Аль-МухтасарАль‑Анкабут · 29:1–67

Аль-Мухтасар · Тафсир · на азербайджанском

العنكبوت

Аль-Анкабут

Паук · Мекканская · 69 аятов

29:1Страница 396

الٓمٓ ١

Алиф. Лам. Мим.

﴾Əlif, Ləm, Mim!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.

29:2Страница 396

أَحَسِبَ ٱلنَّاسُ أَن يُتۡرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمۡ لَا يُفۡتَنُونَ ٢

Неужели люди полагают, что их оставят и не подвергнут искушению только за то, что они скажут: «Мы уверовали»?

Yoxsa insanlar tək­cə: "Biz Allaha iman gətirdik!"– deyərək kimin həqiqi mömin olduğunu ortaya çıxaran imtahan etmədən on­lardan əl çəkəcəyimizimi güman edirlər?! Xeyir, bu, heç də onların güman etdikləri kimi deyildir.

29:3Страница 396

وَلَقَدۡ فَتَنَّا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡكَٰذِبِينَ ٣

Мы уже подвергли искушению тех, кто был до них. Аллах непременно узнает тех, которые говорят правду, и непременно узнает лжецов.

Uca Allah, doğru danışanların imanlarında doğru danışdıqlarını, yalan danışanların da imanlarında yalan danışdıqlarını aşkar edib, üzə çıxarsın deyə, onlardan öncəkiləri də imtahan etmişdir!

29:4Страница 396

أَمۡ حَسِبَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسۡبِقُونَاۚ سَآءَ مَا يَحۡكُمُونَ ٤

Неужели те, которые совершают злые деяния, полагают, что они опередят Нас (спасутся от наказания)? Скверно же они судят!

Yoxsa, şirk və diğər günahlar edənlər Bizi özlərinə qarşı aciz buraxacaqlarını və cəzamızdan qurtula biləcəklərinimi güman edirlər?! Onlar nə qədər də pis hökm irəli sürürlər. Xeyir, onlar Allahı əsla aciz buraxa bilməzlər. Əgər küfr halında ölsələr, Allahın əzabından da canlarını qurtara bilməzlər.

29:5Страница 396

مَن كَانَ يَرۡجُواْ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَأٓتٖۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٥

Если кто надеется на встречу с Аллахом, то ведь срок Аллаха непременно наступит. Он - Слышащий, Видящий.

Kim Qiyamət günü, dünyada ikən etdiyi yaxşı əməllərinin mükafatı özünə verilməsi üçün Allahla qarşılaşaca­ğı­na ümid bəsləyirsə, qoy bil­sin ki, Alla­hın bunun üçün müəyyən etdiyi vaxt çox yaxında olacaqdır. O, qullarının söylədiklərini eşidən, etdikləri əməlləri görəndir və bunlardan Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.

29:6Страница 396

وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفۡسِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَغَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ ٦

Тот, кто сражается, сражается во благо себе. Воистину, Аллах не нуждается в мирах!

Kim nəfsini, Uca Allaha itaət etməyə və günahlardan uzaqlaşmağa sövq edərək bu yolda Allah üçün cihad edərsə, şübhəsiz ki, o, öz nəsfi üçün çalışıb, cihad etmişdir. Bunun faydası sonda yalnız onun özünə qayıtacaqdır. Çünki Allahın heç bir məxluquna və onların yaxşı əməllərinə ehtiyacı yox­dur. Onların yaxşı əməllərinin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinin də Ona heç bir zərəri olmaz!

29:7Страница 397

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَنَجۡزِيَنَّهُمۡ أَحۡسَنَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٧

Тем, которые уверовали и совершали праведные деяния, Мы простим их злодеяния и воздадим за наилучшее из того, что они совершали (или лучшим, чем то, что они совершали; или наилучшим образом за то, что они совершали).

İman gətirib, başlarına gələn müsibətlərə səbir edənlər və yaxşı əməllər edən­lərin günahlarını əlbəttə ki, etdikləri yaxşı əməlləri ilə siləcəyik və axirət də onları dünya da ikən etdikləri yaxşı əməllərin daha yaxşısı ilə mü­kafatlandıracağıq.

29:8Страница 397

وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حُسۡنٗاۖ وَإِن جَٰهَدَاكَ لِتُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَآۚ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٨

Мы заповедали человеку быть добрым к родителям. А если они станут сражаться с тобой, чтобы ты приобщал ко мне сотоварищей, о которых ты ничего не знаешь, то не повинуйся им. Ко Мне предстоит ваше возвращение, и тогда Я поведаю вам о том, что вы совершали.

Biz insana valideynləri ilə gözəl davranmağı və onlara yaxşılıq etməyi buyurduq. Ey İnsan! Əgər valideynlərin bil­mədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məc­bur etsələr - Səd bin Əbu Vaqqasın - Allah ondan razı olsun - anasının ona qarşı etdiyi kimi - onda onların əmrinə tabe olma. Çünki Xaliqə asilik saylan bir işdə məxluqa itaət etmək olmaz. Qiyamət günü dönüşünüz yalnız Mənə ola­caqdır. Mən də dünyada ikən etdiyiniz bütün etdik­lə­rinizi sizə bildirəcəyəm və sizə əməllərinizin əvəzini verə­cə­yəm!

29:9Страница 397

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُدۡخِلَنَّهُمۡ فِي ٱلصَّٰلِحِينَ ٩

А тех, которые уверовали и совершали праведные деяния, Мы введем в Рай вместе с праведниками.

Uca Allaha iman gətirib yaxşı işlər görənləri, Qiyamət günü əməlisalehlərə qo­vuş­du­ra­ca­q, onlarla bərabər həşr edəcək və əməlisalehləri bol-bol savablarla mükafatlandırdığımız kimi, onlarıda bol-bol savablarla mükafatlandıracağıq.

29:10Страница 397

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِيَ فِي ٱللَّهِ جَعَلَ فِتۡنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِۖ وَلَئِن جَآءَ نَصۡرٞ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمۡۚ أَوَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِمَا فِي صُدُورِ ٱلۡعَٰلَمِينَ ١٠

Среди людей есть такие, которые говорят: «Мы уверовали в Аллаха». Но стоит им пострадать ради Аллаха, как они сравнивают искушения (наказание) людей с мучениями от Аллаха. Если же явится победа от твоего Господа, то они непременно скажут: «Мы были вместе с вами». Но разве Аллаху не лучше знать, что таится в груди миров?

İnsanlardan bəziləri də: "Biz Alla­ha iman gətirdik!"– de­yirlər. Amma kafirlər onlara Allaha iman gətirdiklərinə görə əziyyət verdikdə, onlara verilən bu əziyyəti Alla­hın əzabı kimi görür, beləliklə də, kafirlərə tabe olub imanlarından üz döndərirlər. Ey Peyğəmbər! Əgər Rəbbin­dən sənə bir zəfər gəl­miş olsa, onlar müt­ləq: "Ey möminlər! Biz də Allaha iman gətirməkdə sizinlə birgəyik!"– de­yərlər. Məgər Allah insanların qəlblərində olanı ən yaxşı bilən deyilmi?! Qəlblərdə olan küfür və iman Ona əsla gizli qalmaz. Allah qəlblərdə olanı daha yaxşı bildiyi bir halda, onlar qəlblərdində olanı Allaha xəbərmi verirlər?!"

29:11Страница 397

وَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡمُنَٰفِقِينَ ١١

Аллах непременно узнает тех, кто уверовал, и непременно узнает лицемеров.

Əlbəttə ki, Allah, Ona gerçəkdən iman gətirənləri də tanıyır, özlərini möminlərə iman gətirdikləri kimi göstərib, qəlblərində isə küfürü gizlədən mü­nafiqləri də.

29:12Страница 397

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ ٱتَّبِعُواْ سَبِيلَنَا وَلۡنَحۡمِلۡ خَطَٰيَٰكُمۡ وَمَا هُم بِحَٰمِلِينَ مِنۡ خَطَٰيَٰهُم مِّن شَيۡءٍۖ إِنَّهُمۡ لَكَٰذِبُونَ ١٢

Неверующие говорят тем, которые уверовали: «Следуйте нашим путем, и мы возьмем на себя ваши грехи». Они не возьмут на себя даже части их грехов. Воистину, они - лжецы.

Kafirlər, tək Allaha iman edən möminlərə: "Bi­zim dinimizə tabe olun və bizim yolu­muzla gedin ki, biz də sizin günah­la­rınızı öz üzərimizə götü­rək və etdiyiniz əməllərə görə biz cavabdeh olaq"– deyirlər. Halbuki onların heç biri heç ki­min günahının öz üzərlərinə götürən deyildir. Onlar söylədikləri bu sözlərində sadəcə olaraq yalan danışırlar.

29:13Страница 397

وَلَيَحۡمِلُنَّ أَثۡقَالَهُمۡ وَأَثۡقَالٗا مَّعَ أَثۡقَالِهِمۡۖ وَلَيُسۡـَٔلُنَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَمَّا كَانُواْ يَفۡتَرُونَ ١٣

Они непременно понесут свое бремя и другое бремя вместе со своим бременем. В День воскресения их непременно спросят о том, что они измышляли.

Öz batil əməllərinə çağıran o müşriklər, etdikləri günah yükünü daşıdıaqları kimi, onlara tabe olanların günah yükündən heç bir şey əksildilmədən, onların çağırışına icabət edən kimsələrin günah yükünü də daşıyacaqlar. Qiyamət günü onlar, dünya da ikən özlərindən uy­dur­duq­la­rı şeylər barə­sində müt­ləq sorğu-suala çəki­lə­cək­lər!

29:14Страница 397

وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَلَبِثَ فِيهِمۡ أَلۡفَ سَنَةٍ إِلَّا خَمۡسِينَ عَامٗا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمۡ ظَٰلِمُونَ ١٤

Мы послали Нуха (Ноя) к его народу, и он пробыл среди них тысячу лет без пятидесяти годов. Они были беззаконниками, и их погубил потоп.

Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O da, öz qövmünü doqquz yüz əlli il tək Allaha ibadət etməyə dəvət etdi. Qövmü isə bunun müqabilində onu yalançı sayıb ona küfür etdi. Onların Allaha qarşı küfrləri, Onun elçilərini yalançı saydıqları və həmçinin, etdikləri günahlar səbəbindən tufan onları yaxaladı və beləliklə də onlar suda boğularaq məhv oldular.

29:15Страница 398

فَأَنجَيۡنَٰهُ وَأَصۡحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلۡنَٰهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ ١٥

Мы спасли его вместе с теми, кто был в ковчеге, и сделали его (ковчег или чудесное спасение) знамением для миров.

Biz Nuhu və onunla gəmidə bərabər olan möminləri boğularaq həlak olmaqdan qurtardıq və bu gəmi hadisəsini, insanların (sonrakı nəsillərin) öyüd-nəsihət almaları üçün bir ibrət etdik.

29:16Страница 398

وَإِبۡرَٰهِيمَ إِذۡ قَالَ لِقَوۡمِهِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُۖ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ١٦

А вот Ибрахим (Авраам) сказал своему народу: «Поклоняйтесь Аллаху и бойтесь Его! Так будет лучше для вас, если бы вы только знали.

Ey Peyğəmbər! İbrahimin - aleyhissəlam - hekayəsini də xatırla! Bir zaman o öz qövmünə belə demişdi: "Tək Alla­ha ibadət edin! Onun əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək əzabından qorxun! Əmr olunduğunuz bu şeyin sizin üçün nə qədər xeyirli olduğunu bilirsinizmi?

29:17Страница 398

إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ ١٧

Вы поклоняетесь вместо Аллаха идолам и измышляете ложь. Воистину, те, кому вы поклоняетесь вместо Аллаха, не способны даровать вам пропитание. Ищите же пропитание у Аллаха, поклоняйтесь Ему и благодарите Его. К Нему вы будете возвращены».

Ey müşriklər! Siz, özünüzə fayda və zərər verə bilməyən bütlərə ibadət edirsiniz. Bu bütlərin ibadətə layiq olduğu iddianızda da yalan danışırsınız. Şüb­həsiz ki, Allah­dan başqa ibadət etdik­lə­ri­niz bütlər, sizə ru­zi vermə­yə qadir deyil­lər. Elə isə ruzini yalnız bol-bol ruzi verən Allahdan di­ləyin, tək Ona iba­dət edin və sizlərə bəxş etdiyi nemətlərə görə də Ona şükür edin. Siz Qiyamət günü haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün bütlərin hüzuruna deyil, əksinə, yalnız Allahın hüzuruna qay­tarılacaqsınız!"

29:18Страница 398

وَإِن تُكَذِّبُواْ فَقَدۡ كَذَّبَ أُمَمٞ مِّن قَبۡلِكُمۡۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ١٨

Если вы сочтете это ложью, то ведь до вас целые народы считали это ложью, но на Посланника возложена только ясная передача откровения.

Ey müşriklər! Əgər siz, Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan hesab etsəniz, bilin ki, Nuh tayfası, Ad və Səmud qövmü kimi sizdən əvvəlki qövmlər də öz pey­ğəmbərlərini ya­lançı hesab etmişdilər. Pey­ğəm­bə­rin vəzi­fəsi sadəcə olaraq dini insanlara anlaşıqlı tərzdə təbliğ et­mək­dir. Əlbəttə ki, artıq o sizə, Rəbbinin təbliğ edilməsini əmr etdiklərini təbliğ etmişdir.

29:19Страница 398

أَوَلَمۡ يَرَوۡاْ كَيۡفَ يُبۡدِئُ ٱللَّهُ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥٓۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ١٩

Неужели они не видят, как Аллах создает творение в первый раз, а затем воссоздает его. Воистину, это для Аллаха легко.

Məgər Peyğəmbərləri yalan hesab edən o kimsələr, Allahın məx­luqatı əvvəlcə necə yarat­dığı­nı, öldükdən son­ra da on­ları yeni­dən necə həyata qaytardığını görmür­lər­mi? Həqi­qə­tən, bu, Allah üçün çox asan­dır. O hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, Qiyamət günü onları yenidən dirildəcəkdir!)

29:20Страница 398

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٢٠

Скажи: «Постранствуйте по земле и посмотрите, как Он создал творение в первый раз. Затем Аллах создаст конечное творение (воскресит мертвых). Воистину, Аллах способен на всякую вещь.

Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlərə belə de: "Yer üzünü gəzib do­laşın və Allahın məxluqatı ilk dəfə ne­cə yoxdan var etdiyini bir düşünün. Allah, insanları öldürdükdən sonra etdikləri əməllərin hesabını vermək üçün onları ikinci dəfə dirildərək yenidən həyata qaytaracaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. İnsanları ilk dəfə yoxdan var edərək yaratması Onu aciz etmədiyi kim, insanlar öldükdən sonra onları yenidən yaratması da Onu aciz etməz!

29:21Страница 398

يُعَذِّبُ مَن يَشَآءُ وَيَرۡحَمُ مَن يَشَآءُۖ وَإِلَيۡهِ تُقۡلَبُونَ ٢١

Он подвергает мучениям, кого пожелает, и милует, кого пожелает, и к Нему вы будете возвращены.

Allah Öz qullarından istədiyinə ədalətlə əzab verir, Öz lütfü ilə də istə­diyi­nə mərhəmət edir. Qiyamət günü hesaba çəkilmək üçün sizi, qəbirlərinizdən təkrarən dirilib yalnız Onun hüzuruna qay­ta­rılacaqsınız!

29:22Страница 398

وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ٢٢

Вы не сможете сбежать ни на земле, ни на небе, и не будет у вас покровителей и помощников помимо Аллаха».

Siz nə yer üzündə, nə də ki, göydə Rəbbinizin əzabından əsla canınızı qur­tara bilməzsiniz. Allah­dan baş­qa sizin işlərinizi səhmana salan nə bir haminiz var, nə də ki, sizi Onun əzabından qoruyan bir kömək­çi­niz!"

29:23Страница 398

وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُوْلَٰٓئِكَ يَئِسُواْ مِن رَّحۡمَتِي وَأُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٢٣

Те, которые не веруют в знамения Аллаха и во встречу с Ним, потеряли надежду на Мою милость. Именно им уготованы мучительные страдания.

Uca Allahın ayələrinə və Qiyamət günü Onunla qarşılaşacaqlarına inkar edənlər, Məhz onlar Mə­nim mərhə­mətimdən ümidlərini kəsən kimsələrdir. Onlar etdikləri küfr səbəbindən əsla Cənnətə girməyəcəklər. Axirət də onları gözləyən şiddətli bir əzab vardır.

29:24Страница 399

فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱقۡتُلُوهُ أَوۡ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٢٤

В ответ его народ лишь сказал: «Убейте его или сожгите!». Но Аллах спас его из огня. Воистину, в этом - знамения для верующих людей.

İbrahim - aleyhissəlam - qövmünə tək Allaha ibadət etmələrini və Ondan başqa ibadət etdikləri bütləri isə tərk etmələrini əmr etdikdən sonra, qövmünün ona cavabı ancaq: "İlahlarınıza yardımçı olmaq üçün ya onu öldürün, ya da onu oda atın!" – deməkdən başqa bir şey olmadı. La­kin Allah onu oddan qoru­du. Doğrudan da, onların İbrahimi odun içinə atdıqdan sonra onu odun içindən sağ-salamat çıxarmasında mömin qövm üçün bir ibrətlər var!

29:25Страница 399

وَقَالَ إِنَّمَا ٱتَّخَذۡتُم مِّن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا مَّوَدَّةَ بَيۡنِكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُ بَعۡضُكُم بِبَعۡضٖ وَيَلۡعَنُ بَعۡضُكُم بَعۡضٗا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ ٢٥

Он сказал: «Вы стали поклоняться идолам вместо Аллаха только из-за любви (или ради любви) друг к другу в мирской жизни. Но потом, в День воскресения, одни из вас станут отвергать и проклинать других. Вашим пристанищем будет Огонь, и не будет у вас защитников».

İbrahim - aleyhissəlam - qövmünə belə dedi: "Sizin Allahı qoyub bütlərə ibadət etməniz ancaq dünya həyatında aranızda bir-birinizə qarşı bəs­lə­di­yi­niz dostluğa və məhəbbətə görədir. Sonra Qiyamət günü Allahın əzabını öz gözlərinizlə gördüyünüz zaman aranızda olan bu dostluq və məhəbbət bağları yox olacaq və bir-bi­ri­nizi inkar edib lə­nətləyəcəksiniz. Qərar tutacağınız yer isə Oddur. Sizin Allahın əzabından qoruya biləcək, nə ibadət etdiyiniz bütlərdən, nə də başqalarından hər hansı bir yar­dımçınız olmayacaqdır!"

29:26Страница 399

۞ فَـَٔامَنَ لَهُۥ لُوطٞۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٦

В него уверовал Лут (Лот), и Ибрахим (Авраам) сказал: «Я собираюсь совершить переселение ради своего Господа. Воистину, Он - Могущественный, Мудрый».

Lut - aleyhissəlam - ona iman gətirdi. İb­rahim - aleyhissəlam - ona belə de­di: "Mən Rəbbimə, Şam diya­rının bərəkətli torpqlarına hicrət edirəm. Həqi­qə­tən, O, qüd­rət­li­dir, kimsə Onu məğlub edə bilməz və Ona hicrət edəni əsla zəlil etməz. O, təqdirində və işlərində hikmət sahibidir!"

29:27Страница 399

وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَ وَءَاتَيۡنَٰهُ أَجۡرَهُۥ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ٢٧

Мы даровали ему Исхака (Исаака) и Йакуба (Иакова), а его потомству - пророчество и Писание. Мы даровали ему его награду в этом мире, а в Последней жизни он будет в числе праведников.

Biz İbrahimə, İshaqı və onun oğlu Yə­qu­bu ba­ğış­ladıq. Onun övladlarına pey­ğəm­bərlik və Allah yanından nazil edilən kitablar bəxş etdik. Dünyada haqq üzərində sabitqədəm olduğuna görə etdiyi səbrin mükafatı olaraq ona saleh övladlar və insanların gözəl tərifini ver­dik. Şüb­həsiz ki, o, axirətdə əmə­li­saleh kimsələrin aldığı mükafatı olacaqdır. Dünyada ona verilənlər, onun üçün hazırlanmış çox dəyərli axirət mükafatından əksildilməyəcəkdir.

29:28Страница 399

وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ ٢٨

Вот Лут (Лот) сказал своему народу: «Воистину, вы совершаете мерзость, которую не совершал до вас никто из миров.

Ey Peyğəmbər! Lutun bir zaman o öz qövmünə belə dediyini də xatırla: "Şübhəsiz ki siz, sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi çirkin bir günahı edirsiniz. Siz sağlam fitrət sahibinin qəbul etmədiyi bu çirkin günahı ilk dəfə edən kimsələrsiniz!"

29:29Страница 399

أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٢٩

Неужели вы вожделеете мужчин, перекрываете дороги и совершаете предосудительное на своих сборищах?». В ответ его народ лишь сказал: «Нашли на нас мучения от Аллаха, если ты - один из тех, кто говорит правду».

"Doğrudanmı siz, şəhvətinizi ödəmək üçün kişi­lərə arxalarından yaxınlaşır, müsafirlərin namusuna toxunmaq məqsədi ilə yol kəsir, onlara qarşı etdiyiniz bu çirkin əməlinizin üzündən insanlar sizin olduğunuz torpaqlardan keçə bilmir və məclislə­ri­nizdə çılpaq olmaq və yanınızdan keçənlərə söz və əməllə əziyyət vermək kimi bir-bi­rininizə qarşı murdar işlər görür­sü­nüz?" Lutun onlara bu çirkin əməli qadağan etməsindən sonra qöv­münün ona ca­vabı isə ancaq belə de­mə­kdən başqa bir şey olmadı: "Əgər doğru danışanlardansansa, elə isə bi­zi hədələdiyin Allahın əza­bını gətir görək!"

29:30Страница 399

قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ ٣٠

Он сказал: «Господи! Помоги мне одержать верх над людьми, распространяющими нечестие!».

Lut - aleyhissəlam - qövmünün ona qarşı inadkarlıq etmələrini, Allahın əzabına istehza edərək Lutdan - aleyhissəlam - o əzabın özlərinə tez bir zaman da gəlməsini tələb etmələrini gördükdən sonra, o, Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Yer üzündə küfür və günahlar etməklə fitnə-fə­sad yayan bu qövm qarşı mənə yardım et!"

29:31Страница 400

وَلَمَّا جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُوٓاْ إِنَّا مُهۡلِكُوٓاْ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِۖ إِنَّ أَهۡلَهَا كَانُواْ ظَٰلِمِينَ ٣١

Когда Наши посланцы прибыли к Ибрахиму (Аврааму) с радостной вестью, они сказали: «Мы собираемся погубить жителей этого селения. Воистину, его жители являются беззаконниками».

Göndərdiyimiz mələklər, İbrahimə, İshaqın, sonra da İshaqın oğlu Yəqubun doğulacağı barədə müj­də gə­tirdikləri zaman ona belə dedi­lər: "Biz Lut qövmünün məmləkəti olan Sədum səhərinin sakinlərini həlak edəcəyik. Çünki o şəhərin sakinləri etdikləri bu çirkin əməl səbəbi ilə özlərinə zülüm edənlərdən oldular!"

29:32Страница 400

قَالَ إِنَّ فِيهَا لُوطٗاۚ قَالُواْ نَحۡنُ أَعۡلَمُ بِمَن فِيهَاۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ٣٢

Он сказал: «Но ведь там Лут (Лот)!». Они сказали: «Нам лучше знать, кто там! Мы непременно спасем его и его семью, кроме его жены, которая будет в числе оставшихся позади».

İbrahim mələklərə dedi: "Sizin, sakinlərini həlak etmək istədiyiniz o şəhərdə Lut da vardır, o heç də zalımlardan deyildir!" Mələklər də ona belə dedilər: "Biz ora­da ki­min oldu­ğu­nu daha yaxşı bili­rik. Biz onu və onun ailə­si­ni, şəhər sakinlərinin üzərinə endirilən əzabla həlak olmaqdan mütləq xi­las edəcəyik. Yalnız arvadından başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"

29:33Страница 400

وَلَمَّآ أَن جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗاۖ وَقَالُواْ لَا تَخَفۡ وَلَا تَحۡزَنۡ إِنَّا مُنَجُّوكَ وَأَهۡلَكَ إِلَّا ٱمۡرَأَتَكَ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ٣٣

Когда Наши посланцы прибыли к Луту (Лоту), он огорчился и почувствовал свое бессилие. Тогда они сказали: «Не бойся и не печалься! Мы спасем тебя и твою семью, кроме твоей жены, которая будет в числе оставшихся позади.

Lut qövmünü həlak etmək üçün göndərdiyimiz mələklər Lutun yanı­na gəl­dik­də o, qövmünün onlara qarşı əxlaqsızlıq etmələrindən qorxduğundan dolayı onların gəlişi onu kədər­li və hüzünlü etdi. Mələklər Lutun yanına cavan oğlanlar qiyafəsində gəlmişdilər. Lutun qövmü isə qadınları tərk edib kişilərlə yaxınlıq edirdilər. Mələklər ona de­dilər: "Qorxma! Qövmün sənə bir pislik toxundura bilməyəcəkdir. Onları həlak edəcəyimizə dair sənə verdiyimiz xəbərə görə də üzülmə. Biz səni və sə­nin ailəni həlak olmaqdan xilas edəcəyik. Yalnız arvadın­dan başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"

29:34Страница 400

إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ ٣٤

Мы низвергнем на жителей этого селения наказание с небес за то, что они грешили».

Biz bu məmləkətin əxlaqsızlıq edən sa­kin­lə­ri­nin üstünə göy­dən əzab endirəcəyik. O əzab, onların Allahın itaətindən çıxaraq, çirkin əməllər etdiyindən dolayı üstlərinə, odda bişmiş gil daşların ardıcıl olaraq yağmasıdır. Onların etdikləri bu çirkin əməl, qadınları tərk edib, şəhvətlə kişilərə yaxınlaşmalarıdır.

29:35Страница 400

وَلَقَد تَّرَكۡنَا مِنۡهَآ ءَايَةَۢ بَيِّنَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٣٥

Мы оставили от него (селения народа Лута) ясное знамение для людей разумеющих.

Şübhəsiz ki, Biz, həlak etdiyimiz bu məmləkətdə düşünən adamlar üçün açıq-ay­dın bir əlamət saxladıq. Çünki ayələrdən ibrət alanlar elə məhz onlardır.

29:36Страница 400

وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗا فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱرۡجُواْ ٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ٣٦

Мы отправили к мадьянитам их брата Шуейба, и он сказал: «О мой народ! Поклоняйтесь Аллаху, надейтесь на Последний день и не творите на земле зла, распространяя нечестие».

Mədyən əhalisinə də bir nəsəbdən olan qar­daşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. O de­di: "Ey qövmüm! Tək olan Allaha iba­dət edin, Ona ibadət etməklə Qiyamət günü veriləcək savaba ümid bəsləyin. Günahlar edərək və onları yayaraq yer üzündə fitnə-fəsad törətməyin!"

29:37Страница 400

فَكَذَّبُوهُ فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ٣٧

Они сочли его лжецом, и тогда их постигло землетрясение, и они оказались повергнуты ниц в своих домах.

Lakin qövmü onu yalançı hesab etdi. Elə bu zaman onları dəhşətli bir zəlzələ bürüdü və onlar öz evlərində diz üstə düşüblər və beləliklə də, üz-gözləri toz-torpağa bulaşaraq bir göz qırpımında həlak oldular.

29:38Страница 400

وَعَادٗا وَثَمُودَاْ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمۡۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ وَكَانُواْ مُسۡتَبۡصِرِينَ ٣٨

А также адиты и самудяне! Вам это ясно по их жилищам. Дьявол представил им их деяния прекрасными и сбил их с пути, хотя они были проницательны.

Biz həmçinin, Hud qövmü Adı və Saleh qövmü Səmudu da məhv etdik. Ey Məkkə əhli! Hicrdə və Hədrəmövtdəki Şəhr diyarında onların həlak olduqlarını göstərən məskən­ləri si­zə açıq-aydın bəllidir. Boş qalmış yurdları da buna şahidir. Şeytan onlara etdikləri küfr və s. günah əməlləri gözəl göstə­rib, onları doğru yoldan azdırdı. Halbuki onlar, peyğəmbərlərinin özlərinə öyrətdiklərindən - haqqı zəlalətdən, doğrunu isə azğınlıqdan ayıra bilən kimsələr idilər. Lakin onlar nəfslərinin istəklərinə tabe olmağı, haqqa tabe olmaqdan üstün tutdullar.

29:39Страница 401

وَقَٰرُونَ وَفِرۡعَوۡنَ وَهَٰمَٰنَۖ وَلَقَدۡ جَآءَهُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ وَمَا كَانُواْ سَٰبِقِينَ ٣٩

А также Карун (Корей), Фараон и Хаман! Муса (Моисей) явился к ним с ясными знамениями, но они превознеслись на земле и не смогли опередить наказание.

Qarun, Musaya qarşı həddinı aşdıq da onu evi ilə birgə yerin dibinə batıraraq həlak etdk, Fironu və vəziri olan Ha­manı da dənizdə boğaraq məhv etdik. Musa on­lara özünün həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən açıq-ay­dın dəlillər gə­tirdikdən sonra onlar Misir torpaqlarında təkəbbürlük göstərərək ona iman etməkdən boyun qaçırdılar, lakin əza­bı­mızdan qaçıb canlarını qurtara bilmədilər.

29:40Страница 401

فَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٤٠

Каждого Мы схватили за его грех. На некоторых из них Мы наслали ураган с камнями, некоторых из низ поразил чудовищный вопль, некоторых из них по Нашему велению поглотила земля, а некоторых из них Мы потопили. Аллах не был несправедлив к ним - они сами поступали несправедливо по отношению к себе.

Daha öncə zikir etdiklərimizin hər birini həlak edici əzabla yaxaladıq. Onlardan bəziləri, üstlərinə odda bişmiş gil daşlarını ardıcıl olaraq yağdırdığımız Lut qövmüdür. Bəziləri, qor­xunc səs ilə ya­xaladığımız Saleh və Şueyb qövmüdür. Bəziləri, özünü evi ilə birgə yerin dibinə ba­tırdığımız Qarundur. Bəziləri də, suda boğaraq həlak etdiyimiz Nuhun, Fironun və Hamanın qövmüdür. Allah, onlar günahsız olduqları halda həlak edərək on­­lara zülm etmədi, lakin onlar günahlar edərək özləri öz­lərinə zülm edir­dilər və beləliklə də, əzaba layiq görüldülər.

29:41Страница 401

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١

Те, которые взяли себе покровителей и помощников помимо Аллаха, подобны пауку, соткавшему себе жилище. Воистину, самое непрочное жилище - это жилище паука. Если бы они только знали!

Allahdan başqa özlərinə fayda verəcəyini və ya onlara şəfaətçi olacaqlarını arzu etdərək bütlər ibadət edən müşriklərin məsəli, özü­nü düşmənindən qorumaq üçün özünə bir yu­va qur­muş hörümçəyin məsəlinə bənzəyir. Yuva­la­rın ən zəifi isə, əlbəttə ki, hörüm­çək yu­vasıdır. Çünki o yuva, hörümçəyi düşmənindən qoruya bilməz. Onların Allahdan başqa ibadət etdikləri bütləri də eyni şəkildə onlara nə bir zərər verə bilər, nə də ki, onlara şəfaətçilik edə bilərlər. Əgər müşriklər bunu bilsəydilər, Allahı buraxıb bütlərə əsla ibadət etməzdilər!

29:42Страница 401

إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يَدۡعُونَ مِن دُونِهِۦ مِن شَيۡءٖۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٤٢

Воистину, Аллах знает всех тех, кому они поклоняются помимо Него (или знает, что те, кому они поклоняются помимо Него, являются ничем). Он - Могущественный, Мудрый.

Şübhə yoxdur ki, Uca Allah onların Allahdan başqa nəyə ibadət etdiklərini bilir. Bundan Ona heç bir şey gizli qalmaz. O, qüdrətlidir, kimsə Ona qalib gələ bilməz. O, həmçinin yaratmağında, təqdir etməyində və idarə etməyində də hikmət sahibidir!

29:43Страница 401

وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِۖ وَمَا يَعۡقِلُهَآ إِلَّا ٱلۡعَٰلِمُونَ ٤٣

Такие притчи Мы приводим людям, но разумеют их только обладающие знанием.

Biz bu misalları, insanların ayılması, haqqı görmələri və haqqa tərəf yönəlmələri üçün çəkirik. Bunları lazımı şəkildə an­caq Allahın şəriətini və Onun hikmətini dərk edən kimsələr anlayarlar.

29:44Страница 401

خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ٤٤

Аллах создал небеса и землю ради истины. Воистину, в этом - знамение для верующих.

Allah göyləri və yeri, batil olaraq, əbəs yerə deyil, əksinə, haqq olaraq yaratmışdır. Şübhəsiz ki, bu yaradılışda mö­min­lər üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Çünki Allahın yaratdığı məxluqata baxıb və bu məxluqatın həqiqətən də, Allahın yaratdığını etiraf edənlər elə məhz onlardır. Amma kafirlər isə yer üzündə və həmçinin öz nəfslərində Allahın qüdrətinə dəlalət edən neçə-neşə ayələrə rast gəlsələr də, lakin onlar bunlardan ibdət almadan, üz çevirərək keçib gerdərlər.

29:45Страница 401

ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ ٤٥

Читай то, что внушено тебе из Писания, и совершай намаз. Воистину, намаз оберегает от мерзости и предосудительного. Но поминание Аллаха - гораздо важнее, и Аллах знает о том, что вы творите.

Ey Peyğəmbər! Allahın sənə Qurandan vəhy etdiklərini oxu və namazı da kamil şəkildə qıl. Hə­qi­qə­tən, kamil şəkildə qılınan na­maz, sahibini çirkin və yara­maz işlərdən çəkindirər. Çünki namaz insanın qəlbini nurlandıran, insanı pis işlərdən çəkindirər və yaxşı işlərə yönəldər. Alla­hı zikr etmək isə hər şeydən böyükdür və hər şeydən əzəmətlidir. Allah nə etdik­lə­rinizdən əlbəttə ki, xəbərdardır. Əməllərinizdən Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin mükafatını sizə mütləq verəcəkdir. Yaxşılıq edənlərin mükafatı yaxşılıq olacaqdır, pislik edənlərin də mükafatı pislik.

29:46Страница 402

۞ وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ٤٦

Если вступаете в спор с людьми Писания, то ведите его наилучшим образом. Это не относится к тем из них, которые поступают несправедливо. Скажите: «Мы уверовали в то, что ниспослано нам, и то, что ниспослано вам. Наш Бог и ваш Бог - один, и мы покоряемся только Ему».

Ey möminlər, yəhudilər və nəsranilərlə ən gö­zəl tərzdə mübahisə və onlarla ən yaxşı üslubda münaqişə edin - yəni nəsihət etməklə və açıq-aydın dəlilləri ortaya qoymaqla dəvət edin. Yalnız inadkarlıq və təkəbbürlük göstərib özlərinə zülm edən və sizə qarşı hərb elan etmiş kimsələrdən başqa. Onlar İslam dinini qəbul edənədək və ya alçalmış halda cizyə verənədək onlarla vuruşun. Yəhudilərə və nəsranilərə deyin: “Biz, Allahın Qurandan bizə nazil etdiyinə, Tövrat və İncildən sizə nazil etdiyinə iman gətirdik. Bi­zim də ilahımız, sizin də ilahınız birdir, Onun nə uluhiyyə tovhidində, nə rububiyyə tovhidində, nə də kamil ad və sifətlərində, heç bir şəriki yoxdur. Biz yalnız Ona təslim olanlar və yalnız Ona boyun əyənlərik.”

29:47Страница 402

وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ ٤٧

Так Мы ниспослали тебе Писание. Те, кому Мы даровали Писание, веруют в него. И среди этих (современников Пророка Мухаммада из числа людей Писания) есть такие, которые веруют в него (Коран), и только неверующие отвергают Наши знамения.

Biz səndən əvvəlkilərə kitablar nazil etdiyimiz kimi, sənə də Quranı na­zil et­dik. Abdullah bin Səlam kimi Tövratı oxuyanlardan bəziləri öz kitablarında Muhammədin (sallallahu aleyhi və səlləm) vəsfini gördükləri üçün ona iman gətirirlər. Həmçinin, müşriklər arasında da, ona iman gətirənlər vardır. Bi­zim ayə­lə­ri­mizi ancaq kafirlər inkar edirlər. O kafirlər ki, onların işi ancaq küfr etmək və inadkarlıq göstərib, gün kimi aydın olan haqqı inkar etməkdir.

29:48Страница 402

وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ ٤٨

Ты не читал прежде ни одного Писания и не переписывал его своей десницей. В противном случае приверженцы лжи впали бы в сомнение.

Ey Peyğəmbər, sən Qurandan əvvəl nə bir kitab oxu­ya bilir, nə də sağ əlin­lə yaza bi­lirdin. Çünki sən oxuma və yazma bilməyən ümmi bir kimsə idin. Əgər sən yazıb-oxumaq bilsəydin, cahil insanlar sənin peyğəmbər olduğuna şəkk edər və bundan istifadə edib deyərdilər ki, sən (Quranı) əvvəlki kitablardan köçürmüsən.

29:49Страница 402

بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّٰلِمُونَ ٤٩

Напротив, это - ясные аяты в груди тех, кому даровано знание, и только беззаконники отвергают Наши знамения.

Əksinə, sənə nazil olan bu Quran möminlərdən elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bi­zim ayələrimizi yalnız Allaha küfr etmək və Ona şərik qoşmaqla özlərinə zülm edən kimsələr inkar edir­lər.

29:50Страница 402

وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَٰتٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ ٥٠

Они говорят: «Почему ему не ниспосланы знамения от его Господа?». Скажи: «Воистину, знамения - у Аллаха, а я - всего лишь предостерегающий и разъясняющий увещеватель».

Müşriklər dedilər: “Bəs nə üçün Muhəmmədən əvvəlki peyğəmbərlərə möcüzələr nazil olduğu kimi ona da, Rəbbindən möcüzələr nazil olmur?” Ey Peyğəmbər, sənə irad tutan kimsələrə de: “Möcü­zə­lər yalnız pak və müqəddəs Allahın əlindədir, onları istədiyi vaxt nazil edər. Mən isə ancaq sizi Allahın əzabı ilə açıq-ay­dın xəbər­darlıq edə­nəm.”

29:51Страница 402

أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ ٥١

Неужели им не достаточно того, что Мы ниспослали тебе Писание, которое им читается? Воистину, в этом - милость и напоминание для верующих людей.

Ey Peyğəmbər, sənə möcüzələr gətirmək xüsusunda irad tutan o kəslərə oxunan Quranı sə­nə nazil etməyimiz onlar üçün ki­fa­yət deyilmi?! Həqiqə­tən, nazil olan Quranda iman gətirən kimsələr üçün mərhə­mət və ibrət vardır­. Məhz onlar bu kitabda olanlardan faydalanırlar. Onlara nazil olan Quran, əvvəlki peyğəmbərlərə nazil olmuş möcüzələrdən daha xeyirlidir.

29:52Страница 402

قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٥٢

Скажи: «Довольно того, что Аллах является Свидетелем между мною и вами. Он знает то, что на небесах и на земле. Те же, которые уверовали в ложь и не уверовали в Аллаха, непременно окажутся в убытке».

Ey Peyğəmbər! De: "Mənim təbliğ etdiyim risalətin doğruluğunu və sizin onu yalan saydığınızı təsdiqləmək üçün pak və müqəddəs Allahın şahid olması kifayətdir. O, göy­lərdə və yerdə olan­ları bilir.Göylərdə və yerdə heç bir şey ondan gizli qalmaz. Allahdan başqa ibadət edilən batilə iman gətirib, ibadətə layiq olan tək Alla­ha küfr edənlər – məhz onlar, imanı küfrə dəyişdiklərinə görə, zi­ya­na uğrayanlardır."

29:53Страница 403

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٥٣

Они торопят тебя с мучениями. Если бы не назначенный срок, то мучения уже явились бы к ним. Воистину, они явятся к ним внезапно, и они даже не почувствуют этого.

Ey Peyğəmbər! Müşriklər səndən, onları qorxutduğun əzabın tez gəlməsi­ni istəyirlər. Əgər Allahın onlara əzab vermək üçün təyin etdiyi, bircə an belə yubanmayan, yaxud önə keçməyən vaxt ol­masaydı, istədikləri əzab onları haqlayardı. O əzab on­lara birdən, gözləmədikləri halda gələcək.

29:54Страница 403

يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ ٥٤

Они торопят тебя с мучениями. Воистину, Геенна непременно обступит неверующих.

Müşriklər səndən, onlara vəd etdiyin əzabın tez gəlmə­si­ni istəyirlər. Şübhəsiz ki, Allahın kafirlərə vəd etdiyi Cə­hən­nəm onları hər tərəfdən bürüyə­cək və onlar bu əzabdan qaçıb canlarını qurtara bilməyəcəklər.

29:55Страница 403

يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٥٥

В тот день мучения покроют их сверху и из-под ног. Он скажет: «Вкусите то, что вы совершали!».

O gün əzab onları həm başları üs­tündən bürüyəcək, həm də ayaqlarının al­tına səriləcək və Allah onları alçaltaraq belə buyuracaqdır: “Etdiyiniz şirkin və asiliklərin cə­za­sı­nı dadın!”

29:56Страница 403

يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّٰيَ فَٱعۡبُدُونِ ٥٦

О Мои верующие рабы! Воистину, Моя земля обширна, поклоняйтесь же Мне!

Ey Mənə iman gətirmiş qullarım! Mənə ibadət etməyə izin verilməyən diyardan hicrət edin. Şüb­həsiz ki, Mənim (yaratdığım) yer ge­nişdir. Elə isə yal­nız Mənə iba­dət edin və heç kəsi Mənə şərik qooşmayın.

29:57Страница 403

كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ ٥٧

Каждая душа вкусит смерть, а потом вы будете возвращены к Нам.

Ölüm qorxusu sizin hicrət etməyinizə mane olmasın. Hər kəs ölümü dada­caq. Nəhayət, Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarıla­caq­sınız.

29:58Страница 403

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ٥٨

Тех, которые уверовали и совершали праведные деяния, Мы непременно поселим в горницах в Раю, в котором текут реки. Они пребудут там вечно. Как же прекрасно вознаграждение тружеников,

Allaha iman gətirən və Ona yaxınlaşdıran saleh əməllər edən kimsə­ləri ağacları altın­dan çaylar axan Cən­nət­dəki otaq­larda yerləşdirəcəyik. Onlar ora­­da əbədi olaraq qalacaq və əsla ölməyəcəklər. Allaha itaət edən kimsələrin bu müka­fatı necə də gö­zəl­dir!

29:59Страница 403

ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٥٩

которые были терпеливы и уповали на своего Господа!

Allaha itaət edərkən və Ona asi olan əməllərdən çəkinərkən səbir edən, üstəlik, bütün işlərində yalnız Rəbbinə təvəkkül edən kimsələrin mükafatı necə də gö­zəl­dir!

29:60Страница 403

وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦٠

Сколько есть живых существ, которые не уносят своего пропитания (или не запасаются своим пропитанием)! Аллах наделяет пропитанием их и вас. Он - Слышащий, Знающий.

Neçə-neçə - sayı çox olan - canlılar var­ ki, nə ru­zi­sini bir yerə toplamağa, nə də onu öz yanında daşımağa qadirdir. Onların da, sizin də ru­zinizi Allah verir. Odur ki, aclıqdan qorxub hicrəti tərk etməyinizdə sizin üçün heç bir üzür yoxdur. O sizin dediklərinizi eşidir, niyyətlərinizi və əməllərinizi də bilir. Bunlardan heç biri Allahdan gizli qalmaz və bunların əvəzini sizə verəcəkdir.

29:61Страница 403

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ٦١

Если ты спросишь их: «Кто создал небеса и землю и подчинил солнце и луну?». - они непременно скажут: «Аллах». До чего же они отвращены от истины!

Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göy­ləri yaradan kimdir? Ye­ri yaradan kimdir? Bir-birini təqib edən günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Bunları yaradan Allah­dır!”- deyəcəklər. Belə olduğu halda, necə olur ki, onlar tək Allaha iman gətirməkdən üz çevirib, Ondan başqa fayda və ya zərər verməyə qadir olmayan ilahlara ibadət edirlər?!

29:62Страница 403

ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ٦٢

Аллах увеличивает или ограничивает удел тому из Своих рабов, кому пожелает. Воистину, Аллах знает о всякой вещи.

Allah Öz hikməti ilə, qullarından is­tə­diyinin ruzisini çoxaldar, is­tə­di­yi­nin­kini də azaldar. Şübhə­siz ki, Allah hər şeyi biləndir. Heç bir şey, o cümlədən də qullarının xeyrinə olan işlər Ondan gizli qalmaz.

29:63Страница 403

وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ٦٣

Если ты спросишь их: «Кто ниспосылает с неба воду и оживляет ею землю после того, как она умерла?». - они непременно скажут: «Аллах». Скажи: «Хвала Аллаху!». Но большинство их не разумеет.

Ey Peyğəmbər! Əgər sən müşriklərdən: “Göy­dən yağış endirib onunla qurumuş yeri canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Göydən yağışı endirən və yeri canlandıran Allahdır!”– de­yə­cəklər. Ey Peyğəmbər! De: “Həmd, sizin əleyhinizə ortaya dəlil-sübut qoyan Allaha məxsusdur!” Lakin nəticə budur ki, on­ların çoxu anllamır. Əgər anlasaydılar, fayda və ya zərər verməyə qadir olmayan bütləri Allaha şərik qoşmazdılar.

29:64Страница 404

وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٦٤

Мирская жизнь - всего лишь потеха и игра, а Последняя обитель - это настоящая жизнь. Если бы они только знали это!

Bu dünya həyatı - içindəki ləzzət və zövq-səfalarla birlikdə - qəlbi ona bağlı olan kimsələr üçün əylən­cə və oyundan başqa bir şey deyildir. Davamlı olmayan, tükənən nemətlərdir. Axi­rət yurdu isə, əbədi olduğuna görə, həqiqi həyatdır. Kaş, əbədi nemətləri fani dünya həyatına dəyişdiklərini bi­ləydi­lər!

29:65Страница 404

فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ ٦٥

Когда они садятся на корабль, то взывают к Аллаху, очищая перед Ним свою веру. Когда же Он спасает их и выводит на сушу, они тотчас начинают приобщать сотоварищей.

Müşriklər gəmiyə minib dənizə çıxdıqları zaman, dini yalnız Allaha məxsus edə­rək, Ona yalvarır­lar ki, onları suya qərq olmaqdan qorusun. Allah onları bu təhlükədən xilas etdikdən sonra isə, yenə Ona şərik qoşur, Onunla yanaşı başqa ilahlara da yalvarırlar.

29:66Страница 404

لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡ وَلِيَتَمَتَّعُواْۚ فَسَوۡفَ يَعۡلَمُونَ ٦٦

Это происходит для того, чтобы они проявили неблагодарность за то, чем Мы их одарили, и могли попользоваться благами, но скоро они узнают.

Müşriklər onlara bəxş etdiyimiz nemətlərə nan­kor­luq edib, hələlik, özlərinə verilən dünya həyatının zövqü-səfası ilə əy­lənsinlər. Lakin öldükləri vaxt bunun pis aqibətini görəcəklər.

29:67Страница 404

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ ٦٧

Неужели они не видят, что Мы сделали Мекку безопасным святилищем, тогда как вокруг них людей хватают? Неужели они веруют в ложь и не веруют в милость Аллаха?

Allahın nemətlərini inkar edən o nankorlar Allahın onları suda boğulmaqdan xilas etdiyini, üstəlik, ətraflarındakı insanlar yaxalandıqları - öldürüldükləri, əsir götürüldükləri, qadınları cariyə, uşaqları da kölə edildikləri, mallaır da qəsb edildiyi halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz - canlarının və mallarının qorunduğu bir yer etdiyini görmürlərmi?! Onlar batil bütlərə iman gətirib, Allahın onlara bəxş etdiyi neməti inkar edir və Ona şükür etmirlərmi?

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English