Аль-МухтасарАс‑Саджда · 32:1–30

Аль-Мухтасар · Тафсир · на азербайджанском

السجدة

Ас-Саджда

Земной поклон · Мекканская · 30 аятов

32:1Страница 415

الٓمٓ ١

Алиф. Лам. Мим.

(Əlif. Ləm. Mim.) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

32:2Страница 415

تَنزِيلُ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٢

Это Писание, в котором нет сомнения, ниспослано Господом миров.

Şəkk yoxdur ki, Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Quran, ona aləm­lərin Rəbbindən nazil edilmişdir.

32:3Страница 415

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۚ بَلۡ هُوَ ٱلۡحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ ٣

Или же они скажут: «Он измыслил его»? Нет, оно является истиной от твоего Господа, чтобы ты предостерег людей, к которым до тебя не приходил предостерегающий увещеватель, - быть может, они последуют прямым путем.

Yoxsa bu kafirlər: “Muhəmməd bunu Rəbbinə qarşı özün­­dən uydurmuş­dur!”– de­yirlər. Bu, heç də onların dediyi kimi deyil. Əksinə, ey Peyğəmbər, o, sənin Rəb­bin­dən nazil olan bir haqdır ki, səndən əvvəl Allahın əzabı ilə qorxudan peyğəmbər gəl­mə­­miş bir qövmü xəbər­dar edə­sən. Bəlkə, on­lar haqq yola hidayət olunalar, ona boyun əyələr və ona əməl edələr.

32:4Страница 415

ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا شَفِيعٍۚ أَفَلَا تَتَذَكَّرُونَ ٤

Аллах - Тот, Кто создал небеса и землю и то, что между ними, за шесть дней, а затем вознесся на Трон (или утвердился на Троне). Нет для вас, помимо Него, ни покровителя, ни заступника. Неужели вы не помяните назидание?

Göyləri, yeri və onların arasın­da­kıları altı gündə yara­dan, bunları bir göz qırpımından da tez yaratmağa qadir olan, son­ra da Özünə layiq olan tərzdə Ər­şə ucalan Allah­dır. Ey insanlar! Sizin Ondan başqa nə işlərinizi yoluna qoyacaq bir haminiz, nə də Rəbbiniz yanında sizə havadarlıq edəcək bir şəfaət­çiniz var. Niyə siz düşünüb, sizi yaradan Allaha ibadət etmir və Allahdan qeyrisinə ibadət etməyi tərk etmirsiniz?!

32:5Страница 415

يُدَبِّرُ ٱلۡأَمۡرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلۡأَرۡضِ ثُمَّ يَعۡرُجُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥٓ أَلۡفَ سَنَةٖ مِّمَّا تَعُدُّونَ ٥

Он управляет делами с неба до земли, а затем они опять восходят к Нему в течение дня, который продолжается тысячу лет по тому, как вы считаете.

Pak, müqəddəs və uca Allah göylərdə və yerdə olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin, ey insanlar, dünyada saydığınız il­lərdən min ilə bərabər olan bir gündə Ona doğ­ru yüksəlir.

32:6Страница 415

ذَٰلِكَ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٦

Таков Ведающий сокровенное и явное, Могущественный, Милосердный,

O işlərin hamısını idarə edən Allah qeybi və aşkarı bilir, heç bir şey ondan gizli qalmır. O, qüdrətlidir. Düşmənlərindən intiqam almaq istəyən heç bir kimsə Ona qalib gələ bilməz. Mömin qullarına qarşı rəhmlidir.

32:7Страница 415

ٱلَّذِيٓ أَحۡسَنَ كُلَّ شَيۡءٍ خَلَقَهُۥۖ وَبَدَأَ خَلۡقَ ٱلۡإِنسَٰنِ مِن طِينٖ ٧

Который превосходно создал все, что сотворил, и начал создавать человека из глины,

O Allah ki, yaratdığı hər şe­yi kamil biçimdə yaratmış, Adəmi yeni bir biçimdə palçıqdan xəlq etmişdir.

32:8Страница 415

ثُمَّ جَعَلَ نَسۡلَهُۥ مِن سُلَٰلَةٖ مِّن مَّآءٖ مَّهِينٖ ٨

затем создал его потомство из капли презренной жидкости,

sonra onun nəslini ondan çıxan bir damla sudan (mənidən) əmələ gətirmişdir.

32:9Страница 415

ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ٩

затем придал ему соразмерный облик, вдохнул в него от Своего духа и даровал вам слух, зрение и сердца. Но как мала ваша благодарность!

sonra onu düzəldib tam şəklə salmış və ona Öz ru­hun­dan, ruh üfürmək üçün müvəkkəl edilmiş mələyə əmr etmiş, üstəlik, sizə, ey insanlar, eşitmək üçün qulaq­lar, görmək üçün gözlər və dərk etmək üçün qəlblər vermişdir. Siz Allahın sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!

32:10Страница 415

وَقَالُوٓاْ أَءِذَا ضَلَلۡنَا فِي ٱلۡأَرۡضِ أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدِۭۚ بَلۡ هُم بِلِقَآءِ رَبِّهِمۡ كَٰفِرُونَ ١٠

Они говорят: «Неужели после того, как мы затеряемся в земле, мы возродимся в новом творении?». Но они не веруют во встречу со своим Господом.

Öldükdən sonra yenidən dirilməyi yalan sayan müşriklər deyirlər: “Biz ölüb tor­pağın için­də yox olduqdan və cəsədimiz torpağa çevrildikdən son­ra, ye­ni­dən­ dirildiləcəyik?!” Bu, ağılasığmaz iddiadır. Əslində, onlar yenidən diriləcəklərini inkar edir və buna iman gətirmirlər.

32:11Страница 415

۞ قُلۡ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلۡمَوۡتِ ٱلَّذِي وُكِّلَ بِكُمۡ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ١١

Скажи: «Ангел смерти, которому вы поручены, умертвит вас, а затем вы будете возвращены к своему Господу».

Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan sayan o müşriklərə de: “Allahın canınızı almaq üçün müvəkkil etdiyi ölüm mə­ləyi canınızı alacaq, sonra da qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarılacaqsınız!”

32:12Страница 416

وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ١٢

Если бы ты видел, как грешники опустят головы перед своим Господом: «Господь наш! Мы увидели и услышали. Пошли нас обратно, и мы будем поступать праведно. Воистину, мы обрели убежденность».

Günahkarlar dirilmə gününü inkar etdiklərinə görə, Qiyamət günü zəlil halda başlarını aşa­ğı di­kə­rək, özlərinin rəzil olduğunu hiss edərək deyəcəklər: “Ey Rəb­bimiz! Biz yalan saydığımız dirilməni gördük və Sənin göndərdiyini elçilərin dediklərinin haqq olduğunu eşitdik. Bizi dünya həyatına qay­tar ki, Səni razı salacaq yax­şı işlər görək. Biz indi, dirilməyə və elçilərin dediklərinin doğru olduğuna yəqinliklə inanırıq. Əgər sən günahkarların o halını görsəydin, dəhşətli bir mənzərə görmüş olardın.

32:13Страница 416

وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ١٣

Если бы Мы пожелали, то наставили бы на прямой путь каждого человека, однако исполнится Слово Мое: «Я непременно заполню Геенну джиннами и людьми - всеми вместе!».

Əgər Biz hər kəsi doğru yola yönəltmək və müvəffəq etmək istəsəydik, onları o yola yönəldərdik. La­kin Mə­­nim: “Qiyamət günü Cəhənnəmi iki sinif kafirlərlə - imanı və doğru yolu, küfrə və zəlalətə dəyişən cinlər və in­san­larla mütləq dol­du­racağam!” sö­züm hikmət və ədalətlə yeri­nə yetəcək.

32:14Страница 416

فَذُوقُواْ بِمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَآ إِنَّا نَسِينَٰكُمۡۖ وَذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٤

Вкусите за то, что вы предали забвению встречу с этим днем вашим. Воистину, Мы предали забвению вас самих. Вкусите же вечные мучения за то, что вы совершали.

Qiyamət günü onlara qınanılaraq və alçaldılaraq deyiləcək: "Qiyamət günü haqq-hesaba çəkilmək üçün Allahın hüzuruna çıxacağınızı, dünya həyatında unutduğunuza görə dadın əza­bı! Doğrusu, siz haqq-hesaba çəkiləcəyiniz unutduğunuz kimi, Biz də sizi unutduq. Dünyada ikən etdiyiniz asiliklərə görə, dadın əbə­di Cəhənnəm atəşinin əzabını!

32:15Страница 416

إِنَّمَا يُؤۡمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِهَا خَرُّواْۤ سُجَّدٗاۤ وَسَبَّحُواْ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ۩ ١٥

Воистину, веруют в Наши знамения только те, которые, когда им напоминают о них, падают ниц, прославляют хвалой своего Господа и не проявляют высокомерия.

Elçimizə nazil etdiyimiz ayələrimizə ancaq o kəs­lər iman gətirirlər ki, ayələri­miz on­lara oxunarkən özlərinin Rəb­bi­nə səcdə edib həmd-səna edərək təriflər deyirlər. Onlar heç bir halda Allaha ibadət etməyə və Ona səcdə etməyə təkəb­bür göstərmirlər.

32:16Страница 416

تَتَجَافَىٰ جُنُوبُهُمۡ عَنِ ٱلۡمَضَاجِعِ يَدۡعُونَ رَبَّهُمۡ خَوۡفٗا وَطَمَعٗا وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ١٦

Они отрывают свои бока от постелей, взывая к своему Господу со страхом и надеждой, и расходуют из того, чем Мы их наделили.

Onlar gecə namazını qıl­maq üçün böyürlərini uzanıb yatdıqları yataqdan qaldı­rır, Allaha üz tutur, Onun əzabından qorxaraq və rəhmətinə ümid edərək Ona yalvarır və on­lara ver­di­yi­miz ruzi­lərdən Allah yo­lun­da xərcləyirlər.

32:17Страница 416

فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٧

Ни один человек не знает, какие услады для глаз сокрыты для них в воздаяние за то, что они совершали.

Dünyada ikən etdikləri saleh əməllərin mü­kafatı olaraq Allahın onlar üçün gözlə­ri­nə se­vinc gətirə­cək nələr hazırladığını heç kəs bilmir. Bu mükafat əzəmətli olduğuna görə onun nə olduğunu ancaq Allah bilir.

32:18Страница 416

أَفَمَن كَانَ مُؤۡمِنٗا كَمَن كَانَ فَاسِقٗاۚ لَّا يَسۡتَوُۥنَ ١٨

Неужели верующий подобен нечестивцу? Не равны они!

Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinərək Ona iman gətirən kimsə ilə Onun itaətindən çıxan kimsə eyni ola bilməz. Bu iki sinif insan Allah yanında mükafat və ya cəza almaq xüsusunda eyni ola bilməzlər!

32:19Страница 416

أَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ جَنَّٰتُ ٱلۡمَأۡوَىٰ نُزُلَۢا بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٩

Для тех, которые уверовали и совершали праведные деяния, Сады пристанища станут угощением за то, что они совершили.

Allaha iman gətirib saleh əməllər edənlərə gəlincə, onları dünyada etdikləri saleh əməllərə görə, mükafat olaraq hazırlanmış, Allahdan kəramət olaraq onlara bəxş edilmiş, içində əbəbdi qalacaqları cənnətlər gözləyir.

32:20Страница 416

وَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٠

А пристанищем нечестивцев будет Огонь. Всякий раз, когда они захотят выйти оттуда, их вернут туда, и им будет сказано: «Вкусите мучения в Огне, которые вы считали ложью!».

Küfr və asiliklər edərək Allahın itaətindən çıxmış kimsələrə gəldikdə isə, qiyamət günü onların qərar tutacaqları, onlar üçün hazırlanmış yer Oddur. Onlar orada əbədi qalacaqlar. Hər dəfə on­lar oradan çıxmaq istədikdə, yenidən ora qaytarılacaq və onla­ra qınanılaraq deyilə­cəkdir.: “Dünyada ikən peyğəmbərlərinizin sizi qorxutduğu, yalan saydığınız odun əzabını da­dın!”

32:21Страница 417

وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٢١

Но помимо величайших мучений Мы непременно дадим им вкусить меньшие мучения, чтобы они могли вернуться на прямой путь.

Rəbbinin itaətindən çıxan və haqqı yalan sayan kimsələr tövbə etməsələr, Axirətdə onlar üçün hazırlanmış ən böyük əzabdan əv­vəl Biz on­lara bu dünyada müsibətlər və bəlalar dad­dıra­cağıq ki, bəlkə onlar Rəbbinə itaət etməyə qa­yıt­sınlar.

32:22Страница 417

وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ ٢٢

Кто может быть несправедливее того, кому напомнили об аятах его Господа, после чего он отвернулся от них? Воистину, Мы отомстим грешникам.

Allahın ayələri yadına salın­dıq­da onlardan öyüd-nəsihət almayan və onlara məhəl qoymadan onlardan üz döndərən kimsədən daha zalım kim ola bilər?! Şübhə­siz ki, Biz gü­nah­karlardan - küfr və asilik edərək Allahın ayələrindən üz döndərən kimsələrdən intiqam ala­­ca­ğıq. Bunda heç bir şəkk-şübhə yoxdur.

32:23Страница 417

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَلَا تَكُن فِي مِرۡيَةٖ مِّن لِّقَآئِهِۦۖ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٢٣

Мы даровали Мусе (Моисею) Писание, и не сомневайся во встрече с ним (во встрече с Мусой или встрече Мусы с Аллахом). Мы сделали его (Писание) верным руководством для сынов Исраила (Израиля).

Biz Musaya Tövrat ver­mişdik. Ey Peyğəmbər! Sən Musa ilə İsra və Merac gecəsində görüşəcəyinə şüb­hə etmə. Biz Musaya nazil etdiyimiz Kitabı İsrail oğullarına doğru yol gös­tə­rən bir rəhbər et­miş­dik.

32:24Страница 417

وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ ٢٤

Мы создали среди них предводителей, которые вели остальных по Нашему повелению прямым путем, поскольку они были терпеливы и убежденно верили в Наши знамения.

İsrail oğulları Allahın əmrlərinə yerinə yetirməyə, qadağan etdiklərindən çəkinməyə və dəvət yolunda özlərinə verilən əziyyətlərə səbir etdiklərinə, habelə, peyğəmbərlərinə nazil edilmiş Allahın ayələrinə yəqinliklə iman gətirdiklərinə gö­rə, Biz onlar­dan insanları haqqa yönəldən, onlara doğru yolu göstərən rəh­bərlər təyin etmişdik.

32:25Страница 417

إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٢٥

В День воскресения твой Господь рассудит между ними в том, в чем они расходились во мнениях.

Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin onların dünyda ikən ixtilafda olduqları məsələlər ba­rə­sin­də qi­ya­mət günü onla­rın arasında hökm verə­cək­, beləliklə də,kimin haqq, kimin də batil yolda olduğunu üzə çıxaracaq və hər kəsə layiq olduğunu (mükafat və ya cəza) verəcək.

32:26Страница 417

أَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ ٢٦

Неужели их не привело на прямой путь то, что Мы погубили до них столько поколений, по жилищам которых они ходят? Воистину, в этом есть знамения. Неужели они не прислушаются?

Məgər onlar kordular, görmürlər ki, keçmiş ümmətlərdən neçə-neçə insanları məhv etmişik?! Onlar həlak olmamışdan əvvəl öz yurdlarında gəzib-dolaşır və öz hallarından ibrət almırdılar. Həqiqətən, o ümmətlərin küfr və asiliklər etdiklərinə görə başlarına gəlmiş müsibətlərdə, Allah tərəfindən onlara göndərilmiş peyğəmbərlərin dediklərinin doğru olduğuna dair dəlillər vardır. Məgər Allahın ayələrini yalan sayan o günahkarlar deyilənləri eşidib ibrət almırlar?!

32:27Страница 417

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَسُوقُ ٱلۡمَآءَ إِلَى ٱلۡأَرۡضِ ٱلۡجُرُزِ فَنُخۡرِجُ بِهِۦ زَرۡعٗا تَأۡكُلُ مِنۡهُ أَنۡعَٰمُهُمۡ وَأَنفُسُهُمۡۚ أَفَلَا يُبۡصِرُونَ ٢٧

Неужели они не видят, что Мы пригоняем воду к сухой земле и выводим посредством нее посевы, которыми питаются их скот и они сами? Неужели они не видят этого?

Məgər yenidən dirilməni yalan sayan o günahkarlar, bitki bitməyən qurumuş torpağa yağış nazil edib, o su vasitəsilə həm onların dəvələrinin, inəklərinin və qoyunlarının, həm də onların öz­lərinin yedikləri nemətləri yetişdirdi­yi­mizi gör­mürlər?! Hə­lə də bunu görmürlər və dərk etmirlər ki, qurumuş torpağı canlandıran Allah, ölüləri də diriltməyə qadirdir?!

32:28Страница 417

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٨

Они говорят: «Когда же свершится этот суд, если вы говорите правду?».

Dirilməni yalan sayıb əzabın tez gəlməsini tələb edənlər deyirlər: “Sizin iddia etdiyiniz kimi, qiyamət günü bizimlə sizin aranızda veriləcək hökm, bizim Cəhənnəmə, sizin isə Cənnətə gedəcəyiniz nə vaxt baş verəcək?!”

32:29Страница 417

قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٢٩

Скажи: «В День суда неверующим не принесет пользы их вера, и они не получат отсрочки».

Ey Peyğəmbər! Onlara de ki: “Bu vəd qiyamət günü baş verəcək. Bu, qullar arasında ayırd etmə günüdür. Belə ki, dünyada ikən Allaha qarşı küfr etmiş kimsələrin qiyamət gününü gördükdən sonra Allahın nazil etdiklərini təsdiqləməsi onlara heç bir fayda verməyə­cək, habelə, onlara Rəbbinə tövbə edib Ona üz tutmaq üçün möh­lət verilməyəcək.”

32:30Страница 417

فَأَعۡرِضۡ عَنۡهُمۡ وَٱنتَظِرۡ إِنَّهُم مُّنتَظِرُونَ ٣٠

Отвернись от них и подожди, ведь они тоже ждут.

Ey Peyğəmbər! Onlar öz zəlalətlərinə daldıqdan sonra sən onlardan üz çevir və onların başına nə gələcəyini gözlə. Doğrusu, onlar da, sənin onlara vəd etdiyin əzabı gözləyirlər.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English