Аль-Мухтасар · Тафсир · на азербайджанском
الفرقان
Аль-Фуркан
аль-Фуркан · Мекканская · 77 аятов
25:1Страница 359
تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا ١
Благословен Тот, Кто ниспослал Своему рабу Различение (Коран), чтобы он предостерег миры.
Qulu və Rəsulu olan Muhəmmədi (sallallahu aleyhi və səlləm) insanlara və cinlərə elçi göndən, eyni zaman da onları Allahın əzabı ilə qorxutması üçün ona haqqla batili bir-birindən ayıran Quranı nazil edən Allah, xeyir-bərəkəti bol və şanı uca olandır!
25:2Страница 359
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا ٢
Ему принадлежит власть над небесами и землей. Он не взял Себе сына и ни с кем не делил власть. Он сотворил всякую вещь и придал ей соразмерную меру (или предопределил ее).
Göylərin və yerin mülkü və hökmüranlığı yalnız Allaha məxsusdur. O, Özünə oğul götürməmişdir, Onun mülkündə və hökmüranlığında da heç bir şəriki yoxdur. O, bütün şeyləri Öz elminə və hikmətinə müvafiq olaraq yaratmış və hər bir məxluqu münasib bir şəkildə yaratmışdır.
25:3Страница 360
وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا ٣
Они стали поклоняться вместо Него другим божествам, которые ничего не создают, хотя сами были сотворены. Они не властны принести вред или пользу даже самим себе и не распоряжаются ни смертью, ни жизнью, ни воскрешением.
Müşriklər, Allahı buraxıb kiçik və ya böyük bir şey yaratmayan, əksinə, yaradılmış olan bütləri özlərinə ilahlar qəbul etdilər. Allah həm onları, həm də onların ibadət etdikləri bütləri yoxdan yaradmışdır. O bütlər, özlərindən hər hansı bir zərəri uzaqlaşdıra bilmədikləri kimi, eyni ilə özlərinə hər hansı bir xeyri cəlb edə bilməzlər. Həmçinin, o bütlərin, dirini öldürməyə, ölünü də diriltməyə və ölüləri də qəbirlərindən dirildib çıxarmağa qüdrəti çatmaz.
25:4Страница 360
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ إِفۡكٌ ٱفۡتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيۡهِ قَوۡمٌ ءَاخَرُونَۖ فَقَدۡ جَآءُو ظُلۡمٗا وَزُورٗا ٤
Неверующие говорят: «Это - всего лишь ложь, которую он выдумал с помощью других людей». Воистину, они поступают несправедливо и лгут.
Allah və Onun Rəsuluna iman etməyib kafir olanlar: "Bu Quran, Muhəmmədin bir iftira olaraq uydurub sonra onu Allah nisbət etdiyi yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa insanlar da kömək etmişlər" – dedilər. Bu kafirlər, batil söz söyləməklə haqsızlığa və iftiraya yol verdilər. Bu Qurqan, Allahın kəlamıdır. Hər hansı bir bəşər övladının, yaxud bir cinin Qurana bənzər bir kitab gətirməsi əsla mümkün deyildir.
25:5Страница 360
وَقَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٱكۡتَتَبَهَا فَهِيَ تُمۡلَىٰ عَلَيۡهِ بُكۡرَةٗ وَأَصِيلٗا ٥
Они говорят: «Это - легенды древних народов. Он попросил записать их, и их читают ему утром и после полудня».
Quranı təkzib edən kimsələr: "Bu, keçmişdəkilərin yalandan uydurduqları nağıllarıdır. Muhəmməd onu başqasından köçürtmüşdür. Bunlar səhər-axşam onun özünə oxunur" – dedilər.
25:6Страница 360
قُلۡ أَنزَلَهُ ٱلَّذِي يَعۡلَمُ ٱلسِّرَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ غَفُورٗا رَّحِيمٗا ٦
Скажи: «Ниспослал его Тот, Кому известны тайны на небесах и на земле. Он - Прощающий, Милосердный».
Ey Peyğəmbər! Quranı təkzib edənlərə belə de: "Bu Quranı, göylərdə və yerdə hər bir şeyi bilən Allah nazil etmişdir. O heç də sizin idda etdiyiniz kimi uydurulmuş bir kitab deyildir!" Sonra Uca Allah onları tövbəyə dəvət edərək beyə buyurur: "Həqiqətən Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı çox mərhəmətlidir!".
25:7Страница 360
وَقَالُواْ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأۡكُلُ ٱلطَّعَامَ وَيَمۡشِي فِي ٱلۡأَسۡوَاقِ لَوۡلَآ أُنزِلَ إِلَيۡهِ مَلَكٞ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا ٧
Они сказали: «Что это за посланник? Он ест пищу и ходит по рынкам. Почему к нему не был ниспослан ангел, который предостерегал бы вместе с ним?
Peyğəmbəri (sallallahu aleyhi və səlləm) təkzib edən müşriklər belə dedilər: "Diğər insanlar kimi yemək yeyən, ehtiyacını təmin etmək üçün bazarları gəzib dolaşan və sonra da özünün Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu iddia edən bu kimsə axı necə peyğəmbər ola bilər?! Məgər Allah onunla birgə, onun həqiqi peyğəmbər olduğunu təsdiq edən və bu işdə ona yardın edən bir mələk göndərilməli deyildimi?!"
25:8Страница 360
أَوۡ يُلۡقَىٰٓ إِلَيۡهِ كَنزٌ أَوۡ تَكُونُ لَهُۥ جَنَّةٞ يَأۡكُلُ مِنۡهَاۚ وَقَالَ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا ٨
Почему ему не даровано сокровище? Почему у него нет сада, из которого он бы вкушал?». Беззаконники сказали: «Воистину, вы следуете лишь за околдованным мужем».
"Yaxud ona göydən bir xəzinə nazil edilməli və ya meyvəsindən yeyib dolanmasından ötrü bir bağ-bağça verilməli deyildimi?! Əgər belə olsaydı, bu zaman onun ruzi əldə etməsi üçün bazarlarda gəzib dolanmasına heç bir ehtiyacı qalmazdı". Zalımlar, möminlərə dedilər: "Ey Möminlər! Siz sehr səbəbindən ağlını itirmiş bir adamın ardınca gedirsiniz."
25:9Страница 360
ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَٰلَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا ٩
Посмотри, как они приводят тебе притчи! Они впали в заблуждение и не могут найти дороги.
Ey Peyğəmbər! Onların səni əsasız və batil vəsflərlə vəsf etmələrinə bir bax. Onlar sənin haqqında: "Sehribaz, ovsunlanmış və məcnun" – dedilər və bu səbəbdən də zəlalətə düşdülər. Onlar bir daha doğru yolu tapa bilməzlər və sənin sadiqliyinə və əmin bir kimsə olduğuna əsla xələl gətirə bilməzlər!
25:10Страница 360
تَبَارَكَ ٱلَّذِيٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيۡرٗا مِّن ذَٰلِكَ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَيَجۡعَل لَّكَ قُصُورَۢا ١٠
Благословен Тот, Кто дарует тебе, если пожелает, нечто лучшее - Райские сады, в которых текут реки, а также дворцы.
(Ya Rəsulum!) Sənə, müşriklərin sənə dediklərindən daha xeyirlisini verməyə qadir olan Allah, necə də Əzəmətlidir. Əgər Allah istəsəydi sənə elə dünyada ikən ağacları və qəsirləri altından çaylar axan, meyvəsindən bol-bol yeyəcəyin bağ-bağçalar və içərisində nemətlər içində yaşayacağın qəsrlər bəxş edərdi.
25:11Страница 360
بَلۡ كَذَّبُواْ بِٱلسَّاعَةِۖ وَأَعۡتَدۡنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا ١١
Но они считают ложью Час, а для тех, кто считает ложью Час, Мы приготовили Пламя.
Onlardan nə haqqı tələb etdiklərinə nə də ki, dəlili araşdırmalarına dair bir söz çıxmadı. Onlar, hələ bu azmış kimi üstəlik Qiyamət gününü də yalan saydılar. Biz də Qiyamət gününü yalan sayanlardan ötrü atəşi yandırıb-yaxan əzəmətli bir od hazırladıq.
25:12Страница 361
إِذَا رَأَتۡهُم مِّن مَّكَانِۭ بَعِيدٖ سَمِعُواْ لَهَا تَغَيُّظٗا وَزَفِيرٗا ١٢
Когда оно завидит их издалека, они услышат его яростное шипение и тяжелое дыхание.
Kafirlər Cəhənnəmə sürükləndikləri zaman uzaq bir məsafədən Cəhənnəmi gördükdə, Cəhənnəmin onlara qarşı olan qəzəbindən şiddətlə qaynamasını duyacaq və onun dəhşətli uğultusunu eşidəcəklər.
25:13Страница 361
وَإِذَآ أُلۡقُواْ مِنۡهَا مَكَانٗا ضَيِّقٗا مُّقَرَّنِينَ دَعَوۡاْ هُنَالِكَ ثُبُورٗا ١٣
Когда их скованными бросят в тесное место, там они будут призывать погибель.
O kafirlər əlləri boyunlarına zəncirlənmiş bir şəkildə Cəhənnəmin dar bir yerinə atıldıqları zaman Cəhənnəmdən qurtarmalarını istəyərək özlərinə bəd dua edərlər.
25:14Страница 361
لَّا تَدۡعُواْ ٱلۡيَوۡمَ ثُبُورٗا وَٰحِدٗا وَٱدۡعُواْ ثُبُورٗا كَثِيرٗا ١٤
Не призывайте сегодня одну погибели, а призывайте много погибелей!
Ey kafirlər! Bu gün bir həlakl üçün özünüzə bəd dua etməyin. Əksinə, bir çox həlak üçün bəd dualar edin. Lakin özünüzə nə qədər çox bəd dualar etsənizdə istədiyinizə cavab verilməyəcəkdir. Əksinə sizlər, şiddətli əzabın içində əbədi olaraq qalacaqsınız!
25:15Страница 361
قُلۡ أَذَٰلِكَ خَيۡرٌ أَمۡ جَنَّةُ ٱلۡخُلۡدِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۚ كَانَتۡ لَهُمۡ جَزَآءٗ وَمَصِيرٗا ١٥
Скажи: «Это лучше или же Сад вечности, который обещан богобоязненным и будет им воздаянием и местом прибытия?».
Ey Peyğəmbər! Onlara de ki: "Sizə vəsf edilən bu əzab yaxşıdır, yoxsa nemətləri davamlı olan və əsla kəsilməyən əbədiyyət cənnəti? Bu əbədiyyət cənnəti, Allahın müttəqi qullarına qiyamət günü vəd etdiyi savab və qayıdacaqları olan dönüş yeridir!"
25:16Страница 361
لَّهُمۡ فِيهَا مَا يَشَآءُونَ خَٰلِدِينَۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعۡدٗا مَّسۡـُٔولٗا ١٦
Там они получат все, что пожелают, и останутся навечно. Твой Господь взял на себя это испрошенное обещание.
Bu Cənnətdə onlar üçün istədikləri hər şey vardır. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və mömin qullarının da onu yerinə yetirməsini arzu etdikləri bir vədidir. Allahın vədi mütləq gercəkləşəcəkdir. O, vədindən əsla dönməz.
25:17Страница 361
وَيَوۡمَ يَحۡشُرُهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمۡ أَضۡلَلۡتُمۡ عِبَادِي هَٰٓؤُلَآءِ أَمۡ هُمۡ ضَلُّواْ ٱلسَّبِيلَ ١٧
В тот день Он соберет их и тех, кому они поклонялись вместо Аллаха, и скажет: «Это вы ввели в заблуждение этих Моих рабов, или же они сами сбились с пути?».
O gün Allah, yalan sayan o müşrikləri və onların Allahdan başqa ibadət etdikləri bütlərin hamısını bir araya cəm edəcək və ibadət edilən o bütlərə məzəmmət edərək belə deyəcəkdir: "Qullarıma, sizə ibadət etmələrini əmr edərək onları haqq yoldan sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?!"
25:18Страница 361
قَالُواْ سُبۡحَٰنَكَ مَا كَانَ يَنۢبَغِي لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنۡ أَوۡلِيَآءَ وَلَٰكِن مَّتَّعۡتَهُمۡ وَءَابَآءَهُمۡ حَتَّىٰ نَسُواْ ٱلذِّكۡرَ وَكَانُواْ قَوۡمَۢا بُورٗا ١٨
Они скажут: «Пречист Ты! Не подобало нам брать покровителей и помощников вместо Тебя. Однако Ты позволил им и их отцам пользоваться благами, так что они забыли Напоминание. Они были пропащим народом».
Allahdan başqa ibadət edilənlər belə deyəcəklər: "Ey Rəbbimiz! Sən, Sənin ortağın və ya şərikin olmasından pak və müqəddəssən! Səndən başqa özümüzə himayədarlar götürmək bizə yaraşmaz. Belə olduğu bir halda, necə ola bilər ki, biz Sənin qullarını, Səndən başqasına ibadət etməyə dəvət edək?! Lakin Sən bu müşriklərə və onlardan öncə atalarına, qəfildən onları əzabla yaxalamaq üçün o qədər dünya ləzzətlərində dadırıb, firavan həyat nəsib etdin ki, axırda onlar Səni yada salmağıda yaddan çıxarıb, Səndən başqasına ibadət etdilər və beləcə azğınlıqları səbəbindən məhvə məhkum olunmuş bir qövmə çevrildilər!"
25:19Страница 361
فَقَدۡ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسۡتَطِيعُونَ صَرۡفٗا وَلَا نَصۡرٗاۚ وَمَن يَظۡلِم مِّنكُمۡ نُذِقۡهُ عَذَابٗا كَبِيرٗا ١٩
Они опровергли то, что вы говорите, и вы не можете ни отвратить наказание, ни помочь себе. Тем из вас, кто поступал несправедливо, Мы дадим вкусить великие мучения.
Ey müşriklər! Allahdan başqa ibadət etdiyiniz bütlər artıq sizin dediklərinizi yalan hesab etdilər. Aciz qaldığınız səbəbdən nə əzabı özünüzdən dəf edə bilərsiz, nə də başqası sizi əzabdan xilas etmək üçün sizə bir əlac tapa bilər. Ey Möminlər! Sizdən kim Allaha şərik qoşaraq özünə zülüm edənsə, müşriklərə dadırdığımız əzab kimi onda böyük bir əzab daddırarıq!
25:20Страница 361
وَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ مِنَ ٱلۡمُرۡسَلِينَ إِلَّآ إِنَّهُمۡ لَيَأۡكُلُونَ ٱلطَّعَامَ وَيَمۡشُونَ فِي ٱلۡأَسۡوَاقِۗ وَجَعَلۡنَا بَعۡضَكُمۡ لِبَعۡضٖ فِتۡنَةً أَتَصۡبِرُونَۗ وَكَانَ رَبُّكَ بَصِيرٗا ٢٠
Мы не ниспосылали до тебя посланников, которые не принимали бы пищи и не ходили бы по рынкам. Мы сделали одних из вас искушением для других: проявите ли вы терпение? Твой Господь - Видящий.
Ey Peyğəmbər! Səndən öncəki göndərdiyimiz bütün elçilərimiz də yemək yeyər, bazarlarda gəzib dolaşardılar. Bunu edən sən ilk peyğəmbər deyilsən. Ey İnsanlar! Sizin bəzilərinizi digərlərinizə zənginlik, fəqirlik, sağlamlıq və xəstəlik səbəbi ilə sınağa çəkdik ki, görək siz səbir edə biləcəksinizmi?! Əgər buna səbir edə bilsəniz, Allah, səbir etdiyinizə görə bunun mükafatını sizə verəcəkdir. Sənin Rəbbin, səbir edənlə səbir etməyəni, Ona itaət edənlə itaət etməyəni görəndir.
25:21Страница 362
۞ وَقَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا لَوۡلَآ أُنزِلَ عَلَيۡنَا ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ نَرَىٰ رَبَّنَاۗ لَقَدِ ٱسۡتَكۡبَرُواْ فِيٓ أَنفُسِهِمۡ وَعَتَوۡ عُتُوّٗا كَبِيرٗا ٢١
Те, которые не надеются на встречу с Нами, говорят: «Почему к нам не ниспосланы ангелы? И почему мы не видим нашего Господа?». Они надменно возгордились в душе собой и проявили великое неповиновение.
Bizimlə qarşılaşmağı ümid etməyən və əzabımızdan qorxmayan kafirlər belə dedilər: "Kaş, Allah bizə mələkləri edirərək və ya Rəbbimizi açıq-aşkar görərək bizlərə Muhəmmədin doğru danışdığı barədə xəbər verəydi?" Təkəbbürlük onların qəlbində o qədər böyüdü ki, hətta bu, onların iman gətirmələrinə mane olacaq dərəcəyə qədər çatdı və beləliklə də, bu söylədikləri sözlər səbəbindən küfrdə və azğınlıqda həddi aşdılar.
25:22Страница 362
يَوۡمَ يَرَوۡنَ ٱلۡمَلَٰٓئِكَةَ لَا بُشۡرَىٰ يَوۡمَئِذٖ لِّلۡمُجۡرِمِينَ وَيَقُولُونَ حِجۡرٗا مَّحۡجُورٗا ٢٢
В тот день, когда они увидят ангелов, для грешников не будет никакой благой вести, и они (ангелы) скажут: «Вот преграда непреодолимая!».
Kafirlər ölüm ayağında, bərzəx aləmində, yenidən dirilib qəbirlərindən çıxacaqlarında, hesaba gətirildiklərində və həmçinin Cəhənnəmə varid olduqda, möminlərin tam əksi olaraq onlara heç bir müjdə və ya sevindirici xəbər verilməyəcək. Bu zaman mələklər kafirlərə: "Sizə Allah tərəfindən müjdə haramdır" - deyəcəklər.
25:23Страница 362
وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا ٢٣
Мы займемся деяниями, которые они совершили, и обратим их в развеянный прах.
Biz kafirlərin dünyada ikən etdikləri xeyirxah və yaxşı əməlləri, etdikləri küfr səbəbindən batil və faydasız olmasından dolayı, baxan insanın, pəncərədən daxil olan günəş şüalarının içərisində uçan dağınıq toz zərrəciklərini gördüyü kimi onun xeyirxah və yaxşı əməllərini də havada uçan toz zərrəcikləri kimi faydasız hala çevirərik.
25:24Страница 362
أَصۡحَٰبُ ٱلۡجَنَّةِ يَوۡمَئِذٍ خَيۡرٞ مُّسۡتَقَرّٗا وَأَحۡسَنُ مَقِيلٗا ٢٤
У обитателей Рая в тот день будет более хорошая обитель и более прекрасное место отдыха.
Cənnət əhli olan möminlər, o gün qalacaqları və istirahət edəcəkləri məqam baxımından kafirlərdən daha üstün məqamlarda və daha gözəl yerlərdə olacaqlar. Bu da onların Uca Allaha iman gətirmələri və saleh əməllər etmələri səbəbi ilədir.
25:25Страница 362
وَيَوۡمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلۡغَمَٰمِ وَنُزِّلَ ٱلۡمَلَٰٓئِكَةُ تَنزِيلًا ٢٥
В тот день небо разверзнется и покроется облаками, и будут низведены ангелы.
Ey Peyğəmbər! Göy üzündəki incə bəyaz buludların yarılcağını və sayca çox olan mələklərin dəstə-dəstə məhşər yerinə enəcəyini yadına sal!
25:26Страница 362
ٱلۡمُلۡكُ يَوۡمَئِذٍ ٱلۡحَقُّ لِلرَّحۡمَٰنِۚ وَكَانَ يَوۡمًا عَلَى ٱلۡكَٰفِرِينَ عَسِيرٗا ٢٦
В тот день власть будет истинной и будет принадлежать Милостивому, и день тот будет тяжким для неверующих.
Qiyamət günü haqq və gerçək mülk, yalnız pak və müqəddəs olan Rəhmana məxsusdur. O gün, möminlərin əski olara kafirlər üçün çox çətin bir gün olacaq. Möminlər üçün isə çox asan və rahat bir gün olacaqdır.
25:27Страница 362
وَيَوۡمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيۡهِ يَقُولُ يَٰلَيۡتَنِي ٱتَّخَذۡتُ مَعَ ٱلرَّسُولِ سَبِيلٗا ٢٧
В тот день беззаконник станет кусать свои руки и скажет: «Лучше бы я последовал путем Посланника!
Ey Peyğəmbər! O gün zalım kimsənin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe olmaması səbəbi ilə böyük peşmançılıqlarından dolayı iki əllərini çeynəyərək: "Kaş, mən Rəbbim tərəfindən göndərilən Peyğəmbərə tabe olub, onunla bərabər qurtuluşa doğru bir yol tutsaydım" - deyəcəyini xatırla!
25:28Страница 362
يَٰوَيۡلَتَىٰ لَيۡتَنِي لَمۡ أَتَّخِذۡ فُلَانًا خَلِيلٗا ٢٨
О горе мне! Лучше бы я не брал такого-то себе в друзья!
O gün o, şiddətli təəssüf və kədər hissi keçirdiyi üçün öz nəfsinə bəd dua edərək belə deyəcəkdir: "Vay halıma! Yazıqlar olsun mənə! Kaş, mən filan kafiri özümə dost seçməyəydim!"
25:29Страница 362
لَّقَدۡ أَضَلَّنِي عَنِ ٱلذِّكۡرِ بَعۡدَ إِذۡ جَآءَنِيۗ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِلۡإِنسَٰنِ خَذُولٗا ٢٩
Это он отвратил меня от Напоминания (Корана) после того, как оно дошло до меня». Воистину, дьявол оставляет человека без поддержки.
Çünki Quran mənə Peyğəmbər vasitəsi ilə çatdıqdan sonra o kafir dostum məni Qurandan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı daima zəlil və rüsvay edər. İnsanın başına əməllərindən dolayı bir müsibət gəldikdə isə ondan uzaq durub özünü təmizə çıxarar.
25:30Страница 362
وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوۡمِي ٱتَّخَذُواْ هَٰذَا ٱلۡقُرۡءَانَ مَهۡجُورٗا ٣٠
Посланник сказал: «Господи! Мой народ забросил этот Коран».
O gün Peyğəmbər qövmünün halından Rəbbinə şikayətlənərək belə deyəcək: "Ey Rəbbim! Məni Peyğəmbər olaraq göndərdiyin qövmüm bu Quranı tərk etdib, ondan üz çevirdi!"
25:31Страница 362
وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا مِّنَ ٱلۡمُجۡرِمِينَۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيٗا وَنَصِيرٗا ٣١
Так для каждого пророка Мы создали врагов из числа грешников, но довольно того, что твой Господь наставляет на прямой путь и помогает.
Ey Peyğəmbər! Sən qövmündən kifayət qədər əziyyətlər və çətinliklər gördün. Beləcə, Biz səndən öncə gələn peyğəmbərlərdən hər birinə öz qövmünün günahkarlardan düşmən etdik. Sənə, haqq yolu göstərici və düşmənə qarşı sənə yardım edici olaraq Rəbbin yetər.
25:32Страница 362
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ٱلۡقُرۡءَانُ جُمۡلَةٗ وَٰحِدَةٗۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَۖ وَرَتَّلۡنَٰهُ تَرۡتِيلٗا ٣٢
Неверующие сказали: «Почему Коран не ниспослан ему целиком за один раз?». Мы поступили так, чтобы укрепить им твое сердце, и разъяснили его самым прекрасным образом.
Kafirlər belə dedilər: "Kaş, bu Quran Muhəmmədə hissə-hissə deyil, əksinə, bir dəfəyə bütöv bir halda nazil olsaydı!" Ey Peyğəmbər! Biz bunu sənin qəlbini möhkəmləndirmək üçün belə etdik. Biz Quranın başa düşülməsi və onun əzbərlənməsinin asan olamsı üçün müəyyən vaxtlarda hissə-hissə nazil etdik!"
25:33Страница 363
وَلَا يَأۡتُونَكَ بِمَثَلٍ إِلَّا جِئۡنَٰكَ بِٱلۡحَقِّ وَأَحۡسَنَ تَفۡسِيرًا ٣٣
Какую бы притчу они ни приводили тебе, Мы открывали тебе истину и наилучшее толкование.
Ey Peyğəmbər! Müşriklərin sənin yanına gələrək özlərindən ixtira etdikləri elə bir məsəl yoxdur ki, Biz onun qarşılığında sənə, onların gətirdikləri misallardan daha gözəlini, haqq və ən yaxşı yozumu olan bir misalla cavab verməyək.
25:34Страница 363
ٱلَّذِينَ يُحۡشَرُونَ عَلَىٰ وُجُوهِهِمۡ إِلَىٰ جَهَنَّمَ أُوْلَٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ سَبِيلٗا ٣٤
Тем, которые будут собраны в Геенну ничком, уготовано наихудшее место, и они более других сбились с пути.
Qiyamət günü üzüstə sürüklənib Cəhənnəmə gətiriləcək kimsələr – məhz onlar Allah yanında ən pis məqama sahib olan kimsələrdir. Çünki onların qərar tutacaqları yer Cəhənnəmdir və getikləri yol da haqqdan çox uzaqdır. Çünki onların yolu küfr və azğınlıq yoludur.
25:35Страница 363
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَا مَعَهُۥٓ أَخَاهُ هَٰرُونَ وَزِيرٗا ٣٥
Воистину, Мы даровали Мусе (Моисею) Писание и сделали его брата Харуна (Аарона) помощником ему.
Biz Musaya Tövratı verdik və ona yardımçı olması üçün qardaşı Harunu da onunla birgə Rəsul etdik.
25:36Страница 363
فَقُلۡنَا ٱذۡهَبَآ إِلَى ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَدَمَّرۡنَٰهُمۡ تَدۡمِيرٗا ٣٦
Мы повелели: «Ступайте вдвоем к народу, который счел ложью Наши знамения». А потом Мы уничтожили его до основания.
Biz, o ikisinə belə buyurduq: "Ayələrimizi yalan sayan Firon və onun qövmünün yanına gedin!". Musa və onun qardaşı əmrimizə tabe olaraq, Firon və onun qövmünün yanına gedib, onları tək Allaha ibadət etməyə dəvət etdilər. Onlar isə Musa və onun qardaşını yalanladılar və sonda Biz onları şiddətli bir əzabla məhv etdik.
25:37Страница 363
وَقَوۡمَ نُوحٖ لَّمَّا كَذَّبُواْ ٱلرُّسُلَ أَغۡرَقۡنَٰهُمۡ وَجَعَلۡنَٰهُمۡ لِلنَّاسِ ءَايَةٗۖ وَأَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ عَذَابًا أَلِيمٗا ٣٧
Мы потопили народ Нуха (Ноя), когда они сочли лжецами посланников, и сделали их знамением для людей. Мы приготовили беззаконникам мучительные страдания.
Biz Nuh qövmünü, Nuhu yalançı saydıqlarından dolayı, göndərilən bütün elçiləri yalançı saydıqları üçün suda batırdıq və onları məhv etməmizi və zalimlərin kökünü kəsməyə qadir olduğumuzu insanlar üçün qüdrətimizə dəlalət edən bir ibrət etdik. Biz Qiyamət günü zalımlar üçün ağrılı-acılı bir əzab hazırladıq.
25:38Страница 363
وَعَادٗا وَثَمُودَاْ وَأَصۡحَٰبَ ٱلرَّسِّ وَقُرُونَۢا بَيۡنَ ذَٰلِكَ كَثِيرٗا ٣٨
А также адитов, самудян, жителей Расса и многие поколения, которые были между ними.
Biz, Hud qövmü Adı, Saleh qövmü Səmudu, quyu sahiblərini və bu üçünün arasında olan neçə-neçə nəsilləri də etdikləri günahlardan dolayı məhv etdik.
25:39Страница 363
وَكُلّٗا ضَرَبۡنَا لَهُ ٱلۡأَمۡثَٰلَۖ وَكُلّٗا تَبَّرۡنَا تَتۡبِيرٗا ٣٩
Каждому из них Мы приводили притчи, и каждый из них Мы подвергли полному истреблению.
Biz, həlak olacaq hər bir qövmə, onların ibrət almaları üçün özlərindən öncə gələn ümmətlərin məhv olmalarının səbəblərini anlatdıq. Biz onların küfr və inadkarlıqlarından dolayı hamısını şiddətli bir əzabla tamamilə məhv etdik.
25:40Страница 363
وَلَقَدۡ أَتَوۡاْ عَلَى ٱلۡقَرۡيَةِ ٱلَّتِيٓ أُمۡطِرَتۡ مَطَرَ ٱلسَّوۡءِۚ أَفَلَمۡ يَكُونُواْ يَرَوۡنَهَاۚ بَلۡ كَانُواْ لَا يَرۡجُونَ نُشُورٗا ٤٠
Они уже проходили мимо селения, на которое выпал недобрый дождь. Разве они не видели его? О нет! Они не надеялись на то, что будут воскрешены.
(Ey Peyğəmbər!) Sənin qövmündən haqqı yalan sayanlar -Şama getdikləri zaman- çirkin əməl sahibləri olduqları səbəbindən, insanların ibrət almaları üçün cəza olaraq göydən başlarına daş yağdırdığımız Lut qövmünün yaşadığı şəhərin yanından keçmişdilər. Məgər onların gözləri kordur ki, həmin şəhəri görmürlər?! Xeyr, görürdülər, lakin onlar öldükdən sonra yenidən dirilməyi və etdikləri əməllərə görə hesaba çəkilməyi düşünmürdülər.
25:41Страница 363
وَإِذَا رَأَوۡكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي بَعَثَ ٱللَّهُ رَسُولًا ٤١
Завидев тебя, они лишь насмехаются над тобой: «Неужели это - тот, кого Аллах отправил посланником?
Ey Peyğəmbər! Səni yalançı sayan kimsələr səninlə qarşılaşdıqları zaman sənə istehza və inkar edərək belə deyərlər: "Allahın bizə elçi göndərdiyi kəs budurmu?!
25:42Страница 363
إِن كَادَ لَيُضِلُّنَا عَنۡ ءَالِهَتِنَا لَوۡلَآ أَن صَبَرۡنَا عَلَيۡهَاۚ وَسَوۡفَ يَعۡلَمُونَ حِينَ يَرَوۡنَ ٱلۡعَذَابَ مَنۡ أَضَلُّ سَبِيلًا ٤٢
Он готов был отвратить нас от наших богов, если бы мы не проявили терпение». Когда они увидят наказание, они узнают, кто больше других сбился с пути.
Əgər biz ilahlarımıza ibadət etməkdə səbirli olmasaydıq, az qala ki, o, öz dəlilləri ilə bizi ilahlarımızdan uzaqlaşdıracaqdı". Onlar qəbirlərində və həmçinin Qiyamət günündə əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azmış olduğunu, onun, yoxsa özlərinin azdıqlarını anlayacaqlar.
25:43Страница 363
أَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيۡهِ وَكِيلًا ٤٣
Видел ли ты того, кто обожествил свою прихоть? Разве ты являешься его попечителем и хранителем?
Ey Peyğəmbər! Nəfsinin istəyini özünə ilah edib, ona itaət edən kimsəni gördünmü? Belə bir kimsəni sənmi imana yönəldəcək, küfrdən çəkindirəcək və ona himayəçi olacaqsan?!
25:44Страница 364
أَمۡ تَحۡسَبُ أَنَّ أَكۡثَرَهُمۡ يَسۡمَعُونَ أَوۡ يَعۡقِلُونَۚ إِنۡ هُمۡ إِلَّا كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّ سَبِيلًا ٤٤
Или ты полагаешь, что большинство их способны слышать или разуметь? Они - всего лишь подобие скотов, но они еще больше сбились с пути.
Ey Peyğəmbər! Məgər sən, uca Allahın vəhdaniyyətinə və Ona itaət etməyə dəvət etdiyin bir çox insanların onlara gətirdiyin dəlil və sübutları qəbul edib və dərk edəcəklərini hesab edirsən?! Onlar dinləmək, dərk etmək və başa düşmək baxımından heyvan kimidirlər. Hətta getdikləri yol etibarı ilə heyvanlardan da daha çox azğındırlar.
25:45Страница 364
أَلَمۡ تَرَ إِلَىٰ رَبِّكَ كَيۡفَ مَدَّ ٱلظِّلَّ وَلَوۡ شَآءَ لَجَعَلَهُۥ سَاكِنٗا ثُمَّ جَعَلۡنَا ٱلشَّمۡسَ عَلَيۡهِ دَلِيلٗا ٤٥
Разве ты не видишь, как твой Господь простирает тень? Если бы Он захотел, то сделал бы ее неподвижной. Затем Мы делаем солнце ее путеводителем
Ey Peyğəmbər! Məgər Allahın yer üzündə kölgəni uzatdığı zaman, Onun xəlq etdiklərinin əlamətini görmürsənmi?! Əgər Allah kölgəni hərəkətsiz, sabit bir halda saxlamaq istəsəydi, onu elə o halda da saxlayardı. Sonra Biz kölgənin uzanıb və qısalması baxımından günəşi onun dəlil etdik.
25:46Страница 364
ثُمَّ قَبَضۡنَٰهُ إِلَيۡنَا قَبۡضٗا يَسِيرٗا ٤٦
и затем постепенно сжимаем ее к Себе.
Sonra Biz kölgəni, günəşin yüksəlməsi səbəbi ilə asta-asta, yavaş-yavaş Özümüzə tərəf çəkib qısaltdıq.
25:47Страница 364
وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِبَاسٗا وَٱلنَّوۡمَ سُبَاتٗا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورٗا ٤٧
Он - Тот, Кто сделал для вас ночь покровом, сон - отдыхом, а день - оживлением.
Gecəni, sizi və hər bir şey örtən libas halına gətirən Uca Allahdır. Yuxunu işlərinizin yorğunluğundan dincəlib, rahatlanmanız üçün istirahət vaxtı edən Odur. Gündüzü də yer üzünə dağılıb işlərinizdə çalışmaq üçün canlanma vaxtı edən də Odur.
25:48Страница 364
وَهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ طَهُورٗا ٤٨
Он - Тот, Кто посылает ветры с доброй вестью о Своей милости. Мы ниспосылаем с неба чистую и очищающую воду,
Küləkləri, qullarına olan rəhməti səbəbi ilə yağmurun yağmasına müjdəçi olaraq göndərən də Odur. Biz sizə, təmiz və pak olmanız üçün göydən tərtəmiz su endirdik ki,
25:49Страница 364
لِّنُحۡـِۧيَ بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗا وَنُسۡقِيَهُۥ مِمَّا خَلَقۡنَآ أَنۡعَٰمٗا وَأَنَاسِيَّ كَثِيرٗا ٤٩
чтобы оживить ею мертвую землю и напоить ею многочисленный скот и многих людей из тех, кого Мы сотворили.
Biz göydən yağan o su ilə bitkisiz və quraqlıq bir diyara həyat verər və orada müxtəlif növ bitkilər bitirməklə və oranı yaşıllaşdırmaqla canlandıraq və o su vasitəsi ilə yaratdığımız neçə-neçə heyvanlara və insana su içizdirərik.
25:50Страница 364
وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ٥٠
Мы распределяем ее (дождевую воду) между ними, чтобы они помянули назидание, но большинство людей отказываются от всего, кроме неверия (или неблагодарности).
Biz, insanlar düşünüb ibrət alsınlar deyə, onlara Quranda dəlil və sübutları müxtəlif yollarla bəyan etdik. Lakin buna rəğmən insanların çoxu haqqı inkar etməkdən və haqqa qarşı inadkarlıq göstərməkdən vaz keçmədi.
25:51Страница 364
وَلَوۡ شِئۡنَا لَبَعَثۡنَا فِي كُلِّ قَرۡيَةٖ نَّذِيرٗا ٥١
Если бы Мы пожелали, то послали бы в каждое селение предостерегающего увещевателя.
Əgər Biz istəsəydik, hər diyara onlara Allahın əzabından xəbər verən və o əzabdan qorxudan bir peyğəmbər göndərərdik. Amma Biz belə etmək istəmədik. Lakin Biz, Muhəmmədi (sallallahu aleyhi və səlləm) bütün bəşəriyyətə peyğəmbər göndərdik.
25:52Страница 364
فَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَجَٰهِدۡهُم بِهِۦ جِهَادٗا كَبِيرٗا ٥٢
Посему не повинуйся неверующим и веди с ними посредством него (Корана) великую борьбу.
Ey Peyğəmbər! Kafirlərin səndən tələb etdiklərinə boyu əymə və onlar qarşısında əsla yumuşaqlıq göstərmə. Kafirlərin sənə Allaha dəvət yolunda verdikləri əziyyətlərə səbir edərək, sənə nazil edilən bu Quranla onlara qarşı böyük bir cihad et!
25:53Страница 364
۞ وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا ٥٣
Он - Тот, Кто смешал два моря (вида воды): одно - приятное, пресное, а другое - соленое, горькое. Он установил между ними преграду и непреодолимое препятствие.
İki dənizin suyunu bir-birinə qatan uca Allahdır. O, şirin suyu olan dənizi, duzlu suyu olana qatmış və iki dənizin suyu bir-birinə qarışmaması üçün onların arasında maneə və keçilməz sədd qoymuşdur.
25:54Страница 364
وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا ٥٤
Он - Тот, Кто сотворил человека из воды и одарил его родственниками и свойственниками. Господь твой - Всемогущий.
Kişi və qadın nütfəsindən bəşər yaradan Odur. Bəşəriyyəti yaradan O uca Allah, insanlar asrasında nəsəb, qan və evlilik bağları ilə olan qohumluq əlaqələrini yaratdı. Ey Peyğəmbər! Sənin Rəbbin hər şeyə qadirdir. Heç bir şey Onu aciz buraxmaz. Kişi və qadın nütfəsindən insanı xəlq etməsi də Onun qüdrətindəndir.
25:55Страница 364
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا ٥٥
Они поклоняются помимо Аллаха тому, что не может ни принести им пользу, ни причинить им вред. Неверующий является помощником против своего Господа.
Kafirlər, uca Allahı qoyub, itaət etdikdə özlərinə fayda verməyən və onlara asi olduqda isə özlərinə zərər verməyə qadir olmayan bütlərə ibadət edirlər. Kafir kimsə Uca Allahı qəzəbləndirməkdə şeytana tabe oldu.
25:56Страница 365
وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا ٥٦
Мы отправили тебя всего лишь добрым вестником и предостерегающим увещевателем.
Ey Peyğəmbər! Biz Səni, iman gətirib, saleh əməllər edən və uca Allaha itaət edən möminləri Cənnətlə müjdələyən, küfr və günahlar işləməklə Rəbbinə qarşı üsyankarlıq edən kafirləri də Cəhənnəm əzabı ilə qorxudan olaraq göndərdik.
25:57Страница 365
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا ٥٧
Скажи: «Я не прошу у вас за это никакого вознаграждения, кроме того, чтобы желающие встали на путь к своему Господу».
Ey Peyğəmbər! De ki: "Mən Rəbbimin risalətini təbliğ etdiyimə görə sizdən heç bir əvəz və ya mükafat istəmirəm. Lakin sizdən kim Allahın rizasını umaraq malını Allah yolunda sərf etmək istəsə, qoy etsin!
25:58Страница 365
وَتَوَكَّلۡ عَلَى ٱلۡحَيِّ ٱلَّذِي لَا يَمُوتُ وَسَبِّحۡ بِحَمۡدِهِۦۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا ٥٨
Уповай на Живого, Который не умирает, и прославляй Его хвалой. Довольно того, что Он ведает о грехах Своих рабов.
Ey Peyğəmbər! Bütün işlərində, ölməz və daima diri olan Allaha təvəkkül et. Pak və müqəddəs olan Rəbbinin şəninə həmd-səna ilə təriflər de. Uca Allahın Öz qullarının günahlarından agah olması kifayətdir. Onların günahlarından Allaha heç bir şey gizlin qalmaz. Uca Allah etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir.
25:59Страница 365
ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ ٱلرَّحۡمَٰنُ فَسۡـَٔلۡ بِهِۦ خَبِيرٗا ٥٩
Он сотворил небеса и землю и то, что между ними, за шесть дней, а потом вознесся на Трон (или утвердился на Троне). Он - Милостивый. Спрашивай об этом Ведающего.
O, göyləri, yeri və onların arasındakı bütün məxluqatı altı gündə yaradan, sonra da calalına layiq bir şəkildə yüksəlib ərşə isteva edən Rəhmandır. Ey Peyğəmbər! Bunu hər bir şeydən xəbərdar olan Allahdan soruş. O, hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz!
25:60Страница 365
وَإِذَا قِيلَ لَهُمُ ٱسۡجُدُواْۤ لِلرَّحۡمَٰنِ قَالُواْ وَمَا ٱلرَّحۡمَٰنُ أَنَسۡجُدُ لِمَا تَأۡمُرُنَا وَزَادَهُمۡ نُفُورٗا۩ ٦٠
Когда им говорят: «Падайте ниц перед Милостивым!». - они говорят: «Что такое Милостивый? Неужели мы будем падать ниц перед тем, кому ты нам приказываешь?». Это приумножает их отвращение.
Kafirlərə: "Rəhmana səcdə edin!" – deyildikdə: "Biz Rəhmana səcdə edən deyilik! Rəhman nədir? Biz nə onu tanıyır, nə də ki, iqrar edirik. Biz onun nə olduğunu bilmədiyimiz bir halda, sən bizə əmr etdiyin bir şeyəmi səcdə edəcəyik?!" – deyərlər. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onlara Allaha səcdə etmə əmiri onları Allahdan daha da uzaqlaşdırdı.
25:61Страница 365
تَبَارَكَ ٱلَّذِي جَعَلَ فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَجَعَلَ فِيهَا سِرَٰجٗا وَقَمَرٗا مُّنِيرٗا ٦١
Благословен Тот, Кто установил на небе созвездия Зодиака и установил на нем светильник и освещающую луну.
Göy üzündə hərəkət edən planetləri və ulduzları var edən, orada parlaq işıq saçan günəşi və günəşin əks şüası ilə yeri üzünü nurlandıran ayı yaradan Allah ən əzəmətli, xeyiri və bərəkəti bol olandır.
25:62Страница 365
وَهُوَ ٱلَّذِي جَعَلَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ خِلۡفَةٗ لِّمَنۡ أَرَادَ أَن يَذَّكَّرَ أَوۡ أَرَادَ شُكُورٗا ٦٢
Он - Тот, Кто чередует ночь и день для тех, кто желает помнить и благодарить.
Uca Allahın ayələrindən ibrət alıb hidayət yolunu tutmaq, həmçinin, Onun nemətlərinə şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca müntəzəm olaraq gətirən Allahdır.
25:63Страница 365
وَعِبَادُ ٱلرَّحۡمَٰنِ ٱلَّذِينَ يَمۡشُونَ عَلَى ٱلۡأَرۡضِ هَوۡنٗا وَإِذَا خَاطَبَهُمُ ٱلۡجَٰهِلُونَ قَالُواْ سَلَٰمٗا ٦٣
А рабами Милостивого являются те, которые ступают по земле смиренно, а когда невежды обращаются к ним, они говорят: «Мир!»
Rəhmanın mömin qulları yer üzündə vüqarla və təvazökarlıqla gəzər, cahillər onlara qarşı xoşagəlməz bir hərəkət etdikdə isə onlara, onların etdiyi kimi eyni ilə qarşılıq verməzlər. Əksinə, onlara gözəl söz söyləyərlər və bu davranışlarından onlara qarşı cahilliyə yol verməzlər.
25:64Страница 365
وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمۡ سُجَّدٗا وَقِيَٰمٗا ٦٤
Они проводят ночи, падая ниц и стоя перед своим Господом.
Onlar gecələri alınları üzərində səcdə edərək və ayaqları üzərində qiyamda duraraq Allah rizası üçün namaz qılarlar.
25:65Страница 365
وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصۡرِفۡ عَنَّا عَذَابَ جَهَنَّمَۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ٦٥
Они говорят: «Господь наш! Отврати от нас мучения в Геенне, поскольку мучения там не отступают.
Onlar Rəbbinə dua edərkən belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaqlaşdır. Həqiqətən, Cəhənnəm əzabı kafir olaraq ölənlər üçün əbədidir.
25:66Страница 365
إِنَّهَا سَآءَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا ٦٦
Как скверны эта обитель и местопребывание!».
Həqiqətən, Cəhənnəm, orada məskunlaşan kimsələr üçün necə də pis bir məskən və orada qalacaq kimsələr üçün necə də pis bir iqamətgahdır!"
25:67Страница 365
وَٱلَّذِينَ إِذَآ أَنفَقُواْ لَمۡ يُسۡرِفُواْ وَلَمۡ يَقۡتُرُواْ وَكَانَ بَيۡنَ ذَٰلِكَ قَوَامٗا ٦٧
Когда они делают пожертвования, то не излишествуют и не скупятся, а придерживаются середины между этими крайностями.
Onlar mallarını xərclədikləri zaman israfçılıq dərəcəsinə varmazlar, özlərinə və himayələrində olan kimsələrə mal xərclədikdə isə paxıllıq etməzlər. Onlar xərclədikdə israfçılıq və paxıllıq arasında orta bir yol tutarlar.
25:68Страница 366
وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا ٦٨
Они не взывают помимо Аллаха к другим богам, не убивают людей вопреки запрету Аллаха, если только они не имеют права на это, и не прелюбодействуют. А тот, кто поступает так, получит наказание.
Rəhmanın həqiqi qulları Allahla bərabər başqa ilaha dua etməzlər. Onlar Allahın öldürülməsinə izin verdiyi: qatilin, mürtədin və evli olduğu halda zina edən kimsələrin öldürülməsi müstəsna olmaqla, uca Allahın haram buyurduğu bir kimsəni haqsız yerə öldürməzlər və zina etməzlər. Kim bu böyük günahları edərsə, qiyamət günü işləmiş olduğu günahının cəzasını görəcəkdir.
25:69Страница 366
يُضَٰعَفۡ لَهُ ٱلۡعَذَابُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَيَخۡلُدۡ فِيهِۦ مُهَانًا ٦٩
Его мучения будут приумножены в День воскресения, и он навечно останется в них униженным.
Qiyamət günü onun əzabı qat-qat artırılar və o, əzab içində rəzil və həqir olub əbədi qalar.
25:70Страница 366
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ٧٠
Это не относится к тем, которые раскаялись, уверовали и поступали праведно. Их злые деяния Аллах заменит добрыми, ибо Аллах - Прощающий, Милосердный.
Lakin kim Allaha tövbə edərək, Ona iman gətirib və saleh əməllər edərsə, bu onun Allaha sidqi-ürəkdən tövbə etdiyinə dəlalət edər. Allah belə kimsələrin pis əməllərini savaba çevirəcəkdir. Allah, günahlardan tövbə edən qullarını bağışlayandır və onlara qarşı mərhəmətlidir!
25:71Страница 366
وَمَن تَابَ وَعَمِلَ صَٰلِحٗا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابٗا ٧١
Кто раскаивается и поступает праведно, тот действительно возвращается к Аллаху.
Kim Allaha tövbə edib, Ona itaət edərək və günahlardan uzaqlaşmaqla tövbəsində sadiq olduğunu sübut edərsə, belə kimsənin tövbəsi Allah yanında qəbul olan tövbələrdən sayılar.
25:72Страница 366
وَٱلَّذِينَ لَا يَشۡهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّواْ بِٱللَّغۡوِ مَرُّواْ كِرَامٗا ٧٢
Они не свидетельствуют лживо (или не присутствуют при лживых разговорах), а когда проходят мимо праздного, то проходят с достоинством.
Onlar günah işlənilən, haram və qadağan olunan əyləncə məkanları kimi batil yerlərdə vaxt keçirməzlər, boş, lağlağı sözlər danışan və yersiz hərəkətlər edən kimsələrə rast gəldikdə, özlərini onların səviyyəsinə salmadan uca tutaraq, onlara əhəmiyyət vermədən, oradan vüqarla ötüb keçərlər.
25:73Страница 366
وَٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَمۡ يَخِرُّواْ عَلَيۡهَا صُمّٗا وَعُمۡيَانٗا ٧٣
Когда им напоминают о знамениях их Господа, они не падают на них глухими и слепыми.
Özlərinə uca Allahın eşidilən və görülən ayələri xatırlandığı zaman onlar eşidilən ayələrə qarşı qulaqları kar və görülən ayələrə qarşı da gözləri kor olaraq davranmazlar.
25:74Страница 366
وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبۡ لَنَا مِنۡ أَزۡوَٰجِنَا وَذُرِّيَّٰتِنَا قُرَّةَ أَعۡيُنٖ وَٱجۡعَلۡنَا لِلۡمُتَّقِينَ إِمَامًا ٧٤
Они говорят: «Господь наш! Даруй нам отраду глаз в наших супругах и потомках и сделай нас образцом для богобоязненных».
Onlar Rəbbinə dua edərkən belə deyərlər: "Ey Rəbbimiz! Bizə təqvası və haqq üzərində sabitqədəm olması ilə gözümüzün nuru olan zövcələr və övladlar bəxş et və bizi müttəqilər üçün arxasınca gedilən imamlar et!"
25:75Страница 366
أُوْلَٰٓئِكَ يُجۡزَوۡنَ ٱلۡغُرۡفَةَ بِمَا صَبَرُواْ وَيُلَقَّوۡنَ فِيهَا تَحِيَّةٗ وَسَلَٰمًا ٧٥
Они получат Наивысшее место в воздаяние за то, что были терпеливы, и их встретят там приветствием и миром.
Bu sifətlərə sahib olan kimsələr, Allaha ibadət etməkdə səbir etdiklərinə görə, Cənnətin ən uca təbəqəsi olan Firdovs cənnətindəki ən yüksək məqamlardan biri ilə mükafatlandırılacaq, onlar orada mələklər tərəfindən xeyir-dua ilə, salamla qarşılanacaqlar və orada bütün xəta-bəladan uzaq olacaqlar.
25:76Страница 366
خَٰلِدِينَ فِيهَاۚ حَسُنَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا ٧٦
Они пребудут там вечно. Как прекрасна эта обитель и местопребывание!
Onlar orada əbədi qalacaqlar. Onların qalacaqları yer nəcə də gözəl yerdir, qərar tutacaqları məskən, necə də gözəl bir məskəndir!
25:77Страница 366
قُلۡ مَا يَعۡبَؤُاْ بِكُمۡ رَبِّي لَوۡلَا دُعَآؤُكُمۡۖ فَقَدۡ كَذَّبۡتُمۡ فَسَوۡفَ يَكُونُ لِزَامَۢا ٧٧
Скажи: «Мой Господь не стал бы обращать на вас внимание, если бы не ваши молитвы. Вы сочли это ложью, и скоро оно (наказание) станет неотступным».
Ey Peyğəmbər! Küfrdə israr edən kafirlərə de: "Sizin ibadətlərinizdən Rəbbimə çatan hər hansı bir fayda yoxdur ki, O, sizə önəm yersin. Əgər ibadətiniz, Ona yalvarıb-yaxarmanız və nəzir-niyazınız olmasaydı, O sizə əsla önəm verməzdi. Siz, Peyğəmbərin sizə Rəbbiniz tərəfindən gətirdiyini yalan saydınız. Yalan saymanızın əvəzi olaraq daimi əzab sizinlə birgə olacaqdır!"
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии