Аль-МухтасарАр‑Рум · 30:1–60

Аль-Мухтасар · Тафсир · на азербайджанском

الروم

Ар-Рум

Римляне · Мекканская · 60 аятов

30:1Страница 404

الٓمٓ ١

Алиф. Лам. Мим.

(Əlif, Ləm, Mim!) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

30:2Страница 404

غُلِبَتِ ٱلرُّومُ ٢

Повержены римляне

Farslar, Rumlulara qarşı qalib gəldi.

30:3Страница 404

فِيٓ أَدۡنَى ٱلۡأَرۡضِ وَهُم مِّنۢ بَعۡدِ غَلَبِهِمۡ سَيَغۡلِبُونَ ٣

в самой низкой (или ближайшей) земле. Но после своего поражения они одержат верх

Şam torpaqlarının Fars məmləkətinə ən yaxınn olan yerində. Lakin Rumlular Farslara məğ­lu­b olduqdan sonra onların üzərində qələbə ça­lacaqlar.

30:4Страница 404

فِي بِضۡعِ سِنِينَۗ لِلَّهِ ٱلۡأَمۡرُ مِن قَبۡلُ وَمِنۢ بَعۡدُۚ وَيَوۡمَئِذٖ يَفۡرَحُ ٱلۡمُؤۡمِنُونَ ٤

через несколько (от трех до десяти) лет. Аллах принимал решения до этого и будет принимать их после этого. В тот день верующие возрадуются

Üç ildən çox və on ildən az bir zaman ərzində. Rumluların məğlubiyyətindən əv­vəl də, son­ra da hökm Alla­hındır. Rumlular farslara qalib gəldiyi gün mömin­lər se­vi­nəcəklər.

30:5Страница 404

بِنَصۡرِ ٱللَّهِۚ يَنصُرُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٥

помощи Аллаха. Он помогает, кому пожелает. Он - Могущественный, Милосердный.

Möminlər Allahın Rumlulara kömək etməsinə sevinəcəklər. Çünki onlar Kitab əhlidir. Allah dilədiyi kimsələrə dilədiyi kimsələr üzərindən qalib gəlməyə kömək edir. O, yenilməz Qüd­rət sahibidir, möminlərə qarşı Rəhm­lidir.

30:6Страница 405

وَعۡدَ ٱللَّهِۖ لَا يُخۡلِفُ ٱللَّهُ وَعۡدَهُۥ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٦

Таково обещание Аллаха, и Аллах не нарушает Своего обещания, однако большинство людей не знают этого.

Bu qələbə, Uca Allahın vədi idi. Allah vədinə xilaf çıxmaz. Bu vədin gerçəkləşməsi, Allahın möminlərə vəd etdiyi qələbə xüsusunda onların yəqinliyini artırır. Lakin insanların çoxu küfrləri səbəbindən bunu anlamazlar.

30:7Страница 405

يَعۡلَمُونَ ظَٰهِرٗا مِّنَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ عَنِ ٱلۡأٓخِرَةِ هُمۡ غَٰفِلُونَ ٧

Они знают о мирской жизни только явное, и они беспечны к Последней жизни.

Onlar imanın nə olduğunu və şəriət əhkamlarını bilmirlər. Bildikləri yalnız dünya həyatının gö­rünən tə­rəfi, yaşamaq üçün əldə edilən qazanc və maddi sivilizasiyalardır. Onlar həqiqi axirət həyatından üz çevirmişlər, ona tərəf heç baxmırlar da.

30:8Страница 405

أَوَلَمۡ يَتَفَكَّرُواْ فِيٓ أَنفُسِهِمۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ بِلِقَآيِٕ رَبِّهِمۡ لَكَٰفِرُونَ ٨

Неужели они не размышляли о самих себе? Аллах создал небеса, землю и то, что между ними, только ради истины и только на определенный срок. Но многие люди не веруют во встречу со своим Господом.

Məgər təkzib edən o müşriklər özlüyündə, Allahın bunları necə yaratdığını və onlara necə düzən verdiyini düşünmürlərmi?! Allah göyləri və yeri əbəs yerə deyil, yalnız bir həqiqət olaraq yaratmış və onların dünyada qalması üçün mü­əyyən müddət təyin etmişdir. Lakin, insanların çoxu Qiyamət günü öz Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir. Elə buna görə də, onlar Rəbbinin razı qalacağı saleh əməllər etməklə, diriləcəkləri günə hazırlıq görmürlər.

30:9Страница 405

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَأَثَارُواْ ٱلۡأَرۡضَ وَعَمَرُوهَآ أَكۡثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٩

Неужели они не странствовали по земле и не видели, каким был конец тех, кто был до них? Они превосходили их силой, возделывали землю и отстраивали ее лучше, чем это делают они (мекканские язычники). Их посланники приносили им ясные знамения. Аллах не был несправедлив к ним - они сами поступили несправедливо по отношению к себе.

Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən əvvəl yaşamış, haqqı yalan sayan ümmətlərin aqibətininin necə olduğunu görmədi­lər­mi?! O ümmətlər bunlardan da güvvətli idilər. On­lar torpağı şumla­yıb əkir, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra Allahın tək ilah olduğunu sübut edən dəlillər və açıq-aydın mö­cüzələr gətirmişdilər. Onlar isə (haqqı) yalan saydılar. Allah onları məhv edərkən onlara zülm etmə­di. Lakin onlar küfr edib özlərini həlaka uğratmaqla özləri özlərinə zülm etmişdilər.

30:10Страница 405

ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُواْ بِهَا يَسۡتَهۡزِءُونَ ١٠

Концом тех, кто творил зло, стало зло, потому что они сочли ложью знамения Аллаха и насмехались над ними.

Sonra isə Allaha şərik qoşmaqla və günah işlər görməklə pislik edənlərin aqibəti lap pis oldu. Çünki onlar Allahın ayələrini yalan saydılar və onlara istehza etdilər, onları lağa qoydular.

30:11Страница 405

ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ١١

Аллах создает творение в первый раз, а затем воссоздает его. А после этого вы будете возвращены к Нему.

Allah məxluqatı yeni bir biçimdə ya­radar, sonra onu yox edər, sonra da onu əvvəlki halına qaytarar. Bundan sonra isə - Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün Onun hüzuruna qaytarıla­caq­sınız.

30:12Страница 405

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُبۡلِسُ ٱلۡمُجۡرِمُونَ ١٢

В тот день, когда наступит Час, грешники придут в отчаяние.

Qiyamət saatı gələcəyi gün günah­kar­lar Allahın rəhmətindən əllərini üzəcək və etdikləri küfürlərə görə dəlilləri olmadığı üçün ümidlərini kəsəcəklər.

30:13Страница 405

وَلَمۡ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمۡ شُفَعَٰٓؤُاْ وَكَانُواْ بِشُرَكَآئِهِمۡ كَٰفِرِينَ ١٣

Никто из их сотоварищей не заступится за них, и они отвергнут своих сотоварищей.

Allaha qoşduqları şərik­lə­ri - dünyada ikən ibadət etdikləri bütlər onları əzabdan qurtarmaq üçün onlara şəfaətçilik edə bilməyəcək. Allaha qoşduqları şərik­lə­r onları in­kar edəcəklər. Bunlar onlardan kömək umduqları vaxt o şəriklər bunları naümid qoyacaq. Çünki onların hamısı həlak olacaq.

30:14Страница 405

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَتَفَرَّقُونَ ١٤

В тот день, когда наступит Час, они (творения) разделятся.

Qiyamət saatının gələcəyi gün - həmin gün insanlar dünyada etdikləri yaxşı və pis əməllərinə görə ayrılacaqlar, bir qismi illiyyuna (Cənnətin mərtəbələrinə), digərləri də (Cəhənnəmdə) alt təbəqələrə yerləşəcəklər.

30:15Страница 405

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَهُمۡ فِي رَوۡضَةٖ يُحۡبَرُونَ ١٥

Те, которые уверовали и совершали праведные деяния, будут радоваться (или слушать пение) в Райском саду.

Allaha iman gətirib, Onu razı salacaq saleh əməllər edənlərə gəlincə, onlar Cən­nətdə olacaq və nail olduqları əbədi, tükənməz nemətlərə görə sevinəcəklər.

30:16Страница 406

وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآيِٕ ٱلۡأٓخِرَةِ فَأُوْلَٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ١٦

А те, которые не уверовали и сочли ложью Наши знамения и встречу в Последней жизни, будут испытывать мучения.

Allaha qarşı küfr edən və peyğəmbərimizə nazil etdiyimiz ayələri, habelə, dirilməni və haqq-hesaba çəkilməni yalan sa­yan­lar - məhz onlar əzaba düçar edi­lə­cək və orada əbədi qalacaqlar.

30:17Страница 406

فَسُبۡحَٰنَ ٱللَّهِ حِينَ تُمۡسُونَ وَحِينَ تُصۡبِحُونَ ١٧

Славьте же Аллаха, когда для вас наступает вечер и когда наступает утро!

Odur ki, siz axşama yetişəndə - yəni məğrib və işa namazlarının vaxtında Allahın şə­ni­nə çoxlu tə­rif söy­ləyin; habelə, səhərə çıxanda - yəni sübh namazının vaxtında da Onun şə­ni­nə çoxlu tə­rif söy­ləyin.

30:18Страница 406

وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَعَشِيّٗا وَحِينَ تُظۡهِرُونَ ١٨

Ему надлежит хвала на небесах и на земле. Славьте Его после полудня и в полдень!

Həmd-səna yalnız pak və müqəddəs Allaha məx­susdur. Göydə mələklər, yerdə də məxluqatı Onun şəninə təriflər deyir. Siz də axşam çağın­da - əsr namazının vaxtında və günor­ta­ya yetişəndə - zöhr namazının vaxtında Onun şəninə təriflər deyin!

30:19Страница 406

يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَيُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ وَكَذَٰلِكَ تُخۡرَجُونَ ١٩

Он выводит живое из мертвого и выводит мертвое из живого. Он оживляет землю после ее смерти, и таким же образом вы будете выведены из могил.

O, ölüdən diri çıxardır. Necə ki, insanı nütfədən əmələ gətirir, cücəni yumurtadan çıxardır. Diridən də ölü çı­xardır. Necə ki, insandan nütfə çıxardır, toyuqdan da yumurta. Həmçinin, yağış endirərək qurumuş torpağı canlandırır və orada bitkilər yetişdirir. Yer bitkilərlə canlandığı kimi, siz də, haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün qə­bir­ləri­nizdən çı­xar­dıla­caqsınız.

30:20Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ إِذَآ أَنتُم بَشَرٞ تَنتَشِرُونَ ٢٠

Среди Его знамений - то, что Он сотворил вас из земли. После этого вы стали родом человеческим и расселяетесь.

Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindən biri də, Onun sizi -ey insanlar- torpaqdan yaratmasıdır. O, atanız Adəmi palçıqdan yaratmış, sonra da siz doğub-törəmiş, artmış və məşriqdən məğribədək yer üzünə yayılmısınız.

30:21Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا لِّتَسۡكُنُوٓاْ إِلَيۡهَا وَجَعَلَ بَيۡنَكُم مَّوَدَّةٗ وَرَحۡمَةًۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٢١

Среди Его знамений - то, что Он сотворил из вас самих жен для вас, чтобы вы находили в них успокоение, и установил между вами любовь и милосердие. Воистину, в этом - знамения для людей размышляющих.

Həmçinin, ünsiyyətdə rahatlıq ta­pasınız de­yə - ey kişilər - sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə düşü­nən bir toplum üçün açıq-aydın dəlillər vardır. Belə ki, məhz onlar öz ağıllarından istifadə edirlər.

30:22Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفُ أَلۡسِنَتِكُمۡ وَأَلۡوَٰنِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡعَٰلِمِينَ ٢٢

Среди Его знамений - сотворение небес и земли и различие ваших языков и цветов. Воистину, в этом - знамения для обладающих знанием.

Göylərin və yerin yara­dılışı, habelə, dil­lə­rinizin və rəngləri­nizin müxtəlifliyi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən, bu deyilənlərdə elm və bəsirət sahibləri üçün açıq-aydın də­lillər vardır!

30:23Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱبۡتِغَآؤُكُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ ٢٣

Среди Его знамений - ваш ночной и дневной сон и ваши поиски Его милости. Воистину, в этом - знамения для людей слышащих.

Gecələr və gündüzlər yorğunluğunu aradan qaldırmaq üçün yatıb dincəlməyiniz də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həmçinin, gündüzü Rəbbinizin verdiyi ruzini axtar­ma­ğınız üçün yaratması da Onun dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə (haqqı) eşidən və eşitdiyini düşünüb qəbul edən kimsə­lər üçün açıq-aydıın dəlillər var­dır.

30:24Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفٗا وَطَمَعٗا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَيُحۡيِۦ بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٢٤

Среди Его знамений - то, что Он показывает вам молнию, чтобы вызвать у вас страх и надежду, а также ниспосылает с неба воду и оживляет ею землю после ее смерти. Воистину, в этом - знамения для людей разумеющих.

Həm ölüm qorxusu, həm də yağışın yağacağına ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən yağış endirib qurumuş ye­ri canlandırması və orada bitkilər yetişdirməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən də, bu deyilənlərdə başa dü­şən bir toplum üçün açıq-aydın də­lillər vardır. Onlar, öldükdən sonra haqq-hesaba çəkilməyin və əməllərin əvəzini almağın haqq olmasına bu dəlillərə əsaslanırlar.

30:25Страница 407

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ بِأَمۡرِهِۦۚ ثُمَّ إِذَا دَعَاكُمۡ دَعۡوَةٗ مِّنَ ٱلۡأَرۡضِ إِذَآ أَنتُمۡ تَخۡرُجُونَ ٢٥

Среди Его знамений - то, что небо и земля держатся по Его воле. Потом Он позовет вас всего один раз, и вы выйдете из могил.

Pak və müqəddəs Allahın əmri ilə göyün və yerin öz yerlərində sabit qal­ması da Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Sonra Allah sizi - mələyin sura üfürməsi sayəsində - çağıran kimi haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün dər­hal qəbirləriniz­dən qal­xıb çıxacaq­sınız.

30:26Страница 407

وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ ٢٦

Ему принадлежат те, кто на небесах и на земле. Все они покорны Ему.

Göylərdə və yerdə olan mülklərin, məxluqların və işlərin hamısı Ona məxsusdur. Göylərdə və yerdə olan məxluqatın hamısı Ona tə­zim edir, Onun əmrinə boyun əyirlər.

30:27Страница 407

وَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٧

Он - Тот, Кто создает творения в первый раз, а затем воссоздает их, и сделать это для Него еще легче. Ему принадлежат наивысшие качества на небесах и на земле. Он - Могущественный, Мудрый.

Pak və müqəddəs Allah məxluqatı yeni biçimdə yox­dan yara­dır, onu yox etdikdən sonra onu bir daha yaradır. Yenidən yaratmaq isə yoxdan yaratmaqdan daha asandır. Lakin hər ikisi Allah üçün çox asandır. Çünki O, bir şeyi yaratmaq istədikdə ona sadəcə: "Ol!"- deyir, o da olur. Göy­lərdə və yer­də olan ən uca və ən kamil si­fətlər Ona məx­sus­dur. O, heç kəsin gücü yetməyəcəyi qədər Qüd­rətlidir, yaratmaq və idarə etmək xüsusunda da Hikmət sahibidir.

30:28Страница 407

ضَرَبَ لَكُم مَّثَلٗا مِّنۡ أَنفُسِكُمۡۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن شُرَكَآءَ فِي مَا رَزَقۡنَٰكُمۡ فَأَنتُمۡ فِيهِ سَوَآءٞ تَخَافُونَهُمۡ كَخِيفَتِكُمۡ أَنفُسَكُمۡۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡقِلُونَ ٢٨

Он привел вам притчу о вас самих. Есть ли среди невольников, которыми овладели ваши десницы, совладельцы того, чем Мы наделили вас, которые имеют с вами одинаковые права на это и которых вы опасаетесь так, как опасаетесь друг друга? Так Мы разъясняем знамения для людей разумеющих.

Ey müşriklər! Allah sizə özünüzdən bir məsəl çək­di. Sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, malınıza şərik olan, azad şəriklərinizin malınıza şərik olacağınızdan çəkindiyiniz kimi, on­lardan da çəkindiyiniz şərik­lə­riniz varmı? Əlbəttə ki, siz buna razı olmazsınız. Allahın da Öz mülkündə yaratdıqları və qullları arasında əlbəttə ki, heç bir şəriki ola bilməz. Biz bunu və buna bənzər başqa məsəlləri düşü­nüb daşınan kimsələr üçün dəlil göstəririk. Çünki məhz onlar bundan faydalanarlar.

30:29Страница 407

بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَهۡوَآءَهُم بِغَيۡرِ عِلۡمٖۖ فَمَن يَهۡدِي مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٢٩

Но нет! Беззаконники потакают своим желаниям без всякого знания. Кто наставит на прямой путь тех, кого Аллах ввел в заблуждение? Не будет для них помощников!

Onların azğınlığa düşməsinin səbəbi dəlillərin zəif olmasında, yaxud onların lazımi şəkildə bəyan edilməməsində deyil. Bunun səbəbi onların öz nəfsələrinin istəklərinə uyması və Allahın onlar üzərindəki haqqını unudaraq kor-koranə ata-babalarına təqlid etməsidir. Allahın zəlalətə sal­dığı kimsəni kim doğru yo­la yönəldə bilər?! Beləsini heç kəs doğru yola yönəldə bilməz. On­la­rı Allahın əzabından qurtara bilən bir kəs tapılmaz.

30:30Страница 407

فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٠

Обрати свой лик к религии, как ханиф. Таково врожденное качество, с которым Аллах сотворил людей. Творение Аллаха не подлежит изменению. Такова правая вера, но большинство людей не знают этого.

Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar bütün dinlərdən üz döndərərək üzünüzü Allahın sizi yönəltdiyi dinə tərəf çevirin. Allahın insanların fitrətinə uyğun göndərdiyi İslam dini bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Heç bir əyriliyi olmayan doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu dinin haqq din olduğunu bilməz.

30:31Страница 407

۞ مُنِيبِينَ إِلَيۡهِ وَٱتَّقُوهُ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُشۡرِكِينَ ٣١

Обращайтесь к Нему с раскаянием, бойтесь Его, совершайте намаз и не будьте в числе многобожников,

Günahlarınızdan tövbə edərək pak və müqəddəs Allaha üz tu­tun, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək On­dan qorxun, namazı kamil şəkildə əda edin və fitrətə zidd olaraq ibadətlərində Allahdan qeyrisini Ona şərik qoşan müşriklərdən olmayın!

30:32Страница 407

مِنَ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ٣٢

в числе тех, которые внесли раскол в свою религию и стали сектами, каждая из которых радуется тому, что имеет.

Dinlərini dəyişən, dinin tələblərinin bir qisminə iman gətirib, digərini inkar edən, firqələrə və dəstələrə böllünən müşriklərdən olmayın. Onlardan hər bir firqə öz batil əqidəsini üstün bilib sevinir və yalnız özlərinin haqq üzərində olduqlarını, digərlərinin isə batil yolda olduğunu güman edirlər.

30:33Страница 408

وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرّٞ دَعَوۡاْ رَبَّهُم مُّنِيبِينَ إِلَيۡهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنۡهُ رَحۡمَةً إِذَا فَرِيقٞ مِّنۡهُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ٣٣

Когда людей касается зло, они начинают взывать к своему Господу, обращаясь к Нему с раскаянием. А затем, когда Он дает им вкусить милость от Него, часть из них начинает приобщать сотоварищей к своему Господу,

Müşriklərə bir bəla, yaxud bir xəstəlik, yaxud da qıtlıq üz verdiyi zaman, acizanə şəkildə yalnız pak və müqəddəs Rəbbinə üz tu­tub Ona yalvarır­lar ki, bu bəlanı onlardan uzaq eləsin. Sonra O, onlara rəhm edib bu bəlanı aradan qaldırdıqda, onların bir qismi dua edərkən Allahdan qeyrisini Ona şərik qoşur.

30:34Страница 408

لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٣٤

Это происходит для того, чтобы они проявили неблагодарность за то, чем Мы их одарили. Пользуйтесь благами, и скоро вы узнаете.

Onlar Allahın nemətlərinə - o cümlədən də bəlanı aradan götürmək nemətinə - nankorluq edir və bu həyatda əllərində olan nemətlərdən istifadə edirlər. Onlar Qiyamət günü açıq-aydın zəlalət içində olduqlarını öz gözləri ilə görəcəklər.

30:35Страница 408

أَمۡ أَنزَلۡنَا عَلَيۡهِمۡ سُلۡطَٰنٗا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُواْ بِهِۦ يُشۡرِكُونَ ٣٥

Разве Мы ниспослали им доказательство, которое говорило бы им о тех, кого они приобщают в сотоварищи к Нему?

Əllərində heç bir dəlil olmadığı halda, onları Allaha şərik qoşmağa vadar edən nədir?! Biz onlara heç bir kitabdan Allaha şərik qoşmaq barədə bir dəlil nazl etməmişik. Əllərində də onların etdikləri şirk barədə danışan və onların etdikləri o küfrün doğru olduğunu isbat edən bir kitab yoxdur.

30:36Страница 408

وَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةٗ فَرِحُواْ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ إِذَا هُمۡ يَقۡنَطُونَ ٣٦

Когда Мы даем людям вкусить милость, они радуются ей. Когда же зло постигает их за то, что приготовили их руки, они тотчас приходят в отчаяние.

Biz insanlara sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlərimizdən daddırdıqda onunla qürrələnir və təkəbbürlük edirlər. Öz əl­ləri ilə etdikləri günahlara gö­rə onlara özlərini məyus edəcək xəstəlik və kasıblıq üz vedikdə isə dərhal ümid­lərini Allahın rəhmətindən üzür və düçar olduqları bəladan dolayı naümid qalırlar.

30:37Страница 408

أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٣٧

Разве они не видят, что Аллах увеличивает или ограничивает удел, кому пожелает? Воистину, в этом - знамения для людей верующих.

Məgər onlar görmürlər ki, Allah Öz qullarından istədiyini imthana çəkmək - onun şükür edəcəyini, yoxsa küfr edəcəyini üzə çıxartmaq üçün ruzisini bol edir, istədiyini də sınağa çəkmək - onun səbir edəcəyini, yoxsa qəzəblənəcəyini üzə çıxartmaq üçün ruzisini azaldır?! Həqiqətən, bəzilərinin ruzusinin artmasında, bəzilərininkinin də azalmasında möminlər üçün Allahın lütfünə və mərhəmətinə dəlalət edən dəlillər vardır.

30:38Страница 408

فَـَٔاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِۚ ذَٰلِكَ خَيۡرٞ لِّلَّذِينَ يُرِيدُونَ وَجۡهَ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٣٨

Отдавай родственнику то, что ему полагается по праву, а также бедняку и путнику. Это лучше для тех, кто стремится к Лику Аллаха. Именно они являются преуспевшими.

Ey müsəlman, qohum-əqrəbaya yaxşılıq etməklə və onlarla əlaqə saxlamaqla, habelə, yox­su­lun ehtiyacını ödəməklə, yolda qalmış müsafirin də yurduna gedib çıxmasına yardım etməklə onlara çata­caq haq­qı­ ver! Bu haqları ödəmək, Alla­hın Üzü­nü dilə­yənlər (ixlaslı olanlar) üçün daha xe­yir­li­dir. Bu yaxşılıqları edən və haqları ödəyən kimsələr - məhz onlar istədikləri Cənnətə nail olub, qorxduqları əzabdan xilas olaraq uğur qa­zananlardır.

30:39Страница 408

وَمَآ ءَاتَيۡتُم مِّن رِّبٗا لِّيَرۡبُوَاْ فِيٓ أَمۡوَٰلِ ٱلنَّاسِ فَلَا يَرۡبُواْ عِندَ ٱللَّهِۖ وَمَآ ءَاتَيۡتُم مِّن زَكَوٰةٖ تُرِيدُونَ وَجۡهَ ٱللَّهِ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُضۡعِفُونَ ٣٩

Дары, которые вы преподносите, чтобы приумножить их за счет чужого богатства, не приумножатся у Аллаха. Приумножен для вас будет закят, который вы раздаете, стремясь к Лику Аллаха.

İnsanlardan bir kimsəyə borc verib, sonra da faizlə geri aldığınız malın Allah ya­nında savabı olmaz. Nə bir məqam xatirinə, nə də əvəz güdərək yox, sırf Allahın Üzü­­nü diləyərək (ixlasla), ehtiyacı olan kimsələrə ver­diyi­niz mal-dövlətə gə­lincə, bilin ki, bunu edənlərin savabı Allah yanında qat-qat artırılar.

30:40Страница 408

ٱللَّهُ ٱلَّذِي خَلَقَكُمۡ ثُمَّ رَزَقَكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۖ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَفۡعَلُ مِن ذَٰلِكُم مِّن شَيۡءٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٤٠

Аллах - Тот, Кто создал вас, а потом одарил пропитанием. Потом Он умертвит вас, а потом оживит. Есть ли среди тех, кого вы приобщаете в сотоварищи, тот, кто совершал бы что-либо из этого? Пречист Он и превыше тех, кого вы приобщаете в сотоварищи!

Sizi xəlq edən, sonra sizə ruzi ve­rən, sonra sizi öldürən, son­ra da sizi məhşərə toplamaq üçün di­rildəcək məhz Allahdır. Allahdan savayı ibadət etdiyiniz bütlər arasında bunlar­dan birini edə bilən varmı?! Allah pak­dır, müqəddəsdir və müşrik­lə­rin söylədiklərindən və etiqad etdiklərindən uzaqdır.

30:41Страница 408

ظَهَرَ ٱلۡفَسَادُ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ بِمَا كَسَبَتۡ أَيۡدِي ٱلنَّاسِ لِيُذِيقَهُم بَعۡضَ ٱلَّذِي عَمِلُواْ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٤١

Зло появляется на суше и на море по причине того, что совершают людские руки, чтобы они вкусили часть того, что они натворили, и чтобы они вернулись на прямой путь.

İnsanların öz əlləri ilə et­diyi günahların nəticəsi ola­raq həm qu­ru­da, həm də dənizdə, quraqlıq, yağışların az yağması, xəstəliklərin və virusların artıb çoxalması kimi fə­sadlar baş verir. Allah onlara bu bəlaları göndərir ki, etdikləri bəzi pis əməllərin cəzasını bu dünyada daddırsın ki, bəl­kə, onlar tövbə edib Ona qayıdalar.

30:42Страница 409

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلُۚ كَانَ أَكۡثَرُهُم مُّشۡرِكِينَ ٤٢

Скажи: «Постранствуйте по земле и посмотрите, каким был конец тех, которые жили прежде. Большинство из них были многобожниками».

Ey Peyğəmbər! O müşriklər de: “Yer üzünü gəzib do­laşın və haqqı yalan sayan əvvəlki ümmətlərin aqibəti­nin ne­cə ol­duğuna baxın. Onların əksəriyyətinin aqibəti çox pis olmuşdur. Onların çoxu Allaha şərik qoşan­lar idi. Allahla yanaşı başqa ilahlara da ibadət edərdilər. Allaha şərik qoşduqlarına görə həlak oldular.”

30:43Страница 409

فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ ٱلۡقَيِّمِ مِن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۖ يَوۡمَئِذٖ يَصَّدَّعُونَ ٤٣

Обрати свой лик к правой вере до того, как придет Неотвратимый день от Аллаха. В тот день они будут поделены на две группы.

Ey Peyğəmbər! Qarşısıalınmaz Qiyamət günü gəlməmişdən əv­vəl üzünü heç bir əyriliyi olmayan, dümdüz olan İslam dininə tərəf tut! O gün insanlar iki dəstəyə bö­lü­nə­cək - bir qismi Cənnətdə kef çəkəcək, digərləri isə Cəhənnəmdə əzaba düçar olacaqlar.

30:44Страница 409

مَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا فَلِأَنفُسِهِمۡ يَمۡهَدُونَ ٤٤

Кто не уверовал, того неверие обратится против него самого. А те, которые поступали праведно, будут готовить для себя места в Раю.

Kim Allaha qarşı küfr edərsə, küfrünün zərəri öz əley­hi­nə olar - əbədi olaraq Cəhənnəm atəşində qalar. Allahın rizası xatirinə yaxşı iş görənlər isə öz­lərinin Cənnətə daxil olmasını və orada əbədi olaraq naz-nemətlər içində qalmasını təmin etmiş olarlar.

30:45Страница 409

لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ ٤٥

Это произойдет для того, чтобы Он воздал Своими щедротами тем, которые уверовали и совершали праведные деяния. Воистину, Он не любит неверующих.

Bu ona görədir ki, Allah, Ona iman gətirib Rəbbini razı salacaq saleh əməllər edənlərin mükafatını versin. Şübhəsiz ki, pak və müqəddəs Allah, Onu və Onun elçilərini inkar edən kafirləri sevməz, əksinə, onlara olduqca çox nifrət edər, üstəlik, Qiyamət günü onlara əzab verəcəkdir.

30:46Страница 409

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن يُرۡسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٖ وَلِيُذِيقَكُم مِّن رَّحۡمَتِهِۦ وَلِتَجۡرِيَ ٱلۡفُلۡكُ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ٤٦

Среди Его знамений - то, что Он посылает ветры добрыми вестниками, чтобы дать вам вкусить от Его милости, чтобы корабли плыли по Его воле и чтобы вы искали Его милость, - быть может, вы будете благодарны.

Sizə, - ey insanlar - yağışı nazil etdikdən sonra məhsuldarlıq və bolluq nəsib etmək üçün Öz mərhəmətindən daddır­sın, əmri ilə gəmilər dənizdə üzsün, dəniz vasitəsilə ticarət edib Onun lüt­fünü arayasınız və Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz və O da sizə olan nemətlərini artırsın de­yə, insanları yağışın nazil olacağı ilə müjdələmək üçün küləkləri göndərməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir.

30:47Страница 409

وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَٱنتَقَمۡنَا مِنَ ٱلَّذِينَ أَجۡرَمُواْۖ وَكَانَ حَقًّا عَلَيۡنَا نَصۡرُ ٱلۡمُؤۡمِنِينَ ٤٧

Мы уже отправляли до тебя посланников к их народам, и они приносили им ясные знамения. Мы отомстили грешникам, и Нашим долгом было помогать верующим.

Ey Peyğəmbər! Biz səndən əvvəl də on­ların ümmtələrinə elçilər göndərmişdik. El­çi­lər on­lara özlərinin doğru danışdıqlarını təsdiqləyən açıq-ay­dın dəlillər gətirmişdilər. Lakin onlar elçilərin təbliğ etdiklərini yalan saydılar. Biz günah işlər görənlərdən in­ti­qam aldıq və onları əzabımızla məhv etdik. Elçiləri və möminləri isə əzabdan xilas etdik. Mö­min­lərə yardım etmək və qələbə qazandırmaq Bi­zim borcumuz idi.

30:48Страница 409

ٱللَّهُ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَيَبۡسُطُهُۥ فِي ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُۥ كِسَفٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ٤٨

Аллах - Тот, Кто посылает ветры, которые поднимают облака. Он простирает их по небу, как пожелает, и разрывает их в клочья. Потом ты видишь, как из их расщелин льется дождь. Стоит Ему пролить его на тех из Своих рабов, на кого Он пожелает, как они радуются,

Buludları hərəkətə gətirən kü­lək­ləri idarə edən və göndərən pak və müqəddəs Allahdır. Allah sə­ma­da onları is­tə­diyi kimi - az və ya çox sayda ya­yıb topa-topa edir. Sən, ey buludlara baxan insan, sən buludların ortasından yağışın çıxdığını gö­rür­sən. Bu yağış Allahın qullarından istə­diyi kim­sə­lə­rə nazil olduğu zaman, on­lar Allahın onlara rəhm edib yağış nazil etməsinə, bunun sayəsində də onların həm özlərinin, həm də heyvanlarının ehtiyacı olan birkiləri yetişdirməsinə sevinirlər.

30:49Страница 409

وَإِن كَانُواْ مِن قَبۡلِ أَن يُنَزَّلَ عَلَيۡهِم مِّن قَبۡلِهِۦ لَمُبۡلِسِينَ ٤٩

хотя до того, как он был ниспослан им, они были в отчаянии.

Halbuki Allah onlara yağış nazil etməzdən əvvəl, yağışın onlara yağmasından ümidlərini kəsmişdilər.

30:50Страница 409

فَٱنظُرۡ إِلَىٰٓ ءَاثَٰرِ رَحۡمَتِ ٱللَّهِ كَيۡفَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ ذَٰلِكَ لَمُحۡيِ ٱلۡمَوۡتَىٰۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٥٠

Посмотри на следы милости Аллаха, на то, как Он оживляет землю после ее смерти. Воистину, Он способен оживить мертвых и способен на всякую вещь.

Ey Peyğəmbər! Sən Allahın Öz qullarına rəhmət olaraq nazil etdiyi yağışın izlərinə bax, Allah qurumuş və ölü torpağın üzərində növbənöv bitkilər yetişdirməklə onu necə di­rildir. Şüb­hə­siz ki, ölü torpağı canlandıran O Allah, ölüləri də mütləq di­ril­dəcəkdir. O, hər şeyə qa­dir­dir və heç bir şey Onu aciz edə bilməz.

30:51Страница 410

وَلَئِنۡ أَرۡسَلۡنَا رِيحٗا فَرَأَوۡهُ مُصۡفَرّٗا لَّظَلُّواْ مِنۢ بَعۡدِهِۦ يَكۡفُرُونَ ٥١

Если Мы пошлем ветер, и они увидят, как она (нива) пожелтела, то после этого они будут неблагодарны.

Əgər Biz onların əkin sahələrinə və bağçalarına bir külək gön­dərsək və onlar əkin sahəsindəki yaşıl bitkilərin dönüb saralmış olduğunu görsələr, bundan sonra Allahın əvvəlcə verdiyi bol nemətlərə nankorluq etməyə başla­yarlar.

30:52Страница 410

فَإِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ٥٢

Воистину, ты не заставишь слышать мертвецов и не заставишь глухих услышать призыв, когда они обращаются вспять.

Sən ölülərə heç bir şey eşitdirə bilmədiyin kimi, eləcə də dönüb gedən karlara heç bir şey eşitdirə bilməzsən. Onlar heç nə eşitməsinlər deyə səndən uzaq dururlar. Eləcə də, sən bunlar kimi (haqdan) üz döndərən və fayda almayan kimsələri doğru yola yönəldə bilməzsən.

30:53Страница 410

وَمَآ أَنتَ بِهَٰدِ ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ٥٣

Ты не выведешь слепых из их заблуждения. Ты можешь заставить слышать только тех, которые веруют в Наши знамения, будучи мусульманами.

Sən düz yoldan sapanları haqq yola yönəldə bilməzsən. Sən haqqı ancaq ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən. Çünki məhz belələri sənin dediklərindən faydalana bilər, məhz onlar Bizim əmrimizi yerinə yetirir və ona boyun əyirlər.

30:54Страница 410

۞ ٱللَّهُ ٱلَّذِي خَلَقَكُم مِّن ضَعۡفٖ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ ضَعۡفٖ قُوَّةٗ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ قُوَّةٖ ضَعۡفٗا وَشَيۡبَةٗۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡقَدِيرُ ٥٤

Аллах - Тот, Кто создает вас из слабости (создает вас из капли или создает вас слабыми). После слабости Он наделяет вас силой, а потом заменяет ее слабостью и сединой. Он творит, что пожелает, ибо Он - Знающий, Всемогущий.

Ey insanlar, sizi dəyərsiz sudan ya­radan, zəif uşaqlar olduqdan sonra sizi qüvvətli kişilər edən, qüv­vətli kişilər olduqdan sonra da, zəif yaşlılıq və qocalıq verən Allahdır. Allah istə­diyini zəif istədiyini də qüvvətli ya­radır. O, hər şeyi Biləndir, heç bir şey Ondan gizli qalmaz. Habelə, Qadirdir, heç bir şey Onu aciz edə bilməz.

30:55Страница 410

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُقۡسِمُ ٱلۡمُجۡرِمُونَ مَا لَبِثُواْ غَيۡرَ سَاعَةٖۚ كَذَٰلِكَ كَانُواْ يُؤۡفَكُونَ ٥٥

В тот день, когда наступит Час, грешники станут клясться, что они пробыли на земле или в могилах всего лишь один час. Таким же образом они были отвращены от истины!

Qiyamət qopacağı gün gü­nahkar­lar qəbirlərində bircə saat qal­dıq­la­rı­na and içəcəklər. On­lar qəbirlərində nə qədər qaldıqlarından qafil olduqları kimi, dünyada da haqdan belə sapacaqlar.

30:56Страница 410

وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَٱلۡإِيمَٰنَ لَقَدۡ لَبِثۡتُمۡ فِي كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوۡمِ ٱلۡبَعۡثِۖ فَهَٰذَا يَوۡمُ ٱلۡبَعۡثِ وَلَٰكِنَّكُمۡ كُنتُمۡ لَا تَعۡلَمُونَ ٥٦

А те, кому дарованы знание и вера, скажут: «В соответствии с предписанием Аллаха вы пробыли там до Дня воскресения. Это и есть День воскресения, но вы не знали этого».

Allahın elm bəxş etdiyi peyğəmbərlər və mələklər isə deyərlər: “Siz dünya həyatında Allahın əzəli elmi ilə yazdığı, doğulduğnuz dündən, inkar etdiyiniz günə, qəbirlərinizdən dirilib qalxan gününə qədər qal­dı­nız. Lakin siz dirilmənin həqiqət olacağını bilmirdiniz, elə buna görə də onu inkar edirdiniz”.

30:57Страница 410

فَيَوۡمَئِذٖ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُواْ مَعۡذِرَتُهُمۡ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٥٧

В тот день беззаконникам не принесут пользы их извинения (или оправдания), и от них не потребуют покаяния.

Allah məxluqatı haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün onlara dirildəcəyi gün, zalımlara üzürxahlıq etmələri fayda verməyəcək və on­lar­dan Allahı razı salmaq üçün töv­bə et­mələri, Ona üz tutmaları da tələb olunmayacaq. Çünki artıq bunun zamanı keçmiş olacaq.

30:58Страница 410

وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖۚ وَلَئِن جِئۡتَهُم بِـَٔايَةٖ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا مُبۡطِلُونَ ٥٨

Мы уже привели людям в этом Коране любые притчи. Если ты явишь им знамение, то неверующие непременно скажут: «Вы - всего лишь приверженцы лжи».

Biz bu Quranda insanlar üçün - onlara göstərdiyimiz qayğıdan dolayı - hər cür məsəllər çəkdik ki, onlar haqqı batildən ayırd edə bilsinlər. Ey Peyğəmbər! Əgər sən onla­ra söylədiklərinin doğru olduğunu isbat etmək üçün bir möcüzə gə­tirsən, Allaha qarşı küfr edənlər müt­ləq deyəcəklər: “Siz öz sözlərinizlə yalnız yalan uyduranlar­sı­nız!”

30:59Страница 410

كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ٥٩

Так Аллах запечатывает сердца тех, которые не обладают знанием.

Allah, gətirdiyiniz möcüzələrə iman etməyən kimsələrin qəlblərini möhürlədiyi kimi, təbliğ etdiyinizin haqq olduğunu bilməyən­lə­rin də qəlblərini belə möhürlə­yər.

30:60Страница 410

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ وَلَا يَسۡتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ ٦٠

Будь же терпелив, ведь обещание Аллаха истинно. И пусть те, которые лишены убежденности, не находят тебя легковесным (не отвращают тебя от религии).

Ey Peyğəmbər! Qövmünün səni yalançı saymasına səbir et! Həqiqə­tən də, Alla­hın sənə qələbə və sabitliklə bağlı verdiyi vədi haqdır, bunda heç bir şübhə yoxdur. Qoy diriləcəklərinə inanma­yan­lar səni tələsməyə və səbirsizlik göstərməyə sövq etmə­sinlər.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English