Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Касас 28:68–88
28:68Страница 393
وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ مَا كَانَ لَهُمُ ٱلۡخِيَرَةُۚ سُبۡحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٦٨
Твой Господь создает, что пожелает, и избирает, но у них нет выбора. Аллах пречист и превыше тех, кого они приобщают в сотоварищи!
Ey Peyğəmbər! Sənin Rəbbin yaratmaq istədiyini yaradır və Özünə itaət etməsi və elçisi olması üçün də istədiyini seçir. Müşriklərin bu seçimdə haqqı olmadığı üçün onlar bu işdə Allaha qarşı heç bir etiraz edə bilməzlər. Uca Allah onların Allahla yanaşı Ondan başqa ibadət etdikləri şəriklərdən pak, müqəddəs və ucadır.
28:69Страница 393
وَرَبُّكَ يَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ٦٩
Твой Господь знает то, что кроется в их груди, и то, что они обнаруживают.
Şübhəsiz ki, sənin Rəbbin, qullarının qəlblərində gizli saxladıqlarını da, aşkar etdiklərini də bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin əvəzini verəcəkdir!
28:70Страница 393
وَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأُولَىٰ وَٱلۡأٓخِرَةِۖ وَلَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٧٠
Он - Аллах, кроме Которого нет иного божества. Ему надлежит хвала в первой жизни и в Последней жизни. Он принимает решения, и к Нему вы будете возвращены.
O, Pak və Uca olan Allahdır. Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Dünyada da, axirətdə də həmd Ona məxsusdur. Keçərli hökm yalnız Ona aiddir. Qiyamət günü haqq-hesab və əməllərinizin əvəzini almaq üçün siz Onun hüzuruna qaytarılacaqsınız!
28:71Страница 394
قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ ٧١
Скажи: «Как вы думаете, какой бог, кроме Аллаха, сможет принести вам свет, если Аллах продлит вам ночь до Дня воскресения? Неужели вы не слышите?».
Ey Peyğəmbər! O müşriklərə belə de: "Bir deyin görüm, əgər Allah gündüzünüzü Qiyamətə qədər daimi olaraq gecəyə çevirsə, Allahdan başqa hansı məbud sizə gündüzün aydınlığı kimi nurlu bir işıq gətirə bilər? Məgər siz bu dəlilləri eşitmirsiniz? Məgər bütün bunları Özündən başqa ilah olmayan Uca Allahın etdiyini bilmirsiniz?!"
28:72Страница 394
قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلنَّهَارَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِلَيۡلٖ تَسۡكُنُونَ فِيهِۚ أَفَلَا تُبۡصِرُونَ ٧٢
Скажи: «Как вы думаете, какой бог, кроме Аллаха, сможет принести вам ночь, чтобы вы могли отдохнуть во время нее, если Аллах продлит вам день до Дня воскресения? Неужели вы не видите?».
Ey Peyğəmbər! Onlara de: "Bir deyin görüm, əgər Allah gecənizi Qiyamətə qədər daimi olaraq gündüzə çevirsə, Allahdan başqa hansı məbud gündüzün yorğunluğundan dincəlib istirahət etməniz üçün sizə zülmətli bir gecə gətirə bilərdi?! Məgər siz bu ayələri görmürsünüz? Məgər bütün bunları Özündən başqa ilah olmayan uca Allahın etdiyini bilmirsiniz?!"
28:73Страница 394
وَمِن رَّحۡمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لِتَسۡكُنُواْ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ٧٣
По милости Своей Он сотворил для вас ночь и день, чтобы вы отдыхали во время нее и искали Его милость, - быть может, вы будете благодарны.
Ey insanlar! Sizlərə gündüzün yorğunluğundan dincəlib istirahət etməniz üçün gecəni zülmət bir qaranlıq edilməsi, ruzi əldə etməniz üçün səy göstərəsiniz deyə gündüzü də işıqlı edilməsi uca Allahın sizə olan mərhəmətindəndir ki, bəlkə siz, bütün bu nemətləri xarılayaraq, uca Allaha şükür edib, nankorluq etməyəsiniz!
28:74Страница 394
وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ٧٤
В тот день Он воззовет к ним и скажет: «Где же Мои сотоварищи, о существовании которых вы предполагали?».
O gün uca Allah onlara səslənərək belə deyəcək: "Məndən başqa ibadət etdikləriniz və Mənim şəriklərim olduğunu iddia etdiyiniz tanrılarınız haradadırlar?"
28:75Страница 394
وَنَزَعۡنَا مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا فَقُلۡنَا هَاتُواْ بُرۡهَٰنَكُمۡ فَعَلِمُوٓاْ أَنَّ ٱلۡحَقَّ لِلَّهِ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٧٥
Из каждой общины Мы выберем свидетеля и скажем: «Приведите ваше доказательство!». Тогда они узнают, что истина - с Аллахом. И покинет их (или исчезнет) то, что они измышляли.
Biz hər ümmətdən, etdikləri küfrə və yalan saymalarına şahidlik edən öz peyğəmbərlərini şahid gətirəcək və o ümmətlərdən yalan sayanlara: "Haydı etdiyiniz küfrə və yalan saydığınıza görə hüccət və dəlilinizi gətirin görək!"– deyəcəyik. Bu zaman onların hüccət və dəlilləri qırılacaq və heç bir şübhə olmayan haqqın yalnız Allaha aid olduğunu biləcəklər. Beləliklə də, özlərindən uydurduqları bütlər onları qoyub gedəcəklər!
28:76Страница 394
۞ إِنَّ قَٰرُونَ كَانَ مِن قَوۡمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيۡهِمۡۖ وَءَاتَيۡنَٰهُ مِنَ ٱلۡكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلۡعُصۡبَةِ أُوْلِي ٱلۡقُوَّةِ إِذۡ قَالَ لَهُۥ قَوۡمُهُۥ لَا تَفۡرَحۡۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡفَرِحِينَ ٧٦
Воистину, Карун (Корей) был соплеменником Мусы, но притеснял их. Мы даровали ему столько сокровищ, что ключи от них были обременительны даже для нескольких силачей. Соплеменники сказали ему: «Не ликуй, ведь Аллах не любит тех, кто ликует.
Qarun, Musanın - aleyhissəlam - qövmündən idi. Lakin onlara qarşı təkəbbürlük edirdi. Biz ona elə mal-dövlət xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama belə ağır gəlirdi. Bir zaman qövmü ona belə demişdir: "Təkəbbürlük edərək öyünüb sevinmə! Çünki Allah, təkəbbürlük edərək öyünüb sevinənləri sevməz. Əksinə, uca Allah belə kimsələrə qəzəblənər və onlara əzab verər!
28:77Страница 394
وَٱبۡتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلۡأٓخِرَةَۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنۡيَاۖ وَأَحۡسِن كَمَآ أَحۡسَنَ ٱللَّهُ إِلَيۡكَۖ وَلَا تَبۡغِ ٱلۡفَسَادَ فِي ٱلۡأَرۡضِۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ ٧٧
А посредством того, что Аллах даровал тебе, стремись к Последней обители, но не забывай о своей доле в этом мире! Твори добро, подобно тому, как Аллах сотворил добро для тебя, и не стремись распространять нечестие на земле, ведь Аллах не любит распространяющих нечестие».
Allahın sənə verdiyi mal-dövləti xeyirli işlərə səfr edərək axirət yurdunun savabına can at. Yemək, içmək, geyim və s. bundan başqa olan dünyadakı nəsibini də unutma. Lakin bunda əsla israfçılığa və təkəbbürlüyə yol yermə. Allah səninlə gözəl bir şəkildə davrandığı kimi, sən də Allahın qulları ilə gözəl bir şəkildə davran. Günahlara meyil edib və Allaha ibadəti tərk edərək yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah yer üzündə belə fitnə-fəsad törədənləri sevməz, əksinə onlara qəzəblənər!"
28:78Страница 395
قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمٍ عِندِيٓۚ أَوَلَمۡ يَعۡلَمۡ أَنَّ ٱللَّهَ قَدۡ أَهۡلَكَ مِن قَبۡلِهِۦ مِنَ ٱلۡقُرُونِ مَنۡ هُوَ أَشَدُّ مِنۡهُ قُوَّةٗ وَأَكۡثَرُ جَمۡعٗاۚ وَلَا يُسۡـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلۡمُجۡرِمُونَ ٧٨
Он сказал: «Все это даровано мне благодаря знанию, которым я обладаю». Неужели он не знал, что до него Аллах погубил целые поколения, которые превосходили его мощью и накоплениями? Грешники не будут спрошены об их грехах.
Qarun belə dedi: "Bu mal-dövlət mənə, sahib olduğum bilğim (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) və gücüm sayəsində verilmişdir". Buna görə mən bütün bunlara layiqəm. Məgər Qarun, Allah ondan əvvəl özündən daha qüvvətli və daha çox var-dövlət yığmış bir çox qövmləri həlak etdiyini bilmirdimi? Lakin güc-qüvvətin və yığıb cəm etdikləri mal-dövlətlərinin onlara heç bir faydası olmadı. Uca Allah, günahkarların etdikləri günahlarından xəbərdar olduğu üçün Qiyamət günü onlardan etdikləri günahkarlar barəsində sorğu-sual etməyəcəkdir. Uca Allah onları yalnız məzəmmət və danlaq olaraq sorğu-sual edəcəkdir.
28:79Страница 395
فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ فِي زِينَتِهِۦۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا يَٰلَيۡتَ لَنَا مِثۡلَ مَآ أُوتِيَ قَٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٖ ٧٩
Он вышел к своему народу в своих украшениях. Те, которые желали мирской жизни, сказали: «Вот если бы у нас было то, что даровано Каруну (Корею)! Воистину, он обладает великой долей».
Biz gün Qarun öz zinəti içində təmtəraqla, özünü göstərərək xalqının qarşısına çıxdı. Bu zaman dünya həyatının zinətinə tamah edən Qarunun əshabından bəziləri belə dedilər: "Kaş ki, Qaruna verilən dünya zinətinin bənzəri bizə də veriləydi! Həqiqətən, Qarun, dünya nemətlərindən yetəri qədər böyük bir paya sahibdir!"
28:80Страница 395
وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَيۡلَكُمۡ ثَوَابُ ٱللَّهِ خَيۡرٞ لِّمَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗاۚ وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّٰبِرُونَ ٨٠
А те, которым было даровано знание, сказали: «Горе вам! Вознаграждение Аллаха будет лучше для тех, которые уверовали и поступали праведно. Но не обретет этого никто, кроме терпеливых».
(Axirət barəsində) özlərinə elm verilmiş kəslər Qarunu ehtişamı içində görüb, əshabının da ona verilən mal-dövlətin onlara da verilməsini təmənna edərək dediklər sözü eşidib belə dedilər: "Vay halınıza! Uca Allahın Ona iman gətirənlərə və saleh əməllər edənlərə axirət də verəcəyi mükafat və onlar üçün hazırladığı əbədi olan nemətlər, Qaruna verilən fani dünya zinətindən daha xeyirlidir. Bu sözü söyləməyə və bu sözün tələbinə əməl etməyə Allah qatındakı mükafatı, fani dünya zinətindən üstün tutmağa səbir edən kimsədən başqası müvəffəq olmaz!"
28:81Страница 395
فَخَسَفۡنَا بِهِۦ وَبِدَارِهِ ٱلۡأَرۡضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٖ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلۡمُنتَصِرِينَ ٨١
Мы заставили землю поглотить его вместе с его домом. Не было у него сторонников, которые помогли бы ему вместо Аллаха, и сам он не мог помочь себе.
Biz (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu), evini və evinin içindəkilərlə birlikdə azğınlıqları üzündən ondan intiqam almaq üçün yerin dibinə batırdıq. Artıq Allaha qarşı ona yardım edə biləcək bir köməkçisi yox idi. Və heç özü də özünə kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!)
28:82Страница 395
وَأَصۡبَحَ ٱلَّذِينَ تَمَنَّوۡاْ مَكَانَهُۥ بِٱلۡأَمۡسِ يَقُولُونَ وَيۡكَأَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُۖ لَوۡلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيۡنَا لَخَسَفَ بِنَاۖ وَيۡكَأَنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ ٨٢
А те, которые накануне желали оказаться на его месте, наутро сказали: «Ох! Аллах увеличивает или ограничивает удел тому из Своих рабов, кому пожелает? Если бы Аллах не оказал нам милость, то Он заставил бы землю поглотить нас. Ох! Неверующие не преуспеют».
Qarunun yerin dibinə batırılmasından öncə onun sahib olduğu mal-dövlətə təmənna edənlər, yanılaraq və Qarunun yerin dibinə batırılmasından ibrət alaraq belə dedilər: "Məgər biz, uca Allahın Öz qullarından istədiyi kimsənin ruzisini artırdığını və istədiyi kimsənin də, azaltdığını bilmirdikmi?! Əgər üzərimizdə Allahın lütfü olmasaydı, söylədiyimiz sözə görə bizi cəzalandırıb, Qarunu yerin dibinə batırdığı kimi bizi də yerin dibinə elə batırardı. Şübhəsiz ki, kafirlər nə dünya da, nə də ki, axirət də nicat tapmazlar. Əksinə, onların dünya da və axirət də sonu xüsrana uğramaqdır.
28:83Страница 395
تِلۡكَ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ نَجۡعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوّٗا فِي ٱلۡأَرۡضِ وَلَا فَسَادٗاۚ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ ٨٣
Ту Последнюю обитель Мы определили для тех, которые не желают превозноситься на земле и распространять нечестие. Добрый исход уготован только для богобоязненных.
Biz bu axirət yurdunu, yer üzündə haqqa iman gətirməkdən, ona tabe olmaqdan təkəbbürlük etməyən və yer üzündə fitnə-fəsad törətmək istəməyən kimsələr üçün ikram və nemət yurdu edərik. Cənnət nemətləri və Allahın razi olduğu gözəl sonluq, Rəbbinin əmrlərini yerinə yetirib və Onun qadağalarından çəkinən təqva sahiblərinindir!
28:84Страница 395
مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَى ٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ٨٤
Тот, который предстанет с добрым деянием, получит нечто лучшее. А если кто предстанет со злым деянием, то ведь творящие зло получат воздаяние только за то, что они совершали.
Kim Qiyamət günü bir yaxşı əməllə - namaz qılmaq, zəkat vermək, oruc tutmaq və s. başqa ibadətlərlə - (Rəbbinin hüzuruna) gələrsə, o kimsəyə etdiyi yaxşılığın daha da xeyirlisi (Cənnət) verilər. Belə ki, etdiyi bir yaxşı əməlin savabı on misli qədər artırılar. Kim də Qiyamət günü pis əməllə - küfr etmək, sələm yemək, zina etmək və s. başqa günahlarla - gələrsə, o günahları edən kimsələrə heç nə artırılmadan yalnız etdikləri əməllərin cəzası verilər!
28:85Страница 396
إِنَّ ٱلَّذِي فَرَضَ عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٖۚ قُل رَّبِّيٓ أَعۡلَمُ مَن جَآءَ بِٱلۡهُدَىٰ وَمَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٨٥
Тот, кто ниспослал тебе Коран и сделал его предписания обязательными, непременно вернет тебя к месту возвращения (в Мекку или в Рай). Скажи: «Мой Господь лучше знает, кто принес верное руководство, а кто находится в очевидном заблуждении».
Ey Peyğəmbər! Quranı sənə nazil edən, təbliğ etməsin və içindəki hökmlərə əməl etməsini fərz edən, əlbəttə ki səni, Məkkəni fəth edərək mütləq ora geri qaytaracaqdır. Ey Peyğəmbər! Müşriklərə de: "Kimin hidayətlə gəldiyini və kimin də hidayət və haqq yoldan açıq-aydın azmış olduğunu Rəbbim daha yaxşı bilir!"
28:86Страница 396
وَمَا كُنتَ تَرۡجُوٓاْ أَن يُلۡقَىٰٓ إِلَيۡكَ ٱلۡكِتَٰبُ إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۖ فَلَا تَكُونَنَّ ظَهِيرٗا لِّلۡكَٰفِرِينَ ٨٦
Ты не ожидал, что тебе будет ниспослано Писание, но это было милостью от твоего Господа. Посему никогда не поддерживай неверующих.
Ey Peyğəmbər! Sən peyğəmbər olaraq göndərilməzdən öncə Allahdan vəhy edilərək bu Quranın sənə nazil olacağına ümid etmirdin. Lakin Allahdan bir rəhmət olaraq, bu Quranın sənə nazil edilməsi hökmünü verdi. Odur ki, heç vaxt kafirlərə günah işlərdə yardımçı olma!
28:87Страница 396
وَلَا يَصُدُّنَّكَ عَنۡ ءَايَٰتِ ٱللَّهِ بَعۡدَ إِذۡ أُنزِلَتۡ إِلَيۡكَۖ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ٨٧
Да не отвратят они тебя от аятов Аллаха после того, как они были ниспосланы тебе. Призывай к своему Господу и не будь одним из многобожников.
Uca Allahın ayələri sənə nazil edildikdən sonra diqqətli ol ki, o müşriklər səni bu ayələri oxumaqdan və onları insanlara təbliğ etməkdən döndərməsinlər. Sən insanları Uca Allaha iman etməyə, Onun vəhdaniyyətinə, şəriətinə əməl etməyə dəvət et və əsla Allahla yanaşı başqa ilahlara ibadət edən müşriklərdən olma. Əksinə, yalnız tək Allaha ibadət edən muvahhid qullarından ol!
28:88Страница 396
وَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۘ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ كُلُّ شَيۡءٍ هَالِكٌ إِلَّا وَجۡهَهُۥۚ لَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٨٨
Не взывай наряду с Аллахом к другим богам. Нет божества, кроме Него! Всякая вещь погибнет, кроме Его Лика. Только Он принимает решения, и к Нему вы будете возвращены.
Allahla bərabər başqa bir məbuda ibadət etmə! Çünki Ondan başqa ibadətə haqqı olan heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm tək Ona aiddir və O, qulları arasında istədiyi kimi hökm verər. Siz Qiyamət günü əməllərinizin hesabını vermək və əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии