Аль-Мухтасар · Тафсир · на азербайджанском
Аль-Ахзаб 33:60–73
33:60Страница 426
۞ لَّئِن لَّمۡ يَنتَهِ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡمُرۡجِفُونَ فِي ٱلۡمَدِينَةِ لَنُغۡرِيَنَّكَ بِهِمۡ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلٗا ٦٠
Если лицемеры и те, чьи сердца поражены недугом, и те, кто распространяет слухи в Медине, не перестанут, то Мы непременно поможем тебе одолеть их, и тогда они будут соседствовать с тобой здесь совсем недолго,
Əgər münafiqlər öz nifaqlarına - müsəlman olduqlarını aşkarda göstərib küfrü qəlblərində gizlətmələrinə, habelə, qəlbi xəstə olanlar öz nəfsi istəklərinə və bir də Mədinədə möminlərin arasını vurmaq üçün yalan xəbərlər yayanlar bu əməllərinə son qoymasalar, sənə, ey Peyğəmbər, onları cəzalandırmağı buyurar və səni onların üzərində hökmran edərik. Sonra da onlar yer üzündə fəsad törətdiklərinə görə, məhv ediləcəkləri və ya yurdlarından qovulacaqları üçün, Mədinədə səninlə ancaq az bir müddət ərzində qonşuluq edərlər.
33:61Страница 426
مَّلۡعُونِينَۖ أَيۡنَمَا ثُقِفُوٓاْ أُخِذُواْ وَقُتِّلُواْ تَقۡتِيلٗا ٦١
будучи проклятыми. Где бы их ни обнаружили, их будут хватать и безжалостно убивать.
Onlar Allahın rəhmətindən qovularlar. Münafiq olduqlarına və yer üzündə fəsad yaydıqlarına görə, harada ələ keçirilsələr, yaxalanıb amansızcasına öldürülərlər.
33:62Страница 426
سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا ٦٢
Таково было установление Аллаха для тех, которые жили прежде, и ты не найдешь изменения в установлении Аллаха.
Allahın öncə gəlib-getmiş, nifaqlarını aşkara çıxarmış münafiqlər barədə qanunu belədir. Allahın qanunu sabitdir, sən onda əsla bir dəyişiklik tapa bilməzsən.
33:63Страница 427
يَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ٦٣
Люди спрашивают тебя о Часе. Скажи: «Знанием о нем обладает только Аллах». Откуда тебе знать, быть может, Час близок?
Ey Peyğəmbər, müşriklər və yəhudilər sənə etiraz edərək və inanmayaraq o saat (qiyamət) barədə sual verirlər ki: "O nə zaman qopacaq?" Onlara de: “Onu yalnız Allah bilir, mən bu haqda heç nə bilmirəm!” Ey Peyğəmbər, nə bilirsən, bəlkə də, o saat lap yaxınlaşmışdır.
33:64Страница 427
إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا ٦٤
Воистину, Аллах проклял неверующих и уготовил для них Пламя,
Pak və müqəddəs Allah kafirləri Öz rəhmətindən qovmuş və qiyamət günü onları gözləyən yandırıb-yaxan Od hazırlamışdır.
33:65Страница 427
خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا ٦٥
в котором они пребудут вечно. Они не найдут ни покровителя, ни помощника.
Onlar özləri üçün hazırlanmış o atəşin içindəki əzabda əbədi qalacaq, özlərinə fayda verən nə bir himayəçi, nə də bir əzabı onlardan dəf edən yardımçı tapa biləcəklər.
33:66Страница 427
يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠ ٦٦
В тот день их лица будут поворачиваться (или изменяться) в Огне, и они скажут: «Лучше бы мы повиновались Аллаху и повиновались Посланнику!».
Qiyamət günü onların üzləri Cəhənnəm odunda o yan-bu yana döndərildikdə, çox peşman olduqlarına və təəssüf etdiklərinə görə deyəcəklər: “Kaş, dünya həyatımızda Allahın bizə əmr etdiklərini yerinə yetirməklə və Onun bizə qadağan etdiklərindən çəkinməklə Allaha itaət edər, habelə, Peyğəmbərin öz Rəbbindən bizə gətirdiyinə itaət edərdik.”
33:67Страница 427
وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعۡنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠ ٦٧
Они скажут: «Господь наш! Мы повиновались нашим старейшинам и нашей знати, и они сбили нас с пути.
Onlar zəif və batil dəlil gətirib deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və qövmümüzün böyüklərinə itaət etdik, onlar da bizi düz yoldan sapdırdılar.
33:68Страница 427
رَبَّنَآ ءَاتِهِمۡ ضِعۡفَيۡنِ مِنَ ٱلۡعَذَابِ وَٱلۡعَنۡهُمۡ لَعۡنٗا كَبِيرٗا ٦٨
Господь наш! Удвой для них мучения и прокляни их великим проклятием!».
Ey Rəbbimiz! Bizi düz yoldan sapdıran o başçılara və böyüklərə, bizi haqq yoldan azdırdıqlarına görə, bizə verdiyin əzabın ikiqatını ver və onları Öz rəhmətindən birdəfəlik qov!”
33:69Страница 427
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوۡاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهٗا ٦٩
О те, которые уверовали! Не будьте подобны тем, которые обидели Мусу (Моисея). Аллах оправдал его и опроверг то, что они говорили. Он был почитаем перед Аллахом.
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Musanın bədənində qüsur olduğunu iddia edərək ona əziyyət verən kimsələr kimi, siz də, öz Peyğəmbərinizə əziyyət verməyin. Allah Musanı onların dediklərindən təmizə çıxartdı və beləliklə, onlara iddia etdikləri qüsurun Musada olmadığı aydın oldu. Musa Allahın yanında çox ehtiram edilən bir şəxs idi. Dilədikləri rədd edilməz, gördüyü işlər də uğursuz olmazdı.
33:70Страница 427
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوۡلٗا سَدِيدٗا ٧٠
О те, которые уверовали! Бойтесь Аллаха и говорите правое слово.
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, Allahdan qorxun və doğru-düzgün söz danışın.
33:71Страница 427
يُصۡلِحۡ لَكُمۡ أَعۡمَٰلَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ فَازَ فَوۡزًا عَظِيمًا ٧١
Тогда Он исправит для вас ваши дела и простит вам ваши грехи. А кто повинуется Аллаху и Его Посланнику, тот уже достиг великого успеха.
Əgər siz Allahdan qorxsanız və doğru söz danışsanız, O, sizin əməllərinizi islah edər və bu əməlləri sizdən qəbul edər, habelə, sizin günahlarınızı bağışlayar və bu günahlara görə sizi cəzalandırmaz. Kim Allaha və Onun rəsuluna itaət etsə, bənzəri olmayan, böyük bir uğur qazanar. Bu uğur - Allahın rizasını qazanmaq və Cənnətə daxil olmaqdır.
33:72Страница 427
إِنَّا عَرَضۡنَا ٱلۡأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلۡجِبَالِ فَأَبَيۡنَ أَن يَحۡمِلۡنَهَا وَأَشۡفَقۡنَ مِنۡهَا وَحَمَلَهَا ٱلۡإِنسَٰنُۖ إِنَّهُۥ كَانَ ظَلُومٗا جَهُولٗا ٧٢
Мы предложили небесам, земле и горам взять на себя ответственность, но они отказались нести ее и испугались этого, а человек взялся нести ее. Воистину, он является несправедливым и невежественным.
Biz şəri hökmləri yerinə yetirməyi, mal-dövləti və sirləri qorumağı göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər və onun aqibətindən qorxdular. İnsan onu boynuna götürdü. Doğrudan da, o, nəfsinə zülm edən və bunun aqibətini bilməyən cahildir.
33:73Страница 427
لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا ٧٣
Это произошло для того, чтобы Аллах наказал лицемеров и лицемерок, многобожников и многобожниц и принял покаяния верующих мужчин и верующих женщин. Аллах - Прощающий, Милосердный.
Allahın yazdığı qədərə görə bu əmanət insana ona görə verildi ki, Allah münafiq kişiləri və münafiq qadınları nifaqlarına görə, müşrik kişiləri və müşrik qadınları da Allaha şərik qoşdularına görə cəzalandırsın, habelə, şəri hökmləri əhatə edən bu əmanəti layiqincə daşıyan mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır, onlara rəhm edəndir.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии