpağı, yer torpağı ilə qatışmış olan bir suyundan alınmışdır.
23:13Страница 342
ثُمَّ جَعَلۡنَٰهُ نُطۡفَةٗ فِي قَرَارٖ مَّكِينٖ ١٣
Потом Мы поместили его каплей в надежном месте.
Sonra Biz Adəmin zürriyyətini, doğulacağı günə qədər ana bətnində qərar tutmuş bir nütfədən xəlq etdik.
23:14Страница 342
ثُمَّ خَلَقۡنَا ٱلنُّطۡفَةَ عَلَقَةٗ فَخَلَقۡنَا ٱلۡعَلَقَةَ مُضۡغَةٗ فَخَلَقۡنَا ٱلۡمُضۡغَةَ عِظَٰمٗا فَكَسَوۡنَا ٱلۡعِظَٰمَ لَحۡمٗا ثُمَّ أَنشَأۡنَٰهُ خَلۡقًا ءَاخَرَۚ فَتَبَارَكَ ٱللَّهُ أَحۡسَنُ ٱلۡخَٰلِقِينَ ١٤
Потом Мы создали из капли сгусток крови, потом создали из сгустка крови разжеванный кусочек, потом создали из этого кусочка кости, и потом облекли кости мясом. Потом Мы вырастили его в другом творении. Благословен же Аллах, Наилучший из творцов!
Sonra ana bətnində qərar tutmuş nütfədən qırmızı laxtalanmış qan yaratdıq, sonra o laxtalanmış qanı qırmızı rəngli çeynənmiş bir ət parçasına döndərdik, sonra o ət parçası üçün möhkəm sümüklər yaratdıq, sonra da o sümükləri ət ilə örtüb bürüdük, sonra da ona ruh üfürüb, dünya həyatına gətirərək yeni bir varlıq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah pak və ucadır!
Ey İnsanlar! Keçdiyiniz bütün bu mərhələlərdən sonra siz, əcəliniz gəldiyi zaman mütləq öləcəksiniz!
23:16Страница 342
ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ ١٦
А потом, в День воскресения, вы непременно будете воскрешены.
Sonra da siz, bu ölümün ardından, dünyada ikən etdiyiniz əməllərin hesabını vermək üçün Qiyamət günü qəbirlərinizdən dirildilərək çıxarılacaqsınız!
23:17Страница 342
وَلَقَدۡ خَلَقۡنَا فَوۡقَكُمۡ سَبۡعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلۡخَلۡقِ غَٰفِلِينَ ١٧
Воистину, Мы создали над вами семь небес одно над другим. Мы никогда не находились в неведении о творениях.
Ey İnsanlar! Həqiqətən Biz, sizin üzərinizdə bir-birinin üstündə qərar tutan yeddi qat göyü yaratdıq. Bununla belə Biz, yaratdıqlarımızdan əsla qafil olmadıq və onları əsla unutmadıq.
23:18Страница 343
وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَسۡكَنَّٰهُ فِي ٱلۡأَرۡضِۖ وَإِنَّا عَلَىٰ ذَهَابِۭ بِهِۦ لَقَٰدِرُونَ ١٨
Мы низвели с неба воду в меру и разместили ее на земле. Воистину, Мы способны увести ее.
Biz göydən nə həddən ziyadə yağıb sellərə, daşqınlara, nə də ki, az olub quraqlığa səbəb olacaq qədər, əksinə, ehtiyacınızı ödəyəcək qədər su endirdik və bu sudan insan və heyvanların ondan istifadə etməsi üçün onu yer üzündə yığıb saxladıq. Şübhəsiz ki, Biz onu yox etməyə də qadirik. Əgər belə etsəydik, o zaman siz, bu sudan əsla faydalana bilməzdiniz.
23:19Страница 343
فَأَنشَأۡنَا لَكُم بِهِۦ جَنَّٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ لَّكُمۡ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ ١٩
Посредством нее Мы вырастили для вас пальмовые сады и виноградники, где растет для вас много плодов, которые вы едите.
Sonra Biz sizin üçün o su ilə xurma ağacları və üzüm bağları meydana gətirdik. Beləliklə, sizin üçün: əncir, nar və alma kimi çeşidli rənglərdə və şəkillərdə çoxlu sayda meyvələr yetişdirdik ki, sizdə bu meyvələrdən nuşcanlıqla yeyirsiniz.
23:20Страница 343
وَشَجَرَةٗ تَخۡرُجُ مِن طُورِ سَيۡنَآءَ تَنۢبُتُ بِٱلدُّهۡنِ وَصِبۡغٖ لِّلۡأٓكِلِينَ ٢٠
Мы вырастили дерево, которое растет на горе Синай и дает масло и приправу для вкушающих.
Sonra Biz o su ilə sizin üçün Sina dağı bölgəsində meyvələrindən yağ və yeyəcək əldə etdiyiniz zeytun ağacını meydana gətirdik.
23:21Страница 343
وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ ٢١
Воистину, домашняя скотина служит назиданием для вас. Мы поим вас тем, что находится у них в животах. Они приносят вам многочисленную пользу, и вы питаетесь ими.
Ey İnsanlar! Sizin üçün dəvə, inək və qoyun heyvanlarında Uca Allahın qüdrətinə və sizə bəxş etmiş olduğu lütfünə dəlalət edən bir çox ibrətlər vardır. Biz sizlərə bu heyvanların bətnindən, içənlərin boğazından rahat keçən pak süddən içirdirik. Sizin üçün bu heyvanlarda üzərinə minmək, yunundan və tükündən istifadə etmək və ətindən yemək kimi daha başqa faydalar da vardır.
23:22Страница 343
وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ٢٢
На них и на кораблях вы передвигаетесь.
Siz quruda dəvə ilə, dənizdə isə gəmilər ilə daşınırsınız.
23:23Страница 343
وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٢٣
Воистину, Мы направили Нуха (Ноя) к его народу, и он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Неужели вы не устрашитесь?».
Biz Nuhu öz tayfasına, onları Allaha dəvət etməsi üçün peyğəmbər göndərdik. Nuh öz tayfasına belə dedi: "Ey camaatım! Yalnız tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadət edəcək haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"
23:24Страница 343
فَقَالَ ٱلۡمَلَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيۡكُمۡ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَٰٓئِكَةٗ مَّا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ ٢٤
Но знатные люди из его народа, которые не уверовали, сказали: «Он - такой же человек, как и вы. Он лишь хочет возвыситься над вами. Если бы Аллах пожелал, то Он ниспослал бы ангелов. Мы не слышали о подобном от наших праотцев.
Nuh qövmünün uca Allaha iman etməyib kafir olan zadəganları onlara tabe olub, onların ardınca gedənlərə belə dedilər: "Özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sadəcə sizin kimi bir insandan başqa bir şey deyildir. O özünün peyğəmbərlik iddiası ilə sizin üzərinizdə böyüklük və hökmüranlıq etmək istəyir. Əgər Allah bizə bir elçi göndərmək istəsəydi, bu zaman elçini heç də insanlardan deyil, əksinə, mələklərdən bir elçi göndərərdi. Biz heç onun iddia etdiyi bu dini, bizdən öncə gəlib-getmiş ata-babalarımızdan da eşitməmişik.
23:25Страница 343
إِنۡ هُوَ إِلَّا رَجُلُۢ بِهِۦ جِنَّةٞ فَتَرَبَّصُواْ بِهِۦ حَتَّىٰ حِينٖ ٢٥
Он - не кто иной, как бесноватый муж, так что обождите с ним до поры до времени».
Bu ancaq ağlı başında olmayan, nə dediyini bilməyən dəli bir insandır. Elə isə onun halı bəlli olana qəbər bir müddət gözləyin!"
23:26Страница 343
قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ ٢٦
Он сказал: «Господи! Помоги мне, ведь они сочли меня лжецом».
Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Məni yalançı saydıqlarına görə onlardan intiqam alaraq onlara qarşı mənə yardım et!"
23:27Страница 343
فَأَوۡحَيۡنَآ إِلَيۡهِ أَنِ ٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا فَإِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسۡلُكۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ مِنۡهُمۡۖ وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ ٢٧
Мы внушили ему откровение: «Сооруди ковчег у Нас на Глазах согласно Нашему откровению. А когда явится Наше веление, и вода забьет фонтаном из печи, то погрузи на него по паре всего живого, а также свою семью, кроме тех, о чьей гибели уже было ниспослано Мое веление. И не проси Меня за тех, которые поступали несправедливо. Они будут потоплены.
Biz Nuha belə vəhy etdik: "Gözlərimiz önündə və sənə gəmini necə düzəltmək lazım olduğunu öyrətdiyimiz kimi gəmini düzəlt. Onların həlak ediləcəyinə dair əmrimiz gəldiyi və suyun çörək bişirən təndirdən qaynayıb daşdığı zaman nəslinin davam etməsi üçün hər bir canlıdan bir cüt erkək və dişi olmaqla gəmiyə qaldır, zövcən və oğlun kimi barəsində əvvəlcədən hökm verilmiş kəslər istisna olmaqla qalan ailəni gəmiyə mindir. Küfür etməklə özlərinə zülüm edən zalımların həlakdan qurtulması üçün Mənə əsla müraciət etmə. Çünki onlar mütləq tufan suyunda boğularaq məhv ediləcəklər!" - deyə vəhy etdik.
23:28Страница 344
فَإِذَا ٱسۡتَوَيۡتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلۡفُلۡكِ فَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي نَجَّىٰنَا مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢٨
А когда ты и те, кто с тобой, сядете в ковчег, скажи: «Хвала Аллаху, Который спас нас от несправедливых людей!»
Sən və səninlə birlikdə qurtulan möminlər ilə gəmiyə mindiyin zaman de: "Kafir olan qövmü həlak edərək bizi bu əzabdan xilas edən Allaha həmd-sənalar olsun!"
23:29Страница 344
وَقُل رَّبِّ أَنزِلۡنِي مُنزَلٗا مُّبَارَكٗا وَأَنتَ خَيۡرُ ٱلۡمُنزِلِينَ ٢٩
Скажи также: «Господи! Приведи меня к благословенному месту, ведь Ты - Наилучший из расселяющих»».
Həmçinin, belə de: "Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!"
23:30Страница 344
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ وَإِن كُنَّا لَمُبۡتَلِينَ ٣٠
Воистину, в этом есть знамения. Воистину, Мы подвергаем испытанию.
Həqiqətən, Nuh - aleyhissəlam - və onunla birğə olan möminlərin bu əzabdan xilas edib, kafirləri isə həlak edilməsində, Bizim, peyğəmbərlərimizə yardım etməyə, onları təkzib edənləri isə məhv etməyə qadir olduğumuza dair açıq-aydın dəlillər vardır. Şübhəsiz ki, Biz, mömini kafirdən, itaət edəni asidən ayır etməmiz üçün, Nuhu öz qövmünə peyğəmbər göndərərək onları beləcə sınağa çəkdik.
23:31Страница 344
ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ ٣١
Вслед за ними Мы сотворили другое поколение.
Biz, Nuh qövmünün həlak edilməsindən sonra başqa bir ümmət xəlq etdik.
23:32Страница 344
فَأَرۡسَلۡنَا فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٣٢
Мы направили к ним посланника из них самих: «Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Неужели вы не устрашитесь?».
Biz onların içindən, onları Allaha dəvət etməsi üçün bir peyğəmbər göndərdik. O peyğəmbər onlara belə dedi: "Ey Qövmüm! Özündən başqa ilah olmayan tək Allaha ibadət edin. Sizin ondan başqa heç bir haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"
23:33Страница 344
وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِ ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِلِقَآءِ ٱلۡأٓخِرَةِ وَأَتۡرَفۡنَٰهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يَأۡكُلُ مِمَّا تَأۡكُلُونَ مِنۡهُ وَيَشۡرَبُ مِمَّا تَشۡرَبُونَ ٣٣
Знатные люди из его народа, которые не уверовали и отрицали встречу в Последней жизни, которых Мы одарили щедрыми благами в мирской жизни, сказали: «Это - всего лишь человек, подобный вам. Он ест то, что вы едите, и пьет то, что вы пьете.
O peyğəmbərin qövmündən uca Allaha iman etməyib, axirəti və axirət günündə olan savab və cəzanı təkzib edən və dünya həyatında nemətlərdən bol verdiyimiz zalım başçılar onlara tabe olub, onların ardınca gedənlərə belə dedilər: "Bu kimsə, yediyinizdən yeyən və içdiyinizdən içən sizin kimi sadəcə bir insandır. Onun ayrıca olaraq sizdən üstün olan bir cəhəti yoxdur ki, o sizə peyğəmbər göndərilsin.
23:34Страница 344
وَلَئِنۡ أَطَعۡتُم بَشَرٗا مِّثۡلَكُمۡ إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ ٣٤
Если вы станете повиноваться человеку, который подобен вам, то непременно окажетесь в убытке.
Əgər siz özünüz kimi adi bir bəşər övladına itaət etsəniz, bu zaman ona tabe olub öz ilahlarınıza ibadət etməyi tərk etdiyinizə və sizdən heç bir üstün cəhəti olmayan kimsəyə tabe olduğunuza görə mütləq ziyana uğrayarsınız.
23:35Страница 344
أَيَعِدُكُمۡ أَنَّكُمۡ إِذَا مِتُّمۡ وَكُنتُمۡ تُرَابٗا وَعِظَٰمًا أَنَّكُم مُّخۡرَجُونَ ٣٥
Неужели он обещает вам, что вы будете воскрешены после того, как умрете и превратитесь в прах и кости?
Məgər özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sizə, siz ölüb torpağa və çürümüş sür-sümüyə çevrildikdən sonra yenidən dirildilib qəbirlərinizdən çıxarılacağınızımı vəd edir?! Məgər bu ağıla batan bir şeydir?!
23:36Страница 344
۞ هَيۡهَاتَ هَيۡهَاتَ لِمَا تُوعَدُونَ ٣٦
Невероятно, невероятно то, что обещано вам!
Sizə, ölüb torpağa və çürümüş sür-sümüyə çevrildikdən sonra yenidən dirildilib qəbirlərinizdən çıxarılacağınıza dair verilən vəd, mümkün olmayan və həqiqətdən çox uzaq olan bir vəddir.
23:37Страница 344
إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ ٣٧
Нет ничего, кроме нашей жизни в этом мире. Мы умираем и живем, и мы не будем воскрешены.
Onlar deyərdilər: "Həyat, dünya həyatından başqa bir şey deyildir. Axirət həyatı deyilən belə bir şey yoxdur. Belə ki, yaşayan canlılar ölür, onlar əsla bir daha dirilməzlər və onların ardından başqaları doğulur və onlarda dünyada ölüncəyə qədər yaşayarlar. Biz, Qiyamət günü ölümümüzdən sonra haqq-hesab dirilib qəbirlərimizdən ıxardılan deyilik!"
23:38Страница 344
إِنۡ هُوَ إِلَّا رَجُلٌ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا وَمَا نَحۡنُ لَهُۥ بِمُؤۡمِنِينَ ٣٨
Он - всего лишь человек, который возвел навет на Аллаха, и мы не веруем в него».
Özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu kimsə, ortaya atdığı bu iddiası ilə Allah haqqında yalan uyduran bir kimsədir. Biz ona inanan deyilik!"
23:39Страница 344
قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ ٣٩
Он сказал: «Господи! Помоги мне, ведь они сочли меня лжецом!».
Bu zaman Peyğəmbər Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Qövmüm məni yalançı saydıqlarına görə onlardan intiqam alaraq onlara qarşı mənə yardım et!"
23:40Страница 344
قَالَ عَمَّا قَلِيلٖ لَّيُصۡبِحُنَّ نَٰدِمِينَ ٤٠
Аллах сказал: «Очень скоро они будут раскаиваться».
Uca Allah onun duasına cavab verərək belə buyurdu: "Sənin gətirdiyin dini yalan hesab edənlər, yalan hesab etdiklərindən dolayı yaxın bir zamanda peşman olacaqlar!"
23:41Страница 344
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ بِٱلۡحَقِّ فَجَعَلۡنَٰهُمۡ غُثَآءٗۚ فَبُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٤١
Вопль поразил их по справедливости, и Мы обратили их в подобие сора, растворенного в потоке. Да сгинут люди несправедливые!
İnadlarından dolayı əzaba layiq görülən bu kimsələri, nəhayət, qaçılması mümkün olmayan həlak edici, qorxunc bir səs yaxaladı. Beləcə, onlar selin alıb apardığı çör-çöp kimi məhv olub getdilər. Məhv olsun zalım qövm!
23:42Страница 344
ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قُرُونًا ءَاخَرِينَ ٤٢
Вслед за ними Мы сотворили другие поколения.
Biz onları məhv etdikdən sonra Lutun qövmü, Şueybin qövmü və Yunusun qövmü kimi başqa qövmlər və ümmətlər xəlq edib, meydana gətirdik.
23:43Страница 345
مَا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ ٤٣
Ни одна община не может опередить свой срок или отложить его.
Peyğəmbərləri yalan sayan bu ümmətlərdən hər hansı biri, hansı vasitələrə sahib olmasından aslı olmayaraq həlak edilmələri üçün əvvəlcədən təyin edilmiş vaxt nə qabağa çəkə bilər, nə də onu gecikdirə bilər!
23:44Страница 345
ثُمَّ أَرۡسَلۡنَا رُسُلَنَا تَتۡرَاۖ كُلَّ مَا جَآءَ أُمَّةٗ رَّسُولُهَا كَذَّبُوهُۖ فَأَتۡبَعۡنَا بَعۡضَهُم بَعۡضٗا وَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَۚ فَبُعۡدٗا لِّقَوۡمٖ لَّا يُؤۡمِنُونَ ٤٤
Потом Мы отправляли одного за другим Наших посланников. Каждый раз, когда к какому-либо народу приходил посланник, они нарекали его лжецом. Мы отправляли их одних за другими на погибель и сделали их предметом сказаний. Да сгинут люди неверующие!
Sonra peyğəmbərlərimizi bir-birinin ardınca göndərdik. Hər ümmətə özlərinə Allah tərəfindən göndərilən peyğəmbəri gəldikdə, onlar onu təkzib etdilər. Belə olduqda, Biz də onları bir-birinin ardınca həlak edib və həlak edilmiş bu ümmətləri özlərindən sonra gələnlərin onlardan ibrət almaları üçün, Rəbbindən göndərilən peyğəmbərlərin gətirdiklərinə iman etməyən bir toplumun necə həlak edilməsinə dair insanların danışacaqları hekayələrə çevirdik.
23:45Страница 345
ثُمَّ أَرۡسَلۡنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ٤٥
Потом Мы отправили Мусу (Моисея) и его брата Харуна (Аарона) с Нашими знамениями и ясным доказательством
Sonra Musanı və qardaşı Harunu doqquz ayət: (Əsa, parlaq əl, çəyirtkə, bit, qurbağa, qan, tufan, qıtlıq illəri və nəhayət məhsulların azalması) və uca Allahın varlığına dəlalət edən açıq-aydın dəlillərlə göndərdik.
23:46Страница 345
إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمًا عَالِينَ ٤٦
к Фараону и его знати, но они возгордились, ведь они были людьми надменными.
Biz, Musa və onun qardaşı Harunu, Fironun və qövmünün zadəgan təbəqəsindən olanların yanına göndərdik. Onlar isə təkəbbürlük göstərərək Musa və Haruna iman etməyi qəbul etmədilər. Onlar insanlara əzab-əziyyət verməklə özlərini yüksək tutan bir toplum idilər.
23:47Страница 345
فَقَالُوٓاْ أَنُؤۡمِنُ لِبَشَرَيۡنِ مِثۡلِنَا وَقَوۡمُهُمَا لَنَا عَٰبِدُونَ ٤٧
Они сказали: «Неужели мы уверуем в двух людей, которые подобны нам, тогда как их народ служит нам?».
Firon və qövmünün zadəgan təbəqəsindən olanları dedilər: "Onların bizdən heç bir üstün cəhəti olmadığı və qövmləri (İsrail oğulları) da bizə boyun əyib, itaət edən bir kölə olduğu halda bu zaman biz özümüz kimi iki adama imanmı gətirəcəyik?!"
23:48Страница 345
فَكَذَّبُوهُمَا فَكَانُواْ مِنَ ٱلۡمُهۡلَكِينَ ٤٨
Они сочли их обоих лжецами и обрекли себя на погибель.
Firon və onun qövmü, Musa və qardaşı Harunun Allah tərəfindən onlara gətirdiyini yalan hesab etdilər. Elə bu səbəbdən də dənizdə boğularaq həlak edilənlərdən oldular.
23:49Страница 345
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ ٤٩
Воистину, Мы даровали Мусе (Моисею) Писание, чтобы они могли последовать прямым путем.
Biz Musaya, qövmünü haqqa yönəltməsi, onların da bu haqqla əməl etmələri istəyi ilə Tövratı verdik.
23:50Страница 345
وَجَعَلۡنَا ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥٓ ءَايَةٗ وَءَاوَيۡنَٰهُمَآ إِلَىٰ رَبۡوَةٖ ذَاتِ قَرَارٖ وَمَعِينٖ ٥٠
Мы сделали сына Марьям (Марии) и его мать знамением и поселили их в укромном месте на холме, где протекал ручей.
Biz Məryəm oğlu İsanı və onun anasını qüdrətimizə dəlalət edən bir ayət etdik. Məryəm, ona atasız olaraq hamilə qaldı. Biz onların hər ikisini qərar tutub yaşamaq üçün əlverişli olan, çeşmə axan yüksək bir təpədə yerləşdirdik.
23:51Страница 345
يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ٥١
О посланники! Вкушайте блага и поступайте праведно. Воистину, Мне известно о том, что вы совершаете.
Ey Peyğəmbərlər! Sizin üçün halal etdiyim ruzilərin xoş və dadlı olanından yeyin və şəriətə müvafiq olan saleh əməl edin! Şübhəsiz ki, Mən, etdiyiniz əməllərin hər birini yaxşı bilirəm. Belə ki, əməllərinizdən Mənə heç bir şey qizli qalmaz!
23:52Страница 345
وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱتَّقُونِ ٥٢
Воистину, ваша религия - религия единая, а Я - ваш Господь. Бойтесь же Меня!
Ey Peyğəmbərlər! Şübhəsi ki, sizin dininiz tək bir din olaraq İslam dinidir. Mən də sizin Rəbbinizəm, sizin məndən başqa Rəbbiniz yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!"
23:53Страница 345
فَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ زُبُرٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ٥٣
Но они разорвали свою религию на части, и каждая секта радуется тому, что имеет.
Peyğəmbərlərə tabe olanlar, onlardan sonra dində ayrılığa düşüb firqələrə və dəstələrə bölündülər. Beləliklə də, hər bir firqə, etiqat etdiyi dinin Allah yanında razı olunan din olduğuna inanaraq öz dini ilə öyünər və başqa dinlərin batil olduğunu hesab edər.
23:54Страница 345
فَذَرۡهُمۡ فِي غَمۡرَتِهِمۡ حَتَّىٰ حِينٍ ٥٤
Оставь же их в их невежестве (или слепоте и растерянности) до определенного времени.
Ey Peyğəmbər! Əzab özlərinə yetişənə qədər sən onları cəhalət və çaşqınlıq içində burax!
23:55–56Страница 345
أَيَحۡسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٖ وَبَنِينَ ٥٥
Неужели они думают, что Мы поддерживаем их богатством и сыновьями,
نُسَارِعُ لَهُمۡ فِي ٱلۡخَيۡرَٰتِۚ بَل لَّا يَشۡعُرُونَ ٥٦
потому что спешим одарить их благами? О нет! Однако они не ощущают этого!
Yoxsa sahib olduqları ilə sevinib fərəhlənən dində firqələrə bölünmüş bu kimsələr dünya həyatında onlara verdiyimiz var-dövlətin və oğul-uşağın etdikləri yaxşılığın qarşılığı olaraq verdiyimizimi zənn edirlər?! Xeyr, bu heç də onların zənn etdikləri kimi deyildir. Biz onlara bu nemətləri, onlar qəflətdə ikən, gözləmədikləri bir halda, onları əzabla yaxalamağımız üçün veririk. Lakin onlar bunu dərk etməzlər.
23:57Страница 345
إِنَّ ٱلَّذِينَ هُم مِّنۡ خَشۡيَةِ رَبِّهِم مُّشۡفِقُونَ ٥٧
Воистину, те, которые трепещут от страха перед своим Господом,
Şübhəsiz ki, Allaha iman gətirib və yaxşı əməllər edərək Allah qorxusundan qəlbləri titrəyənlər.
23:58Страница 345
وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمۡ يُؤۡمِنُونَ ٥٨
которые веруют в знамения своего Господа,
Rəbbinin kitabındakı ayələrə iman gətirənlər,
23:59Страница 345
وَٱلَّذِينَ هُم بِرَبِّهِمۡ لَا يُشۡرِكُونَ ٥٩
которые не приобщают к своему Господу сотоварищей,
Rəbbinin vəhdaniyyətinə iman gətirib yalnız Ona ibadət edərək və ibadətdə Ona heç bir şeyi şərik qoşmayanlar,
23:60Страница 346
وَٱلَّذِينَ يُؤۡتُونَ مَآ ءَاتَواْ وَّقُلُوبُهُمۡ وَجِلَةٌ أَنَّهُمۡ إِلَىٰ رَبِّهِمۡ رَٰجِعُونَ ٦٠
которые раздают милостыню, тогда как их сердца страшатся того, что им суждено вернуться к своему Господу, -
Onlar, saleh əməllər etməkdə səy göstərənlər, yaxşı əməllər edərək Allaha yaxınlaşmağa çalışıb, qiyamət günü Allah onların Allah yolunda infaq etdiklərini və gördükləri saleh əməlləri qəbul etməyəcəyindən qorxanlardır.
23:61Страница 346
أُوْلَٰٓئِكَ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَهُمۡ لَهَا سَٰبِقُونَ ٦١
все они спешат вершить добрые дела и опережают в этом других.
Məhz bu xislətlərə sahib olan kimsələr saleh əməllər etməyə tələsər və bu işlərdə bir-biri ilə yarışarlar. Daima onlar xeyir əməllər etməkdə başqalarından öndə gedərlər.
23:62Страница 346
وَلَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ وَلَدَيۡنَا كِتَٰبٞ يَنطِقُ بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ٦٢
Мы не возлагаем на человека сверх его возможностей. У Нас есть Писание, которое глаголет истину, и с ними не поступят несправедливо.
Biz hər kəsi yalnız bacardığı bir işi görməyə yadar edərik. Yanımızda hər bir kimsənin əməlini qeyd etdiyimiz, içərisində heç bir şübhəyə yer olmayann yalnız haqqı deyən bir Kitab vardır. Onlara, nə yaxşı əməlləri azaldılaraq, nə də ki, pis əməlləri artırılaraq əsla zülm olunmaz.
23:63Страница 346
بَلۡ قُلُوبُهُمۡ فِي غَمۡرَةٖ مِّنۡ هَٰذَا وَلَهُمۡ أَعۡمَٰلٞ مِّن دُونِ ذَٰلِكَ هُمۡ لَهَا عَٰمِلُونَ ٦٣
Однако их сердца слепы к этому (Корану). А наряду с этим они совершают менее тяжкие злодеяния.
Amma kafirlərin qəlbləri, həm haqqı deyən, həm də ki, onlara nazil edilən kitabdan xəbərsizdir. Onların Allaha qarşı küfr etmələri ilə yanaşı, Allaha xoş getməyən başqa pis işləri də vardır.
23:64Страница 346
حَتَّىٰٓ إِذَآ أَخَذۡنَا مُتۡرَفِيهِم بِٱلۡعَذَابِ إِذَا هُمۡ يَجۡـَٔرُونَ ٦٤
А когда Мы подвергнем наказанию изнеженных роскошью среди них, они завопят громким голосом.
Onların dünya həyatında cah-calal və naz-nemətlər içində yaşayanlarını Qiyamət günü əzaba düçar etdiyimizdə imdad diləyərək fəryad qoparıb səslərini yüksəldərlər.
23:65Страница 346
لَا تَجۡـَٔرُواْ ٱلۡيَوۡمَۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ٦٥
Не вопите сегодня! Воистину, Мы не окажем вам помощи.
Onlara, Allahın rəhmətindən ümüdlərini kəsmələri üçün belə deyiləcəkdir: "Bu gün fəryad qoparıb, sizə kömək edilməsi üçün yalvarıb-yaxarmayın! Bu gün sizi Allahın əzabından qoruyacaq heç bir yardımçınız yoxdur!"
23:66Страница 346
قَدۡ كَانَتۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ تَنكِصُونَ ٦٦
Вам читали Мои аяты, но вы пятились от них,
Dünyada ikən Allahın kitabının ayələri sizə oxunduğu zaman siz bu ayələri eşitdikdə ondan xoşlanmayaraq üz çevirirdiniz.
23:67Страница 346
مُسۡتَكۡبِرِينَ بِهِۦ سَٰمِرٗا تَهۡجُرُونَ ٦٧
возгордившись ею (Каабой) и произнося скверные речи по ночам.
Siz bunu, özünüzün Kəbə əhli olduğunu iddia edib, insanlara qarşı təkəbbürlük göstərərək edirdiniz, əslində siz haram əhli deyilsiniz, bilin ki, haram əhli Allahdan qorxan təqva sahibləridir. Çünki siz gecələr Kəbənin ətrafında toplanıb yaramaz sözlər söyləyir və ona qarşı heç bir sayğı və ehtiram göstərmirsiniz.
23:68Страница 346
أَفَلَمۡ يَدَّبَّرُواْ ٱلۡقَوۡلَ أَمۡ جَآءَهُم مَّا لَمۡ يَأۡتِ ءَابَآءَهُمُ ٱلۡأَوَّلِينَ ٦٨
Неужели они не задумываются над Словом? Или же к ним явилось то, что не приходило к их праотцам?
Məgər o müşriklər iman gətirmələri və içində olanlara əməl etmələr üçün uca Allahın onlara nazil etdiyi Quranı düşünmürlərmi?! Yaxud onlara özlərindən öncə olan ata-babalarına gəlməyən bir şey gəldi, elə buna görə də üz çevirib, onu yalan saydılar?!
23:69Страница 346
أَمۡ لَمۡ يَعۡرِفُواْ رَسُولَهُمۡ فَهُمۡ لَهُۥ مُنكِرُونَ ٦٩
Или же они не узнали своего Посланника и принялись отвергать его?
Yoxsa onlar Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allah tərəfindən özlərinə göndərilmiş bir elçisi olduğunu bilməyib, buna görə onu inkar edirlər?! Şübhəsiz, onlar onun sadiq və əmin bir insan olduğunu yaxşı bilirdilər.
23:70Страница 346
أَمۡ يَقُولُونَ بِهِۦ جِنَّةُۢۚ بَلۡ جَآءَهُم بِٱلۡحَقِّ وَأَكۡثَرُهُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ ٧٠
Или же они говорят, что он - бесноватый? Напротив, он принес им истину, но большинство из них не любят ее.
Yoxsa onlar: "O dəlidir?" – deyirlər. Xeyr, onlar yalan söyləyirlər. Muhəmməd (sallallahu aleyhi və səlləm) onlara Allahdan olmasın heç bir şəkk-şübhə olmayan haqqı gətirmişdir. Lakin onların çoxu qəblərində olan həsəd və batilə təəssübkeşlik üzündən haqqı xoşlamaz və qəblərində haqqa qarşı qəzəb bəsləyərlər.
23:71Страница 346
وَلَوِ ٱتَّبَعَ ٱلۡحَقُّ أَهۡوَآءَهُمۡ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ بَلۡ أَتَيۡنَٰهُم بِذِكۡرِهِمۡ فَهُمۡ عَن ذِكۡرِهِم مُّعۡرِضُونَ ٧١
А если бы истина зависела от их желаний, то сгинули бы небеса, земля и те, кто на них. Мы даровали им их Напоминание (Коран), однако они отвернулись от своего Напоминания.
Əgər Uca Allah kainatda olan işləri onların nəfslərinin istəklərinə uyğun olaraq idarə etmiş olsaydı, işlərin sonu nə ilə nəticələnəcəyini və nəyin doğru, nəyin də yanlış olduğunu bilmədikləri üzündən göylər, yer və onların arasında olanların hamısı fəsada uğrayardı. Əksinə, Biz onlara özləri üçün izzətli və şərəfi olanı gətirdik, buda Qurandır. Lakin onlar, Qurandan üz döndərdi.
23:72Страница 346
أَمۡ تَسۡـَٔلُهُمۡ خَرۡجٗا فَخَرَاجُ رَبِّكَ خَيۡرٞۖ وَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٧٢
Разве ты просишь у них вознаграждения? Воздаяние твоего Господа лучше, и Он - Наилучший из дарующих удел.
Ey Peyğəmbər! Yoxsa sən, gətirdiyin bu dinin qarşılığnda onlardan bir mükafatmı istədin ki, onlarda bu üzdən sənin dəvətini rədd etdilər?! Xeyr, sən əsla belə bir şey etmədin. Rəbbinin sənə verəcəyi mükafatı, onların və onlardan qeyrilərinin sənə verəcəyi mükafatdan qat-qat daha xeyirlidir. Çünki pak olan Allah ruzi verənlərin ən xeyirlisidir!
23:73Страница 346
وَإِنَّكَ لَتَدۡعُوهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٧٣
Воистину, ты призываешь их на прямой путь.
Ey Peyğəmbər! Həqiqətən də, sən, onları və onlardan qeyrilərini heç bir əyriliyi olmayan, gecəsi gündüz kimi olan doğru bir yola çağırırsan. Bu yol, İslam yoludur.
23:74Страница 346
وَإِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ ٧٤
А те, которые не веруют в Последнюю жизнь, непременно сбиваются с пути.
Axirət gününə və oradakı hesaba, cəza və mükafata inanmayanlar isə doğru olan İslam yoldan üz çevirib, onları Cəhənnəmə sürükləyən başqa əyri yollara meyil edərlər.
23:75Страница 347
۞ وَلَوۡ رَحِمۡنَٰهُمۡ وَكَشَفۡنَا مَا بِهِم مِّن ضُرّٖ لَّلَجُّواْ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ٧٥
Если бы Мы смилостивились над ними и избавили их от беды, они все равно продолжали бы слепо скитаться, настаивая на своем беззаконии.
Əgər Biz onlara rəhm edib düşdükləri aclıq və quraqlıqdan xilas etsəydik, onlar yenə də əvvəlki azğınlıqları içində tərəddüd edib, çaşmış halda qalacadılar.
23:76Страница 347
وَلَقَدۡ أَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ فَمَا ٱسۡتَكَانُواْ لِرَبِّهِمۡ وَمَا يَتَضَرَّعُونَ ٧٦
Мы подвергли их мучениям, но они не смирились перед своим Господом и не взмолились перед Ним.
Biz onları müxtəlif növ müsibətlərlə imtahana çəkdik, amma onlar yenə də öz Rəbbinə boyun əyib, Ona ibadət etmədilər və bəlaların onlara göndərildiyi zaman onları bu bəlalardan xilas edilməsi üçün Uca Allaha qorxu ilə yalvarıb-yaxarmadılar.
23:77Страница 347
حَتَّىٰٓ إِذَا فَتَحۡنَا عَلَيۡهِم بَابٗا ذَا عَذَابٖ شَدِيدٍ إِذَا هُمۡ فِيهِ مُبۡلِسُونَ ٧٧
Когда же Мы распахнем перед ними врата тяжких мучений, они придут там в отчаяние.
Sonda şiddətli əzab qapısını onların üzünə açdığımız (Bədr döyüşündə onları məğlub etdiyimiz) zaman onlar özlərinin bu bəladan əsla qurtara bilməyəcəklərini dərk edib və xeyirə olan bütün ümidlərini kəsdilər.
23:78Страница 347
وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ٧٨
Он - Тот, Кто сотворил для вас слух, зрение и сердца. Но как мала ваша благодарность!
Ey öldükdən sonra yenidən dirilməyi yalan sayan kimsələr! Uca Allah sizə, eşitməniz üçün qulaqlar, görməniz üçün qözlər və anlamanız üçün qəlblər verdi. Bununla belə siz, sizə verilən bu nemətlərə görə uca Allaha olduqca çox az şükür edirsiniz!
23:79Страница 347
وَهُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ٧٩
Он - Тот, Кто расселил вас по земле, и к Нему вы будете собраны.
Ey İnsanlar! Sizi yer üzündə xəlq edən Odur. Siz Qiyamət günü haqq-hesab və etdiyiniz əməllərin müqabilini almaq üçün Onun hüzuruna toplanacaqsınız.
23:80Страница 347
وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ ٨٠
Он - Тот, Кто дарует жизнь и умерщвляет. Он чередует ночь и день. Неужели вы не разумеете?
Dirildən yalnız Odur, Ondan başqa dirildən yoxdur. Öldürən Odur, Ondan başqa öldürən də yoxdur. Zülmət və nur, uzun və qısa olmaqla gecə ilə gündüzü bir-birinin ardından əvəz edən də Odur. Məgər bütün bunlardan sonra yenə də siz, Onun qüdrətini, yaratmaqda və bütün bu kainatı idarə etməkdə tək olduğunu dərk etməyəcəksiniz?!
23:81Страница 347
بَلۡ قَالُواْ مِثۡلَ مَا قَالَ ٱلۡأَوَّلُونَ ٨١
О нет! Они говорят то же, что говорили первые поколения.
Əksinə onlar, kafir olan ölüb-getmiş ata-babalarının dedikləri sözu eyni ilə təkrar etdilər.
23:82Страница 347
قَالُوٓاْ أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ٨٢
Они говорят: «Неужели мы будем воскрешены после того, как умрем и превратимся в прах и кости?
Onlar öldükdən sonra yenidən dirilməyi inkar edərək belə demişdilər: "Məgər biz ölüb torpaq və çürümüş sür-sümük olduqdan sonra etdiyimiz əməllərin hesabı üçün yenidən dirildiləcəyik?!
23:83Страница 347
لَقَدۡ وُعِدۡنَا نَحۡنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٨٣
Это обещают нам, а еще раньше это обещали нашим отцам. Это - всего лишь легенды древних народов».
Öldükdən sonra yenidən diriləcəyimiz həm bizə, həm də, bizdən əvvəl yaşamış ata-babalarımıza vəd edilmişdir. Lakin biz, bu vədin gerçəkləşdiyini gərmədik. Biz bunun, keçmişdəkilərin əfsanələrindən və uydurmalarından başqa bir şey olduğunu düşünmürük!"
23:84Страница 347
قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٨٤
Скажи: «Кому принадлежит земля и те, кто на ней, если только вы знаете?».
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edən o kafirlərə belə de: "Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimə məxsusdur?!"
23:85Страница 347
سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ ٨٥
Они скажут: «Аллаху». Скажи: «Неужели вы не помяните назидание?».
Onlar: "Yer üzü və yer üzünün üzərində olanlar bütünlüklə Allaha aiddir!"– deyəcəklər. Elə isə sən onlara belə de: "Yer üzü və yer üzünün üzərində olanların bütünlüklə Özünə məxsus olan Allahın, öldükdən sonra sizləri yenidən diriltməyə qadir olduğunu düşünmürsünüz?!"
23:86Страница 347
قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ ٨٦
Скажи: «Кто Господь семи небес и Господь великого Трона?».
Onlara de: "Yeddi qat göyün və özündən daha böyük bir yaradılış olmayan əzəmətli ərşin Rəbbi kimdir?"
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии