Аль-МухтасарАль‑Касас · 28:1–67

Аль-Мухтасар · Тафсир · на азербайджанском

القصص

Аль-Касас

Рассказ · Мекканская · 88 аятов

28:1Страница 385

طسٓمٓ ١

Та. Син. Мим.

﴾Ta. Sin. Mim.﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.

28:2Страница 385

تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ٢

Это - аяты ясного Писания.

Bunlar açıq-aydın Quranın ayələridir.

28:3Страница 385

نَتۡلُواْ عَلَيۡكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرۡعَوۡنَ بِٱلۡحَقِّ لِقَوۡمٖ يُؤۡمِنُونَ ٣

Мы правдиво прочтем тебе для верующих людей историю Мусы (Моисея) и Фараона.

Biz iman gətirən bir toplum üçün sənə, Musa ilə Fironun bəzi xəbərlərini ol­duğu kimi oxuya­cağıq. Çünki belə xəbərlərdən məhz onlar öyüd-nəsihət alarlar.

28:4Страница 385

إِنَّ فِرۡعَوۡنَ عَلَا فِي ٱلۡأَرۡضِ وَجَعَلَ أَهۡلَهَا شِيَعٗا يَسۡتَضۡعِفُ طَآئِفَةٗ مِّنۡهُمۡ يُذَبِّحُ أَبۡنَآءَهُمۡ وَيَسۡتَحۡيِۦ نِسَآءَهُمۡۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلۡمُفۡسِدِينَ ٤

Фараон возгордился на земле и разделил ее жителей на группы. Одних он ослаблял, убивая их сыновей и оставляя в живых их женщин. Воистину, он был одним из тех, кто распространял нечестие.

Həqiqətən Firon, Misir torpaqlarında tüğyan edərək, onun əha­li­sini öz aralarında ayrı-ayrı tayfalara bölmüş, onlar içində İsrail oğullarını zəif görüb, on­ların oğlan uşaqları­nı öldürüb, onları Misirdə zəlil bir hala salmaq məqsədi ilə qadınlarını isə özlərinə xidmət etmək üçün sağ buraxırdı. Hə­qi­qətən, o, yer üzündə zülm və tüğyan edərək fitnə-fəsad törədənlərdən idi.

28:5Страница 385

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ فِي ٱلۡأَرۡضِ وَنَجۡعَلَهُمۡ أَئِمَّةٗ وَنَجۡعَلَهُمُ ٱلۡوَٰرِثِينَ ٥

Мы пожелали оказать милость тем, кто был унижен на земле, сделать их предводителями и наследниками,

Biz, Fironun Misir torpaqlarında gücsüz və zəif gördüyü İsrail oğullarına, düşmənlərini həlak edərək, onların üzərindənki bu zəifliyi qaldıraraq, onları haqq yolda öndə gedən imamlar edərək və Fironu həlak edikdən sonra onları mübarək Şam torpaqlarına varislər edərək onlara lütf etmək istədik. Uca Allah bu barədə, "əl-Əraf" surəsinin 137-ci ayəsində belə buyurur: "(Musa ilə olan) zəif qövmü (İsrail oğullarını) yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varislər təyin etdik".

28:6Страница 386

وَنُمَكِّنَ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَنُرِيَ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنۡهُم مَّا كَانُواْ يَحۡذَرُونَ ٦

даровать им власть на земле и показать Фараону, Хаману и их воинам то, чего они остерегались.

Biz onları yer üzündə hökm, mülk və qüdrət sahibi etmək, Firona və taxt-tacında qalması üçün bu işdə ona ən böyük dayaq olan Hamana və hər ikisinə yardımçı olan əsgərlərinə, hökm­ranlıqlarının İsrail oğullarından doğulan bir oğlan uşağının əli ilə məhv olması ilə qor­xub çəkindikləri şeyi gös­tərmək istədik.

28:7Страница 386

وَأَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنۡ أَرۡضِعِيهِۖ فَإِذَا خِفۡتِ عَلَيۡهِ فَأَلۡقِيهِ فِي ٱلۡيَمِّ وَلَا تَخَافِي وَلَا تَحۡزَنِيٓۖ إِنَّا رَآدُّوهُ إِلَيۡكِ وَجَاعِلُوهُ مِنَ ٱلۡمُرۡسَلِينَ ٧

Мы внушили матери Мусы (Моисея): «Корми его грудью. Когда же станешь опасаться за него, то брось его в реку. Не бойся и не печалься, ибо Мы вернем его тебе и сделаем одним из посланников».

Biz Musanın anasına ilham edərək belə buyurduq: "Firon və qövmünün onu öldürməsindən qorxduğun müddətə qədər onu əmizdir, onun həyatı üçün bir təhlükə hiss etdikdən isə onu sandığa qoyub Nil çayına burax, onun suda boğulmasından, Firon və ya onun qövmüdən qorxma, həmçinin, ondan ayrıldığına görə kədərlənmə, qəm-qüssə etmə. Çünki Biz onu sə­nə sağ-salamat qay­ta­­racaq və onu insanlara göndərdiyimiz elçi­lə­rdən biri edəcəyik!"

28:8Страница 386

فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوّٗا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ ٨

Семья Фараона подобрала его, чтобы он стал их врагом и печалью. Воистину, Фараон, Хаман и их воины были грешниками.

Musanın anası onu sandığa qoyub, çaya buraxmasına dair ona etdiyimiz ilhamı yerinə yetirdi. Nəhayət, Fironun ailəsi onu tapıb gö­tür­dü. Beləliklə də uca Allahın, Musanın Firona qarşı düşməni olacağına, Musanın əli ilə Fironun hökmranlığına son qoymasına və onların qəm-qüssə içində boğulmasına dair istəyi gerçəkləşəcəkdir. Hə­qiqətən, Firon, vəziri Haman və on­la­rın əs­gər­ləri: küfrləri, günahları və yer üzündə fitnə-fəsad yaymaları səbəbindən günahkar kimsələr idi­lər.

28:9Страница 386

وَقَالَتِ ٱمۡرَأَتُ فِرۡعَوۡنَ قُرَّتُ عَيۡنٖ لِّي وَلَكَۖ لَا تَقۡتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗا وَهُمۡ لَا يَشۡعُرُونَ ٩

Жена Фараона сказала: «Вот услада очей для меня и тебя. Не убивайте его! Быть может, он принесет нам пользу, или же мы усыновим его». Они ни о чем не подозревали.

Firon onu öldürmək istədiyi zaman zövcəsi (Asiyə) ona belə dedi: "Qoy bu uşaq həm mənim, həm də sə­nin üçün gözümüzə sevinc olsun. Onu öl­dürməyin. Bəlkə o, gələcəkdə bizə xidmət edərək bir fay­da verər, yaxud da onu oğulluğa götürərik". Onlar hökmranlıqlarının o uşağın əli ilə sona çatacağını bilmirdilər.

28:10Страница 386

وَأَصۡبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًاۖ إِن كَادَتۡ لَتُبۡدِي بِهِۦ لَوۡلَآ أَن رَّبَطۡنَا عَلَىٰ قَلۡبِهَا لِتَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١٠

Сердце матери Мусы (Моисея) опустело (переполнилось тревогой и оказалось лишено всех иных чувств). Она готова была раскрыть его (свой поступок), если бы Мы не укрепили ее сердце, чтобы она оставалась верующей.

Musanın - aleyhissəlam - anasının ürəyi bütün dünya işlərindən boş qalmışdı. O, övladının dərdindən baş­qa heç bir şey haqda dü­şün­mürdü. Əgər Biz onu Rəbbinə təvəkkül edən və Allahın yazdığı qədərə səbir edən mömin kimsələrdən etməsəydik, övladına olan sevgidən dolayı az qala bu uşağın onun övladı olduğunu açıb üzə çıxaracaqdı.

28:11Страница 386

وَقَالَتۡ لِأُخۡتِهِۦ قُصِّيهِۖ فَبَصُرَتۡ بِهِۦ عَن جُنُبٖ وَهُمۡ لَا يَشۡعُرُونَ ١١

Она сказала его сестре: «Следуй за ним». Она наблюдала за ним издали, и они не замечали этого.

Musanın anası onu çaya buraxdıqdan sonra, Musanın bacısına belə dedi: "Ona nə ediləcəyini bilmək üçün onu təqib et!" O da heç ki­msənin bilib hiss et­məməsi üçün kə­nardan durub Musaya göz qoydu. Firon və onun qövmü o qadının çaydan tapdıqları uşağın bacısı olduğunu və bu qadının həmin uşaq barədə xəbər toplamağa gəldiyini hiss etmədilər.

28:12Страница 386

۞ وَحَرَّمۡنَا عَلَيۡهِ ٱلۡمَرَاضِعَ مِن قَبۡلُ فَقَالَتۡ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰٓ أَهۡلِ بَيۡتٖ يَكۡفُلُونَهُۥ لَكُمۡ وَهُمۡ لَهُۥ نَٰصِحُونَ ١٢

Мы запретили ему брать грудь кормилиц, пока она (сестра Мусы) не сказала: «Показать ли вам семью, которая будет заботиться о нем для вас и будет желать ему добра?».

Musa, Allahın qədəri ilə Biz onu anasına qaytarmazdan əvvəl qadınlardan süd əmməyi qəbul etmədi. Musanın bacısı, Firon ailəsinin onu əmizdirməyə qadın axtardığını gördükdə onlara yaxınlaşıb dedi: "Sizə bu uşağı əmizdirəcək, onun qay­ğı­sına qalacaq və ona qarşı çox səmimi və xe­yirxah ola­caq bir ailəni göstərimmi?"

28:13Страница 386

فَرَدَدۡنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَ وَلِتَعۡلَمَ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ١٣

Так Мы вернули его матери, чтобы утешились ее глаза, чтобы она не печалилась и знала, что обещание Аллаха истинно. Но большинство их не ведает этого.

Beləliklə, Biz Musanı yaxından görərək gözü aydın olsun, ondan ayrıldığına görə qəm-qüssə yeyib kədər­lən­məsin və Uca Alla­hın, övladını ona qaytaracağına dair verdiyi vədinin haqq və bu barədə heç bir şəkk-şübhə olmadığını bilsin deyə, onu öz anasına qaytardıq. Onlardan heç kəs o qadının həmin uşağın anası olduğunu bilmirdi.

28:14Страница 387

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسۡتَوَىٰٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٤

Когда он достиг зрелого возраста, Мы даровали ему власть (мудрость или пророчество) и знание. Так Мы воздаем творящим добро.

Musa - aleyhissəlam - bədəninin güvvətləndiyi yaşa çatıb, güc-qüvvətinə hakim olduqda peyğəmbərlik bəxş etməzdən öncə ona İsrail oğullarının dinləri haqqında anlayış və elm verdik. Biz Musanı Allahın əmrinə iraət etməsindən ötrü mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də hər zaman və hər yerdə belə mükafatlandırırıq!

28:15Страница 387

وَدَخَلَ ٱلۡمَدِينَةَ عَلَىٰ حِينِ غَفۡلَةٖ مِّنۡ أَهۡلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيۡنِ يَقۡتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنۡ عَدُوِّهِۦۖ فَٱسۡتَغَٰثَهُ ٱلَّذِي مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِي مِنۡ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيۡهِۖ قَالَ هَٰذَا مِنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِۖ إِنَّهُۥ عَدُوّٞ مُّضِلّٞ مُّبِينٞ ١٥

Войдя в город, когда его жители были невнимательны, он встретил двух мужчин, которые дрались друг с другом. Один был из числа его сторонников, а другой был из числа его врагов. Тот, кто был из числа его сторонников, попросил его помочь ему против того, кто был из числа его врагов. Муса (Моисей) ударил его кулаком и прикончил. Он сказал: «Это - одно из деяний дьявола. Воистину, он является явным врагом, вводящим в заблуждение».

Musa, insanların evlərində dincəldikləri vaxt şəhərə daxil oldu. O, bu zaman orada mübahisə edən iki kişi gördü. Onlardan biri İsrail oğullarından olan qövmündən idi, o biri isə Musanın düşməni, Fironun qövmündən olan qibtilərdən biri idi. Qövmündən olan kimsə Musadan, düşməni olan qibtiyə qarşı ona yardım etməsini istədi. Musa da onu yumruqla vurdu və qibti də Musanın vurduğu yumruğun zərbəsinə tab gətirə bilməyib yerindəcə öldu. Bu hala şahid olan Musa: "Bu, şeytanın insana günahı gözəl göstərməsi və aldatıb onu yoldan çıxarmasıdır. Həqi­qə­tən, şeytan, ona tabe olan kimsələri haqq yoldan az­dı­ran və açıq-aydın bir düş­mən­dir. Etdiyim bu əməl də, onun düşmənçiliyindən və məni azdırmaq istəyən bir azdırıcı olması səbəbindən meydana gəldi!"– dedi.

28:16Страница 387

قَالَ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي فَٱغۡفِرۡ لِي فَغَفَرَ لَهُۥٓۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ١٦

Он сказал: «Господи! Я поступил несправедливо по отношению к себе. Прости же меня!». Он простил его, ибо Он - Прощающий, Милосердный.

Musa, Rəbbinə dua edib, etdiyi günahı etiraf edərək belə dedi: "Ey Rəbbim! Mən bu qibtini öldürməklə öz nəfsimə zülm et­dim. Mə­nim günahımı bağış­la!". Allah da onu ba­ğış­ladığını bəyan etdi. Həqi­qətən O, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı çox mərhəmətlidir.

28:17Страница 387

قَالَ رَبِّ بِمَآ أَنۡعَمۡتَ عَلَيَّ فَلَنۡ أَكُونَ ظَهِيرٗا لِّلۡمُجۡرِمِينَ ١٧

Он сказал: «Господи, за то, что Ты оказал мне милость, я никогда не буду пособлять грешникам».

Sonra Musa uca Allaha dua edərək belə dedi: "Ey Rəbbim! Mənə nemət olaraq bəxş etdiyin: qüvvət, hikmət və elmlə əsla günahkarlara yardım edən birisi olmayacağam!"

28:18Страница 387

فَأَصۡبَحَ فِي ٱلۡمَدِينَةِ خَآئِفٗا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِي ٱسۡتَنصَرَهُۥ بِٱلۡأَمۡسِ يَسۡتَصۡرِخُهُۥۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِيّٞ مُّبِينٞ ١٨

Утром он отправился в город, оглядываясь со страхом, и вдруг тот, кто попросил его о помощи накануне, вновь позвал его на помощь. Муса (Моисей) сказал ему: «Ты являешься явным заблудшим».

Musa o qibtini öldürdükdən sonra qorxu içində, nələr olacağını gözləyərək, ətrafa göz qoya-qoya şəhərə çıx­dı. Bir­ də gördü ki, dü­nən qibtilərdən olan düşməninə qarşı ondan yardım istəyən kimsə, bu gün başqa bir qibtiyə qarşı ona yardım etməyə çağırır. Bunu görən Musa ona: "Şübhəsiz ki sən, açıq-aşkar yo­lunu az­mışın biri­sən!" – dedi.

28:19Страница 387

فَلَمَّآ أَنۡ أَرَادَ أَن يَبۡطِشَ بِٱلَّذِي هُوَ عَدُوّٞ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقۡتُلَنِي كَمَا قَتَلۡتَ نَفۡسَۢا بِٱلۡأَمۡسِۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارٗا فِي ٱلۡأَرۡضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلۡمُصۡلِحِينَ ١٩

Когда же он захотел схватить того, кто был их врагом, тот сказал: «О Муса (Моисей)! Неужели ты хочешь убить меня, как убил человека вчера? Ты лишь хочешь стать тираном на земле и не хочешь быть в числе тех, кто примиряет людей».

Musa - aleyhissəlam - özünə və İsrail oğullarından olan kişiyə düşmən olan qibtini ya­xa­la­maq is­tə­diyi zaman, İsrail oğullarından olan kişi Musanın: "Doğrudan da sən, açıq-aşkar bir azğınsan"- dediyini eşidib, Musanın onu yaxalamaq istədiyini zənn edərək Musaya belə dedi: "Ey Mu­sa! Dünən bir kişini vu­rub öl­dürdüyün ki­mi, bu gün də məni elə öl­dür­mək­ istəyirsən? Sən heç də düşmən olan insanlar arasında islah edən kimsələrdən biri deyilsən. Sən ancaq yer üzün­də insanları öldürən və onlara zülüm edən zalım bir kimsə ol­maq is­təyirsən!"

28:20Страница 387

وَجَآءَ رَجُلٞ مِّنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ يَسۡعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلۡمَلَأَ يَأۡتَمِرُونَ بِكَ لِيَقۡتُلُوكَ فَٱخۡرُجۡ إِنِّي لَكَ مِنَ ٱلنَّٰصِحِينَ ٢٠

С окраины города второпях пришел мужчина и сказал: «О Муса (Моисей)! Знать договаривается о том, чтобы убить тебя. Уходи! Воистину, я даю тебе добрый совет».

Musanın qibtini öldürməsi xəbəri bütün şəhərə yayıldıqda, şəhərin kənarından bir kişi, Musanın düşmənləri tərəfindən ələ keçməsindən qorxaraq tələm-tələsik Musanın yanına gəlib ona belə dedi: "Ey Musa! Firon qövmünün za­dəganları hal-hazırda səni öldür­mək üçün məşvərət edir­­lər. Tez bu şəhəri tərk edib, buradan çıx get! İnan ki, mən sənin yaxşı­lı­ğını istəyənlərdən və səni tutub öldürmələri üçün sənə nəsihət edənlərdənəm!"

28:21Страница 387

فَخَرَجَ مِنۡهَا خَآئِفٗا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢١

Муса (Моисей) покинул город, оглядываясь со страхом, и сказал: «Господи! Спаси меня от несправедливых людей!».

Musa, ona nəsihət edən kişinin sözünə qulaq asıb, qorxu içində, ətrafa göz qoya-qoya şəhərə çıx­dı və başına nə gələcəyini gözləyərək Rəbbinə dua etdib belə dedi: "Ey Rəb­bim! Məni zalım qövmün əlindən qurtar və mənə onların bir pisliyi toxunmasın!"

28:22Страница 388

وَلَمَّا تَوَجَّهَ تِلۡقَآءَ مَدۡيَنَ قَالَ عَسَىٰ رَبِّيٓ أَن يَهۡدِيَنِي سَوَآءَ ٱلسَّبِيلِ ٢٢

Направившись в сторону Мадьяна, он сказал: «Быть может, мой Господь наставит меня на правильный путь».

Musa, Mədyən tərəfə üzünü tutub getdiyi zaman dedi: "Bəlkə Rəbbim mə­ni ən xeyirli yola yönəldər və məndə o yoldan azmaram!"

28:23Страница 388

وَلَمَّا وَرَدَ مَآءَ مَدۡيَنَ وَجَدَ عَلَيۡهِ أُمَّةٗ مِّنَ ٱلنَّاسِ يَسۡقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمۡرَأَتَيۡنِ تَذُودَانِۖ قَالَ مَا خَطۡبُكُمَاۖ قَالَتَا لَا نَسۡقِي حَتَّىٰ يُصۡدِرَ ٱلرِّعَآءُۖ وَأَبُونَا شَيۡخٞ كَبِيرٞ ٢٣

Когда он прибыл к колодцу в Мадьяне, то обнаружил возле него людей, которые поили скотину. Неподалеку от них он увидел двух женщин, которые отгоняли свое стадо. Он сказал: «Что с вами?». Они сказали: «Мы не поим скотину, пока пастухи не уведут свои стада. Наш отец очень стар».

Musa, insanların su götürdükləri Mədyən su quyusunun yanına gə­lib çatan­da, quyunun yanında hey­van­larına su verən bir insan toplusu ilə qarşılaşdı. Onların yaxın­lı­ğında insanlar qo­yun­la­rını suvarıb qurtarana qədər qoyunlarını suvarmayıb, o biri heyvanlar­dan geri çə­kib, onlardan uzaqda duran iki qızı gördü. Musa o qızlardan: "Siz nə üçün insanlarla bərabər hevyanlarınızı sulamırsınız?"– de­yə soruşdu. Onlar da Musaya: "Ço­banların arasına girib onlara qarışmamaq üçün çobanlar heyvanlarını sulayıb oradan çıxana qədər səbir edib gözləmək bizim adətimizdir. Ata­mız isə bura gəlib heyvanlara su verməyə gücü yetməyən çox yaşlı bir qoca­dır. Elə bu üzdən də qoyunlarımızı sulamağa biz məcbur qaldıq" - deyərək cavab verdilər.

28:24Страница 388

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٖ فَقِيرٞ ٢٤

Он напоил для них скотину, а затем вернулся в тень и сказал: «Господи! Воистину, я нуждаюсь в любом благе, которое Ты ниспошлешь мне».

Musa o iki qıza acıyaraq onların yerinə qo­yunlara su verdi, sonra onlardan ayrılaraq köl­gəyə çə­kilib orada dincəldi. Sonra da öz ehtiyacını Rəbbinə ərz edərək Ona dua edib belə dedi: "Ey Rəbbim! Sənin mənə nazil edəcəyin hər bir xey­rə eh­ti­ya­cım var!"

28:25Страница 388

فَجَآءَتۡهُ إِحۡدَىٰهُمَا تَمۡشِي عَلَى ٱسۡتِحۡيَآءٖ قَالَتۡ إِنَّ أَبِي يَدۡعُوكَ لِيَجۡزِيَكَ أَجۡرَ مَا سَقَيۡتَ لَنَاۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيۡهِ ٱلۡقَصَصَ قَالَ لَا تَخَفۡۖ نَجَوۡتَ مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢٥

Одна из двух женщин подошла к нему застенчиво и сказала: «Мой отец зовет тебя, чтобы вознаградить тебя за то, что ты напоил для нас скотину». Когда он пришел к отцу и поведал ему рассказ, он сказал: «Не бойся. Ты спасся от несправедливых людей».

O iki qız gedib atalarına onun barədə xəbər verdilər. Ataları da onu yanına dəvət etməsi üçün onlardan birini göndərdi. Qız utana-utana onun yanına gə­lib de­di: "Atam, qoyunlarımızı sulamağına görə haq­qını ödə­mək­ üçün səni yanına ça­ğı­rır". Mu­sa da onun yanına gəlib başına gələn əh­va­­la­tı ona danış­dıqda, qadınları atası Musanı sakitləşdirib ona təskinlik vermək üçün ona belə dedi: "Qorxma! Artıq sən za­lım bir qövm olan, Firon və onun camaatının əlin­dən xilas ol­mu­san. Onun Mədyən torpaqları üzərində heç bir hökmüranlığı yoxdur. Onlar burada sənə heç bir əziyyət verə bilməzlər!"

28:26Страница 388

قَالَتۡ إِحۡدَىٰهُمَا يَٰٓأَبَتِ ٱسۡتَـٔۡجِرۡهُۖ إِنَّ خَيۡرَ مَنِ ٱسۡتَـٔۡجَرۡتَ ٱلۡقَوِيُّ ٱلۡأَمِينُ ٢٦

Одна из двух женщин сказала: «Отец мой! Найми его, ведь лучшим из тех, кого ты наймешь, будет тот, кто силен и заслуживает доверия».

Qızlardan biri belə dedi: "Ata­can! Qoyunlarımızı otarmaq üçün onu muzdla işə götür, o, güclü və etibarlı bir insan olduğu üçün muzd­la işə götür­dük­lərinin ən yaxşısıdır. Çünki çətin işlər güc-qüvvətlə yerinə yetirilər və əmanətlər də eti­barla qorunar!"

28:27Страница 388

قَالَ إِنِّيٓ أُرِيدُ أَنۡ أُنكِحَكَ إِحۡدَى ٱبۡنَتَيَّ هَٰتَيۡنِ عَلَىٰٓ أَن تَأۡجُرَنِي ثَمَٰنِيَ حِجَجٖۖ فَإِنۡ أَتۡمَمۡتَ عَشۡرٗا فَمِنۡ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنۡ أَشُقَّ عَلَيۡكَۚ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰلِحِينَ ٢٧

Он сказал: «Воистину, я хочу сочетать тебя браком с одной из моих дочерей этих при условии, что ты наймешься ко мне на восемь лет. Если же ты останешься на все десять, то это будет милостью от тебя. Я не собираюсь обременять тебя, и ты увидишь, если пожелает Аллах, что я являюсь одним из праведников».

Qızların atası Musaya - aleyhissəlam - xitab edərək belə dedi: "Mən, mehir olaraq, bu qoyunlarıma səkkiz il çobanlıq etmən qarşılığında, bu iki qızımdan biri ilə səni evləndirmək istəyirəm. Əgər sən bu müddəti on ilə çat­dır­san, bu, sənin tərə­findən bir lütf olar. Sən bunu etməkdə məcbur deyilsən. Çünki aramızdakı anlaşma səkkiz ildir. Bu müddətdən əlavə çobanlıq etməyin isə könüllü olan bir iş olacaqdır. Mən sənə məşəqqət olacaq bir işi görməyə məcbur etmək istəmirəm. Sən İnşallah məni, səninlə etdiyim bu anlaşmanı pozmayan və ona əməl edən əməlisa­leh­lərdən ol­duğumu gö­rə­cək­sən!"

28:28Страница 388

قَالَ ذَٰلِكَ بَيۡنِي وَبَيۡنَكَۖ أَيَّمَا ٱلۡأَجَلَيۡنِ قَضَيۡتُ فَلَا عُدۡوَٰنَ عَلَيَّۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ ٢٨

Он сказал: «Договорились. Какой бы из этих двух сроков я ни отработал, пусть со мной не поступают несправедливо. Аллах является Попечителем и Хранителем того, что мы говорим».

Musa - aleyhissəlam - dedi: "Bu, ikimi­zin ara­sın­da razılığa gəldiyimiz bir anlaşmadır. Sənin üçün səkkiz və ya on il olan bu anlaşmadan hansını tamamlaya bilsəm artıq sənə verdiyim sözü yerinə yetirmiş olacam. Bundan sonra bu müddətin arılmasını məndən tələb etmə. Uca Allah da aramızda razılığa gəldiyimiz bu anlaşmaya vəkildir və nə etdiyimizə şahiddir!"

28:29Страница 389

۞ فَلَمَّا قَضَىٰ مُوسَى ٱلۡأَجَلَ وَسَارَ بِأَهۡلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارٗاۖ قَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ جَذۡوَةٖ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمۡ تَصۡطَلُونَ ٢٩

Когда Муса (Моисей) отработал срок и двинулся в путь со своей семьей, он увидел со стороны горы огонь и сказал своей семье: «Оставайтесь здесь! Я увидел огонь. Возможно, я принесу вам оттуда известие или горящую головню, чтобы вы могли согреться».

Musa onillik xidmət müddətini başa vu­rub ailəsi ilə bərabər Mədyəndən Misirə doğru yola çıx­dı­ğı za­man Tur dağının ya­nında bir od gördü və ailəsinə dedi: "Da­ya­nın! Mən bir od gör­düm. Bəlkə mən, ondan sizə bir xəbər və ya od qalamanız üçün sizə bir köz gə­ti­rə­rəm ki, sizdə od qalayıb soyuqdan qızına­sınız!"

28:30Страница 389

فَلَمَّآ أَتَىٰهَا نُودِيَ مِن شَٰطِيِٕ ٱلۡوَادِ ٱلۡأَيۡمَنِ فِي ٱلۡبُقۡعَةِ ٱلۡمُبَٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَٰمُوسَىٰٓ إِنِّيٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٣٠

Подойдя туда, он услышал глас со стороны дерева, которое росло в благословенном месте на правой стороне долины: «О Муса (Моисей)! Я- Аллах, Господь миров.

Musa gördüyü odun yanına gəldikdə, Rəbbi olan uca Allah, Allahın bərəkətli etdiyi o yerdəki vadinin sağ tərə­fində olan ağac tərəfdən Musa ilə danışaraq ona belə nida gəl­di: "Ey Mu­sa! Mən bütün məxluqatın Rəbbi olan Allaham!

28:31Страница 389

وَأَنۡ أَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰٓ أَقۡبِلۡ وَلَا تَخَفۡۖ إِنَّكَ مِنَ ٱلۡأٓمِنِينَ ٣١

Брось свой посох!». Когда же он увидел, как тот извивается, словно змея, он бросился бежать и не вернулся (или не обернулся). Аллах сказал: «О Муса (Моисей)! Подойди и не бойся, ибо ты являешься одним из тех, кто находится в безопасности.

Əlindəki əsanı yerə at!" Musa da Rəbbinin əmrinə tabe olaraq əsanı yerə atdı. Musa, onun ilan ki­mi qıvrılıb hərəkət etdiyini görüncə, ondan qorxaraq ge­ri­yə belə bax­ma­dan dönüb sürətlə qaç­mağa başladı və qorxudan heç geriyə də qayıtmadı. Bu zaman Allah ona səslənərək belə dedi: "Ey Musa! Ya­xın gəl, ondan qorx­ma! Şübhəsiz ki, sən, ondan və ondan başqa qorxunc şeylərdən əmin-amanlıqda olanlardan­san!

28:32Страница 389

ٱسۡلُكۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖ وَٱضۡمُمۡ إِلَيۡكَ جَنَاحَكَ مِنَ ٱلرَّهۡبِۖ فَذَٰنِكَ بُرۡهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ٣٢

Сунь свою руку за пазуху, и она выйдет белой (цвета молока, светящейся), без следов болезни. Прижми к себе руку, чтобы избавиться от страха. Это - два доказательства от твоего Господа для Фараона и его знати. Воистину, они являются людьми нечестивыми».

"Sağ əlini köynəyinin boyun hissəsindən qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq və parlaq bir halda çıxsın!" Musa əlini qoynuna saldı və əli oradan qar kimi, ağappaq və parlaq bir halda çıxdı. "Qor­xu keçib get­sin deyə əlini özünə sıx!" Musa da əlini özünə sıxdı və beləliklə, qorxusu keçib getdi. "Sənə verilən bu iki əlamət: əsa və əl - Firona və onun əyan­la­rına qarşı sənin Rəb­bin­dən olan iki tutarlı də­lildir. Həqiqətən, on­lar küfür və günahlar etməklə Rəbbinin itaətindən uzaq olan bir qövümdür!"

28:33Страница 389

قَالَ رَبِّ إِنِّي قَتَلۡتُ مِنۡهُمۡ نَفۡسٗا فَأَخَافُ أَن يَقۡتُلُونِ ٣٣

Он сказал: «Господи! Я убил одного из них и боюсь, что они убьют меня.

Musa Rəbbinə təvəssül edərək belə dedi: "Mən on­lardan birini öldürmü­şəm. Göndərdiyin şeyi onlara təbliğ etmək üçün yanlarına getsəm, bu səbəbdən məni öldürəcəklərindən qor­xuram".

28:34Страница 389

وَأَخِي هَٰرُونُ هُوَ أَفۡصَحُ مِنِّي لِسَانٗا فَأَرۡسِلۡهُ مَعِيَ رِدۡءٗا يُصَدِّقُنِيٓۖ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ٣٤

Мой брат Харун (Аарон) более красноречив, чем я. Пошли же его со мною помощником, чтобы он подтвердил мою правдивость. Я действительно боюсь, что они сочтут меня лжецом».

Qardaşım Harun məndən daha bəlağətli danışır. Firon və qövmü məni yalançı hesab etdikləri zaman de­dik­lərimi təsdiqləyən mənə bir köməkçi kimi qardaşım Harunu da mənlə birgə göndər. Mən, keçmiş ümmətlərin özlərinə göndərilən peyğəmbərləri yalançı saydıqları kimi, on­ların da məni yalançı sayacaq­larından qor­xu­ram!"

28:35Страница 389

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجۡعَلُ لَكُمَا سُلۡطَٰنٗا فَلَا يَصِلُونَ إِلَيۡكُمَا بِـَٔايَٰتِنَآۚ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلۡغَٰلِبُونَ ٣٥

Он сказал: «Мы укрепим твою руку посредством твоего брата и одарим вас доказательством (или силой). Они не смогут навредить вам. Благодаря Нашим знамениям вы и те, кто последует за вами, станете победителями».

Uca Allah, Musanın duasın qəbul edərək belə buyurdu: "Ey Musa! Qardaşın Harunu, səninlə bərabər, sənə yardım edən bir peyğəmbər olaraq göndərəcək, səni onunla qüv­vətləndirəcək və hər iki­nizə tutarlı dəlillər və dəstək verə­cəyik. Onlar sizə heç bir pislik to­xun­du­ra bil­mə­yə­cək­lər. Sizinlə göndərdiyimiz möcüzələri­mizin sa­yə­sin­də siz və sizə tabe olan­lar möminlər mütləq qalib gə­ləcəksiniz!"

28:36Страница 390

فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَٰتِنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا سِحۡرٞ مُّفۡتَرٗى وَمَا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ ٣٦

Когда Муса (Моисей) явился к ним с Нашими ясными знамениями, они сказали: «Это - всего лишь вымышленное колдовство. Мы не слышали об этом от наших праотцев».

Musa - aleyhissəlam - açıq-aydın dəlillərimizlə onların yanına gəl­dikdə, on­lar: "Bu Musanın uydurub, özündən düzüb-qoşduğu yalandan başqa bir şey deyildir. Biz bunları heç ulu ata-ba­baları­mızdan be­lə eşitmə­mi­şik"– dedilər.

28:37Страница 390

وَقَالَ مُوسَىٰ رَبِّيٓ أَعۡلَمُ بِمَن جَآءَ بِٱلۡهُدَىٰ مِنۡ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ ٣٧

Тогда Муса (Моисей) сказал: «Мой Господь лучше знает, кто пришел с верным руководством от Него и чей исход в Последней жизни окажется счастливым. Воистину, беззаконники не преуспеют».

Musa Firona xitab edərək belə dedi: "Rəbbim, uca Allah yanından kimin doğru yolu gös­tə­rən rəhbər gətirdiyini və axi­rətdə də gözəl sonluğun kimə nə­sib olaca­ğını da­ha yaxşı bilir. Şüb­həsiz ki, zalımlar muradlarına yetişməzlər və qorxub qaçdıqlarından da canlarını qurtara bilməzlər!"

28:38Страница 390

وَقَالَ فِرۡعَوۡنُ يَٰٓأَيُّهَا ٱلۡمَلَأُ مَا عَلِمۡتُ لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرِي فَأَوۡقِدۡ لِي يَٰهَٰمَٰنُ عَلَى ٱلطِّينِ فَٱجۡعَل لِّي صَرۡحٗا لَّعَلِّيٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ مِنَ ٱلۡكَٰذِبِينَ ٣٨

Фараон сказал: «О знать! Я не знаю для вас иного бога, кроме меня. О Хаман! Разожги огонь над глиной и сооруди для меня башню, чтобы я смог подняться к Богу Мусы. Воистину, я полагаю, что он является одним из лжецов».

Firon üzünü qövmünün kübar təbəqəsindən olanlara tutaraq belə dedi: "Ey zadəğan və hörmətli insanlar! Mən si­zin üçün özümdən baş­qa bir mə­bud tanı­mıram. Ey Ha­man! Mənim üçün daşlaşıb biri-birini möhkəm yapışana qədər palçı­ğın üzə­rində od qa­layıb və bununla mənə yüksək bir qüllə düzəlt ki, bəlkə bununla Musanın məbudu­nun yanı­na qal­xıb, Onu gördüm. Çünki həqiqətən də mən, Musanın, Allahın mənə və qövmümə göndərdiyi bir peyğəmbər olduğuna dair iddiasında bir yalançı olduğunu hesab edirəm!"

28:39Страница 390

وَٱسۡتَكۡبَرَ هُوَ وَجُنُودُهُۥ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَظَنُّوٓاْ أَنَّهُمۡ إِلَيۡنَا لَا يُرۡجَعُونَ ٣٩

Он и его воины несправедливо возгордились на земле и предположили, что они не вернутся к Нам.

Firon və onun əsgərləri Misir torpaqlarında haqsız yerə təkəb­bür gös­tərdilər, öldükdən sonra yenidən dirilməyi inkar etdilər və Qiyamət günü haqq-hesab edilib, etdikləri əməllərin əvəzini almaq üçün hüzurumuza qay­ta­rıl­ma­ya­caq­larını zənn etdilər!

28:40Страница 390

فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ ٤٠

Мы схватили его и его воинов и бросили их в море. Посмотри же, каким был конец беззаконников!

Biz də bu səbəbdən onu və onun əs­gər­lərini tu­tub dənizə atdıq və beləliklə, onların hamısı dənizdə boğularaq məhv oldu. Ey Peyğəmbər! Bax gör, za­lım­ların aqi­bəti necə oldu. Onların sonu və aqibətləri həlak olmaq oldu.

28:41Страница 390

وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ لَا يُنصَرُونَ ٤١

Мы сделали их предводителями, которые призывают в Огонь, и в День воскресения им не окажут помощи.

Biz onları, etdikləri küfr və günahlar səbəbi ilə atəşə dəvət edən azğın və zəlalətə düşən kimsələrə rəhbərlər etdik. Qiyamət günü onlara Cəhənnəm əzabından xilas olmaları üçün bir kö­­mək edilməyəcəkdir. Əksinə, dünyada pis əməllər etdiklərinə və başqalarında bu əməllərə dəvət etdiklərinə görə onların əzabı qat-qat artacaqdır. Onlara, etdikləri əməllərin günahları yazıldığı kimi, onların ardınca gəlib o əməlləri edənləin günahları da onların boynuna yazılcaqdır!

28:42Страница 390

وَأَتۡبَعۡنَٰهُمۡ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةٗۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ هُم مِّنَ ٱلۡمَقۡبُوحِينَ ٤٢

Мы сделали так, что проклятие следует за ними в этом мире, а в День воскресения они будут в числе отдаленных от милости.

Biz onları, bu dünyadakı cəzalarının üstünə əlavə cəza olaraq, zəlilliyə və lənə­tə düçar etdik. Qiyamət günü isə on­lar Allahın rəhmətindən qovulmuş və rüsvay edilmiş kimsələrdən ola­caqlar.

28:43Страница 390

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِ مَآ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ ٱلۡأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٤٣

Погубив первые поколения, Мы даровали Мусе (Моисею) Писание в качестве наглядного наставления для людей, верного руководства и милости, чтобы они могли помянуть назидание.

Biz, keçmiş ümmətlərə peyğəmbərlərimizi göndərdik, onlar isə özlərinə göndərilən peyğəmbərləri yalan saydılar. Biz də onların peyğəmbərlərimizi yalan sayma səbəbindən hamısını məhv etdik­ və bunun ardından Musaya İsrail oğullarının yaxşı işlər görüb, pis işlərdən uzaq durmaları üçün onlara doğru yolu göstərən, dünay və axirət xeyirlərini özündə cəm edən Tövratı verdik ki, bəlkə onlar, bununla Uca Allahın onlara bəxş etdiyi nemətlərini xatırlasınlar və buna görə Allaha şükür edib, iman etsinlər!

28:44Страница 391

وَمَا كُنتَ بِجَانِبِ ٱلۡغَرۡبِيِّ إِذۡ قَضَيۡنَآ إِلَىٰ مُوسَى ٱلۡأَمۡرَ وَمَا كُنتَ مِنَ ٱلشَّٰهِدِينَ ٤٤

Тебя не было на западном склоне, когда Мы возложили на Мусу (Моисея) наши повеления, и тебя не было в числе присутствовавших.

Ey Peyğəmbər! Biz Musaya - aleyhisəlam - peyğəmbərlik bəxş edib, ona, Firon və onun qövmünün yanına getməsini tapşırdığımız zaman sən Musaya nisbətdə da­ğın qərb tərəfində deyildin. Sən bu­na şahid olanlardan da de­yil­din ki, orada olan hadisəni olduğu kimi bilib və bunu insanlara xəbər verəsən. Sənin insanlara bu haqda söylədiklərin yalnız Allahdan sənə nazil olan vəhy sayəsindədir!

28:45Страница 391

وَلَٰكِنَّآ أَنشَأۡنَا قُرُونٗا فَتَطَاوَلَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۚ وَمَا كُنتَ ثَاوِيٗا فِيٓ أَهۡلِ مَدۡيَنَ تَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرۡسِلِينَ ٤٥

Но Мы сотворили поколения после Мусы (Моисея), и долгим оказался для них срок. Тебя не было среди жителей Мадьяна, и ты не читал им Наши аяты, но Мы отправили посланников.

Lakin Biz Musadan sonra neçə-neçə ümmətlər və nəsillər yarat­dıq. Ancaq aradan üzün müddət keçmə səbəbi ilə Allahın şəriəti unuduldu. Sən Mədyən xalqı ilə birgə yaşamırdın ki, onların başlarına gələn əhvalatı bilib və bunu olduğu kimi Məkkə əhlinə xəbər verəsən. Lakin Biz səni öz dərgahımızdan peyğəmbər olaraq göndərib, sənə Musanın xəbərini və onun Mədyəndə yaşamasını vəhy etdik. Beləliklə də, sən, bu barədə Uca Allahın sənə vəhy etdiklərini insanlara xəbər verdin!

28:46Страница 391

وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذۡ نَادَيۡنَا وَلَٰكِن رَّحۡمَةٗ مِّن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٤٦

Тебя не было на склоне горы, когда Мы воззвали, но это было милостью твоего Господа, чтобы ты предостерег народ, к которому до тебя не приходил предостерегающий увещеватель. Быть может, они помянут назидание.

Biz Musanı çağırdığımız və ona vəhy etdiyimiz zaman da sən Tur dağının yanında de­yil­din ki, orada olan hadisəni bilib və bunu olduğu kimi Məkkə əhlinə xəbər verəsən. Lakin Biz səndən əvvəl öz­lərinə xəbərdar edən pey­ğəm­bər gəl­mə­miş bir tayfanı, onlara söylədiklərindən öyüd-nəsihət alib və Allah qatından onlara gətirdiklərinə iman edib sənə tabe olmaları üçün onun xəbər­ini sənə vəhy etdik!

28:47Страница 391

وَلَوۡلَآ أَن تُصِيبَهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَيَقُولُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٤٧

А если бы этого не произошло и если бы их постигло несчастье за то, что приготовили их руки, то они бы сказали: «Господь наш! Почему Ты не отправил к нам посланника, чтобы мы последовали за Твоими знамениями и стали одними из верующих?».

Etdikləri küfr və günahlara görə onlara ilahi bir əzab üz ver­dik­də, onlar dərhal özlərinə bir peyğəmbər göndərilmədiyini dəlil gətirərək belə deyəcəkdilər: "Ey Rəbbimiz! Kaş, bizə bir peyğəmbər gön­dərəydin, biz də Sənin ayə­lərinə tabe olub, əməl edərdik və beləliklə də Rəbbimizin əmrlərinə əməl edən möminlərdən olardıq!" Əgər belə olmasaydı, Biz onları cəzalandırmağa tələsərdik. Lakin Biz onların, özlərinə bəhanə gətirməmələri üçün onalara peyğəmbər göndərilən müddətə qədər əzabı gecikdirdik.

28:48Страница 391

فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُواْ لَوۡلَآ أُوتِيَ مِثۡلَ مَآ أُوتِيَ مُوسَىٰٓۚ أَوَلَمۡ يَكۡفُرُواْ بِمَآ أُوتِيَ مُوسَىٰ مِن قَبۡلُۖ قَالُواْ سِحۡرَانِ تَظَٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلّٖ كَٰفِرُونَ ٤٨

Когда же к ним явилась истина от Нас, они сказали: «Почему ему не даровано то, что было даровано Мусе (Моисею)?». Разве они не отвергли то, что прежде было даровано Мусе (Моисею)? Они сказали: «Эти два колдовства (Коран и Тора) поддерживают друг друга». Они также сказали: «Мы не веруем ни в одно из них».

Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) Qureyşə Rəbbinin elçisi olaraq gəldiyi zaman Qureyş yəhudilərin yanına gəlib onlardan Muhəmməd (sallallahu aleyhi və səlləm) barədə soruşdular. Yəhudilər də Muhəmmədin (sallallahu aleyhi və səlləm) dəvətinin qarşısını almaq məqsədi ilə onlara hüccət öyrətərək belə dedilər: "Muhəmmədin, Rəbbinin elçisi olduğuna dəlalət edən, Musaya verilən: parlaq əl və əsa kimi möcüzələr verildimi?" Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Məgər elə yəhudilər daha öncə Musaya verilən möcüzələri inkar etmədilərmi?!" Məğər onlar Tövrat və Quran barədə: "O ikisi də bir-bi­rini dəs­təkləyən iki sehrdən başqa bir şey deyil, biz nə Qurana, nə də Tövrata inanrıq deməmişdilərmi?!"

28:49Страница 391

قُلۡ فَأۡتُواْ بِكِتَٰبٖ مِّنۡ عِندِ ٱللَّهِ هُوَ أَهۡدَىٰ مِنۡهُمَآ أَتَّبِعۡهُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٤٩

Скажи: «Если вы говорите правду, то принесите Писание от Аллаха, которое было бы более верным руководством, чем эти два Писания, и я последую за ним».

Ey Peyğəmbər! Onlara belə de: "Əgər Tövrat və Quranın sehir olduğuna dair iddanız doğrudursa, Allah tərəfindən endirilmiş Tövrat və Qurandan da daha doğru olan bir kitab gətirin. Əgər siz, elə bir kitab gətirsəniz, bu zaman mən ona tabe olaram!"

28:50Страница 391

فَإِن لَّمۡ يَسۡتَجِيبُواْ لَكَ فَٱعۡلَمۡ أَنَّمَا يَتَّبِعُونَ أَهۡوَآءَهُمۡۚ وَمَنۡ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيۡرِ هُدٗى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٥٠

Если они не ответят тебе, то знай, что они лишь потакают своим желаниям. А кто может быть более заблудшим, чем тот, кто потакает своим желаниям без верного руководства от Аллаха? Воистину, Аллах не ведет прямым путем несправедливых людей.

Əgər Qureyş, Tövrat və Qurandan da daha doğru olan bir kitab gətirmələrinə dair, sənin bu təklifinə cavab verməsələr, o zaman əmin ol ki, onların Tövrat və Quranı yalan sayıb və onları sehr adlandırmaları heç də hər hansı bir dəlilə əsaslanaraq deyil, əksinə, onların bu iddaları öz havalarından qaynaqlanmışdır. Allah­dan bir doğru yol göstəricisi gəl­məyincə öz nəf­sinin is­təyinə uyan­dan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, uca Allah, etdikləri küfrlər səbəbi ilə öz nəfslərinə zülm edən bir qövmü doğru yola müvəffəq etməz!

28:51Страница 392

۞ وَلَقَدۡ وَصَّلۡنَا لَهُمُ ٱلۡقَوۡلَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٥١

Мы довели до них Слово, чтобы они могли помянуть назидание.

Biz, müşriklərə və İsrail oğullarından olan yəhudilərə, keçmiş ümmətlərin başın gələnlər onlarında başına gəlməsin deyə onlara keçmiş ümmətlərin hekayələrini və elçilərimizi yalan saydıqları zaman onlara göndərdiyimiz əzaba dair sözü onlara çatdır­dıq ki, dü­şünüb, bütün bunlardan ibrət alıb iman, gətirsinlər!

28:52Страница 392

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ مِن قَبۡلِهِۦ هُم بِهِۦ يُؤۡمِنُونَ ٥٢

Те, кому Мы прежде даровали Писание, уверовали в него (Коран).

Quranın nazil edilməsindən öncə Tövrata iman etməkdə sabit qalanlar, öz kitablarında Quran barədə verilən xəbərləri və onun sifətlərini görüb, oxuduqları üçün ona da iman edərlər.

28:53Страница 392

وَإِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ قَالُوٓاْ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبۡلِهِۦ مُسۡلِمِينَ ٥٣

Когда им читают его, они говорят: «Мы уверовали в него! Это - истина от нашего Господа. Мы и прежде были мусульманами».

Onlara Quran oxundu­ğu zaman: "Biz ona iman gətir­dik. Şübhəsiz ki, o, içində heç bir şəkk-şübhə olmayan, Rəbbimizdən endirilən bir haqdır. Biz bu Qurandan öncə də, əvvəlki peyğəmbərlərin gətirdiklərinə inanıb, iman gətirdiyimizə görə mü­səl­man idik!"– deyir­lər.

28:54Страница 392

أُوْلَٰٓئِكَ يُؤۡتَوۡنَ أَجۡرَهُم مَّرَّتَيۡنِ بِمَا صَبَرُواْ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٥٤

Они получат свою награду в двойном размере за то, что были терпеливы. Они отвращают зло добром и расходуют из того, чем Мы наделили их.

Sadalanan sifətlərə sahid olan bu kimsələrə uca Alla, öz kitablarına imanlarında səbir etdiklərinə və həmçinin Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərildiyi zaman ona iman etdiklərinə görə on­lara əməllərinin mü­kafatları ikiqat veri­lə­cəkdir. On­lar, etdikləri günahları saleh əməllərin savabı ilə yuyar və özlərinə ver­di­yi­miz ru­zi­dən xeyirli işlərə xərclə­yir­lər.

28:55Страница 392

وَإِذَا سَمِعُواْ ٱللَّغۡوَ أَعۡرَضُواْ عَنۡهُ وَقَالُواْ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ سَلَٰمٌ عَلَيۡكُمۡ لَا نَبۡتَغِي ٱلۡجَٰهِلِينَ ٥٥

А услышав праздные речи, они отворачиваются от них и говорят: «Нам достанутся наши деяния, а вам - ваши. Мир вам! Мы не желаем следовать путем невежд».

O möminlər, kitab əhlindən batil sözlər eşitdikləri zaman ona fikir vermədən üz çevirər və bunu söyləyən kimsələrə səslənərək deyirlər: "Bi­zim əməl­lərimizin mükafatı bizə, sizin də əməllərinizin mükafatı sizə veriləcəkdir. Siz bizdən hər hansı pis bir söz eşitməyəcəksiz və ya hər hansı bir əziyyət görməyəcəksiz! Cahillərlə çənə-boğaz olmaq dinimizə və dünya həyatına zərər verdiyi üçün biz sizinlə bir yerdə olmaq istəmirik!"

28:56Страница 392

إِنَّكَ لَا تَهۡدِي مَنۡ أَحۡبَبۡتَ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ٥٦

Воистину, ты не сможешь наставить на прямой путь тех, кого возлюбил. Только Аллах наставляет на прямой путь тех, кого пожелает. Он лучше знает тех, кто следует прямым путем.

Ey Peyğəmbər! Şübhəsiz ki, sən, Əbu Talib və s. başqa sevdiklərini iman gətirməyə müvəffəq edib, onları doğru yola yönəldə bil­məz­sən. Lakin Uca Allah, istədi­yi kimsələri doğ­ru yola yönəldir. O, əzəli elmi ilə kimin doğ­ru yolda olacağını daha yaxşı bilir.

28:57Страница 392

وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنٗا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٖ رِّزۡقٗا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٥٧

Они (неверующие мекканцы) сказали: «Если мы последуем за верным руководством вместе с тобой, то мы будем выброшены из нашей земли». Разве Мы не закрепили за ними безопасного святилища, в которое привозят плоды любых видов в качестве пропитания от Нас? Однако большинство их не ведает этого.

Məkkə müşrikləri, İslam dinini qəbul edib, ona iman etməkdən qoyun qaçıraraq özlərinə üzr gətirib belə dedilər: "Əgər biz sənin­ gətirdiyin bu dinə tabe olsaq, bu zaman düşmənlərimiz bizi yur­du­muzdan qo­vu­b çıxarar". Məgər Biz o müşrikləri, başqalarının onlara basqın etməsindən əmin-aman edib və onları qan tökülməsi və zülüm edilməsi haram edilən, onlara Özü­müzdən bir ru­zi olaraq hər cür meyvənin gətirildiyi qorxusuz və təhlü­kəsiz haram torpağında yer­ləşdirmədikmi? La­kin onların çoxu Allahın onlara verdiyi nemətləri bilməzlər və bunlara qarşılıq olaraq Allaha şükür etməzlər!

28:58Страница 392

وَكَمۡ أَهۡلَكۡنَا مِن قَرۡيَةِۭ بَطِرَتۡ مَعِيشَتَهَاۖ فَتِلۡكَ مَسَٰكِنُهُمۡ لَمۡ تُسۡكَن مِّنۢ بَعۡدِهِمۡ إِلَّا قَلِيلٗاۖ وَكُنَّا نَحۡنُ ٱلۡوَٰرِثِينَ ٥٨

Сколько селений, которых обуяла гордыня из-за дарованных им средств, Мы погубили! Вот их жилища, в которых никто не проживает после них, за исключением немногих. Мы унаследовали все это.

Allahın nemətlərini inkar edən, küfr və günahlar etməklə həddi aşan neçə-neçə şəhər vardır ki, biz onlara əzab göndərib hamısını məhv etdik. Bu­ onların, əhalisi məhv olub getdikdən sonra bə­zi yolçular müstəsna olmaqla ora­da heç kəsin yaşamadığı, uçub dağılmış yurdlarıdır. Göylərdə, yerdə və bu ikisinin arasında olanlara da varis olan Bizik.

28:59Страница 392

وَمَا كَانَ رَبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ حَتَّىٰ يَبۡعَثَ فِيٓ أُمِّهَا رَسُولٗا يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۚ وَمَا كُنَّا مُهۡلِكِي ٱلۡقُرَىٰٓ إِلَّا وَأَهۡلُهَا ظَٰلِمُونَ ٥٩

Твой Господь не уничтожал селения, пока не отправлял в важнейшее из них посланника, который читал им Наши аяты. Мы не уничтожали селения, если только их жители не были беззаконниками.

Ey Peyğəmbər! Sənin Rəbbin, səni şəhərlər anası olan Məkkəyə peyğəmbər göndərdiyi kimi, hər hansı böyük bir şəhərin əhalisi bəhanə gətirməməsi üçün onlara ayə­lə­ri­­mizi oxu­yan bir peyğəmbər göndərib onları Allahın əzabı ilə xəbərdar etmədən əsla məhv etmədi. Biz haqq üzərində sabit qalan bir şəhəri əsla məhv etmədik. Biz yal­­nız əhalisi küfr və günahlar etməklə özlərinə zülm edən şəhərləri məhv edərik.

28:60Страница 393

وَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَزِينَتُهَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰٓۚ أَفَلَا تَعۡقِلُونَ ٦٠

Все, что вам даровано, является всего лишь преходящим благом мирской жизни и ее украшением, а у Аллаха - нечто более прекрасное и долговечное. Неужели вы не разумеете?

Rəbbinizin sizə verdiyi, sizin dünya həyatında faydalanıb və bəzəndiyiniz zinət əşyaları bir gün yox olub gedəcəkdir. Uca Allah ya­nında olan axirət həyatındakı böyük savab isə dünya həyatında olan bər-bəzəkdən daha xeyirli və daha əbədidir. Məgər onlar bunu düşünüb, axirətin əbədi olanı nemətlərini, dünyanın fani olan bər-bəzəyindən üstün tutmayacaqlarmı?

28:61Страница 393

أَفَمَن وَعَدۡنَٰهُ وَعۡدًا حَسَنٗا فَهُوَ لَٰقِيهِ كَمَن مَّتَّعۡنَٰهُ مَتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا ثُمَّ هُوَ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مِنَ ٱلۡمُحۡضَرِينَ ٦١

Неужели тот, кому Мы дали прекрасное обещание, с которым он непременно встретится, равен тому, кого Мы наделили преходящими благами мирской жизни и кто в День воскресения предстанет в числе обитателей Ада?

Axirət həyatında, Cənnət və oradakı əbədi nemətləri və sonda ora daxil olacağını vəd etdiyimiz kimsə, dün­ya həya­tının keçici zövqünü və naz-nemətini bəxş etdiyimiz sonra da qiyamət günü Cəhənnəmə varid ediləcək kimsə ilə eyni ola bilərmi?!

28:62Страница 393

وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ٦٢

В тот день Он воззовет к ним и скажет: «Где же Мои сотоварищи, о существовании которых вы предполагали?».

O gün Uca Allah onlara səslənərək belə deyə­cəkdir: "Məndən başqa ibadət etdikləriniz və Mənim şə­rik­lərim olduğunu iddia etdi­yi­niz tanrılarınız ha­radadırlar?"

28:63Страница 393

قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ رَبَّنَا هَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغۡوَيۡنَآ أَغۡوَيۡنَٰهُمۡ كَمَا غَوَيۡنَاۖ تَبَرَّأۡنَآ إِلَيۡكَۖ مَا كَانُوٓاْ إِيَّانَا يَعۡبُدُونَ ٦٣

Тогда те, относительно которых подтвердилось Слово, скажут: «Господь наш! Вот те, которых мы ввели в заблуждение. Мы ввели их в заблуждение, потому что сами были заблудшими. Мы отрекаемся от них перед Тобой. Не нам они поклонялись».

O gün əzaba layiq olan küfr dəvətçiləri belə deyəcək­lər: "Ey Rəb­bimiz! Bunlar bizim, özümüz az­dı­ğı­mız kimi, azdırdığımız kimsələrdir. Biz onlardan uzaq­laşıb Sənə üz tu­tu­ruq. Doğ­ru­su, onlar bizə ibadət et­mir­di­lər. Əksinə, onlar şeytanlara ibadət edirdilər!"

28:64Страница 393

وَقِيلَ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَرَأَوُاْ ٱلۡعَذَابَۚ لَوۡ أَنَّهُمۡ كَانُواْ يَهۡتَدُونَ ٦٤

Им скажут: «Призовите своих сотоварищей!». Они призовут их, но те не ответят им, и тогда они увидят наказание. О, если бы они следовали прямым путем!

Qiyamət günü müşriklərə: "Haydı şərikləri­nizi çağı­rın onlar sizi düşdüyünüz bu rəzalətdən xilas etsinlər!" – deyiləcək. Müş­riklər də on­la­rı çağı­ra­caq, lakin şərikləri onlara cavab ver­mə­yəcəklər. Onlar orada özləri üçün hazırlanmış əza­bı gö­rüncə, dünya da olub, doğru yol tutub get­milərini arzu edəcəklər.

28:65Страница 393

وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ مَاذَآ أَجَبۡتُمُ ٱلۡمُرۡسَلِينَ ٦٥

В тот день Он воззовет к ним и скажет: «Что вы ответили посланникам?».

O gün uca Rəbbi onlara səslənmərək belə deyəcəkdir: "Sizələrə göndərdiyim El­çi­lərimə nə cavab verdi­niz?".

28:66Страница 393

فَعَمِيَتۡ عَلَيۡهِمُ ٱلۡأَنۢبَآءُ يَوۡمَئِذٖ فَهُمۡ لَا يَتَسَآءَلُونَ ٦٦

В тот день известия будут сокрыты от них, и они не будут расспрашивать друг друга.

Qiyamət gün özlərinə hüccət gətirmək istədikləri dəlilləri onlara gizli qa­lacaq və o dəlillərdən heç bir şey xatırlaya bilbəyəcəklər. Onlar əzaba düçar olduqlarını yəqinliklə bildiklərinə görə Qiyamətin heybətindən bir-bi­rin­dən heç bir şey soruşa bil­məyəcəklər.

28:67Страница 393

فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلۡمُفۡلِحِينَ ٦٧

А тот, кто раскаялся, уверовал и поступал праведно, возможно, окажется в числе преуспевших.

Amma o müşriklərdən, etdikləri küfr əməllərdən tövbə edərək Allaha və Onun peyğəmbərlərinə iman gətirən və saleh əməllər edən kimsəyə gə­lin­cə, ola bilsin ki, o, istədiyinə nayil olub və qorxduğu şeydən nicat ta­panlardan olsun.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English