Аль-Мухтасар · Тафсир · на азербайджанском
Ан-Намль 27:78–93
27:78Страница 384
إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ٧٨
Воистину, твой Господь рассудит между ними Своим судом. Он - Могущественный, Знающий.
Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin Qiyamət günü mömin və kafir - bütün insanlar arasında ədalətli hökmü ilə hökm verəcəkdir. Uca Allah o gün mömunlərə mərhəmət edəcək, kafirlərə isə əzab verəcəkdir. O, düşmənlərindən intiqam alan, məğlub edilməz və yenilməz güc-qüvvət sahibidir. O, hər bir şeyi biləndir. Kimin haqq yolda kimin də batil yolda olduğunu Ona əsla gizli qalmaz!
27:79Страница 384
فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۖ إِنَّكَ عَلَى ٱلۡحَقِّ ٱلۡمُبِينِ ٧٩
Уповай же на Аллаха, ибо ты придерживаешься очевидной истины.
Ey Peyğəmbər! Elə isə yalnız Allaha təvəkkül et və bütün işlərində Ona arxalan! Çünki sən açıq-aydın haqq yoldasan.
27:80Страница 384
إِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ٨٠
Ты не заставишь слышать мертвецов и не заставишь глухих услышать твой призыв, когда они обращаются вспять.
Ey Peyğəmbər! Həqiqətən sən, Uca Allaha küfr etməklə qəlbləri ölmüş kimsələrə nə haqqı eşitdirə bilərsən, nə də ki, səndən üz çevirib, dönüb gedən, Uca Allahın haqqı eşitməkdən qulaqlarını kar etdiyi karlara haqq dəvətini çatdıra bilərsən!
27:81Страница 384
وَمَآ أَنتَ بِهَٰدِي ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ٨١
Ты не выведешь слепых из их заблуждения. Ты можешь заставить слышать только тех, которые веруют в Наши знамения, будучи мусульманами.
Sən, haqqa qarşı gözləri kor olmuş kimsələri doğru yola gətirə bilməzsən. Onlara görə kədərlənmə və üzülmə. Sən dəvətini ancaq, Uca Allahın əmrlərinə boyun əyən və ayələrimizə yəqinliklə iman gətirən kimsələrə eşitdirə bilərsən.
27:82Страница 384
۞ وَإِذَا وَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِمۡ أَخۡرَجۡنَا لَهُمۡ دَآبَّةٗ مِّنَ ٱلۡأَرۡضِ تُكَلِّمُهُمۡ أَنَّ ٱلنَّاسَ كَانُواْ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ ٨٢
Когда же свершится над ними Слово, Мы выведем к ним из земли животное, которое скажет им, что люди не были убеждены в Наших знамениях.
Küfr və günahlarda israrlı olduqlarından dolayı onlara əzab vacib olduğunda, yer üzündə insanların ən şərliləri qaldığında və Qiyamətin qopma saatı yaxınlaşdığı zaman qiyamətin böyük əlamətlərindən birini onlara göstərərik. Bu əlamət, yerdən çıxan, insanlarla onların başa düşüb, anlayacaqları dildə danışaraq: "İnsanlar, Peyğəmbərlərimizə nazil etdiyimiz ayələrinizə yəqinliklə inanmadılar" – deyən bir heyvan olacaq.
27:83Страница 384
وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٖ فَوۡجٗا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ ٨٣
В тот день Мы соберем из каждого народа толпу тех, кто считал ложью Наши знамения, и их будут подталкивать.
Ey Peyğəmbər! Hər bir ümmətdən ayələrimizi yalan sayanlarının öndə gedənlərindən olan dəstələrini həşr edib bir yerə toplayacağımız günü xatırla. O gün onların əvvəldəkiləri ilə axırıncıları hamısı gətiriləcək və sonra da onlar hesab üçün bir yerdə məhşərə sürüklənəcəklər.
27:84Страница 384
حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ ٨٤
Когда они придут, Он скажет: «Неужели вы сочли ложью Мои знамения, даже не постигнув их? Что же вы совершали?».
Onlar haqq-hesab ediləcək yerə qədər gətiriləcək və nəhayət Allahın hüzurunda dayandıqları zaman uca Allah onlara tənə və məzəmmət edərək belə deyəcəkdir: "Mənim vəhdaniyyətimə dəlalət edən və şəri hökmlərimi açıq-aydın izah edən ayələrimin, batil olduğuna dair bir bilginiz olmadığı bir halda, onları yalanmı sayırdınız?! Yoxsa dünyada ikən ayələrimizi təsdiq və ya təkzib barədə nə edirdiniz?!"
27:85Страница 384
وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ ٨٥
Слово свершится над ними за то, что они поступали несправедливо, и они будут безмолвствовать.
Onlar, uca Allaha və Onun ayələrinə iman gətirməyib, küfrə düşərək öz nəfslərinə zülm etdiklərinə görə, əzab onları haqlayacaq və söz söyləməkdən aciz və dəlillərinin əsassız olduğundan dolayı özlərini müdafiə etmək üçün ağızlarını açıb bir kəlmə də olsun belə danışa bilməyəcəklər.
27:86Страница 384
أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٨٦
Разве они не видели, что Мы создали ночь для того, чтобы они отдыхали в течение нее, и день для освещения? Воистину, в этом - знамения для верующих людей.
Məgər öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlər gecəni yatıb dincəlməyiniz üçün qaranlıq, gündüzü isə görməniz və sizə lazım olan işlərinizin ardınca getməniz üçün işıqlı etdiyimizi görmürlərmi?! Həqiqətən, sizin hər gün yataraq ölməyinizdə və oyanaraq yenidən həyata qayıtmanızda, iman edən bir qövm üçün Allahın vəhdaniyyətinə dəlalət edən açıq-aydın əlamətlər vardır.
27:87Страница 384
وَيَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَفَزِعَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۚ وَكُلٌّ أَتَوۡهُ دَٰخِرِينَ ٨٧
В тот день подуют в Рог, и перепугаются те, кто на небесах и на земле, кроме тех, кого Аллах пожелает выделить. Все предстанут перед Ним смиренными.
Ey Peyğəmbər! Sura üfürmək üçün təyin olunmuş mələyin ona ikinci kərə üfürəcəyi günü xatırla. O gün, Allahın lütf edərək, həmin günün dəhşətindən qorxmaqdan müstəsna etdiyi kimsələr xaric olmaqla, göylərdə və yerdə olanları dəhşət düşəcək və bütün məxluqat o gün, Onun hüzuruna baş əyərək, zəlil bir halda gələcəkdir.
27:88Страница 384
وَتَرَى ٱلۡجِبَالَ تَحۡسَبُهَا جَامِدَةٗ وَهِيَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِۚ صُنۡعَ ٱللَّهِ ٱلَّذِيٓ أَتۡقَنَ كُلَّ شَيۡءٍۚ إِنَّهُۥ خَبِيرُۢ بِمَا تَفۡعَلُونَ ٨٨
И ты увидишь, что горы, которые ты считал неподвижными, придут в движение, словно облака. Таково творение Аллаха, Который выполнил все в совершенстве. Воистину, Он ведает о том, что вы делаете.
O gün sən, dağlara baxıb onları hərəkətsiz, yerində sabit durmuş güman edərsən, halbuki onlar həqiqət də buludların keçdiyi kimi sürətlə keçib gedərlər. Bu, Allahın işidir. Dağları hərəkət etdirən uca Allahdır. Şübhəsiz ki, O, etdiyiniz əməllərdən xəbərdardır. Etdiyiniz əməllərdən Allaha heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir.
27:89Страница 385
مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَا وَهُم مِّن فَزَعٖ يَوۡمَئِذٍ ءَامِنُونَ ٨٩
Те, которые предстанут с добрым деянием, получат нечто лучшее. В тот день они будут защищены от испуга.
Hər kim, Qiyamət günü Allahın hüzuruna iman və saleh əməllə gəlsə, ona Cənnət vardır. Onlar o gün, Qiyamət gününün dəhşətindən Allahın qorxusuz etdiyi kimsələrlə birlikdə olarlar.
27:90Страница 385
وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتۡ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٩٠
А те, которые предстанут с дурными деяниями, будут повергнуты в Огонь ничком: «Разве вы не получаете воздаяние только за то, что совершали?».
Hər kim də, küfr və günah əməllərlə Allahın hüzuruna gələrsə, onlar üçün üzüstə içinə atılacaqları Cəhənnəm atəşi vardır. Onlara danlaq və məzəmmət edilərək belə deyilər: "Məgər siz ancaq dünyada ikən etdiyiniz küfür və günahlara görə cəzalandırılmırsınız?!"
27:91Страница 385
إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ رَبَّ هَٰذِهِ ٱلۡبَلۡدَةِ ٱلَّذِي حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَيۡءٖۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ ٩١
Скажи: «Мне велено только поклоняться Господу этого города (Мекки), который Он провозгласил заповедным. Ему принадлежит всякая вещь, мне же велено быть одним из мусульман
Ey Peyğəmbər! Onlara de: "Mənə hüdüdları daxilində qan tökməyi, zülüm etməyi, orada ov heyvanlarının öldürülməsini və ağacların kəsilməsini haram etdiyi Məkkənin Rəbbinə ibadət etmək əmr edilmişdir. Hər bir şeyin mülkü yalnız Ona aiddir. Mənə yalnız Uca Allaha təslim olmaq və Ona itaət edib boyun əymək əmr olunmuşdur
27:92Страница 385
وَأَنۡ أَتۡلُوَاْ ٱلۡقُرۡءَانَۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَقُلۡ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلۡمُنذِرِينَ ٩٢
и читать Коран». Кто следует прямым путем, тот поступает во благо себе. А тому, кто впал в заблуждение, скажи: «Я - всего лишь один из тех, кто предостерегает».
və mənə insanlara Quran oxumaq əmr olunmuşdur!". Kim Quranın hidayəti ilə özünə doğru yol tutarsa və içində olanlara əməl edərsə, bunun faydası yalnız özünə qayıdar. Haqq yoldan azıb, bu kitabın içində olanlardan üz çevirib və orada olanlara əməl etməkdən boyun qaçıran kimsələrə də belə de: "Mən sadəcə sizi Allahın əzabı ilə xəbərdar edən bir peyğəmbərəm. Sizi doğru yola gətirmək isə mənim əlimdə olan bir iş deyildir!"
27:93Страница 385
وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٩٣
Скажи: «Хвала Аллаху! Он покажет вам Свои знамения, и вы узнаете их». Твой Господь не находится в неведении о том, что вы совершаете.
Ey Peyğəmbər! De ki: "Allahın sayılmaz və tükənməz nemətlərinə görə, uca Allaha sonsuz həmd-sənalar olsun! Allah sizə: nəfsinizdə, göylərdə, yerdə və sizlərə verdiyi ruzidə Onun vəhdaniyyətinə və qüdrətinə dəlalət edən Öz ayət və dəlillərini sizə göstərəcək, siz də onları lazımınca tanıyıb biləcəksiniz. Bu ayət və dəlillərimizi tanıyıb bilməniz sizi haqqa tabe olub ona boyun əyməyə vadar edəcəkdir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir!"
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии